Qaz təchizatı haqqında
Azərbaycan
Respublikasının Qanunu
I fəsil
Ümumİ müddəalar
Maddə 1. Əsas anlayışlar
Bu Qanunda işlədilən əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
qaz təchizatı sahəsində fəaliyyət — qazın istehsalı,
emalı, saxlanması, nəqli, paylanması, satılması,
mayeləşdirilməsi, istifadəsi, həmçinin qaz
qurğularının quraşdırılması, boru
kəmərlərinin tikintisi, istifadəsi, nəzarəti, sınağı və sertifikatlaşdırılması;[1]
qaz — təbii qazlar, o cümlədən propan, butan, etilen, propilen,
butilen, butadien, daş kömür qazı, bioloji kütlə qazı, texnoloji proseslərdə alınan qazlar da daxil olmaqla qaz və maye halında olan qaz növləri;[2]
qaz nəqli xidmətləri — istehsalçılar, paylayıcılar, istehlakçılar və qaz anbarları arasında, həmçinin idxal-ixrac və tranzit məqsədilə qazın boru kəmərləri vasitəsilə uzaq məsafələrə ötürülməsi;
qazın paylanması
– qaz paylayıcısı tərəfindən
qazpaylayıcı şəbəkə vasitəsilə
qazın istehlakçılara paylanması və
satılması üzrə fəaliyyət;[3]
birləşdirici məntəqə — nəqliyyatçı və paylayıcı tərəfindən qazın istehlakçıya çatdırılma məntəqəsi. Müqavilələrdə anlayış göstərilməmişsə, birləşdirici məntəqə müxtəlif fiziki və ya hüquqi şəxslərin ixtiyarında olan iki qaz kəmərinin (qaz paylama şəbəkəsində və istehlakçının binası daxilində olan aşağı təzyiqli qaz kəmərləri) birləşdiyi məntəqədir. Əgər istehlakçının binası qaz sayğacları və xarici boru kəmərlərindən açıcı aparatlarla (açarlarla) təmin edilibsə, birləşdirici məntəqə onlardan sonra yerləşir;[4]
qaz eksperti
- qaz təchizatı sahəsində sınaq işlərinin
aparılması üzrə “Uyğunluğun qiymətləndirilməsi
sahəsində akkreditasiya haqqında” Azərbaycan
Respublikasının Qanunu ilə müəyyən olunmuş
qaydada akkreditasiya edilmiş fiziki və hüquqi
şəxslər;[5]
müqavilə və ya energetika müqaviləsi — podratçıya qaz nəqli sistemlərini, paylayıcı şəbəkələri, yeraltı qaz anbarlarını quraşdırmaq və onlardan istifadə etmək və yaxud başqa hallarda dövlət tərəfindən yerinə yetiriləcəyi nəzərdə tutulan digər fəaliyyət növlərini həyata keçirmək şərtlərini müəyyən edən və podratçıya hüquq verən, müvafiq icra hakimiyyəti orqanı və
ya müvafiq icra hakimiyyəti orqanının
yaratdığı qurum ilə podratçı arasında bağlanan və nəzarət orqanı ilə razılaşdırılmış yazılı saziş;[6]
nəzarət orqanı — qaz təchizatı fəaliyyətinə nəzarət edən, onu istiqamətləndirən və qanunvericiliklə müvəkkil edilmiş müvafiq icra hakimiyyəti orqanı;
qaz
paylayıcısı –
alğı-satqı müqaviləsi əsasında
istehlakçılara qazpaylayıcı şəbəkə
vasitəsilə qazın paylanmasını,
satılmasını və bu fəaliyyətlərlə
əlaqədar xidmətləri həyata keçirən
hüquqi şəxs;
qazpaylayıcı
şəbəkə – qazın
istehlakçılara paylanması üçün
yaradılmış, təşkilati, texnoloji və texniki
cəhətdən bir-biri ilə əlaqəli olan
təsərrüfat (qoşulma nöqtəsində boru
kəmərləri və xətləri,
təhlükəsizlik və nəzarət-ölçü
sistemləri, qaz avadanlığı) kompleksi;
qaz
qurğusu – istilik
enerjisinin alınması və məişət ehtiyacları
üçün qazın yanacaq və müxtəlif növ
məhsulların istehsalı üçün xammal kimi
istehlakı prosesində istifadə olunan, dövlət
standartlarının tələblərinə cavab verən
və uyğunluq sertifikatı olan məişət və
sənaye qaz qurğusu (qurğuları);
məişət
qaz qurğusu – ümumi qaz
sərfiyyatı saatda 10 kub metrədək olan, əhalinin
məişət ehtiyacları üçün qazın yanacaq
kimi istehlakı prosesində istifadə olunan, dövlət
standartlarının tələblərinə cavab verən
və uyğunluq sertifikatı olan qaz qurğusu
(qurğuları);
sənaye
qaz qurğusu – ümumi qaz
sərfiyyatı saatda 10 kubmetrdən artıq olan, istilik
enerjisinin alınması və məişət ehtiyacları
üçün qazın yanacaq və müxtəlif növ
məhsulların istehsalı ilə əlaqədar xammal kimi
istehlakı prosesində istifadə olunan, dövlət
standartlarının tələblərinə cavab verən
və uyğunluq sertifikatı olan qaz qurğusu
(qurğuları);
istehlakçı
– alğı-satqı
müqaviləsi əsasında qazı satın alan və
qazdan yanacaq və ya xammal kimi istifadə edən hüquqi
və ya fiziki şəxs;
texniki
şərtlər – tikinti
obyektlərinin qaz təchizatı üçün
layihələndirilməsinə əsas olan və qazın
verilməsi ilə bağlı mühəndis-texniki
parametrləri özündə əks etdirən texniki sənəd;
tikinti
obyektləri – tikinti
fəaliyyəti prosesində yaradılan və ya
yaradılmış bina və ya qurğular;
qoşulma
nöqtəsi – tikinti
obyektinin qaz xəttinin qaz paylayıcı
şəbəkəyə fiziki qoşulma yeri;
qoşulma
xidmətinə görə ödəniş haqqı
– istehlakçı tərəfindən texniki
şərtlərə uyğun olaraq layihələndirilmə
və tikinti-quraşdırma işləri yerinə
yetirildikdən sonra sənaye qaz qurğularının
qazpaylayıcı şəbəkəyə fiziki
qoşulmağa görə müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən olunan
məbləğ;
balans mənsubiyyəti sərhədi
— qaz paylayıcısı tərəfindən qazın
istehlakçıya çatdırılma
məntəqəsində qaz paylayıcısı və
istehlakçı arasında müqavilə ilə qaz
paylayıcı şəbəkənin balans
mənsubiyyətini müəyyənləşdirən
ayırma nöqtəsi;[7]
Maddə 2.
Qanunun tətbiq sahəsi
1. Bu Qanun qaz və maye halında enerji daşıyıcısı kimi işlədilən bütün (təbii qazlar da daxil olmaqla) qaz növlərinin (bundan sonra “qaz”) istehsalı, emalı, nəqli, saxlanması, paylanması, satılması və istifadəsi üzrə fəaliyyətləri tənzimləyir.
2. Bu Qanun energetika
qanunvericiliyinin əsas prinsipləri üzərində qurulmuşdur və qaz sahəsi fəaliyyətlərinin xüsusiyyətlərini özündə əks etdirir.
3. Təbii qaz yataqlarının kəşfi, işlənməsi, inkişafı və təbii qazın hasilatı, ilkin emalı, nəqlə hazırlanması və qaz çıxaran müəssisə tərəfindən onun yığılıb təchizat məntəqəsinə qədər nəqli və həmçinin mühərriklərdə yanacaq şəklində işlədilən qazın istifadəsi və nəql edilməsilə əlaqədar fəaliyyətlər digər qanunlarla tənzimlənir.
II fəsil
Qaz qurğularının
tİkİntİsİ, qurulması və İstİsmarı üzrə tələblər
Maddə 3.
Ümumi
tələblər
1. Qaz qurğularının tikintisi, qurulması, istismarı və işçi vəziyyətdə saxlanması müvafiq tələblərə cavab verməlidir.
2. Qaz qurğuları qazın atmosferə buraxılmamasını, onun təzyiqinin, temperaturunun, tərkibinin və digər göstəricilərinin müvafiq tələblərə uyğunluğunu təmin etməli, başqa qurğu və əməliyyatların təhlükəli təsirindən mühafizə olunmalıdır.
3. Əgər həqiqi və potensial təhlükələr yaranarsa, qaz qurğularının istismarçıları dərhal qaz təchizatçılarına, podratçılar və qaz istehsalı üzrə xüsusi icazəsi olan şəxslər isə müvafiq icra hakimiyyəti orqanına və müvafiq icra
hakimiyyəti orqanının yaratdığı quruma məlumat verməlidirlər. Qaz istehsalı üzrə xüsusi icazəsi olan şəxslər və podratçılar müvafiq icra hakimiyyəti orqanının və müvafiq icra hakimiyyəti
orqanının yaratdığı qurumun qərarlarına əsaslanaraq təhlükələrin qarşısının alınması və aradan qaldırılması üçün tələb olunan bütün tədbirləri görməlidirlər. [8]
4.
Müvàfiq icrà hàkimiyyəti îrqànının səlahiyyətli
nümayəndələri istehlakçını 5 iş
günü əvvəl məlumatlandırmaqla qazdan
səmərəli istifadə, məişət qàz
qurğulàrının təhlükəsiz və etibarlı
istismàr edilməsini təmin åtmək məqsədi ilə həmin
qurğulàra, tüstü bacalarına və qazpaylayıcı
şəbəkəyə àltı àydà bir dəfədən az
olmayaraq texniki baxış keçirilməsini təmin
etməli, nəticələrini 2 nüsxədən ibarət
aktla rəsmiləşdirməli və aktın bir
nüsxəsini mütləq istehlakçıya təqdim
etməlidir. İstehlakçı bu barədə xüsusi
kitabda öz imzası ilə həmin sənədin
alınmasını təsdiq etməlidir.
5.
Sahibkarlıq subyektlərinin sənaye qaz qurğularına
“Sahibkarlıq sahəsində aparılan yoxlamaların
tənzimlənməsi və sahibkarların maraqlarının
müdafiəsi haqqında” Azərbaycan Respublikasının
Qanununda nəzərdə tutulmuş hallarda və qaydada texniki
bàõış kåçirilir.
6.
Qazpaylayıcı şəbəkədə qəza
hallarının qarşısının alınması və
nəticələrinin aradan qaldırılması qaz
paylayıcısı tərəfindən həyata
keçirilir.
7.
