Yaşayış
yeri və olduğu yer üzrə qeydiyyat haqqında
Azərbaycan
Respublİkasının Qanunu
Maddə 1. Yaşayış
yeri və olduğu yer
üzrə qeydiyyatın əsasları
Azərbaycan Respublikasının
vətəndaşları, əcnəbilər və
vətəndaşlığı olmayan şəxslər
(bundan sonra şəxslər) Azərbaycan Respublikasında
yaşayış yeri və olduğu yer üzrə qeydiyyata
alınmalıdırlar. Yaşayış yeri və olduğu
yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında
yaşayan şəxslərin uçota alınması,
onların başqa şəxslər, dövlət və
cəmiyyət qarşısında vəzifələrinin icra
edilməsi, insan və vətəndaş
hüquqlarının və azadlıqlarının həyata
keçirilməsi (sosial müdafiə, pensiya təminatı,
hərbi xidmətə çağırış,
məhkəmə qərarlarının icrası və s.)
üçün zəruri şərait yaratmaqdır.
Yaşayış yeri və olduğu yer üzrə
qeydiyyat icazə xarakteri daşımır və yalnız
Azərbaycan Respublikasının qanunvericiliyi ilə
müəyyən edilmiş hallarda hüquqi
nəticəyə səbəb ola bilər.
Yaşayış yeri və olduğu yer üzrə
qeydiyyata alınmaq üçün bu Qanunda
göstərilənlərdən başqa sənədlər
tələb edilə bilməz.
Maddə
2. Yaşayış
yeri və olduğu yer anlayışları
Şəxsin
yaşayış yeri — tam həcmdə fəaliyyət
qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə
və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan
Respublikasının qanunvericiliyi ilə nəzərdə
tutulmuş digər əsaslarla daimi və ya daha çox
yaşadığı ev, mənzil, xidməti
yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan
şəxslər, o cümlədən sağlamlıq
imkanları məhdud 18 yaşınadək uşaqlar
üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və
digər bu kimi yaşayış yerləri başa
düşülür.[1]
Şəxsin
olduğu yer — onun yaşayış yeri sayılmayan,
müvəqqəti yaşadığı mehmanxana, sanatoriya,
istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana
və digər belə ictimai yerlər, habelə
yaşayış binası (özünün, qohumunun,
tanışının və b.) başa
düşülür.
On dörd yaşı olmayan yetkinlik yaşına
çatmayanların və ya qəyyumluq altında olan
şəxslərin yaşayış yeri onların qanuni
nümayəndələrinin — müvafiq olaraq
valideynlərinin, övladlığa götürənlərin
və ya qəyyumların yaşayış yeri sayılır.
On dörd yaşından on səkkiz yaşınadək
olan yetkinlik yaşına çatmayanların (tam həcmdə
fəaliyyət qabiliyyəti əldə edənlər istisna
olmaqla) yaşayış yeri onların qanuni
nümayəndələrinin — müvafiq olaraq
valideynlərinin, övladlığa
götürənlərin, yaxud qəyyumların və ya
himayəçilərin razılığı ilə
müəyyən edilir.
Valideynlərini itirmiş və valideyn himayəsindən
məhrum olmuş uşaqların sosial müdafiəsi
haqqında" Azərbaycan Respublikasının Qanunu ilə
müəyyən olunmuş valideynlərini itirmiş və
valideyn himayəsindən məhrum olmuş uşaqların
qeydiyyatı həm yaşayış yeri, həm də
müvəqqəti olduqları yer (valideynlərini itirmiş
və valideyn himayəsindən məhrum olmuş uşaqlar
üçün müəssisələr, yataqxanalar, qəyyumun
(himayəçinin), övladlığa götürən
şəxsin yaşayış yeri) üzrə
aparılır. [2]
Maddə
3. Yaşayış
yerinin müəyyən edilməsi barədə
sənədlər
Yaşayış yeri aşağıdakı
sənədlərlə müəyyən edilir:
1) Azərbaycan Respublikası vətəndaşı
barədə — yalnız Azərbaycan Respublikası
vətəndaşının şəxsiyyət
vəsiqəsi;
2) 30 gündən artıq Azərbaycan Respublikasında
yaşayan əcnəbi və
ya vətəndaşlığı olmayan şəxs barədə
— onun qeydiyyata alınması haqqında vəsiqə;[3]
3) Azərbaycan Respublikasında müvəqqəti
və ya daimi yaşayan əcnəbi və ya
vətəndaşlığı olmayan şəxs
barəsində — xüsusi nümunəli vəsiqə.[4]
4) Azərbaycan Respublikası
ərazisində müvəqqəti olma müddəti
uzadılmış əcnəbi və ya
vətəndaşlığı olmayan şəxs
barəsində - müvafiq icra hakimiyyəti orqanı
tərəfindən verilən xüsusi nümunəli
qərar;[5]
5) Azərbaycan Respublikasında qaçqın statusu
almış əcnəbi və ya
vətəndaşlığı olmayan şəxs
barəsində - qaçqın vəsiqəsi.[6]
Şəxsin yaşayış yerinin müəyyən
edilməsi üçün ondan əlavə hər hansı
digər sənəd (arayış) tələb edilə
bilməz.
Maddə
4.
