Azərbaycan
Respublikası Nazirlər Kabinetinin rəhbərliyində
Baş nazirin baş müşavirləri, Katibliyin müdiri və
İşlər müdirinin birinci müavini vəzifələrinin
ixtisarı haqqında
Azərbaycan Respublİkası
Nazİrlər KabİnetİnİN Qərarı
Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabineti aparatı strukturunun təkmilləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəhbərliyində Baş nazirin 2 vahid baş müşaviri, Katibliyin müdiri və İşlər müdirinin birinci müavini vəzifələri ixtisar edilsin.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin İşlər İdarəsi 1998-ci il üçün ştat cədvəlində müvafiq dəyişikliklər etsin.
Azərbaycan Respublikasının Baş naziri A.RASİZADƏ
Bakı şəhəri, 12 iyun 1998-ci il
№130