Cinayət
törətmiş şəxslərin verilməsi (ekstradisiya)
haqqında
AZƏRBAYCAN
RESPUBLİKASININ QANUNU
Birinci
fəsil
Ümumİ
müddəalar
1.1. Azərbaycan Respublikasının ərazisində yaşayan, yaxud olan əcnəbi və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının hüdudlarından kənarda törətdiyi əməllərə görə xarici dövlət tərəfindən cinayət məsuliyyətinə cəlb edilməsi və ya məhkəmə tərəfindən təyin edilmiş cəzanın icrası üçün verilməsi Azərbaycan Respublikası Konstitusiyası, bu Qanun, Azərbaycan Respublikasının cinayət və cinayət-prosessual qanunvericiliyi, Azərbaycan Respublikasının digər qanunvericilik aktları və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri ilə tənzimlənir.[1]
1.2. Cinayət törətmiş Azərbaycan Respublikasının ərazisində yaşayan, yaxud olan əcnəbi və ya vətəndaşlığı olmayan şəxsin (bundan sonra - şəxs) verilməsinə dair Azərbaycan Respublikası ilə sorğu edən xarici dövlət arasında müvafiq müqavilə olmadıqda və ya müvafiq müqavilə ilə tənzimlənməyən məsələlər üzrə həmin müqaviləyə zidd olmayan hissədə qarşılıqlı yardım prinsipinə riayət olunmaqla bu Qanunun müddəaları tətbiq edilir. [2]
1.3. Bu Qanunun müddəaları şəxsin beynəlxalq məhkəmə orqanlarına təslim edilməsinə şamil olunmur.
2.1. Xarici dövlət tərəfindən verilməsi sorğu edilən şəxs yalnız onun törətdiyi əməl Azərbaycan Respublikasının və sorğu edən dövlətin qanunvericiliyinə uyğun olaraq cinayət sayıldıqda və həmin əməlin törədilməsinə görə azı bir il azadlıqdan məhrumetmə cəzası, yaxud daha ağır cəza növü nəzərdə tutulduqda verilə bilər.
2.2. Törətdiyi cinayətə görə xarici dövlətin məhkəməsi tərəfindən azadlıqdan məhrumetmə cəzasına, yaxud daha ağır cəza növünə məhkum olunmuş şəxs cəzanın icrası üçün verilə bilər. Bu halda azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş müddəti altı aydan az ola bilməz.
2.3. Bir neçə cinayətə görə verilməsi sorğu edilən şəxs yalnız törədilməsinə görə nəzərdə tutulan cəzanın növü və həddi bu Qanunun 2.1-2.2-ci maddələrində cəzanın növü və müddəti ilə əlaqədar müəyyən edilmiş şərtlərə cavab verən cinayətə və ya cinayətlərə görə verilə bilər. Belə hallarda həmin şəxsə bu Qanunun 4-cü maddəsinin müddəaları şamil edilir.
İkinci
fəsil
Ekstradİsİya
İlə bağlı məhdudİyyətlər
3.1. Şəxsin verilməsindən aşağıdakı hallarda imtina edilir:
3.1.1. barəsində sorğu edilən şəxs onun verilməsi haqqında məsələ həll etdiyi zaman Azərbaycan Respublikasının vətəndaşı olduqda;
3.1.2. verilməsi haqqında sorğu edilən şəxsə Azərbaycan Respublikası ərazisində qanunvericiliklə müəyyən edilmiş qaydada siyasi sığınacaq verildikdə;
3.1.3. verilməsi haqqında sorğu edilən şəxsin törətdiyi və verilməyə əsas olan əməl Azərbaycan Respublikası tərəfindən siyasi xarakterli cinayət sayıldıqda;
3.1.4. verilməyə əsas olan cinayət Azərbaycan Respublikası ərazisində törədildikdə;
3.1.5. şəxsin verilməsinə əsas olan cinayətə görə Azərbaycan Respublikasının ərazisində qanuni qüvvəyə minmiş hökm və ya cinayət təqibinə xitam verilməsi haqqında qərar olduqda; [3]
3.1.6. Azərbaycan Respublikasının və ya sorğu edən xarici dövlətin cinayət qanunvericiliyinə əsasən, cinayət məsuliyyətinə cəlbetmə, yaxud ittiham hökmünün icrası müddətləri keçdikdə;
3.1.7. Şəxsin verilməsinə əsas olan cinayət sorğu edən xarici dövlətin qanunvericiliyində hərbi xidmət əleyhinə cinayət kimi nəzərdə tutulduqda və hərbi xidmətlə bağlı olmayan başqa cinayətin tərkibini yaratmadıqda;
3.1.8. cinayət törətmiş şəxslərin verilməsi ilə bağlı sorğu edən xarici dövlət tərəfindən qarşılıqlı yardım prinsipinə riayət olunmadıqda; [4]
3.1.9.
