Azərbaycan
Respublikasının vətəndaşlığı
haqqında
Azərbaycan
Respublİkasının Qanunu
Birinci fəsil
Ümumİ
müddəalar
Maddə 1. Vətəndaşlıq hüququ
Azərbaycan Respublikası
Konstitusiyasının 52-ci maddəsinə görə,
Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi
və hüquqi bağlılığı, habelə qarşılıqlı
hüquq və vəzifələri olan şəxs
Azərbaycan Respublikasının
vətəndaşıdır. Azərbaycan
Respublikasının ərazisində və ya Azərbaycan
Respublikasının vətəndaşlarından
doğulmuş şəxs Azərbaycan Respublikasının
vətəndaşıdır. Valideynlərindən biri Azərbaycan
Respublikasının vətəndaşı olan şəxs
Azərbaycan Respublikasının
vətəndaşıdır.
Maddə 2. Vətəndaşlıq hüququnun təminatı
Azərbaycan Respublikası
Konstitusiyasının 53-cü maddəsinin I hissəsinə
görə, Azərbaycan Respublikasının
vətəndaşı heç bir halda Azərbaycan
Respublikasının vətəndaşlığından
məhrum edilə bilməz.
Azərbaycan Respublikası
Konstitusiyasının 53-cü maddəsinin II hissəsinə
görə, Azərbaycan Respublikasının
vətəndaşı heç bir halda Azərbaycan
Respublikasından qovula və ya xarici dövlətə
verilə bilməz.
Azərbaycan Respublikası
Konstitusiyasının 53-cü maddəsinin III hissəsinə
görə, Azərbaycan Respublikası onun ərazisindən
kənarda müvəqqəti və ya daimi yaşayan
Azərbaycan Respublikası vətəndaşlarının
hüquqi müdafiəsinə təminat verir və onlara
hamilik edir.
Vətəndaşlıq hüququnun
təminatı üçün Azərbaycan dövləti
öz orqanlarının və vəzifəli
şəxslərinin simasında Azərbaycan Respublikası
vətəndaşları qarşısında məsuliyyət
daşıyır.
Maddə 3. Bərabər vətəndaşlıq
Azərbaycan Respublikasının
vətəndaşlığı onun əldə edilməsi
əsaslarından asılı olmayaraq hamı
üçün bərabərdir.
Azərbaycan Respublikası
vətəndaşlarının hüquqları,
azadlıqları və vəzifələri onların
mənşəyindən, sosial və əmlak
vəziyyətindən, irqi və milli mənsubiyyətindən,
cinsindən, təhsilindən, dilindən, dinə
münasibətindən, siyasi və başqa
əqidələrindən, məşğuliyyət
növündən və xarakterindən, yaşayış
yerindən, həmin yerdə yaşadığı
müddətdən və başqa hallardan asılı olmayaraq
bərabərdir.
Maddə 4. Vətəndaşlıq haqqında Azərbaycan Respublikasının qanunvericiliyi
Vətəndaşlıq haqqında
Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan
Respublikasının Konstitusiyasından, bu qanundan və
Azərbaycan Respublikasının müvafiq qanunvericilik
aktlarından ibarətdir.
Maddə 5. Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyət
Aşağıdakı şəxslər
Azərbaycan Respublikasının vətəndaşları
sayılırlar:
1) bu qanunun qüvvəyə mindiyi
günədək Azərbaycan Respublikasının
vətəndaşlığında olmuş şəxslər
, o şərtlə ki, Azərbaycan Respublikasının
vətəndaşı bu Qanunun qüvvəyə mindiyi
günədək Azərbaycan Respublikasında
yaşayış yeri üzrə qeydiyyatda olsun;[1]
2) 1992-ci il yanvarın 1-dək Azərbaycan
Respublikasının və ya başqa dövlətin
vətəndaşı olmayan, lakin Azərbaycan
Respublikasında yaşayış yeri üzrə qeydiyyatda
olan şəxslər;
3) 1988-ci il yanvarın 1-dən 1992-ci il
yanvarın 1-dək Azərbaycan Respublikasının
ərazisində məskunlaşmış qaçqınlar;
4) bu qanuna müvafiq surətdə
Azərbaycan Respublikası
vətəndaşlığını əldə etmiş
şəxslər.
Bu maddənin birinci hissəsinin 2-ci
bəndində nəzərdə tutulmuş şəxslər
o halda Azərbaycan Respublikasının
vətəndaşlığını əldə edirlər
ki, bu qanunun qüvvəyə mindiyi gündən bir il
müddətində Azərbaycan Respublikasının
vətəndaşlığına qəbul edilmək
haqqında ərizə ilə müraciət etsinlər.
Bu maddənin birinci hissəsinin 3-cü
bəndi əsasında Azərbaycan Respublikası
vətəndaşlığını əldə etmiş
qaçqınlar tərk etdikləri dövlətlərə
qayıtmaq hüququnu itirmirlər. Həmin
şəxslərə Azərbaycan Respublikasının
qanunvericiliyində məcburi köçkünlər
üçün nəzərdə tutulmuş
güzəştlər şamil edilir.
