“Azərbaycan Respublikası Vergi Məcəlləsinin
198.1.1-ci maddəsində nəzərdə tutulmuş fiziki şəxslərin əmlak vergisi
məqsədləri üçün Bakı şəhərində yerləşən binalara tətbiq edilən əmsallar”ın
təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi
haqqında” Azərbaycan Respublikasının 2014-cü il 20 iyun tarixli 1004-IVQD
nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası
Prezidentinin 2014-cü il 11 avqust tarixli 242
nömrəli Fərmanının 1.4-cü bəndinin icrasını təmin etmək
məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Azərbaycan
Respublikası Vergi Məcəlləsinin 198.1.1-ci maddəsində
nəzərdə tutulmuş fiziki şəxslərin əmlak vergisi məqsədləri üçün Bakı şəhərində
yerləşən binalara tətbiq edilən əmsallar” təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə tapşırılsın ki,
Bakı şəhərində fəaliyyət göstərən bələdiyyə orqanlarını onların inzibati
ərazilərinin əhatə olunduğu zonaları əks etdirən xəritələrlə təmin etsin.
3. Bu Qərar 2015-ci il yanvarın 1-dən qüvvəyə minir.
Azərbaycan
Respublikasının Baş
naziri Artur Rasi-zadə
Bakı şəhəri, 6 aprel 2015-ci il
№ 101
|
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 6 aprel tarixli 101 nömrəli qərarı ilə TƏSDİQ
EDİLMİŞDİR |
Azərbaycan Respublikası Vergi Məcəlləsinin
198.1.1-ci maddəsində nəzərdə tutulmuş fiziki şəxslərin əmlak vergisi
məqsədləri üçün Bakı şəhərində yerləşən binalara tətbiq edilən əmsallar
1. Bakı şəhərində yerləşən binalara tətbiq edilən əmsallar aşağıda
göstərilən cədvələ uyğun müəyyən edilir.
Bakı şəhəri üzrə |
|
Zonalar |
Əmsallar |
1 |
1,50 |
2 |
1,40 |
3 |
1,30 |
4 |
1,20 |
5 |
1,10 |
6 |
1,00 |
7 |
0,95 |
8 |
0,90 |
9 |
0,85 |
10 |
0,80 |
11 |
0,75 |
12 |
0,70 |
2. Bakı şəhərində yerləşən binaların sahəsinin hər kvadratmetrinə
görə ödənilməli olan əmlak vergisinin hesablanması üçün Bakı şəhəri üzrə
zonalar və onların sərhədləri bu əmsalların əlavəsindəki bölgüyə uyğun olaraq
müəyyən edilir.
3. Bu əmsallarda dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ
hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin
2.6-1-ci bəndinə uyğun edilə bilər.[1]
|
“Azərbaycan Respublikası Vergi Məcəlləsinin
198.1.1-ci maddəsində nəzərdə tutulmuş fiziki şəxslərin əmlak vergisi
məqsədləri üçün Bakı şəhərində yerləşən binalara tətbiq edilən əmsallar”a əlavə |
Bakı şəhəri üzrə müəyyən edilən zonalar və onların sərhədləri
Zona 1.
Sərhədləri:
Əl Oyunları stadionundan başlayaraq, şimal-şərq istiqamətində Mikayıl
Hüseynov prospekti üzrə Azneft meydanına qədər, Azneft meydanından Niyazi
küçəsi üzrə İstiqlaliyyət küçəsi ilə kəsişənədək, İstiqlaliyyət küçəsi üzrə
Hüsü Hacıyev küçəsi ilə kəsişənədək, Hüsü Hacıyev küçəsi üzrə Nizami küçəsi ilə
kəsişənədək, Nizami küçəsi üzrə şərq istiqamətində Rixard Zorge küçəsi ilə
kəsişənədək, Rixard Zorge küçəsi üzrə cənub istiqamətində küçənin dənizin sahil
xətti ilə kəsişməsinədək, sahil xətti üzrə qərb istiqamətində Əl Oyunları
stadionunadək.