Qeydiyyata almanın məhdudlaşdırılması
əsasları
Sərhəd zonalarında, qapalı hərbi
şəhərciklərin ərazilərində, qapalı ərazilərdə, ekoloji
fəlakət zonalarında, infeksiya və
zəhərlənmə ilə bağlı xüsusi
şərtlər və rejimlər qoyulmuş,
fövqəladə və ya hərbi vəziyyət elan
olunmuş yerlərdə, müharibə, səfərbərlik
elan olunduqda yaşayış yeri və olduğu yer
üzrə qeydiyyata alma məhdudlaşdırıla bilər.[7]
Maddə
5. Vətəndaşın
yaşayış yeri üzrə qeydiyyata alınmasıKM1
Yaşayış yeri üzrə qeydiyyatda olmayan
vətəndaşa ilk dəfə
Azərbaycan Respublikası vətəndaşının
şəxsiyyət vəsiqəsi verilərkən o,
yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş
yalnız “Azərbaycan Respublikası
vətəndaşının şəxsiyyət
vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun
tətbiqi barədə Əsasnamə”də nəzərdə
tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi
haqqında ərizə-anketi doldurmalı və
vəsiqənin verilməsi üçün tələb olunan
sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin
ikinci hissəsinin 2-ci bəndində göstərilən,
yaşayış sahəsinə köçmək
üçün əsas verən sənədi də təqdim
etməlidir. [8]
Yaşayış yerini dəyişdirmiş
vətəndaş yeni yaşayış yerinə
gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata
alınması üçün müvafiq icra hakimiyyəti
orqanına müraciət edərək forması müvafiq
icra hakimiyyəti orqanı tərəfindən təsdiq
edilən, yaşayış yeri üzrə qeydiyyata alınma
haqqında ərizə-anketlə birlikdə
aşağıdakı sənədləri təqdim
etməlidir:[9]
1) şəxsiyyət vəsiqəsi və ya doğum
haqqında şəhadətnamə; [10]
2) yaşayış sahəsinə köçmək
üçün əsas verən sənəd (mülkiyyət
hüququnun dövlət qeydiyyatına alınması
haqqında daşınmaz əmlakın dövlət
reyestrindən çıxarış, order, icarə
və ya kirayə müqaviləsi, yaxud Azərbaycan
Respublikası qanunvericiliyində nəzərdə tutulmuş
başqa sənəd) və ya vətəndaşa
yaşayış sahəsi verən şəxsin
ərizəsi.[11]
Müvafiq icra hakimiyyəti
orqanı yaşayış yerinin dəyişdirilməsi
ilə bağlı müvafiq sənədləri təqdim
etmiş vətəndaşı dərhal yaşayış
yeri üzrə qeydiyyata almalı və onun
şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında
yaşayış yeri haqqında məlumatı
dəyişdirməlidir. [12]
15 yaşı tamam
olmamış vətəndaşın yaşayış yeri
üzrə qeydiyyata alınması onun qanuni
nümayəndəsinin bu barədə müraciəti olduqda
həyata keçirilir. Bu halda vətəndaşın qanuni
nümayəndəsi tərəfindən
aşağıdakı sənədlər təqdim olunur:
1) 15 yaşı tamam
olmamış vətəndaşın yaşayış yeri
üzrə qeydiyyata alınması haqqında
ərizə-anket (forması müvafiq icra hakimiyyəti
orqanı tərəfindən təsdiq edilir);
2) doğum haqqında
şəhadətnamə;
3) bu Qanunun 5-ci maddəsinin
ikinci hissəsinin 2-ci bəndində göstərilən,
yaşayış sahəsinə köçmək
üçün əsas verən sənəd.
Penitensiar müəssisələrdə cəza
çəkməkdən azad edilmiş Azərbaycan
Respublikasının vətəndaşları və
Azərbaycan Respublikasında daimi yaşayan və
vətəndaşlığı olmayan şəxslər,
əgər qanunvericiliklə müəyyən edilmiş
qaydada əvvəlki yaşayış sahəsinə
hüquqlarını itirməmişlərsə,
müraciət etdikləri vaxtdan
üç gün ərzində müvafiq icra
hakimiyyəti orqanı tərəfindən həmin
yaşayış yeri üzrə qeydiyyata alınırlar.
Cəza çəkməkdən azad edilmiş şəxsin
əvvəlki yaşayış sahəsində onun ailə
üzvləri yaşayırlarsa, həmin şəxsin oraya
qayıtmasına ailə üzvlərinin razılığı
tələb olunmur. Yaşayış sahəsində
qanunvericiliklə müəyyən olunmuş qaydada
himayəyə verilmiş yetkinlik yaşına
çatmayanların yaşadıqları hallarda cəza
çəkməkdən azad edilmiş şəxs (mənzilin
mülkiyyətçisi olduğu hallar istisna olmaqla)
qəyyumluq və himayə orqanının razılığı
ilə həmin yaşayış sahəsinə
yerləşə bilər.[13]
Maddə 6. Azərbaycan
Respublikasında 30 gündən artıq yaşamaq
istəyən əcnəbinin və
vətəndaşlığı olmayan şəxsin
yaşayış yeri üzrə qeydiyyata alınması[14]
[15]Azərbaycan
Respublikasında 30 gündən artıq yaşamaq
istəyən əcnəbi və
ya vətəndaşlığı olmayan şəxs
yaşayış yeri üzrə qeydiyyata alınması
üçün yaşayış
yerinə gəldiyi vaxtdan 3 gün ərzində (istirahət, səsvermə,
iş günü hesab edilməyən bayram günləri
və ümumxalq hüzn günü
istisna olmaqla) müvafiq dövlət orqanına müraciət
edərək əcnəbinin qeyd vərəqəsinin II hissəsini, öz
pasportunu, immiqrant statusunu təsdiq edən sənədi, giriş
icazəsini (vizasını), yaşayış sahəsinə
köçmək üçün əsas verən
sənəd mülkiyyət hüququnun dövlət qeydiyyatına
alınması haqqında daşınmaz əmlakın
dövlət reyestrindən çıxarışı, orderi,
icarə və ya kirayə müqaviləsini və ya
Azərbaycan Respublikası qanunvericiliyində
nəzərdə tutulmuş başqa sənədi) və ya
yaşayış sahəsi verən vətəndaşın
ərizəsini təqdim etməlidir. [16]
Yaşayış yeri üzrə qeydiyyata alınan
əcnəbiyə və ya
vətəndaşlığı olmayan şəxsə qeydiyyata
alınma haqqında vəsiqə verilir.[17]
Həmin
vəsiqənin etibarlıq müddəti
aşağıdakı kimi müəyyən edilir:
1)
Azərbaycan Respublikasına viza ilə gələn
şəxs üçün – vizada göstərilən
ölkədə qalma müddətinə;
2)
viza tələb olunmayan qaydada Azərbaycan Respublikasına
gələn şəxs üçün – 90 gün,
Azərbaycan Respublikasında onun müvəqqəti olma
müddətinin uzadılması haqqında müvafiq icra
hakimiyyəti orqanının qərarı olduqda isə -
qərarda göstərilmiş müddətə; [18]
3) Azərbaycan
Respublikasına viza ilə və ya viza tələb olunmayan
qaydada gələn əcnəbiyə və ya
vətəndaşlığı olmayan şəxsə
müvafiq icra hakimiyyəti orqanı tərəfindən
Azərbaycan Respublikasında müvəqqəti yaşamaq
üçün icazə verildikdə - icazədə
göstərilmiş müddətə.[19]
Maddə 7. Azərbaycan
Respublikasında müvəqqəti və ya daimi yaşayan, habelə
Azərbaycan Respublikasında müvəqqəti olma
müddəti uzadılmış və ya qaçqın
statusu almış əcnəbinin və ya
vətəndaşlığı olmayan şəxsin
yaşayış yeri üzrə qeydiyyata alınması[20]
Əcnəbilərə
və ya vətəndaşlığı olmayan
şəxslərə Azərbaycan Respublikasında
müvəqqəti və ya daimi yaşamaq üçün
icazə və
ya qaçqın statusu verilərkən, habelə
əcnəbilərin və vətəndaşlığı
olmayan şəxslərin Azərbaycan Respublikasında
müvəqqəti olma müddəti uzadılarkən
onlar eyni zamanda müvafiq icra hakimiyyəti orqanı
tərəfindən yaşayış yeri üzrə qeydiyyata
alınırlar. Şəxsin yaşayış yeri
üzrə qeydiyyata alınması haqqında məlumat ona
verilmiş müvəqqəti və ya daimi yaşamaq
üçün icazə vəsiqəsində, qaçqın
vəsiqəsində, habelə müvəqqəti olma
müddətinin uzadılması haqqında qərarda
öz əksini tapır.[21]
Maddə 8. Yaşayış
yeri üzrə qeydiyyata almaqdan imtina edilməsi
Müvafiq icra
hakimiyyəti orqanları şəxsin
yaşayış yeri üzrə qeydiyyata alınmasından
aşağıdakı hallarda imtina edir:
1) bu Qanunda göstərilən
müvafiq sənədlər təqdim edilmədikdə;
2) bu Qanunun 4-cü maddəsində
müəyyən edilmiş əsaslar üzrə
qeydiyyatın məhdudlaşdırılması
nəzərdə tutulduğu hallarda;
3) şəxsin qeydiyyata
alınacağı halda (Azərbaycan Respublikasının
Mənzil Məcəlləsinə əsasən ailə
üzvü kimi yaşayış sahəsinə köçürüldüyü
hallar istisna olmaqla), həmin yaşayış sahəsində
yaşayan şəxslərin hər birinə Azərbaycan
Respublikası Mənzil Məcəlləsinin 40-cı
maddəsində müəyyən edilmiş mənzil
normasından az yaşayış sahəsi
düşdükdə;
4) şəxsin qeydiyyata alınmaq
istədiyi ev (yaşayış sahəsi) uçmaq qorxusu
altında olduqda.
