Nağdsız hesablaşmalar haqqında
AZƏRBAYCAN
RESPUBLİKASININ QANUNU
Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndinə
uyğun olaraq, Azərbaycan Respublikası ərazisində
aparılan nağdsız hesablaşmaların hüquqi və
iqtisadi əsaslarını müəyyən edir.
1-ci fəsil
Ümumi müddəalar
Maddə 1. Nağdsız
hesablaşmaların məqsədi
Bu Qanunun məqsədi Azərbaycan Respublikası
ərazisində mülki dövriyyənin
iştirakçıları arasında aparılan
əməliyyatların və hesablaşmaların şəffaflığını,
istehlakçıların hüquqlarının
müdafiəsini təmin etmək, nağd pul
hesablaşmalarının nağdsız hesablaşmalarla
əvəzlənməsini stimullaşdırmaq, bank sisteminin
inkişafını sürətləndirməkdir.
Maddə 2. Nağdsız hesablaşmalar
haqqında qanunvericilik
2.1. Nağdsız
hesablaşmalar haqqında qanunvericilik bu Qanundan, Azərbaycan
Respublikasının Mülki Məcəlləsindən, Azərbaycan Respublikasının Vergi Məcəlləsindən və onlara uyğun qəbul edilmiş normativ
hüquqi aktlardan ibarətdir.
2.2. Nağdsız hesablaşmalar
haqqında qanunvericilik Ələt azad iqtisadi zonasına
şamil edilmir.[1]
2-ci fəsil
Nağdsız hesablaşmaların
tənzimlənməsi
Maddə 3. Nağdsız qaydada həyata
keçirilən hesablaşmalar
3.1. Nağdsız hesablaşma dedikdə,
aşağıdakılar nəzərdə tutulur:
3.1.1. bir şəxsin bank hesabından digər
şəxsin bank hesabına
köçürülməklə (o cümlədən
ödəniş alətləri (ödəniş kartları,
ödəniş tapşırığı və s.) və
ödəniş vasitələri (mobil telefon aparatları,
kompüter və digər avadanlıq) ilə həyata
keçirilən hesablaşmalar;
3.1.2. ödəniş terminalları ilə həyata
keçirilən hesablaşmalar;
3.1.3. birbaşa nağd qaydada satıcının bank
hesabına köçürülməklə həyata
keçirilən hesablaşmalar.
3.2. Hər iki tərəf vergi ödəyicisi olan
şəxs arasında hesablaşmalar üzrə
nağdsız ödəniş yalnız bu Qanunun 3.1.1-ci
maddəsində müəyyən olunmuş formada həyata
keçirilə bilər.
3.3. Bu Qanunun 3.5-ci maddəsinin müddəaları
nəzərə alınmaqla, ƏDV məqsədləri
üçün qeydiyyata alınmış vergi
ödəyiciləri və vergi tutulan
əməliyyatlarının həcmi ardıcıl 12 aylıq
dövrün istənilən ayında (aylarında) iki yüz
min manatdan artıq olan ticarət və (və ya) ictimai
iaşə fəaliyyəti ilə məşğul olan vergi
ödəyiciləri tərəfindən təqvim ayı
ərzində ümumi məbləği əvvəlki təqvim ayında təqdim edilən mal,
iş və xidmətlər üzrə dövriyyənin
(ƏDV daxil olmaqla) 2 faizindən, digər vergi
ödəyiciləri tərəfindən isə təqvim
ayı ərzində ümumi məbləği on beş min
manatdan artıq olan hesablaşmalar üzrə
ödənişlər yalnız nağdsız qaydada həyata
keçirilməlidir. Bu
maddənin birinci cümləsində nəzərdə tutulan
halda əvvəlki təqvim ayında təqdim edilən mal,
iş və xidmətlər üzrə dövriyyənin
(ƏDV daxil olmaqla) 2 faizi otuz min manatdan az olduqda, təqvim
ayı ərzində ümumi məbləği otuz min manatdan
artıq olan hesablaşmalar üzrə, əvvəlki
təqvim ayında təqdim edilən mal, iş və
xidmətlər üzrə dövriyyənin (ƏDV daxil
olmaqla) 2 faizi əlli min manatdan çox olduqda isə təqvim
ayı ərzində ümumi məbləği əlli min
manatdan artıq olan hesablaşmalar üzrə
