İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında

 

Azərbaycan Respublikasının Qanunu

 

I fəsil

Ümumİ müddəalar

 

Maddə 1. Qanunun təsir dairəsi

 

Bu Qanun informasiyanın yığılması, işlənməsi, saxlanması, axtarışı, yayılması əsasında informasiya ehtiyatlarının formalaşdırılması, informasiya sistemləri, texnologiyaları, onların təminat vasitələrinin yaradılması və onlardan istifadə olunması, informasiyanın mühafizəsi, informasiya təhlükəsizliyi, o cümlədən kibertəhlükəsizliyin təmini ilə əlaqədar olaraq yaranan münasibətləri tənzimləyir və informasiya proseslərində iştirak edən subyektlərin hüquqlarını müəyyən edir.[1]

Bu Qanun Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi, “Əməliyyat-axtarış fəaliyyəti haqqında”, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında”, “Media haqqında” və “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının qanunları ilə tənzimlənən münasibətlərə şamil edilmir.[2]

Bu Qanundan irəli gələrək aparılan icraat “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu, dövlət sirri və kommersiya sirri təşkil edən məlumatların, maliyyə bazarlarını tənzimləyən qanunlarla qorunan məlumatların, habelə fərdi məlumatların toplanılmasını, işlənilməsini və mühafizəsini təmin edən informasiya infrastrukturunun kibertəhlükəsizliyi ilə bağlı münasibətlər “Dövlət sirri haqqında”, “Kommersiya sirri haqqında”, “Fərdi məlumatlar haqqında” və maliyyə bazarlarını tənzimləyən Azərbaycan Respublikası qanunlarının tələbləri nəzərə alınmaqla həyata keçirilir.[3]

 

Maddə 2. Əsas anlayışlar

 

Bu Qanunun məqsədləri üçün istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:[4]

informasiya – yaranma tarixindən, təqdimat formasından və təsnifatından asılı olmayaraq istənilən fəaliyyət nəticəsində yaradılan, yaxud əldə olunan faktlar, rəylər, bilgilər, xəbərlər və ya digər xarakterli məlumatlar;

sənədləşdirilmiş informasiya (sənəd) – maddi daşıyıcıda mətn, səs və ya təsvir formasında qeydə alınan və identikləşdirməyə imkan verən istənilən rekvizitli informasiya mənbəyindən, saxlanma yerindən, rəsmi statusundan, mülkiyyət növündən, mənsub olduğu təşkilat tərəfindən yaradılıb-yaradılmadığından asılı olmayaraq sənədləşdirilmiş informasiya;[5]

açıq informasiya – əldə olunması, işlənməsi, verilməsi və ya istifadəsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə məhdudlaşdırılmayan və ümumi istifadə üçün təyin olunmuş sənədləşdirilmiş informasiya;[6]

konfidensial informasiya – vətəndaşların, mülkiyyət növündən asılı olmayaraq yaradılmış idarə, müəssisə və təşkilatların, digər hüquqi şəxslərin qanuni maraqlarının qorunması məqsədilə əldə olunmasına məhdudiyyət qoyulan məlumatlar, habelə peşə (həkim, vəkil, notariat), kommersiya, istintaq və məhkəmə sirləri , habelə fərdi məlumatlar;[7]

informasiya prosesləri – informasiyanın yaradılması, yığılması, işlənməsi, saxlanması, axtarışı, yayılması;

informasiya texnologiyaları – informasiya prosesləri zamanı, o cümlədən hesablama və rabitə texnikasının tətbiqi ilə istifadə edilən üsul və vasitələr sistemi;

informasiya sistemi – informasiya texnologiyaları və sənədlərinin təşkilati və texniki qaydada, o cümlədən hesablama texnikasından istifadə edilməklə, nizamlanmış məcmusu;

informasiya ehtiyatları – informasiya sistemlərində (kitabxanalarda, arxivlərdə, fondlarda, məlumat banklarında və s.) olan sənədlər və sənəd massivləri, habelə ayrıca mövcud olan sənədlər və onların massivləri;

internet informasiya ehtiyatı – internet şəbəkəsində yaradılan, informasiyanın yayılması üçün istifadə olunan, müraciət edilməsi üçün domen adına və sahibi tərəfindən müəyyənləşdirilmiş digər işarələnməyə malik olan informasiya ehtiyatı;

internet informasiya ehtiyatının sahibi – internet informasiya ehtiyatından istifadə edilməsi, o cümlədən burada informasiya yerləşdirilməsi qaydalarını sərbəst olaraq müəyyən edən, internet informasiya ehtiyatına sahiblik və istifadə hüquqlarına malik olan şəxs;

domen adı – internet şəbəkəsində yerləşdirilən informasiya ehtiyatına müraciətin təmin olunması üçün verilən unikal simvol düzülüşü;

domen adının sahibi – müqaviləyə əsasən domen adına müddətli sahiblik edən şəxs;

internet provayder – internet şəbəkəsinə telekommunikasiya vasitələri ilə qoşulmaq üçün texniki imkanı təmin edən təchizatçı;

host provayder – internet informasiya ehtiyatının istifadəsinin təmin edilməsi üçün öz informasiya sistemlərində yerləşdirilməsi xidmətini göstərən təchizatçı;

domen adlarının milli inzibatçısı – “az” ölkə kodlu yüksək səviyyəli domen zonasında domen adlarının inzibatçılığını həyata keçirən səlahiyyətli şəxs;

domen adlarının qeydiyyatçısı – domen adların milli inzibatçısı ilə bağlanılmış müqaviləyə əsasən “az” ölkə kodlu yüksək səviyyəli domen zonasında domenlərin qeydiyyatı üzrə xidmət göstərən şəxs;[8]

informasiya sistemləri və texnologiyalarının təminat vasitələri – informasiya sistemlərinin və texnologiyalarının yaradılması zamanı hazırlanan və onların istismarını təmin edən proqram, texniki, linqvistik, hüquqi, təşkilati vasitələr;

informasiya sistemləri, texnologiyaları, ehtiyatları və onların təminat vasitələrinin mülkiyyətçisi – göstərilən obyektlər üzərində tam sahiblik, istifadə, sərəncamvermə hüququnu həyata keçirən subyekt;

informasiya sistemləri texnologiyaları, ehtiyatları və onların təminat vasitələrinin sahibi – göstərilən obyektlər üzərində qanunla müəyyən olunmuş qaydada sahiblik və istifadə hüququnu həyata keçirən subyekt;[9]

informasiyanın istifadəçisi – özü üçün zəruri informasiyanın alınması məqsədilə bilavasitə informasiya sisteminə və ya vasitəçiyə müraciət edən və ondan ancaq istifadə hüququna malik subyekt;

informasiya məhsulları – istifadəçilərin tələblərinə əsasən yaradılmış və onların tələbatlarının ödənilməsi üçün təyin olunmuş və ya tətbiq edilən sənədləşdirilmiş informasiya, informasiya sistemləri, texnologiyaları və onların təminat vasitələri;

informasiya xidmətləri – istifadəçilərin informasiya məhsulları ilə təmin edilməsi üzrə subyektlərin (mülkiyyətçilər, sahiblər və ya vasitəçilərin) fəaliyyəti;[10]

informasiyalaşdırma – informasiya ehtiyatlarının formalaşdırılması, təqdim edilməsi, istifadə olunması əsasında dövlət hakimiyyəti və yerli özünüidarə orqanlarının, təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatların, vətəndaşların informasiya tələbatlarının və bu sahədəki hüquqlarının təmin edilməsinin optimal şəraitinin yaradılması üçün təşkilati, sosial-iqtisadi və elmi-texniki proses;

kritik informasiya infrastrukturu – dövlət idarəçiliyi, müdafiə, səhiyyə, maliyyə bazarları, energetika, nəqliyyat, informasiya texnologiyaları, telekommunikasiya, su təchizatı və ya ekologiya sahəsində fəaliyyəti təmin edən və funksionallığının pozulması dövlətin, cəmiyyətin və vətəndaşların maraqlarına mühüm zərər vura bilən informasiya sistemlərinin, avtomatlaşdırılmış idarəetmə sistemlərinin və informasiya-kommunikasiya şəbəkələrinin məcmusu;[11]

kritik informasiya infrastrukturu obyekti – kritik informasiya infrastrukturunun tərkib hissəsi olan informasiya sistemi, avtomatlaşdırılmış idarəetmə sistemi və ya informasiya-kommunikasiya şəbəkəsi;

kritik informasiya infrastrukturu subyekti – kritik informasiya infrastrukturu obyektinin sahibi (istifadəçisi) olan dövlət orqanları (qurumları), o cümlədən dövlətə məxsus olan hüquqi şəxslər, dövlət adından yaradılmış publik hüquqi şəxslər, habelə digər hüquqi şəxslər və ya fərdi sahibkarlar (mikro, kiçik və orta sahibkarlıq subyektləri istisna olmaqla);

kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi sahəsində səlahiyyətli orqan (bundan sonra - səlahiyyətli orqan) – kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi məqsədilə bu Qanunla və bu Qanundan irəli gələn digər normativ hüquqi aktlarla müəyyən edilmiş funksiyaları yerinə yetirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum);

kibertəhlükəsizlik xidməti provayderi – kibertəhlükəsizlik xidmətlərinin göstərilməsi sahəsində fəaliyyət göstərən, provayderə, onun işçi heyətinə, texnoloji resurslarına və fəaliyyət proseslərinə dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən tələblərə cavab verən və kritik informasiya infrastrukturu subyekti ilə bağlanılmış müqavilə əsasında onlara kibertəhlükəsizlik xidməti göstərən hüquqi şəxslər;[12]

informasiya təhlükəsizliyi – informasiyanın tamlığının (dəqiq, səlis, aktual və bütöv olması), əlçatanlığının (müraciət və əldə etmənin, nəzarətdə saxlamanın mümkün olması), konfidensiallığının (yalnız səlahiyyəti olan istifadəçilər və proseslər üçün məlum ola bilməsi) və mötəbərliliyinin (adekvat, obyektiv, faydalı olması) mühafizə edilməsi;

kibertəhdid – informasiya sistemlərinə və ya ehtiyatlarına qanunsuz daxilolma, müdaxilə, habelə digər formalarda informasiya təhlükəsizliyinin pozulmasına səbəb ola bilən amil və ya vəziyyət;

kiberhücum – informasiya sistemlərinin və ya ehtiyatlarının informasiya təhlükəsizliyinə təhdid yaradan, yaxud onların fəaliyyətinin pozulmasına və ya dayanmasına səbəb olan kiberməkan vasitəsilə qəsdən törədilən əməl;

kiberinsident – informasiya sistemlərinin, avtomatlaşdırılmış idarəetmə sistemlərinin və informasiya-kommunikasiya şəbəkələrinin fəaliyyətinin dayanması və ya pozulması, yaxud həmin obyektlərdə informasiya təhlükəsizliyinin pozulmasına səbəb olan hadisə;

elektron xidmət – dövlət xidmətlərinin informasiya-kommunikasiya texnologiyalarından istifadə edilməklə tərəflər arasında bilavasitə təmas olmadan (xidmətin məqsədləri üçün belə təmasın tələb edildiyi hallar istisna olmaqla) xidmət istifadəçilərinə göstərilmə forması;[13]

informasiya infrastrukturu – informasiya-telekommunikasiya şəbəkələrinin, internet informasiya ehtiyatlarının, informasiya ehtiyatlarının və sistemlərinin, o cümlədən avtomatlaşdırılmış idarəetmə sistemlərinin məcmusu;[14]

informasiya infrastrukturu subyekti – informasiya infrastrukturunun obyekti üzərində sahiblik, istifadə və sərəncam hüquqlarını həyata keçirən yerli özünüidarəetmə orqanı, fiziki və ya hüquqi şəxs, habelə sahibliyinə informasiya infrastrukturu obyekti verilmiş dövlət orqanı (qurumu);

informasiya infrastrukturu obyekti – informasiya infrastrukturunun tərkib hissəsi olan və ya ayrılıqda informasiya infrastrukturu ola bilən informasiya-telekommunikasiya şəbəkələri, informasiya ehtiyatları və sistemləri, o cümlədən avtomatlaşdırılmış idarəetmə sistemləri;

ictimai əhəmiyyətli funksiyaları yerinə yetirən informasiya infrastrukturu – kritik informasiya infrastrukturu, habelə mühafizə olunan şəxslərin, qorunan və strateji obyektlərin, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin informasiya infrastrukturu istisna olmaqla, ölkə və cəmiyyət üçün mühüm əhəmiyyət kəsb edən sahələrdə fəaliyyəti, o cümlədən xidmətlərin göstərilməsini təmin edən, funksional fəaliyyətinin pozulması və ya əlçatanlığının məhdudlaşması ölkənin siyasi, sosial və iqtisadi dayanıqlılığına ciddi zərər vuran informasiya infrastrukturu;

kibertəhlükəsizlik – informasiya infrastrukturunun kibertəhdidlərdən, kiberhücumlardan və kiberinsidentlərdən mühafizə edilməsi və kiberdayanıqlılığının (kiberinsidentlərə qarşı davamlılıq, həmin insidentlər zamanı fəaliyyətin saxlanılması və sonradan operativ bərpası qabiliyyəti) təmin edilməsi;

proaktiv kibertəhlükəsizlik tədqiqatı – kibertəhdidlər, onların mənbəyi, törədilmə vasitələri və üsulları barədə məlumatların toplanması və təhlili;

kompüter insidentlərinə qarşı mübarizə mərkəzi (bundan sonra – CERT) – informasiya infrastrukturunun kibertəhlükəsizliyinin pozulması hallarının, hadisələrinin və faktlarının aşkarlanması, səbəblərinin araşdırılması, habelə qarşısının alınması üçün qabaqlayıcı tədbirlər həyata keçirən ixtisaslaşmış qurum və ya struktur;

Milli kompüter insidentlərinə qarşı mübarizə mərkəzi (bundan sonra – Milli CERT) – ölkə üzrə kibertəhlükəsizlik sahəsində məlumat mübadiləsini, informasiya infrastrukturu subyektlərinin (kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri, mühafizə olunan şəxslər, qorunan və strateji obyektlər istisna olmaqla) və CERT-lərin fəaliyyətinin (kritik informasiya infrastrukturuna münasibətdə səlahiyyətli orqan vasitəsilə), dövlət orqanlarına (qurumlarına), habelə Azərbaycan Respublikasının Mərkəzi Bankına və maliyyə bazarlarında fəaliyyətinə nəzarət edilən subyektlərə (bank, sığortaçı, təkrarsığortaçı, qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslər, səhmdar investisiya fondu və investisiya fondunun idarəçisi, ödəniş xidmət təchizatçıları və s.) məxsus informasiya infrastrukturlarına, eləcə də onlarla bağlı aidiyyəti üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən yaradılmış CERT-lər üzrə digər fəaliyyət istiqamətləri istisna olmaqla, yalnız kibertəhdid, kiberhücum və kiberinsidentlər üzrə məlumat mübadiləsi (kritik informasiya infrastrukturuna münasibətdə səlahiyyətli orqan vasitəsilə) koordinasiyasını, o cümlədən kibertəhlükəsizliyin pozulması hallarının, hadisələrinin və faktlarının aşkarlanmasını, səbəblərinin araşdırılmasını (dövlət orqanlarında (qurumlarında) (mühafizə olunan şəxslərin, qorunan və strateji obyektlərin informasiya infrastrukturu istisna olmaqla) informasiya infrastrukturuna kibertəhdidlərin, kiberhücumların və kiberinsidentlərin səbəblərinin Dövlət CERT-i ilə birgə araşdırılması), habelə kibertəhdidlər üzrə qabaqlayıcı tədbirlərin həyata keçirilməsini təmin edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum);

Dövlət kompüter insidentlərinə qarşı mübarizə mərkəzi (bundan sonra – Dövlət CERT/GOV CERT) – kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin, Azərbaycan Respublikası Mərkəzi Bankının informasiya infrastrukturu istisna olmaqla, sahəvi CERT olaraq dövlət orqanlarının (qurumlarının) fəaliyyətini təmin edən informasiya infrastrukturlarının (kritik informasiya infrastrukturu obyektlərinə münasibətdə səlahiyyətli orqanla birlikdə), o cümlədən ali kateqoriya dövlət orqanlarının, habelə mühafizə olunan şəxslərin, qorunan və strateji obyektlərin informasiya infrastrukturunun kibertəhlükəsizlik sahəsində məlumat mübadiləsini, o cümlədən kibertəhlükəsizliyinin pozulması hallarının, hadisələrinin və faktlarının aşkarlanması, səbəblərinin araşdırılması (mühafizə olunan şəxslərin, qorunan və strateji obyektlərin informasiya infrastrukturu istisna olmaqla, kibertəhdidlərin, kiberhücumların və kiberinsidentlərin səbəblərinin Milli CERT-lə birlikdə araşdırılması), qarşısının alınması üçün kibertəhdidlər üzrə öz səlahiyyətləri çərçivəsində qabaqlayıcı tədbirlərin həyata keçirilməsini, eləcə də onların təhlükəsiz internet şəbəkəsi ilə təmin edilməsini və fasiləsiz qaydada Təhlükəsizlik əməliyyatları mərkəzi vasitəsilə təhlükəsizliyinin nəzarətdə saxlanılmasını, kibertəhdid, kiberhücum və kiberinsidentlə bağlı Milli CERT-lə qarşılıqlı məlumat mübadiləsini (kritik informasiya infrastrukturu obyektlərinə münasibətdə səlahiyyətli orqan vasitəsilə) həyata keçirən, Milli CERT-dən daxil olmuş məlumatlar əsasında insidentlərin fəsadlarının aradan qaldırılmasını, proaktiv kibertəhlükəsizlik tədqiqatının aparılması və “gov.az” domen zonasına bənzədilmiş saxta domenlərin aşkarlanması üzrə monitorinqi həyata keçirən, sahə üzrə məlumat mübadiləsində iştirak edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum);

kiberməkan – bilavasitə və ya dolayısı ilə informasiya-telekommunikasiya şəbəkələrinə, habelə elektron rabitə və ya kompüter şəbəkələrinə qoşulmuş informasiya infrastrukturu obyektlərindən ibarət rəqəmsal mühit;

kibergigiyena – informasiya infrastrukturlarının və istifadəçilərin kibertəhlükəsizliyini təmin etmək, riskləri azaltmaq, kiberhücumların və kibertəhdidlərin qarşısını almaq məqsədilə dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanları, təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatlar, həmçinin fiziki şəxslər tərəfindən müntəzəm tətbiq edilməli olan davranış qaydalarının, texniki və təşkilati tədbirlərin məcmusu;

rəqəmsal dəlil – kiberinsidentlər üzrə hüquqi əhəmiyyət kəsb edən hadisələrlə bağlı halların və faktların müəyyən edilməsi üçün istifadə olunan, rəqəmsal texnologiyalar vasitəsilə yaradılan, emal edilən və ya saxlanılan, bütövlüyü və etibarlılığı təmin edilməklə əldə edilən və ilkin texniki ekspertiza tələb edən məlumatlar və ya məlumat daşıyıcıları;

rəqəmsal inkişaf – rəqəmsal texnologiyaların və innovativ həllərin tətbiqi yolu ilə dövlət idarəçiliyinin, iqtisadi fəaliyyətin və xidmətlərin səmərəliliyinin, əlçatanlığının və keyfiyyətinin artırılmasına, habelə məlumatlara əsaslanan qərarvermənin, rəqəmsal bacarıqların və innovasiya ekosisteminin inkişafına yönəlmiş sistemli və davamlı fəaliyyətin məcmusu;

rəqəmsal tədqiqat – informasiya infrastrukturunda baş vermiş kiberinsidentlərin araşdırılması, rəqəmsal dəlillərin müəyyən edilməsi məqsədilə həyata keçirilən, informasiya infrastrukturu obyektlərində məlumatların identifikasiyası, toplanılması, surətinin çıxarılması, qorunub-saxlanılması, bütövlüyünün təmin edilməsi, texniki təhlili və nəticələrin sənədləşdirilməsi proseslərinin məcmusu;

Rəqəmsal tədqiqat mərkəzi – rəqəmsal tədqiqat fəaliyyətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının (qurumunun) müəyyən etdiyi orqan (qurum);

Təhlükəsizlik əməliyyatları mərkəzi (bundan sonra – SOC) – informasiya infrastrukturunun kibertəhlükəsizliyinin təmin edilməsi məqsədilə kibertəhdidlərin, kiberhücumların və kiberinsidentlərin real vaxt rejimində monitorinqini, aşkarlanmasını, eyniləşdirilmiş təhlilini və ilkin texniki cavab tədbirlərini həyata keçirən, ixtisaslaşmış işçi heyətinə, texnoloji vasitələrə və təhlükəsizlik prosedurlarına malik olan qurum və ya struktur;

Milli təhlükəsizlik əməliyyatları mərkəzi (bundan sonra – Milli SOC) – ölkə üzrə fəaliyyət göstərən SOC-lardan və digər mənbələrdən daxil olan məlumatların (mühafizə olunan şəxslərin, qorunan və strateji obyektlərin informasiya infrastrukturu istisna olmaqla) toplanmasını və təhlilini təmin edən, qarşılıqlı məlumat mübadiləsindən irəli gələrək topladığı və təhlil etdiyi həmin məlumatlar əsasında kibertəhlükəsizlik vəziyyətinin mərkəzləşdirilmiş qaydada monitorinqini aparan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum);

rəqəmsal həll – fəaliyyətin şəffaflığının, effektivliyinin, səmərəliliyinin artırılması, həmçinin göstərilən xidmətlərinin keyfiyyətinin və istifadəçi məmnunluğunun yüksəldilməsi məqsədilə tətbiq edilən proqram təminatı və texnoloji avadanlıqların məcmusu;

tənzimləyici test mühiti – rəqəmsal həllərin sahə üzrə effektivliyinin test rejimində qiymətləndirilməsinin məhdud çərçivədə (ərazi, müddət, əməliyyatların sayı, həcmi, iştirakçıların və istifadəçilərin sayı (dairəsi) ilə bağlı və ya digər məhdudiyyətlər) və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) tənzimləməsi ilə həyata keçirilməsinə imkan verən alət.

