«Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarəti haqqında» Konvensiyaya (CITES) və həmin Konvensiyanın iştirakçı dövlətlərinin «Nərə balıqlarının qorunmasına dair» Qətnaməsinə qoşulmaq barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
1. Azərbaycan Respublikası 1973-cü il martın 3-də Vaşinqton şəhərində imzalanmış «Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarəti haqqında» Konvensiyaya (CITES) və həmin Konvensiyanın iştirakçı dövlətlərinin 1997-ci il iyunun 9-20-də Harare şəhərində keçirilən 10-cu konfransında qəbul olunmuş «Nərə balıqlarının qorunmasına dair» 10.12 nömrəli Qətnaməsinə qoşulsun.
2. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti Heydər ƏLİYEV
Bakı şəhəri, 23 iyun 1998-ci il
№ 507-IQ