QƏRAR
¹ Q63-001-15
Bakı şəhəri
04 dekabr 2015-ci il
«Daxili işlər orqanlarında
xidmətə qəbul olunmaq üçün
namizədlərlə müsabiqənin keçirilməsi
Qaydaları»nın təsdiq edilməsi barədə»
«Azərbaycan
Respublikasının daxili işlər orqanlarında xidmət
keçmə haqqında Əsasnamə»nin təsdiq
edilməsi barədə» Azərbaycan Respublikası Qanununun
tətbiq edilməsi haqqında» Azərbaycan Respublikası
Prezidentinin 2001-ci il 18 iyul tarixli 535 nömrəli Fərmanının
3-cü hissəsinin üçüncü abzasına uyğun
olaraq daxili işlər orqanlarında xidmətə qəbul
olunmaq üçün namizədlərlə müsabiqənin
keçirilməsi qaydalarını müəyyən etmək
məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin
2001-ci il 30 iyun tarixli 518 nömrəli Fərmanı ilə
təsdiq edilmiş «Azərbaycan Respublikasının Daxili
İşlər Nazirliyi haqqında Əsasnamə»nin 5.6-cı
bəndini rəhbər tutub,
KOLLEGİYA QƏRARA ALIR:
1. «Daxili işlər orqanlarında
xidmətə qəbul olunmaq üçün
namizədlərlə müsabiqənin keçirilməsi
Qaydaları» təsdiq edilsin (əlavə olunur).
2. Qaydaların daxili işlər
orqanlarının kadr aparatlarının
əməkdaşları tərəfindən
öyrənilməsi və xidməti fəaliyyətdə
rəhbər tutulması təmin edilsin.
3. DİN-in 2011-ci il 23 iyun tarixli 400
nömrəli əmri ilə təsdiq edilmiş «Daxili
işlər orqanlarında xidmətə qəbul və
müsabiqənin keçirilməsi qaydaları haqqında
Təlimat» daxili işlər orqanlarında xidmətə
qəbul olunmaq üçün namizədlərlə
müsabiqənin elan edilməsi, keçirilməsi və
yekunlarına dair qərarın qəbul edilməsi
məsələlərini tənzimləyən hissədə
ləğv edilsin.
4. Qərar qəbul edildiyi
gündən 3 gün müddətində Azərbaycan
Respublikasının Hüquqi Aktların Dövlət
Reyestrinə daxil edilməsi üçün Azərbaycan
Respublikasının Ədliyyə Nazirliyinə
göndərilsin.
5. Qərarın icrasına
nəzarət Baş Kadrlar İdarəsinə
tapşırılsın.
6. Qərar respublika daxili
işlər orqanlarında elan edilsin.
|
Kollegiyanın sədri general-polkovnik |
Ramil Usubov |
|
Azərbaycan Respublikası Daxili İşlər
Nazirliyi Kollegiyasının 2015-ci il «04» dekabr tarixli Q63-001-15 nömrəli qərarı ilə təsdiq
edilmişdir |
Daxili işlər
orqanlarında xidmətə qəbul olunmaq üçün
namizədlərlə
müsabiqənin keçirilməsi
1. Ümumi müddəalar
1.1. Bu Qaydalar Azərbaycan
Respublikasının 2001-ci il 29 iyun tarixli 168-IIQ saylı Qanunu
ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının
daxili işlər orqanlarında xidmət keçmə
haqqında Əsasnamə»yə (bundan sonra Əsasnamə)
uyğun hazırlanmışdır və daxili işlər
orqanlarında xidmətə qəbul olunmaq üçün
müsabiqənin elan edilməsi, namizədlərlə
müsabiqənin keçirilməsi və yekunlarına dair
qərarın qəbul edilməsi məsələlərini
tənzimləyir.
1.2. Hər bir namizədin bilik
səviyyəsinin, peşə hazırlığının,
ümumi dünyagörüşünün, daxili işlər
orqanlarında vəzifələrə yararlı və layiqli
olmasının müəyyən edilməsi məqsədi
ilə aşkarlıq şəraitində şəffaf
üsullarla müsabiqə keçirilir.
1.3. Daxili işlər orqanlarında
müvafiq vakant ştat vahidləri olduqda, xidmətə
qəbul ilə əlaqədar kütləvi informasiya
vasitələrində və Azərbaycan Respublikası Daxili
İşlər Nazirliyinin (bundan sonra - Nazirlik) internet
saytında elan verilir.
1.4. Müsabiqəyə elan
olunmuş vəzifələr üçün zəruri olan
peşə-ixtisas biliklərinin minimal səviyyəsinin
standartları “Yaddaş kitabçası” və kütləvi
informasiya vasitələri ilə namizədlərə
çatdırılır, Nazirliyin internet saytında
yerləşdirilir.
Peşə-ixtisas biliklərinin minimal səviyyəsinin
standartlarının hazırlanmasına Nazirliyin aidiyyəti
xidmətlərinin rəhbərləri, müvafiq
sahələrin mütəxəssisləri və alimlər
cəlb olunurlar.
1.5. Daxili işlər orqanlarında
xidmətə qəbul olunmaq üçün müraciət
etmiş şəxslərin sənədləri, həmçinin
onların və yaxın qohumları haqqında məlumatlar
Nazirlik tərəfindən müəyyən edilmiş qaydada
yoxlanılır.
1.6. Bu Qaydaların 1.8-ci
bəndində göstərilən şəxslər istisna
olmaqla, namizədlər sıravi, kiçik, orta və
böyük (polis polkovniki istisna olmaqla) rəis heyəti
vəzifələrində xidmətə müsabiqə
əsasında qəbul edilirlər. Müsabiqə test
imtahanlarından və müsahibədən ibarətdir.
1.7.
Müsabiqəyə Əsasnamənin tələblərinə
cavab verən ali hüquq təhsilli və digər
ixtisasları olan ali, orta-ixtisas, habelə tam orta təhsilli
şəxslər buraxılırlar.
1.8. Aşağıda
göstərilən şəxslər yalnız müsahibə
əsasında xidmətə qəbul olunurlar (test
imtahanlarını keçmədən):
1.8.1. prokurorluqda, digər hüquq
mühafizə və xüsusi xidmət orqanlarında
xüsusi və ya hərbi rütbə nəzərdə
tutulan vəzifələrdə xidmət edənlər
(işləyənlər);
1.8.2. digər dövlət
orqanlarında dövlət qulluğu keçən inzibati
vəzifələri tutanlar;
1.8.3. hüquq sahəsində elmi
dərəcəsi olanlar;
1.8.4. maliyyə, iqtisadi, texniki,
kriminalistika, tibbi, pedaqoji, kargüzarlıq sahələri
üzrə vəzifələrdə xidmətə qəbul
edilənlər.
1.9. Nazirliyin Polis
Akademiyasının məzunları, xarici dövlətlərin
xüsusi təyinatlı təhsil müəssisələrini
bitirmiş Nazirliyin əməkdaşları, eləcə
də daxili işlər orqanlarında xidmətə bərpa
olunan və yaxud yenidən qəbul edilən orta və
böyük rəis heyəti vəzifələrində
işləmiş şəxslər istisna olmaqla, digər ali
təhsil müəssisələrini bitirmiş sıravi
və kiçik rəis heyətindən olan
əməkdaşlar orta və böyük rəis heyəti
vəzifələrində xidmətə qəbul
üçün elan olunmuş müsabiqədə ümumi
əsaslarla iştirak edirlər. Bu halda onların
barəsində aparılan sənədləşmə və
yoxlama, əməkdaşların xidmət üzrə irəli
çəkilməsi halları üçün
nəzərdə tutulmuş qaydada həyata keçirilir.
1.10. Müsabiqədən
keçmiş böyük və orta rəis heyəti
vəzifələrində xidmətə qəbul olunan
şəxslər - Nazirliyin Polis Akademiyasında, sıravi
və kiçik rəis heyəti vəzifələrində
xidmətə qəbul olunan şəxslər - Nazirliyin
A.Heydərov adına Sıravi və Kiçik Rəis
Heyəti Hazırlayan Məktəbində xüsusi kurslara
cəlb edilirlər.