 

Maddə 3. İnformasiyalaşdırma sahəsində dövlət siyasəti

 

İnformasiyalaşdırma sahəsində dövlət siyasətinin əsas istiqamətləri aşağıdakılardan ibarətdir:

milli informasiya fəzasının formalaşdırılması;

informasiyalaşdırma üzrə fəaliyyətin başlıca istiqamətlərinin təyini və meydana çıxan münasibətlərin tənzimlənməsi;

informasiya ehtiyatları, sistemləri, texnologiyaları və onların təminat vasitələri üzərində mülkiyyətin bütün formalarının inkişafına, informasiya məhsulları və xidmətləri bazarının formalaşmasına yardım edilməsi;

dövlət informasiya ehtiyatlarının formalaşdırılması və mühafizəsi üçün zəruri olan şəraitin yaradılması;

ərazi informasiya şəbəkələrinin yaradılması, onların beynəlxalq informasiya şəbəkələri ilə uzlaşması, qarşılıqlı əlaqəsinin təmin edilməsi üçün lazımi təşkilati, hüquqi, texniki siyasətin təyin edilməsi;

dövlət informasiya ehtiyatları əsasında dövlət hakimiyyəti və yerli özünüidarə orqanları, təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatların, vətəndaşların müvafiq informasiya ilə təmin olunması üçün şərait yaradılması;

informasiya fəzasında milli təhlükəsizliyin, habelə informasiya təhlükəsizliyinin və kibertəhlükəsizliyin təmin edilməsi;[15]

informasiya məhsulları və xidmətləri bazarında informasiya münasibətlərinin subyektləri, o cümlədən xarici subyektlər tərəfindən inhisar fəaliyyəti və haqsız rəqabətin qarşısının alınması və yol verilməməsi;

informasiyalaşdırma mühitində dövlət hakimiyyəti və yerli özünüidarə orqanlarının, təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatların, vətəndaşların hüquqlarının təmin olunması;

informasiyalaşdırma mühitində elmi-texniki və istehsal siyasətinin formalaşdırılması və həyata keçirilməsi;

informasiyalaşdırma layihələri və proqramlarının dəstəklənməsi, onların işlənməsi və həyata keçirilməsi üçün investisiyaların cəlb olunması sisteminin və stimullaşdırma mexanizminin yaradılması;

informasiya prosesləri, informasiyalaşdırma və informasiyanın mühafizəsi sahəsində hüquqi bazanın inkişaf etdirilməsi.

 

II fəsil

İnformasİya ehtİyatları

 

Maddə 4. İnformasiya ehtiyatlarının hüquqi rejimi

 

İnformasiya ehtiyatları fiziki, hüquqi  şəxslərin və dövlətin münasibət obyektləridir. Onlar Azərbaycan Respublikasının informasiya ehtiyatları hesab olunur və digər ehtiyatlar kimi qanunla qorunur.

İnformasiya ehtiyatlarının hüquqi rejimi aşağıdakı normalarla müəyyən edilir:

informasiyanın sənədləşdirilməsi qaydaları;

sənəd və sənəd massivləri üzərində mülkiyyət hüququ;

işləməyə buraxılmaq növünə görə informasiyanın kateqoriyaları;

informasiyanın mühafizə olunmasının hüquqi qaydaları.

 

Maddə 5. İnformasiyanın sənədləşdirilməsi

 

İnformasiyanın sənədləşdirilməsi onun informasiya ehtiyatlarına daxil edilməsinin mütləq şərtidir. İnformasiyanın sənədləşdirilməsi Azərbaycan Respublikasının təhlükəsizliyi, kargüzarlıq, sənəd və sənəd massivlərinin standartlaşdırılması məsələlərinin təşkilinə cavabdeh olan müvafiq icra hakimiyyəti orqanlarının müəyyən etdiyi qaydalar əsasında həyata keçirilir.

Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq surətdə informasiya sistemlərindən, o cümlədən avtomatlaşdırılmış sistemlərdən alınmış sənəd vəzifəli şəxs tərəfindən imzalandıqdan sonra hüquqi qüvvəyə malik olur.

İnformasiya və telekommunikasiya sistemlərində dövr edən sənəd elektron imzası vasitəsilə də təsdiq edilə bilər.

Elektron imzası avtomatlaşdırılmış informasiya sistemində onun identikləşdirilməsi və istifadə olunma qaydasının gözlənilməsini təmin edən proqram texniki vasitələr olduqda Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həyata keçirilir və hüquqi qüvvəyə malik olur.[16]

 

Maddə 6. İnformasiya ehtiyatları, sistemləri, texnologiyaları və onların təminat vasitələri üzərində mülkiyyət hüququ

 

İnformasiya ehtiyatları, sistemləri, texnologiyaları və onların təminat vasitələri üzərində mülkiyyətin Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş bütün formalarına yol verilir.

Fiziki və hüquqi şəxslər onların vəsaitləri hesabına yaradılmış, qanuni yolla əldə edilmiş, yaxud bağışlama, vərəsəlik qaydasında toplanmış informasiya ehtiyatlarının, informasiya sistemlərinin, texnologiyalarının və onların təminat vasitələrinin mülkiyyətçisidirlər.

Azərbaycan Respublikasının büdcə vəsaitləri və dövlət  idarə, müəssisə və təşkilatlarının vəsaitləri hesabına yaradılan, əldə edilən, toplanan informasiya ehtiyatları, sistemləri, texnologiyaları və onların təminat vasitələri dövlət mülkiyyətidir.

İnformasiya ehtiyatları, sistemləri, texnologiyaları və onların təminat vasitələri üzərində mülkiyyət hüququnun həyata keçirilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir.

Sənədləşdirilmiş informasiyanı Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada icra hakimiyyəti orqanlarına müvafiq təşkilatlara təqdim edən subyektlər bu sənədlərə mülkiyyət və onlardakı informasiyadan istifadə etmək hüquqlarını itirmirlər. Bu sənədlərə dövlət və onları təqdim etmiş subyektlər birgə sahiblik hüququna malikdirlər.[17]

İnformasiya məhsulu və xidmətinin qiymətləri Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq icra hakimiyyəti orqanları tərəfindən və ya bağlanmış müqavilələrlə müəyyən edilir.

İnformasiya proseslərində iştirak edən, informasiya məhsulu və xidmətlərini azad realizə edən bütün fiziki və hüquqi şəxslər ümumi informasiya bazarının iştirakçıları sayılırlar.

İnformasiya istifadəçiləri, informasiya məhsul və xidmətlərinin mülkiyyətçiləri, sahibləri vasitəçilərini, informasiya növünü və işlənmə üsulunu, informasiya məhsulları və xidmətlərinin nomenklaturasını, Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, azad seçmək hüququna malikdirlər.

İnformasiyanın işlənmə vasitələri üzərində mülkiyyət hüququ informasiya ehtiyatları üzərində mülkiyyət hüququ yaratmır.

İşlənmə vasitələrinin birgə istifadə olunması halında ilkin sənədlər sahibə məxsus olur, törəmə məhsulun məxsusluğu isə müqavilə ilə müəyyən olunur. İnformasiya ehtiyatlarının mülkiyyətçisi onun yaratdığı informasiyanın keyfiyyətinə görə məsuliyyət daşıyır.

Dövlət sirri təşkil edən informasiya ehtiyatları ilə işləmə qaydaları və mülkiyyət münasibətləri “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununa və digər qanunvericilik aktlarına əsasən tənzimlənir.

 

Maddə 7. Dövlət informasiya ehtiyatları

 

Dövlət informasiya ehtiyatlarının formalaşdırılmasında dövlət hakimiyyəti və yerli özünüidarə orqanları, təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatlar, vətəndaşlar iştirak edə bilərlər.

Dövlət hakimiyyəti orqanları onların sərəncamında dövlət informasiya ehiyatlarını formalaşdırır və səlahiyyətləri daxilində  onlardan istifadəni təmin edirlər.

Dövlət hakimiyyət orqanları və təşkilatlarının dövlət informasiya ehtiyatlarının formalaşdırılması sahəsindəki fəaliyyəti dövlət büdcəsindən, xüsusi vəsaitlərdən və digər fondlardan maliyyələşdirilir.

Dövlət informasiya ehtiyatlarının formalaşdırılması və xidmətlərin göstərilməsi sahəsində ixtisaslaşan təşkilatların fəaliyyəti xüsusi razılıq əsasında həyata keçirilir.[18]

 

Maddə 8. Dövlət informasiya ehtiyatlarının formalaşdırılması üçün sənədləşdirilmiş informasiyanın təqdim olunması

 

İnformasiya ehtiyatlarının formalaşdırılması və işlənməsinə cavabdeh olan orqan və təşkilatların siyahısı, eləcə də dövlət hakimiyyəti və yerli özünüidarə orqanları, təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatlar, vətəndaşlar tərəfindən sənədləşdirilmiş informasiyanın təqdim olunma qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

Dövlət sirri təşkil edən konfidensial informasiyanın formalaşdırılma və işlənmə qaydaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir.

 

Maddə 9. Milli informasiya ehtiyatları

 

Dövlət hakimiyyəti və yerli özünüidarə orqanları, təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatlar vətəndaşların informasiya ehtiyatları və ya onların müəyyən hissələri Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən milli informasiya ehtiyatları elan edilə bilər və milli sərvət kimi mühafizə edilməlidir.

 

Maddə 10. İnformasiyanın təsnifatı

 

Əldə olunma növünə görə informasiya ümumi istifadə üçün açıq və alınması məhdudlaşdırılan informasiyalara bölünür. Azərbaycan Respublikasının qanunu ilə əldə olunması məhdudlaşdırılmayan informasiyalar açıq informasiyalar sayılır.

Əldə edilməsi qanunla məhdudlaşdırılan informasiyalar hüquqi rejiminə görə məxfi və gizli (konfidensial) olur. Dövlət sirri məxfi, vətəndaşların, mülkiyyət növündən asılı olmayaraq yaradılmış idarə, müəssisə və təşkilatların, digər hüquqi şəxslərin qanuni maraqlarının qorunması məqsədilə əldə olunmasına məhdudiyyət qoyulan peşə (həkim, vəkil, notariat), kommersiya, istintaq və məhkəmə sirləri , habelə fərdi məlumatlar konfidensial xarakter daşıyır. Fərdi məlumatlar daxilolma (əldə olunma) növünə görə konfidensial və açıq kateqoriyalara bölünür.[19]

Məlumatların dövlət sirrinə aid edilməsi, istifadəsi qaydaları və mühafizəsi “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Konfidensial informasiyanın toplanmasına, işlənməsinə, istifadəsinə və yayılmasına yalnız Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş hallarda yol verilə bilər.[20]

 

III fəsil

İnformasİya ehtİyatlarının İstİfadə olunması

 

Maddə 11. İnformasiya ehtiyatları ilə işləməyə buraxılma hüququ

 

Alınması məhdudlaşdırılmış sənədləşdirilmiş informasiya istisna olmaqla informasiya ehtiyatları ilə işləməyə buraxılmaqda istifadəçilər bərabar hüquqlara malikdirlər və məlumatlardan istifadə edilməsinin zəruriliyini informasiya ehtiyatlarının mülkiyyətçisi və ya sahibi qarşısında əsaslandırmağa məcbur deyillər.[21]

İstifadəçilər tərəfindən qanuni əsaslarla informasiya ehtiyatlarından əldə olunmuş informasiyadan kommersiya məqsədləri üçün törəmə informasiya məhsulunun yaradılmasına yalnız alınma mənbəyinə istinad edilməklə istifadə olunmasına icazə verilir. Bu halda istifadəçiyə məxsus olan mənfəət dövlət informasiya ehtiyatlarından alınmış informasiyadan deyil, törəmə informasiya məhsulunun yaradılması nəticəsində olur.[22]

İstifadəçilərə informasiya ilə işləməyə buraxılmanın qaydası, bu Qanunun tələblərinə əməl edilməklə müvafiq icra hakimiyyəti orqanı və ya mülkiyyətçi tərəfindən müəyyən edilir. Bu qaydalar və göstərilən xidmətlər haqqında məlumatların verilməsi üçün haqq alınmır.

İnformasiya ehtiyatlarından istifadə edənlərə haqqı ödənilmədən və ya xidmətlərə çəkilən xərcləri qismən ödəməklə təqdim olunan informasiya xidmətlərinin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Göstərilmiş xidmətlərə çəkilmiş xərclərdəki fərqin kompensasiyası dövlət büdcəsindən, xüsusi vəsaitlərdən və digər mənbələrdən ödənilir.

 

Maddə 12. Fiziki və hüquqi şəxslərin özləri barəsində informasiyaya buraxılmaq hüququ

 

Fiziki və hüquqi şəxslər barəsində sənədləşdirilmiş informasiyanın siyahısı və onların informasiya sistemlərində istifadə edilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir.

Fiziki və hüquqi şəxslər özləri barəsindəki sənədləşdirilmiş informasiyaya, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallar istina edilməklə, maneəsiz olaraq buraxılmaq, bu informasiyada dəqiqləşdirmələr aparılmasını tələb etmək, informasiyadan kimlərin və hansı məqsədilə istifadə etdiyini bilmək hüququ vardır.

 

Maddə 13. İnformasiya ehtiyatları mülkiyyətçisi və ya sahibinin məsuliyyəti

 

İnformasiya ehtiyatlarından istifadə qaydalarının pozulmasına, istifadəçilərin hüquqlarının əsassız olaraq məhdudlaşdırılmasına görə mülkiyyətçi və ya sahib, habelə vəzifəli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada məsuliyyət daşıyırlar.

 

III-I fəsil[23]

İNTERNET İNFORMASİYA EHTİYATLARI

 

Maddə 13-1. İnternet informasiya ehtiyatının yaradılması və uçotu

 

13-1.1. İnternet informasiya ehtiyatı üçün domen adı “az” ölkə kodlu yüksək səviyyəli domen zonasında və ya digər domen adları zonalarında seçilə bilər.

13-1.2. “az” ölkə kodlu yüksək səviyyəli domen adlarının qeydiyyatı domen adlarının milli inzibatçısı və qeydiyyatçıları tərəfindən həyata keçirilir. Domen adlarının milli inzibatçısı qeydiyyatdan keçmiş domen adlarının reyestrini aparır və reyestr məlumatlarından sorğu əsasında istifadəni təmin edir.

13-1.3. “az” ölkə kodlu yüksək səviyyəli domen adlarının qeydiyyatı və istifadəsi qaydaları, habelə domen adlarının reyestrinə daxil edilən məlumatlar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

 

Maddə 13-2. İnternet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində informasiyanın yayılması[24]

 

13-2.1. İnternet informasiya ehtiyatının sahibi həmin informasiya ehtiyatında yerləşdirilən informasiyanın tərkibi və onun yerləşdirilməsi qaydasının müəyyən edilməsində müstəqildir. İnternet informasiya ehtiyatının və onun domen adının sahibi həmin informasiya ehtiyatının qanunauyğun fəaliyyətini, o cümlədən dövlət dili normalarına riayət edilməsini təmin etməlidir və buna görə şəxsən məsuliyyət daşıyır. [25]

13-2.2. İnternet informasiya ehtiyatının və onun domen adının sahibi hüquqi şəxsdirsə adı, təşkilati-hüquqi forması, elektron poçt ünvanı, fiziki şəxsdirsə adı, soyadı və atasının adı və elektron poçt ünvanı həmin saytda aydın oxuna bilən yerdə və formada yerləşdirməlidir.

13-2.3. İnternet informasiya ehtiyatının və onun domen adının sahibi və ya informasiya-telekommunikasiya şəbəkəsinin istifadəçisi həmin informasiya ehtiyatında (informasiya-telekommunikasiya şəbəkəsində) aşağıdakı yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verməməlidir:[26]

13-2.3.1. terrorçuluğun təbliği və maliyyələşdirilməsi, terrorçuluğun həyata keçirilməsinin üsul və vasitələri, terrorçuluq məqsədi ilə təlim təşkil etmə və ya keçirmə barədə məlumatlar, habelə terrorçuluğa açıq çağırışlar;

13-2.3.2. zorakılığın və dini ekstremizmin təbliğinə dair məlumatlar, milli, irqi və ya dini nifrət və düşmənçiliyin salınmasına, dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, ərazi bütövlüyünün parçalanmasına, hakimiyyətin zorla ələ keçirilməsinə və ya saxlanmasına, kütləvi iğtişaşların təşkil edilməsinə yönələn açıq çağırışlar;

13-2.3.3. dövlət sirri təşkil edən məlumatlar;

13-2.3.3-1. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətinin, hərbi silah, sursat və ya hərbi texnikasının hərəkəti, yaxud dislokasiyası haqqında məlumatlar (dövlət orqanları (qurumları) tərəfindən ictimaiyyətə açıqlanan məlumatlar istisna olmaqla);[27]

13-2.3.4. odlu silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların hazırlanma qaydası və ya üsulları barədə məlumatlar;

13-2.3.5. narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının hazırlanma və ya istifadə üsulları və qaydası, onların qanunsuz əldə edilməsi yerləri, habelə tərkibində narkotik maddələr olan bitkilərin kultivasiya yerləri və ya üsulları barədə məlumatlar;

13-2.3.6. pornoqrafiyaya, o cümlədən uşaq pornoqrafiyasına aid məlumatlar;

13-2.3.6-1. kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə dair məlumatlar;[28]

13-2.3.7. qumar və digər qanunsuz mərc oyunlarının təşkilinə və həmin oyunlarda iştiraka təhrik edən məlumatlar (“Lotereyalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada keçirilən lotereyalar, “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada keçirilən idman mərc oyunları və “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada təşkil edilən və keçirilən kazino oyunları barədə məlumatlar istisna olmaqla);[29]

13-2.3.8. intiharı problemlərin həlli üsulu qismində təbliğ edən, intihara bəraət qazandıran, onu əsaslandıran və ya törədilməsinə təhrik edən, intiharın törədilməsi üsullarını izah edən və ya qrup şəklində bir neçə şəxsin intihar etməsini təşkil etmək məqsədi ilə yayılan məlumatlar;

13-2.3.8-1. “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq yaş kateqoriyasına uyğun işarələnməmiş kino, televiziya və videofilmlər, o cümlədən animasiya filmləri, kompüter və digər elektron oyunlar (“Universal” yaş kateqoriyasına aid olanlar istisna olmaqla);[30]

13-2.3.9. təhqir və ya böhtan xarakteri daşıyan, habelə şəxsi həyatın toxunulmazlığını pozan məlumatlar;

13-2.3.9-1. şəxsin razılığı olmadan, onun görüntüsündən və ya səsindən istifadə etməklə süni intellekt texnologiyaları, habelə xüsusi proqram təminatları vasitəsilə hazırlanmış reallığı əks etdirməyən, yaxud belə texnologiyalar (proqram təminatları) vasitəsilə hazırlanmış pornoqrafik və ya seksual məzmunlu foto, video və ya audio materiallar;[31]

13-2.3.10. əqli mülkiyyət hüquqlarını pozan məlumatlar;

13-2.3.10-1. insanların həyat və sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının törədilməsi, ictimai təhlükəsizliyin kütləvi şəkildə pozulması, həyat təminatı obyektlərinin, maliyyə, nəqliyyat, rabitə, sənaye, energetika və sosial infrastruktur obyektlərinin fəaliyyətinin pozulması və ya başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhdidini törədən yalan məlumatlar;[32]

13-2.3.11. Azərbaycan Respublikasının qanunları ilə yayılması qadağan edilən digər informasiya.

