“ASAN Viza” sistemi haqqında Əsasnamə”nin təsdiq
edilməsi barədə
AZƏRBAYCAN
RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu
maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Elektron
vizaların verilməsi prosedurunun sadələşdirilməsi
və “ASAN Viza” sisteminin yaradılması haqqında”
Azərbaycan Respublikası Prezidentinin 2016-cı
il 1 iyun tarixli 923 nömrəli
Fərmanına əsasən qərara
alıram:
1. “ASAN Viza” sistemi haqqında Əsasnamə” təsdiq
edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. Azərbaycan Respublikası Prezidentinin
aktlarının bu Fərmana uyğunlaşdırılması
ilə bağlı təkliflərini üç ay
müddətində hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin;
2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin
normativ hüquqi aktlarının bu Fərmana
uyğunlaşdırılmasını üç ay
müddətində təmin edib Azərbaycan
Respublikasının Prezidentinə məlumat versin;
2.3. mərkəzi icra hakimiyyəti orqanlarının
normativ hüquqi aktlarının bu Fərmana
uyğunlaşdırılmasını nəzarətdə
saxlasın və bunun icrası barədə beş ay
müddətində Azərbaycan Respublikasının Prezidentinə
məlumat versin;
2.4. bu Fərmandan irəli gələn digər
məsələləri həll etsin.
3.
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi
mərkəzi icra hakimiyyəti orqanlarının normativ
hüquqi aktlarının və normativ xarakterli aktların bu
Fərmana uyğunlaşdırılmasını təmin edib
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə
məlumat versin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı
şəhəri, 20 oktyabr 2016-cı il
¹ 1082
|
|
Azərbaycan
Respublikası Prezidentinin 2016-cı
il 20 oktyabr tarixli 1082 nömrəli Fərmanı ilə TƏSDİQ
EDİLMİŞDİR |
“ASAN Viza” sistemi haqqında
ƏSASNAMƏ
1. Ümumi müddəalar
1.1.
Bu Əsasnamə “Elektron vizaların verilməsi prosedurunun
sadələşdirilməsi və “ASAN Viza” sisteminin
yaradılması haqqında” Azərbaycan Respublikası
Prezidentinin 2016-cı
il 1 iyun tarixli 923 nömrəli
Fərmanına əsasən hazırlanmışdır və
“ASAN Viza” sisteminin (bundan sonra - Sistem) fəaliyyətinin
hüquqi, təşkilati və texnoloji əsaslarını
müəyyən edir.
1.2.
Sistem aşağıdakıları təmin edir:
1.2.1.
ölkədə qalma müddətini 30 günədək
müəyyən edən birdəfəlik və 90
günədək müəyyən edən
çoxdəfəlik elektron vizaların
alınması üçün əcnəbinin və ya
vətəndaşlığı olmayan şəxsin birbaşa
Sistem vasitəsilə müraciət etməsini;[1]
1.2.2.
elektron viza alınması üçün zəruri olan
məlumatların bilavasitə Sistemə daxil edilməsini;
1.2.3.
elektron vizanın rəsmiləşdirilməsinə
görə müəyyən olunmuş dövlət
rüsumunun və digər
ödənişlərin (bundan sonra ödənişlərin)
Sistem vasitəsilə elektron qaydada və müvəkkil banklar vasitəsilə
ödənilməsini;[2]
1.2.4. birdəfəlik və ya
çoxdəfəlik elektron vizanın 3 iş günü
müddətində, birdəfəlik elektron vizanın
sürətləndirilmiş qaydada alınması
üçün müraciət edildikdə 3 saat
ərzində, birdəfəlik elektron vizanın Azərbaycan
Respublikasının beynəlxalq hava limanlarında
alınması üçün müraciət edildikdə
isə real vaxt rejimində verilməsini;[3]
1.2.5.
elektron vizanın müraciət etmiş şəxsin elektron
ünvanına göndərilməsini;
1.2.6.
Sistemin digər informasiya sistemləri və ehtiyatları
ilə inteqrasiyası vasitəsilə elektron informasiya
mübadiləsinin aparılmasını;
1.2.7.
elektron viza verilməsi müddətlərinə riayət
olunmasının, verilmiş elektron vizaların və imtina
olunmuş viza müraciətlərinin monitorinqini, imtina
səbəblərinin ümumiləşdirilməsini və
dövri statistik hesabatların hazırlanmasını.
1.3.
Sistemin fəaliyyətinin təşkili, idarə olunması
və inkişafı Sistemin operatoru olan Azərbaycan
Respublikasının Prezidenti yanında Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət
Agentliyi (bundan sonra - Operator) tərəfindən təmin
edilir.
1.4.
Bu Əsasnamədə Sistemin iştirakçıları
dedikdə informasiya sistemləri və ehtiyatları bu
Əsasnamə ilə müəyyən edilmiş qaydada
Sistemə inteqrasiya olunmuş və Sistemin
fəaliyyətində iştirak edən qurumlar, Sistemin istifadəçiləri
dedikdə isə Sistemin xidmətlərindən elektron formada
istifadə edən fiziki və hüquqi şəxslər
başa düşülür.
1.5.
Sistemin təminat, inteqrasiya və təhlükəsizlik
vasitələri milli informasiya fəzasının tərkib
hissəsidir və Azərbaycan Respublikasının
mülkiyyətidir.
1.6.
Sistemin saxlanılması, fəaliyyəti və
inkişafı ilə bağlı xərclər normativ hüquqi aktlarla qadağan
olunmayan mənbələr hesabına
maliyyələşdirilir. Sistemin
saxlanılması, idarə edilməsi, fəaliyyəti və
ya inkişafı dövlət-özəl
tərəfdaşlığı prinsipinə uyğun olaraq
özəl investisiyaların cəlb edilməsi yolu ilə
həyata keçirildikdə, investisiya xərclərinin
ödənilməsi Operatorla investor arasında
qarşılıqlı razılıq əsasında
şərtlər və ödənişlər
müəyyən edilməklə həyata keçirilir.[4]
2. Sistemin fəaliyyət prinsipləri
2.0.
Sistemin fəaliyyəti aşağıdakı prinsiplər
əsasında həyata keçirilir:
2.0.1.
sərbəstlik – Sistemin tərkibinin və fəaliyyətinin
ona qoşulmuş informasiya sistemlərində və
ehtiyatlarında aparılan təşkilati, inzibati, texniki
və digər dəyişikliklərdən asılı
olmaması;
2.0.2.
əlaqəlilik – Sistem iştirakçılarının
mövcud olan və ya yeni yaradılan müvafiq informasiya
sistemləri və ehtiyatları ilə
qarşılıqlı əlaqələrinin və
uzlaşmasının təmin edilməsi;
2.0.3.
təhlükəsizlik – sertifikatlaşdırılmış
proqram təminatından və proqram-texniki
vasitələrdən istifadə olunması, informasiya
mübadiləsi zamanı normativ hüquqi aktların
tələblərinə riayət edilməsi, təşkilati,
texniki və texnoloji tədbirlər həyata
keçirməklə informasiyanın tamlığının
və mühafizəsinin təmin edilməsi;
2.0.4.
operativlik – elektron viza verilməsinin və informasiya
mübadiləsinin daha qısa müddətdə həyata
keçirilməsi;
2.0.5.
şəffaflıq – Sistemin fəaliyyətində və
xidmətlərin göstərilməsində
aşkarlığın təmin edilməsi;
2.0.6.
səmərəlilik – Sistemin istifadəçilərinin vaxt
itkisinin və tələb edilən sənədlərin
sayının azaldılması, istifadəçilərə
göstərilən xidmətlərin keyfiyyətinin
yüksəldilməsi;
2.0.7.
funksionallıq və davamlı inkişaf – Sistemin inkişaf
etdirilməsi imkanını və adaptasiyasını təmin
edən proqram-texniki komponentlərin olması, ən son
texnologiyalardan istifadə etməklə Sistemin daim
təkmilləşdirilməsi.
3. Sistemin texniki-texnoloji infrastrukturu
3.1.
Sistemin texniki-texnoloji infrastrukturu aşağıdakı
əsas komponentlərdən ibarətdir:
3.1.1.
Sistemin proqram-texniki vasitələri və proqram
təminatı;
3.1.2.
telekommunikasiya kanalları;
3.1.3.
Sistemin ehtiyat mərkəzi;
3.1.4.
Sistemin test rejimi;
3.1.5.
Sistemin məlumat bazası və onu idarəetmə paneli;
3.1.6.
Sistemin məlumat bazasının arxiv mərkəzi.
3.2.
Sistemin proqram-texniki vasitələri və proqram
təminatı aşağıdakıları təmin edir:
3.2.1.
elektron vizaların operativlik prinsipi əsasında
verilməsini;
3.2.2.
elektron informasiyanın formalaşdırılmasını
və mübadiləsini;
3.2.3.
Sistemin fəaliyyətinin davamlılığının,
etibarlılığının və
təhlükəsizliyinin təmin edilməsini, Sistemin texniki
vasitələrinə, informasiya daşıyıcılarına,
informasiya təminatı vasitələrinə və
kommunikasiya xətlərinə kənar və nəzarətsiz
müdaxilələrin qarşısının
alınmasını;
3.2.4.
müvafiq informasiyanın əldə edilməsi
üçün müxtəlif sorğuların verilməsini,
sorğu üzrə nəticələrin yaddaşda
saxlanılmasını, sənədlərin hazırlanması
üçün məlumatların müvafiq formatlara
çevrilməsi imkanlarının təmin edilməsini;
3.2.5.
statistik hesabatların tərtibi və təhlillərin
aparılmasını, əldə olunan nəticələrin
siyahı, cədvəl, arayış, say və digər
formalarda vizual nümayişini və çapını.
3.3.
Sistem fəaliyyətinin etibarlılığını və
təhlükəsizliyini, operativ və keyfiyyətli xidmət
göstərilməsini, o cümlədən elektron informasiya
mübadiləsini təmin edən dayanıqlı,
mühafizəli, yüksək ötürücülü
fiber-optik əsas və digər ehtiyat telekommunikasiya
xətlərinə malikdir.
3.4.
Sistemin fəaliyyətinin dayanıqlılığını
və təhlükəsizliyini təmin etmək məqsədi
ilə Sistemin alternativ ehtiyat mərkəzi yaradılır
və Sistemin proqram-texniki vasitələrinin nüsxəsi bu
mərkəzdə saxlanılır.
3.5.
Sistemə qoşulacaq informasiya sistemlərinin və
ehtiyatlarının yoxlanılması test rejimində həyata
keçirilir.
3.6.
Formalaşan məlumatlar Sistemin məlumat bazasında,
onların ehtiyat surətləri isə Sistemin məlumat
bazasının arxiv mərkəzində saxlanılır.
3.7.
İdarəetmə paneli Sistemin məlumat bazasının
formalaşdırılmasını və idarə
edilməsini, o cümlədən məlumat bazasından
istifadə edilməsini təmin edir.
4. Operatorun funksiyaları
4.0.
Operator Sistemin fəaliyyətini təmin etmək
üçün aşağıdakı funksiyaları
həyata keçirir:
4.0.1.
Sistemin idarə olunmasını, inkişafını,
dayanıqlılığını və
etibarlılığını təmin etmək, normativ
hüquqi aktların tələblərinə riayət
olunmasına nəzarət etmək və Sistem
iştirakçılarının qarşılıqlı
fəaliyyətini əlaqələndirmək;
4.0.2.
Sistem iştirakçılarının informasiya
sistemlərinin və ehtiyatlarının Sistemə
təhlükəsiz qoşulmasını təmin etmək;
4.0.3.
Sistemə qoşulacaq informasiya sistemlərinin və
ehtiyatlarının təkmilləşdirilməsi
üçün təkliflər vermək, həmin informasiya
sistemləri və ehtiyatları müəyyən olunmuş
texniki tələblərə cavab vermədikdə, onlarda
zəruri dəyişiklik və təkmilləşdirmə
işlərinin aparılmasını tələb etmək;
4.0.4.
Sistemə qoşulan informasiya sistemləri və
ehtiyatlarının dayanıqlı, təhlükəsiz və
fasiləsiz fəaliyyətinin Sistem
iştirakçıları tərəfindən təmin
olunmasına nəzarət etmək;
4.0.5.
Sistemin texniki-texnoloji infrastrukturunun istismarını, o
cümlədən etibarlı və davamlı funksional
fəaliyyətini təmin etmək, Sistemin ayrı-ayrı
komponentləri üzrə yoxlama tədbirlərini
təşkil etmək;
4.0.6.
Sistemin texniki-texnoloji infrastrukturunun istismarı zamanı
aşkar olunmuş nöqsan və
çatışmazlıqları aradan qaldırmaq;
4.0.7.
Sistem vasitəsilə fasiləsiz və operativ informasiya
mübadiləsinin aparılmasını təmin etmək;
4.0.8.
Sistemin məlumat bazasına icazəsiz daxilolmaların və
orada təhrifetmələrin aparılmasının
qarşısını almaq və təhlükəsizliyini
təmin etmək;
4.0.9.
Sistemin malik olduğu məlumat bazasının
saxlanılmasını təmin etmək;
4.0.10.
elektron viza verilməsi müddətlərinə, Sistemə
ötürülən məlumatların tamlığına
riayət olunmasına nəzarət etmək;
4.0.11.
verilmiş elektron vizaların və imtina olunmuş viza
müraciətlərinin monitorinqini aparmaq;
4.0.12.
nəzarət və monitorinqin nəticələri
barədə müvafiq arayış və hesabatlar
hazırlamaq, aşkar olunmuş nöqsan və
çatışmazlıqların aradan qaldırılmasını
Sistem iştirakçılarından tələb etmək
və bu barədə Azərbaycan Respublikasının
Prezidentinə məlumat vermək;
4.0.13.
Sistemin komponentlərinin və proqram təminatının
təyinatı üzrə istismarını, texniki
xidmətini, təmirini və saxlanılmasını təmin
etmək, tərtib olunmuş qrafik üzrə müvafiq
profilaktik işlər aparmaq;
4.0.14.
Sistemin proqram-texniki və enerji təminatına olan
təhdidlərin qarşısını almaq;
4.0.15.
Sistemin təhlükəsizliyi pozulduqda və ya əsas
avadanlıqda hər hansı qəza (xəta) baş verdiyi
halda Sistemin iştirakçılarını bu barədə
məlumatlandırmaq, qəzanın (xətanın) dərhal
aradan qaldırılması üçün müvafiq
tədbirlər görmək;
4.0.16.
Sistemin ehtiyat mərkəzini yaratmaq və dayanıqlı
fəaliyyətini təmin etmək;
4.0.17.
Sistemə qoşulmuş informasiya sistemləri və
ehtiyatları ləğv edildikdə və ya digər
dəyişikliklər olduğu halda müvafiq tədbirlər
görmək;
4.0.18.
Sistemin iştirakçısı normativ hüquqi aktların
tələblərini pozduqda və ya Sistemin fəaliyyətini
ləngidəcək, dayandıracaq və ya ona zərər
vura biləcək davranışlara yol verdikdə, həmin
iştirakçıya nöqsanların aradan
qaldırılması üçün müraciət
etmək, habelə müraciətdə
göstərilənlər yerinə yetirilmədikdə
həmin iştirakçının Sistem üzrə
fəaliyyətini bu nöqsanlar aradan qaldırılanadək
dayandırmaq;
4.0.19.
normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada
fərdi məlumatların qorunmasını təmin etmək.
5. Sistem iştirakçılarının
funksiyaları
5.0.
Sistemin iştirakçıları aşağıdakı
funksiyaları həyata keçirirlər:
5.0.1.
Sistemə qoşulacaq informasiya sistemlərinin və
ehtiyatlarının texniki normalara, standartlara və
tələblərə uyğunluğunu təmin etmək,
onlarda zəruri dəyişiklik və
təkmilləşdirmə işləri aparmaq və bu barədə
Operatora məlumat vermək;
5.0.2.
Sistemə qoşulan informasiya sistemlərinin və
ehtiyatlarının dayanıqlı və fasiləsiz
fəaliyyətini, təhlükəsizliyini təmin etmək;
5.0.3.
Sistemə qoşulan informasiya sistemlərinin və
ehtiyatlarının fəaliyyəti zamanı aşkar
olunmuş nöqsan və çatışmazlıqların
aradan qaldırılması üçün operativ
tədbirlər görmək və avadanlığın,
proqram təminatının dayanıqlı fəaliyyətini
təmin etmək;
5.0.4.
məlumatları bu Əsasnamə ilə müəyyən
edilmiş qaydada və müddətdə Sistemə
ötürmək;
5.0.5.
Sistemə ötürülən məlumatların
tamlığını, etibarlılığını,
təhrifolunmazlığını və
konfidensiallığını təmin etmək;
5.0.6.
Operatorun, Sistemin digər iştirakçılarının
və istifadəçilərinin Sistem vasitəsilə
həyata keçirilən xidmətlərlə bağlı
sorğularını vaxtında və tam cavablandırmaq;
5.0.7.
nəzarət və monitorinq nəticəsində aşkar
olunmuş nöqsan və çatışmazlıqların
aradan qaldırılması ilə bağlı tədbirlər
görmək və bu barədə Operatora məlumat
vermək;
5.0.8.
öz təşəbbüsü ilə və ya Operatorun
əsaslandırılmış müraciətinə uyğun
olaraq, Sistemə qoşulan informasiya sistemlərində və
ehtiyatlarında zəruri dəyişiklik və
təkmilləşdirmə aparmaq;
5.0.9.
Sistemə qoşulan informasiya sistemlərində və
ehtiyatlarında nəzərdə tutulan profilaktika, təmir,
sazlama və digər texniki işlərin Sistemin
fəaliyyətinə təsir edəcəyi halda həmin
işləri Sistemin dayanıqlı fəaliyyətini təmin
etmək üçün Operatorla razılaşdırmaq;
5.0.10.
Sistemin fəaliyyətinin təkmilləşdirilməsi
ilə bağlı Operatora təkliflər vermək;
5.0.11.
Sistemin fəaliyyətini ləngidəcək, ona zərər
gətirəcək və ya onun fəaliyyətinin
dayanmasına səbəb ola biləcək
hərəkətlərə yol verməmək;
5.0.12.
normativ hüquqi aktların tələblərinə uyğun
olaraq informasiya təhlükəsizliyini, o cümlədən
fərdi məlumatların qorunmasını təmin etmək.
6. Sistemin fəaliyyətinin təşkili və
idarə olunması
6.1.
Elektron vizanın verilməsi üçün Sistem
“Giriş-çıxış və qeydiyyat”
idarələrarası avtomatlaşdırılmış
məlumat-axtarış sistemi və “ASAN ödəniş”
sistemi ilə inteqrasiya olunur. İnteqrasiya prosesində
mübadilə edilən məlumatlar
aşağıdakılardır:
6.1.1.
“Giriş-çıxış və qeydiyyat”
idarələrarası avtomatlaşdırılmış
məlumat-axtarış sisteminin real vaxt rejimində təmin
etdiyi məlumatlar:
6.1.1.1.
əcnəbilərin və vətəndaşlığı
olmayan şəxslərin Azərbaycan Respublikasına
gəlişi ilə bağlı qadağalar və
məhdudiyyətlər barədə məlumatlar;
6.1.1.2.
əcnəbilərin və vətəndaşlığı
olmayan şəxslərin Azərbaycan Respublikasının
ərazisinə daxil olması və Azərbaycan
Respublikasının ərazisini tərk etməsi ilə
bağlı məlumatlar;
6.1.2.
Sistemin “Giriş-çıxış və qeydiyyat”
idarələrarası avtomatlaşdırılmış
məlumat-axtarış sisteminin “Viza” altsisteminə real vaxt
rejimində təqdim etdiyi məlumatlar:
6.1.2.1. əcnəbilərin və
vətəndaşlığı olmayan şəxslərin
sərhədkeçmə sənədlərinin fotoşəkil
olan səhifəsinin skan edilmiş surəti, habelə bu
Əsasnamənin 7.4-cü, 7.4-1-ci
və 7-1.0-cı bəndlərində qeyd edilən digər
məlumatlar;[5]
6.1.2.2.
elektron viza verilməsi və ya verilməsindən imtina ilə
bağlı məlumatlar;
6.1.3.
“ASAN ödəniş” sistemi real vaxt rejimində Sistemə ödənişlərin həyata
keçirilməsi ilə bağlı məlumatları
(ödəmə tarixi, vaxtı və əməliyyat
nömrəsi) təqdim edir.[6]
6.2.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi
Sistemdə yaradılan aşağıdakı informasiya
ehtiyatlarının aktuallığını təmin edir:
6.2.1.
vətəndaşlarına və
ərazisində daimi yaşayan
vətəndaşlığı olmayan şəxslərə
elektron viza verilən ölkələrin siyahısı;[7]
6.2.1-1. Azərbaycan Respublikasının
dövlətlərarası və ya
hökumətlərarası müqavilələrinə
əsasən vətəndaşlarına və
ərazisində daimi yaşayan
vətəndaşlığı olmayan şəxslərə
Azərbaycan Respublikasının beynəlxalq hava
limanlarında viza verilməsi nəzərdə tutulmuş
ölkələrin siyahısı;
6.2.1-2. ərazisində Azərbaycan
Respublikasının diplomatik nümayəndəlik və ya
konsulluqlarının akkreditə olunmadığı və
Azərbaycan Respublikası ilə birbaşa hava əlaqəsi
olan xarici ölkələrin siyahısı;[8]
6.2.2.
Ermənistan Respublikası tərəfindən işğal
edilən Azərbaycan Respublikasının Dağlıq
Qarabağ və digər bölgələrinə 1991-ci
ildən sonra səfər etmiş şəxslərin
siyahısı;
6.2.3.
Azərbaycan Respublikası tərəfindən müvafiq
beynəlxalq müqavilələr bağlanmış olduğu
halda, viza tələbindən və ya viza rüsumundan azad
edilən ölkələr və ya şəxslər
barədə məlumatlar.
6.2-1. Bu Əsasnamənin 7-1.0-cı
bəndində nəzərdə tutulmuş hallarda aidiyyəti
dövlət qurumları Azərbaycan Respublikasına
gələn əcnəbilər və vətəndaşlığı
olmayan şəxslər barədə müvafiq
məlumatların real vaxt rejimində Sistemin internet informasiya
ehtiyatında yaradılan müvafiq bölməyə daxil
edilməsini təmin edirlər.[9]
6.3.
Sistemin iştirakçısı olan qurumlar və Sistemə
qoşulan informasiya sistemləri və ehtiyatları ilə
bağlı məsələlərin (qarşılıqlı
fəaliyyətin) tənzimlənməsi və məlumat
mübadiləsinin aparılması Operator ilə
iştirakçılar arasında imzalanan razılaşmalar
əsasında həyata keçirilir.
6.4.
Sistemin iştirakçısı olacaq qurumların informasiya
sistemlərinin və ehtiyatlarının Sistemə
qoşulması onların müəyyən edilmiş texniki
tələblərə uyğunluğunun Operator
tərəfindən yoxlanılmasından sonra həyata
keçirilir.
6.5.
İnformasiya sistemlərinin və ehtiyatlarının
müəyyən edilmiş texniki tələblərə
uyğunluğu, Sistemə qoşulmasına və
təhlükəsizliyinin təmin edilməsinə dair texniki
imkanları 10 iş günü müddətində Operator
tərəfindən yoxlanılır.
6.6.
Yoxlamanın nəticəsi müsbət olduqda informasiya
sistemləri və ehtiyatları sınaq üçün test
rejimində Sistemə qoşulur. Qoşulduqdan və test
rejimində yoxlanıldıqdan sonra, informasiya sistemləri
və ehtiyatları Operatorun uyğunluğa dair rəyinə
əsasən müəyyən edilmiş texniki
tələblərə cavab verdikdə, onların 7 iş
günü müddətində Sistemə qoşulması
təmin edilir.
6.7.
Həmin texniki tələblərə cavab verməyən
informasiya sistemləri və ehtiyatları Operatorun əsaslandırılmış
tələbinə uyğun olaraq onların sahibi
tərəfindən zəruri texniki tədbirlər,
dəyişiklik və təkmilləşdirmələr
aparıldıqdan sonra Sistemə qoşulur.
6.8.
İnformasiya sistemləri və ehtiyatları və ya Sistemin
iştirakçıları ləğv edildikdə, onlar
Sistemdən ayrılır.
6.9.
Sistemin iştirakçıları Sistemə qoşulmuş
informasiya sistemləri və ehtiyatları vasitəsilə
təqdim olunan məlumatların bu Əsasnamə ilə
müəyyən olunmuş qaydada, vaxtında və
düzgün verilməsinə, məzmununa,
təhrifolunmazlığına, dəqiqliyinə,
tamlığına, konfidensiallığına və
etibarlılığına görə cavabdehdirlər.
6.10.
Operator aparılan monitorinqlər nəticəsində aşkar
olunmuş nöqsan və çatışmazlıqların
aradan qaldırılmasını Sistemin
iştirakçılarından tələb edir. Sistemin
iştirakçıları aşkar olunmuş nöqsan və
çatışmazlıqların aradan qaldırılması
ilə bağlı gördükləri tədbirlər
barədə Operatora məlumat verirlər.
6.11.
Sistemin iştirakçısı normativ hüquqi aktların
tələblərini pozduqda və ya Sistemin fəaliyyətini
ləngidəcək, dayandıracaq və ya ona zərər
vura biləcək davranışlara yol verdikdə, Operator
tərəfindən onun Sistem üzrə fəaliyyəti bu
nöqsanlar aradan qaldırılanadək dayandırıla
bilər.
6.12.
Operator dövri (rüblük) statistik məlumatlar,
monitorinqlər nəticəsində aşkar olunmuş
nöqsan və çatışmazlıqlar, onların aradan
qaldırılması ilə bağlı görülən
tədbirlər, o cümlədən elektron xidmətin
təkmilləşdirilməsi və Sistemin inkişafı
ilə bağlı təkliflər barədə hesabatlar
hazırlayır.
6.13.
Operator texnoloji yeniliklər nəzərə alınmaqla
Sistemin mütəmadi olaraq inkişafı və
təkmilləşdirilməsi üzrə tədbirlər
görür.
6.14.
Sistemin fəaliyyətini təmin edən avadanlıqlar
Azərbaycan Respublikasının Xüsusi Dövlət
Mühafizə Xidmətində belə avadanlıqlar
üçün nəzərdə tutulan və mühafizə
olunan xüsusi yerdə saxlanılır.
7. Sistemdən istifadə
7.1.
Elektron vizanın alınması Sistemin internet informasiya
ehtiyatı üzərindən həyata keçirilir.
7.2.
Sistemin internet informasiya ehtiyatı Azərbaycan dili ilə
yanaşı azı iki xarici dildə fəaliyyət
göstərir.
7.3.
Bu Əsasnamənin 7.3-1-ci
bəndində nəzərdə tutulmuş hal istisna olmaqla,
əcnəbi və ya vətəndaşlığı
olmayan şəxs elektron viza almaq üçün
Azərbaycan Respublikasına gəlmə tarixindən ən
azı 3 iş günü əvvəl müraciət
etməlidir.[10]
7.3-1. Əcnəbi və ya
vətəndaşlığı olmayan şəxs
Azərbaycan Respublikasına səfər etmək
üçün birdəfəlik
elektron vizanın sürətləndirilmiş qaydada
alınması ilə bağlı müraciət etdikdə
belə müraciətə 3 saat ərzində, həmin
vizanın Azərbaycan Respublikasının beynəlxalq hava
limanlarında alınması üçün müraciət
edildikdə isə belə müraciətə real vaxt
rejimində baxılır.[11]
7.4.
Sistemin istifadəçisi olan əcnəbi və ya
vətəndaşlığı olmayan şəxs birdəfəlik
elektron vizanın alınması ilə bağlı birbaşa müraciət
etmək üçün Sistemin internet informasiya ehtiyatında
yaradılan müvafiq bölməyə
sərhədkeçmə sənədinin fotoşəkil olan
səhifəsinin skan edilmiş surətini və
aşağıdakı məlumatları
daxil edir:[12]
7.4.1.
soyadı və digər
adları;[13]
7.4.2.
doğum tarixi və yeri;
7.4.3.
cinsi;
7.4.4.
əcnəbi üçün - vətəndaşı
olduğu, vətəndaşlığı olmayan şəxs
üçün - daimi yaşadığı ölkə;
7.4.5.
sərhədkeçmə sənədinin növü,
nömrəsi, verilmə tarixi və etibarlılıq müddəti;
7.4.6.
daimi yaşayış ünvanı;
7.4.7.
elektron ünvanı;
7.4.8.
telefon (mobil
və ya stasionar) nömrəsi; [14]
7.4.8-1.
girişlərin sayı;[15]
7.4.9.
səfərin məqsədi;
7.4.10.
Azərbaycan Respublikasına gəlmə və Azərbaycan
Respublikasından getmə tarixi;
7.4.11.
Azərbaycan Respublikasının ərazisində
qalacağı ünvan;
7.4.12.
məşğuliyyəti;
7.4.13.
ictimai təhlükə törədən xəstəliyə
tutulub-tutulmadığı barədə məlumat, tutulubsa
həmin xəstəliyin adı; [16]
7.4.14.
Ermənistan Respublikası tərəfindən işğal
edilən Azərbaycan Respublikasının Dağlıq
Qarabağ və digər bölgələrinə 1991-ci
ildən sonra səfər edib-etməməsi barədə
məlumat.
7.4-1. Sistemin
istifadəçisi olan əcnəbi və ya
vətəndaşlığı olmayan şəxs
çoxdəfəlik elektron viza alınması ilə
bağlı birbaşa müraciət etmək
üçün bu Əsasnamənin 7.4-cü bəndində
qeyd edilən sənədə və məlumatlara əlavə
olaraq aşağıdakılar barədə məlumatı Sistemin
internet informasiya ehtiyatında yaradılan müvafiq
bölməyə daxil edir: [17]
7.4-1.1. soyadının və ya
digər adlarının dəyişdirilməsi;
7.4-1.2.
vətəndaşlığının
dəyişdirilməsi;
7.4-1.3. viza üçün
müraciət etdiyi günədək daimi
yaşadığı ölkələr;
7.4-1.4. ailə vəziyyəti;
7.4-1.5. hazırkı iş
yeri, vəzifəsi və ixtisası;
7.4-1.6. Azərbaycan
Respublikasının ərazisində qalacağı
ünvanın telefon nömrəsi (mobil və ya stasionar);
7.4-1.7. əvvəllər
Azərbaycan Respublikasına səfər etməsi;
7.4-1.8. əvvəllər
Azərbaycan Respublikasına səfər etmək
üçün viza alması;
7.4-1.9. əvvəllər
Azərbaycan Respublikasına səfər etmək
üçün viza verilməsindən imtina edilməsi;
7.4-1.10. cinayət
məsuliyyətinə cəlb edilməsi;
7.4-1.11. Azərbaycan
Respublikasına dəvət edən tərəfin tam adı,
ünvanı və telefon nömrəsi (mobil və ya
stasionar);
7.4-1.12. son 3 ildə
səfər etdiyi xarici ölkələr.
7.5. Məlumatlar əcnəbi və ya
vətəndaşlığı olmayan şəxs
tərəfindən yoxlanıldıqdan və
təsdiqləndikdən sonra ona ödəniş imkanları təqdim
olunur. Elektron vizanın verilməsinə görə
müəyyən olunmuş ödənişlər Sistem
vasitəsilə elektron qaydada həyata keçirilir.[18]
7.6.
Ödənişlər həyata
keçirildikdən dərhal sonra müraciətin qəbul
edilməsi barədə bildiriş Sistem tərəfindən
Sistemin istifadəçisi olan əcnəbi və ya
vətəndaşlığı olmayan şəxsin elektron
ünvanına və istifadəçi ekranına
göndərilir.[19]
7.10.
Turizm sahəsində fəaliyyət göstərən
hüquqi şəxs Azərbaycan Respublikasına səfər
etmək istəyən əcnəbilərə və ya
vətəndaşlığı olmayan şəxslərə
birdəfəlik
elektron vizaların alınması üçün
aşağıdakı məlumatları daxil etməklə
Sistemdə qeydiyyatdan keçir:
7.10.1.
hüquqi şəxsin adı;
7.10.2.
dövlət qeydiyyatına alındığı ölkə;
7.10.3.
dövlət qeydiyyat sənədinin nömrəsi və
tarixi;
7.10.4.
hüquqi ünvanı;
7.10.5.
elektron ünvanı;
7.10.6.
telefon (mobil və stasionar) və faks nömrələri.
7.11.
Qeydiyyatdan keçdikdən sonra hüquqi şəxs əldə etdiyi kod əsasında
Azərbaycan Respublikasına səfər etmək
istəyən əcnəbilər və ya
vətəndaşlığı olmayan şəxslər
barədə bu Əsasnamənin 7.4.1–7.4.6-cı və
7.4.8–7.4.14-cü yarımbəndlərində qeyd edilən
məlumatları və sərhədkeçmə
sənədlərinin fotoşəkil olan səhifəsinin skan
edilmiş surətlərini Sistemin internet informasiya
ehtiyatında yaradılan müvafiq bölməyə daxil edir.[20]
7.12.
Məlumatlar yoxlanıldıqdan və təsdiqləndikdən
sonra hüquqi şəxsə ödəniş imkanları
təqdim olunur. Elektron vizanın verilməsinə görə
müəyyən olunmuş ödənişlər
Sistem vasitəsilə elektron qaydada ödənilir.[21]
7.13.
Ödənişlər həyata
keçirildikdən dərhal sonra müraciətin qəbul
edilməsi barədə bildiriş Sistem tərəfindən
hüquqi şəxsin elektron ünvanına və
istifadəçi ekranına göndərilir.[22]
7.14.
Elektron vizanın verilməsi ilə bağlı
müraciət qəbul edildikdən sonra real vaxt rejimində
“Giriş-çıxış və qeydiyyat”
idarələrarası avtomatlaşdırılmış
məlumat-axtarış sisteminin
“Sərhədkeçməyə məhdudiyyət”
siyahısı və Ermənistan Respublikası
tərəfindən işğal edilən Azərbaycan
Respublikasının Dağlıq Qarabağ və digər
bölgələrinə 1991-ci ildən sonra səfər
etmiş şəxslərin siyahısı üzrə yoxlama
aparılır.
7.15.
Şəxsin Ermənistan Respublikası tərəfindən
işğal edilən Azərbaycan Respublikasının
Dağlıq Qarabağ və digər
bölgələrinə 1991-ci ildən sonra səfər
etməsi aşkar edildikdə ona elektron viza verilmir. Bu halda
Sistem istifadəçisinin elektron ünvanına Azərbaycan
Respublikasının müvafiq diplomatik
nümayəndəliyinə müraciət etməli olduğu
barədə bildiriş göndərilir.
7.16.
Şəxs barədə məlumat
“Giriş-çıxış və qeydiyyat”
idarələrarası avtomatlaşdırılmış
məlumat-axtarış sisteminin “Sərhədkeçməyə
məhdudiyyət” siyahısında aşkar edildikdə elektron
vizanın verilməsindən imtina olunur və bu barədə
məlumat müraciət etmiş şəxsin elektron
poçt ünvanına göndərilir.
7.17.
İmtina üçün əsas olmadıqda viza
rəsmiləşdirilərək, müraciət etmiş
şəxsin elektron elektron poçt ünvanına
göndərilir. Elektron vizada Azərbaycan Respublikasına daxil
olma tarixi viza müraciətinin edildiyi gündən ən
azı 3 iş günündən sonrakı tarixə
müəyyən edilir. Azərbaycan
Respublikasına səfər etmək üçün birdəfəlik elektron vizanın
sürətləndirilmiş qaydada alınması ilə
bağlı müraciət edildikdə isə elektron vizada
ölkəyə daxil olma tarixi viza müraciətinin edildiyi
tarixə müəyyən olunur.[23]
7.17-1. Bu Əsasnamənin 7-1.0-cı
bəndində nəzərdə tutulmuş hallarda əcnəbi
və ya vətəndaşlığı olmayan şəxs birdəfəlik elektron viza almaq
üçün Operatorun Azərbaycan Respublikasının
beynəlxalq hava limanlarında yerləşən xidmət
məntəqələrinə, habelə
quraşdırılmış terminallar və daim internetə
çıxışı olan kompüterlər
vasitəsilə birbaşa müraciət edə bilər.
7.17-2. Əcnəbi və ya
vətəndaşlığı olmayan şəxs
Azərbaycan Respublikasının beynəlxalq hava
limanlarında yerləşən xidmət
məntəqələrində elektron viza almaq
üçün müraciət etdikdə
sərhədkeçmə sənədini və bu
Əsasnamənin 7.4-cü bəndində qeyd edilən
digər məlumatları, bu Əsasnamənin 7-1.0.2 –
7-1.0.6-cı yarımbəndlərində nəzərdə
tutulmuş hallarla əlaqədar gəldikdə isə həmçinin
həmin bəndlərdə nəzərdə tutulan halın
mövcudluğunu təsdiq edən sənədi və ya
həmin sənədin məlumatlarını Operatorun
əməkdaşına təqdim edir. Bu Əsasnamənin
7.4-cü bəndində qeyd edilən məlumatlar və
sərhədkeçmə sənədinin fotoşəkil olan
səhifəsinin skan edilmiş surəti Operatorun
əməkdaşı tərəfindən Sistemin internet
informasiya ehtiyatında yaradılan müvafiq bölməyə
daxil edilir və bu Əsasnamənin 7-1.0-cı bəndində
qeyd edilən məlumatların dürüstlüyü Sistem
vasitəsilə yoxlanılır.
7.17-3. Əcnəbi və ya
vətəndaşlığı olmayan şəxs
Azərbaycan Respublikasının beynəlxalq hava
limanlarında quraşdırılmış terminallar və
daim internetə çıxışı olan
kompüterlər vasitəsilə elektron viza almaq
üçün müraciət etdikdə
sərhədkeçmə sənədinin fotoşəkil olan
səhifəsinin skan edilmiş surətini və bu
Əsasnamənin 7.4-cü bəndində qeyd edilən
digər məlumatları, bu Əsasnamənin 7-1.0.2 –
7-1.0.6-cı yarımbəndlərində nəzərdə
tutulmuş hallarla əlaqədar gəldikdə isə
həmçinin həmin bəndlərdə nəzərdə
tutulan halın mövcudluğunu təsdiq edən
sənədi və ya həmin sənədin
məlumatlarını birbaşa Sistemin internet informasiya
ehtiyatında yaradılan müvafiq bölməyə daxil edir.
Bu Əsasnamənin 7-1.0-cı bəndində qeyd edilən
məlumatların dürüstlüyü Sistem
vasitəsilə yoxlanılır.
7.17-4. Bu Əsasnamənin 7.17-2-ci və
7.17-3-cü bəndlərində qeyd edilən məlumatlarda
hər hansı çatışmazlıq aşkar
edilmədikdə onlar təsdiqlənir, real vaxt rejimində
“Giriş-çıxış və qeydiyyat”
idarələrarası avtomatlaşdırılmış
məlumat-axtarış sisteminin
“Sərhədkeçməyə məhdudiyyət”
siyahısı və Azərbaycan Respublikasının
Ermənistan Respublikası tərəfindən işğal
edilmiş Dağlıq Qarabağ və digər
bölgələrinə 1991-ci ildən sonra səfər
etmiş şəxslərin siyahısı üzrə yoxlama
aparılır.
7.17-5. Şəxsin Azərbaycan
Respublikasının Ermənistan Respublikası
tərəfindən işğal edilmiş Dağlıq
Qarabağ və digər bölgələrinə 1991-ci
ildən sonra səfər etməsi aşkar edildikdə, ona
elektron viza verilmir. Bu halda Sistem istifadəçisinin elektron
ünvanına və istifadəçi ekranına, xidmət
məntəqələrində elektron viza almaq
üçün müraciət edildikdə isə habelə
Operatorun əməkdaşının istifadəçi
ekranına şəxsin Azərbaycan Respublikasının
müvafiq diplomatik nümayəndəliyinə müraciət
etməli olduğu barədə bildiriş göndərilir.
7.17-6. Şəxs barədə
məlumat “Giriş-çıxış və qeydiyyat”
idarələrarası avtomatlaşdırılmış
məlumat-axtarış sisteminin “Sərhədkeçməyə
məhdudiyyət” siyahısında aşkar edildikdə,
habelə bu Əsasnamənin 7-1.0-cı bəndində
göstərilən hallar Sistemdə aşkar
edilmədikdə, elektron vizanın verilməsindən imtina
olunur və bu barədə məlumat müraciət etmiş
şəxsin elektron poçt ünvanına və
istifadəçi ekranına, xidmət
məntəqələrində elektron vizanın alınması
üçün müraciət edildikdə isə
şəxsin elektron poçt ünvanına və Operatorun
əməkdaşının istifadəçi ekranına
göndərilir.
7.17-7. İmtina üçün əsas
olmadıqda, xidmət məntəqələrində elektron
viza almaq üçün müraciət etmiş
əcnəbiyə və ya vətəndaşlığı
olmayan şəxsə ödəniş kartı və ya
müvəkkil bank vasitəsilə ödəniş etmək
təklif olunur. Ödəniş həyata keçirildikdən
dərhal sonra şəxsə ödənişin həyata
keçirildiyi barədə sənəd təqdim edilir.
Həmin sənədin üzərində elektron viza
məlumatları da əks olunur.
7.17-8. Azərbaycan Respublikasının
beynəlxalq hava limanlarında quraşdırılmış
terminallar və daim internetə çıxışı olan
kompüterlər vasitəsilə elektron viza almaq üçün
müraciət etmiş əcnəbiyə və ya
vətəndaşlığı olmayan şəxsə viza
verilməsindən imtinaya əsas olmadıqda, Sistem
vasitəsilə ödəniş imkanları təqdim olunur.
Elektron vizanın verilməsinə görə
müəyyən olunmuş ödənişlər Sistem
vasitəsilə elektron qaydada həyata keçirilir.
Ödəniş həyata keçirildikdən dərhal sonra
şəxsə ödənişin həyata keçirildiyi
barədə sənəd təqdim edilir. Həmin
sənədin üzərində elektron viza məlumatları
da əks olunur.[24]
7.18.
Bu Əsasnamənin 6.1.2.1—6.1.2.2-ci
yarımbəndlərində qeyd edilən məlumatlar Sistem
tərəfindən real vaxt rejimində
“Giriş-çıxış və qeydiyyat” idarələrarası
avtomatlaşdırılmış məlumat-axtarış
sisteminin “Viza” altsistemi vasitəsilə Azərbaycan
Respublikasının Xarici İşlər Nazirliyi,
Dövlət Təhlükəsizliyi Xidməti və Xarici
Kəşfiyyat Xidmətinə göndərilir.
7.18-1.
Əcnəbi və ya vətəndaşlığı olmayan
şəxs Azərbaycan Respublikasına özü ilə
birlikdə səfər edəcək əcnəbilərə
və ya vətəndaşlığı olmayan
şəxslərə də birdəfəlik elektron vizaların
alınması üçün bu Əsasnamə ilə
müəyyən edilmiş qaydada müraciət edə
bilər. Bunun üçün
həmin şəxslərin vətəndaşı
olduqları və ya daimi yaşadıqları ölkə
elektron viza verilən ölkələrin siyahısında
olmalıdır.[25]
7.18-2.
Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq
müqavilələrə əsasən əcnəbinin və
ya vətəndaşlığı olmayan şəxsin
Azərbaycan Respublikasına vizasız qaydada gəlmək
hüququ olduqda, müraciət prosesi Sistem
tərəfindən yekunlaşdırılır və
istifadəçi ekranına bu barədə bildiriş
göndərilir.
7.18-3.
Əcnəbinin və ya vətəndaşlığı
olmayan şəxsin Azərbaycan Respublikasının
tərəfdar çıxdığı beynəlxalq
müqavilələrə əsasən viza ərizəsinə
baxılması üçün dövlət rüsumundan azad
edildiyi hallarda, istifadəçi ekranına bu barədə
bildiriş göndərilməklə, həmin
şəxsə Azərbaycan Respublikasının xarici
ölkələrdəki diplomatik
nümayəndəliklərinə və konsulluqlarına
müraciət etmək təklif olunur və ya ödənişləri həyata
keçirməklə elektron viza sorğusunu davam
etdirmək imkanı yaradılır.[26]
7.19.
Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 16.1-ci
maddəsində nəzərdə tutulmuş hallar aşkar
edildikdə, verilmiş viza ləğv edilir və
əcnəbi və vətəndaşlığı olmayan
şəxs ölkəyə buraxılmır. Elektron
vizanın ləğv edilməsi barədə bildiriş Sistem
istifadəçisinin elektron ünvanına göndərilir.
7.20.
Sistemin istifadəçisi Sistemdən istifadə zamanı
texniki-texnoloji, o cümlədən ödənişlərin
həyata keçirilməsi ilə bağlı
problemlərlə üzləşdikdə, bu barədə
Operatorun Çağrı Mərkəzinə onlayn qaydada
müraciət edə və ya həmin müraciəti
Çağrı Mərkəzinin elektron ünvanına
göndərə bilər. Operator daxil olmuş
müraciətlə bağlı 3 iş günü müddətində
araşdırma aparmalı və problemlərin həlli ilə
bağlı Sistemin istifadəçisini
məlumatlandırmalıdır.
7.21.
Elektron viza pasporta yapışdırılmır, əcnəbi və ya
vətəndaşlığı olmayan şəxs
Azərbaycan Respublikasının dövlət sərhədinin
buraxılış məntəqəsindən keçərkən
çap edilmiş elektron vizanı və ya həmin vizanın
məlumatlarını sərhədkeçmə sənədi
ilə birgə təqdim edir.[27]
7.22.
Əcnəbiyə və ya vətəndaşlığı
olmayan şəxsə verilmiş elektron vizanın etibarlılığı
Sistemin internet informasiya ehtiyatında yoxlanıla bilər.
7.23.
Əcnəbi və ya vətəndaşlığı olmayan
şəxs yalnız Azərbaycan Respublikasının
ərazisini tərk etdikdən sonra yeni elektron vizanın
alınması üçün müraciət edə
bilər.
7.24. Azərbaycan Respublikası
dövlət sərhədinin buraxılış
məntəqələrində sərhədkeçmə
sənədi ilə birdəfəlik
elektron vizada qeyd edilən məlumatlar arasında
uyğunsuzluqlar aşkar edildikdə, əcnəbi və ya
vətəndaşlığı olmayan şəxs
məlumatlarda müvafiq düzəlişlər edərək
vizanın təkrar alınması üçün həmin
məntəqələrdə quraşdırılmış
terminallar vasitəsilə müraciət edə bilər. Belə
müraciətlərə baxılarkən bu Əsasnamənin
təcili səfərlər üçün elektron viza
alınması ilə bağlı müddəaları
tətbiq edilir.[28]
7-1. Elektron vizanın Azərbaycan Respublikasının
beynəlxalq hava limanlarında verilməsi[29]
7-1.0. Əcnəbilər və
vətəndaşlığı olmayan şəxslər
yalnız aşağıdakı hallarda birdəfəlik
elektron vizanı Azərbaycan Respublikasının
beynəlxalq hava limanlarında ala bilərlər: [30]
7-1.0.1. Azərbaycan Respublikasının
dövlətlərarası və ya
hökumətlərarası müqavilələrində
nəzərdə tutulmuş hallarda;
7-1.0.2. Azərbaycan Respublikası
Prezidentinin, Azərbaycan Respublikası Baş nazirinin,
Azərbaycan Respublikası Milli Məclisi sədrinin,
Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin,
Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin,
Azərbaycan Respublikası Prezidentinin İşlər
müdirinin, Azərbaycan Respublikası Prezidentinin Xüsusi
Tibb Xidməti rəisinin, Azərbaycan Respublikası xarici
işlər nazirinin rəsmi dəvəti ilə Azərbaycan
Respublikasına gəldikdə;
7-1.0.3. Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsi sədrinin, Azərbaycan
Respublikası Ali Məhkəməsi sədrinin, Azərbaycan
Respublikası Baş prokurorunun, Azərbaycan Respublikası
İnsan hüquqları üzrə müvəkkilinin
(ombudsmanın), Azərbaycan Respublikası Mərkəzi
Seçki Komissiyası sədrinin, mərkəzi icra
hakimiyyəti orqanı rəhbərinin, Azərbaycan
Respublikası Mərkəzi Bankı sədrinin, Azərbaycan
Respublikası Milli Olimpiya Komitəsi rəhbərliyinin, Qafqaz
Müsəlmanları İdarəsi sədrinin, Azərbaycan
Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələrə əsasən Azərbaycan
Respublikasında fəaliyyət göstərən xarici
şirkət rəhbərlərinin Azərbaycan
Respublikasının Dövlət Miqrasiya Xidməti ilə
razılaşdırılmış rəsmi dəvəti
əsasında Azərbaycan Respublikasına gəldikdə;
7-1.0.4. xarici ölkələrin
Azərbaycan Respublikasında fəaliyyət
göstərən diplomatik nümayəndəlik və
konsulluqlarının, habelə beynəlxalq
təşkilatların nümayəndəliklərinin
əməkdaşları, inzibati-texniki xidmət
heyətinə daxil olan şəxslər və onların
ailə üzvləri, həmçinin əcnəbilər
xüsusi diplomatik missiya ilə Azərbaycan Respublikasına
gəldikdə;
7-1.0.5. fövqəladə halların
nəticələrinin aradan qaldırılmasında iştirak
etmək məqsədilə Azərbaycan Respublikası
Fövqəladə Hallar Nazirliyinin rəsmi təqdimatı
əsasında Azərbaycan Respublikasına gəldikdə;
7-1.0.6. Azərbaycan Respublikasında
yaşayan ailə üzvünün vəfatı ilə
əlaqədar Azərbaycan Respublikasına gəldikdə
(ailə üzvünün vəfatını təsdiq edən
sənəd əsasında);
7-1.0.7. ərazisində Azərbaycan
Respublikasının diplomatik nümayəndəlik və ya
konsulluqlarının akkreditə olunmadığı,
Azərbaycan Respublikası ilə birbaşa hava əlaqəsi
olan xarici ölkələrin vətəndaşları
Azərbaycan Respublikasına gəldikdə.
8. Elektron viza blankının təsviri
8.1.
Azərbaycan Respublikasına gəlmək üçün
əcnəbilərə və
vətəndaşlığı olmayan şəxslərə
verilən elektron viza blankının təsvirində (elektron
viza blankının nümunəsi əlavə edilir)
Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO)
9303 nömrəli sənədinin ikinci hissəsinin
tələbləri nəzərə alınmışdır.
Elektron viza blankı A4 formatdadır.
8.2.
Elektron vizada aşağıdakılar göstərilir:
8.2.1.
elektron viza blankının yuxarı sol hissəsində
Azərbaycan Respublikasının Dövlət gerbi,
“Azərbaycan Respublikası” və “Elektron viza” sözləri,
elektron viza blankının iki latın hərfindən (AE)
ibarət olan seriyası və doqquzrəqəmli
nömrəsi və
maşınla oxuna bilən xüsusi kod;[31]
8.2.2.
elektron viza blankının yuxarı sağ hissəsində “ASAN Viza” təsviri;[32]
8.2.3.
elektron vizanın verilmə tarixi, etibarlılıq
müddəti, vizanın növü, girişlərin sayı
və səfərin məqsədi, ölkədə qalmaq
üçün icazə verilmiş günlərin sayı,
vizanı rəsmiləşdirən orqanın adı;
8.2.4.
“Şəxsi məlumatlar” bölməsində elektron viza
sahibinin soyadı, digər
adları, vətəndaşı olduğu və ya daimi
yaşadığı ölkə, doğum tarixi, doğum yeri, cinsi;[33]
8.2.5.
“Sərhədkeçmə sənədinə dair
məlumatlar” bölməsində elektron viza sahibinin
sərhədkeçmə sənədinin növü,
nömrəsi və etibarlılıq müddəti;
8.2.6.
xüsusi qeydlər üçün nəzərdə
tutulmuş “Qeydlər” hissəsində aşağıdakı
cümlələr verilsin:[34]
“Bu
viza Azərbaycan Respublikasına səyahət etmək və
daxil olmaq üçün ilkin giriş icazəsidir.
Azərbaycan Respublikasının Miqrasiya
Məcəlləsində müəyyən edilmiş hallarda
girişə icazə verilməyəcək.
Elektron
viza pasporta yapışdırılmır, dövlət sərhədinin buraxılış
məntəqəsindən keçərkən çap
edilmiş elektron viza və ya həmin vizanın
məlumatları sərhədkeçmə sənədi
ilə birgə təqdim edilir. Elektron viza etibarlılıq
müddəti ərzində istifadə olunmazsa, o
qüvvədən düşür.”.[35]
Elektron viza müraciətdə təqdim
olunan məlumatlar əsasında verilir. Elektron vizadakı məlumatlar
səyahət sənədindəki məlumatlara uyğun
gəlmədiyi halda elektron viza etibarsız hesab edilir. Elektron
viza almaq üçün edilən müraciətdə
təqdim olunmuş məlumatlara görə müraciət
edən şəxs birbaşa məsuliyyət
daşıyır.
Siz Azərbaycan Respublikasının
ərazisini ölkəyə daxil olarkən təqdim etdiyiniz
elektron viza əsasında tərk etməlisiniz (Azərbaycan
Respublikasının Dövlət Miqrasiya Xidməti
tərəfindən ölkədə müvəqqəti olma
müddətinin uzadıldığı və ya
müvəqqəti yaşama icazəsinin verildiyi hallar istisna
olmaqla).
8.3.
Elektron vizada nəzərdə tutulmuş parametrlərin
adları Azərbaycan və ingilis dillərində
yazılır. Elektron viza doldurularkən, məlumatlar ingilis
dilində daxil edilir.
|
|
|
“ASAN Viza” sistemi haqqında Əsasnaməyə əlavə |
||||
|
|
Elektron viza blankının
nümunəsi[36] |
|
||||
|
|
Azərbaycan
Respublikası / Republic of Azerbaijan |
|
||||
|
|
AE 000000000
|
|
||||
|
|
|
|||||
|
Tarixdən/Valid
from: |
|
|||||
|
Tarixədək
etibarlıdır/Valid until: |
|
|||||
|
Vizanın
növü/Type of visa: |
|
|||||
|
Girişlərin
sayı/Number of entries: |
|
|||||
|
Səfərin
məqsədi/Purpose of visit: |
|
|||||
|
Qalma
müddəti/Duration of stay: |
|
|||||
|
Vizanı
rəsmiləşdirən orqan/Visa issuing authority: |
|
|||||
|
Şəxsi məlumatlar/Personal
information |
||||||
|
Soyadı/Surname: |
|
|||||
|
Digər
adları/Other names: |
|
|||||
|
Vətəndaşlığı/Citizenship |
|
|||||
|
Vətəndaşlığı
olmayan şəxsin daimi yaşadığı
ölkə/Country of habitual residence of a stateless person: |
|
|||||
|
Doğum tarixi/Date
of birth: |
|
|||||
|
Doğum yeri/Place
of birth: |
|
|||||
|
Cinsi/Sex |
|
|||||
|
Sərhədkeçmə
sənədinə dair məlumatlar /Travel document’s information |
||||||
|
Növü/Type: |
|
|||||
|
Nömrəsi/Number: |
|
|||||
|
Etibarlılıq
müddəti/Date of expiration: |
|
|||||
|
Qeydlər/Notes |
This visa is a pre-entry permission for you to travel to, and seek
entry, into the Republic of Azerbaijan. The entry may be refused in the cases
prescribed by the Migration Code of the Republic of Azerbaijan. Electronic visa is not sticked in passport and must be presented
with passport at the border-control post. If the e-visa is not used within
the period of validity, it becomes invalid. Please note that e-visa is issued on the basis of provided
information in the e-visa application and if the information on a travel
document does not match with the information on issued e-visa, then the
e-visa is invalid. Please note that an applicant is responsible for
information provided in e-visa application form. You must leave the territory of the Republic of Azerbaijan with the
e-visa that was used to enter the country (except in cases when the period of
temporary stay in the country is extended or a temporary residence permit is
issued by the State Migration Service of the Republic of Azerbaijan). |
|||||
İSTİFADƏ OLUNMUŞ
MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1. 21 iyun 2017-ci il tarixli 1482 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq”
qəzeti 23 iyun 2017-ci il, ¹ 134, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 6, maddə
1098)
FƏRMANA EDİLMİŞ
DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN
SİYAHISI
[1] 5 aprel 2018-ci il tarixli 1912 nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (“Xalq” qəzeti, 6 aprel 2018-ci il, ¹ 76,
Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 4, maddə
663) ilə
“ASAN Viza” sistemi
haqqında Əsasnamə”nin 1.2.1-ci yarımbəndində “elektron vizanın”
sözləri “və 90
günədək müəyyən edən
çoxdəfəlik elektron vizaların” sözləri
ilə əvəz edilmişdir.
4 oktyabr 2018-ci il tarixli 287 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı
(“Xalq” qəzeti, 5 oktyabr 2018-ci il, ¹
223, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 10, maddə 1987) ilə “ASAN
Viza” sistemi haqqında Əsasnamə”nin 1.2.1-ci
yarımbəndindən “birbaşa”
sözü çıxarılmışdır.
[2] 21
iyun 2017-ci il tarixli 1482
nömrəli Azərbaycan Respublikası
Prezidentinin Fərmanı (“Xalq”
qəzeti 23 iyun 2017-ci il, ¹ 134, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2017-ci il, ¹ 6, maddə 1098) ilə “ASAN
Viza” sistemi haqqında Əsasnamə”nin 1.2.3-cü
yarımbənddə “dövlət
rüsumunun” sözlərindən sonra “və digər ödənişlərin (bundan sonra
ödənişlərin)” sözləri əlavə
edilmişdir.
4 oktyabr 2018-ci il tarixli 287 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı
(“Xalq” qəzeti, 5 oktyabr 2018-ci il, ¹
223, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 10, maddə 1987) ilə “ASAN
Viza” sistemi haqqında Əsasnamə”nin 1.2.3-cü
yarımbəndinə “Sistem
vasitəsilə elektron qaydada” sözlərindən sonra “və müvəkkil banklar
vasitəsilə” sözləri əlavə edilmişdir.
[3] 21
iyun 2017-ci il tarixli 1482
nömrəli Azərbaycan Respublikası
Prezidentinin Fərmanı (“Xalq”
qəzeti 23 iyun 2017-ci il, ¹ 134, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2017-ci il, ¹ 6, maddə 1098) ilə “ASAN
Viza” sistemi haqqında Əsasnamə”nin 1.2.4-cü
yarımbənddə “müddətində”
sözündən sonra “,
həmin vizanın sürətləndirilmiş qaydada
alınması üçün müraciət edildikdə 3
saat ərzində” sözləri əlavə edilmişdir.
4 oktyabr 2018-ci il tarixli 287 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı
(“Xalq” qəzeti, 5 oktyabr 2018-ci il, ¹
223, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 10, maddə 1987) ilə “ASAN
Viza” sistemi haqqında Əsasnamə”nin 1.2.4-cü
yarımbəndinə “ərzində”
sözündən sonra “,
Azərbaycan Respublikasının beynəlxalq hava
limanlarında alınması üçün müraciət
edildikdə isə real vaxt rejimində” sözləri
əlavə edilmişdir.
9 aprel 2019-cu il tarixli 612 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı
(“Xalq” qəzeti, 10 aprel 2019-cu il, ¹ 76, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹4, maddə
612) ilə “ASAN Viza” sistemi haqqında
Əsasnamə”nin 1.2.4-cü yarımbəndi yeni redaksiyada
verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
1.2.4.
elektron vizanın 3 iş günü müddətində, həmin vizanın
sürətləndirilmiş qaydada alınması
üçün müraciət edildikdə 3 saat
ərzində, Azərbaycan Respublikasının beynəlxalq
hava limanlarında alınması üçün
müraciət edildikdə isə real vaxt rejimində
verilməsini;
[4] 21
iyun 2017-ci il tarixli 1482
nömrəli Azərbaycan Respublikası
Prezidentinin Fərmanı (“Xalq”
qəzeti 23 iyun 2017-ci il, ¹ 134, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2017-ci il, ¹ 6, maddə 1098) ilə “ASAN
Viza” sistemi haqqında Əsasnamə”nin 1.6-cı bəndinin
birinci cümlədə “dövlət
büdcəsi və normativ hüquqi aktlarla qadağan olunmayan
digər” sözləri “normativ
hüquqi aktlarla qadağan olunmayan” sözləri ilə
əvəz edilmişdir və yeni məzmunda ikinci
cümlə əlavə edilmişdir.
[5] 21
iyun 2017-ci il tarixli 1482
nömrəli Azərbaycan Respublikası
Prezidentinin Fərmanı (“Xalq”
qəzeti 23 iyun 2017-ci il, ¹ 134, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2017-ci il, ¹ 6, maddə 1098) ilə “ASAN
Viza” sistemi haqqında Əsasnamə”nin 6.1.2.1-ci
yarımbənd yeni redaksiyada verilmişdir.