Zona 2.
Sərhədləri:
Hüsü Hacıyev küçəsinin Nizami küçəsi ilə kəsişməsindən başlayaraq,
şimal istiqamətində Hüsü Hacıyev küçəsi üzrə Füzuli küçəsi ilə kəsişənədək,
Füzuli küçəsi üzrə Rəşid Behbudov küçəsi ilə kəsişənədək, Rəşid Behbudov küçəsi
üzrə şimal istiqamətində Süleyman Rəhimov küçəsi ilə kəsişənədək, Süleyman
Rəhimov küçəsi üzrə şərq istiqamətində Xətai prospekti ilə kəsişənədək, bu
kəsişmə yerindən metronun “28 May” stansiyası və Dəmir Yolu Vağzalı daxil
olmaqla, Puşkin küçəsi üzrə Nizami küçəsi ilə kəsişənədək, Nizami küçəsi üzrə
qərb istiqamətində küçənin Hüsü Hacıyev küçəsi ilə kəsişdiyi yerədək.
Zona 3.
Sərhədləri:
Şəhidlər Xiyabanından başlayaraq şimal istiqamətində Mehdi Hüseyn
küçəsi üzrə Nəriman Nərimanov prospektinədək, Nəriman Nərimanov prospekti üzrə
İnşaatçılar prospekti ilə kəsişənədək, İnşaatçılar prospekti üzrə İzmir küçəsi
ilə kəsişənədək, İzmir küçəsi üzrə Tbilisi prospekti ilə kəsişənədək, Tbilisi
prospekti üzrə cənub istiqamətində Bakıxanov küçəsi ilə kəsişənədək, Bakıxanov
küçəsi üzrə şərq istiqamətində Azadlıq prospekti ilə kəsişənədək, Azadlıq
prospekti üzrə şimal istiqamətində akademik Həsən Əliyev küçəsi ilə
kəsişənədək, akademik Həsən Əliyev küçəsi üzrə şərq istiqamətində Aşıq Molla
küçəsi ilə kəsişənədək, Aşıq Molla küçəsi üzrə cənub istiqamətində Fətəli xan
Xoyski prospekti ilə kəsişənədək, Fətəli xan Xoyski prospekti üzrə şərq
istiqamətində Əhməd Rəcəbli küçəsi ilə kəsişənədək, Əhməd Rəcəbli küçəsi üzrə
şimal istiqamətində Yusif Vəzir Çəmənzəminli küçəsi ilə kəsişənədək, Yusif
Vəzir Çəmənzəminli küçəsi üzrə Ağa Nemətulla küçəsi ilə kəsişənədək, Ağa
Nemətulla küçəsi üzrə cənub istiqamətində Heydər Əliyev prospekti ilə
kəsişənədək, Heydər Əliyev prospekti üzrə qərb istiqamətində Babək prospekti
ilə kəsişənədək, Babək prospekti üzrə şərq istiqamətində Nəcəfqulu Rəfiyev
küçəsi ilə kəsişənədək, Nəcəfqulu Rəfiyev küçəsi üzrə cənub istiqamətində
Süleyman Vəzirov küçəsi ilə kəsişənədək, Süleyman Vəzirov küçəsi üzrə şərq
istiqamətində Xaqani Rüstəmov küçəsi ilə kəsişənədək, Xaqani Rüstəmov küçəsi
üzrə cənub istiqamətində Dənizkənarı küçəni kəsərək keçən düz xəttin dənizin
sahil xətti ilə kəsişməsinədək, dənizin sahil xətti üzrə qərb istiqamətində
Rixard Zorge küçəsi ilə kəsişənədək, Rixard Zorge küçəsi üzrə şimal
istiqamətində Nizami küçəsi ilə kəsişənədək, Nizami küçəsi üzrə qərb
istiqamətində Puşkin küçəsi ilə kəsişənədək, Puşkin küçəsi üzrə şimal istiqamətində
Dəmir Yolu Vağzalının şərq tərəfindən keçərək Süleyman Rəhimov küçəsi ilə
kəsişənədək, Süleyman Rəhimov küçəsi üzrə qərb istiqamətində Rəşid Behbudov
küçəsi ilə kəsişənədək, Rəşid Behbudov küçəsi üzrə cənub istiqamətində Füzuli
küçəsi ilə kəsişənədək, Füzuli küçəsi üzrə qərb istiqamətində Hüsü Hacıyev
küçəsi ilə kəsişənədək, Hüsü Hacıyev küçəsi üzrə cənub istiqamətində
İstiqlaliyyət küçəsi ilə kəsişənədək, İstiqlaliyyət küçəsi üzrə qərb
istiqamətində Niyazi küçəsi ilə kəsişənədək, Niyazi küçəsi üzrə cənub
istiqamətində Mikayıl Hüseynov prospekti ilə kəsişənədək, Mikayıl Hüseynov
prospekti üzrə qərb istiqamətində Əl Oyunları stadionunadək, Əl Oyunları
stadionundan Gülüstan sarayının yanından keçən xətlə Şəhidlər Xiyabanınadək.