Azərbaycan Respublikasının Cinayət-Prosessual
Məcəlləsinə müvafiq olaraq cinayət xüsusi
ittiham qaydasında (zərər çəkmiş
şəxsin şikayəti əsasında) təqib edildiyi
halda.[5]
3.2. Şəxsin verilməsində aşağıdakı hallarda imtina edilə bilər:
3.2.1. şəxsin verilməsinə əsas olan cinayətə görə sorğu edən xarici dövlətin qanunvericiliyi ilə ölüm cəzası nəzərdə tutulduqda;
3.2.2. verilməsi nəticəsində sorğu edilən şəxsin sorğu edən dövlətdə işgəncələrə, yaxud qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara yaxud cəzaya məruz qalacağını güman etməyə kifayət qədər əsaslar olduqda;
3.2.3. verilməsi nəticəsində sorğu edilən şəxsin irqinə, milliyyətinə, dilinə, dininə, vətəndaşlığına, siyasi baxışlarına və ya cinsinə görə təqibə məruz qalmasını və ya ədalətli məhkəməyə olan hüququnun kobud surətdə pozulmasını güman etməyə kifayət qədər əsaslar olduqda; [6]
3.2.4. şəxsin verilməsinə əsas olan cinayət sorğu edən xarici dövlətin ərazisindən kənarda törədilmişdirsə və bu cinayətə görə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən cinayət təqibi nəzərdə tutulmamışdırsa;
3.2.5. şəxsin verilməsinə əsas olan cinayətlə bağlı həmin şəxs Azərbaycan Respublikası ərazisində cinayət məsuliyyətinə cəlb edildikdə;
3.2.6. şəxsin verilməsinin Azərbaycan Respublikasının suverenliyinə, təhlükəsizliyinə və ya başqa mühüm maraqlarına ziyan vuracağını güman etməyə kifayət qədər əsaslar olduqda;
3.2.7. sorğu edən xarici dövlətin qanunvericiliyinə əsasən şəxsin verilməsinə əsas olan cinayət üzrə dəyişdirilməz ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduqda.[7]
Qeyd:
1. Bu Qanunun
3.1.3-cü maddəsinin tətbiqi zamanı
aşağıdakı əməllər siyasi xarakterli cinayət
sayılmır:
a)
Birləşmiş Millətlər Təşkilatının
Baş Assambleyası tərəfindən 9 dekabr 1948-ci il
tarixli "Qenosid cinayətinin qarşısının
alınması və onun cəzalandırılması
haqqında" Konvensiya ilə nəzərdə tutulan
insanlıq əleyhinə cinayətlər;
b) 1949-cu il
tarixli "Döyüşən silahlı
qüvvələrdə yararlıların və
xəstələrin vəziyyətinin
yaxşılaşdırılması haqqında"
Cenevrə Konvensiyasının 50-ci maddəsinə, 1949-cu il
tarixli "Dənizdə silahlı qüvvələr
tərkibində yaralıların, xəstələrin və
gəmi qəzasına uğrayanların vəziyyətinin
yaxşılaşdırılması haqqında"
Cenevrə Konvensiyasının 51-ci maddəsində, 1949-cu il
tarixli "Hərbi əsirlərlə rəftar
haqqında" Cenevrə Konvensiyasının 130-cu
maddəsinə, 1949-cu il tarixli "Müharibə zamanı
mülki əhalinin qorunması haqqında" Cenevrə
Konvensiyasının 147-ci maddəsində nəzərdə
tutulan cinayətlər;
c) insan
həyatı, sağlamlığı, təhlükəsizliyi
və ya azadlığı əleyhinə törədilən
ağır və ya xüsusilə
ağır cinayətlər
və ya bu cür cinayət törətməyə cəhd,
yaxud bu cür cinayətin törədilməsində və ya
onun törədilməsinə iştirakçılır; [8]
ç)
Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq
müqavilələrlə cinayət təqibi
nəzərdə tutulan əməllər.