13-2.4. İnternet informasiya ehtiyatının və onun domen adının sahibi həmin informasiya ehtiyatında və ya onun müvafiq hissəsində yayılması qadağan edilən informasiyanın olduğunu aşkar etdikdə və ya bu barədə ona müraciət daxil olduqda, belə informasiyanın informasiya ehtiyatından götürülməsini və ya həmin informasiya ehtiyatına və ya onun müvafiq hissəsinə müraciətin məhdudlaşdırılmasını təmin edir.[33]

13-2.5. Host provayder öz informasiya sistemlərində yerləşdirilmiş internet informasiya ehtiyatlarında və ya onların müvafiq hissələrində yayılması qadağan edilən informasiya aşkar etdikdə və ya ona bu barədə məlumat daxil olduqda, dərhal onun informasiya ehtiyatının sahibi tərəfindən götürülməsi və ya həmin informasiya ehtiyatına və ya onun müvafiq hissəsinə müraciətin məhdudlaşdırılması üçün tədbirlər görür.[34]

13-2.6. internet informasiya ehtiyatlarında informasiya məhsulunun uşaqlar arasında yayılmasını məhdudlaşdıran xəbərdarlıq mətni əks olunmalıdır.[35]

13-2.7. Süni intellekt texnologiyaları vasitəsilə hazırlanmış foto, video və ya audio materiallar kütləvi nümayiş etdirildikdə belə texnologiyalardan istifadə edilməklə hazırlandığını aydın şəkildə göstərən və asanlıqla görünən nişanlanma ilə təmin edilməlidir.[36]

 

Maddə 13-3. İnternet informasiya ehtiyatlarında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinin qarşısının alınması

 

13-3.1. Müvafiq icra hakimiyyəti orqanı bu Qanunun 13-2.3.5–13-2.3.9-cu və 13-2.3.10-1-ci maddələrində göstərilən informasiyalar istisna olmaqla yayılması qadağan edilən informasiyanın internet informasiya ehtiyatında yerləşdirilməsi hallarını bilavasitə aşkar etdikdə və ya fiziki, hüquqi şəxslərdən, yaxud dövlət qurumlarından daxil olmuş əsaslandırılmış məlumatlar əsasında müəyyən etdikdə, bu barədə internet informasiya ehtiyatının və onun domen adının sahibinə və host provayderə yazılı xəbərdarlıq edir. Xəbərdarlığın məzmununda yayılması qanunla qadağan edilən informasiya barədə məlumat, müvafiq informasiyanın internet informasiya ehtiyatından götürülməsinə və ya internet informasiya ehtiyatına və ya onun müvafiq hissəsinə müraciətin məhdudlaşdırılmasına dair tələb, belə tələb üçün qanunda nəzərdə tutulmuş əsaslar, habelə müvafiq tələbə vaxtında riayət edilməyəcəyi təqdirdə görüləcək tədbirlər barədə məlumat göstərilməlidir.[37]

13-3.2. Xəbərdarlıq edildiyi vaxtdan 8 saat ərzində yayılması qanunla qadağan edilən informasiya internet informasiya ehtiyatından götürülmədikdə və ya internet informasiya ehtiyatına və ya onun müvafiq hissəsinə müraciət məhdudlaşdırılmadıqda, müvafiq icra hakimiyyəti orqanı informasiyanın internet informasiya ehtiyatından götürülməsi və ya internet informasiya ehtiyatına və ya onun müvafiq hissəsinə müraciətin məhdudlaşdırılması barədə ərizə ilə rayon (şəhər) məhkəməsinə müraciət edir.[38]

13-3.3. Dövlətin və cəmiyyətin qanunla qorunan maraqlarına təhdid yarandığı və ya insanların həyat və sağlamlığı üçün real təhlükə olduğu təxirəsalınmaz hallarda, habelə bu Qanunun 13-2.3.5−13-2.3.9-cu və 13-2.3.10-1-ci maddələrində göstərilən informasiyaların yerləşdirilməsi hallarında internet informasiya ehtiyatına və ya onun müvafiq hissəsinə müraciət müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında müvəqqəti olaraq məhdudlaşdırılır.[39]

13-3.4. Müvafiq icra hakimiyyəti orqanı bu Qanunun 13-3.3-cü maddəsində nəzərdə tutulmuş qərarı qəbul etdikdə, eyni zamanda, internet informasiya ehtiyatına və ya onun müvafiq hissəsinə müraciətin məhdudlaşdırılması barədə məhkəməyə müraciət edir. İnformasiya ehtiyatına və ya onun müvafiq hissəsinə müraciətin müvəqqəti məhdudlaşdırılması barədə qərar məhkəmə tərəfindən internet informasiya ehtiyatına və ya onun müvafiq hissəsinə müraciətin məhdudlaşdırılması barədə müraciətə baxılanadək və ya həmin qərar ləğv edilənədək qüvvədə qalır.

13-3.5. Məhkəmə internet informasiya ehtiyatına və ya onun müvafiq hissəsinə müraciətin məhdudlaşdırılması barədə müraciətə 5 günədək müddətdə baxır və qərar qəbul edir. Qərar qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qərardan şikayətin verilməsi onun icrasını dayandırmır.

13-3.6. Məhkəmə internet informasiya ehtiyatına və ya onun müvafiq hissəsinə müraciətin məhdudlaşdırılması haqqında, müvafiq icra hakimiyyəti orqanı isə internet informasiya ehtiyatına və ya onun müvafiq hissəsinə müraciətin müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul etdikdə, müvafiq icra hakimiyyəti orqanı həmin informasiya ehtiyatını və ya onun müvafiq hissəsini “Yayılması qadağan edilən informasiyanın yerləşdirildiyi informasiya ehtiyatlarının Siyahısı”na daxil edir. Siyahıdakı məlumatların tərkibi, siyahının tərtibi, tətbiqinə nəzarət edilməsi və host və internet provayderlərlə qarşılıqlı əlaqənin təşkil edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.[40]

13-3.7. İnternet informasiya ehtiyatı “Yayılması qadağan edilən informasiyanın yerləşdirildiyi informasiya ehtiyatlarının Siyahısı”na daxil edildikdən dərhal sonra host provayder və internet provayderlər internet informasiya ehtiyatına və ya onun müvafiq hissəsinə müraciəti məhdudlaşdırmalı və bu barədə internet informasiya ehtiyatının sahibinə məlumat verməlidirlər.[41]

13-3.8. İnternet informasiya ehtiyatının sahibi məlumatın götürülməsini bu Qanunun 13-2.4-cü maddəsində nəzərdə tutulmuş qaydada təmin etmədikdə və informasiyanın internet informasiya ehtiyatında və ya onun müvafiq hissəsində yayılmasının qanunla qadağan edilməsi ilə əlaqədar qüvvəyə minmiş məhkəmə qərarı olduqda, müvafiq icra hakimiyyəti orqanı həmin informasiya ehtiyatını və ya onun müvafiq hissəsini şəxsin müraciəti əsasında “Yayılması qadağan edilən informasiyanın yerləşdirildiyi informasiya ehtiyatlarının Siyahısı”na daxil edir. Həmin internet informasiya ehtiyatına və ya onun müvafiq hissəsinə müraciətin məhdudlaşdırılması üçün bu Qanunun 13-3.7-ci maddəsində nəzərdə tutulmuş tədbirlər həyata keçirilir.[42]

 

Maddə 13-4. İnternet informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi ilə əlaqədar məsuliyyət

 

Bu fəslin müddəalarının pozulmasına görə internet informasiya ehtiyatının sahibi, domen adının sahibi, host və internet provayderlər, həmçinin informasiya-telekommunikasiya şəbəkəsinin istifadəçiləri qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.[43]

 

IV fəsil

İnformasİyalaşdırma, İnformasİya sİstemlərİ, texnologİyaları, ELEKTRON XİDMƏTLƏR və onların təmİnat vasİtələrİ[44]

 

Maddə 14. İnformasiya sistemləri, texnologiyaları və onların təminat vasitələrinin yaradılması və istehsalı

 

Dövlət hakimiyyəti və yerli özünüidarə orqanları, təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatlar, vətəndaşların informasiya sistemləri, texnologiyaları və onların təminat vasitələrinin yaradılması və istehsalında bərabər hüquqları vardır.

Dövlət informasiya sistemlərinin, texnologiyalarının və onların təminat vasitələrinin yaradılması və istehsalı sahəsində elmi və təcrübi-layihə işlərinin aparılmasına şərait yaradır.

İnformasiyalaşdırmanın aparıcı istiqamətlərinin müəyyən edilməsi, onun inkişafı üçün müvafiq tədbirlərin görülməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir və görülən işlər dövlət büdcəsi, xüsusi vəsaitlər və digər mənbələrdən maliyyələşdirilir.[45]

Dövlət informasiya ehtiyatlarının və sistemlərinin formalaşdırılması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) dövlət informasiya ehtiyatının və sisteminin təşkilinin texniki və səmərəlilik baxımından məqsədəuyğunluğu barədə rəyi (bundan sonra – məqsədəuyğunluq barədə rəy) nəzərə alınmaqla, həmin orqanın (qurumun) müəyyən etdiyi texniki tələblər, eləcə də beynəlxalq standartlar və Azərbaycan Respublikasının bu sahədə münasibətləri tənzimləyən normativ hüquqi aktları əsasında həyata keçirilir. Dövlət informasiya ehtiyatları və sistemləri, habelə elektron xidmətlərlə bağlı layihələrə məqsədəuyğunluq barədə rəy verilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

Dövlət informasiya ehtiyatının və sisteminin istifadəyə verilməsi həmin informasiya ehtiyatı və sistemi dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestrinə daxil edildikdən və Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiya edildikdən sonra həyata keçirilir.

Dövlət informasiya ehtiyatlarının və sistemlərinin, habelə elektron xidmətlərin qeydiyyatının həyata keçirilməsi məqsədilə vahid reyestr aparılır. Dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestrinin aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

Elektron xidmətlər göstərən dövlət informasiya ehtiyatları və sistemləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təhlükəsizlik meyarları üzrə monitorinq olunmalı, mühafizə olunan telekommunikasiya kanalları ilə təmin edilməli və ildə bir dəfədən az olmayaraq təhlükəsizlik üzrə auditi aparılmalıdır. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) informasiya təhlükəsizliyi tələblərinə cavab verməsi barədə müsbət rəy alınmadan dövlət informasiya ehtiyatları və sistemləri vasitəsilə elektron xidmətlərin göstərilməsinə yol verilmir.[46]

Dövlət informasiya ehtiyatları və sistemlərinin (kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə məxsus informasiya ehtiyatları və sistemləri, eləcə də kritik informasiya infrastrukturu, Azərbaycan Respublikası Mərkəzi Bankının və maliyyə bazarlarında fəaliyyətinə nəzarət edilən subyektlərin (dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin) informasiya infrastrukturu istisna olmaqla) təhlükəsizlik meyarları üzrə monitorinqinin və auditinin aparılması, habelə informasiya təhlükəsizliyi üzrə rəy verilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.[47]

 

Maddə 14-1. Elektron xidmətlərin təşkili və göstərilməsi

 

14-1.1. Dövlət orqanları (qurumları) elektron xidmətlərin təşkilini və göstərilməsini “İnzibati icraat haqqında”, “Dövlət xidmətləri haqqında” Azərbaycan Respublikasının qanunlarına və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi texniki tələblərə uyğun olaraq təmin edirlər.[48]

14-1.2. Elektron xidmətlərin təşkili müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) bu Qanunun 14-cü maddəsinin dördüncü hissəsində qeyd olunan qaydaya uyğun olaraq verdiyi məqsədəuyğunluq barədə rəyi nəzərə alınmaqla həyata keçirilir. Elektron xidmətlər məqsədəuyğunluq barədə müsbət rəy alındıqdan və ya rəydə qeyd edilən təkliflər əsasında təkmilləşdirmələr aparıldıqdan, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) dövlət informasiya ehtiyatı və sisteminin informasiya təhlükəsizliyi tələblərinə cavab verməsi barədə müsbət rəy alındıqdan, dövlət informasiya ehtiyatı və sistemi mühafizə olunan telekommunikasiya kanalları ilə təmin edildikdən, elektron xidmət dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestrinə daxil edildikdən və Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiya edildikdən sonra Elektron Hökumət İnformasiya Sistemi üzərindən və ya rəsmi internet informasiya ehtiyatında (yaxud sahəvi portallarda) həmin sistemə keçid verilməklə göstərilir.[49]

14-1.3. Elektron xidmətlərin təşkili və göstərilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

 

Maddə 14-2. Elektron xidmətlərin təşkili və göstərilməsi, habelə dövlət informasiya ehtiyatlarının və sistemlərinin təşkili və fəaliyyəti üzrə tələblərə uyğunluğun təmin edilməsi

 

14-2.1. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) elektron xidmətlərin təşkili və göstərilməsinə, texnoloji avadanlığa və proqram təminatına, habelə dövlət informasiya ehtiyatlarının və sistemlərinin təşkili və fəaliyyətinə, o cümlədən formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsinə, texnoloji avadanlığa və proqram təminatına dair tələblərin tətbiqi ilə bağlı məsələlər üzrə dövlət orqanlarına (qurumlarına) yazılı və şifahi şəkildə izahlar verir, habelə qarşıya çıxan çətinliklərin aradan qaldırılmasına dair metodiki kömək göstərir.

14-2.2. Bu Qanunun 14-2.1-ci maddəsində qeyd olunan tələblərə riayət edilməsi vəziyyətinin öyrənilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) dövlət orqanlarına (qurumlarına) göndərdiyi sorğular 5 (beş) iş günündən gec olmayaraq cavablandırılmalıdır.

14-2.3. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) elektron xidmətlərin təşkili və göstərilməsi, habelə dövlət informasiya ehtiyatlarının və sistemlərinin təşkili və fəaliyyəti üzrə qiymətləndirilməni müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən qaydada həyata keçirir. Dövlət orqanları (qurumları) qiymətləndirilmənin aparılmasına zəruri şərait yaratmalı, o cümlədən normativ hüquqi aktların tələblərinə uyğun olmasına nəzarət etmək məqsədilə dövlət informasiya sisteminə və ehtiyatına çıxış, habelə onların texnoloji infrastrukturu ilə tanışlıq (baxış) və test etmə imkanlarını təmin etməlidir.

14-2.4. Dövlət orqanları (qurumları) bu Qanunun 14-2.1-ci maddəsində qeyd olunan tələblərin pozulması hallarının aradan qaldırılmasına dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göstərişlərini yerinə yetirməlidir.[50]

 

Maddə 14-3. Rəqəmsal inkişaf üzrə layihələrin maliyyələşdirilməsi[51]

 

14-3.1. Ali kateqoriya dövlət orqanları, habelə mühafizə olunan şəxslərin, qorunan və strateji obyektlərin təhlükəsizliyini təmin edən dövlət orqanları, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri, eləcə də Azərbaycan Respublikasının Mərkəzi Bankı istisna olmaqla, dövlət orqanları (qurumları) tərəfindən hər növbəti il ərzində həyata keçirilməsi nəzərdə tutulan rəqəmsal inkişaf üzrə layihələrə dair təkliflər, tələb olunan maliyyə vəsaitinin məbləği və maliyyələşdirmə mənbəyi qeyd edilməklə, cari il yanvarın 20-dək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həmin təkliflərə 2 ay müddətində baxaraq texniki və səmərəlilik baxımından məqsədəuyğunluq haqqında rəyini aidiyyəti dövlət orqanına (qurumuna) təqdim edir.

14-3.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) dövlət investisiyası çərçivəsində həyata keçirilən rəqəmsal inkişaf üzrə layihələrə dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyini alır. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) rəy alınması üçün müraciətə 14 iş günü müddətində baxmalı və cavablandırmalıdır. Bu müddət ərzində müraciət cavablandırılmadıqda, rəy müsbət hesab olunur.

14-3.3. Dövlət proqramlarında, strategiyalarda, milli fəaliyyət planlarında, konsepsiyalarda və bu kimi digər sənədlərdə nəzərdə tutulan strateji hədəflərə və məqsədlərə, ölkənin rəqəmsal inkişaf üzrə vahid arxitekturasına uyğun olmayan, dövlət investisiyası çərçivəsində maliyyələşdirilməsi nəzərdə tutulmayan, habelə təkrar (dublikat) layihələrə müsbət rəy verilmir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) özünün və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müsbət rəy verdiyi layihələrə dair sənədləri həmin rəylə birlikdə cari il aprelin 1-dək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edir.

14-3.4. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bu Qanunun 14-3.3-cü maddəsində qeyd edilən sənədləri aldığı vaxtdan 2 ay müddətində maliyyə ekspertizasını apararaq rəyini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və aidiyyəti dövlət orqanına (qurumuna) təqdim edir.

14-3.5. Bu Qanunun 14-3.1-ci, 14-3.2-ci və 14-3.4-cü maddələrində qeyd edilən rəylər müsbət olduqda aidiyyəti dövlət orqanı (qurumu) rəqəmsal inkişaf üzrə layihələrin maliyyələşdirilməsi üzrə təkliflərini “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq cari il iyulun 1-dək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edir.

14-3.6. Bu Qanunun 14-3.5-ci maddəsində nəzərdə tutulan layihələrin maliyyələşdirilməsi üçün vəsaitin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aidiyyəti dövlət qurumuna hər bir layihə üzrə ayrılması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırılmaqla həyata keçirilir.

14-3.7. Rəqəmsal inkişaf üzrə layihələrin maliyyələşdirilməsi üzrə dövlət qurumları tərəfindən təkliflərin, eləcə də həmin təkliflərə dair bu Qanunun 14-3.1-ci, 14-3.2-ci və 14-3.4-cü maddələrində qeyd edilən rəylərin verilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi üzərindən həyata keçirilir.

 

Maddə 14-4. Tənzimləyici test mühiti[52]

 

14-4.1. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) rəqəmsal həllərin tətbiq olunacağı sahə üzrə tənzimləmə və nəzarət funksiyalarını həyata keçirən aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə fiziki və hüquqi şəxslərin (dövlətə məxsus olan kommersiya hüquqi şəxslər və publik hüquqi şəxslər istisna olmaqla) müraciəti əsasında onlar tərəfindən tətbiqi (istifadəsi) təklif olunan rəqəmsal həllərin (o cümlədən süni intellekt texnologiyalarının) sınaqdan keçirilməsi məqsədilə tənzimləyici test mühitini tətbiq edir.

