Azərbaycan Respublikasının Əmək Məcəlləsində
dəyişikliklər edilməsi haqqında
AZƏRBAYCAN
RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan
Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
16-cı bəndini rəhbər tutaraq qərara alır:
Maddə
1. Azərbaycan
Respublikasının Əmək Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 1999, ¹ 4, maddə 213; 2001, ¹ 3, maddə 143, ¹ 6, maddə
362, ¹ 11, maddələr 672, 679, ¹ 12, maddə 731; 2002, ¹ 1, maddə
2, ¹ 5, maddə 241, ¹ 6, maddə 328; 2003, ¹ 1, maddələr 9,
23; 2004, ¹ 1, maddə 10, ¹ 2, maddə 57, ¹ 3, maddə 133, ¹ 6,
maddə 413, ¹ 7, maddə 505, ¹ 9, maddə 672, ¹ 12, maddə 981;
2005, ¹ 3, maddə 151, ¹ 4, maddə 278, ¹ 7, maddə 560, ¹ 10, maddə
874, ¹ 11, maddə 1001, ¹ 12, maddə 1094; 2006, ¹ 3, maddələr
220, 222, ¹ 5, maddə 385, ¹ 11, maddə 923, ¹ 12, maddələr
1004, 1025, 1030; 2007, ¹ 5, maddələr 401, 437, ¹ 6, maddə 560,
¹ 8, maddə 756, ¹ 11, maddələr 1049, 1053; 2008, ¹ 3, maddə
156, ¹ 7, maddələr 600, 602, ¹ 10, maddə 887, ¹ 11, maddə
960; 2009, ¹ 2, maddə 48, ¹ 5, maddə 294, ¹ 6, maddə 399, ¹ 12,
maddələr 949, 969; 2010, ¹ 2, maddələr 70, 75, ¹ 4, maddə
275; 2011, ¹ 1, maddə 11, ¹ 2, maddələr 70, 71, ¹ 6, maddə
464, ¹ 7, maddə 598; 2012, ¹ 11, maddə 1054; 2013, ¹ 2, maddələr
89, 101, ¹ 11, maddə 1268; 2014, ¹ 2, maddə 92, ¹ 10, maddə
1162, ¹ 11, maddə 1339, ¹ 12, maddə 1527; 2015, ¹ 2, maddə 97, ¹
3, maddə 250, ¹ 6, maddə 680; 2016, ¹ 2 (I kitab), maddələr
190, 201, ¹ 5, maddə 847, ¹ 11, maddə 1767)
aşağıdakı dəyişikliklər edilsin:
1.1. 45-ci maddənin 1-ci hissəsi
aşağıdakı redaksiyada verilsin:
“1. Əmək müqaviləsi müddətsiz və
ya müddətli bağlanılır. Müddətli əmək
müqaviləsi tərəflərin
razılaşdığı müddətə
bağlanılır.”
1.2. 73-cü maddənin 1-ci hissəsinin ikinci cümləsində
“Müddətli” sözü “Bu Məcəllənin 45-ci maddəsinin
beşinci hissəsi nəzərə alınmaqla, müddətli”
sözləri ilə əvəz edilsin.
1.3. 77-ci maddə üzrə:
1.3.1. 1-ci hissə aşağıdakı redaksiyada
verilsin:
“1.
İşçilərin sayı azaldıqda və ya
ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin
“b” bəndi ilə işəgötürən tərəfindən
əmək müqaviləsi ləğv edilməzdən əvvəl
işçi işəgötürən tərəfindən
həmin işəgötürənlə bağlanmış əmək
müqaviləsinə (əmək müqavilələrinə)
uyğun olaraq müəyyən olunan əmək stajından
asılı olaraq aşağıdakı müddətlərdə
rəsmi xəbərdar edilməlidir:
bir
ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi;
bir
ildən beş ilədək əmək stajı olduqda –
azı dörd təqvim həftəsi;
beş
ildən on ilədək əmək stajı olduqda – azı
altı təqvim həftəsi;
on ildən çox əmək stajı olduqda – azı
doqquz təqvim həftəsi.”;
1.3.2. 3-cü hissə aşağıdakı redaksiyada
verilsin:
“3.
Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin
“a” və “b” bəndləri ilə ləğv edilərkən
işçiyə işəgötürən tərəfindən
həmin işəgötürənlə bağlanmış əmək
müqaviləsinə (əmək müqavilələrinə)
uyğun olaraq müəyyən olunan əmək stajından
asılı olaraq aşağıdakı məbləğlərdə
işdənçıxarma müavinəti ödənilir:
bir
ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı
miqdarında;
bir
ildən beş ilədək əmək stajı olduqda – orta
aylıq əməkhaqqının azı 1,4 misli miqdarında;
beş
ildən on ilədək əmək stajı olduqda – orta
aylıq əməkhaqqının azı 1,7 misli miqdarında;
on
ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının
azı iki misli miqdarında.”
1.3.3. 4-cü hissə aşağıdakı redaksiyada
verilsin:
“4. İşəgötürən işçinin
razılığı ilə bu maddənin birinci hissəsi ilə
müəyyən edilmiş azı iki təqvim həftəsi
xəbərdarlıq müddəti əvəzinə orta
aylıq əməkhaqqının 0,5 misli, azı dörd təqvim
həftəsi xəbərdarlıq müddəti əvəzinə
orta aylıq əməkhaqqının 0,9 misli, azı altı
təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə
orta aylıq əməkhaqqının 1,4 misli, azı doqquz təqvim
həftəsi xəbərdarlıq müddəti əvəzinə
orta aylıq əməkhaqqının 2 misli və bu Məcəllənin
56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən
edilmiş xəbərdarlıq müddəti əvəzinə
orta aylıq əməkhaqqından az olmamaqla əməkhaqqını
bir dəfəyə ödəməklə müvafiq əsasla
əmək müqaviləsinə xitam verə bilər. Bu halda
xəbərdarlıq müddəti ərzində əmək
müqaviləsinə xitam verilmiş işçilərə
bu hissənin birinci cümləsində nəzərdə
tutulmuş xəbərdarlıq müddəti əvəzinə
verilən ödəniş xəbərdarlıq müddətinin
ötmüş hissəsinə mütənasib olaraq
azaldılır.”;
1.3.4. 5-ci hissə ləğv edilsin;
1.3.5. 6-cı hissədə “işçilərin
işə düzəldiyi dövr ərzində daha uzun
müddətə orta əməkhaqqının
saxlanılması, habelə” sözləri
çıxarılsın, “üçüncü”
sözündən sonra “, dördüncü” sözü əlavə
edilsin.
Maddə 2.
Bu Qanun 2018-ci il yanvarın 1-dən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
31 may 2017-ci il
¹
675-VQD