1.11. Naxçıvan Muxtar
Respublikası ərazisində daxili işlər orqanlarında
xidmətə qəbul olunmaq üçün
namizədlərlə müsabiqə bu Qaydalara uyğun olaraq
Naxçıvan Muxtar Respublikasının Daxili
İşlər Nazirliyi tərəfindən həyata keçirilir.
2. Müsabiqə Komissiyaları
2.1. Orta və böyük rəis
heyəti vəzifələrində xidmətə qəbul
olunmaq üçün namizədlərlə müsabiqənin
keçirilməsi məqsədi ilə Nazirlikdə
Azərbaycan Respublikası daxili işlər nazirinin sədrlik
etdiyi 9 nəfərdən ibarət Mərkəzi
Müsabiqə Komissiyası (bundan sonra - Komissiya)
yaradılır. Komissiyanın tərkibi sədr müavini,
məsul katib və digər üzvlərdən ibarət
olmaqla Azərbaycan Respublikasının daxili işlər naziri
tərəfindən təsdiq edilir.
2.2. Komissiya üzvlərinin
səlahiyyət müddəti 5 ildir. Səlahiyyət
müddəti bitmiş üzvlər yenidən komissiyanın
tərkibinə daxil edilə bilərlər.
2.3. Komissiyanın işinə
nüfuzlu hüquqşünaslar, alimlər və digər
mütəxəssislər cəlb edilə bilərlər.
2.4. Komissiyanın üzvləri
başqa vəzifəyə keçirildikdə, Azərbaycan
Respublikasının daxili işlər naziri
tərəfindən onların səlahiyyətlərinə
vaxtından əvvəl xitam verilməsi məsələsi
həll olunur.
2.5. Səlahiyyətlərinə
vaxtından əvvəl xitam verilmiş komissiya
üzvünün yerinə yeni üzv onun səlahiyyət
müddətinin qalmış hissəsinə bu Qaydaların
2.1-ci bəndinə uyğun olaraq təyin edilir.
2.6. Komissiya öz fəaliyyətini
iclaslar vasitəsi ilə həyata keçirir.
2.7. Komissiyanın iclasları
üzvlərinin yarısından çoxu iştirak etdikdə
səlahiyyətlidir. İclasların vaxtı, yeri və
müzakirəyə çıxarılan məsələlər
barədə komissiya üzvlərinə qabaqcadan məlumat
verilir.
2.8. Sədr olmadıqda
komissiyanın iclaslarına sədr müavini, o, olmadıqda
isə komissiya üzvlərindən biri sədrlik edir.
2.9. Komissiyanın iclaslarında
baxılan məsələlər üzrə qərarlar
açıq səsvermə və səs çoxluğu
ilə qəbul edilir. Sədr sonuncu səs verir və
səslər bərabər olduqda, onun səsi həlledicidir.
Qərarlar iclaslarda iştirak edən bütün komissiya
üzvləri tərəfindən imzalanır. Komissiya
üzvünün xüsusi rəyi olduqda, rəy qərara
əlavə edilir.
2.10. Komissiyanın işinə
qanunsuz müdaxilə yolverilməzdir.
2.11. Kadr xidməti olmayan Nazirliyin
aparatının qurumlarında və bilavasitə
tabeliyindəki strukturlarında sıravi və kiçik
rəis heyəti üzrə vakant olan vəzifələrə
xidmətə qəbul üçün müsabiqə Komissiya
tərəfindən təşkil olunur.
2.12. Nazirliyin tədris
müəssisələrində, nizami polis
hissələrində və ərazi orqanlarında vakant olan
sıravi və kiçik rəis heyəti
vəzifələrində xidmətə qəbul
üçün müsabiqə həmin orqanlar
tərəfindən elan olunur və keçirilir. Bu
məqsədlə müsabiqə elan olunmuş orqanda bu
orqanın rəisinin sədrliyi ilə azı 5
nəfərdən ibarət Yerli Müsabiqə Komissiyası
yaradılır (bundan sonra - Yerli Komissiya).
2.13. Yerli Komissiya orqan rəisinin
əmri ilə 3 il müddətinə yaradılır. Yerli
Komissiyanın fəaliyyəti sədr tərəfindən bu
Qaydaların 2.3-2.10-cu bəndlərinə uyğun təşkil
olunur.
3. Sənədlərin qəbulu
3.1. Orta və böyük rəis
heyəti vəzifələrində xidmətə qəbulla
bağlı müsabiqədə iştirak etmək
istəyən şəxslər elanda göstərilmiş
müddətlərdə Nazirliyə müraciət
edərək aşağıdakı sənədləri təqdim
edirlər:
3.1.1.
şəxsi ərizə (2 nömrəli əlavə)
3.1.2. şəxsiyyət
vəsiqəsinin surəti;
3.1.3. əmək
kitabçasının notarial qaydada və ya kadrlar xidməti
tərəfindən təsdiq olunmuş surəti (ilk
dəfə əmək fəaliyyətinə başlayanlar
istisna olmaqla);
3.1.4. hərbi bilet (qadınlar
istisna olmaqla);
3.1.5. ali təhsil haqqında
sənədin (diplomun) notarial qaydada təsdiq olunmuş
surəti (xarici dövlətlərin ali
təhsilə aid kvalifikasiyaları Azərbaycan
Respublikasında tanınmaqla);[1]
3.1.6. 9x12 sm ölçüdə 4
ədəd, 3x4 sm ölçüdə 2 ədəd
rəngli fotoşəkil.
3.1.7. tərcümeyi-hal (3 nömrəli
əlavə);
3.1.8. yaxın qohumları və
himayəsində olan şəxslərin anadan olduğu, iş
(təhsil) və yaşayış yeri haqqında məlumatlar
(4 nömrəli əlavə).
3.2. Müsabiqədə iştirak
etmək üçün müraciət və
sənədlər elektron qaydada da qəbul olunur. Elektron qaydada
qəbulun prosedurları Nazirliyin Kollegiyasının 2012-ci il
30 noyabr tarixli Q67-001-12 nömrəli qərarı ilə
təsdiq edilmiş «Daxili işlər orqanlarında
xidmətə qəbul üçün müraciətin və
sənədlərin qəbulu üzrə inzibati reqlament»lə
müəyyən edilir.
3.3. Komissiyaya müraciət
etmiş hər bir şəxs barədə müvafiq qeydiyyat
aparılır (1 nömrəli
əlavə).
3.4. Ərizələrin qəbulu
müvafiq kadrlar xidməti tərəfindən aparılır.
Sənədlərin tamlığı, onların namizədin
ərizəsində əks olunan məlumatlara uyğunluğu
müəyyən edildikdən sonra ərizələrin
qəbulu jurnalında qeydiyyata alınır.
3.5. Natamam və ya bu qaydalara
uyğun olmayan sənədlər qəbul edilmir və
ərizəçiyə aşkar olunmuş
çatışmazlıqlar izah edilir.
Çatışmazlıqlar aradan qaldırıldıqdan sonra
sənədlər ərizələrin qəbulu
üçün müəyyən edilmiş müddət
çərçivəsində yenidən təqdim oluna
bilər.
3.6. Daxili işlər orqanlarında
xidmətə qəbul edilmək üçün
qanunvericiliklə müəyyən edilmiş
şərtlərə cavab verməyən, habelə
bilərəkdən yanlış məlumatlar vermiş
namizədlər müsabiqədən kənarlaşdırılır
və bu barədə yazılı
məlumatlandırılır.
3.7. Ərizələrin qəbul
müddəti başa çatdıqdan sonra təqdim olunan
sənədlər (göstərilən müddət
üçün poçtla göndərilən sənədlər
istisna olmaqla) qəbul edilmir.
3.8. Müraciət edənin daxili
işlər orqanlarında xidmətə qəbul edilməsinin
mümkün olub-olmaması, müraciətin daxil olduğu
gündən bir ay müddətində qanunvericiliklə
müəyyən edilmiş qaydada yoxlanılır.