Şəxsin
Azərbaycan Respublikasının
vətəndaşlığına mənsubiyyəti
müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyənləşdirilir. Şəxsin Azərbaycan
Respublikasının vətəndaşlığına
mənsubiyyətinin müəyyənləşdirilməsi
qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən
təsdiq edilir.[2]
Maddə 6. Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən sənədlər
Azərbaycan Respublikasının
vətəndaşlığını təsdiq edən
sənədlər aşağıdakılardır:
1) doğum haqqında
şəhadətnamə;[3]
2) Azərbaycan Respublikası
vətəndaşının şəxsiyyət
vəsiqəsi;
2-1) 15 yaşı tamam
olmamış Azərbaycan Respublikası vətəndaşının
fərdi identifikasiya kartı;[4]
3) Azərbaycan Respublikası vətəndaşının
pasportu.
Maddə 7. Nikah bağlandıqda və pozulduqda vətəndaşlığın saxlanması
Azərbaycan Respublikasının
vətəndaşı olan kişi və ya qadın
əcnəbi ilə və ya vətəndaşlığı
olmayan şəxslə nikah bağlaması və ya nikahı
pozması ər və arvadın
vətəndaşlığının
dəyişməsinə səbəb olmur.
Ərin
(arvadın) vətəndaşlığının
dəyişməsi arvadın (ərin) vətəndaşlığının
dəyişməsinə səbəb olmur.
Maddə 8. Azərbaycan Respublikasının ərazisindən kənarda yaşayan şəxslərin Azərbaycan Respublikası vətəndaşlığını saxlaması
Azərbaycan Respublikası
vətəndaşının xarici dövlətin
ərazisində yaşaması Azərbaycan Respublikası
vətəndaşlığının xitamına
səbəb olmur.
Maddə 9. Azərbaycan Respublikasının ərazisindən kənarda yaşayan Azərbaycan Respublikası vətəndaşlarının Azərbaycan dövləti tərəfindən müdafiəsi
Azərbaycan Respublikasının
dövlət orqanları, xarici dövlətlərdəki
və beynəlxalq təşkilatlardakı diplomatik
nümayəndəlikləri və konsulluqları, habelə
onların vəzifəli şəxsləri Azərbaycan
Respublikasının ərazisindən kənarda
müvəqqəti və ya daimi yaşayan Azərbaycan
Respublikası vətəndaşlarının Azərbaycan
Respublikasının tərəfdar çıxdığı
beynəlxalq hüquq sənədlərin, xarici dövlətin
qanunvericiliyinə, Azərbaycan Respublikası ilə
Azərbaycan Respublikası vətəndaşlarının
yaşadığı dövlət arasında
bağlanmış müqavilələrə, habelə
beynəlxalq adətlərə uyğun olaraq onlara verilmiş
bütün hüquqlardan tam həcmdə istifadə edə
bilmələri üçün tədbirlər görməyə,
qanunvericiliklə müəyyənləşdirilmiş qaydada
onların qanunla qorunan hüquq və mənafelərini
müdafiə etməyə, zərurət olduqda isə
Azərbaycan Respublikası vətəndaşlarının
pozulmuş hüquqlarının bərpası
üçün tədbirlər görməyə borcludurlar.
Maddə 10
Azərbaycan
Respublikası vətəndaşının xarici
dövlətin vətəndaşlığına
mənsubiyyətinin tanınmaması[5]
Azərbaycan Respublikasının
vətəndaşı olan şəxsin ikili
vətəndaşlığı olduqda (Azərbaycan
Respublikası vətəndaşlığı ilə
yanaşı, digər dövlətin (dövlətlərin)
vətəndaşı olduqda) həmin şəxsin xarici
dövlətin vətəndaşlığına
mənsubiyyəti, Azərbaycan Respublikasının
beynəlxalq müqavilələrində nəzərdə
tutulmuş və ya Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə
müvafiq surətdə həll edilmiş hallar istisna olmaqla
tanınmır.
Xarici
dövlətin vətəndaşlığını qəbul
etmiş Azərbaycan Respublikasının
vətəndaşı bir ay müddətində bu
barədə müvafiq icra hakimiyyəti orqanına
yazılı məlumat verməlidir. Belə məlumatı
verməyən şəxslər Azərbaycan
Respublikasının Cinayət Məcəlləsi ilə
nəzərdə tutulmuş qaydada məsuliyyət
daşıyırlar.
[6]
İkinci fəsil
Azərbaycan
Respublİkası vətəndaşlığının
əldə edİlməsİ və bərpası
Maddə 11. Azərbaycan Respublikası vətəndaşlığının əldə edilməsi əsasları
Şəxs
Azərbaycan Respublikasının
vətəndaşlığını aşağıdakı
hallarda əldə edir:
1)
Azərbaycan Respublikasının ərazisində (bu
Qanunun 12-ci maddəsinin birinci və ikinci
hissələrində nəzərdə tutulmuş hallar istisna
olmaqla) və ya
Azərbaycan Respublikasının vətəndaşından
doğulduqda; [7]
2)
Azərbaycan Respublikasının
vətəndaşlığına qəbul edildikdə;
3)
Azərbaycan Respublikasının beynəlxalq
müqavilələrində nəzərdə tutulmuş
əsaslar olduqda;
4) bu qanunda
nəzərdə tutulmuş başqa əsaslar olduqda.
Maddə 12. Əcnəbilərin
və vətəndaşlığı olmayan
şəxslərin Azərbaycan Respublikasının
ərazisində doğulmuş uşaqlarının
vətəndaşlığı[8]
Azərbaycan Respublikasının ərazisində
doğulmuş və hər iki valideyni əcnəbi olan
uşaq Azərbaycan Respublikasının
vətəndaşı hesab edilmir.
