Qrant haqqında
Azərbaycan Respublİkasının Qanunu
Bu Qanun Azərbaycan Respublikasında (Ələt azad iqtisadi zonası istisna olmaqla) qrantların (o cümlədən sub-qrantın, qranta əlavənin, habelə ianələr istisna olmaqla bu Qanunun 1-ci maddəsinin birinci hissəsində göstərilmiş məqsədlər üçün digər formada rəsmiləşdirilən yardımların) verilməsi, alınması və istifadəsi ilə bağlı iqtisadi və hüquqi münasibətləri tənzimləyir.[1]
1. Qrant — humanitar, sosial və ekoloji layihələri, müharibə və təbii fəlakət nəticəsində ziyan çəkmiş ərazilərdə dağılmış istehsal, sosial təyinatlı obyektlərin və infrastrukturun bərpası üzrə işləri, təhsil, səhiyyə, mədəniyyət, hüquqi məsləhət, informasiya, nəşriyyat və idman sahələrində proqramları, elm, tədqiqat və layihələşdirmə proqramlarını, dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən digər proqramları hazırlamaq və həyata keçirmək üçün bu Qanunla nəzərdə tutulmuş qaydada göstərilən yardımdır. Qrant yalnız konkret məqsəd (məqsədlər) üçün verilir. “Dini etiqad azadlığı haqqında” və “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulan ianələr və dövlət hakimiyyəti orqanlarının yardımları, “Bələdiyyə maliyyəsinin əsasları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən bələdiyyə maliyyəsinin iqtisadi əsaslarını (qrant istisna olmaqla) təşkil edən vəsait istisna olmaqla, qrant müqaviləsi (qərarı) olmadan bələdiyyələr, habelə Azərbaycan Respublikasında fəaliyyət göstərən dini qurumlar, qeyri-hökumət təşkilatları, o cümlədən xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəlikləri maliyyə vəsaiti şəklində və (və ya) başqa maddi formada yardım qəbul edə bilməz.[2]
1-1. Sub-qrant - qrant
müqaviləsi (qərarı) üzrə alınmış
vəsaitdən həmin müqavilədə (qərarda)
resipiyent kimi nəzərdə tutulmamış
üçüncü şəxsə bu müqavilənin
(qərarın) icrası məqsədi ilə ayrıca qrant
müqaviləsinə (qərarına) əsasən verilən
vəsaitdir.[3]
2. Qrant maliyyə vəsaiti şəklində və (və ya) başqa maddi formada verilir. Qrant təmənnasız verilir, onun əvəzi hər hansı bir şəkildə geri istənilə bilməz.
3. Birbaşa mənfəət əldə etmək üçün istifadə edilən maddi yardım qrant sayılmır. Qrant predmeti olan layihə başa çatdırıldıqdan sonra qrant alanın sərəncamında hər hansı maliyyə vəsaiti və (və ya) başqa maddi vəsait qalarsa, qrant haqqında müqaviləyə (qərara) əsasən başqa hal nəzərdə tutulmamışdırsa, bu vəsait, qrant alanın mülahizəsinə görə qran predmeti ola bilən layihə və proqramların həyata keçirilməsinə sərf edilməlidir.
4. Bilavasitə siyasi hakimiyyət uğrunda mübarizə məqsədləri, qanunların və digər qanunvericilik aktlarının qəbul etdirilməsi üzrə lobbiçilik fəaliyyəti, siyasi reklam, hər hansı siyasi təşkilatın (təşkilatların) və ya siyasi xadimin (xadimlərin) seçki kampaniyasının maliyyələşdirilməsi üçün istifadə edilən maddi yardım qrant sayılmır.
