Sərbəst
toplaşmaq azadlığı haqqında
Azərbaycan Respublİkasının Qanunu
I fəsil
Ümumİ müddəalar
Maddə
1. Sərbəst
toplaşmaq azadlığı
I. Hər kəsin başqaları ilə birlikdə sərbəst toplaşmaq azadlığı Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr ilə təmin edilir. Həmin azadlığın həyata keçirilməsi və məhdudlaşdırılması bu Qanunla müəyyən edilir.[1]
II. Dövlət sərbəst toplaşmaq azadlığının həyata keçirilməsini təmin edir və bu Qanuna uyğun təşkil edilən toplantıların dinc və silahsız keçməsi üçün müvafiq tədbirlər görür.
Maddə
2. Sərbəst toplaşmaq azadlığının
tətbiqi
I. Sərbəst
toplaşmaq azadlığı Azərbaycan
Respublikasının Konstitusiyası və Azərbaycan
Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələrə uyğun olaraq bu Qanun
əsasında tətbiq edilir.
II. Dövlət
sərbəst toplaşmaq azadlığının həyata
keçirilməsi zamanı şəxslərin
bərabərlik hüququna təminat verir.
Maddə
3. Toplantının formaları
Bu Qanunda istifadə edilən
“toplantı” anlayışı bir neçə şəxsin
toplantıda iştirak etmək məqsədi ilə ictimai
yerdə müvəqqəti toplaşması deməkdir. Bu
cür toplantı yığıncaq, mitinq, nümayiş,
küçə yürüşü, piket formalarında ola
bilər.[2]
Maddə 4. Bu Qanunla nizamlanmayan toplantılar
I. Xüsusi mülkiyyətə aid olan yerlərdə toplantı keçirmək hüququna zərər vurmadan aşağıdakı yerlərdə keçirilən toplantılar bu Qanunla tənzimlənmir:[3]
şəxslərin xüsusi mülkiyyətində, icarəsində və ya başqa növ qanuni istifadəsində olan yerlərdə; ictimai tədbirlərin keçirilməsi üçün xüsusi olaraq ayrılmış qapalı yerlərdə.
II. Toplantıların aşağıdakı formaları bu Qanunla tənzimlənmir:
toy və dəfn mərasimləri;
bayram və matəm tədbirləri;
dini mərasimlər.
Toy və dəfn mərasimlərindən, bayram və matəm tədbirlərindən, dini mərasimlərdən yığıncaq, mitinq, nümayiş, küçə yürüşü və piket keçirilməsi üçün istifadə olunarsa, həmin toplantılar bu Qanunun 7-ci və 8-ci maddələrində müəyyən edilmiş tələblərə uyğun məhdudlaşdırıla və ya dayandırıla bilər.[4]
III. Bu maddənin I və II hissələrində nəzərdə tutulmuş dinc toplantıların hər bir iştirakçısı Azərbaycan Respublikası qanunvericiliyinin ümumi tələblərinə riayət etməlidir.
II fəsil
Toplantılar təşkİl
edİlməsİ qaydaları
Maddə 5. Toplantının keçirilməsi
barədə xəbərdarlıq
I. Bu Qanunun 3-cü
maddəsində sadalanan toplantıların hər hansı
birini təşkil edən şəxs və ya
şəxslər bu barədə müvafiq icra hakimiyyəti
orqanını qabaqcadan yazılı surətdə
xəbərdar etməlidirlər. Xəbərdarlıq
nəzərdə tutulmuş toplantı ilə bağlı
müvafiq icra hakimiyyəti orqanı tərəfindən
zəruri tədbirlərin görülməsi məqsədi
ilə onun yeri və vaxtının, küçə
yürüşünün isə marşrutunun
razılaşdırılması üçün
toplantının keçiriləcəyi gündən, bir qayda
olaraq, azı 5 iş günü əvvəl təqdim edilməlidir.
Xəbərdarlığın nəzərdə tutulmuş
toplantının keçiriləcəyi gündən 5 iş
günündən az
müddətdə təqdim edilməsi
təşkilatçılar tərəfindən
əsaslandırılmalıdır.[5]
II. Yazılı xəbərdarlıqda aşağıdakı məlumatlar olmalıdır:
1) keçirilməsi nəzərdə tutulmuş toplantının forması;[6]
2) ümumi məqsədi;[7]
3) toplantının keçirilmə yeri və vaxtı;
4) iştirakçıların təxmini sayı;
5) küçə yürüşü keçirilirsə, onun təklif edilən marşrutu (yürüşün başlanma yeri, məsafəsi və bitəcəyi yer);
6) toplantı təşkilatçıları barədə məlumat (fiziki şəxsin adı, soyadı, atasının adı, və ünvanı; hüquqi şəxsin adı və hüquqi ünvanı);[8]
7) yazılı xəbərdarlığın təqdim edildiyi tarix;
8) əlaqə telefonları və ya onlar olmadıqda əlaqə ünvanı.
9) Müvafiq icra hakimiyyəti orqanının qərarı qəbul edilənədək təşkilatçılar tərəfindən əlavə məlumatlar təqdim oluna bilər.[9]
III. Toplantı təşkilatçılarının hamısı yazılı xəbərdarlığı imzalamalıdırlar.
IV. Təsadüfi toplantılar üçün yazılı xəbərdarlığın təqdim edilməsi tələb olunmur. Təsadüfi toplantılar bu Qanunun 7-ci və 8-ci maddələrində müəyyən edilmiş tələblərə uyğun məhdudlaşdırıla və ya dayandırıla bilər.
