Azərbaycan Respublikasının Vergi
Məcəlləsində dəyişikliklər edilməsi
haqqında
AZƏRBAYCAN
RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi
Azərbaycan Respublikası Konstitusiyasının 94-cü
maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır:
Maddə
1. Azərbaycan
Respublikasının Vergi Məcəlləsində
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹ 8, I
kitab, maddə 583; 2001, ¹ 7, maddə 454, ¹ 9, maddə 576, ¹ 12,
maddə 734; 2002, ¹ 5, maddə 249, ¹ 12, maddə 707; 2003, ¹ 8,
maddə 425, ¹ 12, I kitab, maddə 671; 2004, ¹ 1, maddə 1, ¹ 11,
maddə 887, ¹ 12, maddə 980; 2005, ¹ 2, maddə 61, ¹ 8, maddə
688, ¹ 12, maddə 1081; 2006, ¹ 12, maddələr 1005, 1026; 2007, ¹
1, maddə 4, ¹ 6, maddə 597, ¹ 8, maddə 745, ¹ 11, maddə
1053, ¹ 12, maddə 1192; 2008, ¹ 7, maddə 602, ¹ 11, maddə 960;
2009, ¹ 7, maddə 506; 2011, ¹ 1, maddə 14, ¹ 7, maddələr
588, 603, ¹ 12, maddə 1115; 2012, ¹ 6, maddələr 500, 513, ¹ 7,
maddə 652, ¹ 9, maddə 841, ¹ 12, maddə 1226; 2013, ¹ 2,
maddə 91, ¹ 4, maddə 366, ¹ 11, maddə 1278, ¹ 12,
maddələr 1483, 1486, 1495; 2014, ¹ 2, maddələr 94, 98, ¹ 7,
maddə 770, ¹ 8, maddə 957, ¹ 10, maddə 1158, ¹ 12, maddə
1525; 2015, ¹ 1, maddə 11) aşağıdakı
dəyişikliklər edilsin:
1.1. 13.2.53-cü maddənin sonunda nöqtə
işarəsi nöqtəli vergül işarəsi ilə
əvəz edilsin və aşağıdakı məzmunda
13.2.54 - 13.2.57-ci maddələr əlavə edilsin:
“13.2.54.
bina – insanların yaşaması, fəaliyyəti,
təbiət təsirlərindən qorunması, onlara sosial,
mədəni və məişət xidmətlərinin
göstərilməsi, istehsalat sahələrinin
yerləşdirilməsi, maddi dəyərlərin saxlanması
üçün nəzərdə tutulmuş qapalı
həcm-fəza quruluşuna malik olan tikinti obyekti;
13.2.55.
ticarət fəaliyyəti – istehsalçılar
tərəfindən özlərinin istehsal etdiyi malların
təqdim edilməsi istisna olmaqla, malların təqdim
edilməsi ilə əlaqədar sahibkarlıq
fəaliyyəti;
13.2.56.
ictimai iaşə fəaliyyəti – fəaliyyət
göstərdiyi xidmət obyektinin ərazisində və ya
səyyar qaydada alıcıya istehlak məqsədilə
hazırlanmış (bişirilmiş) qida (yeyinti)
məhsullarının təqdim edilməsi ilə
əlaqədar sahibkarlıq fəaliyyəti;
13.2.57. tikinti-quraşdırma işlərinə
başlama anı – tikintisinə icazə verilmiş tikinti
obyektinin layihəsində, habelə Azərbaycan Respublikası
Şəhərsalma və Tikinti Məcəlləsinin 80.4-cü
maddəsində nəzərdə tutulan
tələblərə riayət edilmiş barəsində
məlumatlandırma icraatı tətbiq edilən tikinti
obyektinin layihəsinin memarlıq-planlaşdırma
bölməsində nəzərdə tutulmuş tikinti
obyektinin inşası üzrə bilavasitə
tikinti-quraşdırma işlərinə başlama anı.”.
