“Dövlət hakimiyyəti orqanlarında, idarə,
təşkilat və müəssisələrində
kargüzarlığın aparılmasına dair
Təlimat”ın təsdiq edilməsi haqqında” Azərbaycan
Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935
nömrəli Fərmanında dəyişikliklər
edilməsi barədə
AZƏRBAYCAN
RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu
maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
“Dövlət hakimiyyəti orqanlarında, idarə,
təşkilat və müəssisələrində
kargüzarlığın aparılmasına dair
Təlimat”ın təsdiq edilməsi haqqında” Azərbaycan
Respublikası Prezidentinin 2003-cü
il 27 sentyabr tarixli 935 nömrəli Fərmanında
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, ¹ 9,
maddə 486; 2007, ¹ 5, maddə 459; 2008, ¹ 6, maddə 498, ¹ 8,
maddə 721) aşağıdakı dəyişikliklər edilsin:
1. Fərmanın adında və mətnində
“Dövlət hakimiyyəti orqanlarında, idarə,
təşkilat və müəssisələrində”
sözləri “Dövlət orqanlarında, dövlət
mülkiyyətində olan və paylarının
(səhmlərinin) nəzarət zərfi dövlətə
məxsus olan hüquqi şəxslərdə və
büdcə təşkilatlarında” sözləri ilə
əvəz edilsin.
2. Fərmanın 2-ci hissəsi ləğv edilsin.
3. Fərmanın 3-cü hissəsində “Azərbaycan
Respublikası Prezidentinin İcra Aparatının ümumi
şöbəsi” sözləri “Azərbaycan Respublikası
Prezidentinin Administrasiyasının Sənədlərlə
və vətəndaşların müraciətləri ilə
iş şöbəsi” sözləri ilə əvəz
edilsin.
4. Həmin Fərmanla təsdiq edilmiş
“Dövlət hakimiyyəti orqanlarında, idarə,
təşkilat və müəssisələrində
kargüzarlığın aparılmasına dair Təlimat”
üzrə:
4.1. Təlimatın adında “Dövlət
hakimiyyəti orqanlarında, idarə, təşkilat və
müəssisələrində” sözləri “Dövlət
orqanlarında, dövlət mülkiyyətində olan və
paylarının (səhmlərinin) nəzarət zərfi
dövlətə məxsus olan hüquqi
şəxslərdə və büdcə
təşkilatlarında” sözləri ilə əvəz
edilsin;
4.2. I – XVII hissələrin adlarının
qarşısındakı rum rəqəmləri ərəb
rəqəmləri ilə əvəz edilsin;
4.3. 60-cı, 62-ci və 84-cü bəndlərdən,
90-cı bəndin ikinci abzasından, 92-ci, 101-ci və 102-ci
bəndlərdən “,bir qayda olaraq,” sözləri
çıxarılsın;
4.4. 1-ci bənd aşağıdakı redaksiyada
verilsin:
“1. Bu Təlimat dövlət orqanlarında,
dövlət mülkiyyətində olan və paylarının
(səhmlərinin) nəzarət zərfi dövlətə
məxsus olan hüquqi şəxslərdə və
büdcə təşkilatlarında (bundan sonra -
təşkilatlar) kargüzarlığın aparılması
işini, o cümlədən sənədlərin
hazırlanmasını, qeydiyyatını,
hərəkətini, icrasını, uçotunu və
arxivə verilməsini tənzimləyir. Yerli icra hakimiyyəti
orqanlarında kargüzarlıq “Azərbaycan
Respublikasının rayon, şəhər,
şəhərlərdə rayon icra hakimiyyəti
başçılarının aparatlarında
sənədlərlə iş barədə Təlimat”
əsasında aparılır. Bu Təlimatın müddəaları
təşkilatlarda vətəndaşların
müraciətləri ilə bağlı
kargüzarlığın aparılmasına şamil edilmir.” ;
4.5. 2-ci bəndə aşağıdakı məzmunda
ikinci cümlə əlavə edilsin:
“Təşkilatlarda kargüzarlıq Azərbaycan
Respublikasının dövlət dilində aparılır.”;
4.6. 4.1-ci yarımbənddə “daxil olan
sənədləri” sözlərindən əvvəl
“poçt, elektron poçt, faks, telefonoqram, feldyeger rabitəsi
vasitəsilə və kargüzarlıq xidmətinə
bilavasitə” sözləri əlavə edilsin;
4.7. 4.3-cü yarımbənddə “icra
müddətinə” sözlərindən sonra “, bu Təlimatın
tələblərinə uyğun tərtibinə və
arxivləşdirilməsinə” sözləri əlavə
edilsin;
4.8. 4.6-cı və 4.7-ci yarımbəndlər
aşağıdakı redaksiyada verilsin:
“4.6.
