“Dövlət
qulluğu vəzifələri üzrə test imtahanından
keçmək barədə Sertifikatın Forması”nın
təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI
NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Dövlət
qulluğu haqqında” Azərbaycan Respublikasının
Qanunun-da dəyişikliklər edilməsi barədə”
Azərbaycan Respublikasının 2016-cı il 31 may tarixli
267-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan
Respublikasının Dövlət İmtahan Mərkəzi
publik hüquqi şəxsin yaradılması haqqında”
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel
tarixli 860 nömrəli Fərmanında dəyişikliklər
edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin
2016-cı il 9 avqust tarixli 1008
nömrəli
Fərmanının 1.1.6-cı yarımbəndinin
icrasını təmin etmək məqsədi ilə
Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“Dövlət
qulluğu vəzifələri üzrə test imtahanından
keçmək barədə Sertifikatın Forması” təsdiq
edilsin (əlavə olunur).
Azərbaycan
Respublikasının Baş naziri
Artur Rasi-zadə
Bakı şəhəri, 10 mart 2017-ci il
¹ 87
|
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2017-ci il 10 mart
tarixli 87 nömrəli qərarı ilə TƏSDİQ
EDİLMİŞDİR |
Dövlət
qulluğu vəzifələri üzrə test imtahanından
keçmək barədə
1. “Dövlət
qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun
28.3-cü maddəsinə əsasən test imtahanından
müəyyən edilmiş keçid balını toplayan
şəxsə Azərbaycan Respublikasının Dövlət
İmtahan Mərkəzi (bundan sonra – Mərkəz)
tərəfindən inzibati və yardımçı
vəzifələrin təsnifat toplusuna uyğun olaraq
dövlət qulluğunun inzibati vəzifəsi üzrə test
imtahanından keçdiyini təsdiq edən Sertifikat (bundan
sonra – Sertifikat) verilir. Şəxs dövlət qulluğu
vəzifələri üzrə bir neçə Sertifikat ala
bilər.[1]
2. Sertifikatın
verilməsi üçün inzibati və
yardımçı vəzifələr A və B növləri
üzrə aşağıdakı qruplara bölünür: [2]
2.1. A növü - inzibati
rəhbər (idarəetmə) vəzifələr üzrə:
2.1.1. AA qrupu;
2.1.2. AB qrupu;
2.1.3. AC qrupu;
2.2. B növü - inzibati
icraçı vəzifələr üzrə:
2.2.1. BA qrupu;
2.2.2. BB qrupu;
2.3. C növü -
yardımçı kargüzarlıq vəzifələri
üzrə: [3]
2.3.1. CA qrupu;
2.4. D növü -
yardımçı texniki vəzifələr üzrə:
2.4.1. DA qrupu.
və
yardımçı vəzifələrin təsnifatına
uyğun olaraq, bu Formanın əlavəsində
göstərilən altqruplara bölünür. Sertifikatlar
altqruplara daxil olan vəzifələrə uyğun olaraq
verilir. [4]
4.
Vəzifələrin müvafiq altqrupu üzrə Sertifikata
malik olan şəxs Sertifikatda nəzərdə tutulmuş
vəzifə, habelə həmin altqrupun aid olduğu qrup
daxilində daha aşağı altqruplara uyğun olan
vəzifə üzrə keçirilən
müsahibələrdə iştirak edə bilər.
5. Sertifikat xüsusi
mühafizə nişanları olan blankda tərtib edilir. Blank A
4 Formatdadır.
6. Sertifikatda
aşağıdakılar göstərilir:
6.1. Sertifikatın
yuxarı hissəsində Mərkəzin loqotipinin rəngli
təsviri;
6.2. loqotipin
altında birinci sətirdə “Azərbaycan
Respublikasının Dövlət İmtahan Mərkəzi”, ikinci
sətirdə “Dövlət qulluğu vəzifəsi
üzrə test imtahanını keçməyi təsdiq
edən” sözləri, üçüncü sətirdə
“Sertifikat” sözü;
6.3. “Sertifikat”
sözünün qarşısında Sertifikatın qeydiyyat
nömrəsi;
6.4. Sertifikat sahibinin
Fərdi İdentifikasiya Nömrəsi, soyadı, adı və
atasının adı;
6.5. imtahan
nəticələri (sualların sayı, toplanması
mümkün olan maksimal bal, imtahanda toplanılan bal və
imtahan nəticələrinə dair digər məlumatlar);
6.6. Sertifikatın
müsahibədə iştirak etmək hüququ verdiyi
vəzifə (növü, təsnifatı, qrupu və altqrupu);
6.7.
