“Azərbaycan Respublikasının ali təhsil
müəssisələrinə tələbə qəbulu
Qaydaları”nın təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR
KABİNETİNİN QƏRARI
“Təhsil
haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi
barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5
sentyabr tarixli 156 nömrəli Fərmanında dəyişikliklər
edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 21 dekabr tarixli 1168 nömrəli Fərmanının 2.3-cü bəndinin
icrasını təmin etmək məqsədi ilə və Azərbaycan
Respublikası Dövlət İmtahan Mərkəzinin təklifinə
əsasən Azərbaycan Respublikasının Nazirlər
Kabineti qərara alır:
1. “Azərbaycan
Respublikasının ali təhsil müəssisələrinə
tələbə qəbulu Qaydaları” təsdiq edilsin (əlavə
olunur).
2. “Azərbaycan
Respublikasının ali təhsil müəssisələrinə
və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə
tələbə qəbulu Qaydaları”nın təsdiq edilməsi
haqqında” ləğv olunmuş Azərbaycan Respublikası Tələbə
Qəbulu üzrə Dövlət Komissiyasının 2012-ci il 16 yanvar tarixli 2 nömrəli qərarı ləğv edilsin.
Azərbaycan Respublikasının Baş
naziri Artur Rasi-zadə
Bakı şəhəri,
8 fevral 2017-ci il
№ 39
|
|
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2017-ci il 8 fevral tarixli 39 nömrəli
qərarı ilə təsdiq
edilmişdir. |
Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə
tələbə qəbulu
QAYDALARI
1. Ümumi müddəalar
1.1. Bu Qaydalar “Təhsil haqqında” Azərbaycan
Respublikası Qanununun 26.2-ci və 26.4-cü maddələrinə
əsasən hazırlanmışdır və Azərbaycan
Respublikasının müvafiq qanunvericiliyinə uyğun fəaliyyət
göstərən dövlət, bələdiyyə və
özəl ali təhsil müəssisələrinə, eləcə
də xüsusi təyinatlı təhsil müəssisələrinə
tələbə qəbulu qaydalarını müəyyən
edir.
1.2. Ali təhsil müəssisələrinə
qəbul olmaq hüququna tam orta, yüksək texniki peşə, orta ixtisas və ya ali təhsili başa vurmaq
haqqında müvafiq dövlət nümunəli sənəd
almış şəxslər malikdirlər.[1]
1.2-1. Ali təhsil müəssisələrinin
bakalavriat səviyyəsinə müvafiq ixtisaslar üzrə
subbakalavrların qəbulu Azərbaycan Respublikasının
Nazirlər Kabineti tərəfindən müəyyən
olunmuş qaydada həyata keçirilir.[2]
1.3. Ali və orta ixtisas təhsil
pilləsi, habelə yüksək texniki peşə təhsili
səviyyəsi üzrə təhsil müəssisələrinin
tələbələri (buraxılış kurslarında təhsil
alanlar istisna olmaqla) ali təhsil müəssisələrinə
qəbul olmaq üçün müsabiqədə iştirak
edə bilməzlər.[3]
1.4.
Bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsində təhsil dövlət
sifarişi əsasında (dövlət büdcəsinin vəsaiti
hesabına) və ya ödənişli əsaslarla həyata
keçirilir. [4]
1.5. “Təhsil haqqında” Azərbaycan
Respublikası Qanununun 5.4-cü maddəsinə əsasən,
dövlət ali təhsilin hər bir səviyyəsində təhsilalanların
yalnız bir dəfə pulsuz təhsil almaq hüququnu təmin
edir.
1.6. Ali təhsil müəssisələrinə
tələbə qəbulu vətəndaşların təhsil
hüququnu tam təmin etməklə, müvafiq təhsil səviyyəsinə
uyğun оlan təhsil proqramlarını daha yaxşı mənimsəmiş
qabiliyyətli və hazırlıqlı abituriyentlərin
ixtisası və təhsil müəssisəsini sərbəst
seçimi əsasında, “Təhsil haqqında” Azərbaycan
Respublikası Qanununun 26.5-ci və 26.5-3-cü maddələrində
göstərilən hallar istisna
olmaqla, müsabiqə yolu ilə həyata keçirilir. Ali təhsil müəssisələrinə
tələbə qəbulu abituriyentlərin müvafiq tədris
ilində biliyin qiymətləndirilməsi
üzrə mərkəzləşdirilmiş
qaydada bu Qaydaların 3-cü hissəsində göstərilən
iki mərhələdə keçirilən imtahanda (qəbul imtahanında) əldə
etdikləri nəticələrə əsasən Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi
(bundan sonra – Mərkəz) tərəfindən həyata keçirilir. [5]
1.7. Müsabiqədə iştirak ödənişlidir.
1.8. Ali təhsil müəssisələrinə
qəbul aparılan ixtisaslar, həmin ixtisaslar üzrə ali təhsilin
dövlət standartları – bakalavr (əsas (baza ali) tibb təhsilinin) hazırlığının məzmununa və səviyyəsinə
qoyulan məcburi minimum tələblər, bu ixtisaslara yiyələnmək
üçün tələb olunan bilik, bacarıq və vərdişlər
nəzərə alınmaqla beş qrupa bölünür (1
nömrəli əlavə). [6]
2. Ərizələrin qəbul edilməsi
2.1. Azərbaycan Respublikasında tam orta
təhsil səviyyəsini cari ildə bitirən abituriyentlər
ali təhsil müəssisələrinə tələbə qəbulu
üzrə müsabiqədə iştirak etmək
üçün Mərkəzin rəsmi internet saytında
“Abituriyentin elektron ərizəsi”ni doldurur və özləri
təsdiq edirlər. Əvvəlki illərin məzunları və
tam orta təhsil səviyyəsini Azərbaycan
Respublikasının hüdudlarından kənarda yerləşən
təhsil müəssisələrində bitirən şəxslər
isə Mərkəzin rəsmi internet saytında “Abituriyentin
elektron ərizəsi”ni dolduraraq təsdiq edilməsi
üçün aşağıdakı sənədlərlə
birlikdə Mərkəz tərəfindən
yaradılmış Sənəd Qəbulu Komissiyalarına
(bundan sonra – SQK) şəxsən təqdim edirlər:[7]
2.1.1. Azərbaycan Respublikasının vətəndaşları
şəxsiyyət vəsiqələrini, əcnəbilər
pasportlarını və (və ya) icazə vəsiqələrini,
vətəndaşlığı olmayan şəxslər
yaşadıqları ölkənin hüdudlarından kənara
getmək üçün onlara verilən sənədləri
və ya icazə vəsiqələrini, Azərbaycan
Respublikasında daimi yaşayan vətəndaşlığı
olmayan şəxslər şəxsiyyət vəsiqələrini,
qaçqın statusu almış şəxslər və
onların ailə üzvləri qaçqın vəsiqələrini,
onlara verilmiş yol sənədini, beynəlxalq müqavilələrdə
nəzərdə tutulmuş hallarda digər sənədləri
və ya icazə vəsiqələrini;
2.1.2. tam orta, yüksək texniki peşə, orta ixtisas və ya ali təhsil haqqında sənədin
əslini (yüksək texniki peşə, orta ixtisas və ya ali təhsil
haqqında sənədin əslini təqdim edən abituriyentlər,
həmçinin məzunu
olduqları təhsil müəssisəsi tərəfindən
verilən müəyyən olunmuş formada attestat qiymətləri göstərilən
arayışı (2 nömrəli əlavə);[8]
2.1.3. Azərbaycan
Respublikasında ali təhsil müəssisəsini bitirən
abituriyentlərə həmin
təhsil müəssisəsi tərəfindən verilən
və ali təhsilinin dövlət hesabına
olub-olmamasını təsdiq edən arayışı (3
nömrəli əlavə);
2.1.4. hərbi
bilet və ya çağırışçı şəhadətnaməsini.
2.2. Əcnəbilər və xarici
ölkələrdə təhsil almış şəxslər
bu Qaydaların 2.1-ci bəndində
qeyd olunan sənədlərlə yanaşı,
həmin sənədlərin notarial qaydada təsdiq edilmiş Azərbaycan dilinə tərcüməsini
də SQK-ya təqdim edirlər.
2.3. Xüsusi təyinatlı
təhsil müəssisələrinə qəbul olmaq istəyənlər
müvafiq təhsil müəssisəsində
yaradılmış SQK-ya sağlamlıq və fiziki vəziyyətləri
haqqında arayış və özləri haqqında məlumat
təqdim etməlidirlər.
