"İstehsalat
və məişət tullantıları haqqında"
Azərbaycan Respublikası Qanununun tətbiqi ilə
əlaqədar Azərbaycan Respublikasının bəzi
qanunvericilik aktlarına dəyişikliklər və
əlavələr edilməsi barədə
AZƏRBAYCAN
RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. (Çıxarılıb) [1]
II. (Qüvvədən düşüb) [2]
III. Azərbaycan Respublikasının 1964-cü il 11 sentyabr tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1964-cü il, № 15-16, maddə 156, № 21, maddə 215; 1966-cı il, № 24, maddə 230, 235; 1969-cu il, № 10, maddə 75; 1970-ci il, № 17, maddə 138; 1973-cü il, № 2, maddə 13; 1974-cü il, № 5, maddə 28, № 11, maddə 74-75; 1975-ci il, № 3-4, maddə 17; 1976-cı il, № 1-2, maddə 8, 1982-ci il, № 1-2, maddə 4; 1985-ci il, № 4, maddə 40, № 21, maddə 204; 1986-cı il, № 12, maddə 72, № 21-22, maddə 159; 1987-ci il, № 15-16, maddə 156, ; 17, maddə 169; 1990-cı il, № 13-14, maddə 174; 1992-ci il, № 16, maddə 685, № 21, maddə 920; 1993-cü il, № 23-24, maddə 673; 1995-ci il, № 8, maddə 157, № 22, maddə 358; "Azərbaycan Respublikasının Qanunları" 1996-cı il, № 1; "Azərbaycan qəzeti" 1 mart 1997-ci il, Azərbaycan Respublikasının Qanunu 25 aprel 1997-ci il, № 285-IQD; "Azərbaycan qəzeti" 23 aprel 1999-cu il, Azərbaycan Respublikasının Qanunu 2 aprel 1999-cu il, № 648-IQD; "Azərbaycan qəzeti" 7 may 1999-cu il, Azərbaycan Respublikasının Qanunun 2 aprel 1999-cu il, № 651-IQD) 363-cü maddəsinin birinci hissəsinə "təsdiq edilmiş layihə smeta sənədlərini" sözlərindən sonra "və qanunvericiliklə nəzərdə tutulmuş digər sənədləri" sözləri əlavə edilsin.
IV. (Qüvvədən düşüb) [3]
V. Azərbaycan Respublikasının 26 dekabr 1997-ci il tarixli 418-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Su Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 3, maddə 135) 84-cü maddəsinin birinci hissəsinə aşağıdakı məzmunda altıncı abzas əlavə edilsin:
"yeraltı suların, təsərrüfat və içməli sututarlarının olduğu ərazilərdə istehsalat və məişət tullantılarının basdırılması".
VI. Azərbaycan Respublikasının 30 dekabr 1997-ci il tarixli 424-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Meşə Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 3, maddə 139) 59-cu maddəsinə aşağıdakı məzmunda üçüncü hissə əlavə edilsin:
"Meşə zonalarında istehsalat və məişət tullantılarının basdırılması qadağandır";
üçüncü hissə müvafiq olaraq dördüncü hissə hesab edilsin.
VII. "Yerin təki haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il № 4, maddə 224) 21-ci maddəsinin birinci hissəsinin onuncu abzasına "qarşısının alınması" sözlərindən sonra "faydalı qazıntılar olan və ya dağ-mədən işləri aparılan zonalarda istehsalat və məişət tullantılarının basdırılmaması" sözləri əlavə edilsin.
