2014/2015-ci tədris ilində keçirilmiş “Ən
yaxşı ümumi təhsil müəssisəsi”
müsabiqəsinin qaliblərinin
mükafatlandırılması haqqında
AZƏRBAYCAN
RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci
bəndini rəhbər tutaraq, “Ən yaxşı ümumi
təhsil müəssisəsi və ən yaxşı
müəllim mükafatlarının təsis edilməsi
haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 4
sentyabr tarixli 2373 nömrəli Sərəncamının 1-ci
hissəsinə uyğun olaraq qərara
alıram:
1.
2014/2015-ci tədris ilində keçirilmiş “Ən
yaxşı ümumi təhsil müəssisəsi”
müsabiqəsində müvəffəqiyyət
qazandıqlarına görə aşağıda qeyd edilən
ümumi təhsil müəssisələri 10000 (on min) manat
məbləğində birdəfəlik pul mükafatı
ilə mükafatlandırılsın:
Abşeron
rayonu Saray qəsəbə 3 nömrəli tam orta
məktəb
Ağdam
rayonu Quzanlı qəsəbə tam orta məktəbi
Bakı
Avropa Liseyi
Bakı
şəhəri 3 nömrəli tam orta məktəb
Bakı
şəhəri 54 nömrəli tam orta məktəb
Bakı
şəhəri 62 nömrəli məktəb-lisey
Bakı
şəhəri 129 nömrəli tam orta məktəb
Bakı
şəhəri 138 nömrəli tam orta məktəb
Bakı
şəhəri 149 nömrəli tam orta məktəb
Bakı
şəhəri 167 nömrəli tam orta məktəb
Bakı
şəhəri 204 nömrəli tam orta məktəb
Bakı
şəhəri 214 nömrəli tam orta məktəb
Bakı
şəhəri 240 nömrəli tam orta məktəb
Bakı
şəhəri 245 nömrəli tam orta məktəb
Bakı
şəhəri 257 nömrəli tam orta məktəb
Bakı
şəhəri 258 nömrəli tam orta məktəb
Bakı
şəhəri 267 nömrəli məktəb-lisey
Bakı
şəhəri 274 nömrəli tam orta məktəb
Beyləqan
şəhəri 1 nömrəli tam orta məktəb
Culfa
şəhəri 2 nömrəli tam orta məktəb
Gəncə
şəhəri 16 nömrəli tam orta məktəb
Gəncə
şəhəri 39 nömrəli tam orta məktəb
İsmayıllı
şəhəri 5 nömrəli tam orta məktəb
İsmayıllı
rayonu Təzəkənd kənd tam orta məktəbi
Qax
şəhəri 5 nömrəli tam orta məktəb
Quba
şəhəri 2 nömrəli məktəb-lisey
Qubadlı
rayonu Qəzyan kənd tam orta məktəbi
Qəbələ
şəhəri 2 nömrəli tam orta məktəb
Qusar
şəhəri 1 nömrəli tam orta məktəb
Lənkəran
şəhəri 6 nömrəli məktəb-lisey
Lənkəran
şəhəri 10 nömrəli tam orta məktəb
Masallı
rayonu “Dəfinə” məktəb-liseyi
Mingəçevir
şəhəri Texniki-humanitar lisey
Mingəçevir
şəhəri 7 nömrəli tam orta məktəb
Mingəçevir
şəhəri 10 nömrəli tam orta məktəb
Naxçıvan
şəhəri 14 nömrəli tam orta məktəb
Ordubad
rayonu Aşağı Əylis kənd tam orta məktəbi
Oğuz
şəhəri 2 nömrəli tam orta məktəb
Siyəzən
şəhəri 6 nömrəli məktəb-lisey
Sumqayıt
şəhəri 18 nömrəli tam orta məktəb
Sumqayıt
şəhəri 21 nömrəli tam orta məktəb
Sumqayıt
şəhəri 25 nömrəli tam orta məktəb
Şəki
şəhəri 11 nömrəli tam orta məktəb
Şəki
rayonu Orta Zəyzid kənd 2 nömrəli tam orta məktəb
Şirvan
şəhəri 9 nömrəli tam orta məktəb
Şirvan
şəhəri 18 nömrəli tam orta məktəb
Tərtər
şəhəri 1 nömrəli tam orta məktəb
Ucar
şəhəri 4 nömrəli tam orta məktəb
Zaqatala
şəhəri 2 nömrəli tam orta məktəb
Zaqatala
şəhəri 3 nömrəli tam orta məktəb.
2. Bu
Sərəncamın 1-ci hissəsində nəzərdə
tutulmuş pul mükafatları “Ən yaxşı ümumi
təhsil müəssisəsi müsabiqəsinin
keçirilməsi Qaydaları və ümumi təhsil
müəssisələrinə verilmiş mükafatın
istifadə istiqamətləri”nin və “Ən yaxşı
müəllim müsabiqəsinin keçirilməsi
Qaydaları”nın təsdiq edilməsi haqqında”
Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 25 fevral tarixli
714 nömrəli Fərmanının 3-cü hissəsinə
uyğun ödənilsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri, 21 dekabr 2015-ci
il
¹
1634