Azərbaycan
Respublikasının İslah-Əmək
Məcəlləsinə, Azərbaycan Respublikasının
Cinayət Məcəlləsinə və İnzibati
hüquqpozmalar haqqında Azərbaycan Respublikasının
Məcəlləsinə dəyişikliklər və
əlavələr edilməsi barədə
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi qərara
alır:
I. Azərbaycan Respublikasının
1970-ci il 23 dekabr tarixli Qanunu ilə təsdiq edilmiş
Azərbaycan Respublikasının İslah-Əmək
Məcəlləsinə
(Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı,
1970-ci il, ¹ 24, maddə 198; 1973-cü il, ¹ 7, maddə 65, ¹ 12,
maddə 106; 1977-ci il, ¹ 5—6,
maddə 32; 1978-ci il, ¹ 1—2, maddə 9, ¹ 14, maddə 143; 1982-ci
il, ¹ 18, maddə 162, ¹ 24, maddə 293; 1983-cü il, ¹ 7,
maddə 70, ¹ 22, maddə 208;
1985-ci il, ¹ 10, maddə 118; 1986-cı il, ¹ 13, maddə 90; 1987-ci
il, ¹ 6, maddə 47, ¹ 21, maddə 201; 1992-ci il, ¹ 20, maddə 882; 7 fevral 1997-ci il tarixli,
246-IQD saylı Qanun; 10 fevral 1998-ci il tarixli, 431-IQD saylı
Qanun) aşağıdakı dəyişikliklər və əlavələr edilsin:
1. 1-ci maddənin adında
«qanunvericiliyi vəzifələri» sözləri
«qanunvericiliyinin vəzifələri» sözləri ilə
əvəz edilsin;
2. 2-ci maddənin ikinci
hissəsində, 5-ci maddənin adında və ikinci
hissəsində, 9-cu maddənin birinci hissəsində, 10-cu
maddənin birinci
hissəsində, 43-cü maddənin birinci və
dördüncü hissələrində, 124-cü
maddədə və 134-cü maddənin ikinci hissəsində
«idarələr», «idarələri»,
«idarələrin», «idarələrinin»,
«idarələrində» sözləri ismin müvafiq
hallarında «müəssisələr» sözü ilə
əvəz edilsin;
3. 8-ci maddənin ikinci
hissəsində, 18-ci maddənin üçüncü
hissəsində və 78-ci maddənin birinci hissəsində
«əcnəbi vətəndaşların», «əcnəbi vətəndaşlar» sözləri
ismin müvafiq hallarında «əcnəbilər» sözü
ilə əvəz edilsin;
4. 10-cu maddənin
üçüncü hissəsində və 15-ci maddənin
birinci hissəsində «islah-əmək müəssisəsinin
Daxili intizam qaydaları», «islah-əmək müəssisəsinin Daxili intizam
qaydalarına» sözləri müvafiq surətdə
«islah-əmək müəssisələrinin Daxili intizam
qaydaları», «islah-əmək
müəssisələrinin Daxili intizam qaydalarına»
sözləri ilə əvəz edilsin;
5. 11-1-ci maddənin ikinci
hissəsində «həmin şikayətlərin» sözləri
«həmin şikayətlərə» sözləri ilə
əvəz edilsin;
6. 16-cı maddənin birinci
hissəsində və 20-ci maddədə «Naxçıvan MR,
Bakı şəhəri prokurorlarının» sözləri
«Naxçıvan MR prokurorunun,
Bakı şəhəri prokurorunun» sözləri ilə
əvəz edilsin;
7. 16-cı maddənin ikinci
hissəsində «tədbiri sifətində» sözləri