Namizədin təklif olunan vəzifələr üzrə
xidmətə yararlı olması müəyyən
edildikdə, o, müsabiqəyə buraxılmış
namizədlərin ümumi siyahısına daxil edilir (5
nömrəli əlavə).
3.9. Siyahıya salınmış
hər bir namizədə eyniləşdirmə kodu verilir.
Şəxsi eyniləşdirmə kodu rəqəmlə
ifadə olunur və anonimliyin qorunmasına xidmət edir.
3.10. İmtahana 2 gün
qalmış hər bir namizədə onun fotoşəkli olan
“İmtahana buraxılış vərəqəsi” verilir.
“İmtahana buraxılış vərəqəsi”ndə
namizədin şəxsi eyniləşdirmə kodu, imtahan
keçirilən ünvan, gün, saat, auditoriya, auditoriyada
sıra və yer nömrəsi göstərilir. İmtahanda
yalnız şəxsi eyniləşdirmə kodundan istifadə
olunur. “İmtahana buraxılış
vərəqəsi”ndə namizədin adı və
şəxsiyyətini müəyyən edən digər
məlumatlar yazılır.
3.11. Namizədlərin “İmtahana
buraxılış vərəqəsi”ni və
şəxsiyyət vəsiqəsini imtahana gətirməsi
mütləqdir. Göstərilən sənədlərdən
biri olmadıqda namizəd imtahana buraxılmır. “İmtahana
buraxılış vərəqəsi”ni itirmiş yaxud onda
düzəliş etmiş şəxs imtahana buraxılmır
və həmin şəxsə yeni “İmtahana
buraxılış vərəqəsi” verilmir.
3.12. Sıravi və kiçik
rəis heyəti vəzifələrində xidmətə
qəbulla bağlı müsabiqədə iştirak etmək
istəyən şəxslər bu Qaydaların 3.1-ci
bəndində göstərilən sənədləri
müsabiqə elan edilən gündən etibarən 30 gün
müddətində müsabiqə elan etmiş orqana təqdim
edirlər. Müraciət edənin daxili işlər
orqanlarında xidmətə qəbul edilməsinin
mümkün olub-olmaması, müraciətin daxil olduğu
gündən bir ay müddətində qanunvericiliklə
müəyyən edilmiş qaydada yoxlanılır.
Təqdim olunmuş
sənədlər müəyyən edilmiş
tələblərə uyğun olmadıqda müraciət
qəbul edilmir. Sənədlərdə yanlış məlumatlar
aşkar edildikdə həmin namizəd müsabiqəyə
buraxılmır və bu barədə ona yazılı
məlumat verilir. Təqdim olunan sənədlər
müəyyən edilmiş tələblərə uyğun
olduqda ərizələrin qəbulu jurnalında qeydiyyat aparılır.
Ərizə qeydiyyata alınır
və namizədin xidmətə
yararlılığının qabaqcadan müəyyən
edilməsi məqsədilə sənədləşdirmə
aparılaraq zəruri yoxlamalar keçirilir. Namizədin
təklif olunan vəzifələr üzrə xidmətə
yararlı olması təsdiqləndikdə, o,
müsabiqəyə buraxılmış namizədlərin
ümumi siyahısına (5 nömrəli əlavə) daxil
edilir.
4. Müsabiqənin keçirilməsi
4.1. Orta və böyük rəis
heyəti vəzifələrində xidmətə qəbulla
bağlı test imtahanının keçirilməsi:
4.1.1. İmtahan 100 sualdan
ibarətdir və 3 (üç) saat müddətində
fasilə verilmədən keçirilir.
4.1.2. İmtahan suallarının
hazırlanmasında istifadə edilmiş ədəbiyyat
və normativ hüquqi aktların siyahısı “Yaddaş
kitabçası” və kütləvi informasiya
vasitələri ilə namizədlərə
çatdırılır, Nazirliyin internet saytında
yerləşdirilir.
4.1.3. Komissiya tərəfindən
imtahana salınan suallar konfidensiallıq təmin
edilməklə toplu şəklində hazırlanır.
Hazırlanmış topluda sualların sayı imtahanda
istifadə edilə biləcək sualların sayından ən
azı 10 dəfə çox olmalı və hər bir
növbəti müsabiqə üçün onların
azı 25 faizi təzələnməlidir.
4.1.4. İmtahan suallarının
toplusunun hazırlanmasına Nazirliyin aidiyyəti
xidmətlərinin rəhbərləri, müvafiq
sahələrin mütəxəssisləri və alimlər
cəlb olunurlar.
4.1.5. Suallar toplusu Komissiyanın
qapalı iclasında baxılıb təsdiq edilir və
zərfə qoyulub möhürlənməklə xüsusi
yerdə saxlanılır. Komissiya, həmçinin imtahan
suallarına düzgün cavabların siyahısını
hazırlayır və onun konfidensiallığını
təmin edir.
4.1.6. Suallar toplusu ayrıca
kitabça şəkilində çap edilib imtahana ən
azı 10 gün qalmış yayımlanır.
4.1.7. İmtahana 2 gün
qalmış Komissiya tərəfindən konfidensiallıq
təmin edilməklə suallar toplusundan
aşağıdakı şərtlər daxilində imtahana
düşəcək suallar seçilir:
4.1.7.1. Ali hüquq təhsilli
namizədlər üçün:
- ali hüquq təhsili
proqramına, daxili işlər orqanlarının
fəaliyyətini tənzimləyən qanunvericiliyə, insan
hüquq və azadlıqlarına dair beynəlxalq normalara aid
sahələr üzrə 80 sual;
- namizədlərin şəxsi
keyfiyyətlərinin, o cümlədən intellektual
səviyyəsinin və dünyagörüşünün
qiymətləndirilməsinə imkan verən sahələr
üzrə 20 sual.
4.1.7.2. Ali pedaqoji təhsilli
namizədlər üçün:
- insan hüquq və
azadlıqlarına dair və daxili işlər
orqanlarının fəaliyyətini tənzimləyən
qanunvericiliyə aid sahələr üzrə 30 sual;
- ali pedaqoji təhsil proqramına
aid sahələr üzrə 50 sual;
- namizədlərin şəxsi
keyfiyyətlərinin, o cümlədən ümumi intellektual
səviyyəsinin və dünyagörüşünün
qiymətləndirilməsinə imkan verən sahələr
üzrə 20 sual.
4.1.8. İmtahanda istifadə olunacaq
suallar namizədlərin sayına görə sual
kitabçası şəklində çoxaldılır,
ayrıca zərflərə qoyularaq üzərində
qeydlər edilir, möhürlənir və xüsusi yerdə
saxlanılır.
4.1.9. İmtahanın
müəyyən edilmiş qaydalarda keçirilməsini
təmin etmək məqsədi ilə imtahan rəhbəri
və nəzarətçiləri təyin olunurlar. İmtahan nəzarətçilərinin
sayı hər auditoriya üzrə iki nəfərdən az
olmamalıdır. İmtahanı müşahidə
etməyə beynəlxalq, hökumət və
qeyri-hökumət təşkilatlarının, kütləvi
informasiya vasitələrinin nümayəndələri
dəvət edilə bilər.
4.1.10. İmtahanın
başlamasına bir saat qalmış zərflər
namizədlərə verilmək üçün imtahan
rəhbərinə verilir.
4.1.11. Namizədlər imtahanın
başlanmasına azı bir saat qalmış imtahan
verəcəkləri binanın qarşısına
gəlməlidirlər.
4.1.12. İmtahana gəlmiş
namizəd binanın giriş hissəsində “İmtahana
buraxılış vərəqəsi”ni və
ºəxsiyyət vəsiqəsini mühafizə
işçisinə təqdim edib binaya daxil olmalı və
“İmtahana buraxılış vərəqəsi”ndə göstərilən
auditoriyada öz yerini tutmalıdır.
