Azərbaycan Respublikasının Cinayət-Prosessual
Məcəlləsində dəyişikliklər edilməsi
haqqında
AZƏRBAYCAN
RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi
Azərbaycan Respublikası Konstitusiyasının 94-cü
maddəsinin I hissəsinin 6-cı bəndini rəhbər
tutaraq qərara alır:
Azərbaycan
Respublikasının Cinayət-Prosessual
Məcəlləsində (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2000, ¹ 8, (II kitab), maddə 585; 2001, ¹ 7,
maddə 455; 2002, ¹ 1, maddə 9, ¹ 5, maddə 233, ¹ 8, maddə
463; 2003, ¹ 6, maddə 276; 2004, ¹ 5, maddə 321, ¹ 7, maddə 505,
¹ 8, maddə 598, ¹ 10, maddə 761, ¹ 11, maddə 890; 2005, ¹ 1,
maddə 4, ¹ 4, maddə 278, ¹ 6, maddə 462, ¹ 8, maddə 686, ¹
10, maddə 874, ¹ 12, maddə 1079; 2006, ¹ 1, maddə 3, ¹ 2,
maddə 64, ¹ 5, maddə 390, ¹ 10, maddə 847, ¹ 11, maddə 929,
¹ 12, maddə 1032; 2007, ¹ 2, maddələr 65, 68, ¹ 6, maddə
560, ¹ 7, maddə 712, ¹ 8, maddə 756, ¹ 11, maddə 1049, ¹ 12,
maddə 1221; 2008, ¹ 6, maddə 462, ¹ 7, maddələr 606, 607, ¹
12, maddələr 1045, 1049; 2009, ¹ 5, maddə 315, ¹ 7, maddə
517, ¹ 12, maddə 966; 2010, ¹ 3, maddələr 171, 173, 178, ¹ 7,
maddə 593, ¹ 12, maddə 1058; 2011, ¹ 6, maddə 480, ¹ 7,
maddələr 589, 599; 2012, ¹ 7, maddə 674, ¹ 11, maddə 1062,
¹ 12, maddə 1215; 2013, ¹ 2, maddə 77, ¹ 6, maddələr 616,
626, ¹ 7, maddə 786, ¹ 11, maddə 1265, ¹ 12, maddə 1493; 2014, ¹
2, maddələr 90, 102, ¹ 4, maddələr 328, 344, ¹ 6,
maddə 600, ¹ 11, maddələr 1354, 1362; 2015, ¹ 4, maddə 342;
¹ 5, maddə 511) aşağıdakı dəyişikliklər
edilsin:
1. 14.4-cü maddəyə “hüquqları”
sözündən sonra “ona aydın olan dildə”
sözləri əlavə edilsin.
2. 147-ci maddəyə aşağıdakı
məzmunda 147.4-147.6-cı maddələr əlavə edilsin:
“147.4. Barəsində tutulma tətbiq edilən
şəxs azadlığının faktiki
məhdudlaşdırıldığı vaxtdan tutulmuş
hesab edilir.
147.5. Tutulma haqqında protokolda
aşağıdakılar göstərilməlidir:
147.5.1. protokolun tərtib edildiyi yer, tarix və vaxt;
147.5.2. protokolu tərtib edən və tutulmanı
aparan şəxsin soyadı, adı, atasının adı
və vəzifəsi;
147.5.3. tutulan şəxsin soyadı, adı,
atasının adı, doğulduğu il, ay, gün və yer,
vətəndaşlığı, təhsili, iş yeri,
məşğuliyyət növü və ya vəzifəsi,
yaşadığı və qeydiyyatda olduğu yer,
şəxsiyyətini təsdiq edən sənəd
barədə məlumat;
147.5.4. tutulmanın aparıldığı yer, tarix
və vaxt;
147.5.5. tutulmanın səbəbi, şübhənin
və ya ittihamın mahiyyəti;
147.5.6. tutulan şəxsə onun hüquq və
vəzifələrinin izah edilməsi haqqında qeyd.
147.6. Tutulma haqqında protokol onu tərtib edən
vəzifəli şəxs, tutulan şəxs və tutulma
haqqında protokolun imzalanması üçün tutulan
şəxsə təqdim edilməsində iştirak etmiş
müdafiəçi qismində dəvət edilmiş
vəkil tərəfindən imzalanır.”.