2.4. Ali təhsil müəssisələrinin
xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə
təhsil almaq istəyən abituriyentlər elektron ərizələrini
rəsmiləşdirdikdən sonra Mərkəz tərəfindən
mərkəzləşdirilmiş qaydada keçirilən qəbul
(V ixtisas qrupunda cari ilin abituriyentləri buraxılış)
imtahanında iştirak edirlər. İmtahanda
topladıqları ümumi balları müsabiqə şərtlərinə
uyğun olan abituriyentlər Mərkəzin rəsmi internet
saytında seçdikləri xüsusi qabiliyyət tələb
edən ixtisasın daxil olduğu komissiya üzrə
qeydiyyatdan keçirlər. Qeydiyyatdan keçmiş abituriyentlər
müəyyən edilmiş cədvəl üzrə qabiliyyət
imtahanlarında iştirak edirlər. Müvafiq ixtisaslar üzrə
müsabiqə və qabiliyyət imtahanlarının
keçirilməsi şərtləri ali təhsil müəssisələrinin
təklifləri əsasında Mərkəz tərəfindən
Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə
razılaşdırılmaqla müəyyən edilir. Qabiliyyət
imtahanının nəticəsi balla, habelə “məqbul” və
ya “qeyri-məqbul”la qiymətləndirilir.[9]
3. Qəbul
imtahanı[10]
3.1.
Bu Qaydaların 3.4-cü bəndində nəzərdə
tutulan abituriyentlər istisna olmaqla, qəbul
imtahanlarının birinci mərhələsində
abituriyentlər təhsil almaq istədikləri tədris
dilinə uyğun olaraq, Azərbaycan dili və ya rus dili, xarici
dil və riyaziyyat fənlərindən qəbul imtahanı
verirlər. Qəbul imtahanını Azərbaycan dilində
verən abituriyentlər xarici dil kimi ingilis, alman, fransız,
rus, ərəb və ya fars, qəbul imtahanını rus
dilində verən abituriyentlər isə ingilis, alman və ya
fransız dillərini seçə bilərlər. İmtahanda
abituriyentlərə Azərbaycan (rus) dili fənnindən 30,
xarici dil fənnindən 30 və riyaziyyat fənnindən 25
olmaqla, ümumilikdə 85 tapşırıq təqdim edilir. Qəbul
imtahanının birinci mərhələsində
abituriyentlərin toplaya biləcəyi maksimal bal hər fənn
üzrə 100 bal olmaqla, cəmi 300 baldır. İmtahanın
davametmə müddəti 3 saatdır.
3.2.
Qəbul imtahanını rus dilində verən abituriyentlər
Azərbaycan dili (dövlət dili kimi) fənnindən
ayrıca imtahan verirlər. İmtahanda abituriyentlərə
Azərbaycan dili (dövlət dili kimi) fənnindən 30
tapşırıq təqdim edilir. Abituriyentlərin toplaya
biləcəyi maksimal bal 30 baldır. İmtahanın
davametmə müddəti 1 saat 30
dəqiqədir. Bu imtahanın nəticəsi “məqbul” və
ya “qeyri-məqbul”la qiymətləndirilir və “məqbul”
alanlar iki (cari və növbəti) tədris ili
üçün keçirilən müsabiqələrdə
qəbul imtahanlarına (ixtisas seçiminə)
buraxılırlar. [11]
3.3.
Qəbul imtahanının birinci mərhələsində
iştirak etməyən abituriyent ikinci mərhələyə,
ikinci mərhələdə iştirak etməyən abituriyent
isə ixtisas seçiminə buraxılmır.
3.4.
Müvafiq tədris ili üzrə müsabiqədə
abituriyentlər tam orta təhsil səviyyəsi üzrə
buraxılış imtahanında əldə etdikləri
nəticələr əsasında iştirak edirlər və
qəbul imtahanının birinci mərhələsini,
eləcə də bu Qaydaların 3.2-ci bəndində
nəzərdə tutulan Azərbaycan dili (dövlət dili
kimi) fənnindən imtahan vermirlər. Azərbaycan dili istisna
olmaqla, tədris digər dillərdə aparılan ümumi
təhsil müəssisələrində təhsil alan
şagirdlər buraxılış imtahanının
nəticələrinə əsasən ali təhsil
müəssisələrinin tədris rus dilində aparılan
ixtisasları üzrə müsabiqədə iştirak
etmək üçün buraxılış imtahanı
çərçivəsində imtahan verdikləri
Azərbaycan dili (dövlət dili kimi) fənnindən
Mərkəz tərəfindən müəyyən edilən
şərtə uyğun nəticə əldə
etməlidirlər.
3.5.
Azərbaycan və rus dilləri istisna olmaqla, tədris ingilis,
gürcü və digər dillərdə aparılan ümumi
təhsil müəssisələrində təhsil alan
şagirdlər buraxılış imtahanının
nəticələrinə əsasən ali təhsil
müəssisələrinin ixtisasları üzrə
müsabiqədə iştirak etmək üçün
buraxılış imtahanı
çərçivəsində ali təhsil pilləsində
təhsil almaq istədikləri tədris dilinə uyğun
olaraq, Azərbaycan dili və ya rus dili fənnindən də
imtahan verməlidirlər. Tədris Azərbaycan dilində
aparılan ümumi təhsil müəssisələrində
təhsil alan şagirdlər buraxılış imtahanının
nəticələrinə əsasən ali təhsil
müəssisələrinin tədris rus dilində aparılan
ixtisasları üzrə müsabiqədə iştirak
etmək üçün rus dili fənnindən, tədris rus
dilində aparılan ümumi təhsil
müəssisələrində təhsil alan şagirdlər
buraxılış imtahanının nəticələrinə
əsasən ali təhsil müəssisələrinin
tədris Azərbaycan dilində aparılan ixtisasları
üzrə müsabiqədə iştirak etmək
üçün Azərbaycan dili fənnindən imtahan
verməlidirlər.
3.6.
Buraxılış imtahanının nəticələrinə
əsasən ali təhsil müəssisələrinin ixtisasları
üzrə müsabiqədə iştirak edən
abituriyentlər buraxılış imtahanı
çərçivəsində verdikləri xarici dildən
fərqli xarici dil bilikləri tələb edən ixtisaslar
üzrə müsabiqədə iştirak etmək
üçün qəbul imtahanının birinci
mərhələsi çərçivəsində
tələb edilən xarici dildən imtahan verməlidirlər.
3.7.
Qəbul imtahanlarının birinci mərhələsinin
(buraxılış imtahanlarının) nəticələri 2
il qüvvədə olur, cari və növbəti tədris
illərində abituriyentə ali təhsil
müəssisələrinə keçirilən
tələbə qəbulu müsabiqəsində iştirak
etmək hüququ verir. Abituriyent öz istəyinə uyğun
olaraq, müsabiqədə iştirak etmək üçün
müvafiq tədris ilində yenidən qəbul
imtahanının birinci mərhələsində iştirak
edə bilər. Bu zaman abituriyent müsabiqədə hansı
imtahanın nəticəsi ilə iştirak edəcəyini özü
müəyyən edir.
3.8.
Ali təhsil müəssisələrinə qəbul
imtahanlarının ikinci mərhələsi təhsil
müəssisələrinə qəbul aparılan ixtisas
qrupları üzrə həyata keçirilir, 1 il
qüvvədə olur və yalnız cari tədris ilində
abituriyentə ali təhsil müəssisələrinə
keçirilən tələbə qəbulu
müsabiqəsində iştirak etmək hüququ verir. Qəbul
imtahanları hər tədris ilində iki dəfə – yaz
və yay sessiyaları şəklində keçirilir. Abituriyent
hər sessiyada istədiyi ixtisas qrupu üzrə yalnız bir
imtahanda iştirak edə bilər. I-IV ixtisas qrupları
üzrə qəbul imtahanında iştirakından
asılı olmayaraq, abituriyent V ixtisas qrupu üzrə də
imtahanda iştirak edə bilər. İxtisas qrupları
üzrə imtahan fənləri, onların üstünlük
dərəcələri və nisbi əmsalları
aşağıdakı kimi müəyyən edilmişdir:
3.8.1.
I ixtisas qrupu – riyaziyyat (nisbi əmsal:1,5), fizika (nisbi
əmsal:1,5) və kimya (nisbi əmsal:1);
3.8.2.
II ixtisas qrupu – riyaziyyat (nisbi əmsal:1,5), coğrafiya (nisbi
əmsal:1,5) və tarix (nisbi əmsal:1);
3.8.3.
III ixtisas qrupu – qəbul imtahanının dilinə uyğun
olaraq, Azərbaycan dili və ya rus dili (nisbi əmsal:1,5), tarix
(nisbi əmsal:1,5) və ədəbiyyat (nisbi əmsal:1);
3.8.4.
IV ixtisas qrupu – biologiya (nisbi əmsal:1,5), kimya (nisbi
əmsal:1,5) və fizika (nisbi əmsal:1);
3.8.5.