«tədbiri kimi» sözləri ilə əvəz edilsin;
8. 23-cü maddənin
dördüncü hissəsinin birinci abzasında «məhkumlar»
sözündən əvvəl «cəza çəkən»
sözləri əlavə edilsin;
9. 24-cü maddənin adında,
birinci, ikinci, üçüncü və dördüncü
hissələrində, 36-cı maddədə, 38-ci maddənin
adında, birinci, ikinci və üçüncü hissələrində, 58-ci maddənin
birinci hissəsində, 70-ci maddənin birinci və
üçüncü hissələrində
«möhkəmləndirilmiş rejimli» sözləri
«möhkəm rejimli»
sözləri ilə əvəz edilsin;
10. 28-ci maddənin birinci
hissəsinin ikinci abzası aşağıdakı redaksiyada
verilsin:
«həbs cəzası növündə
azadlıqdan məhrum etməyə məhkum olunmuş
xüsusilə təhlükəli residivistlər, on səkkiz
yaşına çatdıqdan sonra xüsusilə təhlükəli dövləti
cinayətlər törətmiş şəxslər, on
səkkiz yaşına çatdıqdan sonra digər
ağır cinayətlər törətmiş və
bunların üstündə beş ildən artıq müddətə
azadlıqdan məhrum etməyə məhkum olunmuş
şəxslər, ömürlük azadlıqdan məhrum
etmə cəzasına məhkum olunmuş şəxslər»;
11. 29-cu maddənin ikinci
hissəsində «cəza çəkilmə» sözləri
«cəzaçəkmə» sözü ilə əvəz
edilsin;
12. 30-cu maddənin mətni
aşağıdakı redaksiyada verilsin:
«Ömürlük azadlıqdan
məhrum etmə cəzasına məhkum olunmuş
şəxslər istisna olmaqla, həbsxanalarda saxlanılan
digər məhkumlar üçün iki növ rejim: ümumi rejim və ciddi rejim
müəyyən edilir»;
13. 32-ci maddənin
dördüncü hissəsinin ikinci abzasında «yarım
mislinədək» sözlərindən sonra «miqdarda»
sözü əlavə edilsin;
14. 33-cü maddənin birinci
hissəsi aşağıdakı redaksiyada verilsin:
«Ömürlük azadlıqdan
məhrum etmə cəzasına məhkum olunmuş
şəxslər istisna olmaqla, həbsxanalarda rejim növü
həbsxana rəisinin qərarı ilə təyin edilir və
dəyişdirilir»;
15. Məcəlləyə
aşağıdakı redaksiyada 33-1-ci maddə əlavə
edilsin:
«Maddə 33-1. Ömürlük azadlıqdan məhrum etmə
cəzasına məhkum olunmuş şəxslərin
saxlanılması rejimi
Ömürlük azadlıqdan
məhrum etmə cəzasına məhkum olunmuş
şəxslər həbsxanalarda ayrılıqda və ya iki
nəfərdən artıq olmamaqla kameralarda saxlanılırlar. Bu məhkumlar:
yeyinti məhsulları və ən
zəruri mallar əldə etmək üçün ayda minimum
əmək haqqı məbləğinin yarım
mislinədək miqdarda pul xərcləyə bilərlər; il ərzində
qısamüddətli iki görüş almaq və dörd
dəfə telefon danışıqlarından istifadə
etmək hüququna malikdirlər;
hər gün bir saat ərzində gəzintindən
istifadə etmək hüququna malikdirlər; il ərzində iki bağlama və
iki banderol almaq hüququna malikdirlər».