4.1.13. Hər bir masa arxasında bir
namizəd əyləşir. Namizədlər auditoriyalarda
öz yerlərini tutduqdan sonra, imtahanın başlanmasına
15 dəqiqə qalmış imtahan rəhbəri
nəzarətçi və müşahidəçi ilə
birlikdə cavab kartı zərfinin möhürünü
açır, cavab kartını namizədlərə
paylayır və onları doldurmaq qaydalarını izah edir.
Sonra isə sual kitabçası paylanır. Sual
kitabçasının bir neçə variantı olduqda
kitabça namizədlərə növbəlilik qaydasında
müxtəlif variantlarda paylanır. Hər auditoriyada
imtahanın başlanma vaxtı sual kitabçası
paylanıb qurtardığı andan hesablanır.
4.1.14. Cavab kartında düzgün
cavabın yerləşdiyi hərfli dairə qara və ya
tünd göy rəngdə yazan diyircəkli
qələmlə doldurulmalıdır. Korlanmış cavab kartı
dəyişdirilmir. Bir suala aid olan bir neçə dairə qaralanarsa,
həmin cavab etibarsız sayılır və ümumi
nəticəyə hesablanmır. Suallara verilən səhv
cavabların düzgün cavablara mənfi təsiri yoxdur. Cavab
kartı onu doldurmuş şəxs tərəfindən
imzalanmalıdır.
4.1.15. İmtahan qurtardıqdan sonra
namizəd sual kitabçasını və cavab kartını
imtahan nəzarətçilərinə təhvil verməli
və auditoriyanı tərk etməlidir.
4.1.16. İmtahanın başa
çatması barədə protokol tərtib edilir. Həmin
protokol nəzarətçilər və iki nəfər
namizəd tərəfindən imzalanır. Protokol və cavab
kartları zərfə qoyulur, möhürlənir, imtahan
rəhbərinə təqdim edilir və o,
möhürlənmiş zərfi aidiyyəti üzrə verir.
4.1.17. Namizəd imtahanın
keçirilmə qaydalarını pozduqda, o cümlədən
saxta sənədlər təqdim etdikdə,
köçürməyə yol verdikdə, imtahana rabitə
vasitəsi gətirdikdə, imtahana öz yerinə
başqasını göndərdikdə, yaxud imtahan
qaydalarına zidd hərəkətlərə və digər
saxtakarlıqlara yol verdikdə imtahanın rəhbəri və
nəzarətçi bu barədə akt tərtib edir və
namizəd imtahandan kənarlaşdırılır. Onun imtahan
nəticələri komissiya tərəfindən ləğv
edilir.
4.1.18. Komissiya tərəfindən
cavab kartlarının yoxlanılması və balların
hesablanması müvafiq mütəxəssislər cəlb
edilməklə avtomatlaşdırılmış rejimdə
elektron hesablayıcı maşınlar vasitəsilə
həyata keçirilir. Möhürlənmiş cavab kartları
ilə yanaşı, imtahan suallarına düzgün
cavabların siyahısı cəlb edilmiş
mütəxəssislərə təqdim edilir.
4.1.19. Test imtahanında hər
düz cavab 1 balla qiymətləndirilir. Suala düzgün
olmayan cavab və ya sualın cavabsız saxlanması “
4.1.20. Cavab kartlarının
yoxlanılması qurtardıqdan sonra imtahanın
nəticələri komissiyanın sədrinə təqdim
edilir. Nəticələr namizədlərə qısa
müddətdə elan olunur. Hər namizədə onun
xahişi ilə topladığı ballara dair arayış
verilir.
4.1.21. İmtahanın
nəticələrindən narazı qalan namizəd bu
barədə nəticənin ona elan olunduğu vaxtdan 5 gün
müddətində komissiyaya müraciət edə bilər.
Komissiya aidiyyəti mütəxəssislərlə birlikdə
şikayətçinin cavab kartını və
arayışı ərizəçinin iştirakı ilə
araşdırır və ona müvafiq izah verir.
4.1.22. Cavab kartının
yoxlanılması düzgün həyata
keçirilməmişdirsə, şikayətçiyə
əsaslandırılmış məlumat verilir.
Araşdırma nəticəsində namizədin keçid
balı topladığı müəyyən edilərsə,
komissiya onun müsahibəyə buraxılması
məsələsini həll edir.
4.1.23. Komissiya imtahanın
keçirildiyi gündən iki il müddətində cavab
kartlarının saxlanılmasını təmin edir.
4.1.24. Test imtahanlarında iştirak
etməmiş namizədlər müsabiqəyə
buraxılmır.
Üzürsüz
səbəbdən test imtahanlarında iştirak etməmiş
namizədlərin daxili işlər orqanlarında
xidmətə qəbulu rədd edilir. Sonrakı
müsabiqələrdə onlar ümumi qaydada iştirak
edirlər.
4.1.25. Üzürlü
səbəbdən test imtahanlarında iştirak etməmiş
namizədlər 1 il müddətində xidmətə
qəbula namizəd kimi ehtiyatda saxlanılırlar. Göstərilən
müddətdə yeni müsabiqə elan edildikdə, həmin
şəxslərdən bu Qaydaların 3.1-ci bəndində
göstərilən sənədlər tələb olunmur. Yeni
müsabiqəyədək 6 aydan çox vaxt keçdikdə
namizədin yoxlanılması zamanı Daxili İşlər Nazirliyinin və
Dövlət Təhlükəsizliyi Xidmətinin əməliyyat-sorğu qeydiyyatları üzrə
alınmış cavablar və xüsusi həkim komissiyasının
rəyi (arayışı) təzələnməlidir.
4.1.26. Orta və böyük
rəis heyəti vəzifələrində xidmətə
qəbulla bağlı test imtahanın müəyyən
olunmuş qaydada keçirilməsini təmin etmək məqsədilə
digər müvafiq dövlət qurumları cəlb oluna
bilərlər.
4.2. Sıravi və kiçik
rəis heyəti vəzifələrində xidmətə
qəbulla bağlı test imtahanının
keçirilməsi:
4.2.1. Sıravi və kiçik
rəis heyəti vəzifələrində xidmətə
qəbula namizədlər ilə test imtahanlarının
keçirilməsi üçün Yerli Komissiya tərəfindən
mütəxəssislər də cəlb edilməklə,
müxtəlif mövzuları, o cümlədən hüquq,
dövlət quruculuğu, dil, ədəbiyyat, tarix,
siyasət, iqtisadiyyat və digər sahələri, yerli
əhəmiyyətli problemləri əhatə edən 60
sualdan ibarət «test imtahan vərəqəsi» (bundan sonra -
test) hazırlanır (6 nömrəli əlavə).
4.2.2. Testlərin tərtib
edilməsində Komissiya tərəfindən
hazırlanmış suallar toplusundan istifadə edilir.
4.2.3. Yeni testlər
hazırlanarkən əvvəlki testlərdə olan
sualların 25%-ə qədəri istifadə oluna bilər.
4.2.4. Hər bir test sualında
yalnız biri düzgün olan dörd cavab variantı
təklif olunur. Test imtahanı verən namizəd sualların
cavablandırılması üçün düzgün hesab
etdiyi cavabın nömrəsini çevrəyə almaqla,
üstündən çarpazlaşan xətlər
çəkməklə, yaxud digər formada nişanlayır.
Testlərin hər bir sualının düzgün cavabı 1
balla qiymətləndirilir.
4.2.5. Test imtahanlarının
nəticələri toplanılmış balların
cəminə görə qiymətləndirilir.
4.2.6. Test imtahanlarının
məqbul qiymətləndirilməsi üçün
namizəd tərəfindən azı 31 bal toplanmalıdır.
4.2.7. Testlər yoxlanıldıqdan
və ballar cəmləndikdən sonra bu barədə test
imtahan vərəqəsində qeyd edilir və Yerli Komissiya
üzvləri tərəfindən imza edilməklə
təsdiqlənir.
4.2.8. Test imtahanlarının
keçirilməsi üçün 90 dəqiqə vaxt ayrılır.