1. Qrant alanla münasibətlərində qrant verən donor sayılır.
2. Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşdirilən qurumlar fəaliyyət sahələrinə uyğun olaraq Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə, habelə bələdiyyələrə qrant verə bilərlər. Azərbaycan dövləti adından müvafiq icra hakimiyyəti orqanı bələdiyyələrə, Azərbaycan Respublikasının və xarici ölkələrin hüquqi və fiziki şəxslərinə qrant verə bilər.[4]
3. Azərbaycan dövləti adından qrantlar Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına verilir. Belə qrantların verilməsi üçün dövlət büdcəsinin xərcləri tərkibində ayrıca sətirlə xüsusi vəsait nəzərdə tutula bilər. Lakin bu halda həmin vəsaitin formalaşdırılması üçün hər hansı əlavə vergilər tətbiq oluna və ya mövcud vergi dərəcələri yüksəldilə bilməz. Dövlət büdcəsi vəsaiti hesabına verilmiş qrantın təyinatı üzrə istifadə edilməsinə nəzarəti donor həyata keçirir.[5]
4. Nizamnaməsinə əsasən başlıca məqsədi xeyriyyəçilik, yaxud qrant predmeti ola bilən layihə və proqramlar üçün vəsait toplanması olan, öz fəaliyyətində mənfəət götürmək məqsədi güdməyən Bələdiyyələr,
Azərbaycan
Respublikasının istənilən hüquqi şəxsi, habelə fiziki şəxsi Azərbaycan Respublikasının və xarici ölkələrin hüquqi və fiziki şəxslərinə,
o cümlədən bələdiyyələrə qrant verə bilər.[6]
5. Beynəlxalq təşkilatlar və onların nümayəndəlikləri, xarici hökumətlər və onların nümayəndəlikləri, xeyriyyəçilik, humanitar inkişaf və başqa ictimai yönümlü beynəlxalq təşkilatlar, maliyyə-kredit institutları, təhsil, elm, səhiyyə, incəsənət və idmanın inkişafı sahələrində fəaliyyət göstərən xarici ictimai təşkilatlar, o cümlədən fondlar, assosiasiyalar, federasiyalar
və komitələr, həmçinin xarici
hüquqi şəxslərin Azərbaycan Respublikasında
dövlət qeydiyyatına alınmış filial və
nümayəndəlikləri (“Qeyri-hökumət təşkilatları
(ictimai birliklər və fondlar) haqqında”
Azərbaycan Respublikasının Qanununda nəzərdə
tutulmuş sazişi bağlamış xarici
dövlətlərin qeyri-hökumət
təşkilatlarının filial və ya nümayəndəlikləri)
Azərbaycan Respublikasının ərazisində qrant
vermək hüququnu əldə etdikdən sonra donor qismində çıxış edə bilərlər. Qrant
vermək hüququnun əldə edilməsi üçün müvafiq
icra hakimiyyəti orqanının
qrantın maliyyə-iqtisadi
məqsədəmüvafiqliyinə dair rəyi tələb
olunur.[7]
5-1. Bu maddənin 5-ci
hissəsində nəzərdə tutulmuş donorlar
tərəfindən qrant vermək hüququnun əldə
edilməsi qaydası müvafiq
icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilir.[8]
6. Qrant verməkdə, qrant alanı və gerçəkləşdirilməsi üçün qrant verdikləri layihə və proqramları seçməkdə donorlar tam sərbəstdirlər. Azərbaycan dövləti adından Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə, habelə bələdiyyələrə qrantlar müsabiqə əsasında verilir.[9]
1. Donorla münasibətlərində qrant alan resipiyent sayılır.
2. Aşağıdakılar resipiyent ola bilərlər:
müvafiq icra hakimiyyəti orqanı qismində Azərbaycan dövləti;
Azərbaycan
Respublikasının dövlət büdcəsindən
maliyyələşdirilən qurumlar (müvafiq
icra hakimiyyəti orqanları bu maddənin 2-1-ci
hissəsində nəzərdə tutulmuş qaydalara uyğun
olaraq);[10]
bələdiyyələr;[11]
publik hüquqi
şəxslər;[12]
Azərbaycan Respublikasında fəaliyyət göstərən, nizamnaməsinə əsasən başlıca məqsədi xeyriyyəçilik, yaxud qrant predmeti ola bilən layihə və proqramların həyata keçirilməsi olan və qrant almaqla birbaşa mənfəət götürmək məqsədi güdməyən rezident və qeyri-rezident olan hüquqi şəxslər, onların filial, nümayəndəlik və şöbələri (həmin
resipiyentlər yalnız bu Qanunun 2-ci maddəsinin 2-ci və
4-cü hissələrində nəzərdə tutulmuş
donorlardan, habelə xarici hüquqi şəxslərin
Azərbaycan Respublikasında dövlət qeydiyyatına
alınmış filial və nümayəndəlikləri (“Qeyri-hökumət təşkilatları
(ictimai birliklər və fondlar) haqqında”
Azərbaycan Respublikasının Qanununda nəzərdə
tutulmuş sazişi bağlamış xarici
dövlətlərin qeyri-hökumət
təşkilatlarının filial və ya nümayəndəlikləri)
olan donorlardan qrant ala bilərlər);[13]
Azərbaycan Respublikasının fiziki şəxsləri.