İstehlakçılar qaz qurğularının bu Qanuna
müvafiq olaraq istismarına və işçi
vəziyyətdə saxlanılmasına görə
məsuliyyət daşıyırlar.
8. İstehlakçılar
tikinti obyektlərinin daxilində qaz sızmasını və
dəm qazını müəyyən edən detektor
quraşdırmalı və onu işlək
vəziyyətdə saxlamalıdırlar.[9]
9. Sənaye
qurğularının və proseslərinin, istehlakçı
qurğularının, enerji daşıyıcılarının
və məhsullarının sertifikatlaşdırılması
“Uyğunluğun qiymətləndirilməsi sahəsində
akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanunu
ilə müəyyən olunmuş qaydada akkreditasiya edilmiş
uyğunluğu qiymətləndirən qurumlar
tərəfindən aparılır.[10]
Maddə 4. Məişət qaz
qurğularına tələblər[11]
1.
İstehlakçının məişət qaz qurğusu
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi dövlət standartlarının
tələblərinə cavab verməlidir.
2.
İstehlakçının məişət qaz qurğusu
həmin qurğunun yerləşdiyi tikinti obyektində qaz
ekspertləri və ya qaz paylayıcısının
mütəxəssisi tərəfindən sınaqdan
keçirildikdən və sertifikat verildikdən sonra
qazpaylayıcı şəbəkəyə qoşulur.
Sınağın keçirilməsinə və sertifikatın
verilməsinə görə ödəniş tələb
olunmur.[12]
Maddə 5. Sənaye qaz qurğularına tələblər[13]
1. Sənaye qaz qurğuları yoxlanılmalı, sınaqdan keçirilməli və xüsusi icazə əsasında istismara verilməlidir. [14]
2. Sənaye qaz qurğularının yoxlanılması və sınaqdan keçirilməsi müvafiq icra hakimiyyəti orqanı, müvafiq icra hakimiyyəti
orqanının yaratdığı qurum və müstəqil qaz eksperti (hətta qurğunu tikməyən və onu idarə etməyən podratçı) tərəfindən də həyata keçirilə bilər. [15]
3. Sənaye qaz
qurğusunun istismarına icazə qaz təchizatı
sahəsində fəaliyyət göstərən
şəxsə verilir. “İcazə “Lisenziyalar və
icazələr haqqında” Azərbaycan Respublikasının
Qanunu ilə müəyyən olunmuş qaydada və müvafiq icra hakimiyyəti orqanı tərəfindən həmin qurğunun yoxlanılmasını və sınaqdan keçirilməsini təsdiq edən müvafiq sənədlər və hesabat əsasında verilir. Xüsusi icazə vermək üçün müvafiq icra hakimiyyəti orqanı əlavə informasiya, yoxlama və ya sınaq da tələb edə bilər. [16]
Maddə 6.
Qaz qurğularına ziyan vuran dəyişmələr
1. Qaz qurğularında hər hansı nəzərdə tutulmamış dəyişmələr baş verərsə, bu Qanunun 4-cü və 5-ci maddələrində göstərilən şərtlərin yerinə yetirilməsi məcburidir.
2. Bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır.
III fəsil
Qazın İstehsalı, emalı və qaz konteynerlərİ İlə əlaqədar fəalİyyət
Maddə 7. Qaz
təchizatı sahəsində fəaliyyət[17]
1.
Qaz təchizatı sahəsində aşağıdakı
işlər icazə əsasında həyata keçirilir:
1.1.
qazın istehsalı və təbii qazın emalı;
1.2.
qazın nəqli;
1.3.
qazın paylanması;
1.4.
yeraltı qaz anbarlarının işlənməsi,
tikilməsi və istismarı;
1.5.
sənaye qaz qurğusunun istismarı.
2.
Bu maddənin 1-ci hissəsində göstərilən
icazələrin verilməsi bu Qanuna və “Lisenziyalar və
icazələr haqqında” Azərbaycan Respublikasının
Qanununa uyğun olaraq həyata keçirilir.
3.
Bu maddənin 1-ci hissəsində göstərilən
icazələr müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi orqan (qurum) tərəfindən verilir
və icazə alınması üçün
ərizəyə “Lisenziyalar və icazələr haqqında”
Azərbaycan Respublikası Qanununun 18.2.1-18.2.4-cü maddələrində
göstərilən sənədlərlə yanaşı,
aşağıdakı sənədlər də əlavə
olunur:
3.1.
nəzərdə tutulan fəaliyyətin əsas
göstəricilərinin təsviri;
3.2.
qaz qurğularının, müvafiq avadanlıqların
sənədləri, sifarişçinin və onun
işçilərinin peşə ixtisasları;
3.3.
ictimai təhlükəsizlik haqqında memorandum;
3.4.
nəzərdə tutulan fəaliyyətlə məşğul
olan şəxslərin sağlamlığının və
təhlükəsizliyinin təmin olunması qaydaları
üzrə tələb olunan sənədlər;
3.5.
qazdan səmərəli istifadə haqqında
sənədlər;
3.6.
ətraf mühitə təsirin qiymətləndirilməsi
haqqında sənəd.
4. Qaz təchizatı
sahəsində sınaq işləri müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi orqan
(qurum) və ya qaz ekspertləri tərəfindən həyata
keçirilir.
Maddə 8. Qaz ekspertlərinin hüquq və vəzifələri
1. Sənaye qaz qurğularının və proseslərinin, məişət qaz qurğularının, enerji daşıyıcılarının və məhsullarının sertifikatlaşdırılması, sınaqdan keçirilməsi, nəzarəti, planlaşdırılması, elmi-texniki tədqiqatlar və digər texniki məsələlər müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Uyğunluğun
qiymətləndirilməsi sahəsində akkreditasiya
haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun
olaraq akkreditasiya olunmuş uyğunluğu
qiymətləndirən qurumlar tərəfindən yerinə yetirilə bilər.[18]
2. Qaz eksperti kimi fəaliyyət göstərmək üçün akkreditasiya
attestatı müvafiq məsələlərin həllində öz ixtisas səriştəliliyini və etibarlılığını nümayiş etdirən (sübut edən) istənilən şəxsin və təşkilatın sifarişinə görə verilir. Qaz ekspertlərinin sayı inhisar mövqelərinə yol verməmək və onlar arasında müsabiqəni həvəsləndirmək şərtilə müəyyən edilir. [19]
3. Qaz ekspertləri müvafiq icra hakimiyyəti orqanının və ya istənilən maraqlı tərəfin sifarişi ilə işləyirlər. Qaz ekspertlərinin əmək haqqı dərəcələri və onların xidmətilə əlaqədar xərclərin ödənilməsi tariflərlə və ya müvafiq icra hakimiyyəti orqanının qərarları ilə tənzimlənə bilər. Qaz ekspertlərinin əmək haqqı və xərcləri hər konkret hal üçün onların fəaliyyətinə səbəb olan şəxs tərəfindən ödənilir. Əgər həmin şəxs müəyyən edilməmişsə və ya o, xidmətin xərclərini ödəmirsə, əmək haqqı və xərclər qaz ekspertinin xidmətini tələb edən şəxslər tərəfindən ödənilir.
4. Qaz ekspertləri öz qərarlarının və sertifikatlarının dəqiq və düzgünlüyünə görə məsuliyyət daşıyırlar. Müvafiq icra hakimiyyəti orqanı akkreditasiya attestatında üçüncü tərəfin müvafiq sığortasını nəzərdə tuta bilər.[20]
5. Müvafiq icra hakimiyyəti orqanı qaz ekspertlərinin fəaliyyətinə nəzarət edir. Əgər qaz ekspertlərinin ixtisas dərəcəsi, peşə səriştəliliyi və etibarlılığı tələblərə cavab vermirsə, müvafiq icra hakimiyyəti orqanı akkreditasiya
attestatını dayandıra bilər. Zəruri hallarda isə xəbərdarlıq edilmədən xüsusi icazə geri də alına bilər. Bu həmçinin, bu maddənin 3-cü hissəsinə uyğun qaz ekspertinin yüksək əmək haqqı və xərcləri ödəməsini tələb etmə hallarına da aiddir. [21]
6. Qaz qurğularını istehsal edən, quraşdırma və istismar işlərini aparan və təmir edən müəssisə müvafiq texniki məsələləri və nəzarəti müstəqil yerinə yetirmək üçün ixtisasını, təşkilati və texniki səriştəsini və etibarlılığını nümayiş etdirdikdə (öz məhsul və xidmətləri istisna olunmaqla)
qaz eksperti təyin edilə bilər. Bu maddənin 1-ci və 5-ci hissələri belə müəssisələrə də aid edilir.[22]
Maddə 9. Qazın istehsalı və emalı
1. Qaz istehsalı, təbii qazın emalı da daxil olmaqla, müəssisə və onun qaz qurğusu üçün Qanunun 5-ci və 7-ci maddələrinə müvafiq olaraq əvvəlcədən xüsusi icazə obyektidir. [23]
2. Qaz istehsalı üzrə güclərin yaradılması və ya onların genişləndirilməsi digər tərəfin mülkiyyətinin istifadəsinə dəyişiklik gətirirsə və qanunvericiliyə müvafiq olaraq
kompensasiya və ya özgəninkiləşdirilmə zəruridirsə, onlar müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən yeni xüsusi icazənin və planların obyektidir.
3. Qaz istehsalına xüsusi icazə qaz tələbatı və qaz anbarlarının tutumu ilə limitləndirilməlidir. Limitdən artıq əlavə qaz istehsalına sifarişçi tərəfindən energetika müqaviləsinə aid sənəd təqdim edildikdə aşağıdakı hallarda icazə verilir:
əlavə qaz əsas nəql xidmətləri, qaz paylayıcısı və yeraltı anbarlar tərəfindən qəbul edilirsə;
mayeləşdirilərək konteynerlərlə nəql edilirsə və satılırsa;
bərpa olunan enerji növlərini istifadə edən müəssisə və qurğuların sənaye proseslərinin nəticəsində qaz istehsal edilirsə və istehsalçının yaxınlığında həmin qaza tələbat mövcuddursa.
4. İcazədə onu alan şəxsin müntəzəm olaraq öz fəaliyyəti haqqında müvafiq icra hakimiyyəti orqanına hesabat verməsi tələb edilə bilər. [24]
Maddə 10. Qaz konteynerlərinin hazırlanmasına və doldurulmasına tələblər
1. Qazla doldurularaq satılmalı və yaxud hər hansı bir formada qaz istehlakçılarına verilməli olan qaz konteynerlərinin hazırlanması bu Qanunun 3-cü və 7-ci maddələrinin tələblərinə cavab verməlidir. Hər bir konteynerin üzərində daimi olaraq aşağıdakılar göstərilməlidir:
istehsalçının adı və ünvanı;
konteynerin seriyası, nömrəsi, buraxılma və yoxlanma tarixi;
konteynerə doldurula bilən qazın növü, keyfiyyəti və miqdarı;
buraxıla bilən temperaturu və təzyiqi.
