“Gömrük
yığımlarının məbləğləri”nin
təsdiq edilməsi barədə
AZƏRBAYCAN
RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Azərbaycan Respublikası Gömrük
Məcəlləsinin təsdiq edilməsi haqqında”
Azərbaycan Respublikası Qanununun tətbiqi barədə”
Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 sentyabr tarixli 499
nömrəli
fərmanının 28.5-ci bəndinin icrasını təmin
etmək məqsədi ilə Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərara
alır:
1. “Gömrük
yığımlarının məbləğləri”
təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikası Nazirlər
Kabinetinin “Azərbaycan Respublikasında gömrük
fəaliyyətinin növləri üzrə alınan
yığımların miqdarları haqqında” 2000-ci il 29 avqust tarixli 151 nömrəli qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2000, N 8, maddə 655)
və “Gömrük nəzarəti və
rəsmiləşdirilməsi ilə əlaqədar olaraq
bəyannaməçinin, mallar barəsində
səlahiyyəti olan şəxslərin və ya onların
nümayəndələrinin təşəbbüsü
ilə malların gömrük ekspertizasının
aparılması üçün alınan gömrük yığımlarının
miqdarı”nın təsdiq edilməsi haqqında” 2012-ci il 5 sentyabr tarixli 190 nömrəli qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2012, N 9, maddə 916)
ləğv edilsin.
3. “Azərbaycan Respublikasında
ixrac-idxal əməliyyatları üzrə gömrük
rüsumlarının dərəcələri, gömrük
rəsmiləşdirilməsinə görə alınan
yığımların miqdarı haqqında” Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2001-ci il 12 aprel tarixli 80 nömrəli qərarının (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2001, N 4, maddə 289, N
8, maddə 560; 2002, N 8, maddə 549, N 9, maddə 581, N 10,
maddə 647; 2003, N 2, maddə 147, N 4, maddə 226, N 10,
maddə 614, N 12, II kitab, maddə 749; 2004, N 3, maddə 196, N 4,
maddə 307, N 5, maddələr 389, 390, N 9, maddə 743; 2005, N
10, maddə 980; 2006, N 4, maddə 363, N 7, maddə 652; 2007, N 5,
maddə 548,N 6, maddə 700, N 11, maddə 1187; 2008, N 4,
maddə 325; 2009, N 11, maddə 938; 2010, N 1, maddə 68; 2012, N
9, maddə 928; 2013, N 7, maddə 871; 2014, N 1, maddə 65, N 2,
maddə 197) adından “, gömrük
rəsmiləşdirilməsinə görə alınan
yığımların miqdarı” sözləri və 1-ci
hissəsindən “və Gömrük
rəsmiləşdirilməsinə görə alınan
gömrük yığımlarının miqdarı”
sözləri çıxarılsın.
Azərbaycan Respublikasının
Baş naziri Artur Rasi-zadə
Bakı şəhəri, 26 aprel 2016-cı il
¹ 168
|
|
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 26 aprel tarixli 168 nömrəli
qərarı ilə təsdiq edilmişdir |
Gömrük
yığımlarının məbləğləri
1. Ümumi müddəalar
1.1. “Gömrük
yığımlarının məbləğləri” (bundan
sonra – Sənəd) Azərbaycan Respublikasının Gömrük
Məcəlləsinin 231.2-ci maddəsinə əsasən
hazırlanmışdır və gömrük orqanları
tərəfindən həyata keçirilən
xidmətlərə və hüquqi
hərəkətlərə görə alınan gömrük
yığımlarını müəyyən edir.
1.2. Gömrük
yığımlarının tətbiqi daxili bazarın
müdafiəsi və fiskal məqsədlər
üçün nəzərdə tutulmur, onların
məbləği gömrük orqanları
tərəfindən göstərilən xidmətin təxmini
dəyərini əks etdirir.
1.3. Gömrük yığımları
aşağıdakılardır:
1.3.1. gömrük nəzarətinin
həyata keçirilməsi ilə bağlı gömrük
yığımları:
1.3.1.1. malların gömrük
rəsmiləşdirilməsinə görə gömrük
yığımları;
1.3.1.2. gömrük nəzarəti
və rəsmiləşdirilməsi ilə əlaqədar
olaraq bəyannaməçinin, mallar barəsində
səlahiyyəti olan şəxslərin və ya onların
nümayəndələrinin təşəbbüsü
ilə malların gömrük ekspertizasının
aparılmasına görə gömrük
yığımları;
1.3.1.3. malların gömrük
nəzarəti altında məhvinə görə
gömrük yığımları;
1.3.2. gömrük
müşayiətinə görə gömrük
yığımları;
1.3.3. malların saxlancına görə
gömrük yığımları;
1.3.4. gömrük
rəsmiləşdirilməsi üzrə
mütəxəssislərə ixtisas attestatının
verilməsinə görə gömrük
yığımları;
1.3.5. bankların və bank olmayan kredit
təşkilatlarının Azərbaycan Respublikası
Dövlət Gömrük Komitəsinin reyestrinə daxil
edilməsinə görə gömrük yığımları.
