Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 21 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi Qaydası”nda dəyişikliklər edilməsi haqqında[1]

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 6 oktyabr tarixli 1359-IVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 20 noyabr tarixli 683 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 21 yanvar tarixli 12 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, N 1, maddə 58; 2013, N 5, maddə 568) ilə təsdiq edilmiş “Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 2-ci hissə üzrə:

1.1. 2.3-cü bəndə “ali təhsil müəssisələrinə” sözlərindən sonra “, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasına (bundan sonra - AMEA)” sözləri əlavə edilsin;

1.2. 2.4-cü bənddə “və ali təhsil müəssisələrində” sözləri “, ali təhsil müəssisələrində və AMEA-da” sözləri ilə əvəz edilsin;

1.3. 2.5-ci və 2.6-cı bəndlərdə ismin müvafiq hallarında “ali təhsil müəssisəsi” sözləri ismin müvafiq hallarında “ali təhsil müəssisələri və AMEA” sözləri ilə əvəz edilsin.

2. Həmin Qaydaya 1 nömrəli əlavə - “Arayış”ı üzrə:

2.1. hər iki halda “ali təhsil müəssisəsinin adı,” sözlərindən sonra “və ya AMEA,” sözləri əlavə edilsin;

2.2. “ali təhsil müəssisəsindən” sözlərindən sonra “və ya AMEA-dan” sözləri əlavə edilsin;

2.3. “Rektor” sözündən sonra “və ya AMEA-nın prezidenti” sözləri əlavə edilsin;

2.4. “ali təhsil müəssisəsində” sözlərindən sonra “və ya AMEA-da” sözləri əlavə edilsin.

 

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

 

Bakı şəhəri, 13 iyun 2016-cı il

                 № 222

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       7 yanvar 2026-cı il tarixli 2 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 8 yanvar 2026-cı il, “Xalq” qəzeti, 9 yanvar 2026-cı il, № 4)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 7 yanvar 2026-cı il tarixli 2 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 8 yanvar 2026-cı il, “Xalq” qəzeti, 9 yanvar 2026-cı il, № 4) ilə ləğv edilmişdir.