Maddə 9. Şəxsin
yaşayış yeri üzrə qeydiyyatdan
çıxarılması
Müvafiq icra
hakimiyyəti orqanları
tərəfindən şəxs yaşayış yeri
üzrə qeydiyyatdan aşağıdakı hallarda
çıxarılır:[22]
1) yaşayış yerini
dəyişdikdə — yeni yaşayış yeri üzrə
qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən;
2) başqa ölkədə
yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən;[23]
3) ömürlük azadlıqdan məhrum edildikdə
— məhkəmənin qanuni qüvvəyə minmiş
hökmü əsasında;[24]
4) öldükdə və ya
məhkəmə qətnaməsi ilə ölmüş elan
edildikdə — ölüm aktının qeydə alınması
haqqında müvafiq dövlət orqanının
məlumatı əsasında;
5) yaşayış sahəsindən
çıxarıldıqda və ya yaşayış
sahəsindən istifadə hüququna xitam verildikdə
məhkəmənin qanuni qüvvəyə minmiş
qətnaməsi əsasında;
6) qeydiyyata alınma üçün
əsas olmuş sənədlərin və ya
məlumatların həqiqətə uyğun
olmadığı və ya qeydiyyat məsələsi həll
edilərkən vəzifəli şəxs tərəfindən
qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə —
məhkəmənin qanuni qüvvəyə minmiş
qərarı əsasında.
7) əcnəbilər və ya
vətəndaşlığı olmayan şəxslər
Azərbaycan Respublikasının hüdudlarından kənara
məcburi çıxarıldıqda - müvafiq icra
hakimiyyəti orqanının məlumatı əsasında.[25]
“Valideynlərini itirmiş və valideyn
himayəsindən məhrum olmuş uşaqların sosial
müdafiəsi haqqında” Azərbaycan Respublikasının
Qanunu ilə müəyyən olunmuş valideynlərini
itirmiş və valideyn himayəsindən məhrum olmuş
uşaqların yaşayış yeri üzrə qeydiyyatdan
çıxarılması yalnız müvafiq icra
hakimiyyəti orqanının razılığı ilə
mümkündür.[26]
Azərbaycan Respublikasının
vətəndaşı başqa ölkədə
yaşayış yeri seçdikdə, o, şəxsiyyət
vəsiqəsini saxlanması üçün müvafiq
dövlət orqanına təhvil verməlidir.[27]
Maddə 10. Vətəndaşın
olduğu yer üzrə qeydiyyatı
Vətəndaşın olduğu yer
üzrə qeydiyyatı yaşayış yeri üzrə
qeydiyyatdan çıxarılmadan aparılır.
Mehmanxanaya, sanatoriyaya, istirahət
evinə, kempinqə, turist bazasına, yataqxanaya,
xəstəxanaya və digər belə ictimai yerlərə
gələn vətəndaş üçün ərizə-anket
doldurulur və həmin yerin müdiriyyətinə verilir.
Müdiriyyət ərizə-anketi 24 saat ərzində
müvafiq dövlət orqanına təqdim edir.
Yaşayış yerindən kənarda
60 gündən artıq müvəqqəti yaşamaq
istəyən vətəndaş həmin yerə
gəldikdən sonra 7 gün ərzində (istirahət,
səsvermə, iş günü hesab edilməyən bayram
günləri və ümumxalq hüzn günü istisna olmaqla) ərizə-anket dolduraraq müvafiq
dövlət orqanına təqdim etməlidir. Həmin orqan
vətəndaşı dərhal olduğu yer üzrə
qeydiyyata almalıdır.[28]
Vətəndaş olduğu yerdən
getdikdə müvafiq dövlət orqanı onu olduğu yer
üzrə qeydiyyatdan çıxarır.
Valideynlərini itirmiş və valideyn
himayəsindən məhrum olmuş uşaqların sosial
müdafiəsi haqqında" Azərbaycan
Respublikasının Qanunu ilə müəyyən olunmuş valideynlərini
itirmiş və valideyn himayəsindən məhrum olmuş
uşaqların olduğu yer üzrə qeydiyyatdan
çıxarılması yalnız müvafiq icra
hakimiyyəti orqanının razılığı ilə
mümkündür.[29]
Vətəndaşın
olduğu yer üzrə qeydiyyata alınması haqqında
ərizə-anketin forması müvafiq icra hakimiyyəti
orqanı tərəfindən təsdiq edilir.[30]
Maddə 11. Əcnəbilərin və
vətəndaşlığı olmayan şəxslərin
Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata
alınması[31]
Azərbaycan
Respublikasında 15 gündən artıq
müvəqqəti olan əcnəbilər və
vətəndaşlığı olmayan şəxslər
Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 21-ci
maddəsi ilə müəyyən edilmiş
müddətdə və qaydada olduğu yer üzrə
qeydiyyata alınmalıdırlar.[32]
Maddə
12. Vətəndaşlığı
olmayan şəxsin olduğu
yer üzrə qeydiyyatı[33]
Azərbaycan Respublikası ərazisində 30
gündən artıq yaşamaq istəyən
vətəndaşlığı olmayan şəxs bu Qanunun
11-ci maddəsində nəzərdə tutulan qaydada olduğu
yer üzrə qeydiyyata alınır və qeydiyyatdan
çıxarılır.