1.2. Aşağıdakı məzmunda 23.1.15-3-cü, 23.1.15-4-cü
və 24.0.2-1-ci maddələr əlavə edilsin:
“23.1.15-3.
vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə
ilə müəyyən edilmiş müddətdə yerinə
yetirmədikdə, hesablanmış vergilər üzrə
borcların və faizlərin, tətbiq edilmiş maliyyə
sanksiyalarının ödənilməsini təmin etmək
üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və
ya hüquqi şəxsin icra orqanının rəhbərinin
ölkədən getmək hüququnun müvəqqəti
məhdudlaşdırılması üçün
məhkəməyə müraciət etmək;
23.1.15-4.
aksiz markaları ilə markalanmalı olan malların
Azərbaycan Respublikasının ərazisində
dövriyyəsinin tənzimlənməsi ilə bağlı
müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən olunan qaydaların tələblərinə
əməl edilməsinə nəzarət etmək;
24.0.2-1. vergi ödəyicisi olan fiziki şəxsin
və ya hüquqi şəxsin icra orqanının
rəhbərinin ölkədən getmək hüququnun
müvəqqəti məhdudlaşdırılmasına
səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra həmin
məhdudlaşdırmanın götürülməsi
barədə 2 (iki) iş günü ərzində məhkəməyə
müraciət etmək;”.
1.3. 50-ci maddə üzrə:
1.3.1. 50.1.8-ci maddənin sonunda nöqtə
işarəsi nöqtəli vergül işarəsi ilə
əvəz edilsin və aşağıdakı məzmunda 50.1.9-cu
maddə əlavə edilsin:
“50.1.9. aksiz markaları ilə markalanmalı olan
malların Azərbaycan Respublikasının ərazisində
dövriyyəsinin tənzimlənməsi ilə bağlı
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi qaydalara əməl olunmasına nəzarət edilməsi.”;
1.3.2. 50.8.5-ci maddədə “məbləğ”
sözündən sonra “(o cümlədən ƏDV-nin və
ya sadələşdirilmiş verginin məbləği)”
sözləri əlavə edilsin.
1.4. 58.7.1-58.7.3-cü maddələr
aşağıdakı redaksiyada verilsin:
“58.7.1.
təqvim ili ərzində belə hallara birinci dəfə yol
verildikdə 400 manat, bu Məcəllənin 218.1.2-ci
maddəsində göstərilən şəxslərə
2000 manat məbləğində;
58.7.2.
təqvim ili ərzində belə hallara ikinci dəfə yol
verildikdə 800 manat, bu Məcəllənin 218.1.2-ci
maddəsində göstərilən şəxslərə
4000 manat məbləğində;
58.7.3. təqvim ili ərzində belə hallara
üç və daha çox dəfə yol verildikdə 1200
manat, bu Məcəllənin 218.1.2-ci maddəsində
göstərilən şəxslərə 6000 manat
məbləğində maliyyə sanksiyası tətbiq edilir.”;
1.5. 83.6-cı maddədən “, 212.4-cü”
sözləri çıxarılsın.
1.6. 99.3.11-ci maddənin sonunda nöqtə
işarəsi nöqtəli vergül işarəsi ilə
əvəz edilsin və aşağıdakı məzmunda 99.3.12-ci
maddə əlavə edilsin:
“99.3.12. idman mərc oyunlarından əldə
edilən uduşlar.”.
1.7. 100-cü maddənin mətni
aşağıdakı redaksiyada verilsin:
“Fiziki şəxsin aldığı və bu
Məcəllənin 122-ci, 123-cü, 124-cü, 150.1.9-cu və 150.1.10-cu
maddələrinə uyğun olaraq Azərbaycan
Respublikasında ödəmə mənbəyindən vergi
tutulmuş dividend, faiz, icarə haqqı, royalti,
daşınmaz əmlakın təqdim edilməsindən
əldə edilən gəlirlər və idman mərc
oyunlarından əldə edilən uduşlar ümumi
gəlirdən çıxılır.”.
1.8. Aşağıdakı məzmunda 101.5-ci maddə
əlavə edilsin:
“101.5. İdman mərc oyunlarından əldə
edilən uduşlardan 10 faiz dərəcə ilə vergi tutulur.”.