V ixtisas qrupu üzrə müsabiqədə iştirak
etmək üçün abituriyentlər qəbul
imtahanının ikinci mərhələsini vermirlər. Onlar
müsabiqədə birinci mərhələnin (buraxılış
imtahanının) nəticələrinə əsasən
iştirak edirlər.
3.9.
Qəbul imtahanının ikinci mərhələsində
abituriyentlərə hər fənn üzrə 30 olmaqla,
ümumilikdə 90 tapşırıq təqdim edilir. Qəbul
imtahanının ikinci mərhələsində
abituriyentlərin toplaya biləcəyi maksimal bal nisbi əmsalı
1,5 olan fənlər üzrə 150 bal, nisbi əmsalı 1 olan
fənlər üzrə 100 bal olmaqla, cəmi 400 baldır.
İmtahanın davametmə müddəti 3 saatdır.
3.10.
Hər mərhələdə imtahanın məzmunu, yəni
təhsilalanlara təqdim edilən tapşırıqların
növü və qiymətləndirilmə qaydası
Mərkəz tərəfindən Azərbaycan
Respublikasının Təhsil Nazirliyi ilə
razılaşdırılmaqla müəyyən edilir və
hər il tədris ilinin başlanılmasından 1 ay
müddət keçənədək elan edilir. İmtahan
suallarının məzmunu Mərkəz tərəfindən
hazırlanmış və Azərbaycan Respublikasının
Təhsil Nazirliyi ilə razılaşdırılmaqla
təsdiq edilmiş imtahan fənləri üzrə qəbul
proqramlarına uyğun müəyyən edilir.
İmtahanların keçiriləcəyi günlər və
imtahanların aparılması texnologiyası Mərkəz
tərəfindən müəyyənləşdirilir.
3.11.
Qəbul imtahanlarında əlilliyi olan şəxslərin
iştirakının təmin edilməsi üçün
Mərkəz tərəfindən əlverişli şərait
yaradılır. I dərəcə gözdən əlilliyi olan
abituriyentlərə fərdi nəzarətçi təyin
edilir və onlar üçün imtahanın davametmə
müddəti hər mərhələdə 1 saat artırılır.[12]
4. İxtisas seçimi
4.1. Ali təhsil müəssisələrinə
qəbul olmaq üçün ixtisas seçimi abituriyentlərin
bütün ixtisas qruplarına imtahan nəticələri elan
olunduqdan sonra aparılır.
4.2. İxtisas seçiminə imtahan nəticələri
Mərkəz tərəfindən Azərbaycan
Respublikasının Təhsil Nazirliyi ilə
razılaşdırılmaqla müəyyən
edilən müsabiqə şərtlərinə uyğun olan
abituriyentlər buraxılırlar.
4.3. Abituriyentlər ali təhsil müəssisələrinin
imtahan verdikləri ixtisas qruplarına aid ixtisaslarını
seçir, onları istədikləri ardıcıllıqla
elektron ixtisas seçimi ərizə formasına daxil edir və
təsdiqləyirlər.
4.4. Ali təhsil
müəssisələrinin xüsusi qabiliyyət tələb
edən ixtisaslarını ərizələrində yalnız
qabiliyyət imtahanından Mərkəz tərəfindən
müəyyən edilən müsabiqə şərtlərinə
uyğun qiymət alan abituriyentlər göstərə bilərlər.
5. Müsabiqənin keçirilməsi
5.1. Ali təhsil müəssisələrinin
I-IV ixtisas qrupuna daxil olan ixtisasları üzrə müsabiqə
abituriyentin qəbul imtahanında (iki mərhələnin nəticəsində) topladığı ümumi bal əsasında
aparılır. Abituriyent eyni tədris ilində eyni
qrup üzrə keçirilən bir neçə
qəbul imtahanında iştirak etdiyi halda, müsabiqədə
hansı imtahanın nəticəsi ilə iştirak edəcəyini
özü müəyyən edir.[13]
5.2. Ümumi
balı eyni olan 2 və daha çox abituriyenti bir-birindən
fərqləndirmək məqsədi ilə aşağıda
qeyd edilən ardıcıllıqla əlavə
göstəricilərdən istifadə edilir:[14]
5.2.1.
təhsil haqqında sənədə (attestata) tədris dili,
ədəbiyyat, xarici dil, riyaziyyat, Azərbaycan tarixi, ümumi
tarix, fizika, kimya, biologiya, coğrafiya fənləri
üzrə yazılmış yekun qiymətlərin
ədədi ortası;
5.2.2.
xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə
qabiliyyət imtahanının yekun nəticəsi (bal);
5.2.3.
qəbul imtahanının ikinci mərhələsi üzrə
ümumi bal;
5.2.4.
qəbul imtahanının ikinci mərhələsinin imtahan
fənləri üzrə nisbi balların cəmi;
5.2.5.
qəbul imtahanının ikinci mərhələsinin imtahan
fənləri üzrə düzgün cavabların
(yazılı suallar üzrə balların) sayı;
5.2.6.
qəbul imtahanının ikinci mərhələsinin imtahan
fənlərinin üstünlük dərəcəsini
nəzərə almaqla, həmin fənlərdən
ayrılıqda toplanılan nisbi balların miqdarı;
5.2.7.
qəbul imtahanının birinci mərhələsi
üzrə Azərbaycan və ya rus dili fənnindən
toplanılan bal;
5.2.8.
qəbul imtahanının birinci mərhələsi
üzrə riyaziyyat fənnindən toplanılan bal.
5.3. Ali təhsil
müəssisələrinin V ixtisas qrupuna daxil olan, qabiliyyət
imtahanlarının nəticələri balla qiymətləndirilən,
xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə
müsabiqə abituriyentin qabiliyyət
imtahanlarında topladığı yekun bal əsasında
aparılır. Yekun balı eyni
olan iki və daha çox abituriyenti bir-birindən fərqləndirmək
məqsədi ilə aşağıda qeyd edilən
ardıcıllıqla əlavə göstəricilərdən
istifadə edilir: [15]
5.3.1. abituriyentin qəbul (müvafiq ilin abituriyentləri üçün
buraxılış) imtahanında
topladığı ümumi bal; [16]
5.3.2. təhsil haqqında sənədə (attestata) tədris
dili, ədəbiyyat, xarici dil, riyaziyyat, Azərbaycan tarixi,
ümumi tarix, fizika, kimya, biologiya, coğrafiya fənləri
üzrə yazılmış yekun qiymətlərin ədədi
ortası;
5.3.3. riyaziyyat fənni üzrə imtahan balı;
5.3.4. Azərbaycan
(rus) dili fənni üzrə imtahan balı.
5.4. Ali təhsil
müəssisələrinin V ixtisas qrupuna daxil olan, qabiliyyət
imtahanlarının nəticələri “məqbul”la qiymətləndirilən,
xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə
müsabiqə abituriyentin qəbul (müvafiq ilin abituriyentləri üçün
buraxılış) imtahanında
topladığı ümumi bal əsasında aparılır. Ümumi balı eyni
olan iki və daha çox abituriyenti bir-birindən fərqləndirmək
məqsədi ilə aşağıda qeyd edilən
ardıcıllıqla əlavə göstəricilərdən
istifadə edilir: [17]
5.4.1. təhsil haqqında sənədə (attestata) tədris
dili, ədəbiyyat, xarici dil, riyaziyyat, Azərbaycan tarixi,
ümumi tarix, fizika, kimya, biologiya, coğrafiya fənləri
üzrə yazılmış yekun qiymətlərin ədədi
ortası;
5.4.2. riyaziyyat fənni üzrə imtahan balı;
5.4.3. Azərbaycan
(rus) dili fənni üzrə imtahan balı.
5.5.
Ümumi balı eyni olan iki və daha çox abituriyenti
bir-birindən fərqləndirmək mümkün olmadıqda,
onların hamısı müvafiq ixtisasa yerləşdirilir.
5.6. Xüsusi təyinatlı ali təhsil
müəssisələrinə sənəd verən abituriyentlər
ilk növbədə həmin ali təhsil müəssisələrinin
müvafiq ixtisası üzrə müsabiqədə
iştirak edirlər. Abituriyent
yalnız bir xüsusi təyinatlı ali təhsil müəssisəsinin
ixtisasları üzrə müsabiqədə iştirak edə
bilər. Müsabiqədən keçməyən
abituriyentlərə həmin ixtisas qrupuna daxil olan digər
ixtisaslar üzrə keçirilən müsabiqədə
ümumi qaydada iştirak etmək imkanı verilir.
5.7. Abituriyentlərin yerləşdirilməsi
onların seçdikləri ixtisasların
ardıcıllığına uyğun olaraq, dövlət
sifarişi ilə tələbə qəbulunun proqnozu nəzərə
alınmaqla, ixtisaslar üzrə vakant yerlərin sayı
çərçivəsində həyata keçirilir.