sənədləri işlərin nomenklaturu üzrə
formalaşdırmaq və arxivə təhvil vermək;
4.7. sənədləri qoruyub saxlamaq və xidməti
zərurətlə əlaqədar onlardan istifadəni təmin
etmək;”;
4.9. 4.8-ci bənddə “kargüzarların” sözü
“kargüzarlığı aparan işçilərin”
sözləri ilə əvəz edilsin;
4.10. 5-ci bəndin dördüncü və beşinci
abzasları aşağıdakı redaksiyada verilsin:
“Mərkəzləşdirilmiş
kargüzarlıq sistemində sənədlərin və
qeydə alınması tələb olunmayan
korrespondensiyanın (16 nömrəli əlavə) qəbulunu,
göndərilməsini, uçotunu, struktur
bölmələrinə paylanmasını, habelə
sənədlərin qeydə alınmasını,
rəsmiləşdirilməsini, işlərin formalaşdırılmasını
kargüzarlıq xidməti həyata keçirir.
Mərkəzləşdirilməmiş
kargüzarlıq sistemində isə sənədlərin
və qeydə alınması tələb olunmayan
korrespondensiyanın qəbulunu, göndərilməsini,
uçotunu, sənədlərin struktur
bölmələrinə paylanmasını kargüzarlıq
xidməti, sənədlərin qeydə alınmasını,
rəsmiləşdirilməsini, işlərin
formalaşdırılmasını isə struktur
bölmələri həyata keçirirlər.”;
4.11. 7.1-ci və 119.1-ci yarımbəndlərdə
“qanunvericilik aktlarının” sözləri “normativ hüquqi
aktların” sözləri ilə əvəz edilsin;
4.12. 9-cu bəndin ikinci abzasına
aşağıdakı məzmunda ikinci cümlə
əlavə edilsin:
“Həmin sənədlər təşkilat
rəhbərinin imzası və təşkilatın gerbli
möhürü ilə təsdiqlənir.”;
4.13. 11.4-cü yarımbənddə “(küncdə
və ya eninə)” sözləri “eninə,” sözü ilə
əvəz edilsin;
4.14. 13-cü bənddən “bir qayda olaraq”
sözləri çıxarılsın;
4.15. 17.4-cü yarımbəndin ikinci abzası
çıxarılsın;
4.16. 20-ci bəndin birinci abzası
aşağıdakı redaksiyada verilsin:
“Sənədin qeydiyyat nömrəsi işin nomenklatur
nömrəsindən və sənədin qeydə
alınmasının sıra nömrəsindən ibarətdir,
sənədin qeydə alınması zamanı verilir və
qeydiyyat ştampında vərəqlərin sayından və
tarixdən əvvəl əks etdirilir.”;
4.17. 24-cü bənddə “təsdiq edilməsi”
sözlərindən sonra “, qeydə alınması”
sözləri əlavə edilsin;
4.18. 25-ci bənd üzrə:
4.18.1. birinci abzasda “Bir qayda olaraq, sənədin”
sözləri “Sənədin” sözü ilə əvəz
edilsin;
4.18.2. ikinci abzas aşağıdakı redaksiyada
verilsin:
“İmzanın tərkibinə sənədi
imzalamış şəxsin vəzifəsinin adı, onun
şəxsi imzası, adı və soyadı daxildir.
Sənədi imzalamalı olan vəzifəli şəxs
müvəqqəti işdə olmadıqda, sənədi onun
müavini və ya səlahiyyətlərini icra edən şəxs
imzalayır. Bu zaman sənədi imzalamış şəxsin
faktiki vəzifəsi, adı və soyadı
göstərilməlidir. Sənədi “əvəzinə”
sözünü yazmaqla və ya vəzifənin adının
qabağına xətt çəkməklə imzalamaq
qadağandır. Dövlət orqanının
rəhbərinə göndərilən sənədlər
göndərən dövlət orqanının rəhbəri
tərəfindən, o olmadıqda isə onun vəzifəsini
icra edən müavini tərəfindən imzalanır. ”.