1.4. Mallara və nəqliyyat
vasitələrinə gömrük nəzarəti
gömrük orqanlarının iş vaxtından kənar
saatlarda və ya iş yerindən kənarda həyata
keçirildikdə, bu Sənədin 1.3.1-ci
yarımbəndində qeyd olunan gömrük nəzarətinin
həyata keçirilməsi ilə bağlı gömrük yığımları
(bu Sənədin 2.1-1-ci
bəndində nəzərdə tutulan gömrük
yığımları istisna olmaqla) ikiqat
məbləğdə alınır.[1]
2. Malların gömrük
rəsmiləşdirilməsinə görə gömrük
yığımlarının məbləği
2.1. Bu
Sənədin 2.1-1-ci bəndi nəzərə alınmaqla,
malların və nəqliyyat vasitələrinin müvafiq
gömrük proseduru altında yerləşdirilməsi (tranzit
xüsusi gömrük proseduru istisna olmaqla) və bu prosedurun
başa çatdırılması üzrə həyata
keçirilən hərəkətlərə,
həmçinin fiziki şəxslər tərəfindən
istehsal, yaxud kommersiya məqsədləri üçün
nəzərdə tutulmayan malların gömrük
sərhədindən keçirilməsi zamanı gömrük
borcu yarandığı halda həmin malların
rəsmiləşdirilməsinə və yük (karqo) manifesti
vasitəsilə Azərbaycan Respublikasının
ərazisində hava gəmilərinin konstruksiyası ilə
müəyyən edilmiş tutumlarına doldurulan və
heyət üzvlərinin, xidmətedici heyətin,
sərnişinlərin istifadəsi və hava gəmisinin
istismarı üçün ehtiyatlar hesab olunan malların
gömrük rəsmiləşdirilməsinə görə
aşağıdakı məbləğdə gömrük
yığımları alınır:[2]
2.1.1.
gömrük dəyəri 1 000 manatadək olduqda 15 manat;
2.1.2.
gömrük dəyəri 1 000 manatdan yuxarı və 10 000
manatadək olduqda 60 manat;
2.1.3.
gömrük dəyəri 10 000 manatdan yuxarı və 50
000 manatadək olduqda 120 manat;
2.1.4.
gömrük dəyəri 50 000 manatdan yuxarı və
100 000 manatadək olduqda 200 manat;[3]
2.1.5.
gömrük dəyəri 100 000 manatdan yuxarı və
500 000 manatadək olduqda 300 manat;
2.1.6.
gömrük dəyəri 500 000 manatdan yuxarı və 1
000 000 manatadək olduqda 600 manat;
2.1.7. gömrük dəyəri 1 000 000 manatdan
yuxarı olduqda 1000 manat.[4]
2.1-1. Bu
Sənədin 2.1-ci bəndi ilə müəyyən
olunmuş gömrük yığımlarına əlavə
olaraq, aşağıdakı malların sərbəst
dövriyyəyə buraxılış gömrük proseduru
altında yerləşdirilməsinə görə müvafiq
məbləğlərdə gömrük
yığımları alınır:[5]
2.1-1.1.
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin
təsdiqedici sənədinə əsasən, işğaldan
azad edilmiş ərazilərdə yerləşən sənaye
parklarının rezidenti olan hüquqi şəxslər
tərəfindən sənaye parklarında istehsal
məqsədilə xammal kimi idxal istisna olmaqla, xarici iqtisadi
fəaliyyətin mal nomenklaturunun 7213 (7213 91 410 0 alt
yarımmövqeyi istisna olmaqla) və 7214 mal mövqeyində
təsnifləşdirilən “dəmirdən və ya
aşqarlanmamış poladdan çubuqlar”ın 1 tonu
üçün - 150 manat;
2.1-1.2. xarici iqtisadi fəaliyyətin mal nomenklaturunun
7005 10 050 0, 7005 10 250 0, 7005 10 300 0, 7005 10 800 0, 7005 21 250 0, 7005
21 300 0, 7005 21 800 0, 7005 29 250 0, 7005 29 350 0, 7005 29 800 0 alt
yarımmövqelərində təsnifləşdirilən
armaturlaşdırılmamış
şüşələrin 1 tonu üçün - 100 manat.
2.2. Azərbaycan Respublikasının
gömrük sərhədindən tranzit xüsusi
gömrük proseduru altında keçirilən malların
gömrük rəsmiləşdirilməsinə görə 30
manat məbləğində gömrük
yığımı alınır.
2.3. Hasilatın pay bölgüsü
haqqında sazişlərin icrası ilə bağlı
Azərbaycan Respublikasının gömrük ərazisinə
gətirilən və bu ərazidən aparılan malların,
o cümlədən mənfəət karbohidrogenlərinin
gömrük rəsmiləşdirilməsinə görə bu
sazişlərin müvafiq müddəaları ilə
müəyyən edilmiş məbləğdə
gömrük yığımları alınır.