2. Bu Qanunun
3.2.1-ci maddəsində nəzərdə tutulmuş hallarda
şəxs yalnız o zaman verilə bilər ki, sorğu
edən dövlət həmin şəxs barəsində
ölüm hökmü çıxararsa onun icra
olunmayacağına təminat versin.
3. Bu Qanunun
3.1.1 və 3.2.1-ci maddələrində nəzərdə tutulmuş
hallarda şəxsin verilməsindən imtina edildikdə,
sorğu edən dövlətin vəsaitinə uyğun olaraq
həmin şəxs Azərbaycan Respublikasının
qanunvericiliyinə əsasən cinayət
məsuliyyətinə cəlb oluna bilər.
4.1. Xarici dövlətin sorğusuna əsasən verilən şəxs yalnız onun verilməsinə əsas olan cinayətin törədilməsinə görə həmin dövlətin qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada təqib edilə bilər.
4.2. Verilən şəxs verilmədən əvvəl törətdiyi və verilməyə əsas olmayan cinayətə görə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan məsuliyyətə cəlb oluna, yaxud üçüncü dövlətə verilə bilməz.
Verilmə haqqında sorğuda nəzərdə tutulmayan əmələ görə şəxsin cinayət məsuliyyətinə cəlb olunmasına yalnız bu Qanunun 2-ci maddəsinin tələbləri nəzərə alınmaqla razılıq verilə bilər.
4.3. Verilən şəxs cəza çəkdikdən, yaxud qanunvericiliklə nəzərdə tutulmuş əsaslara görə cəza çəkməkdən azad edildikdən qırx beş gün sonra sorğu edən dövlətin ərazisini tərk etmədikdə, yaxud həmin ərazini tərk etdikdən sonra ortaya könüllü qayıtdıqda, onun cinayət məsuliyyətinə cəlb edilməsinə, yaxud üçüncü dövlətə verilməsinə Azərbaycan Respublikasının razılığı tələb olunmur. Verilən şəxsin üzürlü səbəblərdən sorğu edən dövlətin ərazisini tərk edə bilmədiyi vaxt göstərilən müddətə daxil edilmir.
Üçüncü
fəsil
Ekstradİsİyanın
prosedur qaydaları
5.1. Xarici dövlətin səlahiyyəti orqan tərəfindən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına yazılı şəkildə təqdim olunan şəxsin verilməsi haqqında sorğuda aşağıdakılar göstərilməlidir:
5.1.1. sorğu edən xarici dövlətin səlahiyyətli orqanının adı;
5.1.2. sorğu edilən şəxsin adı, soyadı, atasının adı, doğulduğu tarix, vətəndaşlığı, daimi yaşayış yeri və ya olduğu yer, zahiri görkəminin təsviri, şəxsiyyətinin və vətəndaşlığının müəyyən edilməsi üçün zəruri olan digər məlumatlar;
5.1.3. verilməyə əsas olan cinayətin təsviri, törədildiyi vaxtı, yeri, digər faktiki halları, müvafiq qanuna istinad etməklə törədilmiş əməlin hüquqi tövsifi;
5.1.4. cinayət nəticəsində vurulmuş maddi ziyanın həcmi və başqa zərərli nəticələri;
5.1.5. mümkün olduqda sorğu edilən şəxsin fotoşəkli və əl barmaqlarının izləri.