Zona 4.
Sərhədləri:
Şəhidlər Xiyabanından başlayaraq, Milli Məclis və hərbi hissənin
stadionu daxil olmaqla, şimal istiqamətində Yasamal rayonunun inzibati sərhədi
üzrə Mətbuat prospekti ilə kəsişənədək, Mətbuat və Həsən bəy Zərdabi
prospektləri üzrə şimal istiqamətində Akim Abbasov küçəsi ilə kəsişənədək, Akim
Abbasov küçəsi üzrə şərq istiqamətində Azad Mirzəyev küçəsi ilə kəsişənədək,
Azad Mirzəyev küçəsi üzrə cənub istiqamətində İnşaatçılar və Nəriman Nərimanov
prospektləri kəsişənədək, Nəriman Nərimanov prospekti üzrə cənub istiqamətində
Mehdi Hüseyn küçəsi ilə kəsişənədək, Mehdi Hüseyn küçəsi üzrə cənub
istiqamətində Şəhidlər Xiyabanınadək.
Zona 5.
Sərhədləri:
Metronun “20 Yanvar” stansiyasından başlayaraq, cənub istiqamətində
Tbilisi prospekti üzrə İzmir küçəsi ilə kəsişənədək, İzmir küçəsi üzrə cənub
istiqamətində İnşaatçılar prospekti ilə kəsişənədək, İnşaatçılar prospekti üzrə
cənub istiqamətində Azad Mirzəyev küçəsi ilə kəsişənədək, Azad Mirzəyev küçəsi
üzrə şimal istiqamətində Akim Abbasov küçəsi ilə kəsişənədək, Akim Abbasov
küçəsi üzrə qərb istiqamətində Həsən bəy Zərdabi prospekti ilə kəsişənədək,
Həsən bəy Zərdabi və Mətbuat prospektləri üzrə cənub istiqamətində Abbas Mirzə
Şərifzadə küçəsi ilə kəsişənədək, Abbas Mirzə Şərifzadə küçəsi üzrə şimal
istiqamətində Müzəffər Həsənov küçəsi ilə kəsişənədək, Müzəffər Həsənov küçəsi
üzrə qərb istiqamətində Ülvi Bünyadzadə küçəsi ilə kəsişənədək, Ülvi Bünyadzadə
küçəsi üzrə şimal-şərq istiqamətində Moskva prospekti ilə kəsişənədək, Moskva
prospekti üzrə cənub istiqamətində metronun “20 Yanvar” stansiyasınadək.
Zona 6.
Zona 6.1.