14-4.2. Tənzimləyici test mühitinin həyata keçirilməsi qaydaları, o cümlədən onda iştirak edən şəxslərin fəaliyyətinə nəzarət edilməsi, tənzimləyici test mühitinin maksimum müddəti və normativ hüquqi aktların tələblərindən istisnaların tətbiqi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur.

14-4.3. Bu Qanunun maddələri maliyyə bazarlarında rəqəmsal həllərin (o cümlədən süni intellekt texnologiyalarının) sınaqdan keçirilməsinə şamil edilmir. Maliyyə bazarlarında rəqəmsal həllərin (o cümlədən süni intellekt texnologiyalarının) sınaqdan keçirilməsi “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikası Mərkəzi Bankının nəzarəti altında həyata keçirilən tənzimləyici test mühiti üzrə sınaqlarda iştirak edən subyektlərin sayına və sınaqların nəticələrinə dair Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi internet informasiya ehtiyatındakı müvafiq reyestrdə əks olunan açıq məlumatları altı ayda bir dəfə - yanvar və iyul aylarının 10-dək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edir.

 

Maddə 15. İnformasiya sistemləri, texnologiyaları və onları təminat vasitələrinə müəlliflik hüququ

 

İnformasiya sistemləri, texnologiyaları və onların təminat vasitələrinə müəlliflik hüququ və onun müdafiəsi Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir.

 

Maddə 16. İnformasiya sistemləri, texnologiyaları və onların təminat vasitələrinin sertifikasiyası, yaradılması və istifadəsi sahəsində xüsusi qaydalar

 

Vətəndaşların və təşkilatların informasiya təminatı üçün nəzərdə tutulan informasiya sistemləri, verilənlər bazası və verilənlər bankı, konfidensial informasiyanın işlənməsini həyata keçirən dövlət orqanları, idarə, müəssisə və təşkilatların informasiya sistemləri, habelə bu sistemlərin mühafizə vasitələri müəyyənləşdirilmiş qaydada sertifikasiyalaşdırılmalıdır.

İnformasiya mühafizə vasitələrinin layihələşdirilməsi və istehsalı sahəsində fəaliyyət xüsusi razılıq əsasında həyata keçirilir.

 

V fəsil

İnformasİyanın mühafİzəsİ

 

Maddə 17. İnformasiya ehtiyatları və prosesləri sahəsində mühafizənin məqsədləri

 

İnformasiyanın mühafizəsinin məqsədləri aşağıdakılardan ibarətdir:

informasiyanın məhvinin, itməsinin, saxtalaşdırılmasının qarşısının alınması;

dövlətin, ictimaiyyətin, vətəndaşların təhlükəsizliyinin təmin edilməsi;

informasiyanın məhvi, modifikasiyası, surətinin çıxarılması, təcrid edilməsi ilə bağlı sanksiyalaşdırılmamış hərəkətlərin qarşısının alınması;

dövlət sirri təşkil edən və konfidensial informasiyanın qorunması;[53]

informasiya proseslərində və informasiya sistemlərinin, texnologiyalarının və onların təminat vasitələrinin işlənməsi, istehsalı, tətbiqi zamanı fiziki və hüquqi şəxslərin hüquqlarının təmin olunması.

 

Maddə 18. İnformasiyanın mühafizəsinin təşkili

 

Barəsində qanunsuz əməliyyatlar və davranış nəticəsində mülkiyyətçiyə, sahibə, istifadəçiyə və ya başqa şəxslərə ziyan vurula bilən hər hansı sənədləşdirilmiş informasiya mühafizə olunmalıdır.

İnformasiyanın mühafizə rejimi onun hüquqi rejimindən asılı olaraq “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə, bu Qanunla, “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə, digər normativ hüquqi aktlarla, habelə mülkiyyətçi tərəfindən müəyyən edilir.[54]

İnformasiya ehtiyatlarının mülkiyyətçisi və ya Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq informasiya mühafizəsi üçün məsul struktur bölmələr informasiya mühafizəsi tələblərinə əməl edilməsinə nəzarət etmək, bu tələblər pozulduqda isə informasiya ilə işləməyi qadağan etmək və ya dayandırmaq hüququna malikdirlər.

Sənədləşdirilmiş informasiyanın mülkiyyətçisi və ya sahibi informasiya sistemlərindəki ona məxsus informasiyanın mühafizəsinin norma və tələblərinə riayət olunmasını müəyyənləşdirmək üçün müvafiq orqanlara müraciət edə bilərlər. Bu orqanlar informasiyanın özünün və yoxlamanın nəticələrinin məxfiliyi şərtlərinə əməl etməlidirlər.

 

Maddə 19. İnformasiyanın mühafizəsi sahəsində subyektlərin hüquq və vəzifələri

 

Sənədlərin, sənəd massivlərinin, informasiya sistemlərinin mülkiyyətçisi və ya müvafiq icra hakimiyyəti orqanları informasiyanın istifadəçiyə təqdim edilməsinin qaydalarını bu Qanuna və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanuna uyğun olaraq müəyyən edir və istifadəçilərin sənədlərlə işləməyə buraxılmasını təmin edirlər.[55]

Sertifikatlaşdırılmamış informasiya sistem və vasitələrdən istifadə olunması və xidmətlərin göstərilməsi ilə bağlı məsuliyyəti bu sistem və vasitələrin mülkiyyətçisi və ya sahibi, belə sistemlərdən əldə  olunan informasiyadan istifadə üçün isə məsuliyyəti istifadəçi daşıyır.

 

Maddə 20. İnformasiyalaşdırma mühitində subyektlərin hüquqlarının müdafiəsi

 

İnformasiyanın istifadəçisi informasiya mülkiyyətçisi və ya sahibinin hüquqlarına riayət edilməməsinə görə məsuliyyət daşıyır.

İnformasiya məhsulları və xidmətlərinin mülkiyyətçiləri ilə istifadəçilər arasında münasibətlər Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydalarla, müqavilələrlə rəsmiləşdirilir. Onlar arasında yaranan mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən olunmuş qaydada məhkəmə vasitəsilə həll edilir.

İnformasiyanı korlamaqla və ya dəyişdirməklə onun sahibinə ziyan vuran fiziki və hüquqi şəxslər hərəkətlərinə görə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar.

İnformasiya ehtiyatlarının formalaşdırılması, istifadə olunması, işlənməsi, informasiya sistemləri, texnologiyaları və onların təminat vasitələrinin istehsalı və tətbiqi sahəsində fiziki və hüquqi şəxslərin hüquqlarının müdafiəsi qanun pozuntularının qarşısının alınması, pozulmuş hüquqların bərpa edilməsi, dəymiş ziyanın ödənilməsi məqsədini daşıyır. Bu hüquqların müdafiəsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müvafiq orqanlar tərəfindən həyata keçirilir.

İstifadəçinin açıq informasiya ilə işləməsinə məhdudiyyətlər qoyulması və ya buraxılmaması, bilərəkdən yanlış informasiya verilməsi və Azərbaycan Respublikasının qanunvericiliyi və ya bağlanmış müqavilələrin şərtləri yerinə yetirilmədiyi hallarda istifadəçi məlumat sahibinin yuxarı orqanına və Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinə (ombudsmana) şikayət etmək, habelə məhkəməyə şikayət vermək, o cümlədən bu hərəkətlər nəticəsində dəymiş ziyanın ödənilməsini tələb etmək hüququna malikdir.[56]

Vətəndaşların informasiya ilə işləmək hüququnun əsassız olaraq məhdudlaşdırılmasında təqsirli olan vəzifəli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar.

 

V-I fəsil[57]

Kritik informasiya infrastrukturunun təhlükəsizliyi

 

Maddə 20-1. Kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydası

 

20-1.1. Kritik informasiya infrastrukturunun təhlükəsizliyi həmin infrastrukturun təhlükəsizliyinə dair tələblərin müəyyən edilməsi, bu tələblərə uyğunluğunun qiymətləndirilməsi və aşkar olunan uyğunsuzluqların aradan qaldırılması, həmin tələblərə müvafiq olan informasiya təhlükəsizliyini idarəetmə sisteminin tətbiq edilməsi, habelə kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin olunması vəziyyətinə nəzarətin həyata keçirilməsi yolu ilə təmin edilir.

20-1.2. Dövlət sirri təşkil edən məlumatların, habelə fərdi məlumatların toplanılmasını və işlənilməsini həyata keçirən kritik informasiya infrastrukturunun təhlükəsizliyi “Dövlət sirri haqqında” və “Fərdi məlumatlar haqqında” qanunvericiliyin tələbləri nəzərə alınmaqla təmin olunur.

20-1.3. Azərbaycan Respublikasında kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq olunur.

 

Maddə 20-2. Kritik informasiya infrastrukturu obyektləri

 

20-2.1. Obyektin funksionallığının pozulmasının aşağıdakı nəticələrə səbəb ola bilməsi onun kritik informasiya infrastrukturu obyekti hesab edilməsinə əsasdır:

20-2.1.1. dövlətin müstəqilliyi, suverenliyi, konstitusiya quruluşu, ərazi bütövlüyü və müdafiə qabiliyyətinin pozulmasına təhlükənin, habelə ictimai təhlükəsizliyə mühüm təhdidlərin yaranması;

20-2.1.2. dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin pozulması, həyat təminatı infrastrukturunun normal fəaliyyət göstərməsinə ciddi maneələrin yaranması, nəqliyyat və kommunikasiya əlaqələrinin kəsilməsi və ya səhiyyə xidmətlərinin göstərilməsinin əhəmiyyətli dərəcədə məhdudlaşdırılması nəticəsində əhalinin mühüm təminatlardan məhrum olması;

20-2.1.3. iqtisadi və maliyyə sabitliyinin pozulması, dövlət büdcəsinin formalaşdırılmasına əhəmiyyətli zərərin vurulması;

20-2.1.4. ekoloji tarazlığın pozulması və ekoloji vəziyyətin kəskin pisləşməsi.

20-2.2. Kritik informasiya infrastrukturu obyektlərinin siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu Qanunun 20-2.1-ci maddəsində nəzərdə tutulmuş tələblər nəzərə alınmaqla səlahiyyətli orqanın təklifləri əsasında təsdiq edilir.  İnformasiya sistemlərinin, avtomatlaşdırılmış idarəetmə sistemlərinin və informasiya-kommunikasiya şəbəkələrinin sahibləri (istifadəçiləri) kritik informasiya infrastrukturu obyektlərinin müəyyən edilməsi məqsədilə səlahiyyətli orqan tərəfindən sorğu edilən məlumatları həmin orqana 30 gün müddətində təqdim etməlidirlər.[58]

20-2.3. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) kritik informasiya infrastrukturu obyektlərinin reyestrini aparır. Reyestrin strukturu, yaradılması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

 

Maddə 20-3. Kritik informasiya infrastrukturunun informasiya təhlükəsizliyini idarəetmə sistemi

 

20-3.1. Kritik informasiya infrastrukturu subyektləri onlara məxsus olan kritik informasiya infrastrukturuna kibertəhdidlərin, kiberhücumların, kiberinsidentlərin, habelə bu əməllərin törədilməsinə cəhdlərin aşkarlanması, qarşısının alınması və zərərli nəticələrinin aradan qaldırılması məqsədilə müvafiq infrastrukturun informasiya təhlükəsizliyini idarəetmə sistemini təşkil etməli və onun fəaliyyətini təmin etməlidirlər.

20-3.2. Kritik informasiya infrastrukturunun informasiya təhlükəsizliyini idarəetmə sisteminin tərkibi və fəaliyyət qaydası kritik informasiya infrastrukturunun təhlükəsizliyinə dair ümumi tələblər əsasında, kritik informasiya infrastrukturu subyektinin fəaliyyət xüsusiyyətləri nəzərə alınmaqla, onun tərəfindən müəyyən edilir və kritik informasiya infrastrukturu obyektlərinin reyestrində yerləşdirilməsi təmin edilir. Səlahiyyətli orqan həmin idarəetmə sistemlərinin kritik informasiya infrastrukturunun təhlükəsizliyi üzrə tələblərə uyğunluğunun təmin olunmasını kritik informasiya infrastrukturu subyektindən tələb edə bilər.[59]

20-3.3. Kritik informasiya infrastrukturu subyekti səlahiyyətli orqanla qarşılıqlı əlaqələrin operativliyini təmin etmək məqsədilə kritik informasiya infrastrukturunun təhlükəsizliyi üzrə məsul şəxs təyin edir və bu barədə məlumatın kritik informasiya infrastrukturu obyektlərinin reyestrində yerləşdirilməsini təmin edir. [60]

20-3.4. Kritik informasiya infrastrukturu subyektləri onlara məxsus olan kritik informasiya infrastrukturuna kibertəhdidlər, kiberhücumlar, kiberinsidentlər, habelə bu əməllərin törədilməsinə cəhdlər barədə məlumatları kritik informasiya infrastrukturunun təhlükəsizliyi üzrə tələblərlə müəyyən edilmiş qaydada səlahiyyətli orqana göndərməlidirlər.

20-3.5. Kritik informasiya infrastrukturu subyektlərinə xidmət göstərən kibertəhlükəsizlik xidməti provayderinin təsisçisi və onun səlahiyyətli nümayəndəsi, eləcə də provayderin kritik informasiya infrastrukturunun təhlükəsizliyi üzrə fəaliyyətinə rəhbərlik edən şəxs və bu fəaliyyətə cəlb edilmiş digər əməkdaşlar Azərbaycan Respublikasının vətəndaşı olmalıdırlar.[61]

 

Maddə 20-4. Kritik informasiya infrastrukturunun təhlükəsizliyi üzrə tələblər

 

20-4.1. Kritik informasiya infrastrukturunun təhlükəsizliyinə dair ümumi tələblər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

20-4.2. Kritik informasiya infrastrukturunun təhlükəsizliyi üzrə xüsusi tələblər kritik informasiya infrastrukturunun subyekti tərəfindən kritik informasiya infrastrukturunun təyinatı və onun fəaliyyət xüsusiyyətlərinə müvafiq olaraq müəyyən edilir və kritik informasiya infrastrukturu obyektlərinin reyestrində yerləşdirilməsi təmin edilir.[62]

20-4.3. Səlahiyyətli orqan kritik informasiya infrastrukturunun təhlükəsizliyi üzrə tələblərin tətbiqi ilə bağlı məsələlər üzrə kritik informasiya infrastrukturu subyektlərinə yazılı və şifahi şəkildə izahlar verir, habelə qarşıya çıxan çətinliklərin aradan qaldırılmasına dair metodiki köməklik göstərir.

20-4.4. Səlahiyyətli orqan kritik informasiya infrastrukturunun təhlükəsizliyi üzrə tələblərə riayət olunmasını kritik informasiya infrastrukturu subyektindən tələb edə bilər. Kritik informasiya infrastrukturunun təhlükəsizliyi üzrə tələblərə riayət edilməsi vəziyyətinin öyrənilməsi məqsədilə səlahiyyətli orqanın kritik informasiya infrastrukturunun subyektinə göndərdiyi sorğular təxirə salınmadan cavablandırılmalıdır. [63]

20-4.5. Kritik informasiya infrastrukturunun subyekti ona məxsus kritik informasiya infrastrukturu obyektinə olan kiberhücumlara qarşı cavab tədbirlərinin görülməsi, habelə kibertəhdidlərin və kiberinsidentlərin qarşısının alınması ilə bağlı səlahiyyətli orqanın həyata keçirdiyi fəaliyyətə zəruri şərait yaratmalı və dəstək verməlidir.

20-4.6. Kritik informasiya infrastrukturunun təhlükəsizliyi üzrə tələblərin pozulması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.

 

Maddə 20-5. Kritik informasiya infrastrukturunun təhlükəsizliyi üzrə fəaliyyətin təşkili

 

20-5.1. Kritik informasiya infrastrukturunun təhlükəsizliyi üzrə fəaliyyətin ümumi təşkili və əlaqələndirilməsi səlahiyyətli orqan tərəfindən həyata keçirilir.

20-5.2. Kritik informasiya infrastrukturu subyekti ona məxsus olan kritik informasiya infrastrukturunun təhlükəsizliyini infrastrukturun təhlükəsizliyinə dair müəyyən edilmiş ümumi və xüsusi tələblərə uyğun olaraq təmin edir.

20-5.3. Kritik informasiya infrastrukturunun təhlükəsizliyi üzrə fəaliyyətin təşkil edilməsi məqsədilə səlahiyyətli orqan:

20-5.3.1. kritik informasiya infrastrukturunun təhlükəsizliyi sahəsində ümumi vəziyyətin fasiləsiz monitorinqini həyata keçirir;

20-5.3.2. kritik informasiya infrastrukturunun təhlükəsizliyinə yönələn kibertəhdidlərlə mübarizə üzrə əlaqələndirilmiş tədbirlərin görülməsini təşkil edir;

20-5.3.3. kritik informasiya infrastrukturunun təhlükəsizliyinə yönələn kibertəhdidlərin qarşısının alınması məqsədilə təhlükəsizlik boşluqları və riskləri, zərərverici proqram təminatı, qlobal və lokal xarakterli kiberinsidentlər, kritik informasiya infrastrukturuna münasibətdə törədilmiş kiberhücumlar, cəhdlər və bununla bağlı olan digər məlumatları toplayır və təhlil edir, təhdidlərin kritik informasiya infrastrukturunun təhlükəsizliyinə potensial təsirlərini qiymətləndirir; [64]

20-5.3.4. kritik informasiya infrastrukturunun təhlükəsizliyi üzrə məsul şəxslərdən qarşılaşdıqları informasiya təhlükəsizliyinə dair kibertəhdidlər, kiberhücumlar və kiberinsidentlər barədə məlumatları toplayır, təhdidlərin qabaqlanması, qarşısının alınması və onlarla mübarizə aparılması üçün zəruri olan məlumatları operativ şəkildə onlara verir, müvafiq tədbirlərin görülməsi üçün köməklik göstərir;

20-5.3.5. kiberhücumlar, təhlükəsizlik boşluqları və riskləri, zərərverici proqram təminatı və kritik informasiya infrastrukturunun təhlükəsizliyinə digər təhdidlərlə bağlı kritik informasiya infrastrukturu subyektlərinə xəbərdarlıqlar və tövsiyələr verir.

 

Maddə 20-6. Kritik informasiya infrastrukturu obyektlərinin təhlükəsizliyinin təmin olunması vəziyyətinə nəzarət

 

20-6.1. Kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin olunması vəziyyətinə nəzarətin məqsədi kritik informasiya infrastrukturunun təhlükəsizliyinə dair ümumi və xüsusi tələblərə riayət olunmasının təmin edilməsi, o cümlədən bu sahədə kritik informasiya infrastrukturu subyektlərinə kömək göstərilməsi yolu ilə dövlətin və cəmiyyətin qanunla qorunan maraqlarının mühafizə edilməsindən ibarətdir.

20-6.2. Kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi vəziyyətinə nəzarət səlahiyyətli orqan və kritik informasiya infrastrukturu subyektləri tərəfindən həyata keçirilir.

20-6.3. Kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi vəziyyətinə nəzarət kritik informasiya infrastrukturunun təhlükəsizliyinə dair ümumi və xüsusi tələblərə uyğunluğunun qiymətləndirilməsi və aşkar olunan uyğunsuzluqların aradan qaldırılması, bu tələblərə riayət edilməsinin yoxlanılması, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin fasiləsiz monitorinqinin aparılması, müdaxilə sınaqları və kənar audit yoxlamalarının həyata keçirilməsi vasitəsilə həyata keçirilir.

