“Torpaqların kateqoriyalara aid edilməsi
və onların bir kateqoriyadan digərinə
keçirilməsi Qaydaları”nın təsdiq edilməsi
barədə[1]
AZƏRBAYCAN RESPUBLİKASI
NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Azərbaycan Respublikasında torpaq
münasibətlərinin tənzimlənməsi
sahəsində əlavə tədbirlər haqqında”
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818
nömrəli
Fərmanının 6.3-cü bəndinin icrasını
təmin etmək məqsədi ilə Azərbaycan
Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Torpaqların kateqoriyalara aid
edilməsi və onların bir kateqoriyadan digərinə
keçirilməsi Qaydaları” təsdiq edilsin (əlavə
olunur).
2.
Bu Qərarda dəyişiklik
Azərbaycan Respublikası
Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli
Fərmanı
ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının
normativ hüquqi
aktlarının
hazırlanması
və qəbul edilməsi qaydası
haqqında
Əsasnamə”nin
2.6-1-ci bəndinə uyğun
edilə bilər.[2]
Azərbaycan Respublikasının Baş
naziri Artur Rasi-zadə
Bakı
şəhəri, 20 yanvar 2017-ci il
¹ 10
|
|
|
Torpaqların kateqoriyalara aid edilməsi
və onların bir kateqoriyadan digərinə
keçirilməsi
QAYDALARI
1. Ümumi müddəalar
1.1. Bu Qaydalar Azərbaycan
Respublikasının Torpaq Məcəlləsinə,
Azərbaycan Respublikasının Şəhərsalma və
Tikinti Məcəlləsinə, “Dövlət torpaq kadastrı,
torpaqların monitorinqi və yerquruluşu haqqında”
Azərbaycan Respublikasının Qanununa və digər
qanunvericilik aktlarına uyğun olaraq
hazırlanmışdır və Azərbaycan Respublikasında
torpaq münasibətlərinin tənzimlənməsi və
nizama salınması məqsədi ilə torpaqların
kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan
digərinə keçirilməsi qaydalarını
müəyyən edir.
1.2. Torpaqların kateqoriyalara aid
edilməsi və onların bir kateqoriyadan digərinə
keçirilməsi Azərbaycan Respublikası Nazirlər
Kabinetinin qərarı ilə həyata keçirilir. Akvakultura
təsərrüfatlarına məxsus torpaqlar aid olduqları
torpaq kateqoriyasında saxlanılır və digər
kateqoriyaya keçirilmir.
1.3. Meşə fondu torpaqlarının
özgəninkiləşdirilməsinə gətirən və
gətirə bilən alqı-satqısı, ipotekası və digər əqdlər, habelə
başqa məqsədlər üçün istifadəsi
ilə nəticələnən torpaqların kateqoriyalara aid
edilməsinə və bir kateqoriyadan digərinə
keçirilməsinə yol verilmir.[3]
1.4. Torpaqların kateqoriyalara aid
edilməsi və onların bir kateqoriyadan digərinə
keçirilməsi məcburi hüquqi qüvvəyə malik
ərazi planlaşdırılması sənədlərinin
(ümumi, baş və müfəssəl planların)
dəyişdirilməsi ilə bağlı olduqda, torpaq
mülkiyyətçilərinin və
istifadəçilərinin (dövlət orqanlarının,
istifadəsində torpaq sahəsi olmaqla, nəzarət
zərfi dövlətə məxsus hüquqi
şəxslərin) razılığı alınmadan
vəsatət qaldırıla bilməz.
1.5. Torpaqların kateqoriyaları
haqqında məlumatlar dövlət torpaq kadastrında,
torpaqların elektron kadastr uçotu informasiya sisteminin
məlumatlarında, rəqəmsal və kağız üzərində
kadastr xəritəsində, daşınmaz əmlakın
dövlət reyestrində, eləcə də torpaq məlumat
banklarından və xəritələrindən verilən çıxarış
və arayışlarda, ərazi planlaşdırılması
sənədlərində əks olunur. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin, Azərbaycan Respublikası Ekologiya
və Təbii Sərvətlər Nazirliyinin, Azərbaycan
Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak
Məsələləri Dövlət
Xidmətinin, yerli icra hakimiyyəti orqanlarının və
bələdiyyələrin müvafiq olaraq dövlət və
bələdiyyə mülkiyyətində olan torpaq
sahələri üzərində sərəncam
verilməsinə səbəb olan qərarlarında, bu
qərarlardan irəli gələn və xüsusi
mülkiyyətdə olan torpaq sahələri barədə
əqdlərdə torpaqların kateqoriyası, kəmiyyət
və keyfiyyət göstəriciləri barədə
məlumatlar göstərilməlidir. [4]
1.6. Kənd təsərrüfatı
yerləri (uqodiyaları) xüsusi olaraq qorunur və onların
qeyri-kənd təsərrüfatı məqsədi ilə
digər kateqoriyalara keçirilməsinə müstəsna
hallarda Azərbaycan Respublikasının Torpaq
Məcəlləsinə uyğun bu Qaydaların
tələbləri əsasında yol verilir.