Test imtahanlarının keçirilməsi qaydalarının
izahına, testlərin paylanılmasına və s. texniki
məsələlərə sərf edilən vaxt imtahanın keçirilməsi
üçün müəyyən olunmuş
müddətə aid edilmir.
4.2.9. Test imtahanlarının
keçirilməsinin vaxtı və yeri, eləcə də
ümumi qaydaları və prinsipləri namizədlərə
azı 5 gün əvvəldən bildirilir.
4.2.10. Namizəd imtahanın
keçirilmə qaydalarını pozduqda, o cümlədən
saxta sənədlər təqdim etdikdə,
köçürməyə yol verdikdə, imtahana rabitə
vasitəsi gətirdikdə, imtahana öz yerinə
başqasını göndərdikdə, yaxud imtahan
qaydalarına zidd hərəkətlərə və digər
saxtakarlıqlara yol verdikdə Yerli Komissiya
tərəfindən imtahandan kənarlaşdırılır.
4.2.11. Test imtahanlarında iştirak
etməmiş namizədlər müsabiqəyə
buraxılmır.
Üzürsüz səbəbdən
test imtahanlarında iştirak etməmiş namizədlərin
daxili işlər orqanlarında xidmətə qəbulu
rədd edilir. Sonrakı müsabiqələrdə onlar
ümumi qaydada iştirak edirlər.
4.2.12. Üzürlü
səbəbdən test imtahanlarında iştirak etməmiş
namizədlər 1 il müddətində xidmətə
qəbula namizəd kimi ehtiyatda saxlanılırlar.
Göstərilən müddətdə yeni müsabiqə elan
edildikdə, həmin şəxslərdən bu Qaydaların
3.1-ci bəndində göstərilən sənədlər
tələb olunmur. Yeni müsabiqəyədək 6 aydan
çox vaxt keçdikdə namizədin yoxlanılması zamanı
Daxili İşlər Nazirliyinin və Dövlət
Təhlükəsizliyi Xidmətinin
əməliyyat-sorğu qeydiyyatları üzrə
alınmış cavablar və xüsusi həkim
komissiyasının rəyi (arayışı)
təzələnməlidir.[2]
4.2.13. Test imtahan vərəqəsi
namizədin bu Qaydaların 3.1-ci bəndində
göstərilən sənədlərinə əlavə
olunur.
4.2.14. İmtahanın
nəticələrindən narazı qalan namizəd bu
barədə nəticənin ona elan olunduğu vaxtdan 5 gün
müddətində Yerli Komissiyaya müraciət edə bilər.
Yerli Komissiya şikayətçinin test imtahan
vərəqəsini ərizəçinin iştirakı
ilə araşdırır və ona müvafiq izah verir.
4.2.15. Test imtahan
vərəqəsinin yoxlanılması düzgün həyata
keçirilməmişdirsə, şikayətçiyə
əsaslandırılmış məlumat verilir. Araşdırma
nəticəsində namizədin keçid balı topladığı
müəyyən edilərsə, Yerli Komissiya onun
müsahibəyə buraxılması məsələsini
həll edir.
5. Müsahibənin keçirilməsi
5.1. Orta və böyük rəis
heyəti vəzifələrində xidmətə qəbulla
bağlı müsahibənin keçirilməsi:
5.1.1. Namizədlərin daxili
işlər orqanlarında xidmət keçmək
üçün zəruri keyfiyyətlərə malik
olmasını müəyyən etmək məqsədi ilə
test imtahanından keçid balı toplamış
şəxslərlə Komissiya tərəfindən
müsahibə keçirilir. Müsahibənin
keçirilməsinə Nazirliyinin aparatının struktur
qurumlarının rəisləri və
mütəxəssislər cəlb edilə bilərlər.
5.1.2. Müsahibənin
keçirildiyi yer və vaxt barədə namizədlərə
əvvəlcədən məlumat verilir. Müsahibəyə
gələnlər özləri ilə şəxsiyyət
vəsiqəsini gətirməlidirlər.
5.1.3. Müsahibə başlanarkən
namizədlərin siyahısını elan olunur.
Müsahibə aparan şəxs namizədlə yaxın
qohumluq və ya şəxsi münasibətdə olduqda, o,
həmin namizədlə müsahibədə iştirak etmir.
Kifayətedici əsaslar olduqda, namizəd, müsahibə
başlamazdan əvvəl müsahibə aparanlardan hər
hansı birinə etiraz edə bilər. Etirazın qəbul
və ya rədd edilməsini
Komissiyanın sədri həll edir.
5.1.4. Namizədlərlə
müsahibə fərdi qaydada aparılır və 30
dəqiqəyədək davam edir.
5.1.5. Müsahibə zamanı
hər namizədə 5 sual verilir və namizədin
aşağıdakı xüsusiyyətləri
qiymətləndirilir:
5.1.5.1. səliqəliliyi, etik
normalara riayət etməsi, ünsiyyət yaratmaq,
özünü təqdimetmə bacarığı,
təmkinliliyi, fikir və rəyini ifadə etmək qabiliyyəti;
5.1.5.2. xidməti
vəzifələrin yerinə yetirilməsi zamanı
Azərbaycan Respublikasının Konstitusiyasını,
Azərbaycan Respublikasının Qanunlarını,
Azərbaycan Respublikası Prezidentinin fərman və
sərəncamlarını, Azərbaycan Respublikası
Nazirlər Kabinetinin qərar və sərəncamlarını
və digər normativ hüquqi aktları tətbiq etmək
üçün biliyi və bacarığı, o
cümlədən təhsil səviyyəsi, peşə
nailiyyətləri, xarici dilləri bilməsi, kompüterdə
işləmək bacarığı və səviyyəsi;
5.1.5.3.
təşəbbüskarlığı, analitik
düşünmək qabiliyyəti, hadisələri obyektiv
qiymətləndirmək, problemlərin həlli ilə
bağlı qərar çıxarmaq bacarığı.
5.1.6.
Müsahibə zamanı namizədin verdiyi hər bir cavab
Komissiyanın üzvü tərəfindən
ayrı-ayrılıqda 0, 1, 2, 3, 4 və 5 ballardan biri ilə
qiymətləndirilir və sonra komissiya üzvlərinin verdiyi
ballar toplanaraq müsahibədə iştirak edən komissiya
üzvlərinin sayına bölünür.
5.1.7. Müsahibənin
nəticəsi üzrə ən çox 25 bal toplamaq
mümkündür.
5.1.8. Müsahibənin
nəticələri üzrə namizəd mümkün
balın 60 faizini topladıqda müsahibədən
müvəffəqiyyətlə keçmiş hesab olunur.
5.1.9. Komissiya üzvləri
arasında müsahibə ilə bağlı fikir
mübadiləsi keçirilə bilər. Suallar və cavablar
komissiyanın üzvləri tərəfindən bal cədvəlinə
yazılır və qiymətləndirilərək
komissiyanın sədrinə təqdim edilir.
5.1.10. Hər namizədə onun
xahişi ilə topladığı ballara dair arayış
verilir.
5.1.11. Müsahibənin gedişi
protokolla rəsmiləşdirilir. Protokolda namizədə
verilmiş bütün suallar və onların cavabları qeyd
edilir.
5.1.12. Müsahibənin
nəticəsi üzrə qərar bu Qaydaların 2.9-cu
bəndinin tələblərinə əməl
edilməklə qəbul edilir.
5.1.13. Müsahibədə
namizədin yaxınları və digər şəxslər
müşahidəçi kimi
iştirak edə bilərlər.
5.2. Sıravi və kiçik
rəis heyəti vəzifələrində xidmətə
qəbulla bağlı test imtahanlarında keçid balı
toplamış namizədlərlə müsahibə Yerli
Komissiya tərəfindən bu Qaydaların 5.1-ci bəndinə
əsasən keçirilir.