Azərbaycan Respublikasının ərazisində
doğulmuş və valideynlərindən biri əcnəbi,
digəri isə vətəndaşlığı olmayan
şəxs olan uşaq Azərbaycan Respublikasının
vətəndaşı hesab edilmir.
Azərbaycan
Respublikasının ərazisində doğulmuş və
hər iki valideyni vətəndaşlığı olmayan
şəxs olan uşaq Azərbaycan Respublikasının
vətəndaşıdır.
Maddə 13. Valideynləri naməlum uşaqların vətəndaşlığı
Azərbaycan Respublikasının
ərazisində olan, hər iki valideyni naməlum uşaq
Azərbaycan Respublikasının
vətəndaşıdır.
Maddə 14. Azərbaycan Respublikasının vətəndaşlığına qəbul
Azərbaycan Respublikasının
ərazisində son beş il ərzində fasiləsiz olaraq
qanuni əsaslarla daimi yaşayan, qanuni gəlir mənbəyi
olan, Azərbaycan Respublikasının Konstitusiyasına və
qanunlarına riayət olunması barədə öhdəlik
götürən, habelə Azərbaycan Respublikasının
dövlət dilini bilməsi haqqında sənəd təqdim
edən əcnəbi və vətəndaşlığı
olmayan şəxs mənşəyindən, irqi və milli mənsubiyyətindən,
cinsindən, təhsilindən, dinə münasibətindən,
siyasi və başqa əqidələrindən asılı
olmayaraq bu qanuna müvafiq surətdə öz vəsatəti
ilə Azərbaycan Respublikasının
vətəndaşlığına qəbul edilə bilər.[9]
Əcnəbinin və ya
vətəndaşlığı olmayan şəxsin
Azərbaycan Respublikasının ərazisində daimi
yaşama müddəti ona qanunvericiliklə müəyyən
edilmiş qaydada daimi yaşamaq üçün icazə və ya qaçqın statusu
verildiyi gündən hesablanır (bu
maddənin dördüncü hissəsində
nəzərdə tutulan hal istisna olmaqla).[10]
Azərbaycan Respublikasının
ərazisində daimi yaşama müddəti o halda fasiləsiz
hesab edilir ki, şəxs il ərzində Azərbaycan
Respublikasının ərazisini üç aydan çox
olmayan müddətə tərk etmiş olsun.
Azərbaycan
Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələrdə nəzərdə
tutulmuş hallarda keçmiş SSRİ
vətəndaşının pasportu və ya digər
sənəd əsasında 2006-cı il yanvarın 1-dək
Azərbaycan Respublikasına gələrək burada daimi
yaşayan, heç bir dövlətin
vətəndaşlığına mənsub olmayan və
şəxsiyyətini təsdiq edən etibarlı
sənədləri olmayan şəxsin heç bir
dövlətin vətəndaşlığına mənsub
olmaması, habelə Azərbaycan Respublikasında daimi
yaşaması faktı məhkəmə tərəfindən
müəyyən edilir. Bu müddəa könüllü
olaraq mənsub olduğu dövlətin
vətəndaşlığından çıxmış
şəxslərə şamil edilmir.[11]
Aşağıdakı hallarda
əcnəbilər və vətəndaşlığı
olmayan şəxslər bu maddənin birinci hissəsində
göstərilən müddət nəzərə alınmadan
Azərbaycan Respublikasının
vətəndaşlığına qəbul edilə
bilərlər:
1) şəxsin elm, texnika,
mədəniyyət və ya idman sahələrində
yüksək nailiyyətləri olduqda;
2) şəxs Azərbaycan Respublikası
üçün xüsusi maraq kəsb etdikdə və
digər müstəsna hallarda.
Bu hallarda əcnəbinin və ya
vətəndaşlığı olmayan şəxsin
Azərbaycan Respublikasının
vətəndaşlığına qəbul edilməsinin
məqsədəuyğunluğu müvafiq icra hakimiyyəti
orqanı tərəfindən
əsaslandırılmalıdır.
Şəxsin Azərbaycan
Respublikasının qarşısında xüsusi
xidmətləri olduqda o, bu maddənin birinci hissəsində
göstərilən şərtlər nəzərə alınmadan
Azərbaycan Respublikasının vətəndaşlığına
qəbul edilə bilər.[12]
Azərbaycan
Respublikasının vətəndaşlığına
qəbul edilməsi barədə vəsatət qaldıran
şəxs Azərbaycan Respublikasının Konstitusiyası
ilə təsbit olunmuş dövlət quruluşunu
zorakılıqla dəyişdirməyə, Azərbaycan
Respublikasının ərazi bütövlüyünü
pozmağa çağırışlar edərsə,
dövlət təhlükəsizliyinə, ictimai asayişin
qorunmasına, əhalinin sağlamlığına və ya
mənəviyyatına zərər vuran fəaliyyət
göstərərsə, irqi, dini və milli
müstəsnalığı təbliğ edərsə, terrorçuluq
fəaliyyəti ilə əlaqəsi olarsa,
vətəndaşlığa qəbul haqqında
vəsatəti rədd edilir.
Azərbaycan Respublikası
vətəndaşlığına qəbul haqqında
qərar Azərbaycan Respublikası Konstitusiyasının 109-cu
maddəsinin 20-ci bəndinə müvafiq surətdə
qəbul olunur.