1.7. Kənd təsərrüfatı
təyinatlı torpaqların digər kateqoriyalara
keçirilməsi müqabilində dəyən zərərin
və itkilərin ödənilməsi Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 1998-ci il 23 iyul tarixli 158
nömrəli qərarı ilə təsdiq edilmiş “Kadastr
qiymət rayonları və yarımrayonları üzrə
torpaqların normativ qiyməti”nin 20 faizi həcmində
müəyyən edilir. Ümumi istifadədə olan meliorasiya
və irriqasiya sistemlərinin hüdudlarında
yerləşən torpaq sahələrinin kateqoriyasının
dəyişdirilməsi barədə vəsatətə
həmin sistemlərin dəyəri və
mülkiyyətçilərinə zərər vurulmadan
onların qonşu kənd təsərrüfatı
təyinatlı torpaq sahələrinə köçürülməsinin
mümkünlüyü barədə Azərbaycan Meliorasiya
və Su Təsərrüfatı Açıq Səhmdar
Cəmiyyətinin arayışı əlavə olunur.
1.8. Bələdiyyələr
bələdiyyə mülkiyyətində olan kənd
təsərrüfatı təyinatlı torpaqların
qeyri-kənd təsərrüfatı məqsədi ilə digər
kateqoriyalara keçirilməsi üçün Azərbaycan
Respublikasının Nazirlər Kabineti qarşısında
vəsatət qaldırırlar.
1.9. Radioaktiv və kimyəvi
çirklənməyə məruz qalmış, əhalinin
həyatına və sağlamlığına
təhlükə yarada bilən, habelə məhsul
istehsalı üçün sanitariya
tələblərinə, müvafiq normalara, qaydalara və
normativlərə cavab verməyən torpaqlar kənd
təsərrüfatı dövriyyəsindən çıxarılır
və konservasiya edilməsi üçün Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2000-ci il 1 may tarixli 79
nömrəli qərarı ilə təsdiq edilmiş
“Radioaktiv və kimyəvi çirklənməyə məruz
qalmış torpaqların təsərrüfat
dövriyyəsindən çıxarılması, konservasiya
edilməsi, mühafizəsi,
sağlamlaşdırılması və istifadəsi
Qaydaları”na uyğun olaraq dövlət ehtiyat fondu
torpaqlarına keçirilir. Belə torpaqlarda rekultivasiya
işləri aparılıb,
sağlamlaşdırılanadək kənd
təsərrüfatı məhsullarının istehsalı
qadağan edilir.
1.10. Ekzogen geoloji proseslərə
(sürüşmə, sel, aşınma, uçqun,
tökülmə, eroziya, abraziya, deflyasiya, eol, bataqlaşma,
yarğan və s.) məruz qalmış torpaq sahələri
texniki meliorasiya və yararlaşdırma (bərpa)
işləri aparılanadək, təsərrüfat
fəaliyyəti dövriyyəsindən
çıxarılır və prosesin miqyasından
asılı olaraq müvafiq ehtiyat fondu torpaqlarına
keçirilir. Belə torpaqlarda mühəndis-texniki və
kənd təsərrüfatı işlərinin
aparılmasına həmin ərazilərin (sahələrin)
yararlı hala salınmasından sonra Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 2000-ci il 1 may tarixli 79 nömrəli
qərarı ilə təsdiq edilmiş “Ekzogen geoloji
proseslərə məruz qalmış torpaqlarda
mühəndis-texniki və kənd təsərrüfatı
işlərinin aparılmasına icazə veril-məsi
Qaydası”nın tələblərinə uyğun olaraq
icazə verilir.
1.11. Torpaqların kateqoriyaları
Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin
12-33-cü maddələrinə əsasən
müəyyən edilir.
1.12. Kənd təsərrüfatı
yerlərinin (uqodiyaların) daha səmərəli istifadə
edilməsi üçün torpağın keyfiyyətinin
yaxşılaşdırılmasına zəmin yaratmaqla
məqsədli təyinatına uyğun istifadə
istiqamətinin dəyişdirilməsi ilə yaranan
dövriyyəyə (əkin dövriyyəsi, çoxillik
əkmələr və s.) qanunla ayrı qayda və hüquqi
rejim müəyyənləşdirilmədiyi halda,
torpaqların münbitlik göstəriciləri,
əkinəyararlılıq vəziyyəti, meliorasiya və
irriqasiya sistemlərinin mövcudluğu nəzərə
alınmaqla, Azərbaycan Respublikası Ekologiya və Təbii
Sərvətlər Nazirliyinin, Azərbaycan Respublikası
Kənd Təsərrüfatı Nazirliyinin, Azərbaycan
Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak
Məsələləri Dövlət
Xidmətinin, müvafiq yerli icra hakimiyyəti orqanının
və mənafeyinə toxunulan bələdiyyələrin
və digər təşkilatların rəylərinə
əsasən, habelə mənafeyinə toxunulduqda, qonşu
torpaq sahələrinin qanuni sahiblərinin mövqeyi
gözlənilməklə, Azərbaycan Respublikası
Nazirlər Kabinetinin qərarı ilə yol verilir.