6. Müsabiqənin yekunlaşdırılması,
nəticələrinə dair
qərarın qəbul edilməsi
6.1. Müsabiqənin
nəticələri namizədin test imtahanında və
müsahibədə topladığı balların
cəmlənməsi yolu ilə müəyyən edilir.
Müsabiqə başa çatdıqdan sonra, müsbət
nəticə əldə etmiş namizədlərin
topladığı balların çoxdan aza doğru
göstərilən siyahısı tərtib edilir.
6.2. Müsabiqədə eyni
keçid balı toplamış şəxslərdən -
daxili işlər orqanları əməkdaşlarına, ictimai
asayişin qorunmasında 2 il ərzində polis orqanı
ilə əməkdaşlıq etmiş
şəxslərə, təhsil üzrə
magistr ali elmi ixtisas dərəcəsinə malik olanlara,
dövlət mükafatları ilə təltif
edilənlərə, xarici dilləri mükəmməl
bilənlərə, kompüterdə işləməyi
bacaranlara, idmançılara üstünlük verilir və bu
xüsusat tərtib olunmuş siyahıda qeyd olunur.[3]
6.3. Müsabiqənin qalibləri -
siyahı üzrə birinci namizəddən başlayaraq
sıra ardıcıllığı ilə,
müsabiqəyə elan olunmuş vakant vəzifələrin
sayına uyğun namizəd ayrılmaqla müəyyən edilir.
Siyahı üzrə sonuncu yerdə olan namizədlə eyni
miqdarda bal toplamış, lakin bu Qaydaların 6.2-ci
bəndində göstərilmiş xüsusatlar
baxımından müsabiqənin qalibləri sırasına
daxil edilməmiş namizədlər Nazirliyin kadr ehtiyatına
götürülür və müsabiqə tam başa çatdıqdan
sonra gələcəkdə vakant vəzifələr
yarandıqda onların xidmətə qəbulu
məsələsinə baxılır. Müsabiqənin qalibləri
sırasına daxil edilməmiş digər namizədlər
xidmətə qəbul edilmirlər.
6.4. Müsabiqənin
nəticələrinə görə xidmətə qəbul
olunması tövsiyə edilmiş namizədlər
Azərbaycan Respublikasının daxili işlər naziri
tərəfindən vakant vəzifələrə təyin
edilir.
6.5. Xidmətə qəbul
edilmiş namizədlərə xüsusi rütbə verilir
və onlar ilkin hazırlıq kursuna göndərilirlər.
6.6. Müsabiqədə eyni
keçid balı toplayan namizədlərin sayı daxili
işlər orqanlarında vakant ştatların sayından
artıq olduqda bu Qaydaların 6.2-ci bəndinə əsasən
xidmətə qəbul edilməsi barədə qərar
qəbul edilməyən namizəd ehtiyat kadr siyahısına
daxil edilir və müvafiq ştat üzrə il ərzində
vakant yer yarandıqda həmin vəzifəyə təyin
edilir.
6.7. Səbəbindən
asılı olmayaraq müsabiqənin hər hansı
mərhələsində iştirak etməyən namizədin
müsabiqədə sonrakı iştirakı
dayandırılır və o, bu barədə yazılı
məlumatlandırılır.
6.8. Müsabiqəyə elan
olunmuş vakant vəzifələrdən birini tutmaqdan imtina
edən namizədin xidmətə qəbulu rədd edilir və
müsabiqənin qaliblərinin siyahısı
müsabiqədən müvəffəqiyyətlə
keçmiş namizədlərin hesabına sıra
ardıcıllığı ilə
genişləndirilməklə vəzifələr
komplektləşdirilir.
6.9. Müsabiqənin
nəticələri üzrə xidmətə qəbulu
rədd edilmiş namizədlərə bu barədə
məlumat verilir. Həmin namizədlər Nazirlik
tərəfindən elan olunan sonrakı
müsabiqələrdə ümumi əsaslarla iştirak
edə bilərlər.
6.10. Orta və böyük rəis
heyəti vəzifələrində xidmətə qəbul
üzrə müsabiqə başa çatdıqdan sonra 5
gündən gec olmayaraq müsabiqənin nəticələri
elan olunur və Nazirliyin mətbu orqanlarında dərc edilir,
həmçinin internet saytında yerləşdirilir.
6.11. Hüquq sahəsi üzrə
elmi dərəcəsi olanların xidmətə qəbulu,
habelə sıravi və kiçik, orta və böyük
rəis heyəti vəzifələrində xidmət edən əməkdaşların
qeyri-hüquq ixtisası üzrə mütəxəssis
tələb olunan vəzifələrə irəli
çəkilməsi müsahibə yolu ilə aparılır.
Müsahibədə iştirak etmək istəyən
şəxsin təqdim etdiyi sənədlər mövcud
tələblərə uyğun gəldikdə onlara
müəyyən olunmuş nümunə üzrə ərizə
yazmaq təklif olunur (7 nömrəli əlavə).
Mütəxəssis vəzifələrində xidmət
edən əməkdaş işlədiyi sahə üzrə
ali təhsilin müxtəlif pillələrində ixtisas
dərəcəsinin artırılmasına
göndərilə bilər.
Bu Qaydalar Nazirliyin konfidensial
əsaslarla (tam məxfi) fəaliyyət göstərən
qurumlarında xidmətə qəbula şamil edilmir və
müvafiq məsələ daxili işlər nazirinin
müstəsna səlahiyyətinə aid edilir.
6.12. Sıravi və kiçik
rəis heyəti vəzifələrində xidmətə
qəbulla bağlı müsahibə başa çatdıqdan
sonra Yerli Komissiya tərəfindən namizədlərin
öyrənilməsinə və yoxlanılmasına dair
materiallar, onların test imtahanlarında topladıqları
ballar, eləcə də müsahibənin nəticələri
müzakirə edilərək qiymətləndirilir və
səs çoxluğu ilə müsabiqənin qalibi
(qalibləri) elan edilir.
Səslər bərabər olduqda
yekun qərar Yerli Komissiyanın sədri tərəfindən
qəbul edilir və protokollaşdırılır.
Xidmətə qəbulla bağlı, o cümlədən
müsabiqənin keçirilməsi prosesində
toplanmış sənədlər şəxsi iş
şəklində formalaşdırılır (tikilir).
6.13. Müsabiqənin
keçirilməsi ilə bağlı bütün
xərclər dövlət büdcəsi hesabına
ödənilir.
