Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli
961-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin
cinayət məsuliyyətinə cəlb edilməsi
üçün kifayət edən narkotik vasitələrin və
psixotrop maddələrin miqdarına, habelə onların
külli miqdarına görə siyahıları”nda dəyişiklik
edilməsi haqqında
AZƏRBAYCAN
RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan
Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
17-ci bəndini rəhbər tutaraq qərara alır:
Azərbaycan
Respublikasının 2005-ci
il 28 iyun tarixli 961-IIQ nömrəli Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2005, ¹ 8, maddə 697, ¹
12, maddə 1085; 2010, ¹ 5, maddə 382; 2016, ¹ 6, maddə 996) ilə
təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə
cəlb edilməsi üçün kifayət edən narkotik
vasitələrin və psixotrop maddələrin miqdarına,
habelə onların külli miqdarına görə
siyahıları”nın “III SİYAHI Qanunsuz kultivasiya edilən
tərkibində narkotik maddələr olan bitkilər” fəsli
aşağıdakı redaksiyada verilsin:
“III
SİYAHI
Qanunsuz
kultivasiya edilən tərkibində narkotik maddələr olan
bitkilər
|
Bitkilərin
adı |
Qanunsuz
kultivasiya edilən tərkibində narkotik maddələr olan
bitkilərin miqdarı |
|
|
xeyli
miqdar |
külli
miqdar (daxil
olmaqla aşağı hədləri) |
|
|
Azərbaycan
Respublikasında bitən, lakin kultivasiyası qadağan
olunmuş tərkibində narkotik maddələr olan bitkilər: 1. tiryək
xaşxaşı, yağlı xaşxaşın digər
növləri 2.
çətənə növlü bitkilər |
2-10
ədəd 3-15
ədəd |
11
ədəd 16
ədəd |
|
Yetişdirmək
məqsədilə qanunsuz becərilməsi təşkil
edilmiş, çoxillik xaşxaşın və yabanı
bitmiş çətənənin kol-kosları |
3-50
ədəd |
51
ədəd |
|
Azərbaycan
Respublikasının ərazisində iqlim şəraitinə
görə bitməyən və kultivasiyası qadağan
olunan bitkilər: 1. kokain
kolu 2. kat |
1
ədəd 2
ədəd |
2
ədəd 3
ədəd |
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
1 fevral 2017-ci il
¹
525-VQD