1.9. 102.1-ci maddə üzrə:
1.9.1. 102.1.6-cı maddədə “250 manatadək olduqda əmək
qabiliyyətli əhali üçün” sözləri “2500
manatadək olduqda,” sözləri ilə, “3000 manatadək
olduqda əmək qabiliyyətli əhali üçün”
sözləri “30000 manatadək olduqda,” sözləri ilə
əvəz edilsin;
1.9.2. 102.1.9-cu və 102.1.19-cu maddələr
ləğv edilsin.
1.10. 125.1.7-ci maddənin sonunda nöqtə
işarəsi nöqtəli vergül işarəsi ilə
əvəz edilsin və aşağıdakı məzmunda 125.1.8-ci
maddə əlavə edilsin:
“125.1.8. idman mərc oyunlarından əldə
edilən uduşlardan - bu Məcəllənin 101.5-ci
maddəsinə uyğun olaraq.”.
1.11. 138.4-cü maddədə “mənzil” sözü “bina”
sözü ilə əvəz edilsin.
1.12. 150-ci maddə üzrə:
1.12.1. 150.1.8-ci maddənin sonunda nöqtə
işarəsi nöqtəli vergül işarəsi ilə
əvəz edilsin və aşağıdakı məzmunda 150.1.9-cu
və 150.1.10-cu maddələr əlavə edilsin:
“150.1.9.
yaşayış və qeyri-yaşayış
sahələrinin təqdim edilməsi (fiziki şəxsin
azı 5 (beş) il ərzində yaşayış yeri
üzrə qeydiyyatda olduğu yaşayış
sahələrinin təqdim edilməsi, bu Məcəllənin 102.1.3.2-ci,
102.1.18-ci, 106.1.16-cı, 144.1.1-ci və 144.1.2-ci
maddələrində nəzərdə tutulmuş hallarda
təqdim edilmə, həmçinin bu Məcəllənin 221.5-ci
maddəsinə uyğun olaraq sadələşdirilmiş vergi
hesablanmış tikinti sahələrinin həmin bina tikintisi
fəaliyyəti ilə məşğul olan şəxs
tərəfindən təqdim edilməsi halları istisna
olmaqla) üzrə müqavilələri təsdiq edən
notarius;
150.1.10. idman mərc oyunlarından uduşlar
əldə edən şəxsə ödəmələr
verən şəxs.”;
1.12.2. aşağıdakı məzmunda 150.3-1-ci
və 150.3-2-ci maddələr əlavə edilsin:
“150.3-1.
Notarius bu Məcəllənin 220.8-ci və 220.8-1-ci
maddələrinə uyğun olaraq
sadələşdirilmiş vergini hesablayaraq 1 (bir) bank
günü ərzində dövlət büdcəsinə
ödəyir və hesabat ayından sonrakı ayın
20-dən gec olmayaraq müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi forma üzrə
bəyannaməni vergi orqanına verməyə borcludur.
150.3-2. Bu Məcəllənin 150.1.10-cu
maddəsində göstərilən şəxslər bu
Məcəllənin 101.5-ci maddəsinə uyğun olaraq
gəlir vergisini hesablamağa və hesabat ayından sonrakı
ayın 20-dən gec olmayaraq hesablanmış vergini
dövlət büdcəsinə köçürməyə
və müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi forma üzrə bəyannaməni vergi
orqanına verməyə borcludurlar.”.
1.13. 154.6-cı maddədə “mənzil” sözü
“sadələşdirilmiş verginin ödəyicisi olmaq
hüququndan istifadə etməyən bina” sözləri
ilə əvəz edilsin.
1.14. 155.1-ci maddədə hər iki halda “120.000”
rəqəmləri “200.000” rəqəmləri ilə, “218.1.1.1-ci
və 218.1.1.3-cü” sözləri “218.4.1-ci, 218.4.2-ci və 218.4.3-cü”
sözləri ilə əvəz edilsin və
“şəxslər” sözündən sonra “, o
cümlədən bu Məcəllənin 218.1-ci maddəsi
ilə müəyyən edilmiş hüquqdan istifadə
etməyən ticarət və (və ya) ictimai iaşə
fəaliyyəti ilə məşğul olan
şəxslər” sözləri əlavə edilsin.