Abituriyentlər müsabiqədən keçdiyi ixtisasların
birincisinə yerləşdirilirlər.
5.8. Qəbul imtahanları nəticəsində
dövlət sifarişi ilə ali təhsil almaq hüququnu qazanan
abituriyentlər mülkiyyət formasından asılı
olmayaraq, dövlət sifarişi əsasında mütəxəssis
hazırlığında iştirak edən istənilən ali
təhsil müəssisəsini seçə bilərlər.
5.9.
Müsabiqənin nəticələri elan olunduqdan sonra boş
qalan yerlər elan edilir, abituriyentlər tərəfindən bu
Qaydaların 4.2-4.4-cü bəndlərinə uyğun olaraq
ixtisas seçimi həyata keçirilir və həmin yerlərə
müsabiqə yolu ilə yerləşdirilmə
aparılır.
5.10. Müsabiqənin nəticələri
elan olunduqdan sonra, Azərbaycan Respublikası Təhsil
Nazirliyinin müəyyən etdiyi ali təhsil müəssisələri
və ixtisaslar üzrə bakalavriat səviyyəsində
hazırlıq qruplarının yerləri elan edilir, ali təhsil
müəssisələrinə qəbul olmayan abituriyentlər
tərəfindən bu Qaydaların 4.2-4.4-cü bəndlərinə
uyğun olaraq ixtisas seçimi həyata keçirilir və həmin
yerlərə Mərkəz tərəfindən müsabiqə
yolu ilə yerləşdirilmə aparılır.
Hazırlıq qruplarında tədrisin sonunda Mərkəz tərəfindən
bu Qaydalarda nəzərdə tutulmuş qəbul
imtahanlarına uyğun olaraq buraxılış imtahanları
keçirilir və buraxılış imtahanları nəticəsində
müvəffəqiyyət qazanan tələbələr ali təhsil
müəssisələrinin birinci kursuna qəbul olunurlar.[18]
6. Yekun müddəalar
6.1. Təhsilalma formasından
asılı olmayaraq, hər hansı bir ixtisasa yerləşdirilmiş
abituriyent tələb olunan sənədləri 10 gün
müddətində qəbul olduğu təhsil müəssisəsinə
təqdim etməklə qeydiyyatdan keçməlidir.
Abituriyentin bu müddətdə təhsil müəssisəsində
qeydiyyatdan keçməməsi onun yerləşdirildiyi ixtisas
üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir.
Bu abituriyentlər
boş qalan yerlər üzrə keçirilən müsabiqəyə
buraxılmırlar.
6.2. Azərbaycan
Respublikasının ali təhsil müəssisələrinə
keçirilən müsabiqə və onun nəticələri
ilə bağlı vətəndaşların müraciətlərinə
baxılması üçün Mərkəz tərəfindən
Apelyasiya Komissiyası yaradılır.
6.3. Abituriyent
Apelyasiya Komissiyasına şəxsiyyəti təsdiq edən sənədin
əslini təqdim etməklə, şəxsən müraciət
etməlidir. Apelyasiya Komissiyasının qərarlarından
inzibati qaydada və ya məhkəməyə şikayət
verilə bilər.
6.4.
Abituriyentin aşağıdakı hərəkətlərə
yol verməsi qadağandır:
6.4.1. saxta və ya
başqasına aid sənəd təqdim etmək, imtahana öz yerinə
başqasını göndərmək və
ya sərxoş vəziyyətdə gəlmək; [19]
6.4.2. imtahana mobil telefon və
digər rabitə vasitələri, kalkulyator və digər
elektron cihazlar, konspekt, lüğət, cədvəl, məlumat
kitabçası və digər yardımçı vasitələr
gətirmək və ya onlardan istifadə etmək;
6.4.3. yandırıcı,
partlayıcı, kəsici, deşici, atıcı və digər
bu kimi əşyalarla imtahan binasına girmək, özü ilə
tütün məmulatı gətirmək;[20]
6.4.4. səbəbindən asılı
olmayaraq, imtahan zalında yerini dəyişmək, gəzişmək,
yerindən durmaq, “İmtahan başlandı!” elan olunan andan 2
saat müddət keçənədək və imtahanın
son 15 dəqiqəsi ərzində zaldan çıxmaq və
digər hərəkətlərlə imtahanın gedişinə
mane olmaq;
6.4.5. başqasının nəticəsinə
təsir göstərmək, o cümlədən
başqasının cavab kartına (vərəqinə), sual kitabçasına baxmaq və ya öz cavab
kartına (vərəqinə), sual kitabçasına başqasının
baxmasına şərait yaratmaq, sualın cavabını
soruşmaq və ya bildirmək; [21]
6.4.6. nəzarətçiyə və
ya digər şəxslərə tapşırıqların həllində
kömək üçün müraciət etmək;
6.4.7. cavab kartını (vərəqini) və sual kitabçasını zədələmək,
onları nəzarətçiyə təhvil vermədən
imtahan zalından çıxmaq. [22]
6.5. Abituriyentin bu Qaydaların
6.4-cü bəndində göstərilən hərəkətlərə
yol verməsi halları Mərkəz tərəfindən
aşkar edildikdə, onun müsabiqə (imtahan) nəticələri
ləğv edilir. Bu qərardan inzibati qaydada və ya məhkəməyə
şikayət verilə bilər.
Qeyd. Bu Qaydalarda “müvafiq tədris
ili” dedikdə, buraxılış imtahanının nəticələrinin
qüvvədə olduğu tədris ili (cari və növbəti)
nəzərdə tutulur.[23]
|
|
“Azərbaycan
Respublikasının ali təhsil müəssisələrinə
tələbə qəbulu Qaydaları”na 1 nömrəli əlavə [24] |
İxtisas qrupları və ixtisaslar
|
İxtisas qrupları |
||||
|
I |
II |
III |
IV |
V |
|
İxtisasların adı |
||||
|
1. Fizika müəllimliyi |
1. Coğrafiya müəllimliyi |
1. Azərbaycan dili və ədəbiyyatı müəllimliyi |
1. Biologiya müəllimliyi |
1. Fiziki tərbiyə və
çağırışaqədərki hazırlıq
müəllimliyi* |
|
2. İnformatika müəllimliyi |
2. Tarix və coğrafiya müəllimliyi |
2. Dil və ədəbiyyat müəllimliyi (dillər
üzrə) |
2. Kimya müəllimliyi |
2. Musiqi müəllimliyi* |
|
3. Riyaziyyat müəllimliyi |
3. Beynəlxalq münasibətlər |
3. İbtidai sinif müəllimliyi |
3. Kimya və biologiya müəllimliyi |
3. Təsviri incəsənət müəllimliyi* |
|
4. Riyaziyyat və informatika müəllimliyi |
4. Regionşünaslıq (regionlar üzrə) |
4. Korreksiyaedici təlim |
4. Psixologiya |
4. Aktyor sənəti* |
|
5. Texnologiya müəllimliyi |
5. Sosiologiya |
5. Məktəbəqədər təhsil |
5. Biologiya |
5. Bəstəkarlıq* |
|
6. Fizika |
6. Beynəlxalq ticarət və logistika |
6. Tarix müəllimliyi |
6. Ekologiya |
6. Dekorativ-tətbiqi sənət (sahələr
üzrə)* |
|
7. Geologiya |
7. Biznesin idarə edilməsi |
7. Təhsildə sosial-psixoloji xidmət |
7. Kimya |
7. Dirijorluq (sahələr üzrə)* |
|
8. Kompüter elmləri |
8. Davamlı inkişafın idarə edilməsi |
8. Xarici dil müəllimliyi (dillər üzrə) |
8. Bağçılıq və tərəvəzçilik |
8. Dizayn (sahələr üzrə)* |
|
9. Mexanika |
9. Dövlət və bələdiyyə idarəetməsi |
9. Dinşünaslıq |
9. Baytarlıq təbabəti |
9. Heykəltəraşlıq* |
|
10. Riyaziyyat |
10. İqtisadiyyat |
10. Dövlət və ictimai münasibətlər |
10. Bitki mühafizəsi |
10. İnstrumental ifaçılıq (sahələr
üzrə)* |
|
11. Aerokosmik mühəndislik |
11. Maliyyə |
11. Fəlsəfə |
11. Su bioehtiyatları və akvakultura |
11. Musiqişünaslıq* |
|
12. Aqromühəndislik |
12. Marketinq |
12. Filologiya (dil və ədəbiyyat göstərilməklə) |
12. Bədən tərbiyəsi və idmanda
reabilitasiya |
12. Operator sənəti* |
|
13. Aviasiya təhlükəsizliyi mühəndisliyi |
13. Menecment |
13. Hüquqşünaslıq |
13. Fizioterapiya və tibbi reabilitasiya |
13. Populyar musiqi və caz
ifaçılığı (sahələr üzrə)* |
|
14. Cihaz mühəndisliyi |
14. Mühasibat |
14. İslamşünaslıq |
14. Əczaçılıq |
14. Qrafika* |
|
15. Dəniz naviqasiyası mühəndisliyi |
15. Statistika |
15. Jurnalistika* |
15. Tibb bacısı işi |
15. Rejissorluq* |
|
16. Ekologiya mühəndisliyi |
16. Coğrafiya |
16. Kitabxanaçılıq və informasiya fəaliyyəti |