2. Qazın konteynerlərə doldurulması fəaliyyətini həyata keçirən müəssisələr:
konteynerlər bu maddənin 1-ci hissəsinə, bu Qanunun 3-cü və 7-ci maddələrinə uyğun olduqda, onlar doldura bilərlər;
konteynerlərin doldurulmasını nişanlamalıdırlar;
öz adlarını, ünvanlarını, konteynerə doldurulmuş qazın növünü, miqdarını, doldurulma tarixini, yoxlama dövrlərini, təhlükəsizlik texnikası üzrə müvafiq təlimatı özündə əks etdirən sənədləri konteynerə əlavə etməlidirlər.
3. Yerin üstündə və altında qurulmuş cəmləşdirici qaz konteynerləri, onlara doldurulan qazın maksimum miqdarının saxlanılmasını təmin edən divarlarla əhatə olunmalı, həmçinin normadan yüksək olan temperaturdan müvafiq şəkildə qorunmalıdırlar. Bu tələblər yerinə yetirilmədən qaz konteynerlərinin qazla doldurulması qadağandır.
IV fəsil
Energetİka müqavİlələrİ, qazın nəql edİlməsİ, paylanması və saxlanılması
Maddə 11.
Qaz fəaliyyəti sahəsində müqavilələr
1. Qaz nəqli xidmətlərinin təşkili, qaz paylayıcı şəbəkələrinin tikintisi və yeraltı qaz anbarlarının yaradılması, onların istismarı, yenidən qurulması energetika müqavilələri olmadan həyata keçirilə bilməz. Belə müqavilələr podratçı ilə müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra
hakimiyyəti orqanının yaratdığı qurum arasında bağlanılır. Müqavilələr nəzarət orqanı tərəfindən təsdiq edildikdən sonra qüvvəyə minir. Müqavilənin təsdiq olunma tarixi onun qüvvəyə minmə tarixi hesab edilir.
2. Energetika müqaviləsi müvafiq qanunvericiliyin və müqavilənin müddəaları əsasında müəyyən edilmiş fəaliyyətin yerinə yetirilməsi üzrə podratçıya hüquqlar və vəzifələr verir.
3. Yuxarıda göstərilən hüquqları əldə etmək üçün podratçı dövlətə energetika müqaviləsində göstərildiyi kimi ödəmələr verir.
4. Energetika müqavilələrinin birinci fəaliyyət müddəti onun qüvvəyə mindiyi vaxtdan hesablanmaqla 20 ildən artıq olmamalıdır. Bu maddənin 1-ci hissəsinə müvafiq olaraq müqavilənin fəaliyyəti yenidən daha 10 il uzadıla bilər.
5. Energetika müqaviləsi onun şərtlərinə görə dayandırıla bilər. İstənilən halda müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra
hakimiyyəti orqanının yaratdığı qurum xəbərdarlıq etdikdən və podratçıya çatışmamazlıqları aradan qaldırmaq üçün münasib vaxt verdikdən sonra da podratçı öz vəzifələrindən irəli gələn tələbləri daim pozarsa, müvafiq icra hakimiyyəti orqanı və
ya müvafiq icra hakimiyyəti orqanının
yaratdığı qurum tərəfindən müqavilənin fəaliyyəti dayandırıla bilər.
6. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.[25]
Maddə 12.
Qaz nəqli xidmətləri
1. Podratçılar qaz nəqli xidmətlərini (qurğularını) elə qurmalı, istismar etməli və işçi vəziyyətdə saxlamalıdırlar ki, qazın nəql edilməsi energetika müqaviləsinə, mövcud normativ hüquqi aktlara müvafiq təmin edilsin.
2. Qaz nəqli qurğularının qurulması və istismarı, müqavilələrin tətbiqi, onların həyata keçirilməsi üzrə mövcud qanunvericiliyin istənilən sonrakı tələblərinin obyekti olmaqla:
qaz kəmərlərinin marşrutlarını, binaların, texniki qurğuların və qaz kəmərlərinin funksiyalarını, yerləşdirilməsini, onları birləşdirən tranzit yerləri, şəhərləri, istifadə ediləcək küçələri və torpaqları göstərən 1/25.000 miqyasda xəritəni;
texniki və iqtisadi şərtlər, qazın nəql edilməsinin ətraf mühitə təsiri haqqında hesabatı;
qaz nəqli xidmətlərinin yaradılması, genişləndirilməsi, modifikasiyası, istismarı və işçi vəziyyətdə saxlanılması üzrə podratçıların iş proqramını;
podratçının digər vəzifələri haqqında məlumatı özünə daxil etməlidir.
3. Ziddiyyətli əsaslar olmadıqda podratçı qazı birbaşa sənaye müəssisələrinə nəql edə bilər. Lakin həmin sənaye müəssisəsi qaz paylayıcısının müqavilə ərazisində yerləşmişsə, qaz paylayıcısının əvvəlcədən bu barədə yazılı razılığı olduğu halda podratçıya birbaşa qaz nəqli üçün icazə verilir.
4. İstismara başlamazdan və əhəmiyyətli dərəcədə dəyişikliklər edildikdən sonra qaz nəqli xidmətləri (qurğuları) bu Qanunun 5-ci maddəsinə müvafiq olaraq yoxlanılmalı və xüsusi icazə alınmalıdır. [26]
5. Qazın idxalı və ixracı müqavilələr əsasında həyata keçirilir. İdxal və ixrac da daxil olmaqla qaz nəqli xidmətləri ilə qazın nəql edilməsi üzrə üçüncü tərəflə sazişlər ancaq müvafiq icra hakimiyyəti orqanının razılığı ilə qüvvəyə minir. Bu razılıq həmin sazişlərin energetika müqavilələrinə və mövcud qanunvericiliyə uyğun olduğu hallarda və hədlərdə verilir. Əgər müvafiq icra hakimiyyəti orqanı razılıq almaq üçün ona verilən yazılı sifarişə bir ay müddətində rədd cavabı vermirsə, həmin razılıq verilmiş sayılır.
Bunlar həmçinin birgə
qurğuların, xidmətlərin, müəssisələrin,
təşkilatların yaradılması və təşkil edilməsi üzrə istehsalçılar, təchizatçılar, paylayıcılar və qaz nəqliyyatçıları arasında bağlanan sazişlərə də aiddir. Müvafiq icra hakimiyyəti orqanı istənilən maraqlı tərəfin sifarişinə görə bütün maraqlı tərəflər arasında belə sazişin bağlanmasına müddət limiti qoyur və bu müddət keçdikdən sonra bu sazişlə tənzimlənməyən istənilən məsələ barəsində aşağıdakı ümumi maraqdan irəli gələn qərarlar verə bilər:
qaz təchizatı fasiləsi ilə yaranan vəziyyətin yüngülləşdirilməsi;
qaz nəqli xidmətlərinin qarşılıqlı əlaqəsinin asanlaşdırılması;
istehsalçılara, paylayıcılara və nəqliyyatçılara xidmət edən qaz nəqli xidmətlərinin istismarı və inkişafı;
idxal, ixrac və tranzit üçün qaz nəqli xidmətlərinin təkmilləşdirilməsi.
6. Qanunun əvvəlki müddəalarına əsaslanaraq podratçı və nəqletməni sifariş edən şəxs arasında razılaşma üzrə qazın nəql edilməsinin texniki və kommersiya şərtləri sərbəst müəyyən edilir. Nəqletməni sifariş edən şəxs, qazın qəbul olunma məntəqəsində nəql edilən qazın tərəflər arasında razılaşdırılmış və texniki tələblərə uyğunsuzluğuna, həmin səbəbdən podratçının qurğusuna və üçüncü tərəfə vurulan zərərə görə məsuliyyət daşıyır. Nəql edilən qaz razılaşdırılmış şərtlərə müvafiq deyilsə, podratçı xəbərdarlıq etmədən nəqletmədən imtina etmək və nəqletmə haqqında sazişi ləğv etmək hüququna malikdir.
Maddə 13.
Qazın pàylànmàsı
və sàtılmàsı[27]
1. Energetika müqaviləsinə müvafiq olaraq qaz paylayıcısı müqavilə ərazisində istənilən şəxsin sifarişilə onu qaz şəbəkəsinə birləşdirib təchiz etməlidir və paylayıcının şəbəkəsinə qoşulan istehlakçıların tələblərinin keyfiyyət və kəmiyyətcə daim təmin ediləcəyi dərəcədə qazın istehsalını, alınmasını, ötürülməsini və
sàtılmàsını təşkil etməlidir. Bu Qanunun 12-ci maddəsinin 1-ci, 2-ci, 4-cü, 5-ci və 6-cı hissələri eyni qaydada qazın paylanmasına da tətbiq edilir.[28]
2. Qazın istehsalını, alınmasını və topdansatış təchizatını etibarlı və müvafiq qiymətlərlə təşkil və təmin etmək məqsədilə qaz paylayıcılarına assosiasiya və müəssisələrlə birləşməyə icazə verilir. Bu Qanunun 12-ci maddəsinin 6-cı hissəsi eyni qaydada müvafiq sazişlərə tətbiq edilir.
2-1. İstehlakçıya
sàtılàn qàzın kåyfiyyət göstəriciləri
(tərkibi, sıxlığı, rütubətliliyi, istilik
yaratmaq qabiliyyəti və digər) dövlət stàndàrtlàrının
tələblərinə uyğun îlmàlıdır.
Dövlət stàndàrtlàrının tələblərinin pîzulmàsı
qànunlà müəyyən ådilmiş məsuliyyətə
səbəb îlur. Qàzın kåyfiyyət göstəriciləri
nəzàrət îrqànı tərəfindən làbîràtîriyà
şəràitində və yà õüsusi tåõniki
vàsitələrlə yîõlànılmàlı və
nəticələri bàrədə iståhlàkçılàrà və
qàz pàylàyıcısınà məlumàt verilməlidir. Yoxlama
nəticəsində qàzın kåyfiyyət
göstəriciləri dövlət stàndàrtlàrının
tələblərinə cavab vermədikdə, qaz
paylayıcısından qazın həmin standartlara
uyğunlaşdırılması üçün
tədbirlərin həyàtà kåçirilməsi tələb
ådilməlidir.[29]
3. Qaz təchizatçılarının qaz paylayıcıları tərəfindən təchizatının ümumi şərtləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydalarla təyin edilə bilər. İstehlakçıların qaz
təchizatı üçün texniki şərtlərin
verilməsi və qaz qurğularının qazpaylayıcı
şəbəkəyə qoşulması qaydası müvafiq
icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilir.[30]
4. Qaz paylayıcıları tərəfindən təyin edilmiş qaz təchizatı qiymətləri müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən edilmiş tariflərə müvafiq olmalıdır. Bu tariflər:[31]
paylayıcının qaz təchizatı, digər iş və xidmətləri üzrə qiymətlərin hesablanmasının və təyin edilməsinin metod və prinsiplərini;
müxtəlif kateqoriyalı istehlakçılar üçün hər bir kubmetr verilən qazın tariflərini və onların təyin edilməsi metodlarını özündə əks etdirir.