2-1. Azərbaycan
Respublikasının adından qrant alınmasına dair
sazişlərin bağlanması və təsdiq edilməsi
qaydaları müvafiq
icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilir.[14]
2-2. Müvafiq
icra hakimiyyəti orqanının
müəyyən etdiyi orqanın
(qurumun) Azərbaycan
Respublikasının adından və ya müvafiq
icra hakimiyyəti orqanının
müəyyən etdiyi orqanın
(qurumun) adından aldığı
qrantların reyestri müvafiq
icra hakimiyyəti orqanının
müəyyən etdiyi orqanın
(qurumun) müəyyən etdiyi qaydada
aparılır.[15]
3. Qrant almaqda, donoru və gerçəkləşdirilməsi üçün qrant aldıqları layihə və proqramları seçməkdə Azərbaycan Respublikasından olan resipiyentlər tam sərbəstdirlər.
4. Azərbaycan Respublikasından olan donorlar xarici ölkələrin hüquqi və ya fiziki şəxslərinə qrant verərkən resipiyent qismində kimlərin çıxış edə bilməsi həmin ölkələrin qanunvericiliyi ilə müəyyənləşdirilir.
5. Resipiyentlər qrant müqavilələrinin (qərarların) şərtlərinə uyğun olaraq fəaliyyət göstərirlər.
1. Donorla resipiyent arasında yazılı müqavilə və ya qrant verilməsi haqqında donorun yazılı qərarı qrant verilməsi, alınması və istifadəsi üçün qanuni əsasdır. Müqavilədə (qərarda) qrantın məqsədi, məbləği, predmeti və əgər donor tərəfindən resipiyent qarşısında hansısa şərtlər qoyulmuşdursa, həmin şərtlər göstərilir.
2. Qrant yalnız müqavilədə və ya qərarda göstərilən məqsədlərin həyata keçirilməsi üçün istifadə oluna bilər. Qrantın başqa məqsədlər üzrə istifadə olunması, əgər bu, qrant haqqında müqavilədə (qərarda) nəzərdə tutulmamışdırsa, ancaq donorun əlavə yazılı razılığı ilə mümkündür.
3. Qrant predmeti olan layihə həyata keçirilən dövrdə qrant kimi verilən, yaxud qrant hesabına əldə edilən dəyərlərin satılıb pula çevrilməsi yalnız qrant haqqında müqavilədə belə əməliyyatlar nəzərdə tutulduqda, əks təqdirdə isə donorun əlavə yazılı razılığı ilə mümkündür. Bu halda resipiyentin sərəncamına daxil olan maliyyə vəsaiti qrant predmeti ola bilən layihə və proqramların həyata keçirilməsinə sərf edilməlidir.
4. Bələdiyyələr,
Azərbaycan Respublikasının hüquqi və ya fiziki
şəxsi, habelə Azərbaycan Respublikasının
hüquqi şəxsinin filial və ya nümayəndəliyi
olan donorlar tərəfindən xarici resipiyentlərə qrant
verilməsi haqqında müqavilələr (qərarlar)
qeydə alınması üçün donorlar
tərəfindən müvafiq
icra hakimiyyəti orqanına təqdim olunur.
Azərbaycan Respublikasının resipiyentlərinin
aldıqları qrantlar haqqında müqavilələr
(qərarlar) qeydə alınması üçün
resipiyentlər tərəfindən müvafiq
icra hakimiyyəti orqanına təqdim olunur.
Dövlət büdcəsi hesabına verilmiş qrant
barədə müvafiq məlumat qrant müqaviləsini
(qərarını) qeydə alan orqana donor
tərəfindən təqdim olunur.[16]
4-1. Bu maddədə
qrant müqavilələrinin (qərarlarının) qeydə
alınması ilə bağlı göstərilmiş
tələblər sub-qrantlara və qrant
müqaviləsi (qərarı) üzrə əlavə
müqavilələrin, habelə müqavilələrin
(qərarların) müddətinin, məqsədinin,
məbləğinin dəyişdirilməsi hallarına da
şamil olunur.[17]
4-2. Qrant
müqavilələrinin (qərarlarının) qeydə
alınması qaydası müvafiq
icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilir.[18]
4-3.