Sərhədləri:
İzmir küçəsinin Tbilisi prospekti ilə kəsişməsindən başlayaraq,
Tbilisi prospekti üzrə cənub istiqamətində Bakıxanov küçəsi ilə kəsişənədək,
Bakıxanov küçəsi üzrə şərq istiqamətində Azadlıq prospekti ilə kəsişənədək,
Azadlıq prospekti üzrə şimal istiqamətində akademik Həsən Əliyev küçəsi ilə
kəsişənədək, akademik Həsən Əliyev küçəsi üzrə şərq istiqamətində Aşıq Molla
küçəsi ilə kəsişənədək, Aşıq Molla küçəsi üzrə cənub istiqamətində Fətəli xan Xoyski
prospekti ilə kəsişənədək, Fətəli xan Xoyski prospekti üzrə şərq istiqamətində
Əhməd Rəcəbli küçəsi ilə kəsişənədək, Əhməd Rəcəbli küçəsi üzrə şimal
istiqamətində Ziya Bünyadov prospekti ilə kəsişənədək, Ziya Bünyadov prospekti
üzrə qərb istiqamətində Rəşid Məmmədov küçəsi ilə kəsişənədək, Rəşid Məmmədov
küçəsi üzrə şimal istiqamətində Hüseyn Seyidzadə küçəsi ilə kəsişənədək, Hüseyn
Seyidzadə küçəsi üzrə şimal istiqamətində 20 Yanvar küçəsi ilə kəsişənədək, 20
Yanvar küçəsi üzrə qərb istiqamətində Moskva prospekti ilə kəsişənədək.
Zona 6.2.
Sərhədləri:
2-ci köndələn küçəsinin Heydər Əliyev prospekti ilə kəsişməsindən
başlayaraq, şərq istiqamətində Nizami rayonunun inzibati sərhədi boyunca
metronun “Koroğlu” stansiyasınadək, metronun “Koroğlu” stansiyasından
başlayaraq, cənub istiqamətində Qara Qarayev prospekti üzrə Bəhruz Nuriyev
küçəsi ilə kəsişənədək, Naxçıvanski küçəsi ilə kəsişənədək, Naxçıvanski küçəsi
üzrə şərq istiqamətində Elşən Süleymanov küçəsi ilə kəsişənədək, Elşən
Süleymanov küçəsi üzrə cənub istiqamətində Babək prospekti ilə kəsişənədək,
Babək prospekti üzrə qərb istiqamətində Bəkir Çobanzadə küçəsi ilə kəsişənədək,
Bəkir Çobanzadə küçəsi üzrə şimal istiqamətində Rüstəm Rüstəmov küçəsi ilə
kəsişənədək, Rüstəm Rüstəmov küçəsi üzrə qərb istiqamətində Mikayıl Əliyev
küçəsi ilə kəsişənədək, Mikayıl Əliyev küçəsi üzrə şimal istiqamətində dəmir
yolu xətti ilə kəsişənədək, dəmir yolu xətti üzrə qərb istiqamətində 9-cu
köndələn küçəsi ilə kəsişənədək, 9-cu köndələn küçəsi üzrə Pəhlivan Fərzəliyev küçəsi
ilə kəsişənədək, qərb istiqamətində Pəhlivan Fərzəliyev küçəsi üzrə 2-ci
köndələn küçəsi ilə kəsişənədək, 2-ci köndələn küçəsi üzrə bu küçənin Heydər
Əliyev prospekti ilə kəsişdiyi yerədək.
Zona 6.3.
Sərhədləri:
Əl Oyunları stadionundan başlayaraq, şimal-şərq istiqamətində 3-cü
zonanın sərhədi üzrə Gülüstan sarayının yanından keçən xətlə Şəhidlər
Xiyabanınadək, Şəhidlər Xiyabanından şimal istiqamətində 4-cü zonanın Milli
Məclisin və hərbi hissənin stadionunun yanından keçən sərhədi ilə Səbail rayonunun
inzibati sərhədinin Mətbuat prospekti və Mikayıl Müşfiq küçəsi ilə kəsişdiyi
yerədək, bu kəsişmə yerindən qərb istiqamətində Səbail rayonunun inzibati
sərhədi üzrə cənub-qərb istiqamətində davam edir və bu rayonun digər zonalarla
əhatə olunmayan ərazisini əhatə edir.
Zona 6.4.
Sərhədləri:
Aeroportun və aeroport yarmarkasının yerləşdiyi ərazi.
Zona 7.