Tariflər qaz paylanması münasibətləri üzrə energetika müqavilələrinin müddəalarına uyğun olmalı və kütləvi şəkildə yayılmalıdır.
5. Əgər xüsusi hallarda bu maddənin 3-cü və 4-cü hissələrindən irəli gələn qaz təchizatı üzrə tariflər və şərtlər məqsədəuyğun olmazsa, qaz paylayıcısı istənilən istehlakçı ilə tərəflərin qəbul etdiyi yeni şərtlər əsasında xüsusi saziş bağlaya bilər. Qaz paylayıcısı hər belə sazişin surətini müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidir.
6.
Qaz
paylayıcısı aşağıdakı hallarda qazın
verilməsini dayandıra bilər:[32]
istehlakçının
müvafiq yazılı müraciəti (qaz
təchizatının dayandırılmasının
səbəbi və müddəti göstərilməklə)
olduqda;
təmir-profilaktika
və qəza işləri görüldükdə, o
cümlədən baş verən yanğının və ya
qaz sızmasının qarşısı alındıqda;
istehlakçının
qaz qurğusu müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi dövlət standartlarının
tələblərinə cavab vermədikdə;
paylayıcının
istehlakçıya verdiyi qazın sayğacla
müəyyənləşdirilən hesabı
istehlakçıya paylayıcı tərəfindən
təqdim edildikdən (göndərildikdən) sonra bir ay
müddətində tam ödənilmədikdə;
paylayıcı
ilə müvafiq müqavilə bağlanmadıqda;
istehlakçı
bu Qanunun 3-cü maddəsinin dördüncü
hissəsinə uyğun olaraq, müvàfiq icrà hàkimiyyəti
îrqànının səlahiyyətli nümayəndələrini
qaz qurğularına, tüstü bacalarına və
qazpaylayıcı şəbəkəyə texniki
baxış keçirmək üçün onun
mülkiyyətində və ya istifadəsində olan tikinti
obyektinə daxil olmasına maneə törətdikdə
həmin îrqànların göstərişi əsasında;
müvàfiq
icrà hàkimiyyəti îrqànının səlahiyyətli
nümayəndələri tərəfindən tərtib
edilmiş texniki baxış aktında qeyd olunmuş qəza
və (və ya) bədbəxt hadisələrə
səbəb ola biləcək nöqsanlar istehlakçı
tərəfindən nəzərdə tutulmuş
müddətdə aradan qaldırılmadıqda həmin îrqànların
göstərişi əsasında;[33]
məhkəmənin qərarı ilə;
dini ekstremizm
əleyhinə xüsusi əməliyyat aparıldıqda,
həmin əməliyyatın aparılma zonasında, dini
ekstremizm əleyhinə xüsusi əməliyyat aparan
orqanın göstərişi əsasında.[34]
7.
İstehlakçıya qazın verilməsinin
dayandırılması (dini ekstremizm əleyhinə xüsusi
əməliyyatın aparılması ilə əlaqədar
dayandırma halı istisna olmaqla) yalnız fərdi
qaydada həyata keçirilir. Qazın dəyərini
vaxtında ödəməyən istehlakçıya qazın
verilməsinin dayandırılması, qazın dəyərini
vaxtında ödəyən digər istehlakçıların
hüquqlarının pozulması ilə
nəticələnməməlidir. Qaz xətlərinin qanunsuz
olaraq kəsilməsi və ya istehlakçıya yazılı
bildirişin göndərilməsi tələb olunan hallarda
yazılı bildiriş göndərilmədən qazın
verilməsinin dayandırılması qadağandır.[35]
8. Qaz
paylayıcısı istehlakçıya verdiyi qazın
dəyərini yalnız sayğacın
göstəricilərinə əsasən tam
hesablamalıdır və hər ay istehlakçıya
məlumat (hesab) təqdim etməlidir (göndərməlidir).
İstehlakçı tərəfindən qazın hesabı
tam ödənildikdən sonra, qaz paylayıcısı
tərəfindən yol verilmiş səhvə görə
düzgün hesablanmamış qazın dəyərini qaz
paylayıcısı istehlakçı tərəfindən
ödənilməsini tələb edə bilməz.
9.
Məişət qaz qurğularının istifadəsi
üçün qaz sayğacı qaz
paylayıcısının vəsaiti hesabına, sənaye qaz
qurğularının istifadəsi üçün isə qaz
sayğacı istehlakçının vəsaiti hesabına təchiz
edilir, quraşdırılır və dəyişdirilir.
İstehlakçının təqsiri olmadan
zədələnmiş qaz sayğacının təmir
olunması, texniki baxışdan keçirilməsi,
dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi)
və quraşdırılması bu hissənin birinci
cümləsinə uyğun olaraq, zədələnmə
istehlakçının təqsiri üzündən baş
verdikdə isə istehlakçının vəsaiti
hesabına qaz paylayıcısı tərəfindən
həyata keçirilir. Qaz paylayıcısı
tərəfindən qaz sayğacının
dəyişdirilməsi, təmir olunması və ya texniki
baxışdan keçirilməsi istehlakçıdan
tələb edildikdə, bu halda qaz paylayıcısı
tərəfindən həmin tələbin hüquqi
əsası göstərilməlidir. Qaz
sayğaclarının növbəti texniki baxışının
keçirilməsi onların texniki pasportlarında
göstərilmiş müddətdə həyata
keçirilir. Qaz sayğaclarının növbəti texniki
baxışdan keçirilməsinə görə
istehlakçılardan vəsait tələb etmək
qadağandır. İstehlakçının arzusu ilə qaz
sayğacının texniki baxışdan
keçirilməsinə görə istehlakçı
vəsait ödəməlidir.[36]
10. Müvafiq
icra hakimiyyəti orqanının səlahiyyətli
şəxsinin bu Qanunun tələblərinin
pozulmasının qarşısını almağa
istehlakçı tərəfindən mane olma qanunla
müəyyən edilmiş məsuliyyətə səbəb
olur.[37]
11. Tikinti obyektlərinin (o
cümlədən, yaşayış binalarının
mənzillərinin) qaz qurğuları yalnız qaz
xətlərinə tam həcmdə qoşulduqdan, sayğaclar
və detektorlarla təchiz edildikdən sonra istismara qəbul
üçün təqdim edilə bilərlər.[38]
12.
Ərazi planlaşdırılması aparılmamış
ərazilərdə qaz təchizatı üçün
layihələndirmə və tikinti obyektlərindən
qazpaylayıcı şəbəkənin qoşulma
nöqtəsinədək tikinti-quraşdırma işləri
istehlakçının seçdiyi podratçı və ya
qaz paylayıcısı tərəfindən
istehlakçının vəsaiti, dövlət sifarişi
olduğu halda isə dövlətin vəsaiti hesabına
həyata keçirilir. Sənaye qaz qurğularının qazpaylayıcı
şəbəkəyə qoşulmasına görə
sənaye qaz qurğusunun istifadəçiləri qaz
paylayıcısına müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən olunmuş qoşulma
xidmətinə görə ödəniş həyata
keçirir.
13. Qoşulma nöqtəsi çoxmənzilli yaşayış binaları üzrə həmin binalarda yerləşən qaz xətti (dik boru), digər tikinti obyektləri üzrə isə ən yaxın məsafədə yerləşən və texniki parametrlərə uyğun qaz təchizatını təmin edə bilən mövcud qaz şəbəkəsi hissəsi hesab edilir.[39]
Maddə 14.
Yeraltı qaz anbarları
1. Yeraltı qaz anbarlarının işlənməsi, tikilməsi və istismarı ancaq energetika müqavilələri əsasında aparıla bilər və bu məqsədlə müəssisəyə və onun qaz qurğularına əvvəlcədən xüsusi icazə alınmalıdır. [40]
2. Yeraltı qaz anbarlarının işlənməsi, tikilməsi və/və istismarı üçün podratçı aşağıdakı lazımi tədbirləri görməlidir:
yeraltı qaz anbarlarının işlənməsi, istismarı və idarə edilməsi məqsədilə zondlama və ya qazma işləri apararkən laylararası qarşılıqlı əlaqənin aradan qaldırılması;
qazın anbarlara vurulması və saxlanılması üçün istifadə olunmayan geoloji laylara qazın keçməsinin qarşısının alınması;
yerin təkində qazın şaquli və üfuqi istiqamətlərdə genişləndirilməsi;
yeraltı qaz anbarında, qaz saxlanan lay (formasiya) ətrafında yerləşən yeraltı suların xarakteristikalarında fiziki, kimyəvi və bakteoroloji cəhətdən istənilən dəyişikliklərin olmaması, qaz saxlanılan ətraf laylardan (formasiyalardan) və təhlükəli zonalardan alınan suyun içməli su kimi istifadə edilməməsi;
mineral və digər yeraltı sulara (xüsusilə içməli su kimi istifadə olunarsa) və enerji resursları yataqlarına qaz təsirinin olmasına müntəzəm nəzarət edilməsi, podratçı hesabına qaz ekspertləri tərəfindən analiz üçün nümunələrin götürülməsi;
qaz saxlanılması üçün istifadə olunan geoloji layların (formasiyaların) keyfiyyətinin qorunması;
yeraltı qaz anbarlarının istismarı qismən və ya tamamilə dayandırılanda təhlükəsizlik texnikasına və ətraf mühitin mühafizəsinə riayət edilməsi.