16. Hərbi tibb |
16. Rəngkarlıq* |
|
17. Elektrik və elektronika mühəndisliyi |
17. Hidro meteorologiya |
17. Politologiya |
17. İctimai səhiyyə |
17. Vokal sənəti (sahələr üzrə)* |
|
18. Energetika mühəndisliyi |
18. İdman menecmenti və kommunikasiya |
18. Tarix |
18. Stomatologiya |
18. Xoreoqrafiya sənəti (sahələr üzrə)* |
|
19. Gəmi energetik qurğularının istismarı
mühəndisliyi |
19. Nəqliyyatda servis (nəqliyyat növləri
üzrə) |
19. Tərcümə (dillər üzrə) |
19. Tibb |
19. Məşqçilik* |
|
20. Gəmiqayırma və gəmi təmiri mühəndisliyi |
20. Turizm bələdçiliyi |
20. Bədii yaradıcılıq və ekran
dramaturgiyası |
20. Biotexnologiya |
|
|
21. Geologiya və geofizika mühəndisliyi |
21. Turizm işinin təşkili |
21. Muzey, arxiv işi və abidələrin
qorunması |
|
|
|
22. Geomatika və geodeziya mühəndisliyi |
|
22. Sənətşünaslıq (sahələr
üzrə) |
|
|
|
23. Hava nəqliyyatının hərəkətinin təşkili |
|
23. Sosial iş |
|
|
|
24. Həyat fəaliyyətinin təhlükəsizliyi
mühəndisliyi |
|
24. İctimai təhlükəsizlik və idarəetmə |
|
|
|
25. İnformasiya təhlükəsizliyi |
|
|
|
|
|
26. İnformasiya texnologiyaları |
|
|
|
|
|
27. İnşaat mühəndisliyi |
|
|
|
|
|
28. Kimya mühəndisliyi |
|
|
|
|
|
29. Kommunikasiya sistemləri mühəndisliyi |
|
|
|
|
|
30. Kompüter mühəndisliyi |
|
|
|
|
|
31. Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi |
|
|
|
|
|
32. Maşın mühəndisliyi |
|
|
|
|
|
33. Materiallar mühəndisliyi |
|
|
|
|
|
34. Mədən mühəndisliyi |
|
|
|
|
|
35. Meliorasiya mühəndisliyi |
|
|
|
|
|
36. Memarlıq* |
|
|
|
|
|
37. Metallurgiya mühəndisliyi |
|
|
|
|
|
38. Mexanika mühəndisliyi |
|
|
|
|
|
39. Mexatronika və robototexnika mühəndisliyi |
|
|
|
|
|
40. Mühəndis fizikası |
|
|
|
|
|
41. Neft- qaz mühəndisliyi |
|
|
|
|
|
42. Nəqliyyat mühəndisliyi |
|
|
|
|
|
43. Nəqliyyat tikintisi mühəndisliyi |
|
|
|
|
|
44. Proseslərin avtomatlaşdırılması
mühəndisliyi |
|
|
|
|
|
45. Qida mühəndisliyi |
|
|
|
|
|
46. Radiotexnika və telekommunikasiya mühəndisliyi |
|
|
|
|
|
47. Şəhərsalma |
|
|
|
|
|
48. Sənaye mühəndisliyi |
|
|
|
|
|
49. Uçuş mühəndisliyi |
|
|
|
|
|
50. Yanğın təhlükəsizliyi mühəndisliyi |
|
|
|
|
|
51. Aqronomluq |
|
|
|
|
|
52. Balıqçılıq |
|
|
|
|
|
53. Meşəçilik |
|
|
|
|
|
54. Şərabçılıq |
|
|
|
|
|
55. Torpaqşünaslıq və aqrokimya |
|
|
|
|
|
56. Yerquruluşu və daşınmaz əmlakın
kadastrı |
|
|
|
|
|
57. Zoomühəndislik |
|
|
|
|
|
58. Hərbi kompozisiya materialları mühəndisliyi |
|
|
|
|
|
59. Hərbi rabitə vasitələri mühəndisliyi |
|
|
|
|
|
60. Optotexnika mühəndisliyi |
|
|
|
|
|
61. Pirotexniki və partladıcı vasitələr
mühəndisliyi |
|
|
|
|
|
62. Sərhəd təhlükəsizliyi və idarəetmə |
|
|
|
|
|
63. Silah və silah sistemləri mühəndisliyi |
|
|
|
|
|
64. Sistemlər mühəndisliyi |
|
|
|
|
* Bu ixtisaslar xüsusi qabiliyyət tələb
edən ixtisaslardır.
|
“Azərbaycan
Respublikasının ali təhsil müəssisələrinə
tələbə qəbulu Qaydaları”na 2 nömrəli əlavə ARAYIŞ № _____________________________________________________________________________ (arayışı verən təhsil müəssisəsinin
adı) məzunu
_____________________________________________________________________ (soyadı, adı, atasının adı) ondan ötrü verilir ki, həqiqətən
onun qeyd olunan fənlər üzrə attestat qiymətləri
aşağıdakı kimidir:
Arayış Sənəd Qəbulu Komissiyasına təqdim
edilmək üçün verilir. Məsul şəxs ______________
_____________________________ (imza) (soyadı,
adı, atasının adı) M.Y. Tarix _____ ___________ 20 __ -ci il |
|
“Azərbaycan Respublikasının ali təhsil
müəssisələrinə tələbə qəbulu
Qaydaları”na 3
nömrəli əlavə [25] ARAYIŞ № _____________________________________________________________________________ (təhsil müəssisəsinin adı) _____________________________________________________________________________ (təhsil aldığı ixtisasın adı) _________________________________________
üzrə bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsində
təhsilini _________ ildə bitirən
_________________________________________ ondan ötrü verilir ki, həqiqətən
o,
(soyadı, adı, atasının adı) bakalavriat (əsas (baza
ali) tibb təhsili) səviyyəsində təhsilini
_________________________ (dövlət sifarişi əsasında/
ödənişli əsaslarla) almışdır.
Arayış Sənəd Qəbulu Komissiyasına təqdim
edilmək üçün verilir. Məsul şəxs ______________
_______________________________________________
(imza)
(soyadı, adı, atasının adı) M.Y. Tarix _____ ___________ 20__-ci il |
İSTİFADƏ OLUNMUŞ
MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
17 oktyabr 2017-ci il tarixli 443
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq” qəzeti,
20 oktyabr 2017-ci il, № 230, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2017-ci il, №10 , maddə 1905)
2.
13 fevral 2018-ci il tarixli 47
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq” qəzeti
15 fevral 2018-ci il, № 35, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 2, maddə
351)
3.
17 aprel 2018-ci il tarixli 169 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti
24 aprel 2018-ci il, № 91, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2018-ci il, № 4, maddə 817)
4.
8 noyabr 2018-ci il tarixli 482
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq” qəzeti,
14 noyabr 2018-ci il, № 256, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci
il, № 11, maddə 2432)
5.
19 dekabr 2018-ci il tarixli 553 nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq” qəzeti,
23 dekabr 2018-ci il, № 290, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2018-ci il, №12, II kitab, maddə 2749)
6.
7 mart 2019-cu il tarixli 83 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı
(“Xalq” qəzeti, 14 mart 2019-cu il, № 59,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №
3, maddə 517)
7.
5 fevral 2020-ci il tarixli 32 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı
(“Xalq” qəzeti, 9 fevral 2020-ci il, №28,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №
2, maddə 183)
8.
17 fevral 2020-ci il tarixli 48
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq” qəzeti,
19 fevral 2020-ci il, № 37, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 2, maddə
199)
9.
18 may 2020-ci il tarixli 179 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı
(“Xalq” qəzeti, 18 may 2020-ci il,
№ 98, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 5, maddə
650) (Bu Qərar 2020-ci il oktyabrın 1-dək
qüvvədədir.)
10.
