“Qrant haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə
Azərbaycan
Respublİkası Prezİdentİnİn Fərmanı
“Qrant
haqqında” Azərbaycan Respublikası
Qanununun qüvvəyə minməsi ilə əlaqədar
həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə
tapşırılsın ki, bir ay müddətində:
qüvvədə olan
qanunvericilik aktlarının “Qrant haqqında” Azərbaycan
Respublikasının Qanununa uyğunlaşdırılması
barədə təkliflərini
Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
Nazirlər Kabinetinin və
müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının
normativ-hüquqi aktlarının həmin Qanuna
uyğunlaşdırılmasını təmin etsin və bu barədə
Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
“Qrant haqqında” Azərbaycan
Respublikası Qanununun və qrant haqqında
müqavilədə (qərarda) göstərilən
şərtlərin pozulmasına
görə məsuliyyət növlərini
müəyyən edən qanunvericilik aktlarının
layihələrini hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin;
öz səlahiyyətləri
daxilində “Qrant haqqında” Azərbaycan Respublikası
Qanunundan irəli gələn digər məsələləri
həll etsin.
2.
Müəyyən edilsin ki: [1]
2.1.
“Qrant haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci
maddəsinin 2-ci hissəsinin birinci cümləsində,
3-cü maddəsinin 2-1-ci və 2-2-ci (hər üç halda)
hissələrində nəzərdə tutulmuş müvafiq
icra hakimiyyəti orqanının səlahiyyətlərini
Azərbaycan Respublikasının Prezidenti həyata
keçirir;[2]
2.2.
həmin Qanunun 2-ci maddəsinin 2-ci hissəsinin ikinci
cümləsində və 5-1-ci hissəsində, 3-cü
maddəsinin 2-ci hissəsinin ikinci abzasında və 4-cü
maddəsinin 4-2-ci hissəsində nəzərdə
tutulmuş müvafiq icra hakimiyyəti orqanının
səlahiyyətlərini Azərbaycan Respublikasının
Nazirlər Kabineti həyata keçirir;
2.2-1.
həmin Qanunun 3-cü maddəsinin 2-2-ci hissəsində
(ikinci və üçüncü hallarda) “orqan (qurum)”
dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti
nəzərdə tutulur;[3]
2.3.
həmin Qanunun 4-cü maddəsinin 4-cü hissəsinin birinci
və ikinci cümlələrində və 5-ci hissəsinin
ikinci cümləsində nəzərdə tutulmuş
müvafiq icra hakimiyyəti orqanının
səlahiyyətlərini kommersiya qurumlarına və publik
hüquqi şəxslərə münasibətdə
Azərbaycan Respublikasının İqtisadiyyat və
Sənaye Nazirliyi, dini qurumlara münasibətdə
Azərbaycan Respublikasının Dini Qurumlarla İş
üzrə Dövlət Komitəsi, digər qeyri-kommersiya
qurumlarına, habelə
bələdiyyələrə (bələdiyyə
orqanlarına) və fiziki
şəxslərə münasibətdə Azərbaycan
Respublikasının Ədliyyə Nazirliyi həyata
keçirir;[4]
2.4.
həmin Qanunun 2-ci maddəsinin 5-ci hissəsinin ikinci
cümləsində nəzərdə tutulmuş müvafiq
icra hakimiyyəti orqanının səlahiyyətlərini
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi həyata
keçirir;
2.4-1.
həmin Qanunun 3-cü maddəsinin 2-2-ci hissəsində
(birinci halda) “orqan (qurum)” dedikdə mərkəzi icra
hakimiyyəti orqanları və dövlətə məxsus
hüquqi şəxslər nəzərdə tutulur;
2.5. həmin Qanunun 3-cü
maddəsinin 2-ci hissəsinin üçüncü
abzasında “müvafiq icra hakimiyyəti orqanları”
dedikdə, mərkəzi və digər icra hakimiyyəti
orqanları nəzərdə tutulur;
2.6. həmin Qanunun 4-cü maddəsinin 4-3-cü
hissəsində “müvafiq icra hakimiyyəti orqanının
elektron məlumat sistemi” dedikdə Azərbaycan Respublikası
Ədliyyə Nazirliyinin “Fərdi elektron pəncərə”
elektron məlumat sistemi nəzərdə tutulur.[5]
Azərbaycan
Respublikasının Prezidenti Heydər ƏLİYEV
Bakı
şəhəri, 13 iyun 1998-ci il
¹ 720
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ
SƏNƏDLƏRİNİN SİYAHISI
1.
27 sentyabr 2003-cü il tarixli 927 nömrəli Azərbaycan
Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2003-cü il, ¹ 9, maddə 478)
2.
24 iyul
2014-cü il tarixli 241
nömrəli Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
(“Azərbaycan” qəzeti, 26 iyul 2014-cü il, ¹ 159; Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, ¹ 07,
maddə 823)
3.
21 oktyabr
2015-ci il tarixli 653
nömrəli Azərbaycan Respublikası
Prezidentinin Fərmanı (“Azərbaycan”
qəzeti, 22 oktyabr 2015-ci il, ¹ 230, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2015-ci il, ¹ 10, maddə 1125)
4.
16 avqust
2016-cı il tarixli 1023
nömrəli Azərbaycan Respublikası
Prezidentinin Fərmanı (“Respublika”
qəzeti, 17 avqust 2016-cı il, ¹ 178, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 8,
maddə 1384)
5.
9 mart 2017-ci
il tarixli 1290 nömrəli Azərbaycan
Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan”
qəzeti, 12 mart 2017-ci il, ¹ 55, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 3, maddə
368)
6.