1.13. Qış otlaqlarından əkin
dövriyyəsinə əlavə torpaq sahələrinin
cəlb edilməsi zərurəti yarandıqda, torpaq
sahələrinin məqsədli təyinatının
dəyişdirilməsi, bununla bağlı müvafiq
tədbirlərin həyata keçirilməsi üçün
görüləcək işlərin iqtisadi
əsaslandırılması, habelə həmin torpaqların
münbitlik göstəriciləri,
əkinəyararlılıq vəziyyəti, meliorasiya və
irriqasiya sistemlərinin mövcudluğu nəzərə
alınmaqla, dövlət ehtiyat fondu torpaqları
kateqoriyasına keçirilməsi bu Qaydaların 1.12-ci
bəndi ilə müəyyən edilən qaydada təmin
edilir.
1.14. Ehtiyat fondu torpaqlarının bu
Qaydalarla müəyyən edilmiş əsaslar üzrə
istifadəsinə onların müvafiq kateqoriyaya
keçirilməsindən sonra yol verilir.
1.15. Torpaqların kateqoriyalara aid
edilməsi və onların bir kateqoriyadan digərinə
keçirilməsi “Torpaqların dövlət ehtiyacları
üçün alınması haqqında” Azərbaycan
Respublikasının Qanunu ilə müəyyən edilən
əsaslarla bağlı olduqda, mülkiyyətçidən,
istifadəçidən (icarəçidən) torpağın
alınması, yaxud onlara eyni ölçüdə və
keyfiyyətdə başqa yerdə torpaq sahəsinin
verilməsi, habelə kompensasiyanın ödənilməsi
qaydaları həmin Qanunla tənzimlənir.
1.16. Torpağın bir kateqoriyadan
digərinə keçirilməsi zamanı onun hüquqi
statusu, məqsədli təyinatı, hüquqi rejimi,
kəmiyyət və keyfiyyət göstəriciləri,
təbii-coğrafi şəraiti, o cümlədən təbii
və antropogen landşaft xüsusiyyətləri və
onların sabitliyi nəzərə alınır.
1.17. Torpaq sahəsi bir kateqoriyadan
digər kateqoriyaya keçirildikdə, torpağın
qanunvericiliklə müəyyən edilmiş normativ qiyməti
əsas götürülür.
2. Torpaqların kateqoriyalara aid
edilməsi və onların bir kateqoriyadan digərinə
keçirilməsinin əsasları
2.1. Torpaqların kateqoriyalara aid
edilməsi və onların bir kateqoriyadan digərinə
keçirilməsinin əsasları
aşağıdakılardan ibarətdir:
2.1.1. dəniz limanının, dəmir
və avtomobil yollarının tikintisi;
2.1.2. dövlət sərhədinin
etibarlı mühafizəsinin təmin edilməsi
məqsədi ilə sərhədboyu zolağın
yaradılması;
2.1.3. sənaye obyektlərinin,
zonalarının (məhəllələrinin və
parklarının) yaradılması;
2.1.4. ehtiyat fondu torpaqlarından
istifadə zərurətinin yaranması;
2.1.5. müasir texnologiyaların
tətbiqi ilə aqroparkların, fermer və aqraryönlü
digər təsərrüfatların yaradılması
məqsədi ilə əkin dövriyyəsinə əlavə
torpaqların cəlb edilməsi;
2.1.6. qoruyucu meşə
zolaqlarının və yaşıllıq zonalarının
salınması məqsədi ilə meşə fondunun
tərkibinə əlavə torpaqların verilməsi;
2.1.7. meşə fondu torpaqlarında
müdafiə və təhlükəsizlik
əhəmiyyətli obyektlərin tikintisi, habelə ərzaq
təhlükəsizliyinin təmin edilməsi məqsədi
ilə meşə ilə örtülü olmayan
sahələrin əkin dövriyyəsinə cəlb
edilməsi zərurəti yarandıqda, həmin torpaq
sahələrinin eyni ölçüdə kənd
təsərrüfatına az yararlı və ya şərti
yararsız torpaq sahələri ilə
əvəzləşdirilməsi;
2.1.8. bioloji müxtəlifliyin qorunub
saxlanılması məqsədi ilə xüsusi
mühafizə olunan təbiət ərazilərinin (o
cümlədən, milli parkların, dövlət təbiət
qoruqlarının, yasaqlıqların və s.) tərkibinə
əlavə torpaqların verilməsi;
2.1.9. magistral mühəndis-kommunikasiya
təminatı sistemlərinin, meliorasiya və su
təsərrüfatı obyektlərinin, hidrotexniki
qurğu-ların tikintisi;
2.1.10. ekzogen geoloji proseslərə
məruz qalmış yaşayış
məntəqələrinin torpaqlarının
əvəzləşdirilməsi;
2.1.11. yeni yaşayış
məhəllələrinin (məntəqələrinin)
salınması və ya mövcud yaşayış
məntəqələrinin inkişaf etdirilməsi (genişləndirilməsi)
məqsədi ilə ərazi planlaşdırılması
sənədlərinə uyğun olaraq əlavə torpaq
sahələrinin ayrılması;
2.1.12. tarix-mədəniyyət, təbii
qoruq və sağlamlaşdırma yerlərinin
yaradılması, əhalinin istirahətinin təşkili,
turizmin inkişafı, idman və digər sosial obyektlərin
tikintisi;
2.1.13.