Maddə 6. Toplantının
təşkilatçısı
I. Yığıncağın, mitinqin, nümayişin, küçə yürüşünün və ya piketin təşkilatçısı dinc toplantını təşkil edən, adı müvafiq icra hakimiyyəti orqanına təqdim edilmiş yazılı xəbərdarlıqda göstərilən bir və ya bir neçə hüquqi və ya fiziki şəxsdir. [10]
II. 18 yaşına çatmamış şəxslər valideynlərinin və ya digər qanuni nümayəndələrinin yazılı razılığı olmadan və fəaliyyət qabiliyyəti məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məhdudlaşdırılmış şəxslər himayəçilərinin yazılı razılığı olmadan dinc toplantının təşkilatçısı ola bilməzlər.[11]
III. Əcnəbilər və
vətəndaşlığı olmayan şəxslər
siyasi məqsədi olan dinc toplantının
təşkilatçısı ola bilməzlər.[12]
III. Toplantı keçirmək
təklifini irəli sürən siyasi partiya, ictimai birlik,
həmkarlar ittifaqı təşkilatı və ya
təşəbbüs qrupu həmin tədbirin
təşkilatçısını təyin
etməlidir. [13]
IV. Toplantının təşkilatçıları və ya onların nümayəndələri toplantıda şəxsən iştirak etməlidirlər. Bu mümkün olmadıqda təşkilatçılar və ya onların nümayəndələri toplantıya gələ bilməyəcəkləri barədə müvafiq icra hakimiyyəti orqanına tədbirin başlanmasına azı 3 saat qalmış məlumat verməli, eyni zamanda toplantı iştirakçılarını xəbərdar etməlidirlər. Toplantının təşkilatçılarından heç biri toplantıda şəxsən iştirak etmədikdə toplantı keçirilə bilməz.[14]
III fəsil
Dİnc toplantının
məhdudlaşdırılması və ya qadağan
edİlməsİ əsasları və qaydası
Maddə 7. Sərbəst toplaşmaq
azadlığına qoyulan qanuni məhdudiyyətlər
I. Sərbəst toplaşmaq azadlığı yalnız qanunda nəzərdə tutulan və demokratik cəmiyyətdə zəruri olan hallarda, milli təhlükəsizlik və ya ictimai təhlükəsizlik mənafeləri üçün, iğtişaşların və ya cinayətin qarşısının alınması, sağlamlığın və mənəviyyatın, digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün məhdudlaşdırıla bilər.[15]
1) ictimai və dövlət təhlükəsizliyi mənafelərinin qorunması üçün;
2) ictimai asayişin pozulmasının qarşısını almaq üçün;
3) iğtişaş və ya cinayətlərin baş verməməsi üçün;
4) əhalinin sağlamlığının mühafizəsi üçün;
5) əxlaq normalarının və mənəviyyatın mühafizəsi üçün;
6) başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün.
II. Bu maddənin I hissəsində
nəzərdə tutulmuş sərbəst toplaşmaq
azadlığı müxtəlif formalarda, o
cümlədən toplantı vaxtının və yerinin dəyişdirilməsi formasında
məhdudlaşdırıla bilər.
II. Bu maddənin I hissəsində nəzərdə tutulmuş sərbəst toplaşmaq azadlığının məhdudlaşdırılması qarşıya qoyulan məqsədə mütənasib olmalıdır. Həmin məhdudiyyət qarşıya qoyulmuş məqsədə nail olmaq üçün lazımi və kifayət hədləri aşmamalıdır.
III. Bu maddənin I hissəsində nəzərdə tutulmuş sərbəst toplaşmaq azadlığının məhdudlaşdırılması üçün görülən tədbirlər məhdudiyyətin qoyulmasına səbəb olmuş məqsədə nail olmaq üçün son dərəcə zəruri olmalıdır.
IV. Sərbəst toplaşmaq azadlığı yalnız bu maddənin I hissəsində nəzərdə tutulmuş məqsədlərlə müxtəlif formalarda, o cümlədən toplantının vaxtının və yerinin, küçə yürüşünün marşrutunun dəyişdirilməsi formasında məhdudlaşdırıla bilər. [16]
Maddə 8. Toplantının qadağan edilməsi
və ya dayandırılması
I. Ayrı-seçkiliyə, ədavətə və ya zorakılığa çağırışlarla müşayiət olunan, milli, irqi və ya dini ədavəti təbliğ edən toplantılar qadağan edilir.
II. Müharibəni təbliğ edən toplantılar qadağan edilir.
III. Siyasi məqsədlə dinc toplantının keçirilməsi aşağıdakı hallarda qadağan edilir:[17]
1) Azərbaycan Respublikası prezidentinin seçkiləri (ölkə ərazisində), Azərbaycan Respublikası Milli Məclisi deputatlarının seçkiləri (ölkə ərazisində), Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatlarının seçkiləri (Naxçıvan Muxtar Respublikasının ərazisində), bələdiyyə seçkiləri (müvafiq şəhər və rayonun ərazisində) gününə 24 saat qalmışdan seçki günü səsvermə məntəqələri bağlananadək;
2) referendumun keçirildiyi günə 24 saat qalmışdan səsvermə məntəqələri bağlananadək;
3)
müvafiq icra hakimiyyəti orqanının qərarı
ilə müəyyən edilmiş mühüm dövlət
əhəmiyyətli beynəlxalq tədbirlərə
hazırlıq dövründə və onların keçirildiyi
günlərdə həmin tədbirin keçirildiyi
şəhər və rayonların ərazilərində.[18]
IV. Bu Qanunun 7-ci maddəsinin
tələblərinə uyğun olaraq, təhlükəsizlik
tədbirlərinin keçirilməsi zərurəti ilə
əlaqədar mühüm dövlət əhəmiyyətli
beynəlxalq tədbirlərin ərəfəsində və
onların keçirildiyi günlərdə həmin
tədbirlərin keçirildiyi şəhər və rayonların
ərazilərində siyasi məqsədlə
toplantıların keçirilməsi müvafiq icra
hakimiyyəti orqanının qərarı ilə qadağan
edilə bilər.[19]
V. Toplantı demokratik cəmiyyətdə zəruri olan hallarda və bu Qanunun 7-ci maddəsinin tələblərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının sərəncamı ilə qadağan edilə bilər.