1.15. 157.3.1-ci maddədə hər iki halda “120.000”
rəqəmləri “200.000” rəqəmləri ilə
əvəz edilsin.
1.16. 158-ci maddə üzrə:
1.16.1. 158.1-ci maddədə “Vergi ödəyicisi”
sözlərindən sonra “, o cümlədən bu
Məcəllənin 218.1.2-ci və ya 218.1.3-cü
maddələrində göstərilən şəxslər”
sözləri əlavə edilsin;
1.16.2. 158.2-ci maddədə “60.000” rəqəmləri
“100.000” rəqəmləri ilə əvəz edilsin.
1.17. 159-cu maddə üzrə:
1.17.1. 159.9-cu maddə ləğv edilsin;
1.17.2. 159.10-cu maddədə “164.1.15, 164.1.16 və 164.2-ci”
sözləri “164.1.11-ci, 164.1.15-ci, 164.1.16-cı və 164.1.20-164.1.25-ci”
sözləri ilə əvəz edilsin.
1.18. 164-cü maddə üzrə:
1.18.1. 164.1.11-ci maddədə “edilməsi”
sözündən sonra “, habelə idxalı” sözləri
əlavə edilsin;
1.18.2. 164.1.18-ci maddənin sonunda nöqtə
işarəsi nöqtəli vergül işarəsi ilə
əvəz edilsin və aşağıdakı məzmunda 164.1.19-164.1.25-ci
maddələr əlavə edilsin:
“164.1.19.
müvafiq icra hakimiyyəti orqanı tərəfindən
hərbi məqsədlər üçün istifadə olunan
bütün növ texnika və texniki vasitələr,
onların ehtiyat hissələri, silah-sursat idxalı,
müdafiə təyinatlı məmulatların
yaradılması və istehsalı məqsədilə idxal
edilən texnologiyalar, avadanlıqlar və
dəstləşdirici hissələr;
164.1.20.
Azərbaycan Respublikasının ərazisində mövcud
qaydada qeydiyyatdan keçmiş humanitar təşkilatlar,
həmçinin müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi qurumun razılığı ilə
digər hüquqi və fiziki şəxslər
tərəfindən humanitar yardım kimi gətirilən
mallar;
164.1.21.
texniki yardım da daxil olmaqla, təmənnasız yardım
və xeyriyyə məqsədi ilə dövlətlərin,
hökumətlərin və beynəlxalq
təşkilatların xətti ilə gətirilən mallar;
164.1.22.
müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilmiş hallarda və qaydada fiziki
şəxs tərəfindən gömrük
sərhədindən keçirilən istehsal, yaxud kommersiya
məqsədləri üçün nəzərdə
tutulmayan mallar;
164.1.23.
ixrac məqsədli neft-qaz fəaliyyəti ilə
əlaqədar gətirilən avadanlıq və materiallar
(müvafiq icra hakimiyyəti orqanı tərəfindən ixrac
məqsədli neft-qaz fəaliyyəti üzrə Azərbaycan
Respublikasına idxal olunan avadanlıq və materialların
təsdiq olunmuş siyahısı gömrük orqanlarına
təqdim edildiyi təqdirdə);
164.1.24.
xüsusi iqtisadi zonaya idxal edilən mallar (aksizli mallar istisna
olmaqla);
164.1.25. lizinq müqaviləsinin obyekti olan əsas
vəsaitlərin idxalı.”;
1.18.3. 164.2-ci maddə ləğv edilsin.
1.19. 175.8-ci maddənin birinci cümləsində
“habelə” sözü çıxarılsın, “üzrə”
sözündən sonra “, habelə bina tikintisi
fəaliyyəti ilə məşğul olan
şəxslərdən yaşayış və
qeyri-yaşayış sahələri alan şəxslər
tərəfindən” sözləri əlavə edilsin.
