Böyükşor gölünün və onun mühafizə zonasının sərhədlərinin təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Böyükşor gölünün ekoloji vəziyyətinin yaxşılaşdırılması, mühafizəsi və istifadə sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 26 dekabr tarixli 61 nömrəli Fərmanının 5.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Böyükşor gölünün 1159,39 hektarlıq sahəsi olan akvatoriyasının və onun 467,85 hektarlıq sahəsi olan mühafizə zonasının əlavə olunmuş xəritədə göstərilmiş sərhədləri təsdiq edilsin.

 

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

 

Bakı şəhəri, 23 may 2017-ci il

     № 221

 

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2017-ci il 23 may tarixli 221 nömrəli qərarı ilə

təsdiq edilmişdir.