2.4. Malların və nəqliyyat
vasitələrinin müvafiq gömrük proseduru altında
tam yerləşdirilməsini nəzərdə tutan
bütün növ gömrük bəyannamələrinin
hər vərəqi üçün elektron gömrük
xidmətinin göstərilməsinə görə 30 manat
məbləğində gömrük yığımı
alınır. [6]
2.5. Fiziki şəxslər
tərəfindən istehsal, yaxud kommersiya məqsədləri
üçün nəzərdə tutulmayan malların
gömrük sərhədindən keçirilməsi zamanı
gömrük borcu yarandığı halda təqdim edilən
sadələşdirilmiş bəyannamələrin
rəsmiləşdirilməsi üçün 10 manat
məbləğində gömrük yığımı
alınır.
2.6. Azərbaycan Respublikasının
gömrük ərazisinə gətirilən, o
cümlədən müvəqqəti gətirilən
nəqliyyat vasitələrinin qeydə alınması üçün
vəsiqə verilməsinə görə
aşağıdakı məbləğdə gömrük
yığımları alınır:
2.6.1. yük və minik avtomobilləri,
mikroavtobus və avtobuslar üçün - 30 manat;[7]
2.6.2. digər avtonəqliyyat
vasitələri üçün - 25 manat.[8]
2.7. Aşağıdakı hallarda
malların gömrük rəsmiləşdirilməsinə
görə gömrük yığımları
alınmır:
2.7.1. Azərbaycan Respublikasının Gömrük
Məcəlləsi
və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 14
oktyabr tarixli 305 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki
şəxslər tərəfindən istehsal, yaxud kommersiya
məqsədləri üçün nəzərdə
tutulmayan malların gömrük sərhədindən
keçirilməsinin güzəştli və
sadələşdirilmiş Qaydaları” ilə gömrük
ödənişlərindən azadolma tətbiq edildiyi hallarda;
2.7.2. elektrik enerjisinin
qarşılıqlı ötürülməsi hallarında;
2.7.3. qrant müqaviləsi
(qərarı) əsasında xaricdən alınan qrantlar
hesabına malların idxalı və qrant müqaviləsi
(qərarı) əsasında qrantlar hesabına malların
xaricə ixracı hallarında;
2.7.4. humanitar və texniki yardım
məqsədi ilə gömrük sərhədindən
keçirilən malların gömrük
rəsmiləşdirilməsi zamanı;
2.7.5. silah
və texnikanın alınması daxil olmaqla, dövlət
müdafiə sifarişləri, Azərbaycan Respublikası
Silahlı Qüvvələrinin tərkib hissəsi olan qurumlar
tərəfindən bağlanmış müqavilələr
və Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq müqavilələr
əsasında hərbi təyinatlı malların idxalı
hallarında;
2.7.6.
2.7.5-ci yarımbənddə qeyd olunmuş hərbi
təyinatlı malların təmiri üçün
müvəqqəti ixrac və təkrar idxal
əməliyyatları hallarında;[9]
2.7.7. Azərbaycan
Respublikasının Mərkəzi Bankı
tərəfindən qanunvericilikdə nəzərdə
tutulmuş vəzifələrinin yerinə yetirilməsi
ilə bağlı mal və avadanlıqların idxalı
hallarında.[10]
2.8. Gömrük
rəsmiləşdirilməsinə görə gömrük
yığımlarının hesablanması bəyannamənin
və ya gömrük rəsmiləşdirilməsinə
əsas verən müvafiq sənədin gömrük
orqanına təqdim edildiyi gün qüvvədə olan
gömrük yığımlarının
məbləğləri əsasında həyata keçirilir.
2.9. Gömrük
rəsmiləşdirilməsinə görə gömrük
yığımlarının ödənilməsi
bəyannamə və ya gömrük rəsmiləşdirilməsinə
əsas verən müvafiq sənəd təsdiq (qəbul)
edilənədək və ya təsdiqi (qəbulu) ilə eyni
vaxtda həyata keçirilir.
3. Gömrük nəzarəti və
rəsmiləşdirilməsi ilə əlaqədar olaraq
bəyannaməçinin, mallar barəsində
səlahiyyəti olan şəxslərin və ya onların
nümayəndələrinin təşəbbüsü
ilə malların gömrük ekspertizasının
aparılmasına görə gömrük
yığımlarının məbləği
3.1. Gömrük nəzarəti və
rəsmiləşdirilməsi ilə əlaqədar olaraq
bəyannaməçinin, mallar barəsində
səlahiyyəti olan şəxslərin və ya onların
nümayəndələrinin təşəbbüsü
ilə malların gömrük ekspertizasının
aparılmasına görə aşağıdakı
məbləğdə gömrük yığımları
alınır:
|
Sıra ¹-si |
Gömrük
ekspertizasının növləri |
Gömrük
yığımlarının məbləği (manatla) |
|
1 |
2 |
3 |
|
1.