3. Qazı yeraltı anbardan çıxarmaq və ya anbara vurmaq üçün istənilən proqramı yerinə yetirməzdən əvvəl podratçı ona xüsusi icazə almalıdır. İcazə almaq üçün sifarişlə birlikdə görülmüş tədqiqatların və işlərin nəticələri haqqında hesabat, planlaşdırılmış əməliyyatların müddətini, üsullarını və təlimatlarını özündə əks etdirən ətraflı proqram, müvafiq geoloji laylar (formasiyalar) haqqında məlumatlar, saxlanılacaq qaz və ya mayenin təzyiqi və müvafiq təhlükəsizlik tədbirləri təqdim edilməlidir. [41]
4. Yeraltı qaz anbarının müvəffəqiyyətli sınağından sonra podratçıya yeraltı qaz anbarının normal istismarı üçün xüsusi icazə verilməlidir. Podratçı qaz anbarının normal istismarına ən azı üç ay qalmış xüsusi icazənin alınması üçün sifariş verməlidir. Sınaq proqramının nəticələri, anbara vurulan qazın istismar şaxtasının yuxarı hissəsində mümkün olan maksimum təzyiqi, saxlanılan qazın mümkün olan maksimum həcmi, anbara vurulan
qazda zərərli və toksik qarışıqların maksimum miqdarı, hər şaxtanın mümkün olan maksimum həcmi, saxlanılan qazı sulu qatlardan ayırma tədbirləri və nəzarət laylarının yeri, sayı və funksiyaları xüsusi icazə sifarişinə əlavə edilməlidir. [42]
5. Eyni hallarda bu Qanunun 12-ci
maddəsinin 5-ci, 6-cı hissələri yeraltı qaz anbarları üçün tətbiq edilir.
Maddə 15.
Qaz təchizatı ilə əlaqədar torpaqda və ictimai istifadədə olan yerlərdə işlərin aparılması
1. Podratçılara torpağın və ictimai istifadədə olan yerlərin qazılması, örtüklərinin götürülməsi, kommunikasiyaların (novçaların, kanalizasiya qapaqlarının və tunellərinin) açılması, mövcud və gələcək qaz kəmərlərinin, qaz qurğularının marşrutları hüdudlarında müqavilə fəaliyyətində lazım sayılan xəndəklərin örtülməsi şərtilə qazılması hüququ verilir.
2. Yeni qaz kəmərləri və digər qaz qurğuları müvafiq olaraq yerin altında və üstündə, müvafiq tikilinin və ya metal qutunun içərisində yerləşdirilməlidir. Bu, həmçinin mövcud qurğuların təzələnməsinə və yerlərinin dəyişdirilməsinə aiddir. Müvafiq icra hakimiyyəti orqanı və müvafiq icra
hakimiyyəti orqanının yaratdığı qurum yuxarıda qeyd edilən hallarda, xüsusən uzaq məsafələrə və yüksək təzyiqli qaz nəqli xidmətlərində istisnalara yol verə bilər.
3. Podratçının vəzifələri aşağıdakılardır:
torpaqda və ictimai
istifadədə olan yerlərdə aparılan qaz
fəaliyyəti işlərinin ictimai infrastrukturun digər sahələrinə cavabdeh olan podratçı və müvafiq icra hakimiyyəti orqanları ilə planlaşdırılması və uzlaşdırılması, təmir və qəza işləri zamanı ictimai infrastrukturun ayrı-ayrı sahələrində maneələr olduqda, əvvəlcədən həmin sahələrin mülkiyyətçisindən yazılı razılığın alınması;
işlərin başlanmasına azı 3 ay qalmış həmin işlərin proqram və planlarını müvafiq icra hakimiyyəti orqanına təqdim etmək, iş əsnasında qarşıya çıxan suallara cavab vermək və işlərin təşkili və icrası ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanının sərəncamlarına uyğun hərəkət etmək;
müvafiq icra hakimiyyəti orqanının və müvafiq icra
hakimiyyəti orqanının yaratdığı qurumun müəyyən etdiyi müddət ərzində bütün işləri başa çatdırmaq və sahənin istifadəsilə əlaqədar onu tələb olunan vəziyyətdə bərpa etmək;
təhlükəsizliyi və imkan daxilində ictimai hərəkəti təmin etmək üçün bütün lazımi tədbirləri görmək;
işləri minimal ziyanla həyata keçirmək, yer səthini, küçələrin və torpağın altındakı boşluqları normal vəziyyətə salmaq, vurulmuş ziyanı işin gedişi zamanı və ya dərhal iş qurtaran kimi aradan
qaldırmaq;
üçüncü tərəfə vurulan ziyanı mövcud qanunvericiliyə müvafiq olaraq ödəmək.
Maddə
16.
Xüsusi mülkiyyətlə əlaqədar işlər
1. Xüsusi mülkiyyətdə yerləşən istənilən qaz kəmərini (xəttini) və qurğusunu yoxlamaq, verilən və istifadə olunan qazın miqdarını təyin etmək və ya qaz nəqli və təchizatı tələb olunmayan halda qaz
qurğularını açmaq məqsədilə podratçının müvəkkil edilmiş əməkdaşları və qaz ekspertləri xüsusi mülkiyyətdə olan sahəyə daxil olmaq hüququna malikdirlər. Podratçı və qaz ekspertləri həmin fəaliyyəti ilə mülkiyyətçiyə vurulan ziyanı ödəməlidir.
2. Qaz xətlərinin (kəmərlərinin) çəkilməsi və qaz qurğularının yerləşdirilməsi məqsədilə podratçının xüsusi mülkiyyətdə olan sahəyə müdaxiləsinə əvvəlcədən həmin mülkiyyətçinin yazılı razılığı, vurulan ziyanın ödənilməsi və ya ehtiyac olduqda, qanunvericiliklə müəyyən edilmiş qaydada özgəninkiləşdirilmə şərtlərilə icazə verilir. Lakin podratçılar mövcud qaz qurğularının və xətlərinin xüsusi mülkiyyətçiyə məxsus torpaqlarda yerləşdiyi yerlərdə yeni qaz kəmərlərinin və qurğularının yerləşdirilməsi fəaliyyətinə başlaya bilərlər. Onlar həmçinin eyni qayda ilə mövcud qaz qurğularını işçi vəziyyətdə saxlamaq, təmir etmək və qazıb çıxarmaq üçün işlər də görə bilərlər. Bu Qanunun 15-ci maddəsinin 2-ci və 3-cü hissələri eyni qaydada xüsusi mülkiyyət sahiblərinin işlərin uyğunlaşdırılmasında iştirakı məqsədilə də (planların əvvəlcədən təqdim olunmasını nəzərə almaqla) tətbiq edilir.
3. Qəza halları istisna olmaqla, torpağın və ya binanın sahibi tərəfindən onun mülkiyyətində olan sahəyə müdaxiləyə və qaz fəaliyyəti göstərməyə icazə verilməyə bilər. Bu, qaz fəaliyyəti göstərmək istəyən şəxsin iş vaxtından kənar müdaxilə etmək istədiyi və ya podratçının və ya müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti
orqanının yaratdığı qurumun ona mülkiyyətində olan sahəyə müdaxilə etmək icazəsi haqqında yazılı sənədin əslini təqdim etmədiyi və ya müdaxilə etmək istəyən şəxs öz şəxsiyyətini təsdiqləyə bilmədiyi hallarda baş verə bilər.
Maddə
17.
Qaz qurğularının xəritələri (sxemləri)
1. Hər təqvim ilinin birinci ayında podratçı qaz kəmərlərinin istiqamətini və digər qaz qurğularının funksiyalarını, yer səthinin relyefini, yerin altında/ üstündə, xəndəyin dərinliyini/hündürlüyünü, uzunluğunu göstərən 1/25.000 miqyasda yenidən baxılmış xəritəsini müvafiq icra hakimiyyəti orqanına və müvafiq icra
hakimiyyəti orqanının yaratdığı quruma təqdim etməlidir.
2. Müvafiq icra hakimiyyəti orqanı və müvafiq icra
hakimiyyəti orqanının yaratdığı qurum podratçıdan yeraltı kəmərlərin və qaz qurğularının bir neçə sxemlərinin böyük miqyasda hazırlanmasını tələb edə bilər.
3. Hər bir xəritənin və sxemin tərtibi və sonuncu buraxılma tarixi ilə qeyd edilmiş surəti Azərbaycan Respublikasında podratçının baş idarəsində saxlanılmalıdır. Dövlət rüsumları ödəməklə bütün sifarişçilərə xəritələrin və sxemlərin öyrənilməsi və surətinin çıxarılması hüququ verilir.[43]
4. Müvafiq icra hakimiyyəti və yerli özünüidarə orqanları xəritələrin və sxemlərin onların müvafiq rayonlarına və yerlərinə aid olan hissələrini podratçıdan pulsuz almaq hüququna malikdir.
V fəsil
Təhlükəsİzlİk, İnsanların sağlamlığının və ətraf mühİtİn qorunması, mühafİzə zonası və tədbİrlərİ
Maddə 18.
Təhlükəsizlik, insanların sağlamlığının və ətraf mühitin qorunması
1. Qazla əlaqədar fəaliyyət göstərən hər bir şəxs ətraf mühitə hər cür mənfi təsirdən çəkinməli və bu fəaliyyətdən irəli gələn labüd təsirləri müvafiq tələblərə uyğun olaraq minimuma endirməlidir.
2. Qazla əlaqədar fəaliyyət göstərən podratçı kimi xüsusi icazəsi olan şəxslərin təhlükəsizliyi, insanların sağlamlığı və ətraf mühitin qorunması üzrə vəzifələri aşağıdakılardır: [44]
müqavilənin qüvvədə olduğu müddətdə öz fəaliyyətini yerinə yetirərkən görüləcək müvafiq tədbirlərdən ibarət təhlükəsizliyi və ətraf mühitin qorunmasını təmin edən planı müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra
hakimiyyəti orqanının yaratdığı quruma təqdim etmək;
insanların sağlamlığına, torpağa, təmiz su təchizatına, ağaclara, bitkilərə, binalara və digər qurğulara dəyə biləcək ziyanın qarşısını almaq;
təsdiq edilmiş metodlara müvafiq olaraq qazın və onun tullantılarının təhlükəsiz və səmərəli yerləşdirilməsini təmin etmək;
işləri başa çatdırdıqda ərazini təmizləmək və onu ətraf mühitin qorunması üçün məqbul səviyyədə bərpa etmək.
3.
Qaz emalı zavodlarının, qazın nəqli
üçün uzunluğu
4.
Qaz təchizatı sahəsində fəaliyyətlə
bağlı mövcud obyektlər ətraf mühitə
təsir göstəricilərinə dair ekoloji
tələblərə uyğun olduqda, həmin obyektlərin
yenidən qurulması və ya həmin obyektlərdə
mövcud qurğu və avadanlıqların dəyişdirilməsi
üçün ƏMTQ sənədinin hazırlanması
tələb olunmur, lakin həmin obyektlərə dair
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqan (qurum) tərəfindən verilən
sənədlərdə (atıla bilən tullantı həddi
(ABTH), buraxıla bilən axıntı həddi (BBAH), ekoloji
pasport) ətraf mühitin mühafizəsi sahəsində
normativ hüquqi aktların və texniki normativ hüquqi
aktların tələbləri nəzərə alınmaqla
müvafiq dəyişikliklər edilir.