16. 37-ci maddənin birinci
hissəsində «çatmayan» sözləri
«çatmamış» sözləri ilə əvəz edilsin;
17. 41-2-ci maddənin
üçüncü hissəsinin ikinci cümləsində
«orqanı rəhbəri» sözləri «orqanının
rəhbəri» sözləri ilə əvəz edilsin;
18. 43-cü maddənin adında
və beşinci hissəsində, 69-cu maddənin ikinci
hissəsinin üçüncü abzasında «predmetlər»,
«predmetlərin» sözü ismin
müvafiq hallarında «mallar» sözü ilə əvəz
edilsin;
19. 46-cı maddənin
üçüncü hissəsində «birinci və ikinci
dərəcəli» sözləri «birinci və ikinci qrup»
sözləri ilə əvəz edilsin;
20. 55-ci maddənin birinci
hissəsində, 82-5-ci maddənin birinci hissəsində
və 120-ci maddənin birinci hissəsində «sosialist
birgəyaşayış
qaydalarına» sözləri «ictimai qaydalara»
sözləri ilə əvəz edilsin;
21. 59-cu maddənin ikinci
hissəsində «ümumtəhsil təliminə»
sözləri «ümumi orta təhsilə» sözləri
ilə əvəz edilsin;
22. 62-ci maddədə
«tərbiyələnməsi» sözündən əvvəl
«yenidən» sözü əlavə edilsin;
23. 65-ci maddənin ikinci
hissəsində «SSR İttifaqının və» sözləri
çıxarılsın, 18-ci maddənin
üçüncü hissəsində və 82-2-ci maddənin
birinci hissəsinin birinci
abzasında «SSRİ» sözü və 108-ci maddənin ikinci
hissəsində «SSR İttifaqının» sözləri ismin
müvafiq hallarında
«Azərbaycan Respublikası» sözləri ilə
əvəz edilsin;
24. 68-ci maddənin ikinci
hissəsində və 127-ci maddənin birinci hissəsində
«pozğunluq», «pozğunluqları» sözləri ismin
müvafiq hallarında «pozuntu»
sözü ilə əvəz edilsin;
25. 69-cu maddənin ikinci hissəsinin
üçüncü abzasında «iki manatadək
məbləğdə» sözləri «minimum əmək
haqqı məbləğinin bir misli
miqdarında» sözləri ilə əvəz edilsin;
26. 75-ci maddənin:
üçüncü
hissəsində «qaydası» sözü «qaydasını»
sözü ilə, «edilir» sözü «edir» sözü ilə
əvəz edilsin; beşinci
hissəsi çıxarılsın;
27. 76-cı maddənin
üçüncü hissəsində
«müalicə-əmək profilaktoriyasında» sözləri
«ixtisaslaşdırılmış tibb müəssisələrində»
sözləri ilə əvəz edilsin;
28. 78-ci maddənin adında
«gediş-gəlişi hüququnun» sözləri «gediş-gəliş
hüququnun» sözləri ilə əvəz edilsin;
29. 112-ci maddənin birinci
hissəsində «və onları» sözləri «və ya
onları» sözləri ilə, «onun düzəldilməsini»
sözləri «onun yerləşdirilməsini»
sözləri ilə, «Xalq
deputatları Sovetinin icraiyyə komitəsinə» sözləri
«yerli icra hakimiyyəti orqanına» sözləri ilə
əvəz edilsin;
30. 120-ci maddənin ikinci
hissəsində «daxili işlər (milis)» sözləri «daxili
işlər (polis)» sözləri ilə əvəz edilsin;
31. 134-cü maddənin:
ikinci hissəsində «illərin
hesablanması» sözlərindən sonra «zamanı»
sözü əlavə edilsin və «hesablanır» sözü
«nəzərə alınır» sözləri ilə