20-6.4. Kritik informasiya infrastrukturunun təhlükəsizliyinə dair ümumi və xüsusi tələblərə dövlət qurumu olmayan sahibkarlıq fəaliyyəti subyektləri tərəfindən riayət olunmasının yoxlanılması həmin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi obyektlərə gəlmədən aparılır.[65]

20-6.5. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) kritik informasiya infrastrukturunun təhlükəsizliyi ilə bağlı metodiki köməklik göstərilməsi, məsləhət verilməsi və vəziyyətin qiymətləndirilməsi üçün kritik informasiya infrastrukturu subyektinin dəvəti ilə sahibkarlıq subyektlərinin kritik informasiya infrastrukturu obyektlərinə gələ bilər.

20-6.6. Bu Qanunun 20-6.5-ci maddəsinə əsasən həyata keçirilən fəaliyyət zamanı aşkar edilən pozuntulara görə sahibkar məsuliyyətə cəlb edilə bilməz.

20-6.7. Kritik informasiya infrastrukturu subyektləri səlahiyyətli orqan tərəfindən aşkar edilmiş kritik informasiya infrastrukturunun təhlükəsizliyi üzrə tələblərin pozulması hallarını onun tələbinə əsasən təxirə salınmadan aradan qaldırmalı və görülmüş tədbirlərin nəticəsi barədə məlumat verməlidirlər.

20-6.8. Kritik informasiya infrastrukturunun təhlükəsizliyinə dair tələblərə uyğunluğun təmin edilməsi, o cümlədən informasiya təhlükəsizliyini idarəetmə sisteminin tələblərə müvafiq fəaliyyətini təşkil etmək üçün kritik informasiya infrastrukturu subyektləri ildə bir dəfədən az olmayaraq kibertəhlükəsizlik xidməti provayderi tərəfindən kənar audit yoxlamalarının keçirilməsini və onun nəticələrinin səlahiyyətli orqana göndərilməsini təmin etməlidirlər.[66]

 

V-II fəsil[67]

İnformasiya infrastrukturunun informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyi

 

Maddə 20-7. İctimai əhəmiyyətli funksiyaları yerinə yetirən informasiya infrastrukturunun informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyinin təmin edilməsi

 

20-7.1. İctimai əhəmiyyətli funksiyaları yerinə yetirən informasiya infrastrukturlarında kibertəhlükəsizlik üzrə fəaliyyət həmin infrastrukturun mövcud olduğu sahə üzrə dövlət siyasətini, tənzimləməsini və nəzarətini həyata keçirən dövlət orqanının (qurumunun) müvafiq strukturu və ya həmin orqan (qurum) tərəfindən müqavilə əsasında müəyyən edilən rezident hüquqi şəxs olan CERT-lər vasitəsilə təmin edilir.

20-7.2. İctimai əhəmiyyətli funksiyaları yerinə yetirən informasiya infrastrukturu obyektinə qarşı yönəlmiş kibertəhdid və kiberhücumların, həmçinin baş vermiş kiberinsidentlərin real vaxt rejimində fasiləsiz monitorinqi və onlara qarşı ilkin texniki cavab tədbirlərinin görülməsi SOC-lar tərəfindən həyata keçirilir.

20-7.3. İctimai əhəmiyyətli funksiyaları yerinə yetirən informasiya infrastrukturu subyektlərinin siyahısı (dövlət orqanlarına (qurumlarına) məxsus, informasiya infrastrukturu Dövlət CERT-i isitisna olmaqla) həmin infrastrukturun mövcud olduğu sahə üzrə dövlət siyasətini, tənzimləməsini və nəzarətini həyata keçirən dövlət orqanı (qurumu) tərəfindən müəyyən edilərək Milli CERT-ə təqdim edilir.

20-7.4. CERT-lər tərəfindən mütəmadi olaraq, lakin ildə bir dəfədən az olmayaraq ictimai əhəmiyyətli funksiyaları yerinə yetirən informasiya infrastrukturlarının siyahısı nəzərdən keçirilməli və həmin siyahının yenilənməsi təmin edilməlidir. İctimai əhəmiyyətli funksiyaları yerinə yetirən informasiya infrastrukturlarının yenilənmiş siyahısı bu Qanunun 20-7.3-cü maddəsində nəzərdə tutulan dövlət orqanı (qurumu) tərəfindən yeniləndiyi tarixdən 10 iş günü ərzində Milli CERT-ə təqdim edilməlidir.

20-7.5. İctimai əhəmiyyətli funksiyaları yerinə yetirən informasiya infrastrukturunun kibertəhlükəsizliyi üzrə ümumi tələblər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum), xüsusi tələblər isə həmin infrastrukturun mövcud olduğu sahə üzrə dövlət siyasətini, tənzimləməsini və nəzarətini həyata keçirən dövlət orqanı (qurumu) tərəfindən (bu maddənin ikinci cümləsinin tələbi nəzərə alınmaqla, dövlət orqanlarının (qurumlarının) infrastrukturuna münasibətdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırmaqla) müəyyən edilir. Maliyyə bazarlarında fəaliyyətinə nəzarət edilən subyektlərdə informasiya infrastrukturunun kibertəhlükəsizliyi üzrə ümumi və xüsusi tələblər Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilir.

20-7.6. Hər bir informasiya infrastrukturu subyekti tərəfindən CERT və ya SOC struktur bölmə kimi yaradıla və ya müqavilə əsasında rezident hüquqi şəxslər müəyyən edilə bilər.

20-7.7. Milli CERT və Dövlət CERT-i arasında kibertəhdid, kiberhücum və kiberinsidentlər üzrə qarşılıqlı məlumat (mühafizə olunan şəxslər, qorunan və strateji obyektlərin informasiya infrastrukturuna dair məlumatlar istisna olmaqla) mübadiləsi Milli CERT və Dövlət CERT-i tərəfindən birgə müəyyən edilmiş formada həyata keçirilir.

20-7.8. Bu Qanunun V-II fəslinin yalnız 20-8.2-ci maddəsinin üçüncü cümləsi, 20-9.3-cü, 20-10.1-ci və 20-10.6-cı maddələrinin tələbləri kritik informasiya infrastrukturu obyektlərinə, dövlət orqanlarına (qurumlarına) məxsus, habelə mühafizə olunan şəxslərin, qorunan və strateji obyektlərin informasiya infrastrukturuna, onlarla bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) yaratdığı CERT-lərə və SOC-lara şamil edilir.

20-7.9. Dövlət orqanlarında (qurumlarında) (mühafizə olunan şəxslərin, qorunan və strateji obyektlərin informasiya infrastrukturu istisna olmaqla) kibertəhdidlərin, kiberhücumların və kiberinsidentlərin səbəblərinin araşdırılması Dövlət CERT-i tərəfindən Milli CERT-lə birgə həyata keçirilir. Dövlət orqanları (qurumları) tərəfindən yaradılan (müqavilə əsasında müəyyən edilən) CERT-lər Milli CERT-lə yanaşı, Dövlət CERT-i ilə də məlumat mübadiləsi aparırlar.

20-7.10. Dövlət CERT-inin fəaliyyəti, hüquqları və vəzifələri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi əsasnamə ilə tənzimlənir. Dövlət orqanlarına (qurumlarına) məxsus (kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri istisna olmaqla), habelə mühafizə olunan şəxslərin, qorunan və strateji obyektlərin informasiya infrastrukturunun informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyinin təmin edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

20-7.11. Reyestrin aparılmasına və sorğuların verilməsinə münasibətdə bu Qanunun 20-8.4 – 20-8.16-cı və 20-9.1.2-ci maddələrinin tələbləri kritik informasiya infrastrukturu üzrə CERT-lərə, Dövlət CERT-inə və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən yaradılmış CERT-ə və həmin CERT-lər üzrə SOC-lara, habelə maliyyə bazarlarında fəaliyyətinə nəzarət edilən subyektlər tərəfindən yaradılan SOC-lara şamil edilmir.

20-7.12. Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən yaradılan CERT-lərə və SOC-lara, habelə maliyyə bazarlarında fəaliyyətinə nəzarət edilən subyektlərdə yaradılan SOC-lara münasibətdə bu Qanunun V-II fəslinin yalnız 20-8.2-ci maddəsinin üçüncü cümləsi, 20-9.3-cü, 20-10.1-ci və 20-10.6-cı maddələri, eləcə də maliyyə bazarlarında fəaliyyətinə nəzarət edilən subyektlərin domen adı “az” ölkə kodlu yüksək səviyyəli domen zonasında olan internet informasiya ehtiyatlarının monitorinqi və auditi üzrə 20-10-4.7-ci və 20-10.5-ci maddələr şamil edilir.

20-7.13. Maliyyə bazarlarında fəaliyyətinə nəzarət edilən subyektlərin informasiya infrastrukturlarında kibertəhlükəsizlik üzrə fəaliyyəti Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən təmin edilir. Maliyyə bazarlarında fəaliyyətinə nəzarət edilən subyektlər tərəfindən SOC-ların yaradılmasının və fəaliyyətinin tənzimlənməsi, monitorinqi və bu fəaliyyətə nəzarət edilməsi Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən həyata keçirilir.

 

Maddə 20-8. CERT-lərin və SOC-ların fəaliyyətinin təşkili

 

20-8.1. CERT-lər və SOC-lar tərəfindən göstərilən xidmətlərin dairəsi bu Qanunun tələbləri nəzərə alınmaqla, onların əsasnaməsi (nizamnaməsi) və ya bu Qanunun 20-7.1-ci və 20-7.6-cı maddələrində qeyd edilən müqavilə ilə müəyyən olunur.

20-8.2. Qurumlar müvafiq CERT-i və SOC-u yaratdıqdan və ya müəyyən etdikdən sonra 10 (on) iş günü ərzində onların reyestrə daxil edilməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) elektron qaydada müraciət etməlidir. CERT-lər və SOC-lar reyestrə daxil edilmədən fəaliyyət göstərə bilməzlər. Bu Qanunun 20-7.8-ci və 20-7.12-ci maddələrində nəzərdə tutulan CERT-lər və SOC-lar onların elektron müraciəti əsasında hər hansı bir icraat aparılmadan reyestrə daxil edilmiş hesab olunurlar.

20-8.3. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən CERT-lərin və SOC-ların reyestri elektron formada aparılır.

20-8.4 CERT-lər reyestrə daxil edilməsi üçün aşağıdakı minimal tələblərə cavab verməlidir:

20-8.4.1. işçi heyəti kibertəhlükəsizlik sahəsində ixtisasa və peşə hazırlığına malik olmalı;

20-8.4.2. kiberinsidentlərin və kiberhücumların real vaxt rejimində fasiləsiz monitorinqi və onlara qarşı operativ cavab tədbirlərinin həyata keçirilməsi üçün SOC-a, həmçinin kiberhücumların və kibertəhdidlərin aşkarlanması, aidiyyəti qurumlarla koordinasiya fəaliyyətinin, kiberinsidentlərə yol aça biləcək halların erkən mərhələdə müəyyən edilməsinin təmin edilməsi üzrə texnoloji infrastruktura malik olmalı;

20-8.4.3. kiberinsidentlərin qeydiyyatı və identifikasiyası, onların prioritetləşdirilməsi və təsnifatı, cavab tədbirlərinin planlaşdırılması və icrasının izlənilməsi, həyata keçirilən fəaliyyətin sənədləşdirilməsi, hesabatlılığın və statistik məlumatların formalaşdırılması, habelə Milli CERT tərəfindən müəyyən edilmiş sistemlərə inteqrasiya funksiyalarına malik mərkəzləşdirilmiş insident idarəetmə sistemi və insident idarəetmə təlimatı mövcud olmalı;

20-8.4.4. kibertəhdidlərin aşkarlanmasını təmin edən proaktiv kibertəhlükəsizlik tədqiqatının aparılması, bu fəaliyyət çərçivəsində zərərli fəaliyyət göstəricilərinin toplanması və təhlili, milli və beynəlxalq mənbələrdən məlumatların əldə edilməsi və emalı, potensial təhdidlər üzrə erkən xəbərdarlıq mexanizmlərinin tətbiqi və əldə edilmiş məlumatların aidiyyəti üzrə paylaşılması üçün texniki infrastruktura malik olmalı;

20-8.4.5. kibertəhlükəsizlik, məlumat mübadiləsi və məlumatların mühafizəsi üzrə siyasət sənədlərinə malik olmalı.

20-8.5. SOC-lar reyestrə daxil edilməsi üçün aşağıdakı minimal tələblərə cavab verməlidir:

20-8.5.1. kiberinsidentlərin və kiberhücumların real vaxt rejimində fasiləsiz monitorinqinin və onlara qarşı ilkin texniki cavab tədbirlərinin həyata keçirilməsi, eləcə də belə fəaliyyətlər nəticəsində əldə edilən məlumatların dərhal Milli SOC-a ötürülməsi üçün texniki infrastruktura malik olmalı;

20-8.5.2. işçi heyəti kibertəhlükəsizlik sahəsində ixtisasa və peşə hazırlığına malik olmalı;

20-8.5.3. fasiləsiz monitorinq zamanı fasiləsiz rejimində fəaliyyət göstərməli, fəaliyyət göstərdiyi sahə üzrə informasiya ehtiyatlarından və sistemlərindən məlumatların (loqların) toplanması, sistemləşdirilməsi və real vaxt rejimində təhlili üçün zəruri texniki və proqram təminatına malik olmalı;

20-8.5.4. kiberinsidentlərin qeydiyyatı və identifikasiyası, onların prioritetləşdirilməsi və təsnifatı, cavab tədbirlərinin planlaşdırılması və icrasının izlənilməsi, həyata keçirilən fəaliyyətin sənədləşdirilməsi, hesabatlılığın və statistik məlumatların formalaşdırılması, habelə Milli CERT tərəfindən müəyyən edilmiş sistemlərə inteqrasiya funksiyalarına malik mərkəzləşdirilmiş insident idarəetmə sistemi və insident idarəetmə təlimatı mövcud olmalı;

20-8.5.5. kibertəhlükəsizlik, məlumat mübadiləsi və məlumatların mühafizəsi üzrə siyasət sənədlərinə malik olmalı.

20-8.6. Bu Qanunun 20-8.2-ci maddəsində qeyd edilən müraciətə aşağıdakı sənədlər və məlumatlar əlavə edilməlidir:

20-8.6.1. CERT-in və ya SOC-un hüquqi şəxslərin dövlət reyestrindən çıxarışının surəti (rezident hüquqi şəxs olduqda);

20-8.6.2. CERT-in və ya SOC-un əsasnaməsinin və ya nizamnaməsinin surəti;

20-8.6.3. CERT-in və ya SOC-un infrastrukturunun yerləşdiyi ünvan və əlaqə məlumatları (telefon nömrəsi, elektron poçt);

20-8.6.4. CERT-in və ya SOC-un kibertəhlükəsizlik, məlumat mübadiləsi və məlumatların mühafizəsi üzrə siyasət sənədləri, habelə insident idarəetmə təlimatı;

20-8.6.5. CERT-in və ya SOC-un işçilərinin kibertəhlükəsizlik sahəsində peşə hazırlığına və ixtisasa malik olduğunu təsdiq edən sənədlərin surəti (təhsil haqqında sənəd və ya beynəlxalq səviyyədə tanınan sertifikat);

20-8.6.6. texniki-texnoloji infrastrukturu barədə məlumatlar.

20-8.7. Bu Qanunun 20-8.6-cı maddəsinə əsasən tələb olunan sənədlərin və məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət qurumundan əldə edilməsi mümkün olduqda, həmin sənədlər və məlumatlar qurumdan tələb edilmir. Belə sənədlərin və məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi qurumun razılığı ilə sorğu əsasında müvafiq dövlət qurumundan tələb olunur və ya qurum tərəfindən təmin edilir.

20-8.8. Qurumun bu Qanunun 20-8.6-cı maddəsinə uyğun təqdim etdiyi sənədlər və məlumatlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən 15 (on beş) iş günü müddətində yoxlanılır. Həmin sənədlərdə və məlumatlarda aradan qaldırılması mümkün olan çatışmazlıqlar (bu Qanunun 20-8.7-ci maddəsinin tələbi nəzərə alınmaqla) aşkar edildikdə, müraciətin qeydiyyata alındığı tarixdən 20 (iyirmi) iş günündən gec olmayaraq onların aradan qaldırılması barədə məlumat quruma təqdim edilir, habelə formal tələblərə əməl olunmamasının hüquqi nəticələri ona izah edilir. Bütün çatışmazlıqlar quruma eyni zamanda bildirilməlidir.

20-8.9. Qurum həmin çatışmazlıqları məlumatı aldığı vaxtdan ən geci 20 iş günü müddətində aradan qaldırmalıdır.

20-8.10. Qurum müraciətə əlavə edilmiş sənədlərdə və məlumatlarda aşkar olunmuş çatışmazlıqları bu Qanunun 20-8.9-cu maddəsində nəzərdə tutulmuş müddətdə aradan qaldırmadıqda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müraciəti baxılmamış saxlayır və bu barədə qərarı 5 iş günü müddətində onlara təqdim edir.

20-8.11. Müraciətə əlavə edilmiş sənədlərdə və məlumatlarda çatışmazlıqlar aşkar edilmədikdə və ya aşkar olunmuş çatışmazlıqlar aradan qaldırıldıqdan sonra müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən CERT və ya SOC barədə məlumatlar 10 iş günü müddətində reyestrə daxil edilir və bu barədə məlumat 2 iş günü müddətində aidiyyəti quruma təqdim edilir.

20-8.12. Reyestrə daxil edilən məlumatlarda dəyişikliklər baş verdikdə və ya CERT və SOC ləğv edildikdə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) 5 iş günü müddətində elektron qaydada məlumat verilir. Məlumat daxil olduqdan sonra 5 iş günündən gec olmayaraq, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən reyestrdə müvafiq dəyişikliklər edilir (ləğv edilən CERT-ə və ya SOC-a dair məlumatlar reyestrdə arxivləşdirilir).

20-8.13. CERT-lərin və SOC-ların fəaliyyətinin bu Qanunun 20-8.4-cü və 20-8.5-ci maddələrində qeyd edilən tələblərə uyğunluğunun yoxlanılması məqsədilə Milli CERT tərəfindən ildə bir dəfədən az olmayaraq monitorinqlər həyata keçirilir. Monitorinqlər CERT və ya SOC-un fəaliyyət göstərdiyi yerlərə getməklə və ya getmədən (hesabatlar, sorğular və digər məlumatlar əsasında) aparılır. Monitorinqin keçirilməsinə ən geci 5 iş günü qalanadək aidiyyəti CERT-ə və ya SOC-a bu barədə məlumat verilir. Monitorinq nəticəsində aşkar edilən çatışmazlıqlar Milli CERT tərəfindən müəyyən edilən müddətlərdə aradan qaldırılmalıdır.

20-8.14. Bu Qanunun 20-8.4-cü və 20-8.5-ci maddələrində qeyd edilən tələblərə sahibkarlıq subyekti olan CERT və ya SOC tərəfindən riayət olunmasının monitorinqi həmin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi obyektlərə gəlmədən aparılır. Milli CERT-in və Milli SOC mütəxəssisləri informasiya infrastrukturunun kibertəhlükəsizliyi ilə bağlı metodiki köməklik göstərilməsi, məsləhət verilməsi və vəziyyətin qiymətləndirilməsi üçün həmin CERT-in və ya SOC-un dəvəti ilə onun informasiya infrastrukturu obyektlərinə gələ bilərlər.

20-8.15. CERT-lərin və SOC-ların işçi heyəti fəaliyyəti zamanı informasiya infrastrukturu subyekti, onun texnoloji infrastrukturu, informasiya ehtiyatları və onlarda olan informasiya barədə əldə olunmuş məlumatların konfidensiallığını təmin etməlidir.

20-8.16. CERT və SOC-un işçi heyəti kibertəhlükəsizlik sahəsində bilik və bacarıqlarının artırılması üçün davamlı təlimlərə cəlb edilməli, eləcə də onların bilik və bacarıqlarının artırılması, habelə sertifikatlaşdırılması təmin edilməlidir.