4.18.3. yeddinci və səkkizinci abzaslar
çıxarılsın;
4.19. 29-cu bənd ləğv edilsin;
4.20. 30-cu bənddə “Bir qayda olaraq,
aşağıdakı” sözləri
“Aşağıdakı” sözü ilə əvəz edilsin;
4.21. 33-cü bəndin birinci abzasına
aşağıdakı məzmunda ikinci cümlə
əlavə edilsin:
“Kompyuter üsulu ilə yazılan sənədlərin
(maliyyə, statistik və digər cədvəllər istisna
olmaqla) mətni “Arial” 12 şrifti ilə A4 formatda bir və ya
bir yarım sətirarası intervalla yazılmalıdır.”;
4.22. 39-cu bənddə “Böyük hərflə
yazılması qanunvericilikdə bilavasitə nəzərdə
tutulan” sözləri “Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2004-cü il 5 avqust tarixli 108 nömrəli
Qərarı ilə təsdiq edilmiş “Azərbaycan dilinin
orfoqrafiya qaydalarına” uyğun olaraq birinci hərfi
böyük yazılan” sözləri ilə əvəz
edilsin;
4.23. 44-cü bənddə “Dövlət Torpaq və
Xəritəçəkmə Komitəsi” sözləri
“Dövlət Statistika Komitəsi” sözləri ilə
əvəz edilsin;
4.24. 52-ci bəndin birinci abzasında “və video
yazılar” sözləri “, video yazılar və elektron
daşıyıcılarda olan yazılar” sözləri ilə
əvəz edilsin;
4.25. 53-cü bəndin ikinci cümləsində
“yığcam, bir qayda olaraq,” sözləri “bu Təlimatın
54-cü bəndinin ikinci abzasında nəzərdə
tutulmuş hal istisna olmaqla, yığcam,“ sözləri
ilə əvəz edilsin;
4.26. 55-ci bəndin üçüncü abzası
aşağıdakı redaksiyada verilsin:
“İcraçı qismində təşkilatlar və
ya struktur bölmələri, tədbirin icrası konkret
şəxsə tapşırıldıqda isə
vəzifəli şəxs göstərilir.”;
4.27. 68-ci bənddə “Bir qayda olaraq, protokolun”
sözləri “Protokolun” sözü ilə əvəz edilsin;
4.28. 84-cü bənddə “və ya hadisələrin”
sözləri “, hadisələrin və ya sənədlərin
(qeydiyyat nömrəsi və tarixi göstərilməklə)”
sözləri ilə əvəz edilsin;
4.29. 93-cü bənddə “keçirilməsi”
sözü “köçürülməsi” sözü ilə
əvəz edilsin;
4.30. 94-cü bəndin ikinci abzası
üçüncü abzas hesab olunsun və
aşağıdakı məzmunda ikinci abzas əlavə
edilsin:
“Əsas icraçı sənədin icrası ilə
əlaqədar rəhbərliyə məlumat üçün
hazırlanmış arayışı digər icraçı
(icraçılar) ilə razılaşdırmalıdır.
Digər icraçı (icraçılar) arayışla
razı olmadıqda, ayrıca arayış tərtib edir və
rəhbərliyi məlumatlandırmaq üçün
kargüzarlıq xidmətinə təqdim edir.”;
4.31. 119-cu bənddə “xüsusi” sözü
çıxarılsın;
4.32. 119.2-ci yarımbənddə “hakimiyyəti”
sözü çıxarılsın;
4.33. 123-cü bənd aşağıdakı redaksiyada
verilsin:
“123. Təşkilat rəhbərinin sənədin icra
müddətini icraçının (icraçıların)
əsaslandırılmış yazılı xahişi ilə
uzatmaq hüququ vardır.”;
4.34. 126-cı bənddə “Nəzarət
vərəqələrində” sözləri “Elektron
sənəd dövriyyəsi sistemi tətbiq edilən
təşkilatlar istisna olmaqla, nəzarət vərəqələrində”
sözləri ilə əvəz edilsin;
4.35. 138-ci bəndin ikinci abzasının birinci
cümləsində “Təşkilatda olan sənədlər
qanunvericiliklə” sözləri “Təşkilatda kağız
və (və ya) elektron formada olan sənədlər “Milli arxiv
fondu haqqında” Azərbaycan Respublikasının Qanununda”
sözləri ilə əvəz edilsin;
4.36. aşağıdakı məzmunda 18-ci hissə
əlavə edilsin:
“18.