ödənişlər yalnız nağdsız qaydada həyata
keçirilməlidir.[2]
3.3-1. Bilavasitə kənd
təsərrüfatı məhsullarının istehsalı
ilə bağlı mülki hüquqi xarakterli
müqavilələr əsasında mövsümi
işlərə cəlb edilən fiziki şəxslər
üzrə gündəlik hər bir belə fiziki şəxs
üçün nağd qaydada ödənilə bilən
məbləğin yuxarı həddi otuz manat
məbləğində müəyyən edilir və həmin
məbləğ bu Qanunun 3.3-cü maddəsi ilə
müəyyən edilmiş nağd əməliyyat
həddinə daxil edilmir.[3]
3.4. Bu Qanunun 3.3-cü maddəsinin
müddəalarından asılı olmayaraq
aşağıdakı hesablaşmalar yalnız nağdsız
qaydada həyata keçirilir:
3.4.1. vergilərin, gömrük rüsumları və
yığımlarının, qanunla müəyyən
edilmiş inzibati cərimələrin, maliyyə
sanksiyalarının və faizlərin, lizinq
əməliyyatları üzrə borcların
ödənilməsi və kreditlərin verilməsi;
* (3.4.1-ci maddəyə Azərbaycan
Respublikasının 2026-cı il 26 may tarixli 413-VIIQD nömrəli Qanunu ilə edilmiş
dəyişiklik 2026-cı il dekabr
25-dən qüvvəyə minir.)
3.4.2. “Sığorta
fəaliyyəti haqqında”, “Kraudfandinq haqqında”, “İcbari sığortalar haqqında”, “İcra haqqında” və “Xüsusi icra məmurları haqqında” Azərbaycan Respublikasının
qanunları ilə müəyyən edilmiş
ödənişlər;[4]
3.4.3. dövlət orqanlarına, dövlət
mülkiyyətində olan və paylarının
(səhmlərinin) nəzarət zərfi dövlətə
məxsus olan hüquqi şəxslərə, büdcə
təşkilatlarına və publik hüquqi
şəxslərə, habelə
bələdiyyələrə (bu
Qanunun 3.4.12-ci maddəsinin müddəaları
nəzərə alınmaqla) ödənilən xidmət
haqları və digər yığımlar;[5]
3.4.4. əməliyyatlarının həcmi
ardıcıl 12 aylıq dövrün istənilən
ayında (aylarında) iki yüz min manatadək olan
pərakəndə ticarət, iaşə və xidmət
sahəsində fəaliyyət göstərən
şəxslər istisna olmaqla, digər şəxslər
tərəfindən ödənilən əmək haqları
(o cümlədən, işəgötürən
tərəfindən ödənilən, qanunvericiliklə
müəyyən edilmiş digər ödənişlər),
pensiya, təqaüd, maddi yardım, müavinətlər (o
cümlədən, birdəfəlik müavinətlər),
kompensasiyalar və təzminatlar;
3.4.5. stasionar telefon xidmətlərinin və kommunal
xərclərin ödənilməsi;
3.4.6. faizsiz pul vəsaitlərinin (vergi ödəyicisi
olmayan şəxslər tərəfindən pul
vəsaitlərinin verilməsi halları istisna olmaqla),
digər ayırmaların ödənilməsi və
qaytarılması;
3.4.7. dövlət satınalma müqaviləsi
üzrə əldə olunan vəsaitin istifadəsi
(xərclənməsi);
3.4.8. təhsil haqlarının ödənilməsi;
3.4.9. turagentlərə ödəmələr;
3.4.10. ixtisaslaşdırılmış qaydada, o
cümlədən komisyon və ticarət
təşkilatları vasitəsilə avtomobil
satışı üzrə ödənişlər;
3.4.11. pərakəndə satış qaydasında
təqdim edilən malların (avtomobillər və bu Qanunun
3.4.15-ci maddəsində nəzərdə tutulan mallar
istisna olmaqla) satışı üzrə bir əməliyyat
çərçivəsində (bir nəzarət-kassa
aparatının çeki üzrə) dörd min manatdan
artıq olan ödənişlər; [6]
3.4.12. tibb müəssisələri və özəl tibbi praktika ilə
məşğul olan fiziki şəxslər tərəfindən göstərilən tibbi
xidmətlər üzrə bir əməliyyat
çərçivəsində (bir nəzarət-kassa
aparatının çeki üzrə) beş yüz