3. 156.1-ci maddənin ikinci cümləsi
aşağıdakı redaksiyada verilsin:
“Qətimkan tədbirinin seçilməsi barədə
qərarda şəxsin şübhəli bilindiyi və ya
ittiham olunduğu cinayəti törətməsinə
əsaslı şübhələrin və müvafiq
qətimkan tədbirinin tətbiqi əsaslarının
mövcudluğuna dəlalət edən ilkin sübutlar
göstərilməlidir.”.
4. 158.2-ci maddədə “faktiki həbsə
alındığı andan” sözləri
“azadlığının faktiki
məhdudlaşdırıldığı vaxtdan”
sözləri ilə əvəz edilsin.
5. 222-ci maddə üzrə:
5.1. 222.1-222.3-cü maddələr
aşağıdakı redaksiyalarda verilsin:
“222.1. İbtidai araşdırma məlumatlarının
yayılması, bu Məcəllənin 222.2 və 222.6-cı
maddələrində nəzərdə tutulmuş hallardan
başqa, yolverilməzdir.
222.2. İbtidai araşdırma məlumatları
cinayət prosesinin iştirakçıları və
jurnalistlər tərəfindən yalnız müvafiq olaraq
müstəntiqin, təhqiqatçının, ibtidai
araşdırmaya prosessual rəhbərliyi həyata
keçirən prokurorun və ya məhkəmənin
icazəsi ilə ibtidai araşdırmanın maraqlarına zidd
olmayan və cinayət prosesinin digər
iştirakçılarının hüquq və qanuni
mənafelərini pozmayan həddə yayıla bilər.
222.3. Terrorçuluq cinayətləri, silahlı
mütəşəkkil dəstələr
tərəfindən törədilən cinayətlər
üzrə davam edən ibtidai araşdırmanın
məlumatlarının yayılmasına, habelə bu
Məcəllənin 52-ci maddəsində nəzərdə
tutulmuş qaydada tərtib edilən və “İnformasiya
əldə etmək haqqında” Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq
sənədləşdirilmiş informasiya hesab edilən
cinayət təqibi üzrə icraat materiallarının
surətlərinin olduğu kimi yayılmasına icazə
verilmir (cinayət prosesi iştirakçılarının bu
Məcəllə ilə müəyyən edilən prosessual
hüquqlarının təmin edilməsi ilə bağlı
olan hallar istisna olmaqla).”;
5.2. 222.4-cü maddəyə “yayılmasının”
sözündən sonra “, o cümlədən bu
Məcəllə ilə nəzərdə tutulmuş hallarda
və qaydada əldə edilmiş prosessual
sənədlərin surətlərinin prosessual
məqsədlərdən kənar yayılmasının”
sözləri və aşağıdakı məzmunda ikinci
cümlə əlavə edilsin:
“Belə xəbərdarlıq edilməmişdirsə,
yayılması cinayətin açılmasına, cinayət
törətmiş şəxsin tutulmasına, ibtidai
araşdırmanın normal gedişinə mane ola bilən
məlumatların yayılmasına görə cinayət
prosesini həyata keçirən şəxs məsuliyyət
daşıyır.”;
5.3. Aşağıdakı məzmunda 222.6-cı
və 222.7-ci maddələr əlavə edilsin:
“222.6. İctimai maraq kəsb etməsi, yanlış
məlumatların yayılmasının
qarşısının alınması və ya cinayətə
görə məsuliyyətin labüdlüyünün
nümayiş etdirilməsi ilə əlaqədar ibtidai
araşdırma məlumatları ibtidai araşdırmaya
prosessual rəhbərliyi həyata keçirən və ya
ibtidai araşdırmanı aparan orqan tərəfindən
bilavasitə və ya kütləvi informasiya vasitələri
ilə açıqlana bilər. Bu zaman açıqlanan
məlumat cinayət hadisəsi ilə bağlı əldə
edilmiş ibtidai araşdırma nəticələrindən
ibarət olmalı, davam edən ibtidai araşdırmanın
maraqlarına, cinayət prosesinin digər
iştirakçılarının şəxsi həyat
toxunulmazlığı hüququna zidd olmayan həddə
olmalı, təqsirsizlik prezumpsiyasına uyğun olaraq
şübhəli və ya təqsirləndirilən
şəxsin cinayətə aidiyyəti ilə bağlı
hissədə onun cinayəti törətməkdə
şübhəli bilinməsinə dair həddi
keçməməlidir.