20-8.17. Milli SOC tərəfindən aparılan monitorinq kritik informasiya infrastrukturuna, dövlət orqanlarına (qurumlarına) məxsus, habelə mühafizə olunan şəxslərin, qorunan və strateji obyektlərin informasiya infrastrukturuna, Azərbaycan Respublikasının Mərkəzi Bankına və maliyyə bazarlarında fəaliyyətinə nəzarət edilən subyektlərə, eləcə də aidiyyəti üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən yaradılmış SOC-ların fəaliyyətinə şamil olunmur. Kritik informasiya infrastrukturu obyektlərinə münasibətdə fəaliyyət göstərən SOC-ların Milli SOC-la əlaqələndirilməsi və məlumat mübadiləsi kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi üzrə səlahiyyətli orqan, maliyyə bazarlarında fəaliyyətinə nəzarət edilən subyektlərdə SOC-ların Milli SOC-la əlaqələndirilməsi və məlumat mübadiləsi Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən həyata keçirilir.

 

Maddə 20-9. CERT-lərin vəzifələri və hüquqları

 

20-9.1. CERT-lərin (Dövlət CERT-i istisna olmaqla) vəzifələri aşağıdakılardır:

20-9.1.1. fəaliyyət göstərdiyi sahə üzrə informasiya infrastrukturuna qarşı yönəlmiş kibertəhdidləri, kiberhücumları və kiberinsidentləri vaxtında aşkarlamaq, onların qeydiyyatını və risklərin qiymətləndirilməsini aparmaq, ilkin araşdırmaq və təhlil etmək, qarşısını almaq;

20-9.1.2. fəaliyyət göstərdiyi sahə üzrə Milli CERT tərəfindən informasiya infrastrukturunun kibertəhlükəsizlik vəziyyətinin öyrənilməsi və proaktiv kibertəhlükəsizlik tədqiqatının aparılması ilə bağlı göndərilmiş sorğuları 24 saat, rəqəmsal tədqiqatın aparılması ilə bağlı sorğuları isə 5 iş günü ərzində cavablandırmaq və tələb olunan məlumatları təqdim etmək;

20-9.1.3. ictimai əhəmiyyətli funksiyaları yerinə yetirən informasiya infrastrukturu obyektlərinin sahə üzrə fəaliyyət göstərən SOC-a inteqrasiyasını təmin etmək;

20-9.1.4. fəaliyyət göstərdiyi sahə üzrə informasiya infrastrukturu obyektlərində kibertəhlükəsizlik vəziyyətinin SOC vasitəsilə fasiləsiz monitorinqini və ilkin texniki cavab tədbirlərini həyata keçirmək;

20-9.1.5. fəaliyyət göstərdiyi sahə üzrə informasiya infrastrukturu subyektlərini kibertəhdidlər, kiberhücumlar, kiberinsidentlər və kibertəhlükəsizlik riskləri, habelə onların təhlilinin nəticələri barədə operativ məlumatlandırmaq;

20-9.1.6. kiberinsidentlərin idarə olunması və aradan qaldırılması üzrə operativ tədbirlər görmək, kiberinsidentlərin lokallaşdırılması və təsirlərinin minimuma endirilməsi üçün müvafiq texniki və təşkilati tədbirlər görmək;

20-9.1.7. fəaliyyət göstərdiyi sahə üzrə informasiya infrastrukturu subyektləri ilə kibertəhdidlərə, kiberhücumlara və kiberinsidentlərə qarşı operativ koordinasiyanı təmin etmək;

20-9.1.8. kibertəhdidlər, kiberhücumlar və kiberinsidentlər barədə məlumatları dərhal Milli CERT-ə ötürmək, eləcə də onların statistik uçotunu aparmaq, analitik hesabatlar hazırlamaq və rüblük əsasla Milli CERT-ə təqdim etmək;

20-9.1.9. kibertəhlükəsizlik sahəsində risklərin azaldılması və kibertəhlükəsizliyin təmin edilməsi məqsədilə sahə üzrə informasiya infrastrukturu subyektlərinə tövsiyələr vermək, habelə metodiki və təşkilati dəstək göstərmək;

20-9.1.10. kibertəhlükəsizlik üzrə məlumat mübadiləsini və erkən xəbərdarlıq mexanizmlərini təşkil etmək;

20-9.1.11. kibergigiyenanın təmin edilməsi istiqamətində mütəmadi tədbirlər görmək, sahə üzrə informasiya infrastrukturu subyektlərinin kibertəhlükəsizlik üzrə hazırlıq səviyyəsinin artırılması məqsədilə təlimlər, simulyasiya məşqləri və maarifləndirici tədbirlər təşkil etmək;

20-9.1.12. kibertəhdidlər, kiberhücumlar və kiberinsidentlər barədə məlumatları bir ildən az olmayan müddətdə, araşdırmaların nəticəsinə dair məlumatları isə üç ildən az olmayan müddətdə saxlamaq;

20-9.1.13. kibertəhlükəsizlik risklərinin qiymətləndirilməsi və zəifliklərin müəyyən olunması məqsədilə informasiya infrastrukturu obyektlərinin ildə bir dəfədən az olmayaraq kibertəhlükəsizlik auditlərinin keçirilməsi ilə bağlı tədbirlər görmək;

20-9.1.14. sahə üzrə informasiya infrastrukturunun kibertəhlükəsizliyi üzrə bu Qanunun 20-7.5-ci maddəsi ilə müəyyən edilmiş ümumi və xüsusi tələbləri pozmuş şəxslərin məsuliyyətə cəlb edilməsi üçün aidiyyəti dövlət orqanlarına müraciət etmək;

20-9.1.15. bu Qanun və Azərbaycan Respublikasının digər normativ hüquqi aktları ilə müəyyən edilmiş digər vəzifələri həyata keçirmək.

20-9.2. CERT-lərin (Dövlət CERT-i istisna olmaqla) bu Qanunla müəyyən olunmuş vəzifələrini həyata keçirmək üçün aşağıdakı hüquqları vardır:

20-9.2.1. fəaliyyət göstərdiyi sahə üzrə informasiya infrastrukturu obyektlərinin təhlükəsizliyində boşluqların, zəifliklərin və digər uyğunsuzluqların müəyyən edilməsi məqsədilə təsdiq edilmiş illik və ya cari planlar üzrə müdaxilə sınaqlarını və digər texniki təhlükəsizlik testlərini həyata keçirmək;

20-9.2.2. kibertəhlükəsizlik sahəsində normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı Milli CERT-ə təkliflər vermək;

20-9.2.3. fəaliyyət göstərdiyi sahə üzrə informasiya infrastrukturu obyektlərinin kibertəhlükəsizlik vəziyyəti ilə bağlı məlumat və texniki göstəricilərin təqdim edilməsini informasiya infrastrukturu subyektlərindən tələb etmək;

20-9.2.4. kiberhücumların, kiberinsidentlərin və kibertəhdidlərin araşdırılması və qarşısının alınması məqsədilə sahə üzrə informasiya infrastrukturu subyektləri ilə birgə texniki tədbirlər həyata keçirmək;

20-9.2.5. digər sahələr üzrə fəaliyyət göstərən CERT-lər və Milli CERT-i məlumatlandırmaqla beynəlxalq təşkilatlarla əməkdaşlıq etmək və məlumat mübadiləsi aparmaq;

20-9.2.6. fəaliyyət istiqamətləri üzrə yerli və beynəlxalq təcrübəni öyrənmək və uyğun təcrübənin tətbiqi ilə bağlı tədbirlər görmək, o cümlədən Milli CERT-ə təkliflər vermək;

20-9.2.7. kibertəhlükəsizlik üzrə yeni texnologiyaların və həllərin tətbiqi ilə bağlı pilot layihələr həyata keçirmək;

20-9.2.8. bu Qanun və Azərbaycan Respublikasının digər normativ hüquqi aktları ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.

20-9.3. Bu Qanunun 20-7.8-ci və 20-7.12-ci maddələrində nəzərdə tutulan CERT-lər Milli CERT-lə yalnız qarşılıqlı məlumat mübadiləsi (kritik informasiya infrastrukturuna münasibətdə səlahiyyətli orqan vasitəsilə) həyata keçirirlər. Bu zaman məlumat mübadiləsi Milli CERT-in həmin CERT-lərlə birgə müəyyən etdiyi formada aparılır.

20-9.4. Maliyyə bazarlarında fəaliyyətinə nəzarət edilən subyektlərdə yaradılan CERT-lərin və SOC-ların fəaliyyətinin təşkili və Milli CERT-lə əlaqələndirilməsi Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən həyata keçirilir.

 

Maddə 20-10. İnformasiya infrastrukturunun informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyi üzrə fəaliyyətinin təşkili

 

20-10.1. İnformasiya infrastrukturunun kibertəhlükəsizliyinin təmin edilməsi ilə bağlı fəaliyyətin koordinasiyası (kritik informasiya infrastrukturu, dövlət orqanlarına (qurumlarına) məxsus, habelə mühafizə olunan şəxslərin, qorunan və strateji obyektlərin informasiya infrastrukturu, Azərbaycan Respublikasının Mərkəzi Bankı və maliyyə bazarlarında fəaliyyətinə nəzarət edilən subyektlər, eləcə də onlarla bağlı aidiyyəti üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən yaradılmış CERT-lərlə bağlı yalnız kibertəhdid, kiberhücum və kiberinsidentlər üzrə məlumat mübadiləsi) Milli CERT tərəfindən həyata keçirilir. Milli CERT kritik informasiya infrastrukturu obyektlərinin kibertəhlükəsizliyinə münasibətdə məlumat mübadiləsini səlahiyyətli orqan vasitəsilə həyata keçirir.

20-10.2. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə məxsus olan informasiya infrastrukturunun informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyi həmin orqanlar tərəfindən təmin edilir. Bu orqanların informasiya infrastrukturunun informasiya təhlükəsizliyinə və kibertəhlükəsizliyinə qarşı mövcud və yarana biləcək kibertəhdidlər, kiberhücumlar və kiberinsidentlər, onların qarşısının alınması və nəticələrinin aradan qaldırılması üzrə görülən tədbirlər barədə məlumatlar açıqlanmır və digər dövlət orqanları (qurumları), o cümlədən Milli CERT-lə və Milli SOC-la mübadilə edilmir. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə məxsus olan informasiya infrastrukturunun informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyinin təmin edilməsi qaydaları həmin orqanların normativ hüquqi aktları ilə müəyyən edilir.

20-10.3. Milli CERT-in vəzifələri aşağıdakılardır:

20-10.3.1. ölkə üzrə kibertəhlükəsizlik vəziyyətinin mütəmadi monitorinqini aparmaq, kibertəhdidlər, kiberhücumlar, kiberinsidentlər və zərərverici proqram təminatı barədə məlumatları toplamaq, mübadilə etmək, sistemləşdirmək və təhlil etmək, habelə həmin məlumatların potensial təsirlərini qiymətləndirmək, məlumat mübadiləsini həyata keçirmək;

20-10.3.2. ölkənin kibertəhlükəsizliyinə yönələn kibertəhdidlərə, kiberhücumlara və kiberinsidentlərə qarşı əlaqələndirilmiş tədbirlərin görülməsini təşkil etmək;

20-10.3.3. proaktiv kibertəhlükəsizlik tədqiqatını həyata keçirmək və erkən xəbərdarlıq mexanizmlərini təşkil etmək;

20-10.3.4. kibertəhlükəsizliyin təmini üzrə CERT-lərə və informasiya infrastrukturu subyektlərinə metodiki və təşkilati köməklik göstərmək;

20-10.3.5. CERT-lərdən, digər ölkələrin analoji qurumlarından və digər mənbələrdən daxil olan məlumatlar əsasında kibertəhdidlərin qabaqlanması, qarşısının alınması və kiberinsidentlərə reaksiya üzrə koordinasiyalı fəaliyyəti təşkil etmək və zəruri texniki dəstək göstərmək;

20-10.3.6. kibertəhdidlər, kiberhücumlar, kiberinsidentlər və zərərverici proqram təminatı barədə informasiya infrastrukturu subyektlərini və CERT-ləri operativ məlumatlandırmaq, müvafiq tövsiyələr vermək;

20-10.3.7. kibertəhlükəsizliyin təmin edilməsi məqsədilə aidiyyəti dövlət orqanları (qurumları) ilə birgə standartlar, metodiki sənədlər və təlimatlar hazırlamaq, habelə onların tətbiqi ilə bağlı tədbirlər görmək;

20-10.3.8. xarici mənbəli kibertəhdidlər, kiberhücumlar və kiberinsidentlər barədə xarici dövlətlərin müvafiq qurumları və beynəlxalq təşkilatlarla məlumat mübadiləsini həyata keçirmək;

20-10.3.9. kibertəhdidlərin, kiberhücumların və kiberinsidentlərin vahid qeydiyyatını və statistik uçotunu aparmaq, analitik hesabatlar hazırlamaq;

20-10.3.10. kibertəhlükəsizlik sahəsində təlimlərin, simulyasiya məşqlərinin və sınaqların keçirilməsini təşkil etmək və əlaqələndirmək;

20-10.3.11. informasiya infrastrukturu subyektləri və CERT-lər tərəfindən kibertəhlükəsizlik sahəsində beynəlxalq standartların və ən yaxşı təcrübələrin tətbiqinə dəstək göstərmək;

20-10.3.12. kibertəhlükəsizlik sahəsində normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlamaq və aidiyyəti üzrə təqdim etmək;

20-10.3.13. dövlət orqanları (qurumları), informasiya infrastrukturu subyektləri və CERT-lər arasında kibertəhlükəsizlik sahəsində əməkdaşlığı və qarşılıqlı məlumat mübadiləsini təşkil etmək.

20-10.4.Milli CERT bu Qanunla müəyyən olunmuş vəzifələrini yerinə yetirmək məqsədilə aşağıdakı hüquqlara malikdir:

20-10.4.1. informasiya infrastrukturu subyektlərindən kibertəhlükəsizlik vəziyyəti, kibertəhdidlər, kiberhücumlar və kiberinsidentlər, habelə təhlükəsizlik riskləri barədə məlumatları bu Qanunun 1-ci maddəsinin üçüncü hissəsinin, 20-7.8-ci, 20-7.12-ci, 20-9.3-cü, 20-9.4-cü və 20-10.6-cı maddələrinin tələbləri nəzərə alınmaqla əldə etmək;

20-10.4.2. kiberinsidentlərin araşdırılması və aradan qaldırılması məqsədilə CERT-lərin, informasiya infrastrukturu subyektlərinin fəaliyyətini bu Qanunun 20-7.8-ci, 20-7.12-ci, 20-9.3-cü, 20-9.4-cü və 20-10.6-cı maddələrinin tələbləri nəzərə alınmaqla əlaqələndirmək;

20-10.4.3. kibertəhlükəsizlik sahəsində dövlət orqanları (qurumları) və digər aidiyyəti qurumlarla birgə tədbirlər həyata keçirmək;

20-10.4.4. beynəlxalq təşkilatlar və xarici ölkələrin CERT strukturları ilə əməkdaşlıq etmək, təcrübə və məlumat mübadiləsi aparmaq;

20-10.4.5. kibertəhlükəsizliyin təmin edilməsi (kibertəhdidlər, kiberhücumlar və kiberinsidentlərin qarşısının alınması və nəticələrinin aradan qaldırılması) ilə əlaqədar informasiya infrastrukturu subyektlərinə, CERT-lərə, SOC-lara, internet provayderlərə və host provaydelərə göstərişlər vermək;

20-10.4.6. kibertəhlükəsizlik sahəsində yeni texnologiyaların və həllərin tətbiqi üzrə pilot layihələr həyata keçirmək;

20-10.4.7. kibertəhlükəsizlik risklərinin qiymətləndirilməsi və zəifliklərin müəyyən olunması məqsədilə informasiya infrastrukturu subyektini məlumatlandırmaqla informasiya infrastrukturu obyektlərinin, o cümlədən internet informasiya ehtiyatlarının kibertəhlükəsizlik üzrə monitorinqini və auditini həyata keçirmək.

20-10.5. Həyata keçirilmiş monitorinqlər və auditlər nəticəsində aşkar edilmiş zəifliklərin, boşluqların və digər uyğunsuzluqların aradan qaldırılması ilə əlaqədar Milli CERT tərəfindən müəyyən edilmiş müddət ərzində CERT-lər, informasiya infrastrukturunun subyektləri, o cümlədən internet informasiya ehtiyatlarının sahibləri tərəfindən tədbirlər görülərək nəticəsi barədə Milli CERT-ə məlumat verilməlidir.

20-10.6. Bu Qanunun 20.9-3-cü maddəsinin tələbləri nəzərə alınmaqla, CERT-lər arasındakı, həmçinin CERT-lərlə və informasiya infrastrukturu subyektləri ilə Milli CERT arasındakı fəaliyyətin əlaqələndirilməsi və fasiləsiz məlumat mübadiləsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) vahid kibertəhlükəsizlik platforması vasitəsilə təmin edilir.

20-10.7. CERT-lər və informasiya infrastrukturu subyektləri informasiya infrastrukturuna yönəlmiş kiberhücumlara qarşı cavab tədbirlərinin görülməsi, habelə kibertəhdidlərin və kiberinsidentlərin qarşısının alınması ilə bağlı Milli CERT-in həyata keçirdiyi fəaliyyətə zəruri şərait yaratmalı və dəstək verməlidirlər.

20-10.8. Ölkəni hədəf alan kibertəhdidlər və kiberhücumlar barədə məlumatların digər dövlətlərin bu sahədə səlahiyyətli qurumlarından əldə edilməsi, həmçinin digər ölkələri hədəf alan hücumlar barədə məlumatların ötürülməsi Milli CERT vasitəsilə və ya Milli CERT-i məlumatlandırmaqla həyata keçirilir.

20-10.9. CERT-lər, informasiya infrastrukturunun subyektləri, həmçinin ictimai əhəmiyyətli funksiyaları yerinə yetirən informasiya infrastrukturu subyektləri, o cümlədən internet provayderlər, host provayderlər və internet informasiya ehtiyatının sahibləri Milli CERT tərəfindən kibertəhlükəsizlik vəziyyətinin öyrənilməsi, proaktiv kibertəhlükəsizlik tədqiqatının aparılması məqsədilə göndərilən sorğuları 24 saat, rəqəmsal tədqiqatın aparılması ilə bağlı göndərilən sorğuları isə 5 iş günü ərzində cavablandırmalıdır.

 

Maddə 20-11. İnformasiya infrastrukturunun informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyi

 

20-11.1. İnformasiya infrastrukturunun kibertəhlükəsizliyi informasiya infrastrukturu subyekti tərəfindən informasiya infrastrukturu obyektinin kibertəhlükəsizliyində zəifliklərin, boşluqların və digər uyğunsuzluqların aşkar olunması məqsədilə risklərin qiymətləndirilməsi, təhlükəsizlik auditlərinin keçirilməsi və onların nəticələrinin aradan qaldırılması üzrə tədbirlərin görülməsi yolu ilə təmin edilir.

20-11.2. İnformasiya infrastrukturu subyekti bu Qanunun 20-7.8-ci, 20-7.12-ci, 20-9.3-cü, 20-9.4-cü, 20-10.2-ci və 20-10.6-cı maddələrinin tələbləri nəzərə alınmaqla, informasiya infrastrukturu obyektlərinə qarşı yönəlmiş kiberinsident və kiberhücumlar barədə məlumatın onların aşkarlandığı andan dərhal sonra Milli CERT-ə təqdim olunmasını təmin etməlidir.

20-11.3. İnformasiya infrastrukturu subyektinin müraciəti əsasında kibertəhlükəsizlik və proaktiv kibertəhlükəsizlik tədqiqatı üzrə xidmətlər Milli CERT tərəfindən ödənişli əsaslarla həyata keçirilir. Ödənişin məbləği tərəflər arasında bağlanılan müqavilə əsasında müəyyən edilir.

20-11.4. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən kiberinsidentləri aşkarlama, ölçmə meyarları və indikatorları müəyyənləşdirilərək həmin orqanın (qurumun) rəsmi internet informasiya ehtiyatında yerləşdirilir və mütəmadi yenilənməsi təmin edilir.