5.
Qaz təchizatı sahəsində fəaliyyətlə
bağlı mövcud obyektlərin fəaliyyəti zamanı
təbiətdən istifadə şərtləri ətraf
mühitə təsir göstəricilərinə dair ekoloji
tələblərə uyğun olmadıqda və ya ilkin
layihədə nəzərdə tutulandan fərqli texnologiyalar
və texnoloji üsullar tətbiq edildikdə, həmin
fəaliyyətə dair yenidən ətraf mühitə
təsirin qiymətləndirilməsi (ƏMTQ)
aparılmalıdır.
6. Qaz təchizatı
sahəsində fəaliyyətlə bağlı obyektlərin
ətraf mühitə təsirinin qiymətləndirilməsi
(ƏMTQ) həyata keçirilərkən onların
transsərhəd təsiri müəyyən edildikdə,
həmin obyektlərin transsərhəd təsirlərinin
qiymətləndirilməsi məsələləri
Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq
müqavilələrə uyğun olaraq həll olunur.
Maddə
19.
Mühafizə zonası və tədbirləri
1. Sənaye qurğularını digər qurğuların və fəaliyyət növlərinin zərərli təsirindən qorumaq, habelə insanların həyatını, sağlamlığını və əmlakını müdafiə etmək və mümkün ola bilən qəzaların qarşısını almaq, onların zərərli təsirini azaltmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanı mühafizə zonası və tədbirləri ilə bağlı qaydalar tətbiq edə bilər.
2. Mühafizə zonası dairəsində tikinti işləri aparılmasına, xüsusilə də binaların inşasına icazə verilmir. Bu qaydanı pozaraq aparılan hər cür tikinti işləri müvafiq qaz qurğusuna xüsusi icazəsi olan şəxsin tələbi ilə tikinti sahibinin və ya tikinti üçün ayrılan torpaq sahibinin
hesabına oradan kənar edilməlidir.
3. Bu maddənin 1-ci hissəsi tətbiq edilənə qədər mühafizə zonası və tədbirlərilə bağlı qüvvədə olan norma və qaydalar tətbiq edilir.
VI fəsil
Yoxlama,
ödəmə və cərİmələr, bu Qanunun
pozulmasına görə məsulİyyət
Maddə 20. Yoxlama
Müvafiq icra hakimiyyəti orqanı
və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz
fəaliyyəti ilə bağlı bütün yerləri,
binaları və qurğuları yoxlama hüququna malikdir.
Maddə 21. Ödəmə və cərimələr
1. Müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə
nəzərdə tutulmuş müvafiq tədbirləri
görməlidir. Bu qərar istənilən şəxs tərəfindən yerinə yetirilmədikdə müvafiq icra hakimiyyəti orqanı onun vəsaiti hesabına qərarın və ya müvafiq tədbirlərin həyata keçirilməsini təmin etməlidir.[46]
2. Müvafiq icra hakimiyyəti orqanı qanunvericiliklə müəyyən olunmuş hallarda cərimələr tətbiq edə bilər.
Maddə 21-1. Müvafiq icra hakimiyyəti
orqanının yaratdığı quruma ödənilən
haqq[47]
Qaz istehsalçıları,
təchizatçıları və paylayıcılar
tərəfindən müvafiq icra hakimiyyəti orqanının
yaratdığı quruma haqq ödənilir. Haqqın
məbləği və ödənilmə qaydası
müvafiq icra hakimiyyəti orqanı ilə
razılaşdırmaqla müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən edilir.
Maddə 22. Bu Qanunun pozulmasına görə məsuliyyət
Bu Qanunu pozan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikası qanunvericiliyinə uyğun məsuliyyət daşıyırlar.
VII fəsil
Keçİd müddəaları və beynəlxalq hüquqlar
Maddə 23. Keçid müddəaları
1. Bu Qanunun qüvvəyə minməsinə qədər qaz sahəsinin fəaliyyəti ilə əlaqədar müəyyən edilmiş qaydada bağlanmış hər bir müqavilə bu Qanunla tənzim olunmur.
2. Bu Qanunun və bu Qanuna müvafiq qüvvəyə minmiş energetika müqavilələrinin və ya digər qanunvericilik aktlarının arasındakı hər hansı ziddiyyət bu Qanuna uyğun surətdə həll olunur.
Maddə
24.
Beynəlxalq hüquqlar
Bu Qanun beynəlxalq hüququn, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin, o cümlədən sualtı kabellər və boru kəmərləri ilə, sərhədlərdən çirklənmə, iqlim dəyişiklikləri ilə bağlı müqavilələrin təsir dairəsini azaltmır.
Azərbaycan Respublikasının Prezidenti Heydər ƏLİYEV
Bakı şəhəri, 30 iyun 1998-ci il
¹ 513-IQ
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ
SƏNƏDLƏRİNİN SİYAHISI
1.
30 aprel 2004-cü il tarixli
643-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2004-cü il, ¹ 7, maddə 505)
2.
1 may 2007-ci il tarixli 324-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 5, maddə 442)
3.
30 sentyabr 2009-cu il tarixli 881-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 5 noyabr 2009-cu il, ¹ 247, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, ¹ 10, maddə
768)
4.
2 aprel 2010-cu il tarixli 980-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 26 may 2010-cu il, ¹ 113, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, ¹ 5, maddə
374)
5.
18 mart 2011-ci il tarixli 89-IVQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Azərbaycan” qəzeti,
22 aprel 2011-ci il, ¹ 85, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2011-ci il, ¹ 4, maddə 262)
6.
15 noyabr 2011-ci il tarixli 235-IVQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Respublika”
qəzeti, 24 dekabr 2011-ci il, ¹ 279, “Azərbaycan” qəzeti, 25
dekabr 2011-ci il, ¹ 286, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2011-ci il, ¹ 12, maddə 1091)
7.
30 sentyabr 2015-ci il tarixli 1326-IVQD
nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 14 noyabr 2015-ci il, ¹ 250, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, ¹ 11, maddə
1251)
8.
28 oktyabr
2016-cı il tarixli 373-VQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 14 dekabr 2016-cı il, ¹ 277, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 12,
maddə 1991)
9.
14 aprel
2017-ci il tarixli 595-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 8 iyun
2017-ci il, ¹ 122,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹
6, maddə 1018)
10.
13 fevral
2018-ci il tarixli 994-VQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 3 mart 2018-ci il, ¹ 49, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 3, maddə 380)
11.
13 fevral
2018-ci il tarixli 996-VQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 6 aprel 2018-ci il, ¹ 76, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹4, maddə
634)
QANUNA
EDİLMİŞ DƏYİŞİKLİK VƏ
ƏLAVƏLƏRİN SİYAHISI
[1] 30
sentyabr 2015-ci il tarixli 1326-IVQD
nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Respublika” qəzeti, 14
noyabr 2015-ci il, ¹ 250, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, ¹ 11, maddə
1251)
ilə 1-ci maddənin ikinci
àbzàsındà “mayeləşdirilməsi
və” sözləri “satılması,
mayeləşdirilməsi,” sözləri ilə, “sənaye və istehlakçı
qurğularının” sözləri isə “qaz qurğularının
quraşdırılması, boru kəmərlərinin”
sözləri ilə əvəz edilmişdir.
[2] 30
sentyabr 2015-ci il tarixli 1326-IVQD
nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Respublika” qəzeti, 14
noyabr 2015-ci il, ¹ 250, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, ¹ 11, maddə
1251)
ilə 1-ci maddənin
üçüncü abzasında “qaz halında olan enerji daşıyıcıları,”
sözləri “o
cümlədən” sözləri ilə əvəz
edilmişdir.
[3] 30
sentyabr 2015-ci il tarixli 1326-IVQD
nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Respublika” qəzeti, 14
noyabr 2015-ci il, ¹ 250, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, ¹ 11, maddə
1251)
ilə 1-ci maddənin båşinci
àbzàsı yeni redaksiyada verilmişdir.
Əvvəlki
redaksiyada deyilirdi:
qazın
paylanması — istehlakçıların qoşulduğu
qazpaylayıcı boru və qurğu şəbəkəsi
vasitəsilə paylayıcılardan istehlakçılara
qədər qazın paylanması üzrə fəaliyyət;
[4] 30
sentyabr 2015-ci il tarixli 1326-IVQD
nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Respublika” qəzeti, 14
noyabr 2015-ci il, ¹ 250, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, ¹ 11, maddə
1251)
ilə 1-ci maddənin
altıncı abzası çıxarılmışdır.
[5] 30
sentyabr 2015-ci il tarixli 1326-IVQD
nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Respublika” qəzeti, 14
noyabr 2015-ci il, ¹ 250, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, ¹ 11, maddə
1251)
ilə 1-ci maddənin yeddinci
àbzàsındà “nəzarət,
sınaq işləri, sertifikatlaşma və digər
məsələlər” sözləri “sınaq işləri və sertifikatlaşma”
sözləri ilə əvəz edilmişdir.
14 aprel 2017-ci il
tarixli 595-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 8 iyun
2017-ci il, ¹ 122, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 6, maddə
1018)
ilə 1-ci maddənin
altıncı abzası yeni redaksiyada verilmişdir.
Əvvəlki
redaksiyada deyilirdi:
qaz
eksperti — qaz təchizatı sahəsində sınaq işləri və
sertifikatlaşma üzrə xüsusi
icazə almış fiziki və hüquqi şəxslər;
[6] 30
sentyabr 2015-ci il tarixli 1326-IVQD
nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Respublika” qəzeti, 14
noyabr 2015-ci il, ¹ 250, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, ¹ 11, maddə
1251)
ilə 1-ci maddənin
səkkizinci àbzàsındà anlayışın adında “müqavilə və ya”
sözləri çıxarılmışdır.
13 fevral 2018-ci il tarixli 996-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 6 aprel 2018-ci il, ¹ 76, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹4, maddə
634) ilə 1-ci maddəsinin yeddinci
abzasına, 11-ci maddəsinin 1-ci hissəsinin ikinci
cümləsinə və 5-ci hissəsinin ikinci
cümləsinə (hər iki halda), 16-cı maddəsinin
3-cü hissəsinin ikinci cümləsinə və 18-ci
maddəsinin 2-ci hissəsinin ikinci abzasına ismin müvafiq
hallarında “müvafiq icra
hakimiyyəti orqanı” sözlərindən sonra ismin
müvafiq hallarında “və ya
müvafiq icra hakimiyyəti orqanının yaratdığı
qurum” sözləri əlavə edilmişdir.