Qeyri-hökumət təşkilatları qrant
müqavilələrinin (qərarlarının) “Qeyri-hökumət təşkilatları
(ictimai birliklər və fondlar) haqqında”
Azərbaycan Respublikası Qanununun 24-3-cü maddəsinə
uyğun olaraq müvafiq
icra hakimiyyəti orqanının elektron məlumat sistemi
vasitəsilə qeydə alınması üçün
müraciət edə bilərlər.[19]
5. Qeydə alınmayan qrant verilməsi və ya alınması haqqında müqavilələr (qərarlar) üzrə bank əməliyyatları və hər hansı digər əməliyyatlar aparıla bilməz. Müvafiq icra hakimiyyəti orqanı Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri, habelə bələdiyyələr tərəfindən verilmiş və Azərbaycan Respublikasının resipiyentləri tərəfindən alınmış qrantlar haqqında ildə bir dəfədən az olmayaraq, mediada ümumiləşdirilmiş məlumat verməlidir.[20]
6. Qrant hesabına hazırlanan çap, audio, audio-vizual, kino və başqa materiallarda, keçirilən konfrans, seminar və digər ictimai tədbirlərdə bunların maliyyələşdirmə mənbəyi haqqında məlumat verilməlidir.
1. Bu Qanuna müvafiq olaraq qrant kimi
alınan pul və (və ya) hər hansı digər maddi
yardımla bağlı vergitutma məsələləri
Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə tənzimlənir.
2. Bu Qanuna müvafiq olaraq qrant kimi
alınan pul və (və ya) hər hansı digər
yardımdan rüsumlar və dövlət büdcəsinə
müvafiq icbari ödənişlər tutulmur.
3. Bu Qanuna müvafiq olaraq qrant kimi
alınan pul vəsaitinin məcburi dövlət sosial
sığortasına cəlb olunması “Sosial
sığorta haqqında” Azərbaycan
Respublikasının Qanunu ilə tənzimlənir.[22]
1. Donor və resipiyent bu Qanunun və qrant haqqında müqavilədə (qərarda) göstərilən şərtlərin pozulmasına görə qanunvericilikdə nəzərdə tutulan qaydada məsuliyyət daşıyırlar.
2. Donor və resipiyentdən biri xarici ölkənin təşkilatı və ya vətəndaşı olduğu halda onların arasında mübahisələr tərəflərin əvvəlcədən seçdikləri və qrant haqqında müqavilədə (qərarda) təsbit edilmiş ölkənin qanunları əsasında həll olunur. Əks təqdirdə mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyi əsasında həll olunur.
Azərbaycan Respublikasının Prezidenti Heydər ƏLİYEV
Bakı şəhəri, 17 aprel 1998-ci il
¹ 483-IQ
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ
SƏNƏDLƏRİNİN SİYAHISI
1.
23 noyabr 2001-ci il tarixli 219-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, ¹ 12, maddə
736)
2.
30 aprel 2002-ci il tarixli 317-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, ¹ 1,
maddə 1)
3.
22 noyabr 2002-ci il tarixli 382-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, ¹ 12, maddə
706)
4.
30 iyun 2009-cu il tarixli 842-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 1 sentyabr 2009-cu il, ¹ 193, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, ¹ 08, maddə
611)
5.
15 fevral 2013-cü il tarixli 560-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 12 mart 2013-cü il, ¹ 55,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü
il, ¹ 03, maddə 215)
6.
17
dekabr 2013-cü il tarixli 852-IVQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika”
qəzeti, 4 fevral 2014-cü il, ¹ 23, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 2,
maddə 82)
7.
17 oktyabr 2014-cü il tarixli 1081-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika”
qəzeti, 16 noyabr 2014-cü il, ¹ 250; Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 11,
maddə 1358)
8.
28 oktyabr 2014-cü il tarixli 1095-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika”
qəzeti, 20 noyabr 2014-cü il, ¹ 253; Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 11,
maddə 1369)
9.
1 fevral 2017-ci
il tarixli 513-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 12 mart
2017-ci il, ¹ 55,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹
3, maddə 335)
10.
28 dekabr
2018-ci il tarixli 1410-VQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 1 fevral
2019-cu il, ¹ 25, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2019-cu il, ¹ 01, maddə 27)
11.
30 iyun 2020-ci
il tarixli 158-VIQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 11 avqust
2020-ci il, ¹ 156,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹
8, maddə 1019)
12.
29 noyabr
2022-ci il tarixli 649-VIQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın)
rəsmi internet saytı, 21 yanvar 2023-cü il, “Azərbaycan” qəzeti, 22 yanvar
2023-cü il, ¹ 14,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü
il, ¹ 1, maddə 6)
13.