1.20. Aşağıdakı məzmunda 194.1-1-ci
maddə əlavə edilsin:
“194.1-1. Aksiz markası ilə markalanmalı olan
malların Azərbaycan Respublikasının ərazisində
dövriyyəsinin tənzimlənməsi qaydaları
müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilir və həmin qaydaların
tələblərini pozan şəxs Azərbaycan
Respublikasının İnzibati Xətalar
Məcəlləsində və Azərbaycan
Respublikasının Cinayət Məcəlləsində
nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyır.”;
1.21. 199.4.2-ci maddədə “obyektlərinin”
sözündən sonra “, peyklərin və digər kosmik
obyektlərin” sözləri əlavə edilsin.
1.22.
216.2-ci maddənin cədvəl hissəsi aşağıdakı
redaksiyada verilsin:
|
Mədən
vergisinə cəlb olunan faydalı qazıntıların
adı |
Mədən vergisinin
dərəcələri (manatla) |
|
Qeyri-filiz faydalı
qazıntıları: |
|
|
- seolit |
1,0 |
|
- barit |
1,0 |
|
- mişar daşları |
2,0 |
|
- çınqıl xammalı |
1,0 |
|
- yüngül doldurucular (keramzit, aqloporit)
istehsalı üçün gillər |
1,0 |
|
- bentonit gilləri |
1,0 |
|
- kərpic-kirəmit gilləri |
1,0 |
|
- vulkan külü və pemza |
1,0 |
|
- kvars qumları |
1,0 |
|
- tikinti qumları |
1,0 |
|
- sement xammalı (əhəng
daşı, mergel, gil, vulkan külü) |
1,0 |
|
-
üzlük daşları (mərmər, qabbro, tuflar, travertin,
mərmərləşmiş əhəng daşı) |
1,0 |
|
- qiymətli və yarımqiymətli
bəzək daşları |
6,0 |
|
- duz |
6,0 |
|
- yodlu-bromlu sular |
0,04 |
|
- mineral sular |
10,0 |
1.23. 218-ci maddənin mətni aşağıdakı
redaksiyada verilsin:
“218.1.
Aşağıda göstərilən şəxslər
sadələşdirilmiş verginin ödəyicisi olmaq
hüququna malikdir:
218.1.1.
bu Məcəllənin XI fəslinin müddəaları
nəzərə alınmaqla, ƏDV məqsədləri
üçün qeydiyyata alınmamış və
ardıcıl 12 aylıq dövrün istənilən
ayında (aylarında) vergi tutulan əməliyyatların
həcmi 200.000 manat və ondan az olan şəxslər;
218.1.2.
vergi tutulan əməliyyatlarının həcmi ardıcıl
12 aylıq dövrün istənilən ayında (aylarında)
200.000 manatdan artıq olan ticarət və (və ya) ictimai
iaşə fəaliyyəti ilə məşğul olan
şəxslər;
218.1.3.
bina tikintisi fəaliyyəti ilə məşğul olan
şəxslər (özünə məxsus və ya cəlb
edilən vəsait hesabına əhalinin fərdi
(şəxsi) ehtiyaclarını ödəmək və ya
kommersiya məqsədləri üçün öz
gücü ilə və ya müvafiq ixtisaslı
peşəkar sifarişçi və ya podratçı
cəlb etməklə bina tikdirən, habelə bu tikintinin
və ya başa çatmış obyektin
mülkiyyətçisi olan hüquqi və ya fiziki
şəxslər).
218.2.
Sadələşdirilmiş vergi ödəyicisi olmaq
hüququna malik olan vergi ödəyicisi (bu
Məcəllənin 218.4-cü maddəsində nəzərdə
tutulmuş vergi ödəyiciləri istisna olmaqla) hər il
aprel ayının 20-dən gec olmayaraq, müvafiq
bəyannaməni və ya bu Məcəllənin 218.1-ci
maddəsində qeyd olunan hüquqlardan istifadə
etməyəcəyi barədə yazılı məlumatı
uçotda olduğu vergi orqanına təqdim edir. Bu
Məcəllədə başqa hallar nəzərdə
tutulmamışdırsa, vergi ödəyicisinin təqvim ilinin
sonunadək seçdiyi metodu dəyişdirmək hüququ
yoxdur. Vergi ödəyicisi qeyd olunan müddətdə
bəyannaməni və ya yazılı məlumatı
təqdim etmədikdə, vergi orqanı vergi ödəyicisinin
əvvəlki vergi ilində seçdiyi metodu tətbiq edir.