aşağıdakı məzmunda Qeyd:
“Qeyd. Bu Sertifikat qanunvericiliklə və vəzifə
təlimatları ilə müəyyən edilmiş
tələb və şərtlərə cavab verən
Azərbaycan Respublikasının vətəndaşına
“Dövlət qulluğu vəzifələri üzrə test
imtahanından keçmək barədə Sertifikatın
Forması”nın təsdiq edilməsi haqqında” Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2017-ci il 10 mart tarixli 87
nömrəli qərarında nəzərdə tutulmuş qrup
və altqruplara aid vəzifələr üzrə
müsahibədə iştirak etmək hüququ verir.”;
6.8. Sertifikatın
verilməsi barədə Mərkəzin qərarı
(qərarın nömrəsi, tarixi və Sertifikatın
etibarlılıq müddəti);
6.9. Mərkəzin
Direktorlar Şurasının sədrinin adı, soyadı,
imzası və möhür.
7. Sertifikat
blankının nümunəsi Mərkəz
tərəfindən müəyyən edilir.
8. Sertifikat
namizəddə saxlanılır. Sertifikat yalnız
şəxsiyyəti təsdiq edən sənədlə
birgə təqdim edildikdə etibarlıdır.
9. Sertifikat
əvvəlki nömrəsi saxlanılmaqla
aşağıdakı hallarda dəyişdirilə bilər:
9.1. namizədin
soyadı, adı, atasının adı dəyişdikdə;
9.2. Sertifikatda
yazılan məlumatlarda yanlışlıq və ya səhv
aşkar edildikdə;
9.3. Sertifikat
yararsız hala düşdükdə.
10. Sertifikat
itirildikdə onun dublikatı verilir.
11. Mərkəz
dövlət qulluğu vəzifələri üzrə verdiyi
sertifikatların uçotunu aparır.
|
“Dövlət qulluğu vəzifələri üzrə
test imtahanından keçmək barədə Sertifikatın Forması”na
əlavə |
Dövlət qulluğu vəzifələri
üzrə Sertifikatın verilməsi üçün inzibati və
yardımçı vəzifələrin növləri,
qrupları və alt qrupları[5]
Vəzifə növü |
Vəzifə qrupu |
Vəzifə altqrupu |
Altqrupa daxil olan vəzifələr |
1 |
2 |
3 |
4 |
A |
AA |
AA1 |
inzibati vəzifələrin 1-ci təsnifatı
üzrə: dövlət orqanlarında aparat
rəhbəri |
AA2 |
inzibati vəzifələrin 2-ci təsnifatı
üzrə: dövlət orqanlarında aparat
rəhbəri; dövlət orqanlarında aparat
rəhbərinin müavini və şöbə müdiri;
mərkəzi
icra hakimiyyəti orqanlarının yanında yaradılan
dövlət agentliklərinin və dövlət
xidmətlərinin rəhbərləri; fondların icraçı direktoru
və direktoru |
||
AA3 |
inzibati vəzifələrin 3-cü təsnifatı
üzrə: şöbə müdirinin müavini; dövlət orqanı rəhbərinin
müşaviri, köməkçisi; dövlət orqanlarında aparat
rəhbəri; Korrupsiyaya qarşı mübarizə
üzrə Komissiyanın katibi, Tarif Şurasının
katibi |
||
AA4 |
inzibati vəzifələrin 3-cü təsnifatı
üzrə: mərkəzi
icra hakimiyyəti orqanlarının yanında yaradılan
dövlət agentlikləri və dövlət
xidmətləri rəhbərlərinin müavinləri; fondların icraçı direktorunun
və direktorunun müavini; dövlət orqanlarında aparat
rəhbərinin müavini |
||
AB |
AB1 |
inzibati vəzifələrin 4-cü təsnifatı
üzrə: şöbə müdiri; sektor müdiri; regional bölmənin rəhbəri |
|
AB2 |
inzibati vəzifələrin 4-cü təsnifatı