Malların tərkibinin və texniki göstəricilərinin
müəyyən edilməsi |
||
|
1.1. |
malların kimyəvi tərkibinin
ekspertizası |
50 |
|
1.2. |
malların texniki
göstəricilərinin ekspertizası |
30 |
|
1.3 |
malların mineraloji tərkibinin
ekspertizası |
50 |
|
2.
Malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına
(XİFMN) uyğun olaraq, aidiyyətinin, təsnifat kodunun
müəyyən edilməsi və eyniləşdirilməsi |
||
|
2.1. |
malların XİFMN-ə uyğun
aidiyyətinin, təsnifat kodunun ekspertizası |
20 |
|
2.2. |
malların eyniləşdirilməsinin
ekspertizası |
50 |
|
3.
Malların mənşə ölkəsinin, emal prosesində
hasilat normalarının və keyfiyyətinin
müəyyən edilməsi |
||
|
3.1. |
malların mənşə
sənədlərinin həqiqiliyinin yoxlanılması |
30 |
|
3.2. |
emal prosesində malların hasilat
və ya orta hasilat normalarının müəyyən
edilməsi |
80 |
|
3.3. |
nəqliyyat vasitələrinin
ekspertizası |
30 |
|
3.4. |
istehlak məhsullarının
ekspertizası |
30 |
|
3.5. |
mikrobioloji ekspertiza (hər bir parametr
üzrə) |
15 |
|
3.6. |
spirtin və spirtli içkilərin
xromatoqrafik ekspertizası |
80 |
|
3.7. |
yağların xromatoqrafik
ekspertizası |
100 |
|
3.8. |
mikotoksinlərin ekspertizası |
110 |
|
3.9.[11] |
qida məhsullarında və suda
pestisidlərin ekspertizası |
125 |
|
3.10. |
ekspress-rentgenspektral ekspertiza |
30 |
|
3.11. |
rentgenspektral ekspertiza |
70 |
|
3.12. |
rentgendifraktometrik analiz |
50 |
|
3.13. |
nitrat və nitritlərin ekspertizası |
30 |
|
3.14. |
ağır metalların ekspertizası
(hər parametr üzrə) |
10 |
|
3.15. |
qida
məhsullarında və suda
ion-xromatoqrafiya ekspertizası (hər bir parametr üzrə) |
10 |
|
3.16. |
məhsullarda genetik modifikasiya
olunmuş orqanizmlərin ekspertizası |
150 |
|
3.17. |
qida
məhsullarında baytarlıq
preparatlarının miqdarının müəyyən
edilməsinə dair ekspertiza |
100 |
|
3.18. |
qida məhsullarında antibiotiklərin
ekspertizası |
50 |
|
3.19. |
qida məhsullarında histaminin
ekspertizası |
50 |
|
3.20. |
qida
məhsullarında qida
əlavələrinin (konservantların, boyaq
maddələrinin və s.) ekspertizası (hər bir parametr
üzrə) |
30 |
|
3.21. |
fiziki-kimyəvi ekspertiza (bir parametr
üzrə) |
10 |
|
3.22. |
orqanoleptik ekspertiza |
10 |
|
3.23. [12] |
dərman və tibb vasitələrinin,
habelə dərman maddələrinin, bioloji aktiv qida
məhsullarının
ekspertizası (hər bir parametr üzrə)[13] |
30 |
|
3.24. |
malların tərkibində
güclü təsirli, zəhərli, narkotik, psixotrop
maddələrin və onların prekursorlarının
müəyyən edilməsi üzrə ekspertiza |
100 |
|
3.25. |
neft və neft məhsullarının
ekspertizası |
100 |
|
3.26. |
malların keyfiyyət
göstəricilərinin tədqiqi |
70 |
|
4.
Gömrük nəzarətinə düşən malların
müəyyən edilməsi |
||
|
4.1. |
ixrac nəzarəti məqsədi
ilə malların ikili, hərbi və ya mülki
təyinatının müəyyən edilməsi
üzrə ekspertiza |
50 |
|
4.2. |
mülki dövriyyəsi
məhdudlaşdırılmış və qadağan
edilmiş malların müəyyən edilməsi
üzrə ekspertiza |
50 |
|
4.3. |
kimyəvi silahlar və onların
hazırlanmasında istifadə olunan kimyəvi
maddələrin müəyyən edilməsinə dair
ekspertiza |
70 |
|
4.4. |
sənətşünaslıq
ekspertizası |
50 |
|
4.5. |
təhlükəli tullantıların
müəyyən edilməsi üzrə ekspertiza |
50 |
|
4.6. |
ozondağıdıcı malların
müəyyən edilməsi üzrə ekspertiza |
30 |
|
4.7. |
radioloji ekspertiza (hər bir parametr
üzrə) |
50 |
|
5. Malların
gömrük dəyərinin müəyyən edilməsi |
||
|
5.1. |
malın gömrük dəyərinin ekspertizası |
50 |
3.2. XİFMN-ə uyğun olaraq,
aidiyyətinin və təsnifat kodunun ekspertizasına
görə gömrük yığımları hər bir
təsnifat kodu üzrə, emal prosesində hasilat normalarının
müəyyən edilməsi üçün gömrük
yığımları hər bir müraciət üzrə,
digər ekspertiza məqsədləri üçün isə
gömrük yığımları hər bir mal üzrə
ayrılıqda tətbiq edilir.