Azərbaycan Respublikasının
vətəndaşlığına qəbul edilməsi
barədə vəsatət qaldıran şəxs tərəfindən müvafiq
dövlət rüsumunun ödənilməsi
məsələsi “Dövlət rüsumu haqqında”
Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.
Maddə 15. Azərbaycan Respublikasının vətəndaşlığına bərpa
Əvvəllər Azərbaycan
Respublikasının vətəndaşı olmuş və ya
Azərbaycan Respublikası vətəndaşlığına
xitam verilmiş şəxsin vəsatəti ilə o, bu qanunun
14-cü maddəsinin səkkizinci
hissəsində sadalanmış məhdudiyyətlər
nəzərə alınmaqla Azərbaycan Respublikasının
vətəndaşlığına bərpa edilə bilər.[13]
Azərbaycan Respublikasının vətəndaşlığına bərpa edilməsi barədə vəsatət qaldıran şəxs tərəfindən müvafiq dövlət rüsumunun ödənilməsi məsələsi “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.[14]
Azərbaycan Respublikası
vətəndaşlığına bərpa haqqında
qərar Azərbaycan Respublikası Konstitusiyasının 109-cu
maddəsinin 20-ci bəndinə müvafiq surətdə
qəbul olunur.[15]
Maddə 15-1. Azərbaycan
Respublikası vətəndaşının andı[16]
Azərbaycan
Respublikasının vətəndaşlığına
qəbul edilmiş və ya Azərbaycan Respublikasının
vətəndaşlığına bərpa edilmiş və 14
yaşı tamam olmuş şəxs Azərbaycan
Respublikasının dövlət dilində Azərbaycan
Respublikasına sadiq olacağı barədə
aşağıdakı məzmunda and içir:
“Mən,
(Soyadı, Adı, Atasının adı) Azərbaycan
Respublikasının vətəndaşı olaraq, hər
hansı xarici dövlət qarşısında onun
vətəndaşlığı ilə bağlı
öhdəliklərimin olmadığına, Azərbaycan
Respublikasının Konstitusiyasına və qanunlarına tabe
olacağıma, Azərbaycan dövlətinə
sədaqətlə xidmət edəcəyimə, onun
müstəqilliyini, suverenliyini və ərazi
bütövlüyünü qoruyacağıma, Azərbaycan
xalqının adət-ənənələrinə və
mədəniyyətinə hörmət edəcəyimə and
içirəm.”.
Andiçmə
təntənəli şəraitdə Azərbaycan
Respublikasının Dövlət bayrağı
önündə Azərbaycan Respublikasının
Konstitusiyasına əl basmaqla həyata keçirilir.
And
içən Azərbaycan Respublikasının
vətəndaşı andın mətnini imzalayır və bu
sənəd müvafiq icra hakimiyyəti orqanında
saxlanılır.
Üçüncü fəsil
Azərbaycan
Respublİkasının vətəndaşlığına
xİtam verİlməsİ
Maddə 16. Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi üçün əsaslar
Azərbaycan Respublikasının
vətəndaşlığına aşağıdakı
hallarda xitam verilir:
1) Azərbaycan Respublikasının
vətəndaşlığından çıxmaq
nəticəsində;
2) Azərbaycan Respublikasının
vətəndaşlığını itirmək
nəticəsində;
3) Azərbaycan Respublikasının
beynəlxalq müqavilələrində nəzərdə
tutulmuş əsaslar olduqda;
4) bu qanunda nəzərdə tutulmuş
digər əsaslar olduqda.
Azərbaycan Respublikası
vətəndaşlığına xitam verilməsi haqqında
qərar Azərbaycan Respublikası Konstitusiyasının 109-cu
maddəsinin 20-ci bəndinə müvafiq surətdə
qəbul olunur.[17]
Maddə 17. Azərbaycan Respublikasının vətəndaşlığından çıxma
Azərbaycan Respublikasının
vətəndaşlığından çıxma bu qanunla
müəyyənləşdirilmiş qaydada şəxsin
vəsatəti üzrə həyata keçirilir.
Azərbaycan Respublikasının
vətəndaşlığından çıxmaq
barəsində vəsatət qaldıran şəxsin
dövlət qarşısında icra edilməmiş öhdəlikləri
və ya Azərbaycan Respublikasında hüquqi və fiziki
şəxslərin mənafeləri ilə bağlı olan
əmlak öhdəlikləri varsa, vətəndaşlıqdan
çıxmaq haqqında vəsatəti rədd edilə
bilər.
Azərbaycan Respublikasının
vətəndaşlığından çıxmaq
barəsində vəsatət qaldıran şəxs cinayət
işi üzrə təqsirləndirilən şəxs
qismində cəlb
edilmişsə, yaxud onun barəsində qanuni
qüvvəyə minmiş və icra edilməli olan
məhkəmə hökmü varsa və ya şəxsin
Azərbaycan Respublikası vətəndaşlığından
çıxması Azərbaycan Respublikasının
dövlət təhlükəsizliyi mənafelərinə
ziddirsə, həmin hallar aradan qalxana qədər
vətəndaşlıqdan çıxmağa yol verilmir.[18]
Azərbaycan Respublikasının
vətəndaşlığından çıxmaq
barəsində vəsatət qaldıran şəxs tərəfindən müvafiq
dövlət rüsumunun ödənilməsi məsələsi
“Dövlət rüsumu haqqında” Azərbaycan
Respublikasının Qanunu ilə tənzimlənir. [19]
Azərbaycan Respublikası
vətəndaşlığından çıxma haqqında
qərar Azərbaycan Respublikası Konstitusiyasının 109-cu
maddəsinin 20-ci bəndinə müvafiq surətdə
qəbul olunur.[20]
Maddə
18. Azərbaycan Respublikası
vətəndaşlığının itirilməsi[21]
“Vətəndaşsızlığın ixtisar
edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın
müddəaları nəzərə alınmaqla,
aşağıdakılar Azərbaycan Respublikası
vətəndaşlığının itirilməsi
üçün əsas hesab edilir:
1) Azərbaycan Respublikası
vətəndaşının digər dövlətin
vətəndaşlığını könüllü
əldə etməsi;
2) Azərbaycan Respublikası
vətəndaşının xarici dövlətin
dövlət və ya bələdiyyə orqanlarında, yaxud
silahlı qüvvələrində və ya digər silahlı
birləşmələrində könüllü xidmət
etməsi;
3) Azərbaycan Respublikası vətəndaşının
dövlətin təhlükəsizliyinə ciddi zərər
vuran davranışı;
3-1) Azərbaycan Respublikası
vətəndaşının terror fəaliyyətində
iştirakı və ya Azərbaycan Respublikasının
konstitusiya quruluşunun zorla dəyişdirilməsinə
yönələn hərəkətləri həyata
keçirməsi; [22]
3-2) Azərbaycan Respublikası
vətəndaşının dini ekstremist
fəaliyyətdə iştirakı, o cümlədən dini
düşmənçilik zəminində dini
məzhəblərin yayılması və ya dini ayinlərin
icrası adı altında xarici dövlətdə silahlı
münaqişədə iştirak etməsi və ya həmin
münaqişəyə digər şəxsi cəlb
etməsi, yaxud bu məqsədlə sabit qrup yaratması,
habelə Azərbaycan Respublikası
vətəndaşının dini təhsil adı altında
xarici dövlətdə hərbi təlim keçməsi;
4) Azərbaycan Respublikasının
vətəndaşlığını əldə etmiş
şəxsin vətəndaşlığa qəbul olunmaq
üçün zəruri olan məlumatı qəsdən
saxtalaşdırması və ya saxta sənəd təqdim
etməsi.
Azərbaycan
Respublikası vətəndaşlığının
itirilməsi məsələsi bu Qanunun 17-ci maddəsinin ikinci
və üçüncü hissələrində
göstərilən məhdudiyyətlər nəzərə
alınmaqla məhkəmə
tərəfindən həll edilir. [23]
Dördüncü fəsil
Valİdeynlərİn
vətəndaşlığı dəyİşdİkdə
və övladlığa götürüldükdə
uşaqların vətəndaşlığı
Maddə 19. Valideynlərin vətəndaşlığı dəyişdikdə uşaqların vətəndaşlığının dəyişməsi
Valideynlərin
vətəndaşlığı dəyişdikdə və
bunun nəticəsində hər ikisi Azərbaycan Respublikasının
vətəndaşlığını əldə etdikdə,
onların 14 yaşına çatmamış uşaqları
da Azərbaycan Respublikasının vətəndaşlığını
əldə etmiş olurlar.
Uşağın
valideynlərindən biri məlumdursa, həmin valideyn
Azərbaycan Respublikasının
vətəndaşlığını əldə etdikdə,
onun 14 yaşına çatmamış uşağı da
Azərbaycan Respublikasının
vətəndaşlığını əldə etmiş
olur.
Maddə 20. Üzərində qəyyumluq və ya himayəçilik müəyyən edilmiş uşağın Azərbaycan Respublikası vətəndaşlığının saxlanması
Azərbaycan Respublikasının
ərazisində yaşayan uşağın hər iki valideyni
və ya yeganə valideyni Azərbaycan Respublikasının
vətəndaşlığından çıxırsa,
həm də üzərində Azərbaycan Respublikası
vətəndaşlarının qəyyumluğu və ya
himayəçiliyi müəyyən edilmiş
uşağın böyüdülməsində iştirak
etmirsə, valideynlərin, qəyyumun və himayəçinin
vəsatəti ilə uşaq Azərbaycan Respublikasının
vətəndaşlığını saxlayır.
Maddə 21. Valideynlərdən biri Azərbaycan Respublikasının vətəndaşlığını əldə etdikdə uşaqların Azərbaycan Respublikası vətəndaşlığını əldə etməsi
Valideynlərdən biri Azərbaycan
Respublikasının vətəndaşlığını
əldə etmiş şəxsdirsə, digəri isə
əcnəbidirsə, uşaq Azərbaycan Respublikasının
vətəndaşlığını əldə etmiş
valideynin vəsatəti və əcnəbi valideynin
razılığı ilə Azərbaycan Respublikasının
vətəndaşlığını əldə edə
bilər.
Azərbaycan
Respublikasının ərazisində yaşayan
uşağın valideynlərindən biri Azərbaycan
Respublikasının vətəndaşlığını
əldə etmiş şəxsdirsə, digəri isə
vətəndaşlığı olmayan şəxsdirsə,
uşaq Azərbaycan Respublikasının
vətəndaşlığını əldə edir.
