Azərbaycan Respublikası Təhsil
Nazirliyinin Azərbaycan Dəniz Balıq Sənayesi Kolleci
ilə bağlı bəzi məsələlər
barədə
AZƏRBAYCAN
RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
Azərbaycan Respublikası
Konstitusiyasının 119-cu maddəsinin səkkizinci
abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası
Təhsil Nazirliyinin təklifinə əsasən Azərbaycan
Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Təhsil
Nazirliyinin Azərbaycan Dəniz Balıq Sənayesi Kolleci
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı
Səhmdar Cəmiyyətinin tabeliyinə verilsin və
Azərbaycan Dövlət Dəniz Akademiyasının
nəzdində Azərbaycan Dənizçilik Kolleci
adlandırılsın.
1-1. Bakı şəhəri, Nərimanov rayonu, Bakuvi
küçəsi, 18 ünvanında yerləşən
yataqxana binası Azərbaycan Respublikası Təhsil
Nazirliyinin balansında saxlanılsın.[1]
2. Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2011-ci il 15 iyul tarixli 118 nömrəli qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2011, ¹ 7, maddə 745, ¹ 10, maddə 969, ¹ 12,
maddələr 1241, 1245; 2012, ¹ 3, maddə 257, ¹ 4, maddə 399,
¹ 6, maddələr 633, 634, ¹ 12, maddə 1346; 2013, ¹ 6, maddə
775, ¹ 9, maddə 1130; 2014, ¹ 1, maddə 72, ¹ 2, maddə 214, ¹ 6,
maddə 751, ¹ 7, maddə 907, ¹ 9, maddə 1120; 2015, ¹ 3,
maddə 336, ¹ 6, maddə 807, ¹ 8, maddə 966, ¹ 10,
maddələr 1226, 1229, ¹ 12, maddə 1571; 2016, ¹ 1, maddə 176,
¹ 2, II kitab, maddə 373; Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2016-cı il 16 mart tarixli 129 nömrəli
qərarı) ilə təsdiq edilmiş “Azərbaycan
Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan
tabeliyindəki qurumların Siyahısı”nın “Orta ixtisas
təhsili müəssisələri” bölməsinin 6-cı
hissəsi ləğv edilsin.
3. Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2014-cü il 24 yanvar tarixli 18 nömrəli qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2014, ¹ 1, maddə 67, ¹ 10, maddə 1321;
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 16
fevral tarixli 57 nömrəli qərarı) ilə təsdiq
edilmiş 2 nömrəli əlavə - “Azərbaycan
Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar
Cəmiyyətinin strukturu”nun “II. “Azərbaycan Xəzər
Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar
Cəmiyyətinin törəmə müəssisələri”
bölməsinin 1-ci hissəsinə “Akademiyası”
sözündən sonra “və onun nəzdində Azərbaycan
Dənizçilik Kolleci” sözləri əlavə edilsin.
4. “Azərbaycan Xəzər Dəniz
Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti
Azərbaycan Dövlət Dəniz Akademiyasının
nəzdində Azərbaycan Dənizçilik Kollecinin fəaliyyətinin
təmin edilməsi ilə bağlı zəruri
tədbirlər görsün.
5. Bu qərar 2016-cı il 1 sentyabr tarixindən
qüvvəyə minir.
Azərbaycan Respublikası Baş
nazirinin müavini Abid
Şərifov
Bakı
şəhəri, 19 may 2016-cı il
¹ 197
İSTİFADƏ OLUNMUŞ
MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
31 may 2017-ci il tarixli 240 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (“Xalq” qəzeti, 1
iyun 2017-ci il, ¹ 116, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 5, maddə
1011)
QƏRARA
EDİLMİŞ DƏYİŞİKLİK VƏ
ƏLAVƏLƏRİN SİYAHISI
[1] 31 may 2017-ci il tarixli 240 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (“Xalq” qəzeti, 1
iyun 2017-ci il, ¹ 116, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 5, maddə
1011) ilə yeni məzmunda 1-1-ci
hissə əlavə edilmişdir.