12 avqust 2020-ci il tarixli 291 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı
(“Xalq” qəzeti, 13 avqust 2020-ci il, №
158, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci
il, № 8, maddə 1108)
QƏRARA
EDİLMİŞ DƏYİŞİKLİK VƏ
ƏLAVƏLƏRİN SİYAHISI
[1] 12 avqust 2020-ci il tarixli 291
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq” qəzeti,
13 avqust 2020-ci il, № 158, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2020-ci il, № 8, maddə 1108) ilə “Azərbaycan Respublikasının
ali təhsil müəssisələrinə tələbə qəbulu
Qaydaları”nın 1.2-ci bəndinə “tam orta,” sözlərindən sonra “yüksək texniki peşə,” sözləri əlavə
edilmişdir.
[2] 8 noyabr 2018-ci il tarixli 482
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq” qəzeti,
14 noyabr 2018-ci il, № 256, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci
il, № 11, maddə 2432) ilə “Azərbaycan
Respublikasının ali təhsil müəssisələrinə
tələbə qəbulu Qaydaları”na yeni məzmunda 1.2-1-ci
bənd əlavə edilmişdir.
[3] 12 avqust 2020-ci il tarixli 291
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq” qəzeti,
13 avqust 2020-ci il, № 158, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2020-ci il, № 8, maddə 1108) ilə “Azərbaycan Respublikasının
ali təhsil müəssisələrinə tələbə qəbulu
Qaydaları”nın 1.3-cü bəndində “təhsili” sözü “təhsil
pilləsi, habelə yüksək texniki peşə təhsili
səviyyəsi üzrə təhsil” sözləri ilə əvəz
edilmişdir.
[4] 8 noyabr 2018-ci il tarixli 482
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq” qəzeti,
14 noyabr 2018-ci il, № 256, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci
il, № 11, maddə 2432) ilə “Azərbaycan
Respublikasının ali təhsil müəssisələrinə
tələbə qəbulu Qaydaları”nın 1.4-cü bəndinə
“Bakalavriat” sözündən
sonra “(əsas (baza ali) tibb təhsili)”
sözləri əlavə edilmişdir.
[5] 8 noyabr 2018-ci il tarixli 482
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq” qəzeti,
14 noyabr 2018-ci il, № 256, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci
il, № 11, maddə 2432) ilə “Azərbaycan
Respublikasının ali təhsil müəssisələrinə
tələbə qəbulu Qaydaları”nın 1.6-cı bəndin
birinci cümləsində “dünya
fənn olimpiadalarının, yüksəksəviyyəli beynəlxalq
müsabiqələrin və yarışların qaliblərinin
müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə
müsabiqədənkənar qəbul olunmaları halları”
sözləri “Təhsil
haqqında” Azərbaycan Respublikası Qanununun 26.5-ci və
26.5-3-cü maddələrində göstərilən hallar”
sözləri ilə əvəz edilmişdir.
19 dekabr 2018-ci il tarixli 553 nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq” qəzeti,
23 dekabr 2018-ci il, № 290, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2018-ci il, №12, II kitab, maddə 2749) ilə “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə
tələbə qəbulu Qaydaları”nın 1.6-cı bəndin
ikinci cümləsinə “biliyin
qiymətləndirilməsi üzrə” sözlərindən
sonra “mərkəzləşdirilmiş
qaydada bu Qaydaların 3-cü hissəsində göstərilən
iki mərhələdə” sözləri əlavə
edilmişdir.
[6] 8 noyabr 2018-ci il tarixli 482
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq” qəzeti,
14 noyabr 2018-ci il, № 256, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci
il, № 11, maddə 2432) ilə “Azərbaycan
Respublikasının ali təhsil müəssisələrinə
tələbə qəbulu Qaydaları”nın 1.8-ci bəndinə
“bakalavr” sözündən
sonra “(əsas (baza ali) tibb təhsilinin)”
sözləri əlavə edilmişdir.
[7] 13 fevral 2018-ci il tarixli 47
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq” qəzeti
15 fevral 2018-ci il, № 35, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 2, maddə
351) ilə “Azərbaycan
Respublikasının ali təhsil müəssisələrinə
tələbə qəbulu Qaydaları”nın 2.1-ci bəndi
yeni redaksiyada verilmişdir.
əvvəlki
redaksiyada deyilirdi:
2.1. Ali təhsil müəssisələrinə tələbə
qəbulu üzrə müsabiqədə iştirak etmək
üçün abituriyentlər Mərkəzin rəsmi
internet saytında “Abituriyentin elektron ərizəsi”ni
doldurmalıdırlar. Azərbaycan Respublikasında tam orta təhsil səviyyəsini cari ildə bitirən
abituriyentlər isə ali təhsil müəssisələrinə
tələbə qəbulu üzrə müsabiqədə
iştirak etmək üçün Mərkəzin rəsmi
internet saytında “Abituriyentin elektron ərizəsi”ni
özləri təsdiq etməlidirlər. Digər
abituriyentlər aşağıdakı sənədləri Mərkəz
tərəfindən yaradılmış Sənəd Qəbulu
Komissiyalarına (bundan sonra - SQK) şəxsən
təqdim etməklə, ərizələrini
təsdiq etdirməlidirlər:
19 dekabr 2018-ci il tarixli 553 nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq” qəzeti,
23 dekabr 2018-ci il, № 290, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2018-ci il, №12, II kitab, maddə 2749) ilə “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə
tələbə qəbulu Qaydaları”nın 2.1-ci bəndinə
“məzunları”
sözündən sonra “və
tam orta təhsil səviyyəsini Azərbaycan
Respublikasının hüdudlarından kənarda yerləşən
təhsil müəssisələrində bitirən şəxslər”
sözləri əlavə edilmişdir.
[8] 13 fevral 2018-ci il tarixli 47
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq” qəzeti
15 fevral 2018-ci il, № 35, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 2, maddə
351) ilə “Azərbaycan
Respublikasının ali təhsil müəssisələrinə
tələbə qəbulu Qaydaları”nın 2.1.2-ci yarımbəndində
“tam orta təhsil haqqında sənədin
əslini təqdim etməyən abituriyentlər” sözləri
“orta ixtisas və ya ali təhsil
haqqında sənədin əslini təqdim edən abituriyentlər,
həmçinin” sözləri ilə əvəz
edilmişdir.
12 avqust 2020-ci il tarixli 291
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq” qəzeti,
13 avqust 2020-ci il, № 158, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2020-ci il, № 8, maddə 1108) ilə “Azərbaycan Respublikasının
ali təhsil müəssisələrinə tələbə qəbulu
Qaydaları”nın 2.1.2-ci yarımbəndinə “tam orta,” sözlərindən
sonra “yüksək texniki peşə,”
sözləri və ikinci halda “orta
ixtisas” sözlərindən əvvəl “yüksək texniki peşə,” sözləri əlavə
edilmişdir.
[9] 13 fevral 2018-ci il tarixli 47
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq” qəzeti
15 fevral 2018-ci il, № 35, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 2, maddə
351) ilə “Azərbaycan
Respublikasının ali təhsil müəssisələrinə
tələbə qəbulu Qaydaları”nın 2.4-cü bəndi
yeni redaksiyada verilmişdir.
əvvəlki
redaksiyada deyilirdi:
2.4. Ali təhsil müəssisələrinin
xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə
təhsil almaq istəyən abituriyentlər elektron ərizələrini
rəsmiləşdirdikdən sonra Mərkəzin rəsmi
internet saytında seçdiyi xüsusi qabiliyyət tələb
edən ixtisasın daxil olduğu komissiya üzrə
qeydiyyatdan keçirlər. Qeydiyyatdan keçmiş abituriyentlərin
Mərkəz tərəfindən mərkəzləşdirilmiş
qaydada keçirilən qəbul (V ixtisas qrupunda cari ilin
abituriyentləri buraxılış) imtahanında
topladıqları ümumi balları Mərkəz tərəfindən
müəyyən edilən müsabiqə şərtlərinə
uyğun olduqda, onlar qabiliyyət imtahanlarına
buraxılırlar. Qabiliyyət imtahanlarının
keçirilməsi şərtləri ali təhsil
müəssisələrinin təklifləri əsasında Mərkəz
tərəfindən müəyyən
edilir. Qabiliyyət imtahanının nəticəsi balla və
ya “məqbul” və “qeyri-məqbul”la qiymətləndirilir.
[10] 13 fevral 2018-ci il tarixli 47
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq” qəzeti
15 fevral 2018-ci il, № 35, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 2, maddə
351) ilə “Azərbaycan
Respublikasının ali təhsil müəssisələrinə
tələbə qəbulu Qaydaları”nın 3.1-ci bəndin
ikinci, üçüncü və dördüncü cümlələri
yeni redaksiyada verilmişdir.