VIII. Bu Qanun dərc olunduğu gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti HEYDƏR
ƏLİYEV
Bakı şəhəri, 22 iyun
1999-cu il
№ 692-IQD
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ
SƏNƏDLƏRİNİN SİYAHISI
1. 30
dekabr 1999-cu il tarixli 787-IQ nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 4,
maddə 251)
2. 11 iyul
2000-ci il tarixli 906-IQ nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2000-ci il, № 8, maddə 584)
3. 14 iyul
2000-ci il tarixli 907-IQ nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2000-ci il, № 8, maddə 585)
QANUNA
EDİLMİŞ DƏYİŞİKLİK VƏ
ƏLAVƏLƏRİN SİYAHISI
[1] 30
dekabr 1999-cu il tarixli 787-IQ nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 4,
maddə 251) ilə I hissə 2000-ci il iyunun 1-dən
ləğv edilmişdir. Əvvəlki redaksiyada deyilirdi:
I. Azərbaycan
Respublikasının 1960-cı il 8 dekabr tarixli Qanunu ilə
təsdiq edilmiş Azərbaycan Respublikasının Cinayət
Məcəlləsinə (Azərbaycan Respublikası Ali
Sovetinin Məlumatı, 1960-cı il, № 29, maddə 143;
1961-ci il, № 9, maddə 37, № 13, maddə 52, № 16,
maddə 60, № 21, maddə 78; 1962-ci il, № 10, maddə 6,
№ 7, maddələr 30, 32, № 22, maddə 115; 1963-cü il,
№ 13, maddə 201; 1964-cü il, № 14, maddə 72; 1965-ci il,
№ 7, maddə 57, № 27, maddə 145; 1966-cı il, №
3, maddə 18, № 8, maddə 59, № 16, maddə 135, №
18, maddə 166, 1967-ci il, № 12, maddə 144, № 17,
maddə 185, № 18, maddə 192, № 19, maddə 207, №
20, maddə 214; 1968-ci il, № 14, maddə 113; 1969-cu il, №
2, maddə 15, № 11, maddə 95, № 22, maddə 173;
1970-ci il, № 2, maddə 13, № 6, maddə 40; 1971-ci il,
№ 22, maddə 177; 1972-ci il, № 7-8, maddə 21, № 12,
maddə 52, № 15-16, maddə 94; 1973-cü il, № 7, maddə
62, № 10, maddə 90, № 13, maddə 116, № 23,
maddə 198; 1975-ci il, № 7, maddə 48, № 16, maddə
138; 1977-ci il, № 1-2, maddə 3, № 5-6, maddə 29, №
8, maddə 49; 1978-ci il, № 13, maddə 127; 1979-cu il, №
4, maddə 23; 1980-ci il, № 10, maddə 125, № 11-12,
maddə 136, № 15, maddə 170, № 18, maddə 187; 1981-ci
il, № 8, maddə 113, № 18, maddə 207, № 20,
maddə 225; 1982-ci il, № 1-2, maddə 1, № 18, maddə
161, № 21, maddə 203, № 24, maddə 292; 1983-cü il,
№ 17-18, maddə 162, № 21, maddə 194; 1984-cü il, №
3-4, maddələr 29, 30, № 7, maddə 55, № 11-12,
maddə 111; 1985-ci il, № 3, maddə 29, № 10, maddə
118, № 11, maddə 130, № 13-14, maddə 151, № 21,
maddə 204, № 22, maddə 216; 1986-cı il, № 11,
maddə 58, № 12, maddə 72, № 15-16, maddə 123;
1987-ci il, № 12, maddə 118, № 14, maddə 141, № 15-16,
maddələr 153, 57, № 18, maddə 173, № 21, maddə
211; 1988-ci il, № 4, maddə 26, № 5-6, maddələr 29,