222.7. Yetkinlik yaşına çatmayan
şübhəli, təqsirləndirilən və ya
zərər çəkmiş şəxslərin
şəxsiyyəti barədə məlumatların açıqlanmasına
yalnız həmin şəxslərin və onların qanuni
nümayəndələrinin razılığı ilə yol
verilir.”.
6. 488-ci maddə üzrə:
6.1. 488.1-ci maddəyə “adlanacaq)” sözündən
sonra “və ekstradisiya məsələləri” sözləri
əlavə edilsin, “Azərbaycan Respublikasının Qanunu”
sözləri “və “Cinayət törətmiş
şəxslərin verilməsi (ekstradisiya) haqqında”
Azərbaycan Respublikasının qanunları” sözləri
ilə əvəz edilsin;
6.2. 488.2-ci maddə aşağıdakı redaksiyada
verilsin:
“488.2. Hüquqi yardım göstərilməsinə
dair və ekstradisiya haqqında Azərbaycan Respublikası
ilə sorğu edən xarici dövlət arasında
müvafiq müqavilə olmadıqda və ya müvafiq
müqavilə ilə tənzimlənməyən məsələlər
üzrə həmin müqaviləyə zidd olmayan
hissədə bu Məcəllənin, “Cinayət
işlərinə dair hüquqi yardım haqqında"
və “Cinayət törətmiş şəxslərin
verilməsi (ekstradisiya) haqqında” Azərbaycan
Respublikasının qanunlarının müddəaları
tətbiq edilir.”.
7. Aşağıdakı məzmunda 489.3-cü və
489.4-cü maddələr əlavə edilsin:
“489.3. Azərbaycan Respublikasının
ərazisində yaşayan, yaxud olan əcnəbi və ya
vətəndaşlığı olmayan şəxsin
Azərbaycan Respublikasının hüdudlarından kənarda
törətdiyi əməllərə görə xarici
dövlət tərəfindən cinayət
məsuliyyətinə cəlb edilməsi və ya
məhkəmə tərəfindən təyin edilmiş
cəzanın icrası üçün verilməsi və
tranzit daşıma bu Məcəllənin 493-501-ci
maddələri və “Cinayət törətmiş
şəxslərin verilməsi (ekstradisiya) haqqında”
Azərbaycan Respublikasının Qanununun müddəalarına
uyğun olaraq həyata keçirilir.
489.4. Xarici dövlətin səlahiyyətli
hakimiyyət orqanının rəsmi müraciəti
əsasında Azərbaycan Respublikası ərazisində
cinayət təqibi bu Məcəllənin 502-504-cü
maddələrinə uyğun olaraq həyata keçirilir.”.
8. 493-cü maddə üzrə:
8.1. 493.2-ci maddədə “surəti” sözündən
sonra “və əməlin cinayət olmasını, cinayət
məsuliyyətinə cəlb etmə müddətlərini
müəyyən edən cinayət qanununun maddələrinin
mətni” sözləri əlavə edilsin;
8.2. 493.3-cü maddədə “və məhkuma tətbiq
edilən cinayət qanunu müddəasının”
sözləri “, onun məhkum edildiyi cinayəti və ittiham
hökmünün icra müddətlərini müəyyən
edən cinayət qanununun maddələrinin” sözləri
ilə əvəz edilsin.
9. 495-ci maddə üzrə:
9.1. 495.1-ci maddəyə aşağıdakı
məzmunda ikinci cümlə əlavə edilsin:
“Həmin şəxsin barəsində həbs
qətimkan tədbiri Azərbaycan Respublikasının sorğu
edilən cinayət təqibi orqanının vəsatəti
və Azərbaycan Respublikasının Baş prokuroru
tərəfindən müvafiq səlahiyyət verilmiş
prokurorun təqdimatı əsasında məhkəmə
nəzarətini həyata keçirən məhkəmə
tərəfindən tətbiq edilə bilər.”;
9.2. 495.2-ci maddə aşağıdakı redaksiyada
verilsin:
“495.2. Verilməsi üçün şəxsin
həbsə alınması bu Məcəllənin 157-ci
maddəsində nəzərdə tutulmuş qaydalara uyğun
olaraq həyata keçirilir.”.
9.3. 495.3-cü maddədə “Zəruri” sözü
“Təxirəsalınmaz” sözü ilə əvəz edilsin.