Sərhədləri:
Metronun “20 Yanvar” stansiyasından başlayaraq, şimal istiqamətində
Moskva prospekti üzrə 20 Yanvar küçəsi ilə kəsişənədək, 20 Yanvar küçəsi üzrə
şərq istiqamətində Hüseyn Seyidzadə küçəsi ilə kəsişənədək, Hüseyn Seyidzadə
küçəsi üzrə şərq istiqamətində Rəşid Məmmədov küçəsi ilə kəsişənədək, Rəşid
Məmmədov küçəsi üzrə cənub istiqamətində Ziya Bünyadov prospekti ilə
kəsişənədək, Ziya Bünyadov prospekti üzrə şərq istiqamətində Əhməd Rəcəbli
küçəsi ilə kəsişənədək, Əhməd Rəcəbli küçəsi üzrə cənub istiqamətində Yusif
Vəzir Çəmənzəminli küçəsi ilə kəsişənədək, Yusif Vəzir Çəmənzəminli küçəsi üzrə
şərq istiqamətində Ağa Nemətulla küçəsi ilə kəsişənədək, Ağa Nemətulla küçəsi
üzrə cənub istiqamətində Heydər Əliyev prospekti ilə kəsişənədək, Heydər Əliyev
prospekti üzrə qərb istiqamətində Babək prospekti ilə kəsişənədək, Babək
prospekti üzrə şərq istiqamətində Bəkir Çobanzadə küçəsi ilə kəsişənədək, Bəkir
Çobanzadə küçəsi üzrə şimal istiqamətində Rüstəm Rüstəmov küçəsi ilə
kəsişənədək, Rüstəm Rüstəmov küçəsi üzrə qərb istiqamətində Mikayıl Əliyev
küçəsi ilə kəsişənədək, Mikayıl Əliyev küçəsi üzrə şimal istiqamətində dəmir
yolu xətti ilə kəsişənədək, dəmir yolu xətti üzrə qərb istiqamətində 9-cu
köndələn küçəsi ilə kəsişənədək, 9-cu köndələn küçəsi üzrə Pəhlivan Fərzəliyev
küçəsi ilə kəsişənədək, qərb istiqamətində Pəhlivan Fərzəliyev küçəsi üzrə 2-ci
köndələn küçəsi ilə kəsişənədək, 2-ci köndələn küçəsi üzrə şimal istiqamətində
Nərimanov rayonunun sərhədi ilə kəsişənədək, Nərimanov rayonunun sərhədi üzrə
şərq istiqamətində Böyük Şor gölünün sahil xətti ilə kəsişənədək, Böyük Şor
gölünün sahil xətti üzrə qərb istiqamətində Nərimanov, Binəqədi rayonlarının
sərhədləri kəsişənədək davam edir və Binəqədi, Nəsimi rayonlarının digər
zonalarla əhatə olunmayan ərazilərini əhatə edir.
Zona 8.
Sərhədləri:
Dənizin sahil xəttindən başlayan və şimal istiqamətində Xaqani
Rüstəmov küçəsi boyunca keçən düz xəttin Süleyman Vəzirov küçəsi ilə
kəsişməsinədək, Süleyman Vəzirov küçəsi üzrə qərb istiqamətində Nəcəfqulu
Rəfiyev küçəsi ilə kəsişənədək, Nəcəfqulu Rəfiyev küçəsi üzrə şimal
istiqamətində Babək prospekti ilə kəsişənədək, Babək prospekti üzrə şərq
istiqamətində Elşən Süleymanov küçəsi ilə kəsişənədək, Elşən Süleymanov küçəsi
üzrə şimal istiqamətində Naxçıvanski küçəsi ilə kəsişənədək, Naxçıvanski küçəsi
üzrə qərb istiqamətində Qara Qarayev prospekti ilə kəsişənədək, Qara Qarayev
prospekti üzrə şimal istiqamətində Böyük Şor küçəsi ilə kəsişənədək, Böyük Şor
küçəsi üzrə şimal istiqamətində Nərimanov rayonunun sərhