Azərbaycan Respublikası Maliyyə
Nazirliyinin kollegiyasının tərkibi haqqında
AZƏRBAYCAN
RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 9 fevral
tarixli 48 nömrəli Fərmanı ilə təsdiq
edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi
haqqında Əsasnamə”nin 20-ci hissəsinə uyğun
olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Maliyyə
Nazirliyinin kollegiya üzvlərinin sayı 13
nəfərdən ibarət müəyyənləşdirilsin
və aşağıdakı tərkibdə təsdiq edilsin:[1]
Kollegiyanın
sədri
Azərbaycan Respublikasının
Maliyyə naziri
Kollegiyanın
üzvləri:
Azərbaycan
Respublikası Maliyyə nazirinin birinci müavini
Azərbaycan
Respublikası Maliyyə nazirinin müavini
Azərbaycan
Respublikası Maliyyə nazirinin müavini
Naxçıvan
Muxtar Respublikasının Maliyyə naziri
Azərbaycan
Respublikası Maliyyə Nazirliyinin Aparatının
rəhbəri
Azərbaycan
Respublikası Maliyyə Nazirliyinin Aparatının
rəhbərinin müavini
Azərbaycan
Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə
Nəzarəti Xidmətinin rəisi
Azərbaycan
Respublikası Maliyyə Nazirliyi yanında Dövlət
Xəzinədarlığı Agentliyinin direktoru
Azərbaycan
Respublikası Maliyyə Nazirliyi yanında Dövlət Borcunun
və Maliyyə Öhdəliklərinin İdarə
Edilməsi Agentliyinin direktoru
Azərbaycan
Respublikası Maliyyə Nazirliyinin Aparatının
Büdcə şöbəsinin müdiri
Azərbaycan
Respublikası Maliyyə Nazirliyinin Aparatının Vergi
siyasəti və gəlirlər şöbəsinin müdiri
Azərbaycan
Respublikası Maliyyə Nazirliyinin Bakı Şəhəri
üzrə Baş Maliyyə İdarəsinin rəisi.
2. "Azərbaycan Respublikası Maliyyə Nazirliyinin
kollegiya üzvlərinin təsdiq edilməsi haqqında"
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 25 fevral tarixli 25 nömrəli qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2000, № 2, maddə 122, № 5, maddə 357; 2001, №
2, maddə 108; 2003, № 8, maddə 466; 2006, № 5, maddə 469)
ləğv edilsin (2-ci hissəsi istisna olmaqla).
3. Bu qərar imzalandığı gündən
qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş
naziri Artur Rasi-zadə
Bakı
şəhəri, 11 avqust 2016-cı il
№ 300
İSTİFADƏ OLUNMUŞ
MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1. 4 aprel 2017-ci il tarixli 122 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №4 , maddə
609)
2. 13 noyabr 2019-cu il tarixli 442
nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 noyabr 2019-cu il, №
252, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2019-cu il, № 11, maddə 1862)
QƏRARA
EDİLMİŞ DƏYİŞİKLİK VƏ
ƏLAVƏLƏRİN SİYAHISI
[1]
4 aprel 2017-ci il tarixli 122 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №4 , maddə
609) ilə 1-ci hissəsinin
“Kollegiyanın üzvləri” bölməsində “İsgəndərov Xalid
Səməd oğlu” sözləri "Məmmədov Səbuhi Hidayət oğlu”
sözləri ilə əvəz edilmişdir.
13 noyabr 2019-cu il tarixli 442
nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 noyabr 2019-cu il, №
252, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2019-cu il, № 11, maddə 1862) ilə 1-ci hissə yeni redaksiyada
verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
1. Azərbaycan Respublikası Maliyyə
Nazirliyinin kollegiya üzvlərinin sayı 13 (on üç)
nəfərdən ibarət müəyyənləşdirilsin
və aşağıdakı tərkibdə təsdiq edilsin:
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|