9.4. aşağıdakı məzmunda 495.3-1-ci
maddə əlavə edilsin:
“495.3-1. Rəsmi müraciət alınanadək
şəxsin həbsə alınması barədə xarici
dövlətin sorğu edən səlahiyyətli hakimiyyәt
orqanının vəsatəti olduqda və ya
alınmış rəsmi müraciətə həbsə alma
haqqında qərarın təsdiq edilmiş surəti
əlavə olunmadıqda şəxsin verilməsi
üçün həbsə alınması yalnız onun
verilməsi üçün kifayət qədər ciddi
əsasların mövcudluğunun məlum olduğu hallarda
mümkündür.”;
9.5. 495.5-ci maddədə “həbsə
alınmış” sözləri “tutulmuş” sözü
ilə, “442-454-cü” sözləri “449-451-ci” sözləri
ilə əvəz edilsin;
9.6. Aşağıdakı məzmunda 495.6-cı,
495.7-ci və 495.8-ci maddələr əlavə edilsin:
“495.6. Şəxsin cinayət təqibinin həyata
keçirilməsi məqsədi ilə verilməsi
üçün həbsə alınmasından şikayət
verməsi və ona baxılması ilə bağlı
məsələlər bu Məcəllənin 452-453-cü
maddələrində müəyyən edilmiş qaydada
həyata keçirilir.
495.7. Verilməsi üçün tutulmuş və
həbs edilmiş şəxs, barəsində prosessual
məcburiyyət tədbirləri tətbiq edilən
şəxsin bu Məcəllə ilə müəyyən
edilmiş hüquqlarına malikdir.
495.8. Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq
müqavilələrdə başqa hal nəzərdə
tutulmamışdırsa, verilməsi üçün
şəxsin həbsə alınması müddəti bu
Məcəllənin 158-ci maddəsində nəzərdə
tutulmuş qaydada müəyyən edilir. Bu müddət
şəxsin verilməsinə dair rəsmi müraciətə
əlavə edilmiş həbsə alma haqqında qərarda
nəzərdə tutulan müddətdən çox ola
bilməz. Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq
müqavilələrdə başqa hal nəzərdə
tutulmamışdırsa, verilməsi üçün
şəxsin həbsə alınması müddətinin uzadılması
bu Məcəllənin 159-cu maddəsində nəzərdə
tutulmuş qaydada həyata keçirilir.”.
10. 496-cı maddə üzrə:
10.1. 496.4.3-cü maddənin sonunda nöqtə
işarəsi nöqtəli vergül işarəsi ilə
əvəz edilsin və aşağıdakı məzmunda
496.4.4-cü maddə əlavə edilsin:
“496.4.4. “Cinayət törətmiş
şəxslərin verilməsi (ekstradisiya) haqqında”
Azərbaycan Respublikasının Qanununda nəzərdə
tutulmuş digər hallarda.”;
10.2. 496.5-ci maddə aşağıdakı redaksiyada
verilsin:
“496.5. Şəxsin verilməsi xahişi ilə
müraciət etmiş xarici dövlətin sorğu edən
səlahiyyətli hakimiyyət orqanı şəxsin
verilməsi üçün zəruri məlumatları
təqdim etmədikdə, habelə “Cinayət
törətmiş şəxslərin verilməsi (ekstradisiya)
haqqında” Azərbaycan Respublikasının Qanununda
nəzərdə tutulmuş digər hallarda şəxsin
verilməsindən imtina edilə bilər.”.
11. 497-ci maddə üzrə:
11.1. 497.1-ci maddədə “Bu” sözü “Verilməsi
məqsədi ilə tutulmuş şəxs tutulduğu andan 48
saat müddətində həbs edilmədikdə, yaxud bu”
sözləri ilə, “onun tutulduğu andan 48 saat
müddətində” sözləri “həmin
müddətdə” sözləri ilə əvəz edilsin;
11.2.
497.2-ci maddədə “Bu Məcəllənin 495.1-ci
maddəsinə əsasən verilməsi” sözləri
“Verilməsi” sözü ilə əvəz edilsin, “qəbul
etdikdə” sözlərindən sonra “, yaxud həbs qətimkan
tədbirinin bu Məcəllə ilə müəyyən
edilən müddəti başa çatdıqda və
uzadılmadıqda” sözləri əlavə edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı
şəhəri, 20 oktyabr 2015-ci il
¹ 1395-IVQD