3.3. Gömrük nəzarəti və
rəsmiləşdirilməsi ilə əlaqədar olaraq,
bəyannaməçinin, mallar barəsində səlahiyyəti
olan şəxslərin və ya onların
nümayəndələrinin təşəbbüsü
ilə malların gömrük ekspertizasının
aparılması üçün alınan gömrük
yığımlarının hesablanması ekspertizanın
aparılması məqsədi ilə müraciət edildiyi
gün qüvvədə olan gömrük yığımlarının
məbləğləri əsasında həyata keçirilir.
3.4. Gömrük nəzarəti və
rəsmiləşdirilməsi ilə əlaqədar olaraq,
bəyannaməçinin, mallar barəsində
səlahiyyəti olan şəxslərin və ya onların
nümayəndələrinin təşəbbüsü
ilə malların gömrük ekspertizasının
aparılması üçün alınan gömrük
yığımları ekspertizanın aparılması
məqsədi ilə müraciət edildiyi zaman
ödənilir.
4. Malların gömrük
nəzarəti altında məhvinə görə
gömrük yığımlarının məbləği
4.1. Malların gömrük
nəzarəti altında məhvinə görə malın
ilkin gömrük dəyərindən asılı olaraq, bu
Sənədin 2.1-ci bəndi ilə müəyyən
edilmiş məbləğdə gömrük
yığımları tətbiq edilir.
4.2. Malların gömrük
nəzarəti altında məhvinə görə
gömrük yığımlarının hesablanması
məhvetmənin baş verdiyi gün qüvvədə olan gömrük
yığımlarının məbləğləri
əsasında həyata keçirilir.
4.3. Malların gömrük
nəzarəti altında məhvinə görə
gömrük yığımları malların gömrük
nəzarəti altında məhv edilməsinə dair akt təsdiq
edilənədək və ya onun təsdiqi ilə eyni vaxtda
ödənilir.
5. Gömrük müşayiətinə
görə gömrük yığımlarının məbləği
5.1. Gömrük
müşayiətinə görə aşağıdakı
məbləğdə gömrük yığımları
alınır:
5.1.1. gömrük orqanlarının
vəzifəli şəxsləri tərəfindən hər
avtonəqliyyat vasitəsinin və ya vahid qatarın və ya
dəniz, çay gəmisinin və ya hava gəmisinin fiziki
olaraq gömrük müşayiətinin aparılmasına
görə - 100 manat;
5.1.2. stasionar GPS qurğusu olmayan
nəqliyyat vasitələrinə elektron qıfıllar (GPS
qurğuları) quraşdırılaraq, GPS xidməti
vasitəsilə gömrük müşayiətinin aparılmasına
görə (hər 24 saat üçün) - 10 manat.[14]
5.2. Gömrük
müşayiətinə görə gömrük
yığımlarının hesablanması
müşayiətin başlandığı gün
qüvvədə olan gömrük yığımlarının
məbləğləri əsasında həyata keçirilir.
5.3. Bu Sənədin 5.1.1-ci
yarımbəndi ilə müəyyən edilmiş
gömrük müşayiətinə görə
gömrük yığımları müşayiətə başlanılmazdan
əvvəl ödənilir.
5.4. Stasionar GPS qurğusu olmayan
nəqliyyat vasitələrinə elektron qıfıllar (GPS
qurğuları) quraşdırılaraq, GPS xidməti
vasitəsilə gömrük müşayiətinin aparılmasına
görə gömrük yığımları
hesablanarkən, 24 saatdan az olan müddət tam 24 saata
bərabər tutulur.
5.5. Bu Sənədin 5.1.2-ci
yarımbəndi ilə müəyyən edilmiş
gömrük müşayiətinə görə
gömrük yığımları müşayiət
başa çatdıqdan sonra ödənilir.
6. Malların saxlancına görə
gömrük yığımlarının məbləği
6.1. Gömrük orqanlarının
sərəncamında olan anbarlarda malların saxlancına
görə aşağıdakı məbləğdə
gömrük yığımları alınır:
6.1.1. xüsusi saxlanc şəraitini
tələb etməyən hər 100 kiloqram (brutto
çəki) malların 24 saat ərzində
saxlanılmasına görə - 0,2 manat;
6.1.2. xüsusi saxlanc şəraitini
tələb edən hər 100 kiloqram (brutto çəki)
malların xüsusi avadanlıqla təchiz edilmiş anbarlarda
24 saat ərzində saxlanılmasına görə - 0,5 manat.