İl ərzində yeni fəaliyyətə başlayan vergi
ödəyicisi vergi uçotuna durmaq üçün
ərizədə qeyd etdiyi metodu tətbiq edir.
218.3.
Bu Məcəllənin 218.1.3-cü maddəsində
göstərilən şəxs tikinti-quraşdırma
işlərinə başladığı andan 30 gün
müddətində müvafiq icra hakimiyyəti orqanına
seçdiyi vergitutma metodu barədə yazılı formada
məlumat təqdim etməlidir. Bu halda şəxsin
seçdiyi vergitutma metodunu həmin tikinti-quraşdırma
işləri başa çatanadək dəyişdirmək
hüququ yoxdur.
218.4.
Bu Məcəllənin 218.1-ci maddəsinin
müddəalarından asılı olmayaraq aşağıda
göstərilən şəxslər
sadələşdirilmiş verginin ödəyiciləridir:
218.4.1.
mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat
vasitələri ilə (beynəlxalq yük və
sərnişin daşımaları istisna olmaqla) Azərbaycan
Respublikasının ərazisində sərnişin və
yük daşımalarını (o cümlədən taksi
ilə) və yaxud həmin daşımaları müqavilə
əsasında digər şəxslər vasitəsi ilə
həyata keçirən şəxslər;
218.4.2.
idman mərc oyunlarının operatoru və
satıcıları olan şəxslər;
218.4.3.
mülkiyyətində olan yaşayış və
qeyri-yaşayış sahələrinin təqdim edilməsini
(fiziki şəxsin azı 5 (beş) il ərzində
yaşayış yeri üzrə qeydiyyatda olduğu
yaşayış sahələrinin təqdim edilməsi,
həmçinin bu Məcəllənin 102.1.3.2-ci, 102.1.18-ci, 106.1.16-cı,
144.1.1-ci və 144.1.2-ci maddələrində
nəzərdə tutulmuş təqdim edilmə halları
istisna olmaqla) həyata keçirən şəxslər.
218.5.
Aşağıda göstərilən şəxslərin
sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ
yoxdur:
218.5.1.
aksizli mallar istehsal edən şəxslər;
218.5.2.
kredit və sığorta təşkilatları, investisiya
fondları, qiymətli kağızlar bazarının
peşəkar iştirakçıları, lombardlar;
218.5.3.
qeyri-dövlət pensiya fondları;
218.5.4.
əmlakın icarəyə verilməsindən və royaltidən
gəlir əldə edən şəxslər;
218.5.5.
müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilmiş təbii inhisar subyektləri;
218.5.6. mülkiyyətində olan əsas
vəsaitlərin ilin əvvəlinə (bu
Məcəllənin 218.1.2-ci, 218.1.3-cü və 218.4-cü
maddələrində göstərilən şəxslər
istisna olmaqla) qalıq dəyəri 1.000.000 manatdan artıq olan
şəxslər.”.
1.24. 219-cu maddə üzrə:
1.24.1. 219.1-ci maddədə “218.1.1-ci” sözləri “218.4-cü”
sözləri ilə əvəz edilsin;
1.24.2. 219.2-ci maddədə “218.1.1.1-ci” sözləri “218.4.1-ci”
sözləri ilə əvəz edilsin;
1.24.3. 219.3-cü və 219.5-ci maddələr
aşağıdakı redaksiyada verilsin:
“219.3.