20-11.5. CERT-lər, SOC-lar, həmçinin informasiya infrastrukturu subyektləri, o cümlədən internet informasiya ehtiyatlarının sahibləri, internet provayderlər və host provayderlər tərəfindən Milli CERT-in kibertəhlükəsizliyin təmin edilməsi (kibertəhdidlərin, kiberhücumların və kiberinsidentlərin qarşısının alınması və nəticələrinin aradan qaldırılması) ilə əlaqədar göstərişlərinin yerinə yetirilməməsi, informasiya infrastrukturuna yönəlmiş kibertəhdidlər, kiberhücumlar və kiberinsidentlər barədə məlumatların dərhal Milli CERT-ə təqdim edilməməsi, eləcə də Milli CERT-in informasiya infrastrukturunun kibertəhlükəsizlik vəziyyətinin öyrənilməsi və proaktiv kibertəhlükəsizlik tədqiqatının aparılması məqsədilə göndərdiyi sorğuların 24 saat, rəqəmsal tədqiqatın aparılması ilə bağlı göndərdiyi sorğuların isə 5 iş günü ərzində cavablandırılmaması, kiberinsidentlərin və kiberhücumların real vaxt rejimində fasiləsiz monitorinqinin və onlara qarşı ilkin texniki cavab tədbirlərinin həyata keçirilməməsi, eləcə də belə fəaliyyətlər nəticəsində əldə edilən məlumatların dərhal Milli SOC-a ötürülməməsi, rəqəmsal tədqiqatın və proaktiv kibertəhlükəsizlik tədqiqatına şəraitin yaradılmaması və reyestrə daxil edilmədən CERT və SOC kimi fəaliyyətin göstərilməsi, ictimai əhəmiyyətli funksiyaları yerinə yetirən informasiya infrastrukturunun kibertəhlükəsizliyi üzrə ümumi və xüsusi tələblərin (informasiya infrastrukturunun subyektləri, o cümlədən internet provayderlər, host provayderlər və internet informasiya ehtiyatının sahibləri tərəfindən) yerinə yetirilməməsi qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.

20-11.6. Domen adı “az” (“gov.az” istisna olmaqla) ölkə kodlu yüksək səviyyəli domen zonasında yerləşən internet informasiya ehtiyatlarının sahibləri tərəfindən Milli CERT-in kibertəhlükəsizliyin təmin edilməsi (kibertəhdidlər, kiberhücumlar və kiberinsidentlərin qarşısının alınması və nəticələrinin aradan qaldırılması) ilə əlaqədar göstərişlərinin yerinə yetirilməməsi domen adının “az” ölkə kodlu yüksək səviyyəli domen zonasında olan qeydiyyatının xitamı, domen adına texniki xidmətin dayandırılması üçün əsasdır. Bu halda Milli CERT domen adının qeydiyyatını aparan orqandan domen adının qeydiyyatına xitam verilməsini, ona texniki xidmətin dayandırılmasını (o cümlədən məhkəmə qaydasında) tələb edə, maliyyə bazarlarında fəaliyyətinə nəzarət edilən subyektlərə münasibətdə isə həmin tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Mərkəzi Bankına müraciət edir.

 

Maddə 20-12. Rəqəmsal tədqiqatın aparılması

 

20-12.1. İnformasiya infrastrukturu obyektlərində baş vermiş kiberinsidentlər barədə əldə edilən məlumatlar əsasında Rəqəmsal tədqiqat mərkəzi tərəfindən onların risk əsaslı qiymətləndirilməsi aparılır. Qiymətləndirilmənin nəticəsinə uyğun olaraq Rəqəmsal tədqiqat mərkəzi rəqəmsal tədqiqatı aparılmalı olan kiberinsidentləri müəyyən edir.

20-12.2. Rəqəmsal tədqiqat mərkəzi tərəfindən sahə üzrə fəaliyyət göstərən CERT-lər kiberinsidentlərin rəqəmsal tədqiqatının aparılmasına cəlb edilə bilərlər.

20-12.3. Rəqəmsal tədqiqat zamanı CERT-lər və ya Rəqəmsal tədqiqat mərkəzi tərəfindən əldə olunan məlumatların bütövlüyü qorunmalı, onların dəyişdirilməsinə, silinməsinə və ya saxtalaşdırılmasına yol verilməməli, rəqəmsal tədqiqat zamanı beynəlxalq kibertəhlükəsizlik standartlarına uyğun metod və vasitələrdən istifadə olunmalıdır.

20-12.4. Rəqəmsal tədqiqat prosesi CERT-lər və ya Rəqəmsal tədqiqat mərkəzi tərəfindən sənədləşdirilməli, rəqəmsal dəlillərin əldə edilməsi, saxlanılması, ötürülməsi, təhlili mərhələləri həmin sənəddə ardıcıl və izlənilə bilən formada əks olunmalıdır.

20-12.5. Rəqəmsal tədqiqat nəticəsində əldə olunan rəqəmsal dəlillər və rəqəmsal tədqiqata dair sənədlər Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, “Əməliyyat-axtarış fəaliyyəti haqqında”, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” qanunlarında və digər normativ hüquqi aktlarında müəyyən edilmiş tədbirlərin görülməsi üçün müvafiq dövlət orqanına (qurumuna) təqdim edilir.

20-12.6. Rəqəmsal tədqiqatın rəsmiləşdirilməsi və nəticəsinə dair məlumatlar və sənədlər Rəqəmsal tədqiqat mərkəzi tərəfindən 3 ildən az olmayan müddətdə saxlanılmalıdır.

 

VI fəsil

 İnformasİya sahəsİndə beynəlxalq münasİbətlər

 

Maddə 21. İnformasiya sahəsində beynəlxalq fəaliyyət

 

İnformasiya sahəsində dövlətlərarası əməkdaşlıq Azərbaycan Respublikasının imzaladığı müqavilələrə uyğun olaraq həyata keçirilir.

Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində bu Qanunda nəzərə alınmış qaydalardan fərqlər müəyyən olunduqda beynəlxalq müqavilələrin müddəaları tətbiq olunur.

 

Azərbaycan Respublikasının Prezidenti  Heydər ƏLİYEV

 

Bakı şəhəri, 3 aprel 1998-ci il

               ¹ 460-IQ

 

 

 


 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       15 aprel 2005-ci il tarixli 890-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, ¹ 6, maddə 466)

2.       20 oktyabr 2006-cı il tarixli 167-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 12, maddə 1005)

3.       9 oktyabr 2007-ci il tarixli 429-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 10, maddə 938)

4.       30 dekabr 2010-cu il tarixli 41-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 5 mart 2011-ci il, ¹ 051, “Azərbaycan” qəzeti, 06 mart 2010-cu il, ¹ 52, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, ¹ 03, maddə 162)

5.       16 oktyabr 2012-ci il tarixli 443-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 15 noyabr 2012-ci il, ¹ 254, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, ¹ 11, maddə 1051)

6.       10 mart 2017-ci il tarixli 539-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 mart 2017-ci il, ¹ 61, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 3, maddə 345)

7.       19 noyabr 2019-cu il tarixli 1691-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 21 dekabr 2019-cu il, ¹ 284, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 12, maddə 1881)

8.       17 mart 2020-ci il tarixli 30-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 20 mart 2020-ci il, ¹ 62, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 3, maddə 225)

9.       8 may 2020-ci il tarixli 93-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 25 iyun 2020-ci il, ¹ 121, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 6, maddə 671)

10.    27 dekabr 2021-ci il tarixli 462-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 31 dekabr 2021-ci il, ¹ 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, ¹ 12, maddə 1345)

11.    27 may 2022-ci il tarixli 539-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 6 iyul 2022-ci il, ¹ 141, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, ¹7, maddə 693)

12.    17 fevral 2023-cü il tarixli 810-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı 8 aprel 2023-cü il, “Azərbaycan” qəzeti, 9 aprel 2023-cü il, ¹ 73, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, ¹ 4, maddə 448)

13.    11 aprel 2023-cü il tarixli 861-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı 23 may 2023-cü il, “Azərbaycan” qəzeti, 24 may 2023-cü il, ¹ 108, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, ¹ 5, maddə 626)

14.    30 dekabr 2023-cü il tarixli 1087-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 19 yanvar 2024-cü il, “Azərbaycan” qəzeti, 20 yanvar 2024-cü il, ¹ 12, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, ¹ 1, maddə 18)

15.    28 iyun 2024-cü il tarixli 1193-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 16 iyul 2024-cü il, “Azərbaycan” qəzeti, 17 iyun 2024-cü il, ¹ 148, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, ¹7, maddə 769)

16.    08 iyul 2025-ci il tarixli 240-VIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 29 iyul 2025-ci il, “Azərbaycan” qəzeti, 30 iyul 2025-ci il, ¹ 156, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, ¹ 7, maddə 626)

17.    30 dekabr 2025-ci il tarixli 333-VIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 15 yanvar 2026-cı il, “Azərbaycan” qəzeti, 16 yanvar 2026-cı il, ¹ 9, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2026-cı il, ¹ 1, maddə 17)

18.    21 aprel 2026-cı il tarixli 387-VIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 6 may 2026-cı il, “Azərbaycan” qəzeti, 7 may 2026-cı il, ¹ 79, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2026-cı il, ¹ 5, I kitab, maddə 391)

19.    30 iyun 2026-cı il tarixli 431-VIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 5 avqust 2026-cı il, “Azərbaycan” qəzeti, 6 avqust 2026-cı il, ¹ 139, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2026-cı il, ¹ 8, maddə 769) (Bu Qanun 2027-ci il avqustun 5-dən qüvvəyə minir.)

20.    10 iyul 2026-cı il tarixli 442-VIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 30 iyul 2026-cı il, “Azərbaycan” qəzeti, 31 iyul 2026-cı il, ¹ 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2026-cı il, ¹ 7, I kitab, maddə 613)

21.    14 iyul 2026-cı il tarixli 454-VIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 10 avqust 2026-cı il, “Azərbaycan” qəzeti, 11 avqust 2026-cı il, ¹ 142, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2026-cı il, ¹ 8, maddə 774)

22.    16 oktyabr 2026-cı il tarixli 494-VIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 28 oktyabr 2026-cı il, “Azərbaycan” qəzeti, 29 oktyabr 2026-cı il, ¹ 199)

 

 

QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 14 iyul 2026-cı il tarixli 454-VIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 10 avqust 2026-cı il, “Azərbaycan” qəzeti, 11 avqust 2026-cı il, ¹ 142, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2026-cı il, ¹ 8, maddə 774) ilə 1-ci maddənin birinci hissəsinə “mühafizəsi” sözündən sonra “, informasiya təhlükəsizliyi, o cümlədən kibertəhlükəsizliyin təmini” sözləri əlavə edilmişdir.

 

[2] 17 fevral 2023-cü il tarixli 810-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı 8 aprel 2023-cü il, “Azərbaycan” qəzeti, 9 aprel 2023-cü il, ¹ 73, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, ¹ 4, maddə 448) ilə 1-ci maddəsinin ikinci hissəsində “Kütləvi informasiya vasitələri” sözləri “Media” sözü ilə əvəz edilmişdir.

14 iyul 2026-cı il tarixli 454-VIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 10 avqust 2026-cı il, “Azərbaycan” qəzeti, 11 avqust 2026-cı il, ¹ 142, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2026-cı il, ¹ 8, maddə 774) ilə 1-ci maddənin ikinci hissəsinə “Qanun” sözündən sonra “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi, “Əməliyyat-axtarış fəaliyyəti haqqında”, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında”,” sözləri əlavə edilmişdir.

 

[3] 14 iyul 2026-cı il tarixli 454-VIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 10 avqust 2026-cı il, “Azərbaycan” qəzeti, 11 avqust 2026-cı il, ¹ 142, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2026-cı il, ¹ 8, maddə 774) ilə 1-ci maddəyə yeni məzmunda üçüncü hissə əlavə edilmişdir.

 

[4] 14 iyul 2026-cı il tarixli 454-VIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 10 avqust 2026-cı il, “Azərbaycan” qəzeti, 11 avqust 2026-cı il, ¹ 142, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2026-cı il, ¹ 8, maddə 774) ilə 2-ci maddənin birinci abzası yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Qanunda aşağıdakı anlayışlar işlədilmişdir:

 

[5] 20 oktyabr 2006-cı il tarixli 167-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 12, maddə 1005) ilə 2-ci maddənin ikinci və üçüncü abzasları yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

informasiya — təqdimat formasından asılı olmayaraq şəxslər, əşya, fakt, hadisə və proseslər haqqında məlumatlar;

sənədləşdirilmiş informasiya (sənəd) — maddi daşıyıcıda qeyd olunmuş və identikləşdirilməsinə imkan verən rekvizitlərə malik informasiya;

 

[6] 20 oktyabr 2006-cı il tarixli 167-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 12, maddə 1005) ilə 2-ci maddənin dördüncü abzasında "kütləvi" sözü "açıq" sözü ilə əvəz edilmişdir.

 

[7] 20 oktyabr 2006-cı il tarixli 167-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 12, maddə 1005) ilə 2-ci maddənin beşinci abzası yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

konfidensial informasiya — əldə olunması, işlənməsi, verilməsi və ya istifadəsi Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məhdudlaşdırılan sənədləşdirilmiş informasiya;

30 dekabr 2010-cu il tarixli 41-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 5 mart 2011-ci il, ¹ 051, “Azərbaycan” qəzeti, 06 mart 2010-cu il, ¹ 52, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, ¹ 03, maddə 162) ilə 2-ci maddənin beşinci abzasında “məhdudiyyət qoyulan” sözlərindən sonra “məlumatlar, habelə” sözləri əlavə edilmişdir, “, habelə fərdi məlumatlar” sözləri çıxarılmışdır.

 

[8] 10 mart 2017-ci il tarixli 539-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 mart 2017-ci il, ¹ 61, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 3, maddə 345) ilə 2-ci maddədə doqquzuncu - on beşinci bəndlər müvafiq olaraq on yeddinci - iyirmi üçüncü bəndlər hesab edilmişdir və yeni məzmunda doqquzuncu - on altıncı bəndlər əlavə edilmişdir.

 

[9] 10 mart 2017-ci il tarixli 539-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 mart 2017-ci il, ¹ 61, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 3, maddə 345) ilə 2-ci maddənin on doqquzuncu bəndində, 6-cı maddənin onuncu hissəsində, 11-ci maddənin birinci hissəsində, 13-cü maddənin adında və mətnində, 18-ci maddənin birinci və dördüncü hissələrində, 19-cu maddənin ikinci hissəsində və 20-ci maddənin birinci hissəsində ismin müvafiq hallarında “sahibkar” sözü ismin müvafiq hallarında “sahib” sözü ilə əvəz edilmişdir.

 

[10] 10 mart 2017-ci il tarixli 539-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 mart 2017-ci il, ¹ 61, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 3, maddə 345) ilə 2-ci maddənin iyirmi ikinci bəndində, 6-cı maddənin səkkizinci hissəsində ismin müvafiq hallarında “sahibkarlar” sözü ismin müvafiq hallarında “sahiblər” sözü ilə əvəz edilmişdir.

 

[11] 27 may 2022-ci il tarixli 539-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 6 iyul 2022-ci il, ¹ 141, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, ¹7, maddə 693) ilə 2-ci maddənin iyirmi dördüncü abzasının sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və yeni məzmunda iyirmi beşinci – otuz üçüncü abzaslar əlavə edilmişdir.

 

[12] 11 aprel 2023-cü il tarixli 861-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı 23 may 2023-cü il, “Azərbaycan” qəzeti, 24 may 2023-cü il, ¹ 108, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, ¹ 5, maddə 626) ilə 2-ci maddənin birinci hissəsinin iyirmi doqquzuncu abzasında “işçi heyəti, texnoloji resursları və” sözləri “provayderə, onun işçi heyətinə, texnoloji resurslarına və fəaliyyət” sözləri ilə əvəz edilmişdir.

 

[13] 28 iyun 2024-cü il tarixli 1193-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 16 iyul 2024-cü il, “Azərbaycan” qəzeti, 17 iyun 2024-cü il, ¹ 148, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, ¹7, maddə 769) ilə 3.1. 2-ci maddənin birinci hissəsinin otuz üçüncü abzasının sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və yeni məzmunda otuz dördüncü abzas əlavə edilmişdir.

16 oktyabr 2026-cı il tarixli 494-VIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 28 oktyabr 2026-cı il, “Azərbaycan” qəzeti, 29 oktyabr 2026-cı il, ¹ 199) ilə 2-ci maddənin birinci hissəsinin otuz dördüncü abzası yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

elektron xidmət – dövlət orqanları (qurumları) tərəfindən səlahiyyətlərinin icrası zamanı digər dövlət orqanlarına (qurumlarına), bələdiyyələrə, fiziki və hüquqi şəxslərə göstərilən və müvafiq hüquqi nəticənin yaranması, yaxud xidmət istifadəçisinə zəruri informasiyanın verilməsi ilə tamamlanan dövlət xidmətlərinin informasiya texnologiyalarından istifadə edilməklə tərəflər arasında bilavasitə təmas olmadan (xidmətin məqsədləri üçün belə təmasın tələb edildiyi hallar istisna olmaqla) elektron qaydada həyata keçirilməsi forması;

 

[14] 14 iyul 2026-cı il tarixli 454-VIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 10 avqust 2026-cı il, “Azərbaycan” qəzeti, 11 avqust 2026-cı il, ¹ 142, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2026-cı il, ¹ 8, maddə 774) ilə 2-ci maddənin otuz dördüncü abzasının sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və yeni məzmunda otuz beşinci – əlli üçüncü abzaslar əlavə edilmişdir.

 

[15] 14 iyul 2026-cı il tarixli 454-VIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 10 avqust 2026-cı il, “Azərbaycan” qəzeti, 11 avqust 2026-cı il, ¹ 142, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2026-cı il, ¹ 8, maddə 774) ilə 3-cü maddənin birinci hissəsinin səkkizinci abzasına “təhlükəsizliyin” sözündən sonra “, habelə informasiya təhlükəsizliyinin və kibertəhlükəsizliyin” sözləri əlavə edilmişdir.

 

[16] 15 aprel 2005-ci il tarixli 890-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, ¹ 6, maddə 466) ilə 5-ci maddənin dördüncü hissəsi çıxarılmışdır.

 

[17] 10 mart 2017-ci il tarixli 539-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 mart 2017-ci il, ¹ 61, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 3, maddə 345) ilə 6-cı maddənin beşinci hissəsində “sahibkarlıq” sözü “sahiblik” sözü ilə əvəz edilmişdir.

 

[18] 9 oktyabr 2007-ci il tarixli 429-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 10, maddə 938) ilə 7-ci maddəsinin dördüncü hissəsi çıxarılmışdır.

 

[19] 30 dekabr 2010-cu il tarixli 41-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 5 mart 2011-ci il, ¹ 051, “Azərbaycan” qəzeti, 06 mart 2010-cu il, ¹ 52, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, ¹ 03, maddə 162) ilə 10-cu maddənin ikinci hissəsində ikinci cümlədən “, habelə fərdi məlumatlar” sözləri çıxarılmışdır və ikinci hissəyə üçüncü cümlə əlavə edilmişdir.

 

[20] 20 oktyabr 2006-cı il tarixli 167-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 12, maddə 1005) ilə 10-cu maddə yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Maddə 10. Daxilolma növünə görə informasiya ehtiyatları

Daxilolma növünə görə informasiya ehtiyatları açıq və məhdudlaşdırılmış ola bilər. Azərbaycan Respublikasının qanunvericiliyi və müvafiq icra hakimiyyəti orqanlarının qərarları ilə daxilolma növünə görə məhdudlaşdırılmış sənədləşdirilmiş informasiya istisna olmaqla dövlət informasiya ehtiyatları istifadə üçün açıqdır.

Məhdudlaşdırılmış daxilolma növlü informasiya ehtiyatları hüquqi rejiminə görə dövlət sirli və konfidensial ola bilər.