6.2. Malların saxlancına görə
gömrük yığımları hesablanarkən,
çəkisi 100 kiloqramdan az olan mallar 100 kiloqrama, 24 saatdan az
müddət isə tam 24 saata bərabər tutulur.
6.3. Malların saxlancına görə
gömrük yığımlarının hesablanması
malların saxlanma müddətində qüvvədə olan
gömrük yığımlarının
məbləğləri əsasında həyata keçirilir.
6.4. Malların saxlancına görə
gömrük yığımları mallar saxlandığı
anbardan çıxarılmazdan əvvəl ödənilir.
7. Gömrük
rəsmiləşdirilməsi üzrə
mütəxəssislərə ixtisas attestatının
verilməsinə görə gömrük
yığımlarının məbləği
7.1. Gömrük
rəsmiləşdirilməsi üzrə
mütəxəssislərə ixtisas attestatının
verilməsinə görə aşağıdakı
məbləğdə gömrük yığımları
alınır:
7.1.1. gömrük
rəsmiləşdirilməsi üzrə
mütəxəssislərə ixtisas attestatının
verilməsinə görə - 100 manat;
7.1.2. gömrük
rəsmiləşdirilməsi üzrə
mütəxəssislərə verilmiş ixtisas
attestatlarının fəaliyyətinin bərpa
edilməsinə görə - 150 manat;
7.1.3. gömrük
rəsmiləşdirilməsi üzrə
mütəxəssislərə ixtisas attestatının
dublikatının verilməsinə görə - 30 manat.
7.2. Gömrük
rəsmiləşdirilməsi üzrə
mütəxəssislərə ixtisas attestatının
verilməsinə görə gömrük
yığımlarının hesablanması attestatın və
ya onun dublikatının verildiyi, o cümlədən
fəaliyyətinin bərpa edildiyi gün qüvvədə
olan gömrük yığımlarının
məbləğləri əsasında həyata keçirilir.
7.3. Gömrük
rəsmiləşdirilməsi üzrə
mütəxəssislərə ixtisas attestatının
verilməsinə görə gömrük
yığımları attestat və ya onun dublikatı
verilənədək və ya onların verilməsi ilə eyni
vaxtda, attestatın fəaliyyəti bərpa edildikdə isə
bu barədə Azərbaycan Respublikasının Dövlət
Gömrük Komitəsi tərəfindən müvafiq
qərar qəbul edildiyi gün ödənilir.
8. Bankların və bank olmayan kredit
təşkilatlarının Azərbaycan Respublikası
Dövlət Gömrük Komitəsinin reyestrinə daxil
edilməsinə görə gömrük yığımlarının
məbləği
8.1. Bankların və bank olmayan kredit
təşkilatlarının Azərbaycan Respublikası
Dövlət Gömrük Komitəsinin reyestrinə daxil
edilməsinə görə - 2.000 manat
məbləğində gömrük yığımı
alınır.
8.2. Bankların və bank olmayan kredit
təşkilatlarının Azərbaycan Respublikası
Dövlət Gömrük Komitəsinin reyestrinə daxil
edilməsinə görə gömrük
yığımlarının hesablanması Azərbaycan
Respublikasının Dövlət Gömrük Komitəsi
tərəfindən bankların və bank olmayan kredit
təşkilatlarının reyestrə daxil edilməsi
haqqında qərar qəbul edildiyi gün qüvvədə
olan gömrük yığımlarının
məbləğləri əsasında həyata keçirilir.
8.3. Bankların və bank olmayan kredit
təşkilatlarının Azərbaycan Respublikası
Dövlət Gömrük Komitəsinin reyestrinə daxil
edilməsinə görə gömrük yığımları
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 1 mart
tarixli 48 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan
Respublikası Dövlət Gömrük Komitəsinin
apardığı reyestrə daxil olmaq üçün banklar
və bank olmayan kredit təşkilatlarının
müraciətlərinə baxılması Qaydası”nın
3.2-ci bəndi ilə müəyyən edilmiş
müddətdə ödənilir.
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ
SƏNƏDLƏRİNİN SİYAHISI
1. 6 avqust 2018-ci il tarixli 344 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (“Xalq” qəzeti, 7
avqust 2018-ci il, ¹ 174, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2018-ci il, ¹8, maddə 1797)
2. 4 fevral 2023-cü il tarixli 35 nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (Azərbaycan
Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 6
fevral 2023-cü
il, “Xalq” qəzeti, 8 fevral 2023-cü il, ¹ 28, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2023-cü il, ¹ 2, maddə 298)
3. 5 iyun 2023-cü il tarixli 181 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın)
rəsmi internet saytı,
6 iyun 2023-cü il, “Xalq” qəzeti, 7 iyun 2023-cü il, ¹ 119, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü
il, ¹ 6, maddə 844)
4. 25 dekabr 2023-cü il tarixli 473 nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın)
rəsmi internet saytı,
27 dekabr 2023-cü il, “Xalq” qəzeti, 28 dekabr 2023-cü il, ¹ 285, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2023-cü il, ¹ 12, II kitab, maddə 1808)
5. 12 yanvar
2024-cü il tarixli 10 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya
Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 15 yanvar
2024-cü il, “Azərbaycan” qəzeti, 16 yanvar 2024-cü il, ¹ 8, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü
il, ¹ 1, maddə 77)
6. 25 sentyabr 2024-cü il tarixli 443 nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya
Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 27 sentyabr 2024-cü il, “Azərbaycan” qəzeti, 29 sentyabr
2024-cü il, ¹ 213,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü
il, ¹ 9, maddə 1106)
7. 17 mart 2025-ci il tarixli 82 nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya
Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 18 mart 2025-ci il, “Xalq” qəzeti, 20 mart 2025-ci il, ¹ 61, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, ¹ 3, maddə
293) (Bu Qərar 2025-ci il 1 aprel
tarixindən qüvvəyə minir və 2026-cı il 1 yanvar
tarixinədək qüvvədədir.)