DİN-in Baş Kadrlar İdarəsi
DİN-in «04» dekabr 2015-ci
il tarixli Q63-001-15 ¹-li qərarı ilə təsdiq olunmuş
Qaydalara
1 nömrəli
əlavə
|
Daxili işlər orqanlarında
xidmətə qəbul üzrə müsabiqədə
iştiraka dair
QEYDİYYATI JURNALI
|
Sıra ¹-si |
Namizədin
soyadı, adı, atasının adı |
Anadan olduğu,
gün, ay, il, yer və boy həddi |
Qeydiyyatda
olduğu /faktiki yaşadığı / ünvan,
əlaqə telefonları |
Nə vaxt,
hansı təhsil müəssisəsini bitirib, ixtisası |
Qeyd |
|
1 |
2 |
3 |
4 |
5 |
6 |
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
DİN-in «04» dekabr 2015-ci il tarixli Q63-001-15 ¹-li qərarı ilə təsdiq
olunmuş Qaydalara 2 nömrəli əlavə
Ə R
İ Z Ə
Daxili işlər orqanlarında
(sıravi və kiçik) rəis heyəti
vəzifəsinə xidmətə qəbul
olunmağımı xahiş edirəm. Daxili işlər orqanlarında
xidmətə qəbulun və xidmət keçmənin
şərtləri ilə tanışam, xidmətə
qəbul olunmağımla əlaqədar, müəyyən
olunmuş qaydada mənim və yaxın qohumlarım barədə
məlumatların toplanılmasına, yoxlanılmasına
və saxlanılmasına razıyam. ________________________ (imza, soyadı) «____» _________20___
- ñi il. |
|
DİN-in «04» dekabr 2015-ci il tarixli Q63-001-15 ¹-li qərarı ilə təsdiq
olunmuş Qaydalara 3 nömrəli əlavə |
TƏRÑÜMEYİ-HAL
|
|
|
|
Məlumatlar
aşağıdakı ardıcıllıqla
göstərilməklə, sərbəst formada,
düzəlişsiz və şəxsin öz xətti ilə
yazılır:
-
şəxsin soyadı, adı, atasının adı,
(dəyişdirilmiş əvvəlki soyadı, adı,
atasının adı), anadan olduğu gün, ay, il və yer,
vətəndaşlığı (vətəndaşlıq dəyişibsə
səbəbi göstərilir), etnik mənsubiyyəti,
ana dili, dövlət dilini hansı səviyyədə bilir;[4]
-
təhsili, harada, nə vaxt və hansı tədris
müəssisəsini bitirib, ixtisası;
-
hərbi xidmətə münasibəti, nə vaxt və
hansı hərbi komissarlıq tərəfindən hərbi
xidmətə çağırılmışdır,
xidmət etdiyi hərbi hissənin yeri, nömrəsi,
xidmət müddəti, tutduğu vəzifə, nə vaxt
və hansı səbəbdən ehtiyata
buraxılmışdır, ehtiyatdakı hərbi
rütbəsi;
-
müstəqil əmək fəaliyyəti, işlədiyi
müəssisənin adı, yeri, tutduğu vəzifə,
işdən çıxma səbəbi, işləmədiyi
müddətdə məşğuliyyəti, kimin
himayəsində olması, son iş yeri və vəzifəsi
(tarixləri göstərməklə - ay, il);
-
siyasi partiyaların üzvü olması və ya siyasi
hərəkatlarda iştirakı;
-
dini təşkilatların üzvü olması;
-
idmanın hansı növü ilə məşğul
olmuşdur, idman dərəcəsi;
-
ailə vəziyyəti, nikahın bağlandığı vaxt
(ər (arvad), uşaqlarının soyadı, adı,
atasının adı, doğulduğu yer və tarix);
-
şəxsin özünün və yaxın
qohumlarının cinayət məsuliyyətinə cəlb
olunub-olunmaması və məhkumluğu haqqında məlumat
(nə vaxt, hansı orqan tərəfindən, cinayət
məcəlləsinin maddəsi və cəza tədbiri);
-
şəxsin yaxın qohumlarının, soyadı, adı,
atasının adı, doğulduğu gün, ay, il, yer, iş
yeri, vəzifəsi, qeydiyyatda olduğu və faktiki
yaşadığı ünvan;
-
şəxsin daimi qeydiyyatda olduğu və faktiki
yaşadığı ünvan, telefon nömrəsi.
İmza və tarix.
|
DİN-in «04» dekabr 2015-ci il tarixli Q63-001-15 ¹-li qərarı ilə təsdiq
olunmuş Qaydalara 4 nömrəli əlavə |
A N K E T *
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
1 |
2 |
3 |
4 |
5 |
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
1. Yaxın qohumları haqqında məlumat*
|
Qohumluq dərəcəsi |
Soyadı, adı, atasının
adı |
Doğulduğu gün, ay, il və yer |
İş yeri, vəzifəsi |
Qeydiyyatda olduğu / faktiki yaşadığı /
ünvan |
|
1 |
2 |
3 |
4 |
5 |
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
2. Əmək fəaliyyəti (idarə,
müəssisə və şirkətlərin adları
vaxtilə olduğu kimi yazılmalı, tədris
ocaqlarının əyani şöbələrində
təhsil müddəti, hərbi xidmət keçməsi
və vəzifəsi göstərilməlidir)
|
Tarix |
İdarə,
müəssisə və tədris ocağının adı, tutduğu
vəzifə |
İdarənin,
müəssisənin və təhsil ocağının
ünvanı |
|
|
Qəbul olma |
Azad olma |
||
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
3. Dövlət mükafatları |
|
||
|
(nə vaxt , kim tərəfindən , nə ilə
təltif olunub) |
|||
|
|
|||
|
|
|||
|
4. Pasport (şəxsiyyət
vəsiqəsi) |
|
||
|
(seriyası, nömrəsi, nə vaxt və hansı
orqan tərəfindən verilib) |
|||
|
|
|||
|
Ünvanı |
|
||
|
(daimi qeydiyyatda olduğu və faktiki
yaşadığı
ünvan, telefon nömrəsi ) |
|||
|
|
|||
|
”______”________________20 ____ - ci il. Şəxsi
imza____________________
QEYD: Anketdə təhrif olunmuş məlumatların
göstərilməsi xidmətə qəbulun rədd
edilməsi üçün
əsasdır. |
|||
DİN-in «04» dekabr 2015-ci
il tarixli Q63-001-15 ¹-li qərarı ilə təsdiq olunmuş
Qaydalara
5 nömrəli
əlavə
|
Daxili işlər orqanlarında xidmətə qəbul
üzrə müsabiqəyə buraxılmış
namizədlərin ümumi
S İ Y A H I S I
|
Sıra ¹-si |
Sənədin verilmə tarixi |
İş ¹-si |
Namizədin soyadı, adı,
atasının adı |
Şəxsiyyəti təsdiq edən
sənədin seriyası, nömrəsi və verilmə
tarixi |
Yaşadığı ünvan,
əlaqə telefonu |
Bitirdiyi ali təhsil
müəssisəsinin adı |
Təhsil haqqında sənədin
seriyası, nömrəsi və verilmə tarixi |
Ərizə alması haqqında
imzası |
Sənədini, «İmtahana
buraxılış vərəqəsi» və «Namizəd
vəsiqəsi»nin alması haqqında imzası və tarix |
Qeyd |
|
1 |
2 |
3 |
4 |
5 |
6 |
7 |
8 |
9 |
10 |
11 |
|
DİN-in «04» dekabr 2015-ci il tarixli Q63-001-15 ¹-li qərarı ilə təsdiq
olunmuş Qaydalara 6 nömrəli əlavə AZƏRBAYCAN RESPUBLİKASI DAXİLİ İŞLƏR NAZİRLİYİ
DAXİLİ İŞLƏR ORQANLARINDA XİDMƏTƏ QƏBUL
ÜZRƏ TEST İMTAHANI VƏRƏQƏSİ
|
||||||||||||||||||||||||
|
¹ |
Suallar |
Cavab variantlar |
|
|
1. |
|
1. |
3. |
|
|
2. |
4. |
|
|
2. |
|
1. |
3. |
|
|
2. |
4. |
|
|
3. |
|
1. |
3. |
|
|
2. |
4. |
|
|
4. |
|
1. |
3. |
|
|
2. |
4. |
|
|
5. |
|
1. |
3. |
|
|
2. |
4. |
|
|
6. |
|
1. |
3. |
|
|
2. |
4. |
|
|
7. |