Əvvəlki
redaksiyada deyilirdi:
6.1.2.1. əcnəbilərin və
vətəndaşlığı olmayan şəxslərin
ərizə-anket məlumatları və
sərhədkeçmə sənədlərinin
fotoşəkil olan səhifəsinin skan edilmiş surəti;
4 oktyabr 2018-ci il tarixli 287 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı
(“Xalq” qəzeti, 5 oktyabr 2018-ci il, ¹
223, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 10, maddə 1987) ilə “ASAN
Viza” sistemi haqqında Əsasnamə”nin 6.1.2.1-ci
yarımbəndində “və bu
Əsasnamənin 7.4-cü bəndində” sözləri “, habelə bu Əsasnamənin
7.4-cü və 7-1.0-cı bəndlərində” sözləri
ilə əvəz edilmişdir.
9 aprel 2019-cu il tarixli 612 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı
(“Xalq” qəzeti, 10 aprel 2019-cu il, ¹ 76, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹4, maddə
612) ilə “ASAN Viza” sistemi haqqında
Əsasnamə”nin 6.1.2.1-ci yarımbəndinə “7.4-cü” sözlərindən
sonra “, 7.4-1-ci” sözləri
əlavə edilmişdir.
[6] 21
iyun 2017-ci il tarixli 1482
nömrəli Azərbaycan Respublikası
Prezidentinin Fərmanı (“Xalq”
qəzeti 23 iyun 2017-ci il, ¹ 134, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2017-ci il, ¹ 6, maddə 1098) ilə “ASAN
Viza” sistemi haqqında Əsasnamə”nin 6.1.3-cü
bənddə “dövlət
rüsumunun ödənilməsi” sözləri “ödənişlərin həyata
keçirilməsi” sözləri ilə əvəz
edilmişdir.
[7] 4 oktyabr 2018-ci il tarixli 287 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı
(“Xalq” qəzeti, 5 oktyabr 2018-ci il, ¹
223, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 10, maddə 1987) ilə “ASAN
Viza” sistemi haqqında Əsasnamə”nin 6.2.1-ci
yarımbəndinə “vətəndaşlarına”
sözündən sonra “və
ərazisində daimi yaşayan
vətəndaşlığı olmayan şəxslərə”
sözləri əlavə edilmişdir.
[8] 4 oktyabr 2018-ci il tarixli 287 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı
(“Xalq” qəzeti, 5 oktyabr 2018-ci il, ¹
223, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 10, maddə 1987) ilə “ASAN
Viza” sistemi haqqında Əsasnamə”yə yeni məzmunda
6.2.1-1-ci və 6.2.1-2-ci yarımbəndlər əlavə
edilmişdir.
[9] 4 oktyabr 2018-ci il tarixli 287 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı
(“Xalq” qəzeti, 5 oktyabr 2018-ci il, ¹
223, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 10, maddə 1987) ilə “ASAN
Viza” sistemi haqqında Əsasnamə”yə yeni məzmunda
6.2-1-ci bənd əlavə edilmişdir.
[10] 21
iyun 2017-ci il tarixli 1482
nömrəli Azərbaycan Respublikası
Prezidentinin Fərmanı (“Xalq”
qəzeti 23 iyun 2017-ci il, ¹ 134, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2017-ci il, ¹ 6, maddə 1098) ilə “ASAN
Viza” sistemi haqqında Əsasnamə”nin 7.3-cü bənddə
“Əcnəbi” sözü “Bu Əsasnamənin 7.3-1-ci
bəndində nəzərdə tutulmuş hal istisna olmaqla,
əcnəbi” sözləri ilə əvəz
edilmişdir.
[11] 21
iyun 2017-ci il tarixli 1482
nömrəli Azərbaycan Respublikası
Prezidentinin Fərmanı (“Xalq”
qəzeti 23 iyun 2017-ci il, ¹ 134, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2017-ci il, ¹ 6, maddə 1098) ilə “ASAN
Viza” sistemi haqqında Əsasnamə”nin yeni məzmunda 7.3-1-ci
bənd əlavə edilmişdir.
4 oktyabr 2018-ci il tarixli 287 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı
(“Xalq” qəzeti, 5 oktyabr 2018-ci il, ¹
223, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 10, maddə 1987) ilə “ASAN
Viza” sistemi haqqında Əsasnamə”nin 7.3-1-ci bəndinə “ərzində”
sözündən sonra “,
həmin vizanın Azərbaycan Respublikasının
beynəlxalq hava limanlarında alınması üçün
müraciət edildikdə isə belə müraciətə
real vaxt rejimində” sözləri əlavə
edilmişdir.
9 aprel 2019-cu il tarixli 612 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı
(“Xalq” qəzeti, 10 aprel 2019-cu il, ¹ 76, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹4, maddə
612) ilə “ASAN Viza” sistemi haqqında
Əsasnamə”nin 7.3-1-ci, 7.4-cü, 7.10-cu bəndlərinə,
7.17-ci bəndin üçüncü cümləsinə
(birinci halda), 7.17-1-ci bəndinə, 7.18-1-ci bəndin birinci
cümləsinə və 7.24-cü bəndin birinci
cümləsinə “elektron”
sözündən əvvəl “birdəfəlik”
sözü əlavə edilmişdir.
[12] 21
iyun 2017-ci il tarixli 1482
nömrəli Azərbaycan Respublikası
Prezidentinin Fərmanı (“Xalq”
qəzeti 23 iyun 2017-ci il, ¹ 134, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2017-ci il, ¹ 6, maddə 1098) ilə “ASAN
Viza” sistemi haqqında Əsasnamə”nin 7.4-cü bənddə
“ərizə-anket məlumatlarını”
sözləri “məlumatları”
sözü ilə əvəz edilmişdir.
4 oktyabr 2018-ci il tarixli 287 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı
(“Xalq” qəzeti, 5 oktyabr 2018-ci il, ¹
223, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 10, maddə 1987) ilə “ASAN
Viza” sistemi haqqında Əsasnamə”nin 7.4-cü
bəndinə “bağlı”
sözündən sonra “birbaşa”
sözü əlavə edilmişdir.
[13] 21
iyun 2017-ci il tarixli 1482
nömrəli Azərbaycan Respublikası
Prezidentinin Fərmanı (“Xalq”
qəzeti 23 iyun 2017-ci il, ¹ 134, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2017-ci il, ¹ 6, maddə 1098) ilə “ASAN
Viza” sistemi haqqında Əsasnamə”nin 7.4.1-ci
yarımbənddə “adı”
sözü “digər adları”
sözləri ilə əvəz edilmişdir.
[14] 9 aprel 2019-cu il tarixli 612 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı
(“Xalq” qəzeti, 10 aprel 2019-cu il, ¹ 76, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹4, maddə
612) ilə “ASAN Viza” sistemi haqqında
Əsasnamə”nin 7.4.8-ci yarımbəndində “mobil və stasionar”
sözləri “mobil və ya
stasionar” sözləri ilə əvəz edilmişdir.
[15] 5 aprel 2018-ci il tarixli 1912 nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (“Xalq” qəzeti, 6 aprel 2018-ci il, ¹ 76,
Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 4, maddə
663) ilə
“ASAN Viza” sistemi
haqqında Əsasnamə”yə yeni məzmunda 7.4.8-1-ci
yarımbənd əlavə edilmişdir.
[16] 9 aprel 2019-cu il tarixli 612 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı
(“Xalq” qəzeti, 10 aprel 2019-cu il, ¹ 76, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹4, maddə
612) ilə “ASAN Viza” sistemi haqqında
Əsasnamə”nin 7.4.13-cü yarımbəndi ləğv
edilmişdir.
[17] 9 aprel 2019-cu il tarixli 612 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı
(“Xalq” qəzeti, 10 aprel 2019-cu il, ¹ 76, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹4, maddə
612) ilə “ASAN Viza” sistemi haqqında
Əsasnamə”nə yeni məzmunda 7.4-1-ci bənd
əlavə edilmişdir.
[18] 21
iyun 2017-ci il tarixli 1482
nömrəli Azərbaycan Respublikası
Prezidentinin Fərmanı (“Xalq”
qəzeti 23 iyun 2017-ci il, ¹ 134, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2017-ci il, ¹ 6, maddə 1098) ilə “ASAN
Viza” sistemi haqqında Əsasnamə”nin 7.5-ci bənd yeni
redaksiyada verilmişdir.
Əvvəlki
redaksiyada deyilirdi:
7.5.
Ərizə-anket məlumatları Sistemin istifadəçisi
tərəfindən yoxlanıldıqdan və
təsdiqləndikdən sonra istifadəçiyə
ödəniş imkanları təqdim olunur. Elektron vizanın
verilməsinə görə müəyyən olunmuş
dövlət rüsumu Sistem vasitəsilə elektron qaydada
ödənilir.
[19] 21
iyun 2017-ci il tarixli 1482
nömrəli Azərbaycan Respublikası
Prezidentinin Fərmanı (“Xalq”
qəzeti 23 iyun 2017-ci il, ¹ 134, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2017-ci il, ¹ 6, maddə 1098) ilə “ASAN
Viza” sistemi haqqında Əsasnamə”nin 7.6-cı bəndinin “Dövlət rüsumu
ödənildikdən” sözləri “Ödənişlər həyata keçirildikdən”
sözləri ilə əvəz edilmişdir.
[20] 21
iyun 2017-ci il tarixli 1482
nömrəli Azərbaycan Respublikası
Prezidentinin Fərmanı (“Xalq”
qəzeti 23 iyun 2017-ci il, ¹ 134, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2017-ci il, ¹ 6, maddə 1098) ilə “ASAN
Viza” sistemi haqqında Əsasnamə”nin 7.11-ci bənddə “hüquqi şəxs”
sözlərindən sonra “əldə
etdiyi kod əsasında” sözləri əlavə
edilmişdir.
[21] 21
iyun 2017-ci il tarixli 1482
nömrəli Azərbaycan Respublikası
Prezidentinin Fərmanı (“Xalq”
qəzeti 23 iyun 2017-ci il, ¹ 134, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2017-ci il, ¹ 6, maddə 1098) ilə “ASAN
Viza” sistemi haqqında Əsasnamə”nin 7.12-ci bənddə “dövlət rüsumu”
sözləri “ödənişlər”
sözü ilə əvəz edilmişdir.