17 fevral
2023-cü il tarixli 809-VIQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın)
rəsmi internet saytı, 8 aprel 2023-cü
il, “Azərbaycan” qəzeti, 9 aprel 2023-cü il, ¹ 73,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü
il, ¹ 4, maddə 447)
14.
29 noyabr
2024-cü il tarixli 75-VIIQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan Dövlət
İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet
saytı, 27 dekabr 2024-cü il, “Azərbaycan” qəzeti, 28 dekabr
2024-cü il, ¹ 288,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü
il, ¹ 12, II kitab, maddə 1333)
QANUNA
EDİLMİŞ DƏYİŞİKLİK VƏ
ƏLAVƏLƏRİN SİYAHISI
[1] 17 dekabr 2013-cü il tarixli 852-IVQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Respublika” qəzeti, 4 fevral 2014-cü il, ¹ 23,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü
il, ¹ 2, maddə 82) ilə Qanunun preambulasında “qrantların”
sözündən sonra “(o
cümlədən sub-qrantın, qranta əlavənin,
habelə ianələr istisna olmaqla bu Qanunun 1-ci maddəsinin
birinci hissəsində göstərilmiş
məqsədlər üçün digər formada
rəsmiləşdirilən yardımların)”
sözləri əlavə edilmişdir.
28 dekabr
2018-ci il tarixli 1410-VQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 1 fevral
2019-cu il, ¹ 25, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2019-cu il, ¹ 01, maddə 27) ilə
preambulada “Azərbaycan
Respublikasında” sözlərindən sonra “(Ələt azad iqtisadi zonası
istisna olmaqla)” sözləri əlavə edilmişdir.
[2] 15 fevral
2013-cü il tarixli 560-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 12 mart 2013-cü il, ¹ 55, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, ¹ 03,
maddə 215) ilə 1-ci
maddəsinin 1-ci hissəsinə üçüncü
cümlə əlavə edilmişdir.
29 noyabr 2024-cü il tarixli
75-VIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin
(AZƏRTAC-ın) rəsmi internet saytı,
27 dekabr 2024-cü il, “Azərbaycan” qəzeti, 28 dekabr 2024-cü il, ¹ 288, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2024-cü il, ¹ 12, II kitab, maddə 1333) ilə 1-ci
maddənin 1-ci hissəsinin üçüncü
cümləsinə “yardımları”
sözündən sonra “,
“Bələdiyyə maliyyəsinin əsasları haqqında”
Azərbaycan Respublikasının Qanununa əsasən
bələdiyyə maliyyəsinin iqtisadi əsaslarını
(qrant istisna olmaqla) təşkil edən vəsait”
sözləri və “olmadan”
sözündən sonra “bələdiyyələr,
habelə” sözləri əlavə edilmişdir.
[3] 28
oktyabr 2014-cü il tarixli 1095-IVQD
nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Respublika” qəzeti, 20
noyabr 2014-cü il, ¹ 253; Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 11, maddə 1369) ilə 1-ci
maddəyə 1-1-ci hissə əlavə edilmişdir.
[4] 17
oktyabr 2014-cü il tarixli 1081-IVQD
nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Respublika” qəzeti, 16
noyabr 2014-cü il, ¹ 250; Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 11, maddə 1358) ilə 2-ci
maddənin 2-ci hissəsinə birinci cümlə əlavə
edilmişdir.
29 noyabr 2024-cü il tarixli
75-VIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin
(AZƏRTAC-ın) rəsmi internet saytı,
27 dekabr 2024-cü il, “Azərbaycan” qəzeti, 28 dekabr 2024-cü il, ¹ 288, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2024-cü il, ¹ 12, II kitab, maddə 1333) ilə 2-ci
maddənin 2-ci hissəsinin birinci cümləsinə “şəxslərinə”
sözündən sonra “,
habelə bələdiyyələrə” sözləri
və ikinci cümləsinə “orqanı”
sözündən sonra “bələdiyyələrə,”
sözü əlavə edilmişdir.
[5] 30 iyun 2009-cu il
tarixli 842-IIIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Azərbaycan”
qəzeti 1 sentyabr 2009-cu il, ¹
193, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu
il, ¹ 08, maddə 611) ilə 2-ci maddənin 3-cü
bəndinə dördüncü cümlə əlavə
edilmişdir.
