Azərbaycan Respublikası ərazisində pərakəndə ticarət obyektlərində dəyişdirilməli olmayan malların siyahısı haqqında

 

Azərbaycan Respublİkası Nazİrlər KabİnetİnİN Qərarı

 

“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət obyektlərində dəyişdirilməli olmayan malların siyahısı təsdiq edilsin (əlavə edilir).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikası

Baş nazirinin birinci müavini  A. ABBASOV

 

Bakı şəhəri, 21 may 1998-ci il

                 ¹ 114

 

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

1998-ci il 21 may tarixli 114 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Azərbaycan Respublikası ərazisində pərakəndə ticarət obyektlərində dəyişdirilməli olmayan malların

 

Sİyahısı

 

1. Qızıl və qızıl məmulatları.

2. Qiymətli və yarımqiymətli metallardan, daşlardan hazırlanmış məmulatlar.

3. İstehsal qüsurları istisna olmaqla bütün növ parçalar və ölçü ilə satılan bəzi mallar (lentlər, tesmalar, haşiyələr).

4. Parfümer-kosmetika malları.

5. Kişi, qadın və uşaq çimərlik paltarları.

6. Bağça yaşlı və yeni doğulan uşaqlar üçün alt paltarları.

7. Məişət-kimyası malları.

8. Şəxsi gigiyena əşyaları (diş fırçaları, daraqlar, biqudilər və s.).

9. Uşaq oyuncaqları.

10. İstehsal qüsurları istisna olmaqla istifadədə olmuş, üzərində yarlıklar olmayan kişi, qadın və uşaq corabları, alt paltarları.

11. Qida üçün plastmasdan hazırlanmış məmulatlar.[1]

12. Dəyəri ödənilmiş və mağazadan çıxarılmış (yararlılıq müddəti ərzində) qida məhsulları.

 

 


 

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.      12 yanvar 2024-cü il tarixli 12 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 15 yanvar 2024-cü il, “Azərbaycan” qəzeti, 17 yanvar 2024-cü il, ¹ 9, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, ¹ 1, maddə 79)

 

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 12 yanvar 2024-cü il tarixli 12 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 15 yanvar 2024-cü il, “Azərbaycan” qəzeti, 17 yanvar 2024-cü il, ¹ 9, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, ¹ 1, maddə 79) ilə “Azərbaycan Respublikası ərazisində pərakəndə ticarət obyektlərində dəyişdirilməli olmayan malların siyahısı”nın 11-ci hissəsində “Ərzaq” sözü “Qida” sözü ilə, 12-ci hissəsində “ərzaq malları” sözləri “qida məhsulları” sözləri ilə əvəz edilmişdir.