10 avqust
2020-ci il tarixli 1128
nömrəli Azərbaycan Respublikası
Prezidentinin Fərmanı (“Azərbaycan”
qəzeti, 11 avqust 2020-ci il, ¹ 156, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2020-cü il, ¹ 8,
maddə 1031)
7.
21 yanvar
2023-cü il tarixli 1986
nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (Azərbaycan Dövlət
İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet
saytı, 21 yanvar
2023-cü il,
“Azərbaycan” qəzeti, 22 yanvar 2023-cü il, ¹ 14, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, ¹ 1,
maddə 74)
8.
27 dekabr
2024-cü il tarixli 272
nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın)
rəsmi internet saytı, 27 dekabr
2024-cü il, “Azərbaycan” qəzeti, 28 dekabr
2024-cü il, ¹ 288, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, ¹ 12, II kitab,
maddə 1378)
FƏRMANA EDİLMİŞ
DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN
SİYAHISI
[1] 27
sentyabr 2003-cü il tarixli 927
nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, ¹ 9,
maddə 478) ilə 2-ci bəndindən "4-cü maddəsinin 4-cü və
5-ci bəndlərində" sözləri
çıxarılmışdır.
24 iyul 2014-cü il tarixli 241 nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (“Azərbaycan”
qəzeti, 26 iyul 2014-cü il, ¹ 159; Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, ¹ 07,
maddə 823) ilə 2-ci hissə yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
2. Müəyyən edilsin ki, “Qrant
haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin
2-ci bəndində, 3-cü maddəsinin 2-ci bəndində nəzərdə
tutulan “müvafiq icra hakimiyyəti orqanı”nın
səlahiyyətlərini Azərbaycan
Respublikasının Nazirlər Kabineti həyata
keçirir.
21 oktyabr 2015-ci il tarixli 653 nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (“Azərbaycan”
qəzeti, 22 oktyabr 2015-ci il, ¹ 230,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, ¹
10, maddə 1125) ilə 2-ci
hissə yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
2.
Müəyyən edilsin ki:
2.1.
“Qrant haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci
maddəsinin 2-ci hissəsində və 3-cü maddəsinin
2-ci hissəsinin birinci bəndində nəzərdə tutulan
müvafiq icra hakimiyyəti orqanının
səlahiyyətlərini Azərbaycan Respublikasının
Nazirlər Kabineti həyata keçirir;
2.2. həmin
Qanunun 4-cü maddəsinin 4-cü hissəsinin birinci və
ikinci cümlələrində və 5-ci hissəsinin ikinci
cümləsində nəzərdə tutulmuş müvafiq
icra hakimiyyəti orqanının səlahiyyətlərini
kommersiya qurumlarına münasibətdə Azərbaycan
Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi, dini
qurumlara münasibətdə Azərbaycan Respublikasının
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi,
digər qeyri-kommersiya qurumlarına və fiziki
şəxslərə münasibətdə Azərbaycan
Respublikasının Ədliyyə Nazirliyi həyata
keçirir.
[2] 21 yanvar 2023-cü il tarixli
1986 nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın)
rəsmi internet saytı, 21
yanvar 2023-cü il, “Azərbaycan”
qəzeti, 22 yanvar 2023-cü il, ¹ 14, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2023-cü il, ¹ 1, maddə 74) ilə 2.1-ci bənddə “və 3-cü maddəsinin 2-1-ci
hissəsində” sözləri “, 3-cü maddəsinin 2-1-ci və 2-2-ci (hər
üç halda) hissələrində” sözləri
ilə əvəz edilmişdir.
[3] 21 yanvar 2023-cü il tarixli
1986 nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın)
rəsmi internet saytı, 21
yanvar 2023-cü il, “Azərbaycan”
qəzeti, 22 yanvar 2023-cü il, ¹ 14, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2023-cü il, ¹ 1, maddə 74) ilə yeni məzmunda 2.2-1-ci
və 2.4-1-ci bəndlər əlavə edilmişdir.
[4] 16 avqust 2016-cı il tarixli
1023 nömrəli Azərbaycan
Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 17 avqust 2016-cı il, ¹
178, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 8,
maddə 1384) ilə 2.3-cü bənddən “və Sənaye” sözləri
çıxarılmışdır.
9 mart 2017-ci il tarixli 1290 nömrəli Azərbaycan
Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 12 mart 2017-ci il, ¹ 55, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 3, maddə 368) ilə 2.3-cü
bəndinə “kommersiya
qurumlarına” sözlərindən sonra “və publik hüquqi şəxslərə”
sözləri əlavə edilmişdir.
27 dekabr 2024-cü il tarixli
272 nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (Azərbaycan Dövlət İnformasiya
Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 27 dekabr 2024-cü il, “Azərbaycan” qəzeti, 28 dekabr 2024-cü il, ¹ 288, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2024-cü il, ¹ 12, II kitab, maddə 1378) ilə 2.3-cü
bəndə “digər
qeyri-kommersiya qurumlarına” sözlərindən sonra “, habelə
bələdiyyələrə (bələdiyyə
orqanlarına)” sözləri əlavə edilmişdir.
[5] 10 avqust 2020-ci il tarixli 1128 nömrəli Azərbaycan
Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 11 avqust 2020-ci il, ¹ 156,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-cü
il, ¹ 8, maddə 1031) ilə 2.5-ci
bəndinin sonunda nöqtə işarəsi nöqtəli
vergül işarəsi ilə əvəz edilmişdir və
yeni məzmunda 2.6-cı bənd əlavə edilmişdir.