VI. Zəruri hallarda toplantı bu Qanunun 7-ci maddəsinin tələblərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının sərəncamı ilə dayandırıla bilər.[20]
VII. Bu maddənin IV, V və VI hissələrinə uyğun olaraq toplantının qadağan edilməsi və ya dayandırılması son zərurət tədbiri sayılır və yalnız bu Qanunun 7-ci maddəsində müəyyən edilmiş məhdudiyyətlər kifayət etmədikdə tətbiq edilir.[21]
VIII. Fövqəladə və ya hərbi vəziyyətin qüvvədə olduğu müddət ərzində onun tətbiq edildiyi ərazidə yığıncaqların, mitinqlərin, nümayişlərin, küçə yürüşləri və piketlərin keçirilməsinə “Fövqəladə vəziyyət haqqında” və “Hərbi vəziyyət haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq məhdudiyyət qoyula bilər və ya onların keçirilməsi qadağan edilə bilər. [22]
Maddə 9. Dinc toplantının
keçiriləcəyi yerin və vaxtın
məhdudlaşdırılması və ya qadağan
edilməsi
I. Dinc toplantının keçiriləcəyi yerə hər hansı məhdudiyyətlər bu Qanunun 7-ci maddəsində müəyyən edilmiş meyarlara uyğun olaraq qoyulur.[23]
II. Əgər toplantı təşkilatçılarının yazılı xəbərdarlığında göstərilmiş yerdə və vaxtda başqa bir toplantı təyin edilibsə və əks-toplantının keçirilməsinin tərəflər arasında qarşıdurma törədəcəyi barədə kifayət qədər əsaslar varsa, müvafiq icra hakimiyyəti orqanı əks-toplantının təşkilatçılarına başqa vaxtın və yerin müəyyən edilməsini təklif etməlidir. Dəyişdirilmiş vaxt və yer haqqında yazılı xəbərdarlıq tədbirlərin yeni tarixinə azı 3 gün qalmış müvafiq icra hakimiyyəti orqanına təqdim edilməlidir. Əks-toplantı keçirildiyi halda polis orqanları toplantı və əks-toplantı iştirakçılarının təhlükəsizliyini təmin etmək məqsədi ilə tədbirlər görməlidir.[24]
III. Aşağıdakı yerlərdə yığıncaqların, mitinqlərin, nümayişlərin və küçə yürüşlərinin keçirilməsi qadağan edilə bilər:[25]
1) Azərbaycan
Respublikası Milli Məclisinin, Azərbaycan
Respublikasının Prezident Sarayının, Azərbaycan
Respublikası Prezidentinin iqamətgahının, Azərbaycan
Respublikası Nazirlər Kabinetinin, Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin, Naxçıvan Muxtar Respublikası
Nazirlər Kabinetinin, siyahısı müvafiq icra
hakimiyyəti orqanı tərəfindən müəyyən
edilən mərkəzi, rayon və şəhər icra
hakimiyyəti orqanlarının, habelə Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin, Ali
Məhkəməsinin, apellyasiya məhkəmələrinin
və Naxçıvan Muxtar Respublikasının Ali
Məhkəməsinin yerləşdiyi binaların
ətrafında 200 metr radius çərçivəsində;
2)
körpülərdə, tunellərdə, tikinti aparılan
sahələrdə, insan həyatı və
sağlamlığı üçün təhlükəli
olan istehsalat obyektlərində və istismarı xüsusi
təhlükəsizlik texnikası normalarına riayət
olunmasını tələb edən digər
obyektlərdə, xüsusi mühafizə olunan təbiət
ərazilərində və obyektlərində, magistral boru
kəmərlərinin, gərginliyi 1000 voltdan çox olan
elektrik şəbəkələrinin, hava limanlarının, metropolitenin,
dəmir yolu qurğularının, müdafiə
obyektlərinin, su təchizatı və kanalizasiya
sistemlərinin texniki qurğularının, neft
buruqlarının, suların mühafizə zonalarında;
4) hərbi
məqsədlər üçün istifadə olunan
ərazilərdə və bu ərazilərin
sərhədlərinə 150 metrdən yaxın, zəruri
hallarda isə bu ərazilərdən toplantı
iştirakçıları üçün
təhlükəli məsafə daxilində olan
yerlərdə;
5) penitensiar müəssisələrin, istintaq təcridxanalarının, psixiatriya müalicə müəssisələrinin ərazilərində və bu ərazilərin sərhədlərinə 150 metrdən yaxın olan yerlərdə.[26]
IV. Siyası məzmunlu toplantıların ziyarətgahlarda, ibadətgahlarda və qəbiristanlarda keçirilməsi məhdudlaşdırıla bilər.[27]
V. Piket düzəldənlər 50 nəfərdən çox olmamalı və piket edilən obyektin girişinə 10 metrdən yaxın məsafədə yerləşməməli, piket edilən obyektə giriş və çıxış üçün maneələr yaratmamalı və 10 vattdan yüksək olan səs gücləndirici qurğulardan istifadə etməməlidirlər.
VI. Yığıncaqların, mitinqlərin və nümayişlərin keçirilməsi üçün hər bir şəhər və rayonda müvafiq icra hakimiyyəti orqanı xüsusi yerlər ayırmalıdır. Yığıncaqların, mitinqlərin və nümayişlərin keçirilməsi üçün təklif olunan yerlərin siyahısı yerli mətbuatda dərc edilir və başqa üsullarla əhaliyə çatdırılır. Təşkilatçılar yığıncaq, mitinq və ya nümayiş üçün ayrılmış yerlərin birini seçə bilərlər. Müvafiq icra hakimiyyəti orqanı yığıncaqların, mitinqlərin və nümayişlərin keçirilməsi üçün təklif olunmuş yerlərin siyahısını müraciətlər əsasında dəyişdirə bilər.[28]
VII. Küçə
yürüşünün təşkilatçıları
onun marşrutunu müvafiq icra hakimiyyəti orqanı ilə
razılaşdırmalıdırlar.[29]
VII. Bu Qanunun 7-ci maddəsinin tələblərinə uyğun olaraq toplantının vaxtı müvafiq icra hakimiyyəti orqanı tərəfindən məhdudlaşdırıla bilər.[30]
Maddə 10. Toplantı haqqında müvafiq icra
hakimiyyəti orqanının qərarlarının toplantı
təşkilatçılarına çatdırılması
Toplantı haqqında bu Qanunun
7—9-cu maddələrində nəzərdə tutulmuş
müvafiq icra hakimiyyəti orqanlarının bütün qərarları
tədbirin təşkilatçılarına onun
keçirilməsinə azı 3 iş günü
qalmış yazılı şəkildə
çatdırılmalıdır.
Həmin qərarlar aydın və əsaslandırılmış
olmalıdır.[31]
Maddə 11. Şikayət hüququ
Bu
Qanunun 7—9-cu maddələrində nəzərdə tutulmuş
bütün qərarlardan inzibati qaydada və (və ya) müvafiq
məhkəməyə şikayət verilə bilər.
Şikayətə məhkəmə
tərəfindən 2 gün müddətində
baxılmalıdır. Məhkəmənin bu cür
şikayətlərə dair qərarlarından yuxarı
məhkəmələrə şikayət verilə bilər.[32]
IV fəsil
Toplantıların
keçİrİlməsİ qaydası
Maddə 12. Dinc toplantı
təşkilatçılarının hüquq və
vəzifələri
I. Bu Qanunun 7-ci maddəsində göstərilən hallardan başqa, dinc toplantının keçirilməsinə dair hazırlıq işlərinə məhdudiyyətlər qoyula bilməz.
II. Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq toplantı keçirilən zaman təşkilatçıların söz azadlığı vardır. Bu azadlığın həyata keçirilməsi Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun məhdudlaşdırıla bilər.[33]
III. Toplantının təşkilatçıları tədbirin dinc və qanuni qaydada, yazılı xəbərdarlıqda göstərilmiş və toplantıya qoyulmuş şərtlərə uyğun olaraq keçirilməsini təmin etmək üçün bütün mövcud imkanlardan istifadə etməlidirlər.