“Qeyri-yaşayış təyinatlı bəzi tikinti
obyektlərinin istismarına icazə verilməsi ilə
bağlı əlavə tədbirlər haqqında”
Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 14 iyun tarixli
2181 nömrəli Fərmanına (bundan sonra – Fərman)
uyğun olaraq 2025-ci il yanvarın 1-dək edilən
müraciətlər əsasında istismarına icazə verilmiş
qeyri-yaşayış təyinatlı tikinti obyektlərinin
yerləşdiyi torpaqların kateqoriyasının
dəyişdirilməsi;[5]
2.1.14. xüsusi mülkiyyətdə olan
torpaq sahələrindən iqtisadi cəhətdən daha
səmərəli istifadənin təmin edilməsi ilə
bağlı mülkiyyətçilərin
müraciətləri.
3. Torpaqların kateqoriyalara aid
edilməsi və onların bir kateqoriyadan digərinə
keçirilməsinin əsasları üzrə
vəsatətlərin qaldırılması və onlara
baxılması
3.1. Torpaqların kateqoriyalara aid
edilməsi və onların bir kateqoriyadan digərinə
keçirilməsinin əsasları üzrə kateqoriyası
dəyişdirilməsi təklif olunan torpaq sahəsinin
yerləşdiyi ərazi vahidi, aid olduğu kateqoriya,
keçirilməsi nəzərdə tutulan kateqoriya,
keçirilmənin əsaslandırılması, kadastr
nömrəsi, sahə ölçüsü, məqsədli
təyinatı, hüquqi rejimi, mülkiyyətdə,
istifadədə və ya icarədə olması, kənd
təsərrüfatı təyinatlı olduqda torpağın
yeri (uqodiyası), suvarılan və ya dəmyə olması
barədə məlumatlar və planlaşdırılan konkret
istifadə istiqamətləri göstərilməklə,
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
qarşısında vəsatəti aşağıdakılar
qaldırırlar:
3.1.1. dövlət
mülkiyyətində olan torpaqlara münasibətdə –
aidiyyəti dövlət təşkilatları və ya
müvafiq yerli icra hakimiyyəti orqanları;
3.1.2. bələdiyyə
mülkiyyətində olan torpaqlara münasibətdə –
müvafiq bələdiyyələr;
3.1.3. xüsusi mülkiyyətdə olan
torpaqlara münasibətdə – torpaq
mülkiyyətçiləri.
3.2. Qaldırılmış
vəsatətlərə aşağıdakı
sənədlər əlavə edilir:
3.2.1. dövlət
mülkiyyətində olan torpaqlar üzrə:
3.2.1.1. aidiyyəti yerli icra hakimiyyəti
orqanının torpaqların kateqoriyalara aid edilməsi və
onların bir kateqoriyadan digərinə keçirilməsinin
məqsədəmüvafiqliyi barədə qərarından
çıxarış;
3.2.1.2. torpaq sahəsinin
ölçüsündən asılı olaraq, əyani
surətdə qavranılması nəzərə alınmaqla
müvafiq miqyasda tərtib olunmuş situasiya planı və ya
sərhədləri daxilində mövcud və
yerləşdirilməsi nəzərdə tutulan tikililər
olduğu halda, layihələndirilən ərazinin baş
planı (xətti qurğularda isə onların istiqamətinin
uzununa profilli en kəsiyi);
3.2.1.3. mənafeyinə toxunulan
aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarının
və səhmlərinin nəzarət zərfi
dövlətə məxsus olan hüquqi şəxslərin rəyləri
(əsli);
3.2.1.4. neft və qaz istisna olmaqla,
faydalı qazıntıların çıxarılması
üçün torpaq sahəsinin kateqoriyasının
dəyişdirilməsi tələb olunduqda, faydalı
qazıntıların təsdiq edilmiş ehtiyatları və
onların işlənilməsinin
məqsədəuyğunluğu haqqında Azərbaycan
Respublikası Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin rəyi, habelə sifarişçinin vəsaiti hesabına
hazırlanmış torpaqların rekultivasiyası layihəsi;[6]
3.2.1.5. torpaqların istifadəsi ilə
bağlı fəaliyyətin dövlət ekoloji
ekspertizasının müsbət rəyi;
3.2.1.6. torpaq sahəsi üzərində
mülkiyyət hüququnu təsdiq edən daşınmaz
əmlakın dövlət reyestrindən
çıxarış;
3.2.2. bu Qaydaların 3.2.1-ci
yarımbəndində göstərilənlərdən
əlavə (dövlət mülkiyyətində olan torpaqlara
aid hissələr istisna olunmaqla), bələdiyyə mülkiyyətində