|
1. |
3. |
|
|
2. |
4. |
|
|
8. |
|
1. |
3. |
|
|
2. |
4. |
|
|
9. |
|
1. |
3. |
|
|
2. |
4. |
|
|
10. |
|
1. |
3. |
|
|
2. |
4. |
|
|
11. |
|
1. |
3. |
|
|
2. |
4. |
|
|
12. |
|
1. |
3. |
|
|
2. |
4. |
|
|
13. |
|
1. |
3. |
|
|
2. |
4. |
|
|
14. |
|
1. |
3. |
|
|
2. |
4. |
|
|
15. |
|
1. |
3. |
|
|
2. |
4. |
|
|
16. |
|
1. |
3. |
|
|
2. |
4. |
|
|
17. |
|
1. |
3. |
|
|
2. |
4. |
|
|
18. |
|
1. |
3. |
|
|
2. |
4. |
|
|
19. |
|
1. |
3. |
|
|
2. |
4. |
|
|
20. |
|
1. |
3. |
|
|
2. |
4. |
|
|
21. |
|
1. |
3. |
|
|
2. |
4. |
|
|
22. |
|
1. |
3. |
|
|
2. |
4. |
|
|
23. |
|
1. |
3. |
|
|
2. |
4. |
|
|
24. |
|
1. |
3. |
|
|
2. |
4. |
|
|
25. |
|
1. |
3. |
|
|
2. |
4. |
|
|
26. |
|
1. |
3. |
|
|
2. |
4. |
|
|
27. |
|
1. |
3. |
|
|
2. |
4. |
|
|
28. |
|
1. |
3. |
|
|
2. |
4. |
|
|
29. |
|
1. |
3. |
|
|
2. |
4. |
|
|
30. |
|
1. |
3. |
|
|
2. |
4. |
|
|
31. |
|
1. |
3. |
|
|
2. |
4. |
|
|
32. |
|
1. |
3. |
|
|
2. |
4. |
|
|
33. |
|
1. |
3. |
|
|
2. |
4. |
|
|
34. |
|
1. |
3. |
|
|
2. |
4. |
|
|
35. |
|
1. |
3. |
|
|
2. |
4. |
|
|
36. |
|
1. |
3. |
|
|
2. |
4. |
|
|
37. |
|
1. |
3. |
|
|
2. |
4. |
|
|
38. |
|
1. |
3. |
|
|
2. |
4. |
|
|
39. |
|
1. |
3. |
|
|
2. |
4. |
|
|
40. |
|
1. |
3. |
|
|
2. |
4. |
|
|
41. |
|
1. |
3. |
|
|
2. |
4. |
|
|
42. |
|
1. |
3. |
|
|
2. |
4. |
|
|
43. |
|
1. |
3. |
|
|
2. |
4. |
|
|
44. |
|
1. |
3. |
|
|
2. |
4. |
|
|
45. |
|
1. |
3. |
|
|
2. |
4. |
|
|
46. |
|
1. |
3. |
|
|
2. |
4. |
|
|
47. |
|
1. |
3. |
|
|
2. |
4. |
|
|
48. |
|
1. |
3. |
|
|
2. |
4. |
|
|
49. |
|
1. |
3. |
|
|
2. |
4. |
|
|
50. |
|
1. |
3. |
|
|
2. |
4. |
|
|
51. |
|
1. |
3. |
|
|
2. |
4. |
|
|
52. |
|
1. |
3. |
|
|
2. |
4. |
|
|
53. |
|
1. |
3. |
|
|
2. |
4. |
|
|
54. |
|
1. |
3. |
|
|
2. |
4. |
|
|
55. |
|
1. |
3. |
|
|
2. |
4. |
|
|
56. |
|
1. |
3. |
|
|
2. |
4. |
|
|
57. |
|
1. |
3. |
|
|
2. |
4. |
|
|
58. |
|
1. |
3. |
|
|
2. |
4. |
|
|
59. |
|
1. |
3. |
|
|
2. |
4. |
|
|
60. |
|
1. |
3. |
|
|
2. |
4. |
|
|
İmtahan
verən şəxs: |
|
||||
|
(soyadı, adı, imzası) |
|||||
|
Toplanılan
balların cəmi: |
(
) |
||||
|
( rəqəmlə və yazı
ilə ) |
|||||
|
Komissiyanın
sədri: |
|
||||
|
(rütbəsi, soyadı, imzası) |
|||||
|
Komissiyanın
üzvləri: |
|
||||
|
(rütbəsi, soyadı, imzası) |
|||||
|
1. |
|
||||
|
(rütbəsi, soyadı, imzası) |
|||||
|
2. |
|
||||
|
(rütbəsi, soyadı, imzası) |
|||||
|
3. |
|
||||
|
(rütbəsi, soyadı, imzası) |
|||||
|
4. |
|
||||
|
(rütbəsi, soyadı, imzası) |
|||||
|
5. |
|
||||
|
(rütbəsi, soyadı, imzası) |
|||||
|
DİN-in «04» dekabr 2015-ci il tarixli Q63-001-15 ¹-li qərarı ilə təsdiq
olunmuş Qaydalara 7 nömrəli əlavə
Ə R
İ Z Ə
Azərbaycan Respublikasının daxili işlər
orqanlarında xidmətə qəbul ilə əlaqədar
elan olunmuş müsabiqədə iştirak etməyimə
iñazə vermənizi Sizdən xahiş edirəm. Xidmətə qəbulun şərtləri və
qaydaları ilə tanışam. Gələñəkdə digər xidmət
sahələrində yalnız öz ixtisasım üzrə
işləməyimə iñazə veriləñəyini, xidmət
yerimin başqa ixtisas tələb edən sahələrə
dəyişdirilməyəñəyini qəbul edirəm.
«_____»___________20 ___ - ci il. |
İSTİFADƏ
OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN
SİYAHISI
1.
08 iyun
2016-cı il tarixli Q32-001-16
nömrəli Azərbaycan Respublikasının Daxili
İşlər Nazirliyinin Qərarı
2.
20 aprel 2017-ci il tarixli Q19-001-17 nömrəli Azərbaycan
Respublikası Daxili
İşlər Nazirliyinin Kollegiyasının Qərarı
3.
2 mart 2021-ci il
tarixli Q3-001-21 nömrəli Azərbaycan
Respublikası Daxili İşlər
Nazirliyinin Kollegiyasının Qərarı
QƏRARA EDİLMİŞ
DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN
SİYAHISI
* Anket düzəlişsiz və şəxsin öz xətti ilə doldurulur.
** Yaxın qohumlar: ata, ana, qardaş, bacı, ər (arvad) uşaqlar, ərin (arvadın), atası, anası, qardaş və bacıları.
* Qanunla müəyyən edilmiş qaydada dəyişdirilmiş soyadlar, adlar və atalarının adları haqqında məlumatlar da göstərilir.
[1] 2 mart
2021-ci il tarixli Q3-001-21 nömrəli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kollegiyasının Qərarı ilə “Daxili işlər orqanlarında
xidmətə qəbul olunmaq üçün
namizədlərlə müsabiqənin keçirilməsi
Qaydaları”nın 3.1.5-ci yarımbəndində “(xarici dövlətlərin ali
təhsil sahəsində ixtisasları Azərbaycan
Respublikasında tanınmaqla və ekvivalentliyi
müəyyən edilməklə (nostrifikasiya olunmaqla)”
sözləri “(xarici
dövlətlərin ali təhsilə aid kvalifikasiyaları
Azərbaycan Respublikasında tanınmaqla)” sözləri
ilə əvəz edilmişdir.
[2] 08 iyun 2016-cı il tarixli Q32-001-16 nömrəli Azərbaycan
Respublikasının Daxili İşlər Nazirliyinin
Qərarı ilə 4.1.25-ci və 4.2.12-ci
yarımbəndlərdə “Daxili
İşlər və Milli Təhlükəsizlik
nazirliklərinin” sözləri “Daxili İşlər Nazirliyinin və Dövlət
Təhlükəsizliyi Xidmətinin” sözləri ilə
əvəz olunmuşdur.
[3] 08 iyun 2016-cı il tarixli Q32-001-16 nömrəli Azərbaycan
Respublikasının Daxili İşlər Nazirliyinin
Qərarı ilə 6.2-ci bənddə “daxili işlər orqanları
əməkdaşlarına,” sözlərindən sonra “ictimai asayişin qorunmasında 2
il ərzində polis orqanı ilə əməkdaşlıq
etmiş şəxslərə,” sözləri əlavə
edilmişdir.
[4] 20
aprel 2017-ci il tarixli Q19-001-17 nömrəli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kollegiyasının Qərarı ilə Qaydalara 3 nömrəli əlavə -
“Tərcümeyi-hal”da “milliyyəti”
sözü “etnik
mənsubiyyəti” sözləri ilə əvəz
olunmuşdur.
[5] 20
aprel 2017-ci il tarixli Q19-001-17 nömrəli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kollegiyasının Qərarı ilə Qaydalara 4 nömrəli əlavə - “Anket”in 5-ci
bəndində “Milliyyəti”
sözü “Etnik
mənsubiyyəti” sözləri ilə əvəz
edilmişdir.