Bina tikintisi fəaliyyəti ilə məşğul olan
şəxslər üçün, dövlətə
ayrılan hissə istisna olmaqla, tikilən binanın
yaşayış və qeyri-yaşayış sahələri,
o cümlədən təqdim edilmək üçün ayrıca
tikilən fərdi, şəxsi yaşayış və
bağ evlərinin sahələri vergitutma obyektidir. Bu
maddənin məqsədləri üçün tikilən
binanın hər mərtəbəsinin ümumi sahəsi vergitutma
obyektidir.
219.5. Sadələşdirilmiş vergini
ödəyən hüquqi şəxs ƏDV-nin,
mənfəət vergisinin və əmlak vergisinin, fiziki
şəxs (hüquqi şəxs yaratmadan sahibkarlıq
fəaliyyətini həyata keçirən fiziki şəxs
də daxil olmaqla) isə gəlir vergisinin və ƏDV-nin
ödəyicisi deyil.”;
1.24.4. aşağıdakı məzmunda 219.3-1-ci
maddə əlavə edilsin:
“219.3-1. Bu Məcəllənin 218.4.3-cü
maddəsində göstərilən şəxslər
üçün mülkiyyətində olan yaşayış
və qeyri-yaşayış sahələrinin, o
cümlədən bina tikintisi fəaliyyəti ilə
məşğul olan şəxslərdən satın
alınmış yaşayış və
qeyri-yaşayış sahələri vergitutma obyektidir.”;
1.24.5. 219.6-cı maddə ləğv edilsin.
1.25. 220-ci maddə üzrə:
1.25.1. 220.1-ci maddədə “218.1.1-ci” sözləri “218.4-cü”
sözləri ilə əvəz edilsin, “məşğul olan”
sözlərindən sonra “və 218.1.2-ci maddəsində
göstərilən” sözləri əlavə edilsin;
1.25.2. aşağıdakı məzmunda 220.1-1-ci
maddə əlavə edilsin:
“220.1-1.
Bu Məcəllənin 218.1.2-ci maddəsində
göstərilən şəxslər tərəfindən
sadələşdirilmiş vergi bu Məcəllənin 219.1-ci
maddəsində müəyyən edilmiş vergitutma obyekti
üzrə (qiymətləri müvafiq icra hakimiyyəti
orqanı tərəfindən tənzimlənən malların
satış dövriyyəsi istisna edilməklə)
aşağıdakı dərəcə ilə hesablanır:
220.1-1.1.
ticarət fəaliyyəti üzrə — 6 faiz;
220.1-1.2. ictimai iaşə fəaliyyəti üzrə
— 8 faiz.”.
1.25.3. 220.8-ci maddə aşağıdakı redaksiyada
verilsin:
“220.8.
Bina tikintisi fəaliyyəti ilə məşğul olan
şəxslər üçün
sadələşdirilmiş vergi bu Məcəllənin 219.3-cü
maddəsində göstərilən vergitutma obyektinin hər
kvadratmetri üçün 45 manat, bu Məcəllənin 218.4.3-cü
maddəsində göstərilən şəxslər
üçün sadələşdirilmiş vergi bu
Məcəllənin 219.3-1-ci maddəsində
göstərilən vergitutma obyektinin hər kvadratmetri
üçün 15 manat olmaqla bu maddə ilə müəyyən
edilmiş qaydada hesablanır.
220.8.1.
Bina Bakı şəhəri, habelə onun qəsəbə
və kəndlərində yerləşdikdə, bu
maddədə müəyyən olunmuş
sadələşdirilmiş vergi məbləğinə
müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən olunmuş zonalardan asılı olaraq,
aşağıdakı əmsallar tətbiq olunur:
|
Zonalar |
Bina tikintisi
fəaliyyətinin faktiki həyata keçirildiyi (binanın
faktiki yerləşdiyi) ərazi üzrə əmsal |
|
1 |
4,0 |
|
2 |
3,0 |
|
3,4 |
2,2 |
|
5,6 |
1,8 |
|
7,8,9 |
1,5 |
|
10,11,12 |
1,2 |
220.8.2.
Gəncə, Sumqayıt və Xırdalan
şəhərlərində yerləşdikdə, bu
maddədə müəyyən olunmuş
sadələşdirilmiş vergi məbləğinə - 1,5;
220.8.3.