olan torpaqlar üzrə əlavə olaraq torpaq sahəsinin
kateqoriyasının dəyişdirilməsi barədə
təkliflərin müzakirəsinə dair Azərbaycan Respublikası
Prezidentinin 2012-ci il 21 dekabr tarixli 792 nömrəli
Fərmanı ilə təsdiq edilmiş
“Bələdiyyələrin Nümunəvi Reqlamenti”nə
uyğun tərtib edilmiş bələdiyyə
iclasının protokolundan çıxarış;
3.2.3. bu Qaydaların 3.2.1-ci
yarımbəndində göstərilənlərdən
əlavə (dövlət mülkiyyətində olan torpaqlara
aid hissələr istisna olunmaqla), xüsusi mülkiyyətdə
olan torpaqlar üzrə əlavə olaraq
mülkiyyətçi fiziki şəxs olduqda - onun
şəxsiyyətini təsdiq edən sənədin surəti
(vəsatət torpaq mülkiyyətçisinin adından
başqa şəxs tərəfindən
qaldırıldıqda, notariat qaydasında təsdiq edilmiş
etibarnamənin surəti) və mülkiyyətçi
hüquqi şəxs olduqda - hüquqi şəxslərin
dövlət reyestrindən çıxarışın, onun
nümayəndəsinin səlahiyyətini və
şəxsiyyətini təsdiq edən şəxsiyyət
vəsiqəsi və etibarnamənin surətləri;
3.2.4. bütün əsaslar və
mülkiyyət növləri üzrə torpaq
mülkiyyətçilərinə,
istifadəçilərinə və
icarəçilərinə vurulacaq ziyanın, kənd
təsərrüfatı və meşə
təsərrüfatı itkilərinin ödənilməsi,
habelə kateqoriyasının dəyişdirilməsi
nəzərdə tutulan torpaq sahəsində obyektin
layihələndirilməsi müddətində
mənafeyinə toxunulan hüquqi və fiziki
şəxslərin tikinti ilə bağlı qoyduqları
tələblərin yerinə yetirilməsi barədə
xeyrinə torpaq sahəsi əldə edənin notariat qaydada
təsdiq edilmiş zəmanət məktubu.
3.3. Azərbaycan Respublikasının
Nazirlər Kabineti tərəfindən
vəsatətlərə baxılaraq, torpaqların kateqoriyalara
aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsinə
dair təklifin sənədlər əsasında
araşdırılması və yerquruluşu işlərinin
aparılması məqsədi ilə Azərbaycan
Respublikasının İqtisadiyyat Nazirliyinə müvafiq tapşırıq verilir. [7]
3.4. Azərbaycan Respublikasının İqtisadiyyat
Nazirliyi yanında Əmlak Məsələləri Dövlət
Xidməti
mülkiyyət növlərinə uyğun olaraq
(dövlət, bələdiyyə və xüsusi) torpaq
mülkiyyətçilərinin, istifadəçilərinin
və icarəçilərinin sifarişi əsasında
nəzərdə tutulan torpaq sahəsinin yerquruluşu
qaydasında yerdə (naturada) sərhədlərini,
qonşuluqlarını, döngə nöqtələrinin
koordinatlarını 20 (iyirmi) iş günü
müddətində müəyyən edir,
mərzçəkmə işlərini aparır və torpaq
sahəsinin ərazisindən asılı olaraq sahəsi 4
kv.km-ə qədər olduqda - 1:5000, 4 kv.km-dən 25 kv.km-ə
qədər olduqda - 1:10000, 25 kv.km-dən 100 kv.km-ə
qədər olduqda - 1:25000 və 100 kv.km-dən artıq olduqda
- 1:50000 miqyasda iki nüsxədən ibarət kağız
üzərində və elektron daşıyıcıda
xəritəsini hazırlayır və təsdiq edir.
3.5. Azərbaycan Respublikasının İqtisadiyyat
Nazirliyi kateqoriyası
dəyişdiriləcək torpaq sahəsinin kağız
üzərində və elektron daşıyıcıda
hazırlanmış, müvafiq yerli icra hakimiyyəti
orqanı, bələdiyyə və ya aidiyyəti
təşkilatlarla razılaşdırılmış
xəritəsinin bir nüsxəsini, torpaqların kateqoriyalara
aid edilməsi və onların bir kateqoriyadan digərinə
keçirilməsinin əsasları, torpaq sahəsinin
ölçüsü, yerləşdiyi ərazi vahidi, kadastr
nömrəsi, əvvəl mövcud olduğu və aid edildiyi
kateqoriya, habelə torpaqdan istifadəyə dair xüsusi
şərtlər və məhdudiyyətlər barədə
məlumatlar göstərilməklə, Azərbaycan
Respublikası Nazirlər Kabinetinin razılaşdırılmış
sərəncam layihəsini və öz rəyini baxılmaq
üçün 10 (on) iş günü müddətində
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə
təqdim edir.[8]
3.6.