üzrə: şöbə müdirinin müavini; dövlət orqanı rəhbərinin
müşaviri, köməkçisi; regional bölmənin rəhbərinin
müavini;
|
||
AB3 |
inzibati vəzifələrin 5-ci təsnifatı
üzrə: sektor müdiri; şöbə müdiri |
||
AB4 |
inzibati vəzifələrin 5-ci təsnifatı
üzrə: şöbə müdirinin müavini |
||
AC |
AC1 |
inzibati vəzifələrin 5-ci təsnifatı
üzrə: yerli bölmənin rəhbəri; mərkəzi icra hakimiyyəti
orqanlarının yanında, tabeliyində olan orqanların
rəhbərləri |
|
AC2 |
inzibati vəzifələrin 6-cı təsnifatı
üzrə:
sektor müdiri; yerli bölmənin rəhbəri |
||
AC3 |
inzibati vəzifələrin 6-cı təsnifatı
üzrə: yerli bölmələrin
rəhbərlərinin müavini;
mərkəzi
icra hakimiyyəti orqanlarının yanında, tabeliyində
olan orqanların rəhbərlərinin müavinləri |
||
AC4 |
inzibati vəzifələrin 7-ci təsnifatı
üzrə: sektor müdiri;
dövlət orqanı rəhbərinin
köməkçisi |
||
B |
BA |
BA1 |
inzibati vəzifələrin 4-cü təsnifatı
üzrə: baş məsləhətçi;
baş mühasib; böyük məsləhətçi |
BA2 |
inzibati vəzifələrin 4-cü təsnifatı
üzrə: aparıcı
məsləhətçi; məsləhətçi |
||
BA3 |
inzibati vəzifələrin 5-ci təsnifatı
üzrə: baş məsləhətçi;
baş mühasib; böyük məsləhətçi |
||
BA4 |
inzibati vəzifələrin 5-ci
təsnifatı üzrə: aparıcı
məsləhətçi; məsləhətçi; hakim
köməkçisi;
məhkəmə iclasının katibi |
||
BB |
BB1 |
inzibati vəzifələrin 6-cı təsnifatı
üzrə: baş məsləhətçi;
baş mühasib; böyük məsləhətçi |
|
BB2 |
inzibati vəzifələrin 6-cı
təsnifatı üzrə: aparıcı
məsləhətçi; məsləhətçi; hakim
köməkçisi;
məhkəmə iclasının katibi |
||
BB3 |
inzibati vəzifələrin 7-ci təsnifatı
üzrə: baş məsləhətçi;
baş mühasib; böyük məsləhətçi |
||
BB4 |
inzibati vəzifələrin 7-ci
təsnifatı üzrə: aparıcı
məsləhətçi; məsləhətçi; hakim
köməkçisi;
məhkəmə iclasının katibi |
||
|
|
|
|
|
|
||
|
|
||
|
|
||
|
|
|
|
|
|
||
|
|
||
|
|
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ
SƏNƏDLƏRİNİN SİYAHISI
1. 27 noyabr 2017-ci il
tarixli 514 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 29 noyabr 2017-ci il,
¹ 263, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹11 , maddə
2176)
2. 26 fevral 2018-ci il
tarixli 63 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 28 fevral 2018-ci il,
¹ 46,
Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 2, maddə 366)
QƏRARA
EDİLMİŞ DƏYİŞİKLİK VƏ
ƏLAVƏLƏRİN SİYAHISI
[1] 27 noyabr 2017-ci il
tarixli 514 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 29 noyabr 2017-ci il,
¹ 263, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹11 , maddə
2176) ilə “Dövlət qulluğu
vəzifələri üzrə test imtahanından
keçmək barədə Sertifikatın Forması”nın
1-ci hissənin birinci cümləsində “müvafiq” sözü “inzibati”
sözü ilə əvəz edilmişdir.