əvəz edilsin; üçüncü hissəsi
aşağıdakı redaksiyada verilsin:
«Xüsusi ali və orta təhsil
müəssisələrinin əyani
şöbələrində təhsil almış
əməkdaşlara pensiya təyin edilərkən onların
işlədikləri illər iki ay təhsil müddəti bir ay qulluq
müddətinə bərabər tutulmaqla hesablanır».[1]
II. Azərbaycan Respublikasının
1960-cı il 8 dekabr tarixli Qanunu ilə təsdiq edilmiş
Azərbaycan Respublikasının Cinayət
Məcəlləsinə
(Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı,
1960-cı il, ¹ 29, maddə 143; 1961-ci il, ¹ 9, maddə 37, ¹ 13,
maddə 52; ¹ 16, maddə 60, ¹
21, maddə 78; 1962-ci il, ¹ 10, maddə 6, ¹ 7, maddə 30,
maddə 32, ¹ 22, maddə 115; 1963-cü il, ¹ 13, maddə 32,
maddə 201; 1964-cü il, ¹ 14,
maddə 72; 1965-ci il, ¹ 7, maddə 57, ¹ 27, maddə 145;
1966-cı il, ¹ 3, maddə 18; ¹ 8, maddə 59, ¹ 16, maddə 135;
¹ 18, maddə 166; 1967-ci il, ¹ 12,
maddə 144; ¹ 17, maddə 185, ¹ 18, maddə 192, ¹ 19, maddə
207; ¹ 20, maddə 214; 1968-ci il, ¹ 14,
maddə 113; 1969-cu il, ¹ 2, maddə 15; ¹ 11, maddə 95; ¹
22, maddə 173; 1970-ci il, ¹ 2, maddə 13, ¹ 6, maddə 40; 1971-ci
il, ¹ 22, maddə 177; 1972-ci il, ¹
7-8, maddə 21, ¹ 12, maddə 52, ¹ 15-16, maddə 94; 1973-cü
il, ¹ 7, maddə 62, ¹ 10, maddə 90, ¹ 13, maddə 116, ¹ 23, maddə 198; 1975-ci il, ¹ 7,
maddə 48; ¹ 16, maddə 138; 1977-ci il, ¹ 1-2, maddə 3, ¹ 5-6,
maddə 29, ¹ 8, maddə 49; 1978-ci il,
¹ 13, maddə 127; 1979-cu il, ¹ 4, maddə 23, 1980-ci il, ¹ 10,
maddə 125, ¹ 11-12, maddə 136, ¹ 15, maddə 170; ¹ 18, maddə
187; 1981-ci il, ¹ 8, maddə 113; ¹
18, maddə 207, ¹ 20, maddə 225; 1982-ci il, ¹ 1-2, maddə 1, ¹
18, maddə 161, ¹ 21, maddə 203, ¹ 24,
maddə 292; 1983-cü il, ¹ 17-18, maddə 162, ¹ 21,
maddə 194; 1984-cü il, ¹ 3-4, maddə 29, 30, ¹ 7, maddə 55,
¹ 11-12, maddə 111; 1985-ci il, ¹
3, maddə 29, ¹ 10, maddə 118, ¹ 11, maddə 130, ¹ 13-14,
maddə 151, ¹ 21, maddə 204, ¹ 22, maddə 216; 1986-cı il, ¹
11, maddə 58, ¹ 12, maddə 72,
¹ 15-16, maddə 123; 1987-ci il, ¹ 12, maddə 118, ¹ 14, maddə
141, ¹ 15-16, maddə 153, 157, ¹ 18, maddə 173, ¹ 21, maddə 211; 1988-ci il ¹ 4,
maddə 26, ¹ 5-6, maddə 29, 35, ¹ 8, maddə 58, ¹ 13-14,
maddə 136, ¹ 16, maddə 150; 1989-cu 11, ¹ 7-8, maddə 47, ¹ 15-16, maddə
118; 1990-cı il, ¹ 8, maddə 53, 55, ¹ 12, maddə 147; 1991-ci il,
¹ 12-13, maddə 203; 1992-ci il, ¹ 1,
maddə 3, ¹ 5, maddə 100, ¹ 7, maddə 167, ¹ 11, maddə
412, ¹ 21, maddə 923; 1993-cü il, ¹ 2, maddə 64, ¹ 9, maddə
226, ¹ 10, maddə 300, ¹ 23-24,
maddə 673; 1995-ci il, ¹ 10, maddə 192, ¹ 22, maddə 357; 29 may
1996-cı il tarixli, 90-IQD saylı Qanun; 24 dekabr 1996-cı
