Azərbaycan Respublikasının İnzibati Xətalar
Məcəlləsində dəyişikliklər edilməsi
haqqında
AZƏRBAYCAN
RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi
Azərbaycan Respublikası Konstitusiyasının 94-cü
maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alır:
Maddə
1. Azərbaycan
Respublikasının İnzibati Xətalar
Məcəlləsində
(Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ
nömrəli, 2016-cı il 1 fevral tarixli 123-VQD nömrəli,
4 mart tarixli 137-VQD və 171-VQD nömrəli qanunları)
aşağıdakı dəyişikliklər edilsin:
1.1. 43.1-ci maddədə “227,”
rəqəmlərindən sonra “227-1,” rəqəmləri
əlavə edilsin;
1.2. 157-ci maddədə “beş yüz manatdan min”
sözləri “üç yüz manatdan beş yüz”
sözləri ilə əvəz edilsin;
1.3. 227-ci maddədə:
1.3.1. “yüz” sözündən əvvəl (hər
iki halda) “iki” sözü əlavə edilsin;
1.3.2. “Qeyd” hissəsində “otuz” sözü “yüz”
sözü ilə əvəz edilsin;
1.4. Aşağıdakı məzmunda 227-1-ci maddə
əlavə edilsin:
“Maddə
227-1. Aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə
əmlak ziyanı vurma
Aldatma
və ya etibardan sui-istifadə etmə yolu ilə
mülkiyyətçinin və ya sair sahibin əmlakına
talama əlamətləri olmadan az miqdarda ziyan vurma –
beş
yüz manatdan min manatadək məbləğdə
cərimə edilir və ya işin hallarına görə,
xətanı törədənin şəxsiyyəti nəzərə
alınmaqla, bu tədbirlərin tətbiqi kifayət
sayılmadıqda isə iki ayadək müddətə inzibati
həbs tətbiq edilir.
Qeyd:
Bu maddədə “az miqdarda” dedikdə, üç min
manatdan yuxarı olmayan məbləğ başa düşülür.”;
1.5. 398-ci maddədə:
1.5.1. “qeydiyyatına” sözündən sonra “(vergi
uçotuna)” sözləri əlavə edilsin;
1.5.2. “Qeyd” hissəsinin mətni 1-ci bənd hesab edilsin
və həmin bənddə “411-413” rəqəmlərindən
sonra “,415” rəqəmləri, “min” sözündən
əvvəl “iyirmi” sözü əlavə edilsin;
1.5.3. “Qeyd” hissəsinə aşağıdakı
məzmunda 2-ci bənd əlavə edilsin:
“2. Bu Məcəllənin 398-ci maddəsində
nəzərdə tutulan əməli ilk dəfə
törətmiş şəxs inzibati xəta
nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə
və ya inzibati xəta nəticəsində əldə
edilmiş gəliri tamamilə dövlət
büdcəsinə köçürdükdə inzibati
məsuliyyətdən azad olunur.”;
1.6. 401.1 və 401.2-ci maddələrdə “min beş
yüz manatdan iki” sözləri “üç min manatdan
dörd” sözləri ilə əvəz edilsin;
1.7. 402-ci maddəyə aşağıdakı
məzmunda “Qeyd” hissəsi əlavə edilsin:
“Qeyd:
Bu Məcəllənin 402-ci maddəsində
nəzərdə tutulan əməli ilk dəfə
törətmiş şəxs inzibati xəta
nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə
və ya inzibati xəta nəticəsində əldə
edilmiş gəliri tamamilə dövlət
büdcəsinə köçürdükdə inzibati
məsuliyyətdən azad olunur.”;
1.8. 406, 407, 412, 419, 420 və 431-ci maddələrin
sanksiyası aşağıdakı redaksiyada verilsin:
“inzibati xəta nəticəsində vurulmuş
ziyanın (əldə edilmiş gəlirin) iki mislindən
dörd mislinədək miqdarda cərimə edilir.”;
1.9. 413-cü maddədə “fiziki şəxslər
səkkiz yüz manatdan min manatadək məbləğdə,
vəzifəli şəxslər min beş yüz manatdan iki
min manatadək məbləğdə, hüquqi
şəxslər iki min manatdan üç min manatadək
məbləğdə” sözləri “inzibati xəta
nəticəsində vurulmuş ziyanın (əldə
edilmiş gəlirin) iki mislindən dörd mislinədək
miqdarda” sözləri ilə əvəz edilsin;
1.10.
415-ci maddənin sanksiyası aşağıdakı redaksiyada
verilsin:
“xəbərdarlıq edilir və ya inzibati xəta
nəticəsində vurulmuş ziyanın (əldə
edilmiş gəlirin) iki mislindən dörd mislinədək
miqdarda cərimə edilir.”;
1.11. 420-ci maddənin “Qeyd” hissəsinin 2-ci
bəndində və 431-ci maddənin “Qeyd” hissəsində
“yeddi min manatadək olan” sözləri “yüz min manatdan
yuxarı olmayan” sözləri ilə əvəz edilsin;
1.12.
428.1-ci maddənin sanksiyası aşağıdakı
redaksiyada verilsin:
“fiziki şəxslər iki yüz manatdan beş
yüz manatadək məbləğdə, vəzifəli
şəxslər səkkiz yüz manatdan min iki yüz
manatadək məbləğdə, hüquqi şəxslər
dörd min manatdan altı min manatadək
məbləğdə cərimə edilir.”;
1.13. 447-ci maddənin “Qeyd” hissəsində “qırx
manatadək olan” sözləri “yüz manatdan yuxarı olmayan”
sözləri ilə əvəz edilsin;
1.14. 449-cu maddənin “Qeyd” hissəsində “min
manatadək olan” sözləri “iyirmi min manatdan yuxarı
olmayan” sözləri ilə əvəz edilsin;
1.15. 460-cı və 505-ci maddələrin “Qeyd”
hissələrində:
1.15.1. hissənin mətni 1-ci bənd hesab edilsin və
“iki min manatadək olan” sözləri “iyirmi min manatdan
yuxarı olmayan” sözləri ilə əvəz edilsin;
1.15.2.
aşağıdakı məzmunda 2-ci bənd əlavə
edilsin:
“2. Bu maddədə nəzərdə tutulmuş
əməli ilk dəfə törətmiş şəxs
inzibati xəta nəticəsində vurulmuş ziyanı
tamamilə ödədikdə inzibati məsuliyyətdən
azad olunur.”;
Maddə 2.
Bu Qanun 2016-cı il iyunun 1-dən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı
şəhəri, 6 may 2016-cı il
¹ 231-VQD