[6] 17
oktyabr 2014-cü il tarixli 1081-IVQD
nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Respublika” qəzeti, 16
noyabr 2014-cü il, ¹ 250; Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 11, maddə 1358) ilə 2-ci
maddənin 4-cü hissəsindən “Nizamnaməsinə əsasən başlıca
məqsədi xeyriyyəçilik, yaxud qrant predmeti ola
bilən layihə və proqramlar üçün vəsait
toplanması olan, öz fəaliyyətində
mənfəət götürmək məqsədi
güdməyən” sözləri
çıxarılmışdır.
29 noyabr 2024-cü il tarixli
75-VIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin
(AZƏRTAC-ın) rəsmi internet saytı,
27 dekabr 2024-cü il, “Azərbaycan” qəzeti, 28 dekabr 2024-cü il, ¹ 288, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2024-cü il, ¹ 12, II kitab, maddə 1333) ilə 2-ci
maddənin 4-cü hissəsinə
birinci halda “Azərbaycan”
sözündən əvvəl “Bələdiyyələr,”
sözü və “şəxslərinə”
sözündən sonra “, o
cümlədən bələdiyyələrə”
sözləri əlavə edilmişdir.
[7] 17
oktyabr 2014-cü il tarixli 1081-IVQD
nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Respublika” qəzeti, 16
noyabr 2014-cü il, ¹ 250; Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 11, maddə 1358) ilə 2-ci
maddənin 5-ci hissəsində “mənfəət
götürmək məqsədi güdməyən digər
xarici hüquqi şəxslər, eləcə də xarici
fiziki şəxslər” sözləri “xarici hüquqi şəxslərin Azərbaycan
Respublikasında dövlət qeydiyyatına alınmış
filial və nümayəndəlikləri (“Qeyri-hökumət
təşkilatları (ictimai birliklər və fondlar)
haqqında” Azərbaycan Respublikasının Qanununda
nəzərdə tutulmuş sazişi bağlamış xarici
dövlətlərin qeyri-hökumət təşkilatlarının
filial və ya nümayəndəlikləri) Azərbaycan
Respublikasının ərazisində qrant vermək hüququnu
əldə etdikdən sonra” sözləri ilə
əvəz edilmişdir və ikinci cümlə əlavə
edilmişdir.
[8] 17
oktyabr 2014-cü il tarixli 1081-IVQD
nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Respublika” qəzeti, 16
noyabr 2014-cü il, ¹ 250; Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 11, maddə 1358) ilə 2-ci
maddəyə 5-1-ci hissə əlavə edilmişdir.
[9] 29 noyabr 2024-cü il tarixli
75-VIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin
(AZƏRTAC-ın) rəsmi internet saytı,
27 dekabr 2024-cü il, “Azərbaycan” qəzeti, 28 dekabr 2024-cü il, ¹ 288, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2024-cü il, ¹ 12, II kitab, maddə 1333) ilə 2-ci
maddənin 6-cı hissəsinə “şəxslərinə”
sözündən sonra “,
habelə bələdiyyələrə” sözləri
əlavə edilmişdir.
[10] 17
oktyabr 2014-cü il tarixli 1081-IVQD
nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Respublika” qəzeti, 16
noyabr 2014-cü il, ¹ 250; Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 11, maddə 1358) ilə 3-cü
maddənin 2-ci hissəsində üçüncü,
dördüncü və beşinci abzaslar müvafiq olaraq
dördüncü, beşinci və altıncı abzaslar hesab
edilmişdir və hissəyə üçüncü abzas
əlavə edilmişdir.
[11] 29 noyabr 2024-cü il tarixli
75-VIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin
(AZƏRTAC-ın) rəsmi internet saytı,
27 dekabr 2024-cü il, “Azərbaycan” qəzeti, 28 dekabr 2024-cü il, ¹ 288, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2024-cü il, ¹ 12, II kitab, maddə 1333) ilə 3-cü
maddənin 2-ci hissəsinin dördüncü abzasında “bələdiyyə orqanları”
sözləri “bələdiyyələr”
sözü ilə əvəz edilmişdir.
[12] 1 fevral 2017-ci il
tarixli 513-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 12 mart
2017-ci il, ¹ 55, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 3, maddə
335)
ilə 3-cü maddənin 2-ci
hissəsinə yeni məzmunda dördüncü bənd
əlavə edilmişdir.