Azərbaycan
Respublikasının hüdudlarından kənarda yaşayan
uşağın valideynlərindən biri Azərbaycan
Respublikasının vətəndaşlığını
əldə etmiş şəxsdirsə, digəri isə
vətəndaşlığı olmayan şəxsdirsə,
uşaq Azərbaycan Respublikasının
vətəndaşlığını əldə etmiş
valideynin vəsatəti və
vətəndaşlığı olmayan valideynin
razılığı ilə Azərbaycan Respublikasının
vətəndaşlığını əldə edə
bilər.
Maddə 22. Valideynlərdən birinin Azərbaycan Respublikası vətəndaşlığına xitam verildikdə uşaqların Azərbaycan Respublikası vətəndaşlığını saxlaması
Valideynlərdən birinin Azərbaycan
Respublikası vətəndaşlığına xitam
verilirsə, digəri isə Azərbaycan Respublikası
vətəndaşlığında qalırsa, uşaq
Azərbaycan Respublikası
vətəndaşlığını saxlayır. Azərbaycan
Respublikası vətəndaşlığına xitam
verilən valideynin vəsatəti və Azərbaycan
Respublikası vətəndaşlığında qalan
valideynin razılığı ilə uşağın
Azərbaycan Respublikası
vətəndaşlığından çıxmasına
icazə verilə bilər.
Maddə 23. Övladlığa götürüldükdə uşaqların Azərbaycan Respublikası vətəndaşlığını əldə etməsi
Azərbaycan Respublikasının
vətəndaşları əcnəbi uşağı və
ya vətəndaşlığı olmayan uşağı
övladlığa götürürlərsə, həmin
uşaq Azərbaycan Respublikasının
vətəndaşlığını əldə edir.
Əcnəbi uşağı
övladlığa götürən ər-arvaddan biri
Azərbaycan Respublikasının
vətəndaşıdırsa, digəri isə
vətəndaşlığı olmayan şəxsdirsə,
həmin uşaq Azərbaycan Respublikasının
vətəndaşlığını əldə etmiş
olur.
Əcnəbi uşağı
övladlığa götürən ər-arvaddan biri
Azərbaycan Respublikasının
vətəndaşıdırsa, digəri isə
əcnəbidirsə, həmin uşaq övladlığa
götürənlərin razılığı ilə
Azərbaycan Respublikasının
vətəndaşlığını əldə edə
bilər.
Vətəndaşlığı
olmayan uşağı övladlığa götürən
ər-arvaddan biri Azərbaycan Respublikasının
vətəndaşıdırsa, digəri isə
vətəndaşlığı olmayan şəxsdirsə,
həmin uşaq Azərbaycan Respublikasının
vətəndaşlığını əldə etmiş
olur.
Vətəndaşlığı
olmayan uşağı övladlığa götürən
ər-arvaddan biri Azərbaycan Respublikasının
vətəndaşıdırsa, digəri isə
əcnəbidirsə, həmin uşaq övladlığa
götürənlərin razılığı ilə
Azərbaycan Respublikasının
vətəndaşlığını əldə edə
bilər.
Maddə 24. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürüldükdə uşaqların vətəndaşlığının müəyyən edilməsi
Əcnəbilər Azərbaycan
Respublikasının vətəndaşı olan
uşağı övladlığa götürdükdə
onların vəsatəti əsasında həmin
uşağın Azərbaycan Respublikası vətəndaşlığına
xitam verilir.
Azərbaycan Respublikasının
vətəndaşı olan uşağı
övladlığa götürən ər-arvaddan biri
Azərbaycan Respublikasının vətəndaşıdırsa,
digəri isə əcnəbidirsə, övladlığa
götürülən uşaq Azərbaycan
Respublikasının vətəndaşlığını
saxlayır. Övladlığa götürənlərin
vəsatəti ilə uşaq Azərbaycan Respublikası
vətəndaşlığından çıxa bilər.
Azərbaycan
Respublikasının vətəndaşı olan
uşağı övladlığa götürən
ər-arvadın hər ikisi vətəndaşlığı
olmayan şəxsdirsə, yaxud biri Azərbaycan
Respublikasının vətəndaşıdırsa, digəri
isə vətəndaşlığı olmayan
şəxsdirsə, həmin uşaq Azərbaycan
Respublikasının vətəndaşlığını
saxlayır.
Maddə 25. Uşaqların vətəndaşlığının dəyişməsi üçün onların razılığının zəruriliyi
Bu qanunun 19 — 24-cü maddələrində
nəzərdə tutulmuş hallarda 14 yaşından 18
yaşınadək uşaqların
vətəndaşlığı yalnız onların razılığı
ilə dəyişə bilər.
Beşinci fəsil
Vətəndaşlıq
məsələlərİ İlə bağlı
beynəlxalq hüquq normalarının qüvvəsİ
Maddə 26. Vətəndaşlıq məsələləri ilə bağlı beynəlxalq hüquq normalarının qüvvəsi
Bu qanunla Azərbaycan Respublikasının
beynəlxalq müqavilələri arasında ziddiyyət
yaranarsa, həmin müqavilələr tətbiq edilir.
Azərbaycan
Respublikasının Prezidenti Heydər ƏLİYEV
Bakı
şəhəri, 30 sentyabr 1998-ci il
¹ 527-IQ
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ
SƏNƏDLƏRİNİN SİYAHISI
1.
30 sentyabr
2005-ci il tarixli 1021-IIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan “ qəzeti, 2 noyabr
2005-ci il, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2005-ci il, ¹ 10, maddə 905)
2.
24 iyun
2008-ci il tarixli 658-IIIQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti 7 avqust 2008-ci il, ¹ 173, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 8, maddə
701)
3.