35, № 8, maddə 58, № 13-14, maddə 136, № 16,
maddə 150; 1989-cu il, № 7-8, maddə 47, № 15-16,
maddə 118; 1990-cı il, № 8, maddələr 53, 55, №
12, maddə 147; 1991-ci il, № 12-13, maddə 203; 1992-ci il,
№ 1, maddə 3, № 5, maddə 100, № 7, maddə 167,
№ 11, maddə 412, № 21, maddə 923; 1993-cü il, № 2,
maddə 64, № 9, maddə 226, № 10, maddə 300, №
23-24, maddə 673; 1995-ci il, № 10, maddə 192, № 22,
maddə 357; Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 1997-ci il, № 2, maddə 116, № 4, maddələr
284, 287, 301, 303, 305, № 5, maddə 378, № 6, maddə 457,
1998-ci il, № 1, maddə 10, № 2, maddə 35, № 5,
maddələr 306, 307, № 8, maddə 488; 1998-ci il, 24 noyabr
tarixli 542-IQD saylı Azərbaycan Respublikasının Qanunu;
1999-cu il, 30 mart tarixli 645-IQD saylı Azərbaycan
Respublikasının Qanunu; "Azərbaycan qəzeti" 7 may
1999-cu il, Azərbaycan Respublikasının Qanunu 20 aprel 1999-cu
il, № 660-IQD; "Azərbaycan qəzeti" 12 iyun 1999-cu
il, Azərbaycan Respublikasının Qanunu 2 aprel 1999-cu il,
№ 650-IQD) aşağıdakı məzmunda 160-3-cü
maddə əlavə edilsin:
Təhlükəli
tullantıların emalı, yəni onların toplanması,
saxlanılması, çeşidlənməsi, daşınması
və zərərsizləşdirilməsi zamanı müəyyən
olunmuş qayda və tələbləri pozma
ehtiyatsızlıq üzündən insan tələfatına və ya
digər ağır nəticələri səbəb olarsa
bir ildən
beş ilədək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır".
[2] 14 iyul 2000-ci il
tarixli 907-IQ nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 8,
maddə 585) ilə II hissə 2000-ci il sentyabrın
1-dən qüvvədən düşmüş hesab edilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
II.
Azərbaycan Respublikasının 1960-cı il 8 dekabr tarixli
Qanunu ilə təsdiq edilmiş Azərbaycan
Respublikasının Cinayət-Prosessual
Məcəlləsinə (Azərbaycan Respublikası Ali
sovetinin məlumatı, 1960-cı il, № 29, maddə 144;
1979-cu il, № 9-10, maddə 72; 1980-ci il, № 11-12, maddə
137; 1983-cü il, № 17-18, maddə 165; 1987-ci il, № 21,
maddə 201; 1988-ci il, № 4, maddə 26, № 13-14, maddə
136, № 16, maddə 153; 1990-cı il, № 3-4, maddə 19,
№ 12, maddə 145; 1992-ci il, № 16, maddə 688; 1993-cü il,
№ 23-24, maddə 673; 1995-ci il, № 10, maddə 192, №
22, maddə 357; Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 1997-ci il, № 4, maddələr 284, 285, 301, 303, 305;
1998-ci il, № 1, maddə 10, № 2, maddə 85, № 5,
maddə 306; "Azərbaycan qəzeti" 12 iyun 1999-cu il,
Azərbaycan Respublikasının Qanunu 2 aprel 1999-cu il, №
650-IQD) 127-ci maddəsinin üçüncü hissəsində "160-1"
rəqəmindən sonra "160-3" rəqəmi ilə
əlavə edilsin.