[13] 17
oktyabr 2014-cü il tarixli 1081-IVQD
nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Respublika” qəzeti, 16
noyabr 2014-cü il, ¹ 250; Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 11, maddə 1358) ilə 3-cü
maddənin 2-ci hissəsinin beşinci abzasına “şöbələri”
sözündən sonra “(həmin
resipiyentlər yalnız bu Qanunun 2-ci maddəsinin 2-ci və
4-cü hissələrində nəzərdə tutulmuş
donorlardan, habelə xarici hüquqi şəxslərin
Azərbaycan Respublikasında dövlət qeydiyyatına
alınmış filial və nümayəndəlikləri
(“Qeyri-hökumət təşkilatları (ictimai birliklər
və fondlar) haqqında” Azərbaycan Respublikasının
Qanununda nəzərdə tutulmuş sazişi
bağlamış xarici dövlətlərin
qeyri-hökumət təşkilatlarının filial və ya
nümayəndəlikləri) olan donorlardan qrant ala
bilərlər)” sözləri əlavə edilmişdir.
[14] 17
oktyabr 2014-cü il tarixli 1081-IVQD
nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Respublika” qəzeti, 16
noyabr 2014-cü il, ¹ 250; Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 11, maddə 1358) ilə 3-cü
maddəyə 2-1-ci hissə əlavə edilmişdir.
[15] 29 noyabr 2022-ci il tarixli 649-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın)
rəsmi internet saytı, 21 yanvar 2023-cü il, “Azərbaycan” qəzeti, 22 yanvar
2023-cü il, ¹ 14,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü
il, ¹ 1, maddə 6) ilə 3-cü maddəyə yeni
məzmunda 2-2-ci hissə əlavə edilmişdir.
[16] 30 iyun 2009-cu il tarixli
842-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 1 sentyabr
2009-cu il, ¹ 193, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2009-cu il, ¹ 08, maddə 611) ilə 4-cü
bəndə ikinci cümlə əlavə edilmişdir.
17 dekabr 2013-cü il tarixli 852-IVQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Respublika” qəzeti, 4 fevral 2014-cü il, ¹ 23,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü
il, ¹ 2, maddə 82) ilə 4-cü maddənin
dördüncü hissəsi yeni redaksiyada verilmişdir.
Əvvəlki
redaksiyada deyilirdi:
4. Azərbaycan
Respublikasının hüquqi və ya fiziki şəxsi olan
donorların xarici resipiyentlərə qrant verilməsi
haqqında, həmçinin Azərbaycan Respublikasının
resipiyentləri tərəfindən qrant alınması haqqında
müqavilələr (qərarlar) müvafiq icra hakimiyyəti
orqanında qeydə alınmalıdır. Dövlət
büdcəsi hesabına verilmiş qrant barədə
müvafiq məlumat qrant müqaviləsini
(qərarını) qeydə alan orqana donor
tərəfindən təqdim edilir.
29 noyabr 2024-cü il tarixli
75-VIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin
(AZƏRTAC-ın) rəsmi internet saytı,
27 dekabr 2024-cü il, “Azərbaycan” qəzeti, 28 dekabr 2024-cü il, ¹ 288, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2024-cü il, ¹ 12, II kitab, maddə 1333) ilə 4-cü
maddənin 4-cü hissəsinin birinci cümləsinə
birinci halda “Azərbaycan”
sözündən əvvəl “Bələdiyyələr,”
sözü əlavə edilmişdir.
[17] 17 dekabr 2013-cü il tarixli 852-IVQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Respublika” qəzeti, 4 fevral 2014-cü il, ¹ 23,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü
il, ¹ 2, maddə 82) ilə 4-cü maddəyə yeni
məzmunda 4-1-ci hissə əlavə edilmişdir.
28
oktyabr 2014-cü il tarixli 1095-IVQD
nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Respublika” qəzeti, 20
noyabr 2014-cü il, ¹ 253; Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 11, maddə 1369) ilə 4-cü
maddənin 4-1-ci hissəsində “tələblər”
sözündən sonra “sub-qrantlara
və” sözləri əlavə edilmişdir.
[18] 17
oktyabr 2014-cü il tarixli 1081-IVQD
nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Respublika” qəzeti, 16
noyabr 2014-cü il, ¹ 250; Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 11, maddə 1358) ilə 4-cü
maddəyə 4-2-ci hissə əlavə edilmişdir.
[19] 30 iyun 2020-ci il tarixli 158-VIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti,
11 avqust 2020-ci il, ¹ 156,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹
8, maddə 1019)
ilə 4-cü
maddəsinə yeni məzmunda 4-3-cü hissə əlavə
edilmişdir.