[7] 30
sentyabr 2015-ci il tarixli 1326-IVQD
nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Respublika” qəzeti, 14
noyabr 2015-ci il, ¹ 250, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, ¹ 11, maddə
1251)
ilə 1-ci maddənin doqquzuncu
abzasının sonunda nöqtə işarəsi nöqtəli
vergül işarəsi ilə əvəz edilmişdir və
yeni məzmunda onuncu-iyirminci abzaslar əlavə edilmişdir.
[8] 13 fevral 2018-ci il tarixli 996-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 6 aprel 2018-ci il, ¹ 76, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹4, maddə
634) ilə 3-cü maddəsinin 3-cü
hissəsinə (hər iki halda), 15-ci maddəsinin 2-ci
hissəsinin üçüncü cümləsinə,
3-cü hissəsinin dördüncü abzasına və 17-ci maddəsinin
1-ci və 2-ci hissələrinə ismin müvafiq hallarında
“müvafiq icra hakimiyyəti
orqanı” sözlərindən sonra ismin müvafiq
hallarında “və müvafiq
icra hakimiyyəti orqanının yaratdığı qurum”
sözləri əlavə edilmişdir.
22
oktyabr 2019-cu il tarixli 1683-VQD
nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Azərbaycan” qəzeti, 1
dekabr 2019-cu il, ¹ 267, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹11, maddə
1689) ilə 3-cü
maddənin 3-cü hissəsindən (hər iki halda) “xüsusi” sözü
çıxarılmışdır.
[9] 30
sentyabr 2015-ci il tarixli 1326-IVQD
nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Respublika” qəzeti, 14 noyabr
2015-ci il, ¹ 250, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, ¹ 11, maddə
1251)
ilə 3-cü màddəyə
yeni məzmundà 4-8-ci hissələr əlàvə ådilmişdir.
[10] 14 aprel 2017-ci il
tarixli 595-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 8 iyun
2017-ci il, ¹ 122, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 6, maddə
1018)
ilə 3-cü maddəyə
yeni məzmunda 9-cu hissə əlavə edilmişdir.
[11] 30
sentyabr 2015-ci il tarixli 1326-IVQD
nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Respublika” qəzeti, 14
noyabr 2015-ci il, ¹ 250, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, ¹ 11, maddə
1251)
ilə 4-cü maddə yeni
redaksiyada verilmişdir.
Əvvəlki
redaksiyada deyilirdi:
Maddə
4. İstehlakçı qurğularına tələblər
1. İstehlakçı qurğuları yalnız qaz ekspertləri və qaz paylayıcısının mütəxəssisləri tərəfindən yoxlanılmaqla sınaqdan keçirildikdən və sertifikat verildikdən sonra hər hansı qaz kəmərlərinə qoşula bilər.
2.
İstehlakçı bu Qanunun 3-cü maddəsinə
müvafiq olaraq qaz qurğularının istismarına və
işçi vəziyyətdə saxlanılmasına
görə məsuliyyət daşıyır.
[12] 14 aprel 2017-ci il
tarixli 595-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 8 iyun
2017-ci il, ¹ 122, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 6, maddə
1018)
ilə 4-cü maddənin ikinci
hissəsinin birinci cümləsindən “və sertifikat verildikdən” sözləri, ikinci
cümləsindən “və
sertifikatın verilməsinə” sözləri
çıxarılmışdır.
[13] 30
sentyabr 2015-ci il tarixli 1326-IVQD
nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Respublika” qəzeti, 14 noyabr
2015-ci il, ¹ 250, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, ¹ 11, maddə
1251)
ilə 5-ci maddənin adında
“Sənaye” və
mətnində “sənaye”
sözündən sonra “qaz”
sözü əlavə edilmişdir, ikinci hissəsində “müstəqil” sözü
çıxarılmışdır, üçüncü
hissənin birinci cümləsində “qaz” sözündən sonra “təchizatı” sözü əlavə
edilmişdir.
[14] 22
oktyabr 2019-cu il tarixli 1683-VQD
nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Azərbaycan” qəzeti, 1
dekabr 2019-cu il, ¹ 267, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹11, maddə
1689) ilə 5-ci
maddənin 1-ci hissəsindən “xüsusi”
sözü çıxarılmışdır.
[15] 13 fevral 2018-ci il tarixli 996-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 6 aprel 2018-ci il, ¹ 76, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹4, maddə
634) ilə 5-ci maddəsinin 2-ci
hissəsinə “müvafiq icra
hakimiyyəti orqanı” sözlərindən sonra “, müvafiq icra hakimiyyəti
orqanının yaratdığı qurum” sözləri
əlavə edilmişdir.
[16] 22
oktyabr 2019-cu il tarixli 1683-VQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 1 dekabr 2019-cu il, ¹ 267,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il,
¹11, maddə 1689) ilə 5-ci maddənin 3-cü
hissənin birinci cümləsi yeni redaksiyada verilmişdir 3-cü
hissənin ikinci cümləsində “Xüsusi icazə”
sözləri “İcazə
“Lisenziyalar və icazələr haqqında” Azərbaycan
Respublikasının Qanunu ilə müəyyən olunmuş
qaydada və” sözləri ilə əvəz edilmişdir və həmin hissənin
üçüncü cümləsi
çıxarılmışdır.
əvvəlki redaksiyada deyilirdi:
Sənaye qaz qurğusuna xüsusi icazə qaz təchizatı sahəsində fəaliyyət
göstərməyə xüsusi icazəsi olan
şəxsə verilir.
[17] 30
sentyabr 2015-ci il tarixli 1326-IVQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Respublika”
qəzeti, 14 noyabr 2015-ci il, ¹ 250, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, ¹ 11, maddə
1251) ilə 7-ci màddənin adında və mətnində “Qaz sahəsində fəaliyyət”
sözləri “Qaz
təchizatı sahəsində sınaq işləri”
sözləri ilə əvəz edilmişdir.
22
oktyabr 2019-cu il tarixli 1683-VQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 1 dekabr 2019-cu il, ¹ 267,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il,
¹11, maddə 1689) ilə 7-ci maddə yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
Maddə 7. Qaz təchizatı
sahəsində sınaq işləri
Qaz təchizatı
sahəsində sınaq işləri xüsusi icazə əsasında həyata keçirilir. Xüsusi icazə müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. Xüsusi icazə almaq üçün sifarişə aşağıdakılar əlavə olunur:
nəzərdə tutulan fəaliyyətin əsas göstəricilərinin təsviri;
qaz qurğularının, müvafiq avadanlıqların sənədləri, sifarişçinin və onun işçilərinin peşə ixtisasları;
ictimai təhlükəsizlik haqqında memorandum;
nəzərdə tutulan fəaliyyətlə məşğul olan şəxslərin sağlamlığının və təhlükəsizliyinin təmin olunması qaydaları üzrə tələb olunan sənədlər;
qazdan səmərəli istifadə haqqında sənədlər;
ətraf
mühitə təsir haqqında tədqiqat və əsas
məlumatlar.
[18] 30
sentyabr 2015-ci il tarixli 1326-IVQD
nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Respublika” qəzeti, 14 noyabr
2015-ci il, ¹ 250, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, ¹ 11, maddə
1251)
ilə 8-ci maddənin 1-ci
hissəsində “Sənaye”
sözündən sonra “qaz” sözü
əlavə edilmişdir, “istehlakçı”
sözü “məişət
qaz” sözləri ilə əvəz edilmişdir, “nəzarəti” sözü
çıxarılmışdır.
22
oktyabr 2019-cu il tarixli 1683-VQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 1 dekabr 2019-cu il, ¹ 267,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il,
¹11, maddə 1689) ilə 8-ci maddənin 1-ci
hissəsində “bu Qanunun 7-ci
maddəsinə uyğun olaraq verilən xüsusi icazə
əsasında fiziki və hüquqi şəxslər
(özəl və dövlət müəssisələri,
laboratoriyalar və institutlar)” sözləri “Uyğunluğun
qiymətləndirilməsi sahəsində akkreditasiya
haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun
olaraq akkreditasiya olunmuş uyğunluğu
qiymətləndirən qurumlar” sözləri ilə əvəz
edilmişdir.
[19] 22
oktyabr 2019-cu il tarixli 1683-VQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 1 dekabr 2019-cu il, ¹ 267,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il,
¹11, maddə 1689) ilə 8-ci maddənin 2-ci
hissəsində “xüsusi
icazə” sözləri “akkreditasiya
attestatı” sözləri ilə əvəz edilmişdir.
[20] 14 aprel 2017-ci il
tarixli 595-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 8 iyun
2017-ci il, ¹ 122, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 6, maddə
1018)
ilə 8-ci maddənin birinci
hissəsindən “sertifikatlaşdırılması,”
sözü, dördüncü hissəsindən “və sertifikatlarının”
sözləri çıxarılmışdır.
22
oktyabr 2019-cu il tarixli 1683-VQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 1 dekabr 2019-cu il, ¹ 267,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il,
¹11, maddə 1689) ilə 8-ci maddənin 4-cü
hissəsində “xüsusi
icazədə və ya qərarlarda” sözləri “akkreditasiya attestatında”
sözləri ilə əvəz edilmişdir.
[21] 22
oktyabr 2019-cu il tarixli 1683-VQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 1 dekabr 2019-cu il, ¹ 267,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il,
¹11, maddə 1689) ilə 8-ci maddənin 5-ci
hissənin ikinci cümləsində “xüsusi icazə verdiyi fəaliyyəti”
sözləri “akkreditasiya
attestatını” sözləri ilə əvəz edilmişdir və həmin hissənin
üçüncü cümləsi
çıxarılmışdır.
[22] 30
sentyabr 2015-ci il tarixli 1326-IVQD
nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Respublika” qəzeti, 14 noyabr
2015-ci il, ¹ 250, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, ¹ 11, maddə
1251)
ilə 8-ci maddənin 6-cı
hissəsi çıxarılmışdır.
[23] 22
oktyabr 2019-cu il tarixli 1683-VQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 1 dekabr 2019-cu il, ¹ 267,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il,
¹11, maddə 1689) ilə 9-cu maddənin 1-ci, 2-ci
və 3-cü hissələrindən “xüsusi” sözü
çıxarılmışdır.
[24] 22
oktyabr 2019-cu il tarixli 1683-VQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 1 dekabr 2019-cu il, ¹ 267,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il,
¹11, maddə 1689) ilə 9-cu maddənin 4-cü
hissəsində “Xüsusi
icazədə” sözləri “İcazədə”
sözü ilə əvəz edilmişdir.