[3] 11 iyul
2000-ci il tarixli 906-IQ nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2000-ci il, № 8, maddə 584) ilə IV hissə 2000-ci il sentyabrın
1-dən qüvvədən düşmüş hesab edilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
IV. İnzibati hüquqpozmalar
haqqında Azərbaycan Respublikasının
Məcəlləsinə (Azərbaycan Respublikası Ali
Sovetinin Məlumatı, 1984-cü il, № 23, maddə 198; 1985-ci
il, № 3, maddə 33, № 9, maddə 112, № 11, maddə
130, № 21, maddə 204; 1986-ci il, № 6-7, maddə 24,
№ 12, maddə 72; 1987-ci il, № 1-2, maddə 6, № 6,
maddə 48, № 12, maddə 118, ; 15-16, maddə 153, № 21,
maddə 215, № 24, maddə 250; 1988-ci il, № 1, maddə
1, № 5-6, maddə 35, № 8, maddə 58, № 10, maddə
79, № 15, maddə 139, № 16, maddə 150, № 18-19,
maddə 173, № 22-23, maddə 220; 1989-ci il , № 4,
maddə 27, № 9, maddə 69, № 13-14, maddə 107; 1990-ci
il, № 8, maddələr 53, 55, № 12, maddə 185; 1991-ci
il, № 12-13, maddə 203, № 14, maddə 236; 1992-ci il,
№ 16, maddə 687, № 18, maddələr 828, 829, №
21, maddə 922; 1993-cü il, ; 6, maddə 158, № 15, maddə
423; 1994-cü il, № 9, maddə 97; 1995-ci il, № 7, maddə
135, № 22, maddələr 348, 357; Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 2,
maddə 142, № 3, maddə 142, № 3, maddə 2020, №
4, maddələr 287, 296, 301, 303, № 5, maddələr 388,
394, 419, 420, № 6, maddə 457; 1998-ci il, № 1, maddə 9,
№ 2, maddə 60, № 5, maddələr 305, 306, № 6,
maddə 367, № 8, maddə 488; 1998-ci il 24 noyabr tarixli,
542-IQD saylı Azərbaycan Respublikasının Qanunu;
"Azərbaycan qəzeti" 23 aprel 1999-cu il, 30 mart 1999-cu
il, 636-IQD, 637-IQD, 639-IQD, 642-IQD, 645-IQD, 647-IQD saylı
Azərbaycan Respublikasının Qanunları; "Azərbaycan
qəzeti" 7 may 1999-cu il, Azərbaycan Respublikasının
Qanunu 2 aprel 1999-cu il, № 651-IQD) aşağıdakı
dəyişikliklər və əlavələr edilsin:
1. Məcəlləyə
aşağıdakı məzmunda 85-1 və 233-9-cu
maddələr əlavə edilsin:
İstehsalat və
məişət tullantılarının emalı
məqsədilə nəzərdə tutulmayan yerlərdə
tullantıların yerləşdirilməsi və emalına;
şəhərlərin və
digər yaşayış məntəqələrinin
ərazisində kurort, müalicə-sağlamlıq, meşə
və rekreasiya zonalarında yeraltı suların, təsərrüfat
və içməli sututarlarının olduğu
ərazilərdə, eləcə də faydalı
qazıntılar olan və ya dağ-mədən işləri
aparılan zonalarda tullantıların basdırılmasına;
məişət
tullantılarının zərərsizləşdirmək
məqsədilə müəyyən olunmayan yerlərdə
atılmasına, saxlanılmasına və
basdırılmasına;
təhlükəsiz emalı mümkün
olmayan, habelə tranzit daşınmaq, basdırılmaq və
zərərsizləşdirmək məqsədilə bu
tullantıların Azərbaycan Respublikasına
gətirilməsinə;
tullantıların
daşınması (tullantıların nəqliyyat
vasitəsinə yükləndiyi andan müvafiq ünvana çatdırılana
qədər) ilə əlaqədar ətraf mühitin və
insanların sağlamlığının
təhlükəsizliyinin pozulmasına görə
vətəndaşlar minimum
əmək haqqı məbləğinin on mislindən otuz
mislinədək miqdarda, vəzifəli şəxslər
minimum əmək haqı məbləğinin əlli mislindən
səksən mislinədək miqdarda cərimə olunur".
İstehsalat və
məişət tullantıları ilə bağlı
fəaliyyətə dövlət nəzarətini həyata
keçirən müvafiq icra hakimiyyəti orqanı bu
Məcəllənin 85-ci (sanitariya-gigiyena qaydalarının
pozulması hallarından başqa) və 85-1-ci
maddəsində nəzərdə tutulmuş inzibati
hüquqpozmalar haqqında işlərə öz səlahiyyəti
daxilində baxır".
2.
208-ci maddənin birinci və ikinci hissəsində 8-85-ci
maddələrində" sözləri 80-84-cü
maddələrində" sözləri ilə əvəz olunsun.