30 may
2014-cü il tarixli 973-IVQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Respublika”
qəzeti, 1 iyul 2014-cü il, ¹ 137, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 6, maddə 620)
QANUNA
EDİLMİŞ DƏYİŞİKLİK VƏ
ƏLAVƏLƏRİN SİYAHISI
[1]
24 iyun
2008-ci il tarixli 658-IIIQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti 7 avqust 2008-ci il, ¹ 173, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 8, maddə
701) ilə 5-ci maddənin birinci hissəsinin 1-ci
bəndində “(əsas: bu
Qanunun qüvvəyə mindiyi günədək şəxsin
Azərbaycan Respublikasında yaşayış yeri üzrə
qeydiyyatda olması)” sözləri “, o şərtlə ki, Azərbaycan Respublikasının
vətəndaşı bu Qanunun qüvvəyə mindiyi
günədək Azərbaycan Respublikasında
yaşayış yeri üzrə qeydiyyatda olsun;”
sözləri ilə əvəz edilmişdir.
[2] 30 may
2014-cü il tarixli 973-IVQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Respublika”
qəzeti, 1 iyul 2014-cü il, ¹ 137, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 6,
maddə 620) ilə 5-ci
maddəyə yeni məzmunda dördüncü hissə
əlavə edilmişdir.
[3]
30 may
2014-cü il tarixli 973-IVQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Respublika”
qəzeti, 1 iyul 2014-cü il, ¹ 137, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 6,
maddə 620) ilə 6-cı
maddənin 1-ci bəndi ləğv edilmişdir.
[4] 1 fevral 2019-cu il tarixli 1468-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 14 mart 2019-cu il, ¹ 59, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 3, maddə
371) ilə 6-cı
maddəyə yeni məzmunda 2-1-ci bənd əlavə
edilmişdir.
[5]
30 may
2014-cü il tarixli 973-IVQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Respublika”
qəzeti, 1 iyul 2014-cü il, ¹ 137, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 6,
maddə 620) ilə 10-cu
maddə yeni redaksiyada verilmişdir.
Əvvəlki
redaksiyada deyilirdi:
Maddə 10. Azərbaycan Respublikası
vətəndaşının xarici dövlətin
vətəndaşlığına mənsubiyyətinin
tanınmaması
Azərbaycan
Respublikasının vətəndaşı olan şəxsin
xarici dövlətin vətəndaşlığına
mənsubiyyəti, Azərbaycan Respublikasının
beynəlxalq
müqavilələrində nəzərdə tutulmuş
və ya Azərbaycan Respublikası Konstitusiyasının 109-cu
maddəsinin 32-ci bəndinə müvafiq surətdə
həll edilmiş hallar istisna
olmaqla tanınmır.
[6] 1 may 2020-ci il tarixli 70-VIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Azərbaycan” qəzeti, 23 may 2020-ci il, ¹ 101, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 5, maddə
520) ilə
10-cu
maddəsinin ikinci hissəsinin ikinci cümləsi
çıxarılmışdır.
[7] 30 may
2014-cü il tarixli 973-IVQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Respublika”
qəzeti, 1 iyul 2014-cü il, ¹ 137, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 6,
maddə 620) ilə 11-ci
maddənin 1-ci bəndində “ərazisində”
sözündən sonra “(bu
Qanunun 12-ci maddəsinin birinci və ikinci
hissələrində nəzərdə tutulmuş hallar istisna
olmaqla)” sözləri əlavə edilmişdir.
[8] 30 may
2014-cü il tarixli 973-IVQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Respublika”
qəzeti, 1 iyul 2014-cü il, ¹ 137, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 6,
maddə 620) ilə 12-ci
maddə yeni redaksiyada verilmişdir.
Əvvəlki
redaksiyada deyilirdi:
Maddə 12.
Vətəndaşlığı olmayan şəxslərin
uşaqlarının Azərbaycan Respublikası
vətəndaşlığını əldə etməsi
Vətəndaşlığı
olmayan şəxslərin Azərbaycan Respublikası
ərazisində doğulmuş uşağı Azərbaycan
Respublikasının vətəndaşıdır.
[9] 24 iyun 2008-ci il tarixli 658-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti 7 avqust 2008-ci il, ¹ 173, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 8, maddə
701) ilə 14-cü maddənin birinci hissədə “yaşayan və” sözləri
“fasiləsiz olaraq qanuni
əsaslarla daimi yaşayan, qanuni gəlir mənbəyi olan,
Azərbaycan Respublikasının Konstitusiyasına və
qanunlarına riayət olunması barədə öhdəlik
götürən, habelə” sözləri ilə
əvəz edilmişdir.
[10] 24 iyun 2016-cı il
tarixli 302-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 5
avqust 2016-cı il, ¹ 168, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 8, maddə 1367) ilə 14-cü
maddəsinin ikinci hissəsinə “icazə” sözündən sonra “və ya qaçqın statusu” sözləri
əlavə edilmişdir.
1
fevral 2018-ci il
tarixli 980-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 3 mart 2018-ci il, ¹ 49, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 2, maddə
161) ilə 14-cü maddənin ikinci hissəsinə “hesablanır”
sözündən sonra “(bu
maddənin dördüncü hissəsində
nəzərdə tutulan hal istisna olmaqla)” sözləri
əlavə edilmişdir.