Maddə
13.
Qeydiyyatla bağlı şikayət verilməsi
Qeydiyyata almaqdan şifahi və yazılı imtina
edilməsindən, qeydiyyat üçün bu Qanunda
nəzərdə tutulmayan sənədlər tələb olunmasından
və ya qeydiyyata alınmasında
süründürməçiliyə yol verilməsindən inzibati qaydada və (və ya)
məhkəməyə şikayət verilə bilər.[34]
Maddə
14. Qanunun
tələblərinin pozulmasına
görə məsuliyyət [35]
Bu Qanunun tələblərinin pozulmasına
görə təqsirkar şəxslər intizam, inzibati və
cinayət məsuliyyəti daşıyırlar.
Maddə
15. Yekun
müddəaları
Bu Qanunun yaşayış yeri və olduğu yer
üzrə qeydiyyatla əlaqədar müddəalarının
tətbiqi qaydası Qanunla təsdiq edilən Əsasnamə
ilə müəyyən olunur.
Şəxsin
iradəsi ziddinə onun yaşayış yerinə və ya
olduğu yerə polis əməkdaşının daxil
olması qaydası Azərbaycan Respublikasının
Cinayət-Prosessual Məcəlləsi və “Polis haqqında”
Azərbaycan Respublikasının Qanunu ilə
tənzimlənir. Polis əməkdaşı Azərbaycan
Respublikasının Cinayət-Prosessual
Məcəlləsində və “Polis haqqında” Azərbaycan
Respublikası Qanununun 24-cü maddəsinin 1-ci və 2-ci
hissələrində göstərilmiş hallar və
əsaslar olmadan şəxsin iradəsi ziddinə onun
yaşayış yerinə və ya olduğu yerə daxil ola
bilməz.[36]
Bu Qanun 1997-ci il yanvarın 1-dən qüvvəyə
minir.
Azərbaycan Respublikasının Prezidenti Heydər ƏLİYEV
Bakı şəhəri, 4 aprel
1996-cı il
¹ 55-IQ
İSTİFADƏ OLUNMUŞ
MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1. 5 oktyabr 2001-ci il
tarixli 175-IIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2001-ci il, ¹ 11, maddə 669)
2. 5 oktyabr 2001-ci il
tarixli 183-IIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, ¹ 11, maddə
676)
3. 12 oktyabr 2001-ci il
tarixli 195-IIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, ¹ 1, maddə 2)
4. 19 aprel 2002-ci il
tarixli 306-IIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2002-ci il, ¹ 5, maddə 237)
5. 26 aprel 2002-ci il
tarixli 313-IIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2002-ci il, ¹ 5, maddə 243)
6. 21 aprel 2006-cı il tarixli 100-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 6,
maddə 478)
7. 16 iyun 2007-ci il tarixli 389-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 8, maddə 756)
8. 6 noyabr 2007-ci il tarixli 480-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 12, maddə
1197)
9. 13 iyun 2008-ci il tarixli 648-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2008-ci il, ¹7, maddə 602)
10. 24 iyun 2008-ci il tarixli 658-IIIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 7 avqust 2008-ci il, ¹ 173,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹
8, maddə 701)
11. 30 iyun 2009-cu il tarixli 858-IIIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti
28 iyul 2009-cu il, ¹ 163, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2009-cu il, ¹ 07, maddə 519)
12. 1
fevral 2010-cu il tarixli 951-IIIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 mart 2010-cu il, ¹ 62, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, ¹ 03, maddə
171)
13. 5 mart 2013-cü il tarixli 582-IVQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Respublika”
qəzeti, 20 mart 2013-cü il, ¹ 61; “Azərbaycan” qəzeti, 28
mart 2013-cü il, ¹ 63, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, ¹ 03,
maddə 229)
14. 19 aprel 2013-cü il tarixli 621-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 22 may 2013-cü il, ¹ 110; Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, ¹ 05,
maddə 470)
15. 17 oktyabr
2014-cü il tarixli 1056-IVQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 22
noyabr 2014-cü il, ¹ 255; Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 11, maddə 1336)
16. 03 aprel 2015-ci il
tarixli 1253-IVQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Respublika” qəzeti, 06 may 2015-ci il, ¹ 096, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, ¹ 5, maddə 497)
17. 29 dekabr 2015-ci
il tarixli 89-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 31 yanvar 2016-cı il, ¹ 22,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı
il, ¹ 01, maddə 37)
18. 30 dekabr
2016-cı il tarixli 483-VQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 22
yanvar 2017-ci il, ¹ 14, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2017-ci il, ¹ 1, maddə 29)
19. 30 noyabr 2018-ci il tarixli 1370-VQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 28 dekabr 2018-ci il, ¹ 294, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 12, I kitab, maddə 2506)
20. 19 may 2020-ci il
tarixli 108-VIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 12 iyul 2020-ci il, ¹ 134,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹
7, maddə 826)
QANUNA EDİLMİŞ DƏYİŞİKLİK
VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
13 iyun 2008-ci il tarixli 648-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2008-ci il, ¹7, maddə 602) ilə 2-ci maddəsinin
birinci hissəsində “evləri”
sözündən sonra “,
sağlamlıq imkanları məhdud uşaqlar
üçün internat evləri, xüsusi təhsil
müəssisələri” sözləri əlavə
edilmişdir.
19 may 2020-ci il tarixli 108-VIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 12 iyul 2020-ci il, ¹ 134, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 7, maddə 826) ilə 2-ci maddəsinin birinci hissəsində “qoca və əlil evləri,
sağlamlıq imkanları məhdud uşaqlar
üçün internat evləri” sözləri “ahıllar və əlilliyi olan
şəxslər, o cümlədən sağlamlıq
imkanları məhdud 18 yaşınadək uşaqlar
üçün sosial xidmət müəssisələri”
sözləri ilə əvəz edilmişdir.
[2] 12 oktyabr 2001-ci il tarixli 195-IIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2002-ci il, ¹ 1, maddə 2) ilə 2-ci
maddəyə beşinci hissə əlavə edilmişdir.
[3] 24 iyun 2008-ci il tarixli 658-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti 7 avqust 2008-ci il, ¹ 173, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 8, maddə
701) ilə 3-cü maddənin birinci hissəsinin 2-ci
bənddə “əcnəbi”
sözündən sonra “və
ya vətəndaşlığı olmayan şəxs”
sözləri əlavə edilmişdir.
[4] 24 iyun 2008-ci il tarixli 658-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti 7 avqust 2008-ci il, ¹ 173, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 8, maddə
701) ilə 3-cü maddənin birinci hissəsinin 3-cü
bənddə “daimi yaşayan”
sözlərindən sonra “əcnəbi
və ya” sözləri əlavə edilmişdir, “şəxsiyyət vəsiqəsi”
sözləri “vəsiqə”
sözü ilə əvəz edilmişdir.