[25] 30 sentyabr
2009-cu il tarixli 881-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 5 noyabr
2009-cu il, ¹ 247, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2009-cu il, ¹ 10, maddə 768) ilə 11-ci maddəyə
6-cı hissə əlavə edilmişdir.
[26] 22
oktyabr 2019-cu il tarixli 1683-VQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 1 dekabr 2019-cu il, ¹ 267,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il,
¹11, maddə 1689) ilə 12-ci maddənin 4-cü
hissəsindən “xüsusi”
sözü çıxarılmışdır.
[27] 30
sentyabr 2015-ci il tarixli 1326-IVQD
nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Respublika” qəzeti, 14 noyabr
2015-ci il, ¹ 250, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, ¹ 11, maddə
1251)
ilə 13-cü maddənin
àdındà “pàylànmàsı”
sözündən sînrà “və
sàtılmàsı” sözləri əlàvə ådilmişdir.
[28] 30
sentyabr 2015-ci il tarixli 1326-IVQD
nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Respublika” qəzeti, 14 noyabr
2015-ci il, ¹ 250, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, ¹ 11, maddə
1251)
ilə 13-cü maddənin 1-ci
hissəsinin birinci cümləsində “və ötürülməsini” sözləri “, ötürülməsini və
sàtılmàsını” sözləri ilə əvəz
edilmişdir.
[29] 30
sentyabr 2015-ci il tarixli 1326-IVQD
nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Respublika” qəzeti, 14
noyabr 2015-ci il, ¹ 250, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, ¹ 11, maddə
1251)
ilə 13-cü maddəyə
yeni məzmundà 2-1-ci hissə əlàvə ådilmişdir.
[30] 18
mart 2011-ci il tarixli
89-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 22 aprel 2011-ci il, ¹ 85,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, ¹
4, maddə 262) ilə 13-cü maddəsinin 3-cü
hissəsinə yeni məzmunda ikinci cümlə əlavə edilmişdir.
30 sentyabr 2015-ci il tarixli 1326-IVQD
nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 14 noyabr 2015-ci il, ¹ 250, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, ¹ 11, maddə
1251) ilə
13-cü
maddənin 3-cü hissəsinin ikinci cümləsi yeni
redaksiyada verilmişdir.
Əvvəlki
redaksiyada deyilirdi:
İstehlakçılara
qazın verilməsi üçün qazpaylayıcı
şəbəkəyə qoşulmanın texniki
şərtlərinin verilməsi qaydası müvafiq icra
hakimiyyəti orqanı tərəfindən müəyyən
edilir.
[31] 1
may 2007-ci il tarixli 324-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 5, maddə 442) ilə 13-cü maddəsinin 4-cü
hissəsinin birinci cümləsində “orqanları və qaz paylaşdırma ərazisi
üzrə yerli özünüidarə orqanları ilə
razılaşdırılmış” sözləri “orqanı tərəfindən
müəyyən edilmiş” sözləri ilə
əvəz edilmişdir.
[32] 30 sentyabr
2009-cu il tarixli 881-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 5 noyabr
2009-cu il, ¹ 247, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2009-cu il, ¹ 10, maddə 768) ilə 13-cü maddə
üzrə 6-cı hissə yeni redaksiyada verilmişdir.
Əvvəlki
redaksiyada deyilirdi:
6. Qaz paylayıcısı ancaq aşağıdakı hallarda qazın verilməsini dayandıra və ya kəsə bilər:
istehlakçının müvafiq müraciəti olarsa;
çox vacib və ya təxirəsalınmaz işlər tələb olunarsa;
istehlakçının qurğusu müvəqqəti və ya daim müvafiq tələblərə cavab vermirsə;
paylayıcının
istehlakçıya verdiyi qazın hesabı bir ay
müddətində tam ödənilmirsə.
[33] 30
sentyabr 2015-ci il tarixli 1326-IVQD
nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Respublika” qəzeti, 14
noyabr 2015-ci il, ¹ 250, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, ¹ 11, maddə
1251)
ilə 13-cü maddənin
6-cı hissəsinə yeni məzmunda yeddinci və
səkkizinci abzaslar əlavə edilmişdir, yeddinci abzas
isə müvafiq olaraq doqquzuncu abzas hesab edilmişdir.
[34] 28 oktyabr 2016-cı il
tarixli 373-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 14 dekabr 2016-cı il, ¹ 277, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 12,
maddə 1991) ilə 13-cü
maddənin 6-cı hissənin doqquzuncu abzasının sonunda
nöqtə işarəsi nöqtəli vergül
işarəsi ilə əvəz edilmişdir və yeni məzmunda onuncu abzas əlavə
edilmişdir.
[35] 15 noyabr
2011-ci il tarixli 235-IVQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 24 dekabr
2011-ci il, ¹ 279, “Azərbaycan” qəzeti, 25 dekabr 2011-ci il, ¹ 286,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, ¹
12, maddə 1091) ilə 13-cü maddəsinin 7-ci
hissəsinə üçüncü cümlə
əlavə edilmişdir.
28 oktyabr 2016-cı il
tarixli 373-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 14 dekabr 2016-cı il, ¹ 277, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 12,
maddə 1991) ilə 13-cü
maddənin 7-ci hissənin birinci cümləsində “dayandırılması”
sözündən sonra “(dini
ekstremizm əleyhinə xüsusi əməliyyatın
aparılması ilə əlaqədar dayandırma halı
istisna olmaqla)” sözləri əlavə edilmişdir.
[36] 30
sentyabr 2015-ci il tarixli 1326-IVQD
nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Respublika” qəzeti, 14
noyabr 2015-ci il, ¹ 250, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, ¹ 11, maddə
1251)
ilə 13-cü maddənin 9-cu
hissəsi yeni redaksiyada verilmişdir.
Əvvəlki
redaksiyada deyilirdi:
9. Fiziki
şəxs olan istehlakçıların sayğaclarla
təchiz edilməsi, onların quraşdırılması
və dəyişdirilməsi qaz paylayıcısı
hesabına həyata keçirilir.
[37] 30 sentyabr
2009-cu il tarixli 881-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 5 noyabr
2009-cu il, ¹ 247, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2009-cu il, ¹ 10, maddə 768) ilə 7-ci, 8-ci, 9-cu
və 10-cu hissələr əlavə edilmişdir.
30
sentyabr 2015-ci il tarixli 1326-IVQD
nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Respublika” qəzeti, 14
noyabr 2015-ci il, ¹ 250, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, ¹ 11, maddə
1251)
ilə 13-cü maddənin 10-cu
hissəsində “Qaz
paylayıcısının” sözləri “Müvafiq icra hakimiyyəti orqanının”
sözləri ilə əvəz edilmişdir.
[38] 2 aprel 2010-cu
il tarixli 980-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 may
2010-cu il, ¹ 113, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2010-cu il, ¹ 5, maddə 374) ilə 13-cü
maddəsinə 11-ci hissə əlavə edilmişdir.
30
sentyabr 2015-ci il tarixli 1326-IVQD
nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Respublika” qəzeti, 14
noyabr 2015-ci il, ¹ 250, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, ¹ 11, maddə
1251)
ilə 13-cü maddənin 11-ci
hissəsi yeni redaksiyada verilmişdir.
Əvvəlki
redaksiyada deyilirdi:
11.
Yaşayış binaları, o cümlədən
mənzillər yalnız qaz xətlərinə tam həcmdə
qoşulduqdan və sayğaclarla təchiz edildikdən sonra
istismara qəbul üçün Dövlət qəbul
komissiyasına təqdim edilə bilərlər.
Yaşayış binalarının, o cümlədən
mənzillərin qaz xətlərinə qoşulma qaydası
və haqqı müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən edilir.
[39] 30
sentyabr 2015-ci il tarixli 1326-IVQD
nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Respublika” qəzeti, 14
noyabr 2015-ci il, ¹ 250, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, ¹ 11, maddə
1251)
ilə 13-cü maddəyə
yeni məzmunda 12-ci və 13-cü hissələr əlavə
edilmişdir.
[40] 22
oktyabr 2019-cu il tarixli 1683-VQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 1 dekabr 2019-cu il, ¹ 267,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il,
¹11, maddə 1689) ilə 14-cü maddənin 1-ci
hissəsindən “xüsusi”
sözü çıxarılmışdır.
[41] 22
oktyabr 2019-cu il tarixli 1683-VQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 1 dekabr 2019-cu il, ¹ 267,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il,
¹11, maddə 1689) ilə 14-cü maddənin
3-cü hissənin birinci cümləsindən “xüsusi” sözü
çıxarılmışdır və həmin hissənin
ikinci cümləsində “Xüsusi
icazə” sözləri “İcazə”
sözü ilə əvəz edilmişdir.
[42] 22
oktyabr 2019-cu il tarixli 1683-VQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 1 dekabr 2019-cu il, ¹ 267,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il,
¹11, maddə 1689) ilə 14-cü maddənin
4-cü hissəsindən (hər üç halda) “xüsusi” sözü
çıxarılmışdır.
[43] 30
aprel 2004-cü il tarixli 643-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, ¹ 7,
maddə 505) ilə 17-ci
maddəsinin 3-cü hissəsinin ikinci cümləsində
"Müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi rüsumları" sözləri "Dövlət rüsumları" sözləri
ilə əvəz edilmişdir.
[44] 22
oktyabr 2019-cu il tarixli 1683-VQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 1 dekabr 2019-cu il, ¹ 267,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il,
¹11, maddə 1689) ilə 18-ci maddənin 2-ci
hissəsindən “xüsusi”
sözü çıxarılmışdır.
[45] 22
oktyabr 2019-cu il tarixli 1683-VQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 1 dekabr 2019-cu il, ¹ 267,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il,
¹11, maddə 1689) ilə 18-ci maddəyə yeni
məzmunda 3-6-cı hissələr əlavə edilmişdir.
[46] 30 sentyabr
2009-cu il tarixli 881-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 5 noyabr
2009-cu il, ¹ 247, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2009-cu il, ¹ 10, maddə 768) ilə 21-ci maddənin
birinci cümləsində “öz
qərarı ilə bu fəaliyyətin
dayandırılmasını və müəyyən
olunmuş müddətdə qaydaya salınmasını
tələb edə bilər” sözləri “qanunvericilikdə
nəzərdə tutulmuş müvafiq tədbirləri
görməlidir” sözləri ilə əvəz
edilmişdir, ikinci cümlə
çıxarılmışdır.
[47] 13 fevral 2018-ci il tarixli 994-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 3 mart 2018-ci il, ¹ 49, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 3, maddə 380) ilə yeni məzmunda
21-1-ci maddə əlavə edilmişdir.