əvvəlki
redaksiyada deyilirdi:
Abituriyent I-IV ixtisas
qruplarının yalnız biri üzrə qəbul imtahanında iştirak
edə bilər. I-IV ixtisas qruplarından biri üzrə qəbul imtahanında iştirakından
asılı olmayaraq, abituriyent
V ixtisas qrupu üzrə də imtahanda iştirak edə bilər.
Abituriyent seçdiyi qrup
daxilində bir (eyni) tədris ilində keçirilən bir
neçə qəbul imtahanında iştirak edə bilər. Qruplar
üzrə imtahan fənləri aşağıdakı kimidir:
19 dekabr 2018-ci il tarixli 553 nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq” qəzeti,
23 dekabr 2018-ci il, № 290, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2018-ci il, №12, II kitab, maddə 2749) ilə “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə
tələbə qəbulu Qaydaları”nın 3-cü hissəsi
yeni redaksiyada verilmişdir.
əvvəlki
redaksiyada deyilirdi:
3. Qəbul imtahanı
3.1. Ali təhsil müəssisələrinə
qəbul imtahanları ali təhsil müəssisələrinə
qəbul aparılan ixtisas qrupları üzrə həyata
keçirilir. Qəbul imtahanları hər tədris
ilində iki dəfə – yaz və yay sessiyaları şəklində
keçirilir. Abituriyent hər sessiyada istədiyi ixtisas qrupu
üzrə yalnız bir imtahanda iştirak edə bilər. I-IV
ixtisas qrupları üzrə qəbul imtahanında
iştirakından asılı olmayaraq, abituriyent V ixtisas qrupu
üzrə də imtahanda iştirak edə bilər.
3.1.1. I ixtisas
qrupu – qəbul imtahanının dilinə uyğun olaraq, Azərbaycan
dili və ya rus dili, riyaziyyat, fizika, kimya və xarici dil. Qəbul
imtahanını Azərbaycan dilində verən abituriyentlər
xarici dil kimi ingilis, alman, fransız və ya rus, qəbul imtahanını
rus dilində verən abituriyentlər isə ingilis, alman və
ya fransız dillərini seçə bilərlər;
3.1.2. II ixtisas
qrupu – qəbul imtahanının dilinə uyğun olaraq, Azərbaycan
dili və ya rus dili, riyaziyyat, Azərbaycan tarixi, coğrafiya və
xarici dil. Qəbul imtahanını Azərbaycan dilində verən
abituriyentlər xarici dil kimi ingilis,
alman, fransız, rus, ərəb və ya fars, qəbul
imtahanını rus dilində verən abituriyentlər isə
ingilis, alman və ya fransız dillərini seçə bilərlər;
3.1.3. III ixtisas
qrupu – qəbul imtahanının dilinə uyğun olaraq, Azərbaycan
dili və ya rus dili, ədəbiyyat, riyaziyyat, tarix və xarici
dil. Qəbul imtahanını Azərbaycan dilində verən
abituriyentlər xarici dil kimi ingilis,
alman, fransız, rus, ərəb və ya fars, qəbul
imtahanını rus dilində verən abituriyentlər isə
ingilis, alman və ya fransız dillərini seçə bilərlər;
3.1.4. IV ixtisas qrupu – qəbul
imtahanının dilinə uyğun olaraq, Azərbaycan dili və
ya rus dili, riyaziyyat, fizika, kimya və biologiya;
3.1.5. V ixtisas qrupu - qəbul
imtahanının dilinə uyğun olaraq Azərbaycan dili və
ya rus dili, riyaziyyat və xarici dil. Qəbul imtahanını Azərbaycan
dilində verən abituriyentlər xarici dil kimi ingilis, alman,
fransız və ya rus, qəbul imtahanını rus dilində
verən abituriyentlər isə ingilis, alman və ya fransız
dillərini seçə bilərlər. V ixtisas qrupu üzrə
müsabiqədə iştirak etmək üçün Azərbaycan
Respublikasında tam orta təhsil səviyyəsini cari ildə
bitirən abituriyentlər qəbul imtahanında iştirak
etmirlər. Onlar müsabiqədə buraxılış
imtahanının nəticələrinə əsasən
iştirak edirlər.
3.2. Ali təhsil müəssisələrinə qəbul
aparılan ixtisas qrupları üzrə imtahan fənlərinin
üstünlük dərəcəsi aşağıdakı
ardıcıllıqla müəyyən edilmişdir:
3.2.1. I ixtisas qrupu – riyaziyyat, fizika, kimya, Azərbaycan
(rus) dili, xarici dil. Riyaziyyat və fizika əsas fənlər
hesab olunurlar;
3.2.2. II ixtisas qrupu – riyaziyyat, coğrafiya, Azərbaycan
(rus) dili, xarici dil, Azərbaycan tarixi. Riyaziyyat və
coğrafiya əsas fənlər hesab olunurlar;
3.2.3. III ixtisas qrupu – Azərbaycan (rus)
dili, tarix, ədəbiyyat, xarici dil, riyaziyyat. Azərbaycan (rus)
dili və tarix əsas fənlər hesab olunurlar;
3.2.4. IV ixtisas qrupu – biologiya, kimya, fizika, Azərbaycan
(rus) dili, riyaziyyat. Biologiya və kimya əsas fənlər
hesab olunurlar.
3.3. “Azərbaycan
Respublikasında dövlət dili haqqında” Azərbaycan
Respublikası Qanununun 5.3-cü maddəsinə
əsasən, Azərbaycan Respublikasında ali təhsil müəssisələrinə
qəbul zamanı Azərbaycan dili fənnindən imtahan verilməlidir.
Qəbul imtahanını rus dilində verən abituriyentlər
Azərbaycan dili fənnindən test imtahanı verirlər. Bu
imtahanın nəticəsi “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndirilir, “məqbul”
alanlar iki (cari və növbəti) tədris ili
üçün keçirilən müsabiqələrdə qəbul
imtahanlarına (cari ilin abituriyentləri
ixtisas seçiminə) buraxılırlar.
3.4. İmtahanların məzmunu,
forması, aparılması texnologiyası, davametmə müddəti,
keçiriləcəyi yer və günlər Mərkəz tərəfindən
müəyyən edilir. İmtahan suallarının məzmunu
Mərkəz tərəfindən hazırlanmış və Azərbaycan
Respublikasının Təhsil Nazirliyi ilə
razılaşdırılmaqla təsdiq edilmiş imtahan fənləri
üzrə qəbul proqramlarına uyğun müəyyən
edilir.
3.5.
Qəbul imtahanlarında sağlamlıq imkanları məhdud
şəxslərin iştirakının təmin edilməsi
üçün Mərkəz tərəfindən əlverişli
şərait yaradılır. Görmə qabiliyyəti olmayan
(I qrup əlil) abituriyentlərə fərdi nəzarətçi
təyin edilir və onlar üçün imtahanın davametmə
müddəti 1 saat artırılır.
[11] 17 fevral 2020-ci il tarixli 48
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq” qəzeti,
19 fevral 2020-ci il, № 37, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 2, maddə
199) ilə “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə
tələbə qəbulu Qaydaları”nın 3.2-ci bəndinin
dördüncü cümləsində “
[12] 7 mart 2019-cu il tarixli 83 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı
(“Xalq” qəzeti, 14 mart 2019-cu il, № 59,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №
3, maddə 517) ilə “Azərbaycan Respublikasının ali təhsil
müəssisələrinə tələbə qəbulu
Qaydaları”nın 3.11-ci bəndinin ikinci cümləsində
“qrup” sözü “dərəcə” sözü
ilə əvəz edilmişdir.
[13] 19 dekabr 2018-ci il tarixli 553 nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq” qəzeti,
23 dekabr 2018-ci il, № 290, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2018-ci il, №12, II kitab, maddə 2749) ilə “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə
tələbə qəbulu Qaydaları”nın 5.1-ci bəndin
birinci cümləyə “imtahanında”
sözündən sonra “(iki mərhələnin
nəticəsində)” sözləri əlavə
edilmişdir və ikinci cümləyə “ilində” sözündən sonra “eyni qrup üzrə” sözləri əlavə
edilmişdir.