5.2. Şəxsin verilməsi haqqında sorğuya onun məqsədləri nəzərə alınmağa aşağıdakı sənədlər əlavə edilir:
5.2.1. cinayətin törədilməsində ittiham olunan şəxs barəsində məhkəmə və ya başqa səlahiyyətli orqan tərəfindən çıxarılmış həbs qərarı və ya belə qərarın təsdiqlənmiş surəti;
5.2.2. verilməsi sorğu edilən şəxs məhkum olunmuşdursa qanuni qüvvəyə minmiş hökm və ya onun təsdiqlənmiş surəti verilməyə əsas olan cinayətə görə təyin edilən cəzanın çəkilməmiş hissəsi haqqında sənəd;
5.2.3. əməlin cinayət olmasını müəyyən edən, habelə cinayət məsuliyyətinə cəlb etmə və ya ittiham hökmünün icrası müddətlərinə aid olan sorğu edən dövlətin qanunlarının müvafiq maddələrinin tam mətni.
5.3. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı sorğu daxil olduğu vaxtdan ən geci yeddi gün müddətində təqdim olunmuş sənədləri yoxlayır və onların bu Qanunun 5.1 və 5.2-ci maddələrində nəzərdə tutulmuş tələblərə cavab verməməsinə müəyyən etdikdə, xarici dövlətin səlahiyyətli orqanına müvafiq sənədlərin təqdim olunması haqqında müraciət edir. Bu müraciətə bir aydan gec olmayan müddətdə cavab alınmalıdır. Zəruri hallarda xarici dövlətin vəsaitinə əsasən bu müddət əlavə bir ay uzadıla bilər.
6.1. Şəxsin verilməsi haqqında sorğuda bu Qanunun 5.1 və 5.2-ci maddələrində nəzərdə tutulmuş tələblərə əməl olunmuşdursa Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq şəxsin axtarışı və həbs edilmiş lazımi tədbirlər görür. [9]
6.2. Sorğu edilən şəxs həbs edildikdən sonra onun verilməsi məsələsinə baxılması üçün bütün sənədlər Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun yerləşdiyi ərazi üzrə ağır cinayətlər məhkəməsinə təqdim edilir. [10]
6.3. Şəxsin həbsə alınması barəsində sorğu edən dövlətə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təxirəsalınmadan məlumat verilir.
6.4. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilmədikdə, şəxsin verilməsi üçün həbsdə saxlanılma müddəti və həbsdə saxlanılma müddətinin uzadıldığı müddət Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilir.[11]
7.1. Təxirəsalınmaz hallarda xarici dövlətin vəsatətinə əsasən verilmə haqqında sorğu alınanadək, şəxsin axtarışı, tutulması və həbs edilməsi üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları tərəfindən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada zəruri tədbirlər görülür. Vəsatətdə bu Qanunun 5.2.1 və 5.2.2-ci maddələrində nəzərdə tutulan sənədlərin mövcud olması və şəxsin verilməsi haqqında sorğunun təxirəsalınmadan təqdim ediləcəyi göstərilməlidir. Vəsatətdə həmçinin şəxsin verilməsinə əsas olan cinayət, onun törədilməsi vaxtı, yeri, verilməsi sorğu ediləcək şəxsin vətəndaşlığı və şəxsiyyəti haqqında məlumatlar əks etdirilməlidir. [13]
7.2. Sorğu alınanadək şəxsin tutulması, həbsə alınması haqqında vəsatət teleqraf, poçt və ya yazılı şəkildə, təsdiq edilməsi mümkün olan başqa rabitə vasitələri, yaxud Kriminal polisin beynəlxalq təşkilatı (İnterpol) vasitəsi ilə təqdim edilə bilər. [14]
7.3. Bu Qanunun 7.1-ci maddəsinə uyğun olaraq şəxsin tutulması, həbsə alınması və ya bundan imtinanın səbəbləri haqqında sorğu edən dövlətə təxirəsalınmadan məlumat verilir. [15]
7.4. Sorğu edən xarici dövlət şəxsin həbsə alınması haqqında rəsmi məlumat aldığı vaxtdan ən geci 18 gün müddətində verilmə haqqında sorğu və ya bu Qanunun 5-ci maddəsində göstərilən sənədləri təqdim etmədikdə, bu Qanunun 7.1-ci maddəsində göstərilən qaydada həbs edilmiş şəxs azad olunur. Üzürlü səbəblər olduqda vəsatət verən xarici dövlətin xahişinə əsasən bu maddədə göstərilən müddət şəxsin həbsə alınması haqqında rəsmi məlumat alındığı vaxtdan 30 gündən artıq olmamaq şərti ilə uzadıla bilər.