il tarixli, 218-IQD saylı Qanun; 27
dekabr 1996-cı il tarixli, 222-IQD saylı Qanun; 7 fevral 1997-ci il
tarixli, 241-IQD saylı Qanun; 7 fevral
1997-ci il tarixli, 242-IQD saylı Qanun; 7 fevral 1997-ci il
tarixli, 243-IQD saylı Qanun; 25 aprel 1997-ci il tarixli, 279-IQD
saylı Qanun; 13 iyun 1997-ci il
tarixli, 324-IQD saylı Qanun; 30 sentyabr 1997-ci il tarixli, 375-IQD
saylı Qanun; 10 fevral 1998-ci il tarixli, 431-IQD saylı Qanun; 7 aprel 1998-ci il tarixli, 463-IQD
saylı Qanun) aşağıdakı dəyişikliklər
və əlavələr edilsin:
1. 55-ci maddənin:
ikinci və dördüncü
hissələrində «müalicə-əmək
profilaktoriyalarında» və «müalicə-əmək
profilaktoriylarına» sözləri müvafiq olaraq «ixtisaslaşdırılmış
tibb müəssisələrində» və
«ixtisaslaşdırılmış tibb
müəssisələrinə» sözləri ilə
əvəz edilsin; üçüncü
hissəsi aşağıdakı redaksiyada verilsin:
«Azadlıqdan məhrum etmə
ilə əlaqədar olmayan cəzalara məhkum edilmiş
şəxslər məcburi müalicə üçün
altı aydan iki ilədək müddətə ixtisaslaşdırılmış
tibb müəssisələrinə göndərilirlər»;
2. 164-cü maddədə:
birinci hissənin sanksiyasından «bir
ildək müddətə azadlıqdan məhrum etmə və
ya eyni müddətə islah işləri və ya»
sözləri çıxarılsın; ikinci hissə
aşağıdakı redaksiyada verilsin:
«Bu maddənin birinci hissəsində
nəzərdə tutulmuş əməllər
müntəzəm edildikdə və ya böyük
zərər vurulduqda —
qanunsuz olaraq kəsilmiş ağac
və kol müsadirə edilməklə minimum əmək
haqqı məbləğinin beş yüz mislindən altı
yüz mislinədək miqdarda
cərimə ilə cəzalandırılır»; maddəyə
aşağıdakı redaksiyada üçüncü
hissə əlavə edilsin:
«Eyni hərəkətlər tamah
məqsədilə edildikdə —
ağac və kol müsadirə
edilməklə minimum əmək haqqı məbləğinin
min mislindən min iki yüz mislinədək miqdarda
cərimə ilə cəzalandırılır».
3. 183-cü maddədə:
birinci hissənin sanksiyası
aşağıdakı redaksiyada verilsin: «minimum əmək haqqı
məbləğinin yüz iyirmi mislindən yüz qırx
mislinədək miqdarda cərimə ilə
cəzalandırılır»;
maddəyə aşağıdakı redaksiyada yeni ikinci
hissə əlavə edilsin:
«Bu maddənin birinci hissəsində
nəzərdə tutulmuş hərəkətlər tamah
məqsədilə edildikdə — minimum əmək haqqı
məbləğinin üç yüz əlli mislindən
dörd yüz mislinədək miqdarda cərimə ilə
cəzalandırılır»;
yeni ikinci hissənin əlavə edilməsi ilə
əlaqədar olaraq maddənin əvvəlki ikinci hissəsi
üçüncü hissə hesab edilsin;
4. 184-cü maddənin adından
və mətnindən «Müalicə-əmək, yaxud»
sözləri çıxarılsın;
5. 185-3-cü maddənin adından
və mətnindən «müalicə-əmək»
sözləri çıxarılsın;
6. 188-ci maddənin birinci
hissəsinin sanksiyasında «və» sözü «və ya»
sözü ilə əvəz edilsin, «ilədək»