Abşeron rayonunun qəsəbə və kəndləri
(Xırdalan şəhəri istisna olmaqla), Şirvan,
Mingəçevir, Naxçıvan, Lənkəran, Yevlax,
Şəki və Naftalan şəhərlərində
yerləşdikdə, bu maddədə müəyyən
olunmuş sadələşdirilmiş vergi
məbləğinə - 1,2;
220.8.4. digər rayon (şəhər) və
qəsəbələrdə (kəndlərdə)
yerləşdikdə, bu maddədə müəyyən
olunmuş sadələşdirilmiş vergi
məbləğinə - 0,5.”.
1.25.4. Aşağıdakı məzmunda 220.8-1-ci maddə
əlavə edilsin:
“220.8-1. Bina tikintisi fəaliyyəti ilə
məşğul olan şəxslər üçün
tikilən binanın qeyri-yaşayış sahələri
üzrə sadələşdirilmiş vergi, habelə bu
Məcəllənin 218.4.3-cü maddəsində
göstərilən şəxslər üçün
binaların qeyri-yaşayış sahələrinin təqdim
edilməsi üzrə sadələşdirilmiş vergi bu
Məcəllənin 220.8-ci maddəsi ilə hesablanmış
məbləğə 1,5 əmsal tətbiq edilməklə hesablanır.”.
1.26. 221-ci maddə üzrə:
1.26.1. 221.1-ci və 221.6-cı maddələrdə “218.1.1-ci”
sözləri “218.4-cü” sözləri ilə əvəz
edilsin;
1.26.2. 221.3.1-ci maddədə “218.1.1.3-cü”
sözləri “218.4.2-ci” sözləri ilə əvəz
edilsin;
1.26.3. 221.4.2-ci maddədə “218.1.1.1-ci” sözləri
“218.4.1-ci” sözləri ilə əvəz edilsin;
1.26.4. 221.5-ci maddənin birinci bəndində
“Mənzil” sözü “Bina” sözü ilə və “tikintinin
təməl” sözləri “tikinti-quraşdırma”
sözləri ilə, ikinci bəndində “218.1.1.2-ci”
sözləri “218.1.3-cü” sözləri ilə və hər
iki halda “mənzil” sözü “bina” sözü ilə,
üçüncü bəndində “12,5” rəqəmləri
“10” rəqəmləri ilə əvəz edilsin;
1.26.5. 221.7-ci maddənin birinci cümləsində
“maddəsinin” sözü “, 218.2-ci və 218.3-cü maddələrinin”
sözləri ilə əvəz edilsin.
Maddə
2. Bu Qanun qüvvəyə
minənədək tikinti obyektinin tikinti-quraşdırma
işlərinə başlamış şəxs öz
seçiminə uyğun vergiləri bu Qanun qüvvəyə
minənədək mövcud olan qaydada da ödəyə
bilər. Tikinti obyektinin tikinti-quraşdırma
işlərinə başlamış şəxs bu Qanun
qüvvəyə mindikdən sonrakı 30 gün
müddətində müvafiq icra hakimiyyəti orqanına
öz seçimi barədə yazılı formada
məlumatı təqdim etməlidir. Bu maddə ilə
müəyyən edilmiş müddətdə
yazılı formada məlumatı təqdim etməyən
şəxsə sadələşdirilmiş vergi bu Qanunla
müəyyən edilmiş qaydada hesablanır. Bu Qanun
qüvvəyə minənədək tikinti obyektinin
tikinti-quraşdırma işlərinə və vergi
ödəməyə başlamış şəxs bu Qanunla
müəyyən olunan sadələşdirilmiş vergini
ödədiyi zaman bu Qanun qüvvəyə mindiyi
tarixədək ödənilmiş ƏDV və
sadələşdirilmiş vergi nəzərə
alınır.
Maddə 3.
Bu Qanun 2016-cı il yanvarın 1-dən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı
şəhəri, 20 oktyabr 2015-ci il
¹
1384-IVQD