[22] 21
iyun 2017-ci il tarixli 1482
nömrəli Azərbaycan Respublikası
Prezidentinin Fərmanı (“Xalq”
qəzeti 23 iyun 2017-ci il, ¹ 134, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2017-ci il, ¹ 6, maddə 1098) ilə “ASAN
Viza” sistemi haqqında Əsasnamə”nin 7.13-cü bəndinin “Dövlət rüsumu
ödənildikdən” sözləri “Ödənişlər həyata keçirildikdən”
sözləri ilə əvəz edilmişdir.
4 oktyabr 2018-ci il tarixli 287 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı
(“Xalq” qəzeti, 5 oktyabr 2018-ci il, ¹
223, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 10, maddə 1987) ilə “ASAN
Viza” sistemi haqqında Əsasnamə”nin 7.13-cü
bəndinə “keçirildikdən”
sözündən sonra “dərhal”
sözü əlavə edilmişdir.
[23] 21
iyun 2017-ci il tarixli 1482
nömrəli Azərbaycan Respublikası
Prezidentinin Fərmanı (“Xalq”
qəzeti 23 iyun 2017-ci il, ¹ 134, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2017-ci il, ¹ 6, maddə 1098) ilə “ASAN
Viza” sistemi haqqında Əsasnamə”nin 7.17-ci bəndə yeni məzmunda
üçüncü cümlə əlavə edilmişdir.
[24] 4 oktyabr 2018-ci il tarixli 287 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı
(“Xalq” qəzeti, 5 oktyabr 2018-ci il, ¹
223, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 10, maddə 1987) ilə “ASAN
Viza” sistemi haqqında Əsasnamə”yə yeni məzmunda
7.17-1 – 7.17-8-ci bəndlər əlavə edilmişdir.
[25] 21
iyun 2017-ci il tarixli 1482
nömrəli Azərbaycan Respublikası
Prezidentinin Fərmanı (“Xalq”
qəzeti 23 iyun 2017-ci il, ¹ 134, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2017-ci il, ¹ 6, maddə 1098) ilə “ASAN
Viza” sistemi haqqında Əsasnamə”nin 7.7-ci bəndin ikinci
cümləsi yeni redaksiyada verilmişdir.
Əvvəlki
redaksiyada deyilirdi:
Bunun
üçün həmin şəxslərin
vətəndaşı olduqları və ya daimi
yaşadıqları ölkə, sərhədkeçmə
sənədlərinin növü, Azərbaycan Respublikasına
gəlmə tarixləri və səfərlərinin
məqsədi eyni olmalıdır.
[26] 21
iyun 2017-ci il tarixli 1482
nömrəli Azərbaycan Respublikası
Prezidentinin Fərmanı (“Xalq”
qəzeti 23 iyun 2017-ci il, ¹ 134, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2017-ci il, ¹ 6, maddə 1098) ilə “ASAN
Viza” sistemi haqqında Əsasnamə”nin 7.9-cu bənddə “rüsum ödəməklə”
sözləri “ödənişləri
həyata keçirməklə” sözləri ilə
əvəz edilmişdir.
4 oktyabr 2018-ci il tarixli 287 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı
(“Xalq” qəzeti, 5 oktyabr 2018-ci il, ¹
223, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 10, maddə 1987) ilə “ASAN
Viza” sistemi haqqında Əsasnamə”nin 7.7 ─
7.9-cu bəndləri müvafiq olaraq 7.18-1 ─
7.18-3-cü bəndlər hesab edilmişdir.
[27] 21
iyun 2017-ci il tarixli 1482
nömrəli Azərbaycan Respublikası
Prezidentinin Fərmanı (“Xalq”
qəzeti 23 iyun 2017-ci il, ¹ 134, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2017-ci il, ¹ 6, maddə 1098) ilə “ASAN
Viza” sistemi haqqında Əsasnamə”nin 7.21-ci bənddə “və əcnəbi və ya
vətəndaşlığı olmayan şəxs
tərəfindən çap edilərək Azərbaycan
Respublikasının dövlət sərhədinin buraxılış
məntəqəsindən keçərkən pasportla
birgə təqdim olunur” sözləri “, əcnəbi və ya
vətəndaşlığı olmayan şəxs
Azərbaycan Respublikasının dövlət sərhədinin
buraxılış məntəqəsindən
keçərkən elektron viza məlumatlarını
sərhədkeçmə sənədi ilə birgə
təqdim edir” sözləri ilə əvəz
edilmişdir.
4
dekabr 2017-ci il tarixli 1705
nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (“Xalq”
qəzeti, 5 dekabr 2017-ci il, ¹ 268, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2017-ci il, ¹ 12, I kitab, maddə 2273) ilə “ASAN Viza”
sistemi haqqında Əsasnamə”nin 7.21-ci bəndində “elektron viza” sözləri “çap edilmiş elektron
vizanı və ya həmin vizanın” sözləri ilə
əvəz edilmişdir.
[28] 21
iyun 2017-ci il tarixli 1482
nömrəli Azərbaycan Respublikası
Prezidentinin Fərmanı (“Xalq”
qəzeti 23 iyun 2017-ci il, ¹ 134, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2017-ci il, ¹ 6, maddə 1098) ilə “ASAN
Viza” sistemi haqqında Əsasnamə”nin yeni məzmunda
7.24-cü bənd əlavə edilmişdir.
[29] 4 oktyabr 2018-ci il tarixli 287 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı
(“Xalq” qəzeti, 5 oktyabr 2018-ci il, ¹
223, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 10, maddə 1987) ilə “ASAN
Viza” sistemi haqqında Əsasnamə”yə yeni məzmunda
7-1-ci hissə əlavə edilmişdir.
9 aprel 2019-cu il tarixli 612 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı
(“Xalq” qəzeti, 10 aprel 2019-cu il, ¹ 76, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹4, maddə
612) ilə “ASAN Viza” sistemi haqqında
Əsasnamə”nin 7-1-ci hissənin adında “Vizanın” sözü “Elektron
vizanın” sözləri ilə əvəz edilmişdir.
[30] 9 aprel 2019-cu il tarixli 612 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı
(“Xalq” qəzeti, 10 aprel 2019-cu il, ¹ 76, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹4, maddə
612) ilə “ASAN Viza” sistemi haqqında
Əsasnamə”nin 7-1.0-cı bənddə “vizanı” sözündən əvvəl “birdəfəlik elektron”
sözləri əlavə edilmişdir.
[31] 21
iyun 2017-ci il tarixli 1482
nömrəli Azərbaycan Respublikası
Prezidentinin Fərmanı (“Xalq”
qəzeti 23 iyun 2017-ci il, ¹ 134, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2017-ci il, ¹ 6, maddə 1098) ilə “ASAN
Viza” sistemi haqqında Əsasnamə”nin 8.2.1-ci
yarımbənddə “nömrəsi”
sözündən sonra “və
maşınla oxuna bilən xüsusi kod” sözləri
əlavə edilmişdir.
[32] 21
iyun 2017-ci il tarixli 1482
nömrəli Azərbaycan Respublikası
Prezidentinin Fərmanı (“Xalq”
qəzeti 23 iyun 2017-ci il, ¹ 134, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2017-ci il, ¹ 6, maddə 1098) ilə “ASAN
Viza” sistemi haqqında Əsasnamə”nin 8.2.2-ci
yarımbənddə “maşınla
oxuna bilən xüsusi kod” sözləri “ASAN Viza” təsviri” sözləri ilə əvəz
edilmişdir.
[33] 21
iyun 2017-ci il tarixli 1482
nömrəli Azərbaycan Respublikası
Prezidentinin Fərmanı (“Xalq”
qəzeti 23 iyun 2017-ci il, ¹ 134, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2017-ci il, ¹ 6, maddə 1098) ilə “ASAN
Viza” sistemi haqqında Əsasnamə”nin 8.2.4-cü
yarımbənddə “adı
və atasının adı” sözləri “digər adları”
sözləri ilə əvəz edilmişdir və “yeri” sözündən sonra “, cinsi” sözü əlavə
edilmişdir.
[34]
21 iyun 2017-ci il tarixli 1482 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq”
qəzeti 23 iyun 2017-ci il, ¹ 134, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 6, maddə
1098) ilə “ASAN Viza” sistemi haqqında
Əsasnamə”nin 8.2.6-cı yarımbənddə birinci abzasda
“cümlələr”
sözündən sonra “verilsin”
sözü əlavə edilmişdir, üçüncü
abzasın birinci cümləsində “və sərhəd nəzarət-buraxılış
məntəqəsindən keçərkən pasportla
birgə təqdim olunur” sözləri “, dövlət sərhədinin buraxılış
məntəqəsindən keçərkən elektron viza
məlumatları sərhədkeçmə sənədi
ilə birgə təqdim edilir” sözləri ilə
əvəz edilmişdir və yeni məzmunda
dördüncü və beşinci abzaslar əlavə
edilmişdir.
[35] 4
dekabr 2017-ci il tarixli 1705
nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (“Xalq”
qəzeti, 5 dekabr 2017-ci il, ¹ 268, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2017-ci il, ¹ 12, I kitab, maddə 2273) ilə “ASAN Viza”
sistemi haqqında Əsasnamə”də 8.2.6-cı
yarımbəndin üçüncü abzasının birinci
cümləsində “elektron viza”
sözləri “çap
edilmiş elektron viza və ya həmin vizanın”
sözləri ilə əvəz edilmişdir.
[36] 21
iyun 2017-ci il tarixli 1482
nömrəli Azərbaycan Respublikası
Prezidentinin Fərmanı (“Xalq”
qəzeti 23 iyun 2017-ci il, ¹ 134, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2017-ci il, ¹ 6, maddə 1098) ilə “ASAN
Viza” sistemi haqqında Əsasnamə”nin əlavəsi yeni
redaksiyada verilmişdir.
Əvvəlki
redaksiyada deyilirdi:
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
||||
|
|
|
|
||||
|
|
||||||
|
|
||||||
|
|
|
|||||
|
|
|
|||||
|
|
|
|||||
|
|
|
|||||
|
|
|
|||||
|
|
|
|||||
|
|
|
|||||
|
|
|
|||||
|
|
||||||
|
|
|
|||||
|
|
|
|||||
|
|
|
|||||
|
|
|
|||||
|
|
||||||
|
|
|
|||||
|
|
|
|||||
|
|
|
|||||
|
|
|
|||||