8. 12 yanvar 2026-cı il tarixli 8 nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya
Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 12 yanvar 2026-cı il, “Xalq” qəzeti, 13 yanvar 2026-cı il, ¹ 6, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2026-cı il, ¹ 1, maddə 79) (Bu Qərar 2026-cı il 2 yanvar
tarixindən tətbiq edilir və 2026-cı il 30 iyun
tarixinədək qüvvədədir.)
9.
20 iyul 2026-cı il tarixli 220 nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya
Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 20 iyul 2026-cı il, “Xalq” qəzeti, 24 iyul 2026-cı il, ¹ 130, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2026-cı il, ¹ 7, II
kitab, maddə 736) (Bu
Qərar 2026-cı il 31 dekabr tarixinədək
qüvvədədir.)
QƏRARA EDİLMİŞ
DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN
SİYAHISI
[1] 20 iyul 2026-cı il tarixli 220
nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın)
rəsmi internet saytı, 20 iyul
2026-cı il, “Xalq” qəzeti, 24 iyul
2026-cı il, ¹ 130,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2026-cı
il, ¹ 7, II kitab, maddə 736) ilə “Gömrük
yığımlarının məbləğləri”nin
1.4-cü bəndinə “gömrük
yığımları” sözlərindən sonra “(bu Sənədin 2.1-1-ci
bəndində nəzərdə tutulan gömrük
yığımları istisna olmaqla)” sözləri
əlavə edilmişdir. (Bu Qərar 2026-cı il 31 dekabr
tarixinədək qüvvədədir.)
[2]
20 iyul 2026-cı il tarixli 220
nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın)
rəsmi internet saytı, 20 iyul
2026-cı il, “Xalq” qəzeti, 24 iyul
2026-cı il, ¹ 130,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2026-cı
il, ¹ 7, II kitab, maddə 736) ilə “Gömrük
yığımlarının məbləğləri”nin 2.1-ci
bəndində “Malların”
sözü “Bu Sənədin
2.1-1-ci bəndi nəzərə alınmaqla, malların”
sözləri ilə əvəz edilmişdir. (Bu Qərar 2026-cı il 31 dekabr
tarixinədək qüvvədədir.)
[3]
6 avqust 2018-ci il tarixli 344 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (“Xalq” qəzeti, 7
avqust 2018-ci il, ¹ 174, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2018-ci il, ¹8, maddə 1797) ilə
“Gömrük yığımlarının
məbləğləri”nin 2.1.1-2.1.4-cü
yarımbəndləri yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
2.1.1. gömrük dəyəri 1 000
manata qədər olduqda 10 manat;
2.1.2. gömrük dəyəri 1 001
manatdan 10 000 manata qədər olduqda 50 manat;
2.1.3. gömrük dəyəri 10 001
manatdan 100 000 manata qədər olduqda 100 manat;
2.1.4. gömrük dəyəri 100 001 manatdan yuxarı
olduqda isə 275 manat.
[4]
6 avqust 2018-ci il tarixli 344 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (“Xalq” qəzeti, 7
avqust 2018-ci il, ¹ 174, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2018-ci il, ¹8, maddə 1797) ilə
“Gömrük yığımlarının
məbləğləri”nə yeni məzmunda 2.1.5-2.1.7-ci
yarımbəndlər əlavə edilmişdir.
[5]
20 iyul 2026-cı il tarixli 220
nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın)
rəsmi internet saytı, 20 iyul
2026-cı il, “Xalq” qəzeti, 24 iyul
2026-cı il, ¹ 130,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2026-cı
il, ¹ 7, II kitab, maddə 736) ilə “Gömrük
yığımlarının məbləğləri”nə yeni
məzmunda 2.1-1-ci bənd əlavə edilmişdir. (Bu
Qərar 2026-cı il 31 dekabr tarixinədək
qüvvədədir.)
[6]
5 iyun 2023-cü il tarixli 181
nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət
İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet
saytı, 6 iyun 2023-cü il, “Xalq” qəzeti, 7 iyun 2023-cü il, ¹ 119,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü
il, ¹ 6, maddə 844)
ilə “Gömrük
yığımlarının məbləğləri”nin 2.4-cü
bəndi ləğv edilmişdir.