[11] 1
fevral 2018-ci il
tarixli 980-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 3 mart 2018-ci il, ¹ 49, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 2, maddə
161) ilə 14-cü maddənin
dördüncü-doqquzuncu hissələri müvafiq olaraq
beşinci-onuncu hissələr hesab edilmişdir və yeni
məzmunda dördüncü hissə əlavə
edilmişdir.
[12] 24 iyun 2008-ci il tarixli 658-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti 7 avqust 2008-ci il, ¹ 173, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 8, maddə
701) ilə 14-cü maddəyə ikinci-altıncı
hissələr əlavə edilmişdir,
ikinci-dördüncü hissələr müvafiq olaraq yeddinci
– doqquzuncu hissələr hesab edilmişdir.
[13] 30 may
2014-cü il tarixli 973-IVQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Respublika”
qəzeti, 1 iyul 2014-cü il, ¹ 137, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 6,
maddə 620) ilə 15-ci
maddənin birinci hissəsində “ikinci” sözü “yeddinci”
sözü ilə əvəz edilmişdir.
1 oktyabr 2018-ci il tarixli 1267-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 27 oktyabr 2018-ci il, ¹ 242, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 10, maddə
1970) ilə
15-ci
maddənin birinci hissəsində “yeddinci” sözü “səkkizinci”
sözü ilə əvəz edilmişdir.
[14] 30 sentyabr
2005-ci il tarixli 1021-IIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan “ qəzeti, 2 noyabr
2005-ci il, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2005-ci il, ¹ 10, maddə 905) ilə 15-ci maddəyə
ikinci hissə əlavə edilmişdir.
[15] 30 sentyabr 2015-ci il tarixli 1340-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika”
qəzeti, 21 noyabr 2015-ci il, ¹ 256, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, ¹ 11, maddə
1255)
ilə 15-ci maddəyə yeni məzmunda
üçüncü hissə əlavə edilmişdir.
[16] 30
dekabr 2014-cü il tarixli 1161-IVQD
nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Respublika” qəzeti, 5
fevral 2015-ci il, ¹ 027, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, ¹ 2, maddə
93)
ilə yeni məzmunda 15-1-ci maddə
əlavə edilmişdir.
[17] 30 sentyabr 2015-ci il tarixli 1340-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika”
qəzeti, 21 noyabr 2015-ci il, ¹ 256, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, ¹ 11, maddə
1255)
ilə 16-cı maddənin ikinci hissəsi ləğv
edilmişdir.
[18]
30 may
2014-cü il tarixli 973-IVQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Respublika”
qəzeti, 1 iyul 2014-cü il, ¹ 137, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 6,
maddə 620) ilə 17-ci
maddənin üçüncü hissəsində “müttəhim kimi cinayət
məsuliyyətinə” sözləri “cinayət işi üzrə təqsirləndirilən
şəxs qismində” sözləri ilə əvəz
edilmişdir.
[19] 31
may 2017-ci il tarixli 705-VQD
nömrəli Azərbaycan Respublikasının Qanunu “Azərbaycan” qəzeti, 30 iyun
2017-ci il, ¹ 137, “Azərbaycan” qəzeti, 5 iyul 2017-ci il, ¹ 141, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 6, maddə 1059) ilə 14-cü maddəsinin doqquzuncu, 15-ci maddəsinin
ikinci və 17-ci maddəsinin dördüncü
hissələrində “Azərbaycan
Respublikasının qanunvericiliyində nəzərdə
tutulmuş qaydada və məbləğdə dövlət
rüsumu ödəyir” sözləri “tərəfindən müvafiq dövlət rüsumunun
ödənilməsi məsələsi “Dövlət rüsumu
haqqında” Azərbaycan Respublikasının Qanunu ilə
tənzimlənir” sözləri ilə əvəz
edilmişdir.
[20] 30 sentyabr 2015-ci il tarixli 1340-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika”
qəzeti, 21 noyabr 2015-ci il, ¹ 256, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, ¹ 11, maddə
1255)
ilə 17-ci maddəyə yeni məzmunda beşinci hissə
əlavə edilmişdir.
[21]
30 may
2014-cü il tarixli 973-IVQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Respublika”
qəzeti, 1 iyul 2014-cü il, ¹ 137, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 6,
maddə 620) ilə 18-ci
maddə yeni redaksiyada verilmişdir.
Əvvəlki
redaksiyada deyilirdi:
Maddə 18. Azərbaycan Respublikası
vətəndaşlığının itirilməsi
Şəxs
Azərbaycan Respublikası
vətəndaşlığını əldə
edərkən vətəndaşlığı almaq
üçün zəruri olan məlumatı qəsdən
saxtalaşdırmışsa və ya saxta sənəd təqdim
etmişsə, əldə etdiyi
[22] 04 dekabr 2015-ci il tarixli 28-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 06 dekabr 2015-ci il, ¹ 269,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, ¹
12, maddə 1442) ilə 18-ci
maddəsinin birinci hissəsinə yeni məzmunda 3-1-ci və
3-2-ci bəndlər əlavə edilmişdir.
[23] 30 sentyabr 2015-ci il tarixli 1340-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika”
qəzeti, 21 noyabr 2015-ci il, ¹ 256, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, ¹ 11, maddə
1255)
ilə 18-ci maddənin ikinci hissəsinə “nəzərə alınmaqla”
sözlərindən sonra “məhkəmə
tərəfindən” sözləri əlavə
edilmişdir.