7.5. Şəxsin azad olunması sorğu alındıqdan sonra onun yenidən həbs edilməsini istisna etmir.
8.1. Ağır cinayətlər məhkəməsi xarici dövlətin sorğusu əsasında şəxsin verilməsi məsələsinə baxır və bu barədə müvafiq əsaslandırılmış qərar qəbul edir. [16]
8.2. Ağır cinayətlər məhkəməsinin şəxsin verilməsi haqqında qərarından Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada şikayət və ya protest verilə bilər. [17]
8.3. Şəxsin verilməsindən imtina haqqında sorğu edən xarici dövlətin səlahiyyətli orqanına Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən məlumat verilir.
9.1. Barəsində bu Qanunla nəzərdə tutulmuş verilmə tədbirləri həyata keçirilən şəxs təxirəsalınmadan vətəndaşı olduğu dövlətin rəsmi nümayəndəsi və ya bu qisimdə çıxış edən şəxslə əlaqə yaratmaq və onunla görüşmək hüququna malikdir.
9.2. Barəsində bu Qanunla nəzərdə tutulmuş verilmə tədbirləri həyata keçirilən şəxsi müdafiə və digər hüquqları Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq təmin edilir.
10.1. Xarici dövlət tərəfindən verilməsi sorğu edilən şəxsi Azərbaycan Respublikası ərazisində cinayət məsuliyyətinə cəlb olunmuşdursa, yaxud cəza çəkirsə, onun verilməsi cinayət tətbiqi başa çatana, yaxud təyin edilmiş cəza çəkilənədək təxirə salına bilər.
10.2. Verilmənin təxirə salınmasının səbəbləri haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən xarici dövlətin səlahiyyətli orqanına məlumat verilir.
11.1. Bu Qanunun 10.1-ci maddəsində göstərilən şəxs xarici dövlətin ərazisində təxirəsalınmaz prosessual hərəkətlərin yerinə yetirilməsi üçün müvəqqəti olaraq verilə bilər. Müvəqqəti verilmə şəxsin verilməsi haqqında bu Qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq həyata keçirilir.
11.2. Cinayət işi üzrə prosessual hərəkətlərin icrası başa çatdıqdan sonra, lakin müvəqqəti verildiyi vaxtdan üç aydan gec olmayaraq, verilən şəxs Azərbaycan Respublikasına qaytarılmalıdır.
11.3. Xarici dövlətin səlahiyyətli orqanı bu Qanunun 11-ci maddəsinin tələblərinə əsasən şəxsin qəbul edilməsi haqqında yazılı şəkildə razılığını bildirməlidir. Şəxsin müvəqqəti verilməsi yalnız belə razılıq alındıqdan sonra həyata keçirilə bilər.
12.1. Bir neçə xarici dövlət eyni şəxsin verilməsi barədə sorğu etdikdə, bu Qanunun müddəaları nəzərə alınmaqla, sorğu edilən şəxs bir qayda olaraq, ərazisində cinayətin törədildiyi xarici dövlətə verilir.
12.2. Bir neçə xarici dövlətin ərazisində verilməyə əsas olan cinayət və cinayətlər bir neçə dövlətin ərazisində törədildikdə və bu dövlətlərin hər biri şəxsin verilməsi haqqında sorğu etdikdə, şəxsin verilməsi məsələsi həll edilərkən törədilmiş cinayətlərin ağırlığı, işin digər faktiki halları, cinayət törətmiş şəxsin vətəndaşlığı və sorğunun təqdim edilməsi tarixi nəzərə alınır.
13.1. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı orqanı şəxsin verilməsi vaxtı və yeri haqqında xarici dövlətin müvafiq səlahiyyətli orqanına məlumat verir. Müəyyən olunmuş vaxtdan ən geci on beş gün müddətində xaric dövlət tərəfindən qəbul edilməyən sorğu edilən şəxs azad olunur.