30 iyun 2009-cu il tarixli 858-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti 28 iyul 2009-cu il, ¹ 163, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, ¹ 07, maddə
519) ilə 3-cü maddənin birinci hissəsinin 3-cü
bənddinin “daimi”
sözü “müvəqqəti
və ya daimi” sözləri ilə əvəz
edilmişdir.
[5] 30 iyun 2009-cu il tarixli 858-IIIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 28 iyul 2009-cu il, ¹ 163,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, ¹
07, maddə 519) ilə 3-cü maddənin birinci
hissəsinə 4-cü bənd əlavə edilmişdir.
[6] 30 dekabr
2016-cı il tarixli 483-VQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 22 yanvar
2017-ci il, ¹ 14, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2017-ci il, ¹ 1, maddə 29) ilə 3-cü maddənin birinci hissəsinin 4-cü
bəndinin sonunda nöqtə işarəsi nöqtəli
vergül işarəsi ilə əvəz edilmişdir və həmin hissəyə yeni məzmunda
5-ci bənd əlavə edilmişdir.
[7] 19 aprel 2002-ci
il tarixli 306-IIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2002-ci il, ¹ 5, maddə 237)
ilə 4-cü maddədə "qapalı inzibati ərazi bölgələrində" sözləri "qapalı ərazilərdə" sözləri ilə əvəz edilmişdir.
KM1 1. «Yaşayış yeri və
olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan
Respublikası Qanununun 5-ci maddəsində yaşayış
yeri məlum olan vətəndaşların qeydiyyata
alınması halları nəzərdə tutulur.
2. «Yaşayış yeri və olduğu
yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası
Qanununun, o cümlədən də onun 5-ci maddəsinin
mətni, habelə «Azərbaycan Respublikası
vətəndaşının şəxsiyyət
vəsiqəsi nümunəsinin təsdiq edilməsi
haqqında» Azərbaycan Respublikasının Qanunu ilə
təsdiq edilmiş «Şəxsiyyət vəsiqəsinin
təsviri»ndə vətəndaş haqqında
məlumatların sırasında «yaşayış yeri»
bölməsinin mövcudluğu yaşayış yeri olmayan
vətəndaşa şəxsiyyət vəsiqəsinin
verilməməsinə əsas ola bilməz.
3. Bu qərarın
2-ci bəndinə müvafiq olaraq Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə tövsiyə
olunsun ki, yaşayış yeri olmayan
vətəndaşların xüsusi yerlər üzrə
qeydiyyatdan keçirilməsini və onlara Azərbaycan
Respublikası vətəndaşının
şəxsiyyət vəsiqəsinin verilməsini
təxirə salınmadan təşkil etsin. ( «Azərbaycan» qəzeti, 02 fevral ¹ 26 2003-cü il,
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
Məlumatı 2/2003)
[8] 19 aprel 2013-cü il tarixli 621-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 22 may 2013-cü il, ¹ 110; Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, ¹ 05,
maddə 470) ilə 5-ci
maddənin birinci hissəsində “Vətəndaşa” sözü “Yaşayış yeri üzrə qeydiyyatda olmayan
vətəndaşa” sözləri ilə əvəz
edilmişdir və yeni məzmunda ikinci cümlə əlavə edilmişdir.
[9] 19 aprel 2013-cü il tarixli 621-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 22 may 2013-cü il, ¹ 110; Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, ¹ 05,
maddə 470) ilə 5-ci
maddənin ikinci hissənin birinci abzası yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
Yaşayış
yerini dəyişdirmiş vətəndaş yeni
yaşayış yerinə gəldikdən sonra 10
gündən gec olmayaraq qeydiyyata alınması
üçün müvafiq dövlət orqanına
müraciət etməlidir. Müvafiq dövlət orqanı
vətəndaşı dərhal qeydə almalı və ona 10
gün ərzində “Azərbaycan Respublikası
vətəndaşının şəxsiyyət
vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununa
müvafiq olaraq şəxsiyyət vəsiqəsi
verməlidir. Yaşayış yeri üzrə qeydiyyata
alınmaq üçün vətəndaş
ərizə-anketlə birlikdə aşağıdakı
sənədləri təqdim etməlidir:
[10] 19 aprel 2013-cü il tarixli 621-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 22 may 2013-cü il, ¹ 110; Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, ¹ 05,
maddə 470) ilə 5-ci
maddənin ikinci hissənin 1-ci bəndində “və ya doğum haqqında
şəhadətnamə” sözləri
çıxarılmışdır.
[11] 5 oktyabr 2001-ci il tarixli 175-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, ¹ 11, maddə
669) ilə 5-ci maddənin ikinci hissəsinin 2-ci bəndinə
"mülkiyyət hüququnun qeydiyyat vəsiqəsi"
sözlərindən sonra ",
order" sözü əlavə edilmişdir.
21 aprel 2006-cı il tarixli 100-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 6, maddə 478) ilə"Yaşayış
yeri və olduğu yer üzrə qeydiyyat haqqında"
Azərbaycan Respublikası Qanununun (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, ¹ 2, maddə
88; 2001-ci il, ¹ 11, maddələr 669, 676; 2002-ci il, ¹ 1, maddə
2, ¹ 5, maddələr 237, 243) 5-ci maddəsinin ikinci
hissəsinin 2-ci bəndində və 6-cı maddəsinin
birinci hissəsində "mülkiyyət
hüququnun qeydiyyat vəsiqəsi" və "mülkiyyət hüququnun
qeydiyyat vəsiqəsini" sözləri müvafiq olaraq
"mülkiyyət hüququnun
dövlət qeydiyyatına alınması haqqında
daşınmaz əmlakın dövlət reyestrindən
çıxarış" və "mülkiyyət hüququnun dövlət qeydiyyatına
alınması haqqında daşınmaz əmlakın dövlət
reyestrindən çıxarışı"
sözləri ilə əvəz edilmişdir.
[12] 19 aprel 2013-cü il tarixli 621-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 22 may 2013-cü il, ¹ 110; Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, ¹ 05,
maddə 470) ilə 5-ci
maddənin üçüncü hissəsi beşinci hissə
hesab edilmişdir və yeni məzmunda üçüncü
və dördüncü hissələr əlavə
edilmişdir.
[13] 6
noyabr 2007-ci il tarixli 480-IIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2007-ci il, ¹ 12, maddə 1197) ilə 5-ci maddəsinə
üçüncü hissə əlavə edilmişdir.
[14] 24 iyun
2008-ci il tarixli 658-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti 7 avqust 2008-ci il, ¹ 173, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 8, maddə
701) ilə 6-cı maddənin adında “Əcnəbinin” sözü “Azərbaycan Respublikasında 30 gündən artıq
yaşamaq istəyən əcnəbinin və
vətəndaşlığı olmayan şəxsin”
sözləri ilə əvəz edilmişdir.
[15] 1 fevral 2010-cu il tarixli 951-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 mart 2010-cu il,
¹ 62, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu
il, ¹ 03, maddə 171) ilə 6-cı maddəsinin birinci
hissəsində və 10-cu maddəsinin üçüncü
hissəsinin birinci cümləsində “bazar və iş
günü hesab edilməyən bayram günləri”
sözləri “istirahət, səsvermə, iş
günü hesab edilməyən bayram günləri və
ümumxalq hüzn günü” sözləri ilə
əvəz edilmişdir.
[16] 5 oktyabr 2001-ci il tarixli 175-IIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2001-ci il, ¹ 11, maddə 669) ilə 6-cı maddənin
birinci hissəsinə "alınması üçün" sözlərindən sonra "yaşayış yerinə gəldiyi vaxtdan 3 gün ərzində (bazar və bayram günləri istisna olmaqla)"
sözləri, "müraciət edərək" sözlərindən sonra "əcnəbinin qeyd vərəqəsinin II hissəsini," sözləri, "mülkiyyət hüququnun qeydiyyat vəsiqəsini" sözlərindən sonra ", orderi"
sözü əlavə edilmişdir.
26 aprel
2002-ci il tarixli 313-IIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2002-ci il, ¹ 5, maddə 243) ilə 6-cı maddənin
birinci hissəsində
"öz pasportunu" sözlərindən sonra "immiqrant
statusunu təsdiq edən sənədi"
sözləri əlavə edilmişdir.
24 iyun 2008-ci il tarixli 658-IIIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 7 avqust 2008-ci il, ¹ 173,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹
8, maddə 701) ilə 6-cı maddənin birinci
hissədə “əcnəbi”
sözündən sonra “və
ya vətəndaşlığı olmayan şəxs”
sözləri əlavə edilmişdir, “əcnəbinin qeyd vəsiqəsinin II hissəsini”
və “immiqrant statusunu təsdiq
edən sənədi” sözləri
çıxarılmışdır.
[17] 24 iyun 2008-ci il tarixli 658-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti 7 avqust 2008-ci il, ¹ 173, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 8, maddə
701) ilə 6-cı maddənin ikinci hissədə “əcnəbiyə”
sözündən sonra “və
ya vətəndaşlığı olmayan şəxsə”
sözləri əlavə edilmişdir.
[18] 30 iyun 2009-cu il tarixli 858-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti 28 iyul 2009-cu il, ¹ 163,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, ¹
07, maddə 519) ilə 6-cı maddənin
üçüncü hissəsinin 2-ci bənddən “, Azərbaycan Respublikasında onun
müvəqqəti olma müddətinin uzadılması
haqqında müvafiq icra hakimiyyəti orqanının
qərarı olduqda isə - qərarda göstərilmiş
müddətə” sözləri
çıxarılmışdır.
[19] 24 iyun 2008-ci il
tarixli 658-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti 7 avqust 2008-ci il, ¹ 173, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 8, maddə
701) ilə 6-cı maddəyə üçüncü
hissə əlavə edilmişdir.
30 iyun 2009-cu il
tarixli 858-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti 28 iyul 2009-cu il, ¹ 163, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, ¹ 07, maddə
519) ilə 6-cı maddənin üçüncü
hissəsinin 3-cü bənd
çıxarılmışdır.
[20] 30 dekabr
2016-cı il tarixli 483-VQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 22 yanvar
2017-ci il, ¹ 14, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2017-ci il, ¹ 1, maddə 29) ilə 7-ci maddənin adına “yaşayan”
sözündən sonra “,
habelə Azərbaycan Respublikasında müvəqqəti olma
müddəti uzadılmış və ya qaçqın
statusu almış” sözləri əlavə edilmişdir.
[21] 26 aprel 2002-ci il tarixli 313-IIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2002-ci il, ¹ 5, maddə 243) ilə 7-ci maddənin
birinci hissəsində "xüsusi nümunəli şəxsiyyət vəsiqəsi" sözlərindən
sonra "immiqrant statusunu təsdiq edən sənəd" sözləri əlavə edilmişdir.
24 iyun 2008-ci il
tarixli 658-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti 7 avqust 2008-ci il, ¹ 173, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 8, maddə
701) ilə 7-ci maddə yeni redaksiyada verilmişdir.
Əvvəlki
redaksiyada deyilirdi:
Maddə 7. Vətəndaşlığı
olmayan şəxsin yaşayış yeri üzrə qeydiyyata
alınması
Azərbaycan Respublikasında daimi
yaşayış vətəndaşlığı olmayan
şəxs ona Azərbaycan Respublikasının qanunvericiliyi
ilə müəyyən edilmiş qaydada xüsusi
nümunəli şəxsiyyət vəsiqəsi, immiqrant
statusunu təsdiq edən sənəd verilərkən yaşayış yeri
üzrə qeydiyyata alınır.
Vətəndaşlığı olmayan
şəxsin yaşayış yeri üzrə qeydiyyata
alınması bu Qanunun 5-ci maddəsinə müvafiq olaraq
həyata keçirilir.
30 iyun 2009-cu il
tarixli 858-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti 28 iyul 2009-cu il, ¹ 163, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, ¹ 07, maddə
519) ilə 7-ci maddə yeni redaksiyada verilmişdir.
Əvvəlki
redaksiyada deyilirdi:
Maddə 7. Azərbaycan
Respublikasında daimi yaşayan əcnəbinin və
vətəndaşlığı olmayan şəxsin
yaşayış yeri üzrə qeydiyyata alınması
Azərbaycan Respublikasında daimi yaşamaq
istəyən əcnəbiyə və ya
vətəndaşlığı olmayan şəxsə
müvafiq icra hakimiyyəti orqanı tərəfindən immiqrant
statusu verilməsi barədə qərar qəbul edildikdən
sonra o, yaşayış yeri üzrə immiqrant kimi qeydiyyata
alınması üçün müvafiq dövlət
orqanına müraciət edərək, öz pasportunu və
ya şəxsiyyətini təsdiq edən digər etibarlı
sənədi, ona immiqrant statusu verilməsi barədə
müvafiq icra hakimiyyəti orqanının qərarını,
habelə yaşayış sahəsinə köçmək
üçün əsas verən sənədi
(mülkiyyət hüququnun dövlət qeydiyyatına
alınması haqqında daşınmaz əmlakın
dövlət reyestrindən çıxarış, order,
icarə və ya kirayə müqaviləsini və ya
Azərbaycan Respublikasının qanunvericiliyində
nəzərdə tutulmuş başqa sənədi) və
yaşayış sahəsi verən vətəndaşın
ərizəsini təqdim etməlidir.