IV. Bu Qanunun 5-ci maddəsinin IV hissəsində nəzərdə tutulmuş haldan başqa, toplantı təşkilatçılarının onları fərqləndirən açıq-aşkar görünən nişanı olmalıdır.[34]
V. Toplantı təşkilatçılarının odlu və ya soyuq silah, habelə insanların həyat və sağlamlığı üçün təhlükə yarada bilən və ya əmlaka zərər vura bilən daş-kəsək, şüşə , taxta və dəmir parçaları, dəyənəklər, bədən xəsarəti yetirmək üçün xüsusi düzəldilmiş əşyalar, partlayıcı maddələr və ya pirotexnika məmulatı, güclü təsir edən, zəhərli, tez alışan və ya aşındırıcı maddələr, radioaktiv materiallar gəzdirməsi qadağandır.[35]
VI. Bu Qanunun 8-ci maddəsinin V hissəsində nəzərdə tutulmuş hallarda qadağan olunmuş toplantının təşkilatçısı toplantının qadağan edilməsi barədə onun iştirakçılarını xəbərdar etmək üçün bütün mövcud imkanlardan istifadə etməlidir.[36]
VII. Bu Qanunun 8-ci maddəsinin VI hissəsində nəzərdə tutulmuş hallarda sərəncamla dayandırılmış toplantının təşkilatçısı bu sərəncamın yerinə yetirilməsi üçün bütün mövcud imkanlardan istifadə etməlidir.[37]
VIII. Toplantının
təhlükəsizliyini təmin etmək dövlətin
vəzifəsidir. Lakin toplantının
təşkilatçıları dövlət tərəfindən
təmin olunan
təhlükəsizlik tədbirləri
hüdudlarından çıxan toplantının
təhlükəsizliyinin təmin edilməsi məqsədi
ilə əvəzi ödənilmək şərti ilə
əlavə polis
qüvvələrinin cəlb olunması barədə
müraciət edə bilərlər.[38]
Maddə 13. Dinc toplantı
iştirakçılarının hüquq və
vəzifələri
I. Dinc toplantıda iştirak edən hər bir şəxs bu Qanunun 7-9-cu maddələrinə uyğun qoyulmuş məhdudiyyətlərə və şərtlərə əməl etməlidir.[39]
II. Şəxslər toplantıda könüllü iştirak edirlər. Heç kəs toplantıda iştirak etməyə məcbur edilə bilməz. Kimi isə toplantıda iştirak etməyə məcbur edən şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyət daşıyırlar.
III. Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq toplantı zamanı iştirakçıların şifahi və yazılı fikir və söz azadlığı vardır. Bu azadlığın həyata keçirilməsi Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq hüquq normalarına uyğun məhdudlaşdırıla bilər.
IV. Toplantı zamanı iştirakçılar ictimai qaydanın qorunmasına köməklik göstərməli və təşkilatçıların, habelə müvafiq icra hakimiyyəti orqanı nümayəndələrinin qanuni tələblərinə əməl etmək üçün bütün mövcud imkanlardan istifadə etməlidirlər.
V. Bu Qanuna uyğun keçirilən toplantının iştirakçısı həmin toplantıda iştirak etməsinə görə sonradan hüquqi məsuliyyətə cəlb edilə bilməz. Yalnız hüquq pozuntusuna yol vermiş bu Qanuna uyğun keçirilən toplantının iştirakçıları hüquqi məsuliyyətə cəlb edilə bilərlər. Dinc toplantı qeyri-dinc toplantıya çevrildiyi halda hüquq pozuntusu törətməyən toplantı iştirakçısı, habelə toplantının dinc olmadığından qabaqcadan xəbərdar olmamış toplantı iştirakçısı yalnız həmin toplantıda iştirak etdiyinə görə məsuliyyətə cəlb edilə bilməz.[40]
VI. Toplantı iştirakçılarının odlu və ya soyuq silah, habelə insanların həyat və sağlamlığı üçün təhlükə yarada bilən və ya əmlaka zərər vura bilən daş-kəsək, şüşə və taxta parçaları, dəyənəklər, bədən xəsarəti yetirmək üçün xüsusi düzəldilmiş əşyalar, partlayıcı maddələr və ya pirotexnika məmulatı, güclü təsir edən, zəhərli, tez alışan və ya aşındırıcı maddələr, radioaktiv materiallar gəzdirməsi qadağandır.
VII. Toplantının iştirakçıları bu Qanunun 8-ci maddəsinin VI hissəsində və 14-cü maddəsinin II hissəsində nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanının , toplantı təşkilatçılarının və ya təşkilatçıların nümayəndələrinin toplantının dayandırılması haqqında qərarından sonra dağılışmalıdırlar.[41]
Maddə 14. Toplantının keçirilməsi
ilə əlaqədar polis orqanlarının
səlahiyyətləri
I. Bu Qanunun 7-ci maddəsinin tələbləri nəzərə alınmaqla, toplantının keçirilməsi ilə əlaqədar polis orqanlarının aşağıdakı hüquqları vardır:[42]
1) toplantının təhlükəsizliyini təmin etmək məqsədi ilə yığıncağın, mitinqin, nümayişin, küçə yürüşünün və ya piketin keçirilməsinə bir gün qalmış toplantı yerini yoxlamaq;
2)
bu Qanunun 5-ci maddəsinin IV hissəsində nəzərdə
tutulmuş toplantılar istisna olmaqla keçirilməsi
barədə qabaqcadan yazılı
xəbərdarlıq verilməyən toplantını zəruri
hallarda dayandırmaq;[43]
3) yazılı xəbərdarlıqda göstərilən toplantının keçirilmə yeri və vaxtı, küçə yürüşünün marşrutu (yürüşün başlanacağı və bitəcəyi yer) əsaslandırılmış səbəb olmadan dəyişdirilərsə, toplantını dayandırmaq;[44]
4) toplantıya odlu və ya soyuq silah, habelə insanların həyat və sağlamlığı üçün təhlükə yarada bilən və ya əmlaka zərər vura bilən daş-kəsək, şüşə və taxta parçaları, dəyənəklər, bədən xəsarəti yetirmək üçün xüsusi düzəldilmiş əşyalar, partlayıcı maddələr və ya pirotexnika məmulatları, güclü təsir edən zəhərli, tez alışan və ya aşındırıcı maddələr, radioaktiv materiallarla gəlmiş şəxsləri saxlamaq və tədbirin keçirildiyi yerdən uzaqlaşdırmaq;
5) I hissəsinin 4-cü bəndində nəzərdə tutulmuş əşya və ya maddələri gəzdirməsi barədə əsaslı şübhə doğuran adamlara şəxsi baxış keçirmək.[45]
II. Bu Qanunun 8-ci maddəsinin I—III hissələrində nəzərdə tutulmuş qadağanların və 7-ci maddəsində, habelə 8-ci maddəsinin V və VI hissələrində nəzərdə tutulmuş sərəncamların icrası ilə əlaqədar polis orqanlarının aşağıdakı hüquqları vardır:[46]
1) toplantının dayandırılması və dağılışması barədə təşkilatçılara və iştirakçılara məlumat vermək;
2) toplantının təşkilatçılarına və iştirakçılarına toplantının dayandırılması və iştirakçıların dağılışması üçün bütün mövcud imkanlardan istifadə etmək barədə əmr vermək;
3) toplantının dayandırılması və iştirakçıların dağılışması barədə əmrin yerinə yetirilmədiyi halda onlara qarşı fiziki qüvvə və ya xüsusi vasitələrin tətbiq ediləcəyi barədə təşkilatçıları və iştirakçıları xəbərdar etmək;[47]
4) toplantının dayandırılması və iştirakçıların dağılışması üçün Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq fiziki qüvvə və ya xüsusi vasitələr tətbiq etmək;[48]
5) toplantını dayandırmaq və dağılışmaq barədə əmri yerinə yetirməyən şəxsləri saxlamaq.
III. Bu maddədə nəzərdə tutulmuş hallarda polis orqanları qayda-qanunu bərpa etmək məqsədi ilə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq son dərəcə zəruri olan xüsusi vasitələrdən istifadə etməlidirlər.[49]
IV. Toplantı zamanı ictimai
asayişi qorumaq, ictimai qaydanı bərpa etmək və
insanların təhlükəsizliyini təmin etmək
üçün daxili
qoşunlardan istifadə edilə bilər.
V. Toplantının bu maddədə
nəzərdə tutulan hallarda güc tətbiq
edilməklə dağıdılması zamanı polis
işçiləri və daxili qoşunlar əl-qolu bağlama vasitələrindən,
qalxanlardan, dəyənəklərdən, su atan
vasitələrdən, xüsusi təyinatlı qazlardan, rezin
güllələrdən və bu məqsədlər üçün nəzərdə
tutulmuş digər xüsusi vasitələrdən istifadə
edə bilərlər.
VI. Polis
əməkdaşları tərəfindən fiziki
qüvvənin və ya xüsusi vasitələrin tətbiqi
hər bir halda yaranmış təhlükəyə
mütənasib olmalıdır.
VII. Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş polis orqanlarının səlahiyyəti bu Qanunla məhdudlaşdırılmır.[50]
Maddə 15. Toplantının təşkilatçıları ilə polis orqanları arasında əməkdaşlıq
Polis orqanları və
toplantının təşkilatçıları
əməkdaşlıq etməlidirlər. Polis orqanları
təşkilatçılara sərbəst toplaşmaq
hüququnu həyata
keçirməkdə bacardıqca kömək etməli,
eyni zamanda toplantının təşkilatçıları
polis orqanlarına ictimai asayişin qorunmasında
kömək
göstərməli və onların qanuni
tələblərinə əməl etməlidirlər.
V fəsil
Yekun
müddəaları
Maddə 16. Bu Qanunun pozulmasına görə məsuliyyət
I. Bu Qanunun
8-ci maddəsinin I—III hissələrinin, 12-ci maddəsinin III,
V, VI və VII hissələrinin, 13-cü maddəsinin VI
hissəsinin pozulmasında
təqsiri olan şəxslər Azərbaycan
Respublikasının qanunvericiliyi ilə nəzərdə
tutulmuş məsuliyyəti daşıyırlar.
II. Toplantı keçirilməsi ilə əlaqədar öz vəzifələrini yerinə yetirən polis əməkdaşlarının məsuliyyəti “Polis haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.[51]
Maddə 17. Bu Qanunun qüvvəyə minməsi
Bu Qanun dərc edildiyi gündən
qüvvəyə minir.
Azərbaycan
Respublikasının Prezidenti Heydər ƏLİYEV
Bakı şəhəri, 13 noyabr
1998-ci il
¹ 537-IQ
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ
SƏNƏDLƏRİNİN SİYAHISI
1.
4 mart 2005-ci il tarixli 856-IIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2005-ci il, ¹ 4 , maddə 278)
2.
9 oktyabr 2007-ci il tarixli 430-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 11, maddə 1053)
3.
30 may 2008-ci il tarixli 609-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 6, maddə 455)
4.
2 noyabr 2012-ci il tarixli 460-IVQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti 11 noyabr 2012-ci il, ¹ 251, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2012-ci il, ¹ 11, maddə 1067)
5.
28 aprel 2015-ci il
tarixli 1277-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti,
17 iyul 2015-ci il, ¹ 153, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2015-ci il, ¹ 07, maddə 811)
6.
1 may 2018-ci il
tarixli 1105-VQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 1 iyul 2018-ci il, ¹ 143,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il,
¹6, maddə 1164)
QANUNA
EDİLMİŞ DƏYİŞİKLİK VƏ
ƏLAVƏLƏRİN SİYAHISI
[1] 30 may 2008-ci il tarixli
609-IIIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2008-ci il, ¹ 6, maddə 455) ilə 1-ci maddənin I hissəsinin birinci cümləsi
yeni redaksiyada verilmişdir.
Əvvəlki
redaksiyada deyilirdi:
Hər kəsin başqaları
ilə birlikdə sərbəst toplaşmaq azadlığı
Azərbaycan Respublikası Konstitusiyasının 49-cu
maddəsi ilə təmin edilir.
[2] 30 may 2008-ci il tarixli
609-IIIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2008-ci il, ¹ 6, maddə 455) ilə 2-ci və 3-cü
maddələr yeni redaksiyada verilmişdir.
Əvvəlki
redaksiyada deyilirdi:
Maddə 2. Əsas anlayışlar
I. Bu Qanunda
istifadə edilən «toplantı» anlayışı bir
neçə şəxsin xüsusi məqsədlə ictimai
yerdə müvəqqəti toplaşması deməkdir. Bu
cür toplantı
aşağıdakı formalarda ola bilər:
1) «yığıncaq» —
şəxslərin hər hansı məsələni
birlikdə müzakirə etmək və həmin
məsələyə dair qərar qəbul etmək
məqsədilə
toplaşmasıdır;
2) «mitinq» — toplaşmış
şəxslərin ümumi fikirlərini ifadə etmək
və (və ya) ümumi çağırışlar
etmək, tələblər irəli sürmək üçün
keçirilən kütləvi
tədbirdir;
3) «nümayiş» — bir qrup
şəxsin ictimai və dövlət həyatı ilə
bağlı məsələlərə dair fikirlərinin
ifadəsidir;
4) «küçə
yürüşü» — müəyyən marşrutla
hərəkət edən bir qrup şəxsin ictimai və
dövlət həyatı ilə bağlı
məsələlərə dair fikirlərinin ifadəsidir;
5) «piket» — ictimai və
dövlət həyatı ilə bağlı
məsələlərə dair fikirlərini ifadə edən
şəxslərin nümayişdə iştirak
edənlərdən daha kiçik bir
qrupunun müəyyən yerdə toplaşmasıdır.