13.2. Sorğu edən dövlətin vəsaitinə əsasən şəxsin qəbul edilməsi müddəti Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu Qanunun 13.1-ci maddəsində müəyyən olunmuş vaxtdan etibarən otuz gündən artıq olmamaq şərti ilə uzadıla bilər.
Verilmiş şəxs cinayət məsuliyyətindən, yaxud cəza çəkməkdən yayındıqda və yenidən Azərbaycan Respublikasının ərazisinə qayıtdıqda, xarici dövlətin vəsatətinə əsasən həmin dövlətə təkrar verilə bilər. Belə halda bu Qanunun 5-ci maddəsində göstərilən sənədlər tələb olunmur.
I V F Ə S I L
YEKUN MÜDDƏALARI [18]
15.1. Verilmiş şəxsin cinayət təqibinin nəticələri haqqında xarici dövlətin səlahiyyətli orqanı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına məlumat verməlidir.
15.2. Bu Qanunun 15.1-ci maddəsində nəzərdə tutulmuş qayda haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən xarici dövlətin səlahiyyətli orqanına məlumat verilir.
16.1. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı xarici dövlətin səlahiyyətli orqanının sorğusuna əsasən üçüncü dövlət tərəfindən verilən şəxslərin Azərbaycan Respublikasının ərazisindən tranzit daşımasına icazə verə bilər.
16.2. Bu Qanunun 3-cü maddəsində nəzərdə tutulmuş hallarda tranzit daşımaya icazədən imtina edilə bilər. Bu cür imtinaya əsas olan halların müəyyənləşdirilməsi üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tranzit daşımayan icazə istəyən xarici dövlətdən müvafiq məlumatlar tələb edə bilər.
16.3. Tranzit daşıma haqqında sorğu yazılı qaydada təqdim edilir.
16.4. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı bu Qanunun müddəaları nəzərə alınmaqla, tranzit daşımanın həyata keçirilməsinə icazə verir və bu barədə xarici dövlətin səlahiyyətli orqanlarını məlumatlandırır.
16.5. Tranzit daşıma üçün hava nəqliyyatı istifadə edildikdə aşağıdakı qaydalara riayət edilməlidir:
16.5.1. hava gəmisinin Azərbaycan Respublikasının hava limanında enməsi nəzərdə tutulmadıqda, tranzit daşımanı həyata keçirən dövlət bu barədə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına məlumat verir və bu Qanunun 5.2.1 və 5.2.2-ci maddələrində göstərilən sənədlərin mövcud olmasını təsdiq edir;
16.5.2. hava gəmisi Azərbaycan Respublikasının hava limanında planlaşdırılmayan qaydada endikdə daşınan şəxs xarici dövlətin müvafiq səlahiyyətli orqanının vəsatətinə əsasən tranzit daşıma haqqında rəsmi sorğu təqdim edilənədək 48 saatadək müddətdə həbsdə saxlanıla bilər;
16.5.3. hava gəmiçinin Azərbaycan Respublikasının hava limanında enməsi nəzərdə tutulduqda tranzit daşımasını həyata keçirən dövlət müvafiq sorğu təqdim etməlidir.
Şəxsin verilməsi və ya tranzit daşıması ilə bağlı bütün xərclər sorğu edən xarici dövlət tərəfindən ödənilir.
18.1. Şəxsin verilməsi ilə bağlı bütün əlaqələr Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının vasitəsi ilə həyata keçirilir.
18.2. Şəxsin verilməsi ilə bağlı təqdim olunan sənədlər Azərbaycan dilinə yaxud Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının razılığı əsasında Birləşmiş Millətlər Təşkilatının rəsmi dillərindən birinə tərcümə edilir.
Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti HEYDƏR ƏLİYEV
Bakı şəhəri, 15 may
2001-ci il
¹ 132-IIQ
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ
SƏNƏDLƏRİNİN SİYAHISI
QANUNA
EDİLMİŞ DƏYİŞİKLİK VƏ
ƏLAVƏLƏRİN SİYAHISI
[1] 20 oktyabr 2015-ci il
tarixli 1397-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 4 noyabr 2015-ci il, ¹ 242,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, ¹
11, maddə 1290) ilə
1.2-ci maddəyə “olmadıqda”
sözündən sonra “və
ya müvafiq müqavilə ilə tənzimlənməyən
məsələlər üzrə həmin
müqaviləyə zidd olmayan hissədə” sözləri
əlavə edilmişdir.