[20]
30 aprel 2002-ci il tarixli 317-IIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2003-cü il, ¹ 1, maddə 1) ilə 4-cü maddənin
4-cü və 5-ci bəndləri yeni redaksiyada verilmişdir.
Əvvəlki
redaksiyada deyilirdi:
4. Azərbaycan Respublikasının hüquqi və ya fiziki şəxsi olan donorların xarici resipiyentlərə qrant verməsi haqqında müqavilələr (qərarlar) müvafiq icra hakimiyyəti orqanında qeydə alınır.
5. Resipiyent alınmasına başladığı hər bir qrant haqqında müvafiq icra
hakimiyyəti
orqanına
məlumat verməlidir. Həmin icra
hakimiyyəti
orqanı
Azərbaycan
Respublikasının hüquqi və fiziki şəxsləri tərəfindən verilmiş və alınmış qrantlar haqqında, ildə bir dəfədən az olmayaraq,
kütləvi informasiya
vasitələrində ümumiləşdirilmiş məlumat verməlidir.
30
iyun 2009-cu il tarixli 842-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti 1 sentyabr 2009-cu il, ¹ 193, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, ¹ 08, maddə
611) ilə 5-ci bəndin birinci cümləsindən “bir qayda olaraq” sözləri
çıxarılmışdır.
17 dekabr 2013-cü il tarixli 852-IVQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Respublika”
qəzeti, 4 fevral 2014-cü il, ¹ 23, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 2,
maddə 82) ilə
4-cü
maddənin 5-ci hissəsinin birinci cümləsində “əməliyyatlar keçirilə”
sözləri “bank
əməliyyatları və hər hansı digər
əməliyyatlar aparıla” sözləri ilə
əvəz edilmişdir.
17 fevral 2023-cü il tarixli
809-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın)
rəsmi internet saytı, 8 aprel 2023-cü
il, “Azərbaycan” qəzeti, 9 aprel 2023-cü il, ¹ 73, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, ¹ 4,
maddə 447) ilə
4-cü
maddəsinin 5-ci hissəsinin ikinci cümləsində “kütləvi informasiya
vasitələrində” sözləri “mediada” sözü ilə əvəz edilmişdir.
29 noyabr 2024-cü il tarixli
75-VIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin
(AZƏRTAC-ın) rəsmi internet saytı,
27 dekabr 2024-cü il, “Azərbaycan” qəzeti, 28 dekabr 2024-cü il, ¹ 288, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2024-cü il, ¹ 12, II kitab, maddə 1333) ilə 4-cü
maddənin 5-ci hissəsinin ikinci cümləsinə “şəxsləri”
sözündən sonra “,
habelə bələdiyyələr” sözləri
əlavə edilmişdir.
[21]
23 noyabr 2001-ci il tarixli 219-IIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2001-ci il, ¹ 12, maddə 736) ilə 5-ci maddə yeni redaksiyada
verilmişdir.
Əvvəlki
redaksiyada deyilirdi:
1. Bu Qanuna müvafiq qaydada qrant haqqında müqaviləyə və ya qərara əsasən qrant kimi alınan pul və (və ya) hər hansı digər maddi yardım bütün növ vergilərdən, rüsumlardan və dövlət büdcəsinə icbari ödənişlərdən azaddır.
2. Qrantdan istifadə zamanı layihə və proqramların yerinə yetirilməsində iştirak edən hüquqi şəxslər resipiyentdən aldıqları haqdan qüvvədə olan qanunvericiliyə müvafiq surətdə vergilər ödəyirlər.
3. Qrantdan istifadə zamanı layihə və proqramların yerinə yetirilməsində iştirak edən fiziki şəxslərin resipiyentdən aldıqları haqdan mövcud qanunvericiliyə müvafiq olaraq gəlir vergisi tutulur. Fiziki şəxslərə ödədiyi haqq müqabilində resipiyent icbari ödənişlərdən azaddır.
4. Qrant predmeti olan layihə başa çatdırıldıqdan sonra resipiyentin sərəncamında qalan maliyyə vəsaiti, yaxud qrant kimi verilən və ya qrant hesabına əldə edilən dəyərlərin satılıb pula çevrilməsi yolu ilə onun sərəncamına daxil olan və qrant predmeti ola biləcək layihə və proqramların həyata keçirilməsinə yönəldilən maliyyə vəsaiti vergitutma obyekti deyil.
[22] 22 noyabr
2002-ci il tarixli 382-IIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2002-ci il, ¹ 12, maddə 706) ilə 5-ci maddəyə 3-cü
bənd əlavə edilmişdir.