Elektron sənədlərlə bağlı
kargüzarlığın aparılmasının
xüsusiyyətləri
140.
Təşkilatların kargüzarlığı elektron formada
da aparmaq hüququ vardır.
141.
Sənəd elektron formada qəbul edildikdə, təşkilat
bu Təlimatın 144-cü bəndində göstərilən
informasiya sistemini tətbiq etməlidir.
142.
Təşkilatlarda elektron sənədlərin
hazırlanmasına dair ümumi tələblər
aşağıdakılardan ibarətdir:
142.1.
elektron sənəd “Elektron imza və elektron sənəd
haqqında” Azərbaycan Respublikasının Qanununda
göstərilən tələblərə cavab verməlidir;
142.2.
elektron sənəd “Unicode” standartını, “UTF-8”
formatını dəstəkləməlidir;
142.3.
elektron sənədin cədvəl, təqdimat, mətn, qrafik
və arxivləşdirmə redaktorlarında oxunma və
redaktə olunma imkanları olmalıdır;
142.4.
elektron sənəd “Elektron imza və elektron sənəd
haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsi
ilə müəyyən edilmiş quruluşda
olmalıdır;
142.5.
elektron sənədin razılaşdırılması
müvafiq vəzifəli şəxsin elektron və ya
gücləndirilmiş elektron imzasının əlavə
edilməsi yolu ilə həyata keçirilməlidir;
142.6.
elektron sənədə qoşulan bütün
əlavələr vahid elektron faylda birləşdirilməli
və həmin sənədi təsdiq etmək
səlahiyyəti olan şəxsin elektron və ya
gücləndirilmiş elektron imzası ilə
təsdiqlənməlidir;
142.7.
elektron sənəd dövriyyəsi sistemi tətbiq olunan
təşkilatlarda kağız daşıyıcıda daxil
olan sənədlər və onların əlavələri skan
edilərək, eyni formatda olan vahid elektron fayla çevrilir.
143.
Elektron sənədin əsli və surəti,
aşağıda göstərilən tələblər
də nəzərə alınmaqla, “Elektron imza və elektron
sənəd haqqında” Azərbaycan Respublikasının
Qanununa uyğun olaraq hazırlanır və təsdiq edilir:
143.1.
elektron sənədin surəti kağız
daşıyıcıda olur;
143.2.
elektron sənədin surətində onun
yaradıldığı tarix və sənədi qəbul
edən informasiya sisteminin adı göstərilir;
143.3.
elektron sənədin surətinə əl və ya çap
üsulu ilə “Elektron sənədin surəti. __vərəq”
sözləri yazılır və təşkilatın
kargüzarlıq xidmətinin gerbsiz möhürü ilə
təsdiqlənir.
144.
Təşkilatlarda elektron sənədlərlə
kargüzarlığın aparılması üçün
aşağıdakı funksiyaların həyata
keçirilməsini təmin edən informasiya sistemi tətbiq
olunur:
144.1.
elektron sənədin yaradılması;
144.2.
rekvizitlərin və gücləndirilmiş elektron imzanın
əlavə edilməsi;
144.3.
elektron sənədin göndərilməsi;
144.4.
elektron sənədin həqiqiliyinin yoxlanılması;
144.5.
elektron sənədin alınmasının təsdiqi;
144.6.
daxil olan və ya göndərilən elektron sənədin
qeydiyyatı;
144.7.
elektron sənədin yaradılması, qeydə
alınması, göndərilməsi və saxlanılması
zamanı kollektiv işin təmin edilməsi;
144.8.
elektron sənədin icrasına nəzarət;
144.9.
elektron sənədin axtarışı;
144.10.
elektron sənədin saxlanılması.
145.
Elektron sənəd aşağıdakı məlumatlar
yoxlandıqdan sonra qəbul edilir və qeydə alınır:
145.1.
elektron imza vasitələrindən istifadə etməklə,
yoxlama məlumatları əsasında elektron sənədi
təsdiq edən gücləndirilmiş elektron imzanın
həqiqiliyi;
145.2.
elektron sənədin bütün rekvizitləri;
145.3.
gücləndirilmiş elektron imzadan istifadə etmiş imza
sahiblərinin səlahiyyətləri.
146.