sözündən sonra «müddətə» sözü
əlavə edilsin;[2]
III. Azərbaycan Respublikasının
1984-cü il 13 dekabr tarixli Qanunu ilə təsdiq edilmiş
İnzibati hüquqpozmalar haqqında Azərbaycan Respublikasının
Məcəlləsinə (Azərbaycan Respublikası Ali
Sovetinin Məlumatı, 1984-cü il, ¹ 23, maddə 198; 1985-ci
il, ¹ 3, maddə 33, ¹ 9, maddə
112, ¹ 11, maddə 130, ¹ 21, maddə 204; 1986-ci il, ¹ 6-7, maddə
24, ¹ 12, maddə 72; 1987-ci il, ¹ 1-2, maddə 6, ¹ 6, maddə 48, ¹ 12, maddə 118, ¹ 15-16, maddə
153, ¹ 21, maddə 215, ¹ 24, maddə 250; 1988-ci il, ¹ 1, maddə 1,
¹ 5-6, maddə 35, ¹ 8, maddə
58, ¹ 10, maddə 79, ¹ 15, maddə 13, ¹ 16, maddə 150, ¹
18-19, maddə 173, ¹ 22-23, maddə 220; 1989-cu il, ¹ 4, maddə 27,
¹ 9, maddə 69, ¹ 13-14, maddə
107; 1990-ci il, ¹ 8, maddə 53, ¹ 8, maddə 55, ¹ 12, maddə 155;
1991-ci il, ¹ 12-13, maddə 203, ¹ 14, maddə 236; 1992-ci il, ¹ 16, maddə 687, ¹ 18,
maddə 828, ¹ 18, maddə 829, ¹ 21, maddə 922; 1993-cü il, ¹
6, maddə 158, ¹ 15, maddə 423; 1994-cü il, ¹ 9, maddə 97; 1995-ci il, ¹ 7,
maddə 135, ¹ 22, maddə 348, 357; 31 may 1996-cı il tarixli, 114
saylı Qanun; 16 iyul 1996-cı il tarixli, 154 saylı Qanun; 27 dekabr 1996-cı il
tarixli, 222-1 QD saylı Qanun; 4 fevral 1997-ci il tarixli, 235-1 QD
saylı Qanun; 7 fevral 1997-ci il tarixli,
241-IQD saylı Qanun; 7 fevral 1997-ci il tarixli, 242-IQD saylı
Qanun; 7 fevral 1997-ci il tarixli, 244-IQD saylı Qanun; 7 fevral 1997-ci
il tarixli, 245-IQD saylı Qanun; 25
aprel 1997-ci il tarixli, 286-IQD saylı Qanun; 6 may 1997-ci il tarixli,
292-IQD saylı Qanun; 10 iyun 1997-ci il
tarixli, 315-IQD saylı Qanun; 10 iyun 1997-ci il tarixli, 316-IQD
saylı Qanun; 13 iyun 1997-ci il tarixli, 324-IQD saylı Qanun; 30
sentyabr 1997-ci il tarixli, 374-IQD
saylı Qanun; 4 noyabr 1997-ci il tarixli, 389-IQD saylı Qanun; 6 mart
1998-ci il tarixli, 454-IQD saylı Qanun; 7
aprel 1998-ci il tarixli, 463-IQD saylı Qanun)
aşağıdakı dəyişikliklər və
əlavələr edilsin:
1. 8-ci maddənin adında «sosialist
qanunçuluğunun» sözləri «qanunçuluğun»
sözü ilə əvəz edilsin;
2. 21-ci maddənin ikinci və
üçüncü hissələrindən «157», 208-ci maddənin
birinci və ikinci hissələrindən və 209-cu
maddədən «156-1», 256-cı
maddənin ikinci hissəsindən və 266-cı
maddənin ikinci hissəsindən «156-2, 157», 273-cü
maddənin birinci hissəsindən «157», 283-cü maddənin birinci hissəsində
«156-2, 157», 299-cu maddənin ikinci abzasından «156-1, 156-2, 157»
və həmin maddənin üçüncü
hissəsindən «173-3»
rəqəmləri çıxarılsın;
3. 170-ci maddənin birinci
hissəsinin sanksiyasında «onda üçü miqdarından
