“Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının yeni tərkibinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 15 noyabr tarixli 519 nömrəli Sərəncamında dəyişikliklər edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 15 noyabr tarixli 519 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, ¹ 11, maddə 942; 2005, ¹ 9, maddə 818, 2007, ¹ 5, maddə 459; 2009, ¹ 4 maddə 238, ¹ 5, maddə 383) ilə təsdiq edilmiş Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının tərkibində aşağıdakı dəyişikliklər edilsin:

1. İsa Həbibbəyli – Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Çingiz Qənizadə – Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, Xanhüseyn Kazımlı – Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan Sosial Rifah Partiyasının sədri, Ceyhun Bayramov – Azərbaycan Respublikası Təhsil Nazirliyinin Aparatının rəhbəri, Nuşirəvan Məhərrəmov – Azərbaycan Respublikasının Milli Televiziya və Radio Şurasının sədri, Cəmil Quliyev – Azərbaycan Respublikasının İctimai Televiziya və Radio Yayımları Şirkətinin Baş direktoru, Sevil Mikayılova – “Azərnyus” qəzetinin baş redaktoru Komissiyanın tərkibinə daxil edilsinlər.

2. Elmar Qasımov, Gülər Əhmədova, İsmayıl Ömərov, Bəkir Nəbiyev, Rövşən Mustafayev, Elçin Şıxlı, Fazil Abbasov və Gültəkin Hacıyeva həmin Komissiyanın tərkibindən çıxarılsın.

3. “Rəbiyyət Aslanova – Azərbaycan Respublikası Milli Məclisinin deputatı, İnsan hüquqları daimi Komissiyası sədrinin müavini” abzası “Rəbiyyət Aslanova – Azərbaycan Respublikası Milli Məclisinin deputatı, insan hüquqları Komitəsinin sədri” məzmununda, “Azay Quliyev – Milli qeyri-hökumət təşkilatları forumunun rəhbəri” abzası “Azay Quliyev – Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Şurasının sədri” məzmununda verilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 24 iyun 2013-cü il

   ¹ 2964