Prokurorluğa
işə qəbul olunmaq üçün
namizədlərlə müsabiqə keçirilməsi
qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi
barədə
AZƏRBAYCAN
RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
"Prokurorluq
haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq
edilməsini və prokurorluğa işə qəbul olunmaq
üçün namizədlərlə müsabiqə
keçirilməsini təmin etmək məqsədi ilə qərara
alıram:
1.
Prokurorluğa işə qəbul olunmaq üçün
namizədlərlə müsabiqə keçirilməsi
qaydaları haqqında Əsasnamə təsdiq edilsin
(əlavə olunur).
2.
Azərbaycan Respublikası Baş prokuroruna tövsiyə
edilsin ki, öz səlahiyyəti daxilində bu Fərmandan
irəli gələn məsələləri həll etsin.
3. Bu Fərman
imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan
Respublikasının Prezidenti HEYDƏR
ƏLİYEV
Bakı
şəhəri, 19 iyun 2001-ci il
¹ 509
|
|
Azərbaycan
Respublikası Prezidentinin 2001-ci il 19
iyun tarixli, 509 nömrəli Fərmanı ilə TƏSDİQ
EDİLMİŞDİR |
Prokurorluğa
işə qəbul olunmaq üçün
namizədlərlə müsabiqə keçirilməsi
qaydaları haqqında
ƏSASNAMƏ
1.
Ümumi müddəalar
1.1. Bu
Əsasnamə "Prokurorluq haqqında" Azərbaycan
Respublikası Qanununun müddəalarına uyğun olaraq
prokurorluğa işə qəbul olunmaq üçün
namizədlərlə (bundan sonra – namizədlər)
müsabiqə keçirilməsi qaydalarını
müəyyən edir.
1.2.
Prokurorluğa işə qəbul olunmaq istəyən hər
bir namizədin hazırlığının, bilik
səviyyəsinin, ümumi
dünyagörüşünün, prokuror, müstəntiq
və ya əməliyyatçı vəzifəsinə
yararlı və layiqliyinin müəyyən edilməsi
məqsədi ilə aşkarlıq şəraitində
şəffaf üsullarla, beynəlxalq tələblərə
uyğun müsabiqə keçirilir. Müsabiqə ixtisas
imtahanlarından (test imtahanı və yazılı imtahan)
və müsahibədən ibarətdir.[1]
1.3. Prokurorluq
orqanlarında müvafiq vakant ştat vahidləri olduqda
ildə bir dəfədən az olmamaq şərti ilə
işə qəbulla əlaqədar müsabiqə elan edilir.
1.4.
Müsabiqəyə "Prokurorluq haqqında" Azərbaycan
Respublikası Qanununun tələblərinə cavab verən
şəxslər buraxılırlar.
1.5.
Məhkəmə və hüquq mühafizə orqanlarından,
habelə hüquq mühafizə orqanlarının
fəaliyyətinin əlaqələndirilməsi, qanunvericilik
və ya təşkilati təminatı ilə bağlı
vəzifələrdən prokurorluğa işə
keçirilən, yaxud hüquq
sahəsində elmlər doktoru elmi dərəcəsi olan
şəxslər ixtisas imtahanlarından azad oluna
bilərlər. Bu halda onlarla müsahibə aparılır.[2]
2. Müsabiqə komissiyası və onun təşkili
2.1.
Müsabiqənin keçirilməsi üçün Baş
Prokurorluqda 7 nəfərdən ibarət Müsabiqə
Komissiyası (bundan sonra - Komissiya) yaradılır. Sədr,
sədr müavini, məsul katib və digər
üzvlərdən ibarət Komissiyanın tərkibi Baş
Prokurorluğun Kollegiyasında baxıldıqdan sonra
Azərbaycan Respublikasının Baş prokuroru
tərəfindən təsdiq edilir.
2.2.
Komissiyanın işinə nüfuzlu hüquqşünaslar,
alimlər, ekspertlər və mütəxəssislər
cəlb edilə bilərlər.
2.3. Komissiya
zərurət olduğu hallarda səlahiyyətlərinə aid
olan məsələlərlə əlaqədar
üzvlərinin ən azı üçdə iki hissəsinin
iştirakı ilə iclas keçirir. İclasın vaxtı,
yeri və müzakirəyə çıxarılan
məsələlər barədə Komissiya
üzvlərinə qabaqcadan məlumat verilir.
2.4.
Komissiyanın iclaslarında baxılan məsələlər
üzrə qərarlar sədrin sonuncu səs verməsi
şərti ilə açıq səsvermə və səs
çoxluğu ilə qəbul edilir, iclasda iştirak edən
bütün Komissiya üzvləri tərəfindən imzalanır.
Komissiya üzvünün xüsusi rəyi olduqda, rəy
qərara əlavə edilir. Komissiyanın işinə qanunsuz
müdaxilə yolverilməzdir.
3. Müsabiqənin keçirilməsi
3.1.