manatdan artıq olan ödənişlər;[7]
3.4.13. “Lotereyalar
haqqında” və “Bədən
tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının qanunları ilə
tənzimlənən münasibətlər üzrə
müəyyən edilmiş ümumi məbləği
üç min manatdan artıq olan uduşlar (mükafatlar)
və oyunlarda iştirakla bağlı pul
ödənişləri (pul qoyuluşları);[8]
3.4.14. daşınmaz əmlakın
alqı-satqısı üzrə, mənzil-tikinti kooperativinin
üzvünün pay haqqı üzrə və bina tikintisi
fəaliyyəti ilə məşğul olan
şəxslərdən yaşayış və
qeyri-yaşayış sahələrinin alınması ilə
bağlı həyata keçirilən
ödənişlər;
3.4.15. qiymətli daşların,
qiymətli metalların, o cümlədən qiymətli
daşlardan və qiymətli metallardan hazırlanmış
məmulatların və mədəniyyət məhsullarının
alqı-satqısı üzrə ümumi məbləği on
beş min manatdan artıq olan ödənişlər;
3.4.16. rəsmi reyestrlərdə
qeydiyyata alınmış daşınar əmlakın
alqı-satqısı üzrə (avtomobil satışı
istisna olmaqla) ümumi məbləği on beş min manatdan
artıq olan ödənişlər.[9]
3.5. Vergi ödəyiciləri tərəfindən vergi
ödəyicisi olmayan fiziki şəxslərdən
aşağıdakı mallar nağd qaydada satın alına
bilər:
3.5.1. kənd təsərrüfatı
məhsullarının istehsalçılarından kənd
təsərrüfatı məhsullarının qəbulu;
3.5.2. əlvan və qara metal
qırıntılarının qəbulu;
3.5.3. utilizasiya və digər məqsədlər
üçün kağız, şüşə və plastik
məmulatların qəbulu;
3.5.4. utilizasiya məqsədləri üçün
işlənmiş şinlərin qəbulu;
3.5.5. xam dərinin tədarükü
(alışı);[10]
3.5.6. tullantı yağlarının
qəbulu.[11]
3.6. Bu Qanunun 3.4.4-cü maddəsində
nəzərdə tutulmuş hesablaşmalar
əməliyyat-axtarış, kəşfiyyat və
əks-kəşfiyyat fəaliyyətinin subyektlərinə
şamil edilmir.[12]
Maddə 4. Qanunun pozulmasına görə
məsuliyyət
4.1. Bu Qanunun tələblərinə riayət
edilməsinə nəzarət müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.
4.2. Bu Qanunun tələblərinin pozulması qanunla
müəyyən edilmiş məsuliyyətə səbəb
olur.
Maddə 5. Qanunun qüvvəyə
minməsi
Bu Qanunun 3.3-cü maddəsi ƏDV
məqsədləri üçün qeydiyyata
alınmış və vergi tutulan
əməliyyatlarının həcmi ardıcıl 12 aylıq
dövrün istənilən ayında (aylarında) iki yüz
min manatdan artıq olan vergi ödəyicilərinə
münasibətdə 2017-ci il yanvarın 1-dən, digər
vergi ödəyicilərinə münasibətdə isə
2017-ci il aprelin 1-dən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı
şəhəri, 16 dekabr 2016-cı il
¹ 461-VQ
İSTİFADƏ
OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN
SİYAHISI
1.
13 iyun 2017-ci il tarixli 729-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 21 iyul
2017-ci il, ¹ 155,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹
7, maddə 1288)
2.
28 dekabr 2018-ci il tarixli 1411-VQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 1 fevral 2019-cu il, ¹ 25, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 01, maddə
28)
3.
1 may 2020-ci il tarixli 77-VIQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 may 2020-ci
il, ¹ 95, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2020-ci il, ¹5, maddə 527)
4.
6 oktyabr 2020-ci il tarixli 183-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 24 noyabr 2020-ci il, ¹ 245, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 11, maddə 1333)
5.
3 dekabr 2021-ci il tarixli 411-VIQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 30 dekabr
2021-ci il, ¹ 285, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, ¹ 12, maddə
1310)
6.
9 dekabr 2022-ci il tarixli 687-VIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin
(AZƏRTAC-ın) rəsmi internet saytı,
28 dekabr 2022-ci il, “Azərbaycan” qəzeti, 29 dekabr
2022-ci il, ¹ 286,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, ¹
12, maddə 1395)
7.
30 dekabr 2022-ci il tarixli 785-VIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin
(AZƏRTAC-ın) rəsmi internet saytı,
31 yanvar 2023-cü il, “Azərbaycan” qəzeti, 2 fevral
2023-cü il, ¹ 23,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü
il, ¹ 1, maddə 41)
8.
6 oktyabr 2023-cü il tarixli 1002-VIQD
nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin
(AZƏRTAC-ın) rəsmi internet saytı, 17 oktyabr 2023-cü il, “Azərbaycan” qəzeti, 18
oktyabr 2023-cü il, ¹ 227, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü
il, ¹ 10, maddə 1373)
9.
5 dekabr 2023-cü il tarixli 1035-VIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya
Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı,
27 dekabr 2023-cü il,
“Azərbaycan” qəzeti, 28 dekabr
2023-cü il, ¹ 285, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2023-cü il, ¹ 12, I kitab, maddə 1610)
10.
10 dekabr 2024-cü il tarixli 86-VIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın)
rəsmi internet saytı, 15 yanvar
2025-ci il, “Azərbaycan” qəzeti, 16 yanvar
2025-ci il, ¹ 9, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci
il, ¹ 1, maddə 6)
11.
16 dekabr 2024-cü il tarixli 100-VIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın)
rəsmi internet saytı, 24 dekabr
2024-cü il, “Azərbaycan” qəzeti, 25 dekabr
2024-cü il, ¹ 285,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü
il, ¹ 12, II kitab, maddə 1347)
12.
1 may 2025-ci il tarixli 189-VIIQD
nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın)
rəsmi internet saytı, 22 may 2025-ci il, “Azərbaycan”
qəzeti, 23 may 2025-ci il, ¹ 106,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, ¹
5, maddə 440)
13.
14 iyul 2025-ci il
tarixli 249-VIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan Dövlət
İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet
saytı, 13 avqust 2025-ci
il, “Azərbaycan” qəzeti, 14 avqust 2025-ci il, ¹ 169, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, ¹ 8, maddə
743)
14.
10 oktyabr 2025-ci il tarixli 266-VIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət
İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet
saytı, 22 oktyabr 2025-ci il,
“Azərbaycan” qəzeti, 23 oktyabr 2025-ci il, ¹ 227, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2025-ci il, ¹ 10, maddə 895)
15.
9 dekabr 2025-ci il tarixli 297-VIIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan Dövlət İnformasiya
Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 29 dekabr 2025-ci il, “Azərbaycan” qəzeti, 30 dekabr
2025-ci il, ¹ 274, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, ¹ 12, I kitab,
maddə 1118)
16.
26 may
2026-cı il tarixli 413-VIIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın)
rəsmi internet saytı, 25 iyun 2026-cı il, “Azərbaycan”
qəzeti, 26 iyun 2026-cı il, ¹ 111, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2026-cı il, ¹ 6, maddə 488) (Bu
Qanun “Maliyyə icarəsi haqqında” Azərbaycan
Respublikasının 2026-cı il 26 may tarixli 412-VIIQ
nömrəli Qanunu ilə eyni gündə
qüvvəyə minir.)
17.
14 iyul 2026-cı il tarixli 451-VIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət
İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet
saytı, 27 iyul 2026-cı il, “Azərbaycan” qəzeti, 28 iyul
2026-cı il, ¹ 132, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2026-cı il, ¹ 7, I
kitab, maddə 619) (Bu Qanun 2027-ci il yanvarın
24-dən qüvvəyə minir.)
QANUNA EDİLMİŞ
DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN
SİYAHISI
[1] 28 dekabr 2018-ci
il tarixli 1411-VQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 1 fevral
2019-cu il, ¹ 25, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2019-cu il, ¹ 01, maddə 28) ilə 2-ci maddənin mətni 2.1-ci maddə hesab edilmişdir
və yeni məzmunda 2.2-ci maddə əlavə edilmişdir.
[2] 6 oktyabr 2020-ci il tarixli 183-VIQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 24 noyabr
2020-ci il, ¹ 245, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 11, maddə
1333) ilə 3.3-cü maddədən
“ticarət və (və ya)”
sözləri çıxarılmışdır.
16 dekabr 2024-cü il tarixli 100-VIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya
Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 24 dekabr 2024-cü il, “Azərbaycan” qəzeti, 25 dekabr 2024-cü il, ¹ 285, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, ¹ 12, II
kitab, maddə 1347) ilə 3.3-cü
maddədə “otuz min manatdan”
sözləri “əvvəlki
təqvim ayında təqdim edilən mal, iş və
xidmətlər üzrə dövriyyənin (ƏDV daxil
olmaqla) 2 faizindən” sözləri ilə əvəz
edilmişdir və həmin maddəyə yeni məzmunda ikinci
cümlə əlavə edilmişdir.
[3] 1 may 2020-ci
il tarixli 77-VIQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 may 2020-ci
il, ¹ 95, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2020-ci il, ¹5, maddə 527) ilə yeni
məzmunda 3.3-1-ci maddə əlavə edilmişdir.
10 oktyabr 2025-ci il tarixli 266-VIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət
İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet
saytı, 22 oktyabr 2025-ci il,
“Azərbaycan” qəzeti, 23 oktyabr 2025-ci il, ¹ 227, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2025-ci il, ¹ 10, maddə 895) ilə 3.3-1-ci
maddədə “iyirmi”
sözü “otuz” sözü
ilə əvəz edilmişdir.
[4] 13 iyun 2017-ci il tarixli 729-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 21 iyul
2017-ci il, ¹ 155, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 7, maddə 1288) ilə 3.4.2-ci maddədə “sığorta” sözü “sığortalar” sözü ilə əvəz
edilmişdir.
1 may 2025-ci il tarixli 189-VIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın)
rəsmi internet saytı, 22 may 2025-ci il, “Azərbaycan”
qəzeti, 23 may 2025-ci il, ¹ 106,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, ¹
5, maddə 440) ilə 3.4.2-ci maddəsində “və
“İcbari sığortalar haqqında” sözləri “, “İcbari sığortalar haqqında”
və “İcra haqqında” sözləri ilə
əvəz edilmişdir.
14 iyul 2025-ci il tarixli 249-VIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın)
rəsmi internet saytı, 13 avqust 2025-ci il, “Azərbaycan” qəzeti, 14 avqust 2025-ci il, ¹ 169,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, ¹
8, maddə 743) ilə
3.4.2-ci maddəsində “və
“İcra haqqında” sözləri “, “İcra haqqında”
və “Xüsusi icra məmurları
haqqında” sözləri ilə əvəz edilmişdir.
14 iyul 2026-cı il tarixli 451-VIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət
İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet
saytı, 27 iyul 2026-cı il, “Azərbaycan” qəzeti, 28 iyul
2026-cı il, ¹ 132, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2026-cı il, ¹ 7, I
kitab, maddə 619) ilə 3.4.2-ci
maddəyə “Sığorta
fəaliyyəti haqqında” sözlərindən sonra , “Kraudfandinq haqqında” sözləri
əlavə edilmişdir. (Bu Qanun 2027-ci il yanvarın
24-dən qüvvəyə minir.)
[5] 9 dekabr 2022-ci il tarixli 687-VIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin
(AZƏRTAC-ın) rəsmi internet saytı,
28 dekabr 2022-ci il, “Azərbaycan” qəzeti, 29 dekabr
2022-ci il, ¹ 286,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, ¹
12, maddə 1395) ilə 3.4.3-cü
maddəyə “publik hüquqi
şəxslərə” sözlərindən sonra “(bu Qanunun 3.4.12-ci maddəsinin
müddəaları nəzərə alınmaqla)”
sözləri əlavə edilmişdir.
10 dekabr 2024-cü il tarixli 86-VIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın)
rəsmi internet saytı, 15 yanvar
2025-ci il, “Azərbaycan” qəzeti, 16 yanvar
2025-ci il, ¹ 9,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, ¹
1, maddə 6) ilə 3.4.3-cü maddəyə ikinci halda “şəxslərə” sözündən sonra “, habelə
bələdiyyələrə” sözləri əlavə
edilmişdir.
[6] 6 oktyabr 2023-cü il tarixli 1002-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət
İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet
saytı, 17 oktyabr 2023-cü il,
“Azərbaycan” qəzeti, 18 oktyabr 2023-cü il, ¹ 227,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü
il, ¹ 10, maddə 1373) ilə 3.4.11-ci
maddəsinə “avtomobillər” sözündən sonra “və
bu Qanunun 3.4.15-ci maddəsində nəzərdə tutulan mallar”
sözləri əlavə edilmişdir.
5 dekabr 2023-cü il tarixli 1035-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın)
rəsmi internet saytı, 27 dekabr 2023-cü il, “Azərbaycan” qəzeti, 28
dekabr 2023-cü
il, ¹ 285, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, ¹ 12, I
kitab, maddə 1610) ilə 3.4.11-ci
və 3.4.12-ci maddələrinə “çərçivəsində”
sözündən sonra “(bir nəzarət-kassa
aparatının çeki üzrə)” sözləri
əlavə edilmişdir.
[7] 9 dekabr 2022-ci il tarixli 687-VIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin
(AZƏRTAC-ın) rəsmi internet saytı,
28 dekabr 2022-ci il, “Azərbaycan” qəzeti, 29 dekabr
2022-ci il, ¹ 286,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, ¹
12, maddə 1395) ilə 3.4.12-ci
maddəyə “tibb
müəssisələri” sözlərindən sonra “və özəl tibbi praktika
ilə məşğul olan fiziki şəxslər”
sözləri əlavə edilmişdir.
[8] 3 dekabr 2021-ci il tarixli 411-VIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Azərbaycan” qəzeti, 30 dekabr 2021-ci il, ¹ 285,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, ¹
12, maddə 1310) ilə 3.4.9-cu maddəsinin sonunda nöqtə
işarəsi nöqtəli vergül işarəsi ilə
əvəz olunmuşdur və yeni məzmunda 3.4.10-3.4.13-cü
maddələr əlavə edilmişdir.
[9] 30 dekabr 2022-ci il tarixli 785-VIQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin
(AZƏRTAC-ın) rəsmi internet saytı,
31 yanvar 2023-cü il, “Azərbaycan” qəzeti, 2 fevral
2023-cü il, ¹ 23,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü
il, ¹ 1, maddə 41) ilə 3.4.13-cü
maddənin sonunda nöqtə işarəsi nöqtəli
vergül işarəsi ilə əvəz edilmişdir və
yeni məzmunda 3.4.14-3.4.16-cı maddələr əlavə
edilmişdir.
[10] 1 may 2020-ci
il tarixli 77-VIQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 may 2020-ci
il, ¹ 95, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2020-ci il, ¹5, maddə 527) ilə 3.5.4-cü
maddənin sonunda nöqtə işarəsi nöqtəli
vergül işarəsi ilə əvəz edilmişdir və
yeni məzmunda 3.5.5-ci maddə əlavə edilmişdir.
[11] 9
dekabr 2025-ci il tarixli 297-VIIQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın)
rəsmi internet saytı, 29 dekabr
2025-ci il,
“Azərbaycan” qəzeti, 30 dekabr 2025-ci il, ¹ 274, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2025-ci il, ¹ 12, I kitab, maddə 1118) ilə 3.5.5-ci
maddəsinin sonunda nöqtə işarəsi nöqtəli
vergül işarəsi ilə əvəz edilmişdir və yeni
məzmunda 3.5.6-cı maddə əlavə edilmişdir.
[12] 13 iyun 2017-ci il tarixli 729-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 21 iyul
2017-ci il, ¹ 155, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 7, maddə 1288) ilə yeni məzmunda 3.6-cı maddə əlavə
edilmişdir.