Bu Qaydaların 2.1.13-cü yarımbəndində qeyd edilən
əsaslara uyğun olaraq, Azərbaycan Respublikasının
İqtisadiyyat Nazirliyi yanında Əmlak
Məsələləri Dövlət Xidməti istismarına
icazə verilmiş qeyri-yaşayış təyinatlı
obyektlər barədə məlumat daxil olduğu gündən
10 (on) iş günü müddətində, Fərman
qüvvəyə minənədək və ya Fərmana
uyğun olaraq istismarına icazə verilmiş
qeyri-yaşayış binaları bu məqsəd
üçün nəzərdə tutulmayan torpaq
sahəsində inşa olunduğu hallarda həmin icazə
əsasında qeyri-yaşayış binalarının
yerləşdiyi torpaq sahələrinin kateqoriyasının
dəyişdirilməsi barədə Azərbaycan
Respublikasının Nazirlər Kabineti qarşısında
vəsatət qaldırır.
3.7.
Azərbaycan Respublikasının Nazirlər Kabineti bu
Qaydaların 3.6-cı bəndinə uyğun olaraq,
vəsatətə əlavə olunan yerquruluşu planında
göstərilən koordinatlar daxilində istismarına
icazə verilmiş qeyri-yaşayış binalarının
yerləşdiyi torpaq sahələrinin kateqoriyasının
dəyişdirilməsini vəsatət qaldırıldığı
tarixdən 15 (on beş) gün müddətində təmin
edir.[9]
3.8. Torpaq sahəsinin bir kateqoriyadan
digər kateqoriyaya keçirilməsi prosesi daşınmaz
əmlakın dövlət reyestrinin və dövlət torpaq
kadastrının müvafiq məlumatlarında bu barədə
zəruri dəyişikliklər edildikdən sonra
tamamlanmış hesab olunur.
3.9. Torpaqların kateqoriyalara aid
edilməsi və onların bir kateqoriyadan digərinə
keçirilməsi barədə Azərbaycan Respublikası
Nazirlər Kabinetinin qərarı əsasında Azərbaycan
Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak
Məsələləri Dövlət
Xidməti
tərəfindən daşınmaz əmlakın dövlət
reyestrinin və dövlət torpaq kadastrının
məlumatlarında dəyişikliklər edilməsi 2 (iki)
iş günü müddətində həyata keçirilir
və bu barədə vəsatət qaldıran subyektə 3
(üç) iş günü müddətində rəsmi
qaydada məlumat verilir.
4. Torpaqların kateqoriyalara aid
edilməsi və onların bir kateqoriyadan digərinə
keçirilməsinin əsasları üzrə
vəsatətlərə baxılmasından imtina edilməsi
4.1. Torpaqların kateqoriyalara aid
edilməsi və onların bir kateqoriyadan digərinə
keçirilməsinin əsasları üzrə
vəsatətlərə baxılmasından aşağıdakı
hallarda imtina edilir:
4.1.1. vəsatət bu Qaydaların
tələblərinə uyğun olmayan subyektlər
tərəfindən qaldırıldıqda;
4.1.2. vəsatətdə bu Qaydaların
3.1-ci bəndində nəzərdə tutulmuş məlumatlar
öz əksini tapmadıqda;
4.1.3. vəsatətə əlavə
olunan sənədlər bu Qaydaların 3.2-ci bəndinin
tələblərinə cavab vermədikdə;
4.1.4. torpaq sahəsinin
kateqoriyasının dəyişdirilməsi qanunla qadağan
edildikdə;
4.1.5. mənafeyinə toxunulduğu halda,
qonşu torpaq sahələrinin qanuni sahiblərinin mövqeyi
nəzərə alınmadıqda;
4.1.6. kateqoriyası
dəyişdirilməsi nəzərdə tutulan torpaq sahəsi
ərazi planlaşdırılması
sənədlərinə, ərazi üzrə mövcud və
layihələndirilmiş mühəndis-kommunikasiya
təminatı sistemlərinə uyğun olmadıqda;
4.1.7. respublikanın makroiqtisadi
inkişafının perspektivliyi baxımından torpaq
sahəsinin kateqoriyasının dəyişdirilməsi
məqsədəuyğun hesab edilmədikdə;
4.1.8.
bu Qaydaların 2.1.13-cü yarımbəndində qeyd edilən
əsaslara uyğun olaraq, vəsatətdə Qaydaların
3.7-ci bəndində qeyd olunmuş müvafiq yerquruluşu
planı təqdim edilmədikdə.[10]
5. Torpaqların kateqoriyalara aid
edilməsi və onların bir kateqoriyadan digərinə
keçirilməsi barədə qərarın aidiyyəti
üzrə göndərilməsi
5.1. Torpaqların kateqoriyalara aid
edilməsi və onların bir kateqoriyadan digərinə
keçirilməsi barədə Azərbaycan
Respublikasının Nazirlər Kabineti tərəfindən
qəbul edilmiş qərarın surəti daşınmaz
əmlakın sahə kadastrlarını aparan mərkəzi
icra hakimiyyəti orqanlarına, rəyləri
alınmış aidiyyəti təşkilatlara, müvafiq
yerli icra hakimiyyəti orqanlarına,
bələdiyyələrə və torpaq
mülkiyyətçilərinə göndərilir.