Məlumatların dövlət sirrinə aid edilməsi,  istifadəsi qaydaları və mühafizəsi “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.

Dövlət sirrinə aid edilməyən, lakin vətəndaşların, idarə, müəssisə və təşkilatların qanuni marağının qorunması məqsədilə məxfiliyi təmin edilməli olan informasiya konfidensial xarakter daşıyır. Konfidensial informasiyanın toplanmasına, işlənməsinə, istifadəsinə və yayılmasına yalnız Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş hallarda yol verilə bilər.

 

[21] 20 oktyabr 2006-cı il tarixli 167-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 12, maddə 1005) ilə 11-ci maddənin birinci hissəsində "Azərbaycan Respublikasının qanunvericiliyi və müvafiq icra hakimiyyəti orqanlarının qərarları ilə müraciət növünə görə" sözləri "Alınması" sözü ilə əvəz edilmişdir və "dövlət" sözü çıxarılmışdır.

 

[22] 20 oktyabr 2006-cı il tarixli 167-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 12, maddə 1005) ilə 11-ci maddənin ikinci hissəsindən "dövlət" sözü çıxarılmışdır.

 

[23] 10 mart 2017-ci il tarixli 539-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 mart 2017-ci il, ¹ 61, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 3, maddə 345) ilə yeni məzmunda III-I fəsil əlavə edilmişdir.

 

[24] 17 mart 2020-ci il tarixli 30-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 20 mart 2020-ci il, ¹ 62, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 3, maddə 225) ilə 13-2-ci maddənin adında “ehtiyatında” sözündən sonra “və ya informasiya-telekommunikasiya şəbəkəsində” sözləri əlavə edilmişdir.

 

[25] 8 may 2020-ci il tarixli 93-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 25 iyun 2020-ci il, ¹ 121, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 6, maddə 671) ilə 13-2.1-ci maddəsinin ikinci cümləsində “fəaliyyətini” sözündən sonra “, o cümlədən dövlət dili normalarına riayət edilməsini” sözləri əlavə edilmişdir.

 

[26] 17 mart 2020-ci il tarixli 30-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 20 mart 2020-ci il, ¹ 62, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 3, maddə 225) ilə 13-2.3-cü maddədə “sahibi” sözündən sonra “və ya informasiya-telekommunikasiya şəbəkəsinin istifadəçisi” sözləri, “ehtiyatında” sözündən sonra “(informasiya-telekommunikasiya şəbəkəsində)” sözləri əlavə edilmişdir.

 

[27] 30 dekabr 2023-cü il tarixli 1087-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 19 yanvar 2024-cü il, “Azərbaycan” qəzeti, 20 yanvar 2024-cü il, ¹ 12, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, ¹ 1, maddə 18) ilə yeni məzmunda 13-2.3.3-1-ci maddə əlavə edilmişdir.

 

[28] 30 dekabr 2025-ci il tarixli 333-VIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 15 yanvar 2026-cı il, “Azərbaycan” qəzeti, 16 yanvar 2026-cı il, ¹ 9, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2026-cı il, ¹ 1, maddə 17) ilə yeni məzmunda 13-2.3.6-1-ci maddə əlavə edilmişdir.

 

[29] 27 dekabr 2021-ci il tarixli 462-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 31 dekabr 2021-ci il, ¹ 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, ¹ 12, maddə 1345) ilə 13-2.3.7-ci maddədən “və digər qanunsuz mərc” sözləri çıxarılmışdır.

08 iyul 2025-ci il tarixli 240-VIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 29 iyul 2025-ci il, “Azərbaycan” qəzeti, 30 iyul 2025-ci il, ¹ 156, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, ¹ 7, maddə 626) ilə 13-2.3.7-ci maddəsinə “məlumatlar” sözündən sonra “(“Lotereyalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada keçirilən lotereyalar, “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada keçirilən idman mərc oyunları və “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada təşkil edilən və keçirilən kazino oyunları barədə məlumatlar istisna olmaqla)” sözləri əlavə edilmişdir.

 

[30] 19 noyabr 2019-cu il tarixli 1691-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 21 dekabr 2019-cu il, ¹ 284, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 12, maddə 1881) ilə yeni məzmunda 13-2.3.8-1-ci maddə əlavə edilmişdir.

 

[31] 21 aprel 2026-cı il tarixli 387-VIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 6 may 2026-cı il, “Azərbaycan” qəzeti, 7 may 2026-cı il, ¹ 79, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2026-cı il, ¹ 5, I kitab, maddə 391) ilə yeni məzmunda 13-2.3.9-1-ci maddə əlavə edilmişdir.

 

[32] 17 mart 2020-ci il tarixli 30-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 20 mart 2020-ci il, ¹ 62, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 3, maddə 225) ilə yeni məzmunda 13-2.3.10-1-ci maddə əlavə edilmişdir.

 

[33] 27 dekabr 2021-ci il tarixli 462-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 31 dekabr 2021-ci il, ¹ 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, ¹ 12, maddə 1345) ilə 13-2.4-cü maddəyə “ehtiyatında” sözündən sonra “və ya onun müvafiq hissəsində” sözləri, “götürülməsini” sözündən sonra “və ya həmin informasiya ehtiyatına və ya onun müvafiq hissəsinə müraciətin məhdudlaşdırılmasını” sözləri əlavə edilmişdir.

 

[34] 27 dekabr 2021-ci il tarixli 462-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 31 dekabr 2021-ci il, ¹ 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, ¹ 12, maddə 1345) ilə 13-2.5-ci maddəyə “ehtiyatlarında” sözündən sonra “və ya onların müvafiq hissələrində” sözləri, “götürülməsi” sözündən sonra “və ya həmin informasiya ehtiyatına və ya onun müvafiq hissəsinə müraciətin məhdudlaşdırılması” sözləri əlavə edilmişdir.

 

[35] 19 noyabr 2019-cu il tarixli 1691-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 21 dekabr 2019-cu il, ¹ 284, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 12, maddə 1881) ilə yeni məzmunda 13-2.6-cı maddə əlavə edilmişdir.

 

[36] 21 aprel 2026-cı il tarixli 387-VIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 6 may 2026-cı il, “Azərbaycan” qəzeti, 7 may 2026-cı il, ¹ 79, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2026-cı il, ¹ 5, I kitab, maddə 391) ilə yeni məzmunda 13-2.7-ci maddə əlavə edilmişdir.

 

[37] 27 dekabr 2021-ci il tarixli 462-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 31 dekabr 2021-ci il, ¹ 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, ¹ 12, maddə 1345) ilə 13-3.1-ci maddəyə yeni məzmunda ikinci cümlə əlavə edilmişdir.

10 iyul 2026-cı il tarixli 442-VIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 30 iyul 2026-cı il, “Azərbaycan” qəzeti, 31 iyul 2026-cı il, ¹ 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2026-cı il, ¹ 7, I kitab, maddə 613) ilə 13-3.1-ci maddənin birinci cümləsinə “orqanı” sözündən sonra “bu Qanunun 13-2.3.5–13-2.3.9-cu və 13-2.3.10-1-ci maddələrində göstərilən informasiyalar istisna olmaqla” sözləri əlavə edilmişdir.

 

[38] 27 dekabr 2021-ci il tarixli 462-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 31 dekabr 2021-ci il, ¹ 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, ¹ 12, maddə 1345) ilə 13-3.2-ci maddə yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

13-3.2. Xəbərdarlıq edildiyi vaxtdan 8 saat ərzində yayılması qadağan edilən informasiya internet informasiya ehtiyatından götürülmədikdə müvafiq icra hakimiyyəti orqanı həmin orqanın yerləşdiyi yer üzrə rayon (şəhər) məhkəməsinə internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması barədə müraciət edir.

 

[39] 27 dekabr 2021-ci il tarixli 462-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 31 dekabr 2021-ci il, ¹ 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, ¹ 12, maddə 1345) ilə 13-3.3-cü, 13-3.4-cü (hər üç halda) və 13-3.5-ci maddələrə “ehtiyatına” sözündən sonra “və ya onun müvafiq hissəsinə” sözləri əlavə edilmişdir.

10 iyul 2026-cı il tarixli 442-VIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 30 iyul 2026-cı il, “Azərbaycan” qəzeti, 31 iyul 2026-cı il, ¹ 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2026-cı il, ¹ 7, I kitab, maddə 613) ilə 13-3.3-cü maddəyə “hallarda” sözündən sonra “, habelə bu Qanunun 13-2.3.5−13-2.3.9-cu və 13-2.3.10-1-ci maddələrində göstərilən informasiyaların yerləşdirilməsi hallarında” sözləri əlavə edilmişdir.

 

[40] 27 dekabr 2021-ci il tarixli 462-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 31 dekabr 2021-ci il, ¹ 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, ¹ 12, maddə 1345) ilə 13-3.6-cı maddəyə hər iki halda “ehtiyatına” sözündən sonra “və ya onun müvafiq hissəsinə” sözləri, “ehtiyatını” sözündən sonra “və ya onun müvafiq hissəsini” sözləri əlavə edilmişdir.

 

[41] 27 dekabr 2021-ci il tarixli 462-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 31 dekabr 2021-ci il, ¹ 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, ¹ 12, maddə 1345) ilə 13-3.7-ci maddəyə “ehtiyatına” sözündən sonra “və ya onun müvafiq hissəsinə” sözləri əlavə edilmişdir.

 

[42] 27 dekabr 2021-ci il tarixli 462-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 31 dekabr 2021-ci il, ¹ 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, ¹ 12, maddə 1345) ilə 13-3.8-ci maddə yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

13-3.8. İnternet informasiya ehtiyatının sahibi məlumatın götürülməsini bu Qanunun 13-2.4-cü maddəsində nəzərdə tutulmuş qaydada təmin etmədikdə və informasiyanın internet informasiya ehtiyatında yayılmasının qadağan edilməsi ilə əlaqədar qüvvəyə minmiş məhkəmə qərarı mövcud olduqda, müvafiq icra hakimiyyəti orqanı həmin informasiya ehtiyatını şəxsin müraciəti əsasında “Yayılması qadağan edilən informasiyanın yerləşdirildiyi informasiya ehtiyatlarının Siyahısı”na daxil edir. Həmin internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması üçün bu Qanunun 13-3.7-ci maddəsində nəzərdə tutulmuş tədbirlər həyata keçirilir.

 

[43] 17 mart 2020-ci il tarixli 30-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 20 mart 2020-ci il, ¹ 62, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 3, maddə 225) ilə 13-4-cü maddənin mətnində “provayderlər” sözündən sonra “, həmçinin informasiya-telekommunikasiya şəbəkəsinin istifadəçiləri” sözləri əlavə edilmişdir.

 

[44] 28 iyun 2024-cü il tarixli 1193-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 16 iyul 2024-cü il, “Azərbaycan” qəzeti, 17 iyun 2024-cü il, ¹ 148, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, ¹7, maddə 769) ilə IV fəslin adına “TEXNOLOGİYALARI” sözündən sonra “, ELEKTRON XİDMƏTLƏR” sözləri əlavə edilmişdir.

 

[45] 28 iyun 2024-cü il tarixli 1193-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 16 iyul 2024-cü il, “Azərbaycan” qəzeti, 17 iyun 2024-cü il, ¹ 148, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, ¹7, maddə 769) ilə 14-cü maddənin üçüncü hissədə “, dövlət informasiya sistemlərinin yaradılması müvafiq icra hakimiyyəti orqanları” sözləri “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri ilə əvəz edilmişdir.

 

[46] 28 iyun 2024-cü il tarixli 1193-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 16 iyul 2024-cü il, “Azərbaycan” qəzeti, 17 iyun 2024-cü il, ¹ 148, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, ¹7, maddə 769) ilə 14-cü maddəyə yeni məzmunda dördüncü–yeddinci hissələr əlavə edilmişdir.

 

[47] 14 iyul 2026-cı il tarixli 454-VIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 10 avqust 2026-cı il, “Azərbaycan” qəzeti, 11 avqust 2026-cı il, ¹ 142, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2026-cı il, ¹ 8, maddə 774) ilə 14-cü maddəyə yeni məzmunda səkkizinci hissə əlavə edilmişdir.

 

[48] 16 oktyabr 2026-cı il tarixli 494-VIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 28 oktyabr 2026-cı il, “Azərbaycan” qəzeti, 29 oktyabr 2026-cı il, ¹ 199) ilə 14-1.1-ci maddədə “Azərbaycan Respublikasının Qanununa və dövlət xidmətlərinin həyata keçirilməsi sahəsində” sözləri “, “Dövlət xidmətləri haqqında” Azərbaycan Respublikasının qanunlarına və bu sahədə” sözləri ilə əvəz edilmişdir.

 

[49] 16 oktyabr 2026-cı il tarixli 494-VIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 28 oktyabr 2026-cı il, “Azərbaycan” qəzeti, 29 oktyabr 2026-cı il, ¹ 199) ilə 14-1.2-ci maddənin ikinci cümləsində “olunduqdan sonra həmin sistem vasitəsilə” sözləri “edildikdən sonra Elektron Hökumət İnformasiya Sistemi üzərindən və ya rəsmi internet informasiya ehtiyatında (yaxud sahəvi portallarda) həmin sistemə keçid verilməklə” sözləri ilə əvəz edilmişdir.

 

[50] 28 iyun 2024-cü il tarixli 1193-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 16 iyul 2024-cü il, “Azərbaycan” qəzeti, 17 iyun 2024-cü il, ¹ 148, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, ¹7, maddə 769) ilə 14-1-ci və 14-2-ci maddələr əlavə edilmişdir.

 

[51] 14 iyul 2026-cı il tarixli 454-VIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 10 avqust 2026-cı il, “Azərbaycan” qəzeti, 11 avqust 2026-cı il, ¹ 142, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2026-cı il, ¹ 8, maddə 774) ilə yeni məzmunda 14-3-cü maddə əlavə edilmişdir.

 

[52] 14 iyul 2026-cı il tarixli 454-VIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 10 avqust 2026-cı il, “Azərbaycan” qəzeti, 11 avqust 2026-cı il, ¹ 142, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2026-cı il, ¹ 8, maddə 774) ilə yeni məzmunda 14-4-cü maddə əlavə edilmişdir.

 

[53] 20 oktyabr 2006-cı il tarixli 167-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 12, maddə 1005) ilə 17-ci maddənin beşinci abzasından "məxfiliyinin" sözü çıxarılmışdır.

 

[54] 20 oktyabr 2006-cı il tarixli 167-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 12, maddə 1005) ilə 18-ci maddənin ikinci hissəsi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

İnformasiyanın mühafizə rejimi, onun məxfilik dərəcəsi və daxilolma növündən asılı olaraq “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə, bu Qanunla, digər normativ-hüquqi aktlarla, habelə mülkiyyətçi tərəfindən müəyyən edilir.

 

[55] 20 oktyabr 2006-cı il tarixli 167-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 12, maddə 1005) ilə 19-cu maddənin birinci hissəsində "bu Qanuna" sözlərindən sonra "və "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikasının Qanuna" sözləri əlavə edilmişdir.

 

[56] 20 oktyabr 2006-cı il tarixli 167-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 12, maddə 1005) ilə 20-ci maddənin beşinci hissəsində "məhkəməyə şikayət etmək və" sözləri "məlumat sahibinin yuxarı orqanına və İnformasiya Məsələləri üzrə müvəkkilə şikayət etmək, habelə məhkəməyə şikayət vermək, o cümlədən" sözləri ilə əvəz edilmişdir.

 

16 oktyabr 2012-ci il tarixli 443-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 15 noyabr 2012-ci il, ¹ 254, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, ¹ 11, maddə 1051) ilə 20-ci maddəsinin beşinci hissəsində “İnformasiya Məsələləri üzrə müvəkkilə” sözləri “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinə (ombudsmana)” sözləri ilə əvəz edilmişdir.

 

[57] 27 may 2022-ci il tarixli 539-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 6 iyul 2022-ci il, ¹ 141, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, ¹7, maddə 693) ilə 2-ci maddənin iyirmi dördüncü abzasının sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və yeni məzmunda iyirmi beşinci – otuz üçüncü abzaslar əlavə edilmişdir.

 

[58] 11 aprel 2023-cü il tarixli 861-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı 23 may 2023-cü il, “Azərbaycan” qəzeti, 24 may 2023-cü il, ¹ 108, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, ¹ 5, maddə 626) ilə 20-2.2-ci maddədə “meyarları” sözü “siyahısı” sözü ilə, “müəyyən edilir” sözləri “səlahiyyətli orqanın təklifləri əsasında təsdiq edilir” sözləri ilə əvəz edilmişdir və həmin maddəyə yeni məzmunda ikinci cümlə əlavə edilmişdir.

 

[59] 11 aprel 2023-cü il tarixli 861-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı 23 may 2023-cü il, “Azərbaycan” qəzeti, 24 may 2023-cü il, ¹ 108, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, ¹ 5, maddə 626) ilə 20-3.2-ci maddənin birinci cümləsində “yerləşdirilir” sözü “yerləşdirilməsi təmin edilir” sözləri ilə əvəz edilmişdir və həmin maddənin ikinci cümləsi çıxarılmışdır.

 

[60] 11 aprel 2023-cü il tarixli 861-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı 23 may 2023-cü il, “Azərbaycan” qəzeti, 24 may 2023-cü il, ¹ 108, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, ¹ 5, maddə 626) ilə 20-3.3-cü maddədə “məlumatı” sözü “məlumatın” sözü ilə, “yerləşdirir” sözü “yerləşdirilməsini təmin edir” sözləri ilə əvəz edilmişdir.

 

[61] 11 aprel 2023-cü il tarixli 861-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı 23 may 2023-cü il, “Azərbaycan” qəzeti, 24 may 2023-cü il, ¹ 108, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, ¹ 5, maddə 626) ilə yeni məzmunda 20-3.5-ci maddə əlavə edilmişdir.

 

[62] 11 aprel 2023-cü il tarixli 861-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı 23 may 2023-cü il, “Azərbaycan” qəzeti, 24 may 2023-cü il, ¹ 108, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, ¹ 5, maddə 626) ilə 20-4.2-ci maddədə “yerləşdirilir” sözü “yerləşdirilməsi təmin edilir” sözləri ilə əvəz edilmişdir.

 

[63] 11 aprel 2023-cü il tarixli 861-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı 23 may 2023-cü il, “Azərbaycan” qəzeti, 24 may 2023-cü il, ¹ 108, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, ¹ 5, maddə 626) ilə 20-4.4-cü maddənin mətni ikinci cümlə hesab edilmişdir və həmin maddəyə yeni məzmunda birinci cümlə əlavə edilmişdir.

 

[64] 11 aprel 2023-cü il tarixli 861-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı 23 may 2023-cü il, “Azərbaycan” qəzeti, 24 may 2023-cü il, ¹ 108, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, ¹ 5, maddə 626) ilə 20-5.3.3-cü və 20-5.3.5-ci maddələrdən “boşluqları və” sözləri çıxarılmışdır.

 

[65] 11 aprel 2023-cü il tarixli 861-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı 23 may 2023-cü il, “Azərbaycan” qəzeti, 24 may 2023-cü il, ¹ 108, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, ¹ 5, maddə 626) ilə 20-6.4-cü maddəyə “tələblərə” sözündən sonra “dövlət qurumu olmayan” sözləri əlavə edilmişdir.

 

[66] 11 aprel 2023-cü il tarixli 861-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı 23 may 2023-cü il, “Azərbaycan” qəzeti, 24 may 2023-cü il, ¹ 108, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, ¹ 5, maddə 626) ilə 20-6.8-ci maddədə “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma)” sözləri “səlahiyyətli orqana” sözləri ilə əvəz edilmişdir.

 

[67] 14 iyul 2026-cı il tarixli 454-VIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 10 avqust 2026-cı il, “Azərbaycan” qəzeti, 11 avqust 2026-cı il, ¹ 142, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2026-cı il, ¹ 8, maddə 774) ilə yeni məzmunda V-II fəsil əlavə edilmişdir.