Elektron sənəd çap edilərkən avtomatik olaraq
birinci səhifənin üz tərəfində
aşağıdakıları özündə əks
etdirən qeydiyyat şifrəsi və ya ştrix-kod
yerləşdirilməlidir:
146.1.
təşkilatın tam adı;
146.2.
təşkilatın hüquqi ünvanı;
146.3.
elektron sənədin qeydiyyat nömrəsi və qeydiyyat
tarixi.
147.
Elektron sənəd göndərilməzdən əvvəl
göndərən onun düzgün tərtib edildiyini (elektron
imzanın, əsas və əlavə rekvizitlərin
olmasını) və ünvanlanmasını yoxlayır.
148.
Elektron sənədin qəbul edilməsi və qeydiyyatı onu
göndərənə informasiya sistemi tərəfindən
aşağıdakıları özündə əks
etdirən elektron bildirişin göndərilməsi ilə
təsdiq olunur:
148.1.
bildirişi göndərən haqqında məlumatlar;
148.2.
elektron sənədin qəbul edilməsi tarixi və vaxtı;
148.3.
elektron sənədin qeydiyyatı tarixi və nömrəsi.
149.
“Elektron imza və elektron sənəd haqqında” Azərbaycan
Respublikası Qanununun 27.3-cü maddəsi ilə
müəyyən edilmiş hallarda alan elektron sənədi
göndərən tərəfindən
göndərilməmiş hesab etməlidir.
150.
Göndərən tərəf elektron sənədin qəbul
edildiyi barədə elektron bildirişi alanadək, “Elektron imza
və elektron sənəd haqqında” Azərbaycan Respublikası
Qanununun 27.4-cü maddəsinə əsasən elektron
sənəd alınmamış hesab olunur. Elektron
sənədin göndərilməsindən sonra
göndərənin göstərdiyi və ya
tərəflərin razılığı ilə
müəyyən edilmiş müddət ərzində
bildiriş alınmadıqda, göndərən bu
barədə alanı məlumatlandırır və digər
rabitə vasitələrindən istifadə etməklə
elektron sənədin məzmununu ona çatdırır.
151.
Elektron sənəd kimi qeydə alınmış sənəd
kağız daşıyıcıda da daxil olduqda, onun
üzərinə elektron sənədin qeydiyyat nömrəsini
və tarixini əks etdirən ştamp vurulur.
152.
Elektron sənəd dövriyyəsi sistemi tətbiq olunan
təşkilatlarda alınan və göndərilən elektron
sənədlər, o cümlədən nəzarətdə
olan sənədlər hərəkətin bütün
mərhələlərində elektron qeydiyyat jurnalında
müvafiq qeyd aparılmaqla qəbul edilir və təhvil
verilir (10 və 11 nömrəli əlavələrə
uyğun olaraq, elektron sənəd dövriyyəsində imza
tələbi istisna olmaqla).
153.
Elektron sənədlərin və onların arxivlərinin
saxlanılması qaydası:
153.1.
elektron sənədlər “Elektron imza və elektron
sənəd haqqında” Azərbaycan Respublikasının
Qanununa uyğun olaraq elektron informasiya
daşıyıcılarında onların bu
daşıyıcılarda bütövlüyünü
yoxlamağa imkan verəcək formada saxlanılmalıdır;
153.2.
elektron sənədlərin elektron informasiya
daşıyıcılarında saxlanılması müddəti
müvafiq sənədlərin kağız
daşıyıcıları üçün “Milli arxiv fondu
haqqında” Azərbaycan Respublikasının Qanununda
müəyyən edilmiş müddətdən az
olmamalıdır;
153.3.
elektron sənədlərdə olan informasiyadan
gələcəkdə istifadə, həmçinin elektron
sənədlərin kağız daşıyıcıda
surətlərinin çıxarılması mümkün
olmalıdir;
153.4.
elektron sənədin onun yaradıldığı,
göndərildiyi və ya alındığı formatda
bərpası mümkün olmalıdır;
153.5.
elektron sənəddə onun mənbəyini və
təyinatını, onu göndərəni, qəbul edəni,
göndərilmə və qəbul edilmə vaxtını
və tarixini müəyyənləşdirməyə imkan
verən informasiya saxlanılmalıdır;
153.6.