Maddə 3. Sərbəst toplaşmaq azadlığının
tətbiqi
Azərbaycan Respublikası
Konstitusiyasının 49-cu maddəsində təsbit edilmiş
sərbəst toplaşmaq azadlığı beynəlxalq
hüquq prinsiplərinə
uyğun olaraq bu Qanun əsasında tətbiq edilir.
Dövlət sərbəst toplaşmaq
azadlığının həyata keçirilməsi zamanı
şəxslərin bərabərlik
hüququna təminat verir.
[3] 30 may 2008-ci il tarixli
609-IIIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2008-ci il, ¹ 6, maddə 455) ilə 4-cü maddənin I
hissədə “Aşağıdakı
yerlərdə keçirilən dinc” sözləri “Xüsusi mülkiyyətə aid
olan yerlərdə toplantı keçirmək hüququna
zərər vurmadan aşağıdakı yerlərdə
keçirilən” sözləri ilə əvəz
edilmişdir.
[4] 30 may 2008-ci il tarixli
609-IIIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2008-ci il, ¹ 6, maddə 455) ilə 4-cü maddənin II
hissənin beşinci abzasında “etmək
qadağandır” sözləri “olunarsa, həmin toplantılar bu Qanunun 7-ci və 8-ci
maddələrində müəyyən edilmiş
tələblərə uyğun məhdudlaşdırıla
və ya dayandırıla bilər” sözləri ilə
əvəz edilmişdir.
[5] 30 may 2008-ci il tarixli 609-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 6, maddə 455) ilə 5-ci
maddənin I hissə yeni redaksiyada verilmişdir.
Əvvəlki
redaksiyada deyilirdi:
I. Bu
Qanunun 2-ci maddəsində sadalanan toplantıların hər
hansı birini təşkil edən şəxs və ya
şəxslər bu barədə müvafiq icra hakimiyyəti orqanını qabaqcadan yazılı surətdə
xəbərdar etməlidirlər. Xəbərdarlıq
nəzərdə tutulmuş
toplantının keçiriləcəyi gündən
azı 5 gün əvvəl təqdim edilməlidir.
28 aprel 2015-ci il
tarixli 1277-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti,
17 iyul 2015-ci il, ¹ 153, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2015-ci il, ¹ 07, maddə 811) ilə 5-ci
maddəsinin I hissəsinin ikinci cümləsində “gün” sözü “iş günü”
sözləri ilə, üçüncü
cümləsində “gündən”
sözü “iş
günündən” sözləri ilə əvəz
edilmişdir.
[6] 30 may 2008-ci il
tarixli 609-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 6, maddə 455) ilə 5-ci
maddənin II hissənin 1-ci bəndində “adı” sözü “forması”
sözü ilə əvəz edilmişdir.
[7] 30 may 2008-ci il tarixli
609-IIIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2008-ci il, ¹ 6, maddə 455) ilə 5-ci maddənin II
hissənin 2-ci bəndində “toplantının”
sözündən sonra “ümumi”
sözü əlavə edilmişdir.
[8] 2 noyabr 2012-ci il
tarixli 460-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti 11 noyabr 2012-ci il, ¹ 251, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2012-ci il, ¹ 11, maddə 1067)
ilə 5-ci maddənin II hissəsinin 6-cı bəndi yeni
redaksiyada verilmişdir.
əvvəlki
redaksiyada deyilirdi:
6) toplantı
təşkilatçılarının adı, soyadı,
atasının adı və ünvanı;
[9] 30 may 2008-ci il
tarixli 609-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 6, maddə 455) ilə 5-ci
maddənin II hissədə 8-ci bənddən sonra yeni abzas
əlavə edilmişdir.
[10] 2
noyabr 2012-ci il tarixli 460-IVQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti 11 noyabr 2012-ci il, ¹ 251, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2012-ci il, ¹ 11, maddə 1067)
ilə 6-cı maddənin I hissədə “şəxsdir” sözündən əvvəl “bir və ya bir neçə hüquqi və ya fiziki” sözləri
əlavə edilmişdir.
[11] 30 may 2008-ci il
tarixli 609-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 6, maddə 455) ilə 6-cı
maddənin II hissə yeni redaksiyada verilmişdir.
Əvvəlki
redaksiyada deyilirdi:
II. 18 yaşına
çatmamış və ya fəaliyyət qabiliyyəti
məhkəmənin qanuni qüvvəyə minmiş
qərarı əsasında
məhdudlaşdırılmış şəxslər
dinc toplantının
təşkilatçısı ola bilməzlər.
[12] 30 may 2008-ci il tarixli
609-IIIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2008-ci il, ¹ 6, maddə 455) ilə 6-cı maddənin III
hissə çıxarılmışdır, IV və V
hissələr müvafiq olaraq III və IV hissələr hesab
edilmişdir.
[13] 2
noyabr 2012-ci il tarixli 460-IVQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti 11 noyabr 2012-ci il, ¹ 251, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2012-ci il, ¹ 11, maddə 1067)
ilə 6-cı maddənin III hissəsi ləğv
edilmişdir.
[14] 30 may 2008-ci il tarixli
609-IIIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2008-ci il, ¹ 6, maddə 455) ilə 6-cı maddənin IV hissənin
üçüncü cümləsi yeni redaksiyada
verilmişdir.
Əvvəlki
redaksiyada deyilirdi:
Bu halda toplantı keçirilə
bilməz.
[15] 30 may 2008-ci il
tarixli 609-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 6, maddə 455) ilə 7-ci
maddənin I hissə yeni redaksiyada verilmişdir.
Əvvəlki
redaksiyada deyilirdi:
I. Sərbəst
toplaşmaq azadlığına hər hansı
məhdudiyyət yalnız Qanunla və demokratik
cəmiyyətdə zəruri olan aşağıdakı
mənafelərin qorunması
məqsədilə qoyula bilər:
[16] 30 may 2008-ci il
tarixli 609-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 6, maddə 455) ilə 7-ci
maddənin II hissə çıxarılmışdır, III
və IV hissələr müvafiq olaraq II və III
hissələr hesab edilmişdir və IV hissə əlavə
edilmişdir.