Yaşayış
yeri üzrə qeydiyyata alınan immiqranta Azərbaycan
Respublikasında daimi yaşayan əcnəbinin və ya
vətəndaşlığı olmayan şəxsin qeydiyyat
vəsiqəsi verilir.
30 dekabr
2016-cı il tarixli 483-VQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 22 yanvar
2017-ci il, ¹ 14, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2017-ci il, ¹ 1, maddə 29) ilə 7-ci maddənin birinci cümlədə “icazə” sözündən
sonra “və ya qaçqın
statusu” sözləri, “verilərkən”
sözündən sonra isə “,
habelə əcnəbilərin və
vətəndaşlığı olmayan şəxslərin
Azərbaycan Respublikasında müvəqqəti olma
müddəti uzadılarkən” sözləri əlavə edilmişdir, ikinci cümlədə “vəsiqəsində”
sözündən sonra “,
qaçqın vəsiqəsində, habelə
müvəqqəti olma müddətinin uzadılması
haqqında qərarda” sözləri əlavə edilmişdir.
[22] 30 iyun 2009-cu il tarixli 858-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti 28 iyul 2009-cu il, ¹ 163,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, ¹
07, maddə 519) ilə 8-ci maddədə və 9-cu
maddənin birinci hissəsinin birinci abzasında “Müvafiq dövlət orqanı”
sözləri “Müvafiq icra
hakimiyyəti orqanları” sözləri ilə əvəz
edilmişdir.
[23] 30 iyun 2009-cu il
tarixli 858-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti 28 iyul 2009-cu il, ¹ 163,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, ¹
07, maddə 519) ilə 9-cu maddənin birinci hissəsinin
1-ci və 2-ci bəndlərində “müvafiq dövlət orqanının”
sözləri “müvafiq icra
hakimiyyəti orqanlarının” sözləri ilə
əvəz edilmişdir.
[24] 19 aprel 2013-cü il tarixli 621-IVQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 22 may 2013-cü il, ¹ 110; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2013-cü il, ¹ 05, maddə 470) ilə 9-cu
maddənin birinci hissəsinin 3-cü bəndində “azadlıqdan”
sözündən əvvəl “ömürlük”
sözü əlavə edilmişdir.
[25] 5 oktyabr 2001-ci il tarixli 175-IIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2001-ci il, ¹ 11, maddə 669) ilə 9-cu maddənin birinci hissəsinə 7-ci bənd əlavə edilmişdir.
[26] 12 oktyabr 2001-ci il tarixli 195-IIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2002-ci il, ¹ 1, maddə 2) ilə 9-cu maddəyə
ikinci
hissə əlavə edilmiş,
əvvəlki ikinci hissə üçüncü hissə hesab edilmişdir.
[27] 19 aprel 2013-cü il tarixli 621-IVQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 22 may 2013-cü il, ¹ 110; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2013-cü il, ¹ 05, maddə 470) ilə 9-cu
maddənin üçüncü hissəsi ləğv
edilmişdir.
[28] 5 oktyabr 2001-ci il tarixli 175-IIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2001-ci il, ¹ 11, maddə 669) ilə 10-cu maddənin üçüncü
hissəsinə "7 gün ərzində" sözlərindən sonra “(bazar və bayram günləri istisna olmaqla)” sözləri əlavə edilmişdir.
16 iyun 2007-ci il tarixli 389-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 8, maddə 756) ilə 6-cı
maddəsinin birinci hissəsində və 10-cu maddəsinin
üçüncü hissəsinin birinci cümləsində
“bayram” sözündən əvvəl “iş günü hesab
edilməyən” sözləri əlavə edilmişdir.
19 aprel 2013-cü il tarixli 621-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 22 may 2013-cü il, ¹ 110; Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, ¹ 05,
maddə 470) ilə 10-cu
maddənin üçüncü hissəsinin ikinci
cümləsində “qeydiyyata
almalı və bu barədə onun şəxsiyyət
vəsiqəsinin arxa tərəfində müvəqqəti
qeyd aparmalıdır” sözləri “olduğu yer üzrə qeydiyyata almalıdır”
sözləri ilə əvəz edilmişdir.
[29] 12 oktyabr 2001-ci il tarixli 195-IIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2002-ci il, ¹ 1, maddə 2) ilə 10-cu maddəyə
beşinci hissə əlavə edilmişdir.
[30] 19 aprel 2013-cü il tarixli 621-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 22 may 2013-cü il, ¹ 110; Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, ¹ 05,
maddə 470) ilə yeni
məzmunda altıncı hissə əlavə edilmişdir.
[31] 5 mart 2013-cü il tarixli 582-IVQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 20 mart
2013-cü il, ¹ 61; “Azərbaycan” qəzeti, 28 mart 2013-cü il,
¹ 63, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2013-cü il, ¹ 03, maddə 229) ilə 11-ci maddə yeni redaksiyada verilmişdir.
Əvvəlki
redaksiyada deyilirdi:
Maddə 11. Əcnəbinin
olduğu yer üzrə
qeydiyyatı
Azərbaycan Respublikası
ərazisində 30 günədək yaşamaq istəyən
əcnəbi olduğu yer üzrə qeydiyyata alınır.
Yataqxanaya, mehmanxanaya, sanatoriyaya,
istirahət evinə, pansionata, kempinqə, turist bazasına,
xəstəxanaya və ya digər belə ictimai
yerlərə, başqa yaşayış sahəsinə
gələn əcnəbi dərhal ərizə-anket doldurur
və onu əcnəbinin qeyd vərəqəsinin II hissəsi ilə birlikdə həmin yerin
müdiriyyətinə və yaxud yaşayış
sahəsinin sahibinə və ya istifadəçisinə verir.
Müdiriyyət və ya başqa yaşayış
sahəsinin sahibi, yaxud istifadəçisi həmin
sənədləri 24 saat ərzində müvafiq
dövlət orqanına təqdim edir. [31][11]
Əcnəbi olduğu yerdən getdikdə
müvafiq dövlət orqanı onu olduğu yer üzrə
qeydiyyatdan çıxarır.
17 oktyabr 2014-cü il tarixli 1056-IVQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Respublika” qəzeti, 22 noyabr 2014-cü il, ¹ 255; Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 11,
maddə 1336) ilə 11-ci maddənin ikinci hissəsində “pasportunun surətini” sözləri “pasportunun (digər sərhədkeçmə
sənədinin) surətini müvafiq icra hakimiyyəti
orqanının internet informasiya ehtiyatı,” sözləri
ilə əvəz edilmişdir və həmin hissəyə
ikinci cümlə əlavə edilmişdir.