5.2. Torpaqların kateqoriyalara aid edilməsi və
onların bir kateqoriyadan digərinə keçirilməsi
barədə qəbul edilmiş qərar kənd
təsərrüfatı təyinatlı torpaq sahələri
ilə bağlı olduqda, bu barədə zəruri
məlumatlar Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 23
dekabr tarixli 897 nömrəli Fərmanı ilə təsdiq
edilmiş “Elektron kənd təsərrüfatı” informasiya
sistemi haqqında Əsasnamə”yə uyğun olaraq, “Elektron
kənd təsərrüfatı” informasiya sisteminə daxil
edilir.[11]
Qeyd. Bu Qaydalarda dəyişikliklər
Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli
772 nömrəli Fərmanı ilə təsdiq edilmiş
“İcra hakimiyyəti orqanlarının normativ hüquqi
aktlarının hazırlanması və qəbul edilməsi
qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə
uyğun edilə bilər.
[12]
İSTİFADƏ OLUNMUŞ
MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
5 may 2020-ci il tarixli 164
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq”
qəzeti 6 may 2020-ci il, ¹ 88, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 5, maddə 635)
2.
14 iyun 2021-ci il tarixli 170
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq”
qəzeti, 18 iyun 2021-ci il, ¹ 125, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, ¹ 6, IV kitab,
maddə 676)
3.
26 fevral 2022-ci il tarixli 61
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq”
qəzeti, 4 mart 2022-ci il, ¹ 49,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, ¹
2, maddə 185)
4.
21 aprel 2022-ci il tarixli 169
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq”
qəzeti, 23 aprel 2022-ci il, ¹ 84, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2022-ci il, ¹ 4, maddə 416)
5.
6 dekabr 2023-cü il tarixli 439
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya
Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 7 dekabr 2023-cü il, “Xalq” qəzeti, 10 dekabr
2023-cü il, ¹ 270,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü
il, ¹ 12, II kitab, maddə 1774)
6.
2 aprel 2024-cü il tarixli 187
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (Azərbaycan Dövlət
İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet
saytı, 3 aprel 2024-cü il, “Xalq” qəzeti, 6
aprel 2024-cü il, ¹ 71,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü
il, ¹ 4, maddə 440)
7. 28 dekabr 2024-cü il tarixli 546 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın)
rəsmi internet saytı, 28 dekabr
2024-cü il, “Xalq” qəzeti, 30 dekabr
2024-cü il, ¹ 290, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2024-cü il, ¹ 12, II kitab, maddə 1451)
QƏRARA
EDİLMİŞ DƏYİŞİKLİK VƏ
ƏLAVƏLƏRİN SİYAHISI
[1] 28 dekabr 2024-cü il tarixli 546 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın)
rəsmi internet saytı, 28 dekabr
2024-cü il, “Xalq” qəzeti, 30 dekabr
2024-cü il, ¹ 290,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü
il, ¹ 12, II kitab, maddə 1451) ilə ləğv edilmişdir.
[2] 26 fevral 2022-ci il tarixli 61
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq”
qəzeti, 4 mart 2022-ci il, ¹ 49,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, ¹
2, maddə 185) ilə
qərarın ikinci abzası
1-ci hissə hesab edilmişdir və yeni məzmunda 2-ci hissə əlavə edilmişdir.
2 aprel 2024-cü il tarixli 187
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (Azərbaycan Dövlət
İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet
saytı, 3 aprel 2024-cü il, “Xalq” qəzeti, 6
aprel 2024-cü il, ¹ 71,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü
il, ¹ 4, maddə 440) ilə 2-ci hissə ləğv
edilmişdir.
[3] 14 iyun 2021-ci il tarixli 170
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq”
qəzeti, 18 iyun 2021-ci il, ¹ 125, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, ¹ 6, IV kitab,
maddə 676) ilə “Torpaqların kateqoriyalara aid edilməsi və
onların bir kateqoriyadan digərinə keçirilməsi
Qaydaları”nın 1.3-cü bəndində “girov qoyulması (ipotekası)” sözləri “ipotekası” sözü ilə
əvəz edilmişdir.
[4] 26 fevral 2022-ci il tarixli 61
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq”
qəzeti, 4 mart 2022-ci il, ¹ 49,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, ¹
2, maddə 185) ilə “Torpaqların kateqoriyalara
aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları”nın 1.5-ci bəndin
ikinci cümləsində,
1.12-ci, 3.4-cü və 3.7-ci
bəndlərində ismin müvafiq hallarında “Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri ismin müvafiq hallarında “İqtisadiyyat
Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti” sözləri ilə əvəz
edilmişdir.