[17] 30 may 2008-ci il
tarixli 609-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 6, maddə 455) ilə 8-ci maddənin
III hissənin “toplantı
keçirmək” sözləri “toplantının keçirilməsi” sözləri
ilə əvəz edilmişdir.
[18] 30 may 2008-ci il
tarixli 609-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 6, maddə 455) ilə 8-ci
maddənin III hissənin 3-cü bəndi
çıxarılmışdır.
[19] 30 may 2008-ci il
tarixli 609-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 6, maddə 455) ilə 8-ci
maddənin IV, V, VI və VII hissələr müvafiq olaraq V,
VI, VII və VIII hissələr hesab edilmişdir və
maddəyə yeni IV hissə əlavə edilmişdir.
[20] 30 may 2008-ci il
tarixli 609-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 6, maddə 455) ilə 8-ci
maddənin V və VI hissələrdə “I hissəsində müəyyən edilmiş
məhdudiyyətlər nəzərə alınmaqla”
sözləri “tələblərinə
uyğun olaraq” sözləri ilə əvəz
edilmişdir.
[21] 30 may 2008-ci il
tarixli 609-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 6, maddə 455) ilə 8-ci
maddənin VII hissədə “IV
və V” rəqəmləri “IV,
V və VI” rəqəmləri ilə əvəz
edilmişdir.
[22] 4 mart
2005-ci il tarixli 856-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, ¹ 4 , maddə
278) ilə 8-ci maddəsinə VII hissə əlavə
edilmişdir.
30 may 2008-ci il
tarixli 609-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il,
¹ 6, maddə 455) ilə 8-ci maddənin VIII hissədə “qanunvericiliklə” sözü “Fövqəladə vəziyyət
haqqında” Azərbaycan
Respublikasının Qanunu ilə” sözləri ilə
əvəz edilmişdir.
1 may 2018-ci il tarixli 1105-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 1 iyul
2018-ci il, ¹ 143, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2018-ci il, ¹6, maddə 1164) ilə 8-ci maddənin VIII
hissəsinə “Fövqəladə”
sözündən sonra “və
ya hərbi” sözləri əlavə edilmişdir və
həmin hissədə “Fövqəladə
vəziyyət haqqında” Azərbaycan Respublikasının
Qanunu ilə müəyyən edilmiş qaydada”
sözləri “Fövqəladə
vəziyyət haqqında” və “Hərbi vəziyyət
haqqında” Azərbaycan Respublikasının qanunlarına
uyğun olaraq” sözləri ilə əvəz
edilmişdir.
[23] 30 may 2008-ci il tarixli
609-IIIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2008-ci il, ¹ 6, maddə 455) ilə 9-cu maddənin I
hissədə “yerə”
sözündən sonra “hər
hansı” sözləri əlavə edilmişdir.
[24] 30 may 2008-ci il
tarixli 609-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 6, maddə 455) ilə 9-cu
maddənin II hissə aşağıdakı redaksiyada
verilmişdir.
Əvvəlki
redaksiyada deyilirdi:
II. Əgər
toplantı təşkilatçılarının
yazılı xəbərdarlığında
göstərilmiş yerdə və vaxtda başqa bir
tədbirin keçirilməsi təyin edilibsə, müvafiq
icra hakimiyyəti orqanı təşkilatçılara
başqa vaxtın və yerin müəyyən edilməsi
üçün imkan
verməlidir. Dəyişdirilmiş vaxt və yer
haqqında yazılı xəbərdarlıq tədbirlərin
yeni tarixinə azı 3 gün qalmış müvafiq icra
hakimiyyəti orqanına
təqdim edilməlidir.
[25] 30 may 2008-ci il
tarixli 609-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 6, maddə 455) ilə 9-cu
maddənin III hissədə “nümayişlərin”
sözündən sonra “və
küçə yürüşlərinin” sözləri
əlavə edilmişdir, “qadağandır”
sözü “qadağan edilə
bilər” sözləri ilə əvəz edilmişdir.
[26] 30 may 2008-ci il
tarixli 609-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 6, maddə 455) ilə 9-cu
maddənin III hissənin 1-ci, 2-ci, 4-cü və 5-ci
bəndləri aşağıdakı redaksiyada verilmişdir.
Əvvəlki
redaksiyada deyilirdi:
1) Azərbaycan Respublikasının
qanunvericilik, icra və məhkəmə hakimiyyəti
orqanlarının yerləşdiyi binaların ətrafında
300 metr radius çərçivəsində;
2)
dəmiryolu, neft və qaz boru kəmərlərinin,
yüksək gərginlikli elektrik xətlərin keçdiyi
ərazilərdə;
3) xüsusi
dövlət tədbirlərinin keçirilməsi
üçün müvafiq icra hakimiyyəti orqanı
tərəfindən ayrılmış yerlərdə;
4) hərbi
məqsədlər üçün istifadə olunan
ərazilərdə və bu ərazilərin sərhədlərinə
300 metrdən yaxın olan yerlərdə;
5) azadlıqdan
məhrum etmə yerlərinin, psixiatriya müalicə
müəssisələrinin ərazilərində və bu
ərazilərin sərhədlərinə 300 metrdən
yaxın olan yerlərdə.
[27] 30 may 2008-ci il
tarixli 609-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 6, maddə 455) ilə 9-cu
maddənin IV hissə yeni redaksiyada verilmişdir.
Əvvəlki
redaksiyada deyilirdi:
IV. Siyasi məzmunlu
toplantılar ziyarətgahlarda, ibadətgahlarda və
qəbiristanlarda keçirilə bilməz.
[28] 30 may 2008-ci il tarixli
609-IIIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2008-ci il, ¹ 6, maddə 455) ilə 9-cu maddənin VI
hissənin ikinci və üçüncü
cümlələrində “ayrılmış”
sözü “təklif olunan”
sözləri ilə əvəz edilmişdir və
dördüncü cümlə əlavə edilmişdir.
[29] 30 may 2008-ci il tarixli
609-IIIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2008-ci il, ¹ 6, maddə 455) ilə 9-cu maddənin VII hissə
çıxarılmışdır.
[30] 30 may 2008-ci il
tarixli 609-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 6, maddə 455) ilə 9-cu
maddənin VIII hissə VII hesab edilsin və yeni redaksiyada
verilmişdir.
Əvvəlki
redaksiyada deyilirdi:
VII. Toplantı yay
vaxtının tətbiqi dövründə saat 8-00-dan
19-00-dək, ilin digər dövründə isə saat 9-00-dan
17-00-dək keçirilə bilər. Keçirilən hər bir toplantının vaxtı
müvafiq icra hakimiyyəti orqanı
ilə razılaşdırılmalıdır.