17 oktyabr 2014-cü il tarixli 1056-IVQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Respublika” qəzeti, 22 noyabr 2014-cü il, ¹ 255; Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 11,
maddə 1336) ilə 11-ci maddənin üçüncü hissəsində
“əcnəbini və ya
vətəndaşlığı olmayan şəxsi”
sözləri “əcnəbi
və ya vətəndaşlığı olmayan şəxs
barədə məlumatları Vahid Miqrasiya Məlumat
Sisteminə daxil etməklə onları” sözləri
ilə, “qəbul edən
tərəfə” sözləri “müraciət edən şəxsə”
sözləri ilə əvəz edilmişdir.
17 oktyabr 2014-cü il tarixli 1056-IVQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Respublika” qəzeti, 22 noyabr 2014-cü il, ¹ 255; Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 11,
maddə 1336) ilə 11-ci maddənin altıncı hissəsinin birinci
cümləsində “qəbul
edən tərəf” sözlərindən sonra “və ya şəxs özü”
sözləri əlavə edilmişdir.
17 oktyabr 2014-cü il tarixli 1056-IVQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Respublika” qəzeti, 22 noyabr 2014-cü il, ¹ 255; Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 11,
maddə 1336) ilə 11-ci maddəyə səkkizinci hissə əlavə
edilmişdir.
03 aprel 2015-ci il
tarixli 1253-IVQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Respublika” qəzeti, 06 may 2015-ci il, ¹ 096,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, ¹
5, maddə 497) ilə 11-ci
maddəsinin mətni yeni redaksiyada verilmişdir.
əvvəlki
redaksiyada deyilirdi:
Azərbaycan Respublikasına 3
gündən artıq müddətə gələn
əcnəbilər və vətəndaşlığı
olmayan şəxslər olduğu yer üzrə qeydiyyata alınmalıdırlar.
Bunun üçün əcnəbinin
və ya vətəndaşlığı olmayan şəxsin
qaldığı yerin (mehmanxana, sanatoriya, istirahət evi,
pansionat, kempinq, turist bazası, xəstəxana və ya
digər belə ictimai yerlər) müdiriyyəti və ya
mənzilin, digər yaşayış sahəsinin sahibi (bundan
sonra - “qəbul edən tərəf”) 3 gün ərzində
əcnəbinin və ya vətəndaşlığı
olmayan şəxsin olduğu yer üzrə qeydiyyata
alınması haqqında ərizə-anketi və həmin
şəxsin pasportunun (digər
sərhədkeçmə sənədinin) surətini
müvafiq icra hakimiyyəti orqanının internet informasiya
ehtiyatı, poçt, elektron poçt vasitəsi ilə
və ya şəxsən müvafiq icra hakimiyyəti
orqanına təqdim etməlidir. Əcnəbilər
və vətəndaşlığı olmayan
şəxslər də olduğu yer üzrə qeydiyyata
alınmaları üçün bu qaydada müraciət
edə bilərlər.
Ərizə daxil olduqdan sonra müvafiq
icra hakimiyyəti orqanı dərhal əcnəbi və ya vətəndaşlığı
olmayan şəxs barədə məlumatları Vahid Miqrasiya
Məlumat Sisteminə daxil etməklə onları olduğu
yer üzrə qeydiyyata alır və bu barədə 1 iş
günü ərzində müraciət
edən şəxsə yazılı məlumat verir.
Əcnəbilər və vətəndaşlığı
olmayan şəxslər aşağıdakı
müddətlərə qeydiyyata alınırlar:
1) viza əsasında gələnlər
- vizada göstərilən qalma müddətinə;
2) viza tələb olunmayan qaydada
gələnlər - 90 gün müddətinə.
Əcnəbilərin və
vətəndaşlığı olmayan şəxslərin
olduğu yer üzrə qeydiyyata alınması
üçün dövlət rüsumu ödənilmir.
Əcnəbilər və ya
vətəndaşlığı olmayan şəxslər
olduğu yerdən getdikdə, qəbul edən tərəf və ya şəxs özü
bu barədə müvafiq icra hakimiyyəti orqanına
məlumat verir və bu məlumat əsasında onlar olduğu
yer üzrə qeydiyyatdan çıxarılır. Qeydiyyat
müddəti başa çatdıqda əcnəbilər
və ya vətəndaşlığı olmayan
şəxslər qeydiyyatdan çıxarılmış hesab
edilir.
Əcnəbi
və ya vətəndaşlığı olmayan şəxs
olduğu yeri dəyişdikdə, o, bu maddədə
nəzərdə tutulmuş qaydada yeni olduğu yer üzrə
qeydiyyata alınmalıdır.
BMT-nin Qaçqınlar üzrə Ali
komissarının Azərbaycan Respublikasındakı
nümayəndəliyi tərəfindən himayəyə
götürülmüş əcnəbilərin və
vətəndaşlığı olmayan şəxslərin
himayə müddətinə olduğu yer üzrə
qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı
tərəfindən Nümayəndəliyin məlumatları
əsasında aparılır.
[32] 30 noyabr 2018-ci
il tarixli 1370-VQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti,
28 dekabr 2018-ci il, ¹ 294, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 12, I kitab, maddə 2506) ilə 11-ci maddədə “
[33] 5 mart 2013-cü il tarixli 582-IVQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Respublika”
qəzeti, 20 mart 2013-cü il, ¹ 61; “Azərbaycan” qəzeti, 28
mart 2013-cü il, ¹ 63, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, ¹ 03,
maddə 229) ilə 3-cü maddənin birinci
hissəsinin 2-ci bəndi, 6-cı maddə, 9-cu maddənin
birinci hissəsinin 7-ci bəndi və 12-ci maddə ləğv
edilmişdir.
[34] 30 iyun
2009-cu il tarixli 858-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti 28 iyul 2009-cu il, ¹ 163,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, ¹
07, maddə 519) ilə 13-cü maddədə “səlahiyyətli dövlət
orqanına və ya” sözləri “inzibati qaydada və (və ya)” sözləri ilə
əvəz edilmişdir.
[35] 5 oktyabr 2001-ci il tarixli 183-IIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2001-ci il, ¹ 11, maddə 676) ilə 14-cü maddənin mətni yeni
redaksiyada verilmişdir.
Maddənin əvvəlki redaksiyasında deyilirdi:
“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatdan keçməmiş şəxslər, habelə qeydiyyata almaqdan əsassız imtina edən, qeydiyyata almaq üçün bu
Qanunda nəzərdə tutulmayan sənədlər tələb edən, qeydiyyata almaqda süründürməçiliyə yol verən və ya digər qeydiyyata alma və qeydiyyatdan çıxarılma qaydalarına əməl etməyən şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun intizam, inzibati və cinayət məsuliyyəti daşıyırlar”.
[36] 29 dekabr 2015-ci
il tarixli 89-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 31 yanvar 2016-cı il, ¹ 22, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 01, maddə 37) ilə 5-ci maddəsinin ikinci hissəsi
üçüncü hissə hesab edilmişdir və yeni məzmunda ikinci hissə
əlavə edilmişdir.