minimum əmək haqqı məbləğinin
yarısınadək» sözləri «beş mislindən yeddi mislinədək
miqdarda» sözləri ilə əvəz edilsin;
4. 173-3-cü maddə
Məcəllədən çıxarılsın;
5. 177-ci maddənin adında və
mətnində «tərbiyə-əmək,
müalicə-əmək və müalicə-tərbiyə
profilaktoriyalarında» sözləri
«tərbiyə-əmək
profilaktoriyasında» sözləri ilə əvəz
edilsin;
6. 208-ci maddənin ikinci
hissəsində «87-4» rəqəmləri «87-6»
rəqəmləri ilə əvəz edilsin;
7. 210-cu maddədə «172 və
173-cü maddələrində» sözləri «172-ci
maddəsində» sözləri ilə, 211-ci maddədə
«143, 156-2, 157-ci maddələrində» sözləri «143-cü
maddəsində» sözləri ilə əvəz edilsin;
8. 211-ci maddədə «202-1-ci»
sözlərindən sonra «maddəsində» sözü ilə
əvəz edilsin;
9. 212-ci maddənin birinci
hissəsindən «173-3-cü maddədə» sözləri,
ikinci hissəsinin 1-ci bəndinin axırıncı abzası
çıxarılsın;
10. 218-ci maddənin ikinci
hissəsinin 1-ci və 2-ci bəndlərində «bir
mislindən üç mislinədək miqdarda» sözləri
«on iki misli miqdarında» sözləri ilə, «beş mislindən yeddi
mislinədək» sözləri «on iki mislindən on dörd
mislinədək» sözləri ilə əvəz edilsin;
11. 268-ci maddədə
«müqəssirdirmi» sözü «təqsirlidirmi» sözü
ilə əvəz edilsin.[3]
IV. Azərbaycan Respublikasının
26 iyun 1990-cı il tarixli, 1866-XI saylı Qanununun 5-ci
bəndinin «125-ci maddənin yeni redaksiyada verilməsi
barədə» hissəsi qüvvədən düşmüş
hesab edilsin.
Azərbaycan Respublikasının
Prezidenti Heydər ƏLİYEV
Bakı şəhəri, 25 iyun
1998-ci il
¹ 511-IQD
İSTİFADƏ OLUNMUŞ
MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
30 dekabr 1999-ci il tarixli 787-IQ nömrəli Azərbaycan Respublikası Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2000-ci il, ¹4, maddə 251)
2. 11 iyul 2000-ci il tarixli 906-IQ
nömrəli Azərbaycan Respublikası Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2000-ci il, ¹8, maddə 584)
3. 14 iyul 2000-ci il tarixli 908-IQ
nömrəli Azərbaycan Respublikası Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2000-ci il, ¹8, maddə 586)
QANUNA
EDİLMİŞ DƏYİŞİKLİK VƏ
ƏLAVƏLƏRİN SİYAHISI
[1] 14 iyul 2000-ci il tarixli 908-IQ nömrəli Azərbaycan Respublikası Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2000-ci il, ¹8, maddə 586) ilə I hissə ləğv
edilmişdir.
[2] 30 dekabr 1999-ci il tarixli 787-IQ nömrəli Azərbaycan Respublikası Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2000-ci il, ¹4, maddə 251) ilə II hissə ləğv
edilmişdir.
[3] 11 iyul 2000-ci il tarixli 906-IQ nömrəli Azərbaycan Respublikası Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2000-ci il, ¹8, maddə 584) ilə III hissə ləğv
edilmişdir.