[2] 27 noyabr 2017-ci il
tarixli 514 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 29 noyabr 2017-ci il,
¹ 263, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹11 , maddə
2176) ilə “Dövlət qulluğu
vəzifələri üzrə test imtahanından
keçmək barədə Sertifikatın Forması”nın
2-ci hissədən “və
yardımçı” sözləri
çıxarılmışdır və həmin
hissədə “A, B, C və D”
sözləri “A və B”
sözləri ilə əvəz edilmişdir.
[3] 27 noyabr 2017-ci il
tarixli 514 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 29 noyabr 2017-ci il,
¹ 263, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹11 , maddə
2176) ilə “Dövlət qulluğu
vəzifələri üzrə test imtahanından
keçmək barədə Sertifikatın Forması”nın
2.3-cü və 2.4-cü bəndləri ləğv
edilmişdir.
[4] 27 noyabr 2017-ci il
tarixli 514 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 29 noyabr 2017-ci il,
¹ 263, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹11 , maddə
2176) ilə “Dövlət qulluğu
vəzifələri üzrə test imtahanından
keçmək barədə Sertifikatın Forması”nın
3-cü hissəsində “A, B, C
və D” sözləri “A
və B” sözləri ilə əvəz edilmişdir
və həmin hissədən “və
yardımçı” sözləri
çıxarılmışdır.
[5] 27 noyabr 2017-ci il
tarixli 514 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 29 noyabr 2017-ci il,
¹ 263, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹11 , maddə
2176) ilə “Dövlət qulluğu
vəzifələri üzrə test imtahanından
keçmək barədə Sertifikatın Forması”na
əlavənin adından “və
yardımçı” sözləri, cədvəlindən “C” və “D” sətirləri
çıxarılmışdır.
[6] 26 fevral 2018-ci il
tarixli 63 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 28 fevral 2018-ci il,
¹ 46,
Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 2, maddə 366)
ilə “Dövlət qulluğu
vəzifələri üzrə test imtahanından
keçmək barədə Sertifikatın Forması”nın
“AA2” sətrindən “yerli icra
hakimiyyəti başçısının birinci müavini,
müavini;” sözləri
çıxarılmışdır.
[7] 26 fevral 2018-ci il
tarixli 63 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 28 fevral 2018-ci il,
¹ 46,
Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 2, maddə 366)
ilə “Dövlət qulluğu
vəzifələri üzrə test imtahanından
keçmək barədə Sertifikatın Forması”nın
“AB2” sətrindən “yerli icra
hakimiyyəti başçısının birinci müavini,
müavini” sözləri
çıxarılmışdır.
[8] 26 fevral 2018-ci il
tarixli 63 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 28 fevral 2018-ci il,
¹ 46,
Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 2, maddə 366)
ilə “Dövlət qulluğu
vəzifələri üzrə test imtahanından
keçmək barədə Sertifikatın Forması”nın
“AC2” sətrindən “şöbə
müdiri;” sözləri
çıxarılmışdır.
[9] 26 fevral 2018-ci il
tarixli 63 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 28 fevral 2018-ci il,
¹ 46,
Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 2, maddə 366)
ilə “Dövlət qulluğu
vəzifələri üzrə test imtahanından
keçmək barədə Sertifikatın Forması”nın
“AC3” sətrindən “şöbə
müdirinin müavini;” sözləri
çıxarılmışdır.
[10] 26 fevral 2018-ci il
tarixli 63 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 28 fevral 2018-ci il,
¹ 46,
Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 2, maddə 366)
ilə “Dövlət qulluğu
vəzifələri üzrə test imtahanından
keçmək barədə Sertifikatın Forması”nın
“AC4” sətrindən “yerli icra
hakimiyyəti başçısının inzibati ərazi
dairəsi üzrə və sahə inzibati ərazi dairəsi
üzrə nümayəndəsi, onun müavini;”
sözləri çıxarılmışdır.