[14] 19 dekabr 2018-ci il tarixli 553 nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq” qəzeti,
23 dekabr 2018-ci il, № 290, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2018-ci il, №12, II kitab, maddə 2749) ilə “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə
tələbə qəbulu Qaydaları”nın 5.2-ci bəndi
yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
5.2. Ümumi balı eyni olan iki və daha çox
abituriyenti bir-birindən fərqləndirmək məqsədi
ilə aşağıda qeyd edilən ardıcıllıqla əlavə
göstəricilərdən istifadə edilir:
5.2.1. təhsil haqqında sənədə (attestata) tədris
dili, ədəbiyyat, xarici dil, riyaziyyat, Azərbaycan tarixi,
ümumi tarix, fizika, kimya, biologiya, coğrafiya fənləri
üzrə yazılmış yekun qiymətlərin ədədi
ortası;
5.2.2. xüsusi qabiliyyət tələb edən ixtisaslar
üzrə qabiliyyət imtahanının yekun nəticəsi
(bal);
5.2.3. qəbul imtahanının əsas fənləri
üzrə nisbi balların cəmi;
5.2.4. qəbul
imtahanının əsas fənləri
üzrə düzgün cavabların sayının cəmi;
5.2.5. qəbul imtahanı fənlərinin üstünlük dərəcəsini nəzərə
almaqla, həmin fənlərdən
ayrılıqda toplanılan nisbi balların miqdarı;
5.2.6. qəbul imtahanının bütün fənləri üzrə
bütövlükdə düzgün cavabların sayı;
5.2.7. qəbul
imtahanı fənlərinin üstünlük
dərəcəsini nəzərə almaqla, ayrılıqda
həmin fənlər üzrə düzgün cavabların
sayı.
[15] 19 dekabr 2018-ci il tarixli 553 nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq” qəzeti,
23 dekabr 2018-ci il, № 290, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2018-ci il, №12, II kitab, maddə 2749) ilə “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə
tələbə qəbulu Qaydaları”nın 5.3-cü bəndin
ikinci cümləsində “Ümumi”
sözü “Yekun”
sözü ilə əvəz edilmişdir.
[16] 19 dekabr 2018-ci il tarixli 553 nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq” qəzeti,
23 dekabr 2018-ci il, № 290, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2018-ci il, №12, II kitab, maddə 2749) ilə “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə
tələbə qəbulu Qaydaları”nın 5.3.1-ci yarımbəndində
“cari” sözü “müvafiq” sözü ilə əvəz
edilmişdir.
[17] 19 dekabr 2018-ci il tarixli 553 nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq” qəzeti,
23 dekabr 2018-ci il, № 290, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2018-ci il, №12, II kitab, maddə 2749) ilə “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə
tələbə qəbulu Qaydaları”nın 5.4-cü bəndin
birinci cümləsində “cari”
sözü “müvafiq”
sözü ilə və “yekun”
sözü “ümumi”
sözü ilə əvəz edilmişdir.
[18] 17 oktyabr 2017-ci il tarixli 443
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq” qəzeti,
20 oktyabr 2017-ci il, № 230, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2017-ci il, №10 , maddə 1905) ilə “Azərbaycan Respublikasının ali təhsil
müəssisələrinə tələbə qəbulu
Qaydaları”na yeni məzmunda 5.10-cu bənd əlavə
edilmişdir.
[19] 19 dekabr 2018-ci il tarixli 553 nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq” qəzeti,
23 dekabr 2018-ci il, № 290, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2018-ci il, №12, II kitab, maddə 2749) ilə “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə
tələbə qəbulu Qaydaları”nın 6.4.1-ci yarımbəndinə
“göndərmək”
sözündən sonra “və
ya sərxoş vəziyyətdə gəlmək” sözləri
əlavə edilmişdir.
[20] 17 aprel 2018-ci il tarixli 169 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti
24 aprel 2018-ci il, № 91, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2018-ci il, № 4, maddə 817) ilə “Azərbaycan Respublikasının ali təhsil
müəssisələrinə tələbə qəbulu
Qaydaları”nın 6.4.3-cü yarımbəndində “siqaret” sözü “tütün məmulatı”
sözləri ilə əvəz edilmişdir.
[21] 19 dekabr 2018-ci il tarixli 553 nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq” qəzeti,
23 dekabr 2018-ci il, № 290, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2018-ci il, №12, II kitab, maddə 2749) ilə “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə
tələbə qəbulu Qaydaları”nın 6.4.5-ci yarımbəndinə
hər iki halda “kartına”
sözündən sonra “(vərəqinə)”
sözü əlavə edilmişdir.
[22] 19 dekabr 2018-ci il tarixli 553 nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq” qəzeti,
23 dekabr 2018-ci il, № 290, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2018-ci il, №12, II kitab, maddə 2749) ilə “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə
tələbə qəbulu Qaydaları”nın 6.4.7-ci yarımbəndinə
“kartını” sözündən
sonra “(vərəqini)”
sözü əlavə edilmişdir.
[23] 19 dekabr 2018-ci il tarixli 553 nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq” qəzeti,
23 dekabr 2018-ci il, № 290, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2018-ci il, №12, II kitab, maddə 2749) ilə “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə
tələbə qəbulu Qaydaları”nın “Qeyd”i yeni
redaksiyada verilmişdir.
əvvəlki
redaksiyada deyilirdi:
Qeyd. 2016/2017-ci tədris ilində Azərbaycan
Respublikasının Tələbə Qəbulu üzrə
Dövlət Komissiyası tərəfindən qəbul
imtahanını rus dilində verən abituriyentlər
üçün keçirilmiş
Azərbaycan dili fənni üzrə test imtahanından
“məqbul” alan abituriyentlər 2017/2018-ci tədris ilində Mərkəz
tərəfindən keçiriləcək müsabiqələrdə
Azərbaycan
dili fənnindən imtahan vermədən qəbul
imtahanlarına buraxılırlar.
13 fevral 2018-ci il tarixli 47
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq” qəzeti
15 fevral 2018-ci il, № 35, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 2, maddə
351) ilə “Azərbaycan
Respublikasının ali təhsil müəssisələrinə
tələbə qəbulu Qaydaları”nın 1 nömrəli əlavəsi
– “İxtisas qrupları və ixtisaslar” I ixtisas qrupu
sütununun “42. İnformasiya
texnologiyaları və sistemləri mühəndisliyi” hissəsi
ləğv edilmişdir.
13 fevral 2018-ci il tarixli 47
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq” qəzeti
15 fevral 2018-ci il, № 35, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 2, maddə
351) ilə “Azərbaycan
Respublikasının ali təhsil müəssisələrinə
tələbə qəbulu Qaydaları”nın 1 nömrəli əlavəsi
– “İxtisas qrupları və ixtisaslar” I ixtisas qrupu sütununa
yeni məzmunda 79-84-cü hissələr əlavə
edilmişdir.
13 fevral 2018-ci il tarixli 47
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq” qəzeti
15 fevral 2018-ci il, № 35, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 2, maddə
351) ilə “Azərbaycan
Respublikasının ali təhsil müəssisələrinə
tələbə qəbulu Qaydaları”nın 1 nömrəli əlavəsi
– “İxtisas qrupları və ixtisaslar” II ixtisas qrupu
sütununa yeni məzmunda 21-ci və 22-ci hissələr əlavə
edilmişdir.
13 fevral 2018-ci il tarixli 47
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq” qəzeti
15 fevral 2018-ci il, № 35, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 2, maddə
351) ilə “Azərbaycan
Respublikasının ali təhsil müəssisələrinə
tələbə qəbulu Qaydaları”nın 1 nömrəli əlavəsi
– “İxtisas qrupları və ixtisaslar” IV ixtisas qrupu
sütununa yeni məzmunda 16-18-ci hissələr əlavə
edilmişdir.
13 fevral 2018-ci il tarixli 47
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq” qəzeti
15 fevral 2018-ci il, № 35, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 2, maddə
351) ilə “Azərbaycan
Respublikasının ali təhsil müəssisələrinə
tələbə qəbulu Qaydaları”nın 1 nömrəli əlavəsi
– “İxtisas qrupları və ixtisaslar” V ixtisas qrupu sütununa
yeni məzmunda 22-ci və 23-cü hissələr əlavə
edilmişdir.
[24] 5 fevral 2020-ci il tarixli 32 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı
(“Xalq” qəzeti, 9 fevral 2020-ci il, №28,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №
2, maddə 183) ilə “Azərbaycan
Respublikasının ali təhsil müəssisələrinə
tələbə qəbulu Qaydaları”na 1 nömrəli əlavə
- “İxtisas qrupları və ixtisaslar” yeni redaksiyada təsdiq edilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
|
|
|
İxtisas qrupları və ixtisaslar
|
|
||||
|
|
|
|
|
|
|
|
||||
|
|
|
|
|
|
*Bu ixtisaslar xüsusi qabiliyyət tələb edən
ixtisaslardır.
[25] 8 noyabr 2018-ci il tarixli 482
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq” qəzeti,
14 noyabr 2018-ci il, № 256, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci
il, № 11, maddə 2432) ilə “Azərbaycan
Respublikasının ali təhsil müəssisələrinə
tələbə qəbulu Qaydaları”na 3 nömrəli əlavənin
mətninə hər iki halda “bakalavriat”
sözündən sonra “(əsas
(baza ali) tibb təhsili)” sözləri əlavə
edilmişdir.