[5] 6 dekabr 2023-cü il tarixli 439
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya
Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 7 dekabr 2023-cü il, “Xalq” qəzeti, 10 dekabr
2023-cü il, ¹ 270,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü
il, ¹ 12, II kitab, maddə 1774) ilə “Torpaqların kateqoriyalara aid edilməsi
və onların bir kateqoriyadan digərinə
keçirilməsi Qaydaları”nda 2.1.13-cü yarımbənd
2.1.14-cü yarımbənd hesab edilmişdir və yeni
məzmunda 2.1.13-cü yarımbənd əlavə
edilmişdir.
[6] 21 aprel 2022-ci il tarixli 169
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq” qəzeti, 23 aprel 2022-ci il, ¹ 84, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2022-ci il, ¹ 4, maddə 416) ilə “Torpaqların kateqoriyalara aid edilməsi
və onların bir kateqoriyadan
digərinə keçirilməsi
Qaydaları”nın
3.2.1.4-cü yarımbəndində
“və
dağ-mədən işləri, dağ və buruq qazmalarının
aparılması
üçün lisenziya verilməsi ilə
əlaqədar Azərbaycan Respublikası Fövqəladə
Hallar Nazirliyinin rəyləri” sözləri “rəyi” sözü ilə
əvəz edilmişdir.
[7] 26 fevral 2022-ci il tarixli 61
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq” qəzeti, 4 mart 2022-ci il, ¹ 49,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, ¹
2, maddə 185) ilə “Torpaqların kateqoriyalara aid edilməsi
və onların bir kateqoriyadan
digərinə keçirilməsi
Qaydaları”nın 3.3-cü
bəndində “Əmlak
Məsələləri Dövlət
Komitəsinə” sözləri
“İqtisadiyyat
Nazirliyinə” sözləri
ilə əvəz edilmişdir.
[8] 26 fevral 2022-ci il tarixli 61
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq” qəzeti, 4 mart 2022-ci il, ¹ 49,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, ¹
2, maddə 185) ilə “Torpaqların kateqoriyalara aid edilməsi
və onların bir kateqoriyadan
digərinə keçirilməsi
Qaydaları”nın 3.5-ci bəndində “Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri “İqtisadiyyat
Nazirliyi” sözləri ilə əvəz
edilmişdir.
[9] 6 dekabr 2023-cü il tarixli 439
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya
Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 7 dekabr 2023-cü il, “Xalq” qəzeti, 10 dekabr
2023-cü il, ¹ 270,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü
il, ¹ 12, II kitab, maddə 1774) ilə “Torpaqların kateqoriyalara aid edilməsi
və onların bir kateqoriyadan digərinə
keçirilməsi Qaydaları”nda 3.6-cı və 3.7-ci
bəndlər müvafiq olaraq 3.8-ci və 3.9-cu bəndlər
hesab edilmişdir və yeni məzmunda 3.6-cı və 3.7-ci
bəndlər əlavə edilmişdir.
[10] 6 dekabr 2023-cü il tarixli 439
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya
Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 7 dekabr 2023-cü il, “Xalq” qəzeti, 10 dekabr
2023-cü il, ¹ 270,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü
il, ¹ 12, II kitab, maddə 1774) ilə “Torpaqların kateqoriyalara aid edilməsi
və onların bir kateqoriyadan digərinə
keçirilməsi Qaydaları”nda 4.1.7-ci yarımbəndin
sonunda nöqtə işarəsi nöqtəli vergül
işarəsi ilə əvəz edilmişdir və yeni
məzmunda 4.1.8-ci yarımbənd əlavə edilmişdir.
[11] 5 may 2020-ci il tarixli 164
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq”
qəzeti 6 may 2020-ci il, ¹ 88, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 5, maddə 635) ilə
“Torpaqların kateqoriyalara aid edilməsi və onların bir
kateqoriyadan digərinə keçirilməsi
Qaydaları”nın 5.2-ci bəndi yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
5.2. Torpaqların kateqoriyalara aid edilməsi və
onların bir kateqoriyadan digərinə keçirilməsi
barədə qəbul edilmiş qərar kənd
təsərrüfatı təyinatlı torpaq sahələri
ilə bağlı olduqda, bu barədə zəruri
məlumatların Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2014-cü il 30 dekabr tarixli 408 nömrəli
qərarı ilə təsdiq edilmiş “Elektron kənd
təsərrüfatı” informasiya sistemindən (EKTİS)
istifadə Qaydaları”nın tələblərinə
əsasən, EKTİS-ə daxil edilməsi məqsədi
ilə Azərbaycan Respublikasının Kənd
Təsərrüfatı Nazirliyinə təqdim olunması
Azərbaycan Respublikasının Əmlak
Məsələləri Dövlət Komitəsi
tərəfindən təmin edilir.
[12] 26 fevral 2022-ci il tarixli 61
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq” qəzeti, 4 mart 2022-ci il, ¹ 49,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, ¹
2, maddə 185) ilə “Torpaqların kateqoriyalara aid edilməsi
və onların bir kateqoriyadan
digərinə keçirilməsi
Qaydaları”nın “Qeyd” hissəsi ləğv edilmişdir.