[7]
6 avqust 2018-ci il tarixli 344 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (“Xalq” qəzeti, 7
avqust 2018-ci il, ¹ 174, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2018-ci il, ¹8, maddə 1797) ilə
“Gömrük yığımlarının
məbləğləri”nin 2.6.1-ci yarımbəndində “20” rəqəmi “30” rəqəmi ilə
əvəz edilmişdir.
[8]
6 avqust 2018-ci il tarixli 344 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (“Xalq” qəzeti, 7
avqust 2018-ci il, ¹ 174, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2018-ci il, ¹8, maddə 1797) ilə
“Gömrük yığımlarının
məbləğləri”nin 2.6.2-ci yarımbəndində “15” rəqəmi “25” rəqəmi ilə
əvəz edilmişdir.
[9]
4 fevral 2023-cü il tarixli 35
nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər
Kabinetinin rəsmi internet
saytı, 6 fevral 2023-cü il, “Xalq” qəzeti, 8 fevral
2023-cü il, ¹ 28,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü
il, ¹ 2, maddə 298) ilə “Gömrük
yığımlarının məbləğləri”nin
2.7.4-cü yarımbəndinin sonunda nöqtə işarəsi
nöqtəli vergül işarəsi ilə əvəz
edilmişdir və yeni məzmunda 2.7.5-ci və 2.7.6-cı
yarımbəndlər əlavə edilmişdir.
[10]
25 dekabr 2023-cü il tarixli 473 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət
İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet
saytı, 27 dekabr 2023-cü il, “Xalq” qəzeti, 28 dekabr 2023-cü il, ¹ 285,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü
il, ¹ 12, II kitab, maddə 1808) ilə “Gömrük
yığımlarının məbləğləri”nin
2.7.6-cı yarımbəndinin sonunda nöqtə işarəsi
nöqtəli vergül işarəsi ilə əvəz
olunmuşdur və yeni məzmunda 2.7.7-ci yarımbənd
əlavə edilmişdir.
[11] 12 yanvar 2024-cü il tarixli 10
nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin
(AZƏRTAC-ın) rəsmi internet saytı, 15 yanvar 2024-cü
il, “Azərbaycan” qəzeti, 16 yanvar 2024-cü il, ¹ 8,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü
il, ¹ 1, maddə 77) ilə “Gömrük yığımlarının
məbləğləri”nin 3.1-ci bəndin cədvəl
hissəsinin “3. Malların mənşə ölkəsinin,
emal prosesində hasilat normalarının və keyfiyyətinin
müəyyən edilməsi” bölməsinin 3.9-cu, 3.15-ci,
3.17-3.20-ci sütunlarda “yeyinti” sözü “qida”
sözü ilə əvəz edilmişdir.
[12] 12 yanvar 2024-cü il tarixli 10
nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin
(AZƏRTAC-ın) rəsmi internet saytı, 15 yanvar 2024-cü
il, “Azərbaycan” qəzeti, 16 yanvar 2024-cü il, ¹ 8,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü
il, ¹ 1, maddə 77) ilə “Gömrük yığımlarının
məbləğləri”nin 3.1-ci bəndin cədvəl
hissəsinin “3. Malların mənşə ölkəsinin,
emal prosesində hasilat normalarının və keyfiyyətinin
müəyyən edilməsi” bölməsinin 3.23-cü
sütunda “bioloji fəal qida əlavələrinin”
sözləri “bioloji aktiv qida məhsullarının”
sözləri ilə əvəz edilmişdir.
[13]
25 sentyabr 2024-cü il tarixli 443 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin
(AZƏRTAC-ın) rəsmi internet saytı,
27 sentyabr 2024-cü il, “Azərbaycan” qəzeti, 29 sentyabr 2024-cü il, ¹ 213, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, ¹ 9,
maddə 1106) ilə “Gömrük
yığımlarının məbləğləri”nin 3.1-ci
bəndinin cədvəl hissəsinin “3. Malların
mənşə ölkəsinin, emal prosesində hasilat
normalarının və keyfiyyətinin müəyyən
edilməsi” bölməsinin 3.23-cü bəndinin 2-ci
sütununda “dərman vasitələrinin və bioloji aktiv
qida məhsullarının və onların
substansiyalarının” sözləri “dərman və
tibb vasitələrinin, habelə dərman maddələrinin, bioloji
aktiv qida məhsullarının” sözləri ilə
əvəz edilmişdir.
[14]
6 avqust 2018-ci il tarixli 344 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (“Xalq” qəzeti, 7
avqust 2018-ci il, ¹ 174, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2018-ci il, ¹8, maddə 1797) ilə
“Gömrük yığımlarının
məbləğləri”nin 5.1.2-ci yarımbəndində “5” rəqəmi “10” rəqəmi ilə
əvəz edilmişdir.