Namizədlərin müsabiqəyə buraxılması,
müsabiqənin keçirilməsinin təşkilinə dair
digər məsələlər müvafiq hüquqi aktlara
uyğun olaraq Azərbaycan Respublikasının Baş prokuroru
tərəfindən müəyyən olunur və rəsmi
mətbuatda dərc edilir.
3.2. İxtisas
imtahanlarının müəyyən edilmiş qaydada
keçirilməsini təmin etmək məqsədi ilə Dövlət İmtahan
Mərkəzi və digər qurumlar imtahana cəlb edilə
bilərlər.[3]
İSTİFADƏ
OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN
SİYAHISI
1.
23
noyabr 2007-ci il tarixli 670 nömrəli Azərbaycan
Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2007-ci il, ¹ 11, maddə 1118)
2.
24
iyun 2009-cu il tarixli nömrəli 107 nömrəli Azərbaycan
Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 26 iyun 2009-cu il, ¹ 137,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, ¹
06, maddə 419)
3.
8
may 2012-ci il tarixli 634 nömrəli
Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 9 may
2012-ci il, ¹ 101,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, ¹
05, maddə 427)
4.
16 may 2017-ci il tarixli 1398 nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (“Xalq” qəzeti, 18 may 2017-ci il, ¹ 105,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹
5, maddə 802)
5.
18 dekabr 2021-ci il tarixli 1490 nömrəli Azərbaycan Respublikası
Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 19 dekabr 2021-ci il, ¹ 276, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2021-ci il, ¹ 12, maddə 1355)
FƏRMANA EDİLMİŞ
DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN
SİYAHISI
[1] 23
noyabr 2007-ci il tarixli 670 nömrəli Azərbaycan
Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2007-ci il, ¹ 11, maddə 1118) ilə «Prokurorluğa
işə qəbul olunmaq üçün
namizədlərlə müsabiqə keçirilməsi
qaydaları haqqında Əsasnamə»yə
aşağıdakı dəyişikliklər edilmişdir,
1.2-ci bənddə ikinci cümlə yeni redaksiyada
verilmişdir.
Əvvəlki
redaksiyada deyilirdi:
Müsabiqə
test imtahanından və söhbətdən ibarətdir.
8
may 2012-ci il tarixli 634
nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (“Azərbaycan”
qəzeti, 9 may 2012-ci il, ¹ 101, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, ¹ 05, maddə
427) ilə
təsdiq edilmiş "Prokurorluğa işə qəbul
olunmaq üçün namizədlərlə müsabiqə
keçirilməsi qaydaları haqqında
Əsasnamə"nin 1.2-ci bəndinin birinci cümləsində
"və ya müstəntiq"
sözləri ",
müstəntiq və ya əməliyyatçı"
sözləri ilə əvəz edilmişdir.
[2] 23
noyabr 2007-ci il tarixli 670 nömrəli Azərbaycan
Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2007-ci il, ¹ 11, maddə 1118) ilə 1.5-ci bənddə «imtahandan» sözü «ixtisas imtahanlarından»
sözləri ilə əvəz edilmişdir.
24
iyun 2009-cu il tarixli nömrəli 107 nömrəli Azərbaycan
Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 26 iyun 2009-cu il, ¹ 137,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, ¹
06, maddə 419) ilə “Prokurorluğa işə qəbul
olunmaq üçün namizədlərlə müsabiqə
keçirilməsi qaydaları haqqında Əsasnamə”nin
1.2-ci bəndinin ikinci cümləsində “söhbətdən” sözü “müsahibədən” sözü ilə, 1.5-ci
bəndinin ikinci cümləsində “söhbət” sözü “müsahibə” sözü ilə əvəz
edilmişdir.
18 dekabr 2021-ci il tarixli 1490 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 19 dekabr 2021-ci il, ¹ 276, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, ¹ 12, maddə 1355) ilə “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında Əsasnamə”nin 1.5-ci bəndində “müvafiq ixtisas üzrə” sözləri “hüquq sahəsində elmlər doktoru” sözləri ilə əvəz edilmişdir.
[3] 23
noyabr 2007-ci il tarixli 670 nömrəli Azərbaycan
Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2007-ci il, ¹ 11, maddə 1118) ilə 3.2-ci bənddə «İmtahanın» sözü «İxtisas imtahanlarının»
sözləri ilə əvəz edilmişdir.
16 may 2017-ci
il tarixli 1398 nömrəli
Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq”
qəzeti, 18 may 2017-ci il, ¹ 105, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2017-ci il, ¹ 5, maddə 802) ilə “Prokurorluğa işə
qəbul olunmaq üçün namizədlərlə
müsabiqə keçirilməsi qaydaları haqqında Əsasnamə”nin
3.2-ci bəndində “Tələbə
Qəbulu üzrə Dövlət Komissiyası”
sözləri “Dövlət
İmtahan Mərkəzi” sözləri ilə əvəz
edilmişdir.