“Elektron imza və elektron sənəd haqqında” Azərbaycan
Respublikasının Qanununda və ya iştirakçılar
arasındakı müqavilədə başqa hal
nəzərdə tutulmadıqda, elektron sənədlər
onların yaradıldığı, göndərildiyi və ya
qəbul edildiyi formatda saxlanılır;
153.7.
elektron sənədlər daimi saxlanılmaq üçün
dövlət arxivinə elektron informasiya
daşıyıcısında saxlandığı formatda
təhvil verilir;
153.8.
elektron sənədlərin arxivləri icazəsiz daxilolma,
məhv edilmə və (və ya) təhrif edilmə
hallarından mühafizə olunmalıdır.
154. Elektron sənədin mühafizəsi “Elektron imza
və elektron sənəd haqqında” Azərbaycan
Respublikasının Qanununa və “İdarələrarası
elektron sənəd dövriyyəsi haqqında
Əsasnamə”yə uyğun olaraq təmin edilir. “.
4.37.
Təlimatın 1 nömrəli əlavəsi
aşağıdakı redaksiyada verilsin:
|
“Təşkilat
blankının nümunəsi (eninə) Azərbaycan
Respublikası Dövlət gerbinin təsviri AZƏRBAYCAN
RESPUBLİKASININ DAXİLİ
İŞLƏR NAZİRLİYİ Poçt indeksi ____________, Bakı
şəhəri, _______________________küçəsi______________ Tel:______________
Faks:_________________ Elektron poçtu________________________ “___”________________________il ¹_____________ ”; |
4.38. Təlimatın 4 nömrəli
əlavəsində “İqtisadi İnkişaf Nazirliyi”
sözləri “İqtisadiyyat və Sənaye Nazirliyi”
sözləri ilə əvəz edilsin;
4.39. Təlimatın 8 nömrəli
əlavəsində “Mədəniyyət Nazirliyi”
sözləri “Mədəniyyət və Turizm Nazirliyi”
sözləri ilə əvəz edilsin;
4.40.
Təlimatın 9 nömrəli əlavəsi
aşağıdakı redaksiyada verilsin:
|
“Qeydiyyat
ştampının nümunələri |
|
Təşkilatın
adı Daxilolma ¹______________________________ _______vərəq “___”____________________il |
|
Ölçüləri: 5,5 X 2,5
sm. |
|
Nəzarətdədir |
|
4 X 1,0
sm. |
|
Cavabla birlikdə qaytarılmalı |
|
4 X 1,5
sm. |
|
Təcili |
|
4 X 1,0
sm.” |
4.41.
Təlimata aşağıdakı məzmunda 16 nömrəli
əlavə daxil edilsin:
|
|
“Azərbaycan
Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935
nömrəli Fərmanı ilə təsdiq edilmiş
Təlimata 16
nömrəli əlavə |
Qeydə alınması tələb olunmayan
korrespondensiyanın
SİYAHISI
1.
Reklam xarakterli bukletlər, bildirişlər, plakatlar, qiymət
cədvəlləri
2.
Dəvətnamələr, biletlər, toplantı və konfrans
proqramları, təbrik açıqcaları
3.
Mühasibat sənədləri, müqavilələr,
hesab-fakturalar, smetalar
4.
Kitab, qəzet, jurnal, bülleten və digər dövri
mətbu nəşrlər
5.
Statistik və hesabat xarakterli məcmuələr, qrafiklər
və cədvəllər
6. Məlumat üçün göndərilən
müxtəlif sorğu-informasiya materialları, icmallar,
tədris proqramları, hidrometeoroloji və digər proqnozlar.”.
5. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
5.1. Azərbaycan Respublikası Prezidentinin
aktlarının bu Fərmana uyğunlaşdırılması
ilə bağlı təkliflərini üç ay
müddətində hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin;
5.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin
normativ hüquqi aktlarının bu Fərmana
uyğunlaşdırılmasını üç ay
müddətində təmin edib Azərbaycan Respublikasının
Prezidentinə məlumat versin;
5.3. mərkəzi icra hakimiyyəti orqanlarının
normativ hüquqi aktlarının bu Fərmana
uyğunlaşdırılmasını nəzarətdə
saxlasın və bunun icrası barədə beş ay
müddətində Azərbaycan Respublikasının
Prezidentinə məlumat versin;
5.4. bu Fərmandan irəli gələn digər
məsələləri həll etsin.
6.
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi
mərkəzi icra hakimiyyəti orqanlarının normativ
hüquqi aktlarının və normativ xarakterli aktların bu
Fərmana uyğunlaşdırılmasını təmin edib
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə
məlumat versin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı
şəhəri, 14 iyul 2015-ci il
¹ 569