[31] 30 may
2008-ci il tarixli 609-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il,
¹ 6, maddə 455) ilə 10-cu maddənin “bu Qanunun 7-9-cu maddələrində nəzərdə
tutulmuş” və “bütün”
sözləri çıxarılmışdır və “
[32] 9 oktyabr 2007-ci il
tarixli 430-IIIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 11, maddə
1053) ilə 11-ci maddəsinin birinci cümləsində “qərarlardan”
sözündən sonra “inzibati
qaydada və (və ya)” sözləri əlavə
edilmişdir.
30 may 2008-ci il
tarixli 609-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il,
¹ 6, maddə 455) ilə 11-ci maddənin “bütün” və “müvafiq”
sözləri çıxarılmışdır “
[33] 30 may 2008-ci il
tarixli 609-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 6, maddə 455) ilə 12-ci
maddənin II hissənin birinci cümləsi yeni redaksiyada
verilmişdir və ikinci cümləsində “hüquq normalarına” sözləri “müqavilələrə”
sözləri ilə əvəz edilmişdir.
Əvvəlki
redaksiyada deyilirdi:
Azərbaycan
Respublikasının Konstitusiyasına uyğun olaraq toplantı
zamanı təşkilatçıların şifahi və
yazılı fikir və söz azadlığı vardır.
[34] 30 may 2008-ci il tarixli
609-IIIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2008-ci il, ¹ 6, maddə 455) ilə 12-ci maddənin IV
hissədə “Toplantı”
sözü “Bu Qanunun 5-ci
maddəsinin IV hissəsində nəzərdə tutulmuş
haldan başqa, toplantı” sözləri ilə əvəz
edilmişdir.
[35] 30 may 2008-ci il
tarixli 609-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 6, maddə 455) ilə 12-ci
maddənin V hissədə “və
taxta” sözləri “, taxta
və dəmir” sözləri ilə əvəz
edilmişdir.
[36] 30 may 2008-ci il
tarixli 609-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 6, maddə 455) ilə 12-ci
maddənin VI hissədə “IV”
rəqəmi “V”
rəqəmi ilə əvəz edilmişdir.
[37] 30 may 2008-ci il tarixli
609-IIIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2008-ci il, ¹ 6, maddə 455) ilə 12-ci maddənin VII
hissədə “V”
rəqəmi “VI”
rəqəmi ilə əvəz edilmişdir.
[38] 30 may 2008-ci il
tarixli 609-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 6, maddə 455) ilə 12-ci maddənin
VIII hissədən “əvəzi
ödənilmək şərti ilə” sözləri
çıxarılmışdır.
[39] 30 may 2008-ci il tarixli
609-IIIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2008-ci il, ¹ 6, maddə 455) ilə 13-cü maddənin I
hissədə “7-ci və 8-ci”
sözləri “7-9-cu”
sözləri ilə əvəz edilmişdir.
[40] 30 may 2008-ci il
tarixli 609-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 6, maddə 455) ilə
13-cü maddənin V hissənin birinci cümləsində “Qanuni” sözü “Bu Qanuna uyğun keçirilən”
sözləri ilə, ikinci cümləsində “qanuni” sözü “bu Qanuna uyğun keçirilən”
sözləri ilə əvəz edilmişdir və V
hissəyə üçüncü cümlə əlavə
edilmişdir.
[41] 30 may 2008-ci il
tarixli 609-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 6, maddə 455) ilə
13-cü maddənin VII hissədə “V” rəqəmi “VI”
rəqəmi ilə əvəz edilmişdir.
[42] 30 may 2008-ci il
tarixli 609-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 6, maddə 455) ilə
14-cü maddənin I hissədə “Toplantının” sözü “Bu Qanunun 7-ci maddəsinin tələbləri
nəzərə alınmaqla, toplantının”
sözləri ilə əvəz edilmişdir.
[43] 30 may 2008-ci il tarixli
609-IIIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2008-ci il, ¹ 6, maddə 455) ilə 14-cü maddənin I
hissənin 2-ci bəndində “zəruri
hallarda” sözləri çıxarılmışdır.
[44] 30 may 2008-ci il
tarixli 609-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 6, maddə 455) ilə
14-cü maddənin I hissənin 3-cü bəndi yeni redaksiyada
verilmişdir.
Əvvəlki
redaksiyada deyilirdi:
3) yazılı
xəbərdarlıqda göstərilən
şərtlərə uyğun keçirilməyən
toplantını zəruri hallarda dayandırmaq;
[45] 30 may 2008-ci il tarixli
609-IIIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2008-ci il, ¹ 6, maddə 455) ilə 14-cü maddənin I
hissənin 5-ci bəndində “bu
maddənin” sözlərindən sonra “I hissəsinin” sözləri əlavə
edilmişdir.
[46] 30 may 2008-ci il
tarixli 609-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 6, maddə 455) ilə
14-cü maddənin II hissədə “IV və V” rəqəmləri “V və VI” rəqəmləri ilə əvəz
edilmişdir.
[47] 30 may 2008-ci il tarixli
609-IIIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2008-ci il, ¹ 6, maddə 455) ilə 14-cü maddənin II
hissənin 3-cü bəndində “güc” sözü “fiziki
qüvvə və ya xüsusi vasitələrin”
sözləri ilə əvəz edilmişdir.
[48] 30 may 2008-ci il
tarixli 609-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 6, maddə 455) ilə
14-cü maddənin II hissənin 4-cü bəndində “müvafiq güc”
sözləri “Azərbaycan
Respublikasının qanunvericiliyinə uyğun olaraq fiziki
qüvvə və ya xüsusi vasitələr”
sözləri ilə əvəz edilmişdir.
[49] 30 may 2008-ci il
tarixli 609-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 6, maddə 455) ilə
14-cü maddənin III hissədə “məqsədi ilə” sözlərindən sonra “Azərbaycan Respublikasının
qanunvericiliyinə uyğun olaraq” sözləri əlavə
edilmişdir, “müvafiq”
sözü “xüsusi”
sözü ilə əvəz edilmişdir.
[50] 30 may 2008-ci il
tarixli 609-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 6, maddə 455) ilə
14-cü maddənin VI hissə VII hissə hesab edilsin və
maddəyə yeni VI hissə əlavə edilmişdir.
[51] 30 may 2008-ci il
tarixli 609-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 6, maddə 455) ilə
16-cı maddəyə II hissə əlavə edilmişdir
və birinci hissənin əvvəlinə “I.” rəqəmi əlavə edilmişdir.