29 aprel 2016-cı il tarixli 216-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 13 may
2016-cı il, ¹ 102, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2016-cı il, ¹ 5, maddə 840) ilə 1.1-ci
maddəyə “olan” sözündən sonra “əcnəbi və ya
vətəndaşlığı olmayan” sözləri əlavə edilmişdir.
[2] 2 iyul 2002-ci il
tarixli 360-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, ¹ 8, maddə
465) ilə 1.2-ci maddədə "olmadıqda" sözündən sonra "qarşılıqlı yardım
prinsipinə riayət olunmaqla" sözləri
əlavə edilmişdir.
20 oktyabr 2015-ci il
tarixli 1397-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 4 noyabr 2015-ci il, ¹ 242,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, ¹
11, maddə 1290) ilə
1.2-ci maddəyə “olmadıqda”
sözündən sonra “və
ya müvafiq müqavilə ilə tənzimlənməyən
məsələlər üzrə həmin
müqaviləyə zidd olmayan hissədə” sözləri
əlavə edilmişdir.
29 aprel
2016-cı il tarixli 216-VQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 13 may 2016-cı il, ¹ 102, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2016-cı il, ¹ 5, maddə 840)
ilə 1.2-ci maddəyə “törətmiş”
sözündən sonra “Azərbaycan
Respublikasının ərazisində yaşayan, yaxud olan əcnəbi və ya
vətəndaşlığı olmayan” sözləri əlavə edilmişdir.
[3] 20 oktyabr 2015-ci il
tarixli 1397-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 4 noyabr 2015-ci il, ¹ 242,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, ¹
11, maddə 1290) ilə
3.1.5-ci maddədə “çıxarıldıqda”
sözü “və ya cinayət
təqibinə xitam verilməsi haqqında qərar olduqda”
sözləri ilə əvəz edilmişdir.
[4] 2 iyul 2002-ci il
tarixli 360-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, ¹ 8, maddə
465) ilə 3.1.8-ci maddə əlavə edilmişdir.
[5] 20 oktyabr 2015-ci il
tarixli 1397-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 4 noyabr 2015-ci il, ¹ 242,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, ¹
11, maddə 1290) ilə
3.1.8-ci maddədə nöqtə işarəsi nöqtəli
vergül işarəsi ilə əvəz edilmişdir və
yeni məzmunda 3.1.9-cu maddə əlavə edilmişdir.
[6] 20 oktyabr 2015-ci il
tarixli 1397-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 4 noyabr 2015-ci il, ¹ 242,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, ¹
11, maddə 1290) ilə
3.2.3-cü maddədə “məruz
qalmasını” sözlərindən sonra “və ya ədalətli məhkəməyə olan
hüququnun kobud surətdə pozulmasını”
sözləri əlavə edilmişdir.
[7] 20 oktyabr 2015-ci il
tarixli 1397-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 4 noyabr 2015-ci il, ¹ 242,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, ¹
11, maddə 1290) ilə
3.2.7-ci maddə yeni redaksiyada verilmişdir.
əvvəlki
redaksiyada deyilirdi:
3.2.7. şəxsin
verilməsinə əsas olan cinayətə görə
Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq
cinayət təqibinə xitam verilməsi haqqında qərar
olduqda.
[8] 2 iyul
2002-ci il tarixli 360-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, ¹ 8, maddə
465) ilə 3-cü maddənin qeydinin "c" bəndində "ağır" sözündən sonra "və ya xüsusilə
ağır" sözləri əlavə edilmişdir.
[9] 20 oktyabr 2015-ci il
tarixli 1397-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 4 noyabr 2015-ci il, ¹ 242,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, ¹
11, maddə 1290) ilə
6.1-ci maddədə “Respublikası
cinayət-prosessual qanunvericiliyinə”
sözləri “Respublikasının
Cinayət-Prosessual Məcəlləsinə” sözləri
ilə əvəz edilmişdir.
[10] 10 iyun 2011-ci il
tarixli 148-IVQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Respublika” qəzeti 30 iyun 2011-ci
il, ¹ 133, “Azərbaycan” qəzeti, 01 iyul 2011-ci il, ¹ 140, Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 2011-ci il, ¹ 6, maddə
481)
ilə 6.2-ci maddədə “Ağır
Cinayətlərə Dair İşlər üzrə
Azərbaycan Respublikasının Məhkəməsinə”
sözləri “onun
yerləşdiyi ərazi üzrə ağır
cinayətlər məhkəməsinə” sözləri
ilə əvəz edilmişdir.
[11] 20 oktyabr 2015-ci il
tarixli 1397-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 4 noyabr 2015-ci il, ¹ 242,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, ¹
11, maddə 1290) ilə
yeni məzmunda 6.4-cü maddə əlavə edilmişdir.
[12] 20 oktyabr 2015-ci il
tarixli 1397-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 4 noyabr 2015-ci il, ¹ 242,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, ¹
11, maddə 1290) ilə
7-ci maddənin adına “şəxsin”
sözündən sonra “tutulması
və” sözləri əlavə edilmişdir.
[13] 20 oktyabr 2015-ci il
tarixli 1397-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 4 noyabr 2015-ci il, ¹ 242,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, ¹
11, maddə 1290) ilə
7.1-ci maddədə “axtarışı”
sözündən sonra “, tutulması”
sözü əlavə edilsin, “cinayət-prosessual
qanunvericiliyi” sözləri “Cinayət-Prosessual
Məcəlləsi” sözləri ilə əvəz edilmişdir.
[14] 20 oktyabr 2015-ci il
tarixli 1397-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 4 noyabr 2015-ci il, ¹ 242,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, ¹
11, maddə 1290) ilə
7.2-ci maddədə “şəxsin”
sözündən sonra “tutulması,”
sözü əlavə edilmişdir.
[15] 20 oktyabr 2015-ci il
tarixli 1397-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 4 noyabr 2015-ci il, ¹ 242,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, ¹
11, maddə 1290) ilə
7.3-cü maddədə “həbsə
alınması və ya həbsə alınmasından”
sözləri “tutulması,
həbsə alınması və ya bundan” sözləri
ilə əvəz edilmişdir.
[16] 10 iyun 2011-ci il
tarixli 148-IVQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Respublika” qəzeti 30 iyun 2011-ci
il, ¹ 133, “Azərbaycan” qəzeti, 01 iyul 2011-ci il, ¹ 140, Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 2011-ci il, ¹ 6, maddə
481)
ilə 8.1-ci maddədə “Ağır
Cinayətlərə dair İşlər üzrə
Azərbaycan Respublikasının Məhkəməsi”
sözləri “Ağır
cinayətlər məhkəməsi” sözləri ilə
əvəz edilmişdir.
[17] 10 iyun 2011-ci il
tarixli 148-IVQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Respublika” qəzeti 30 iyun 2011-ci
il, ¹ 133, “Azərbaycan” qəzeti, 01 iyul 2011-ci il, ¹ 140, Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 2011-ci il, ¹ 6, maddə
481)
ilə 8.2-ci maddədə “Ağır
Cinayətlərə dair İşlər üzrə
Azərbaycan Respublikasının Məhkəməsinin”
sözləri “Ağır
cinayətlər məhkəməsinin” sözləri
ilə əvəz edilmişdir.
20 oktyabr 2015-ci il
tarixli 1397-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 4 noyabr 2015-ci il, ¹ 242,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, ¹
11, maddə 1290) ilə
8.2-ci maddədə “cinayət-prosessual
qanunvericiliyi” sözləri “Cinayət-Prosessual
Məcəlləsi” sözləri ilə əvəz
edilmişdir.
[18] 2 iyul
2002-ci il tarixli 360-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, ¹ 8, maddə
465) ilə 14-cü maddədən sonra "IV fəsil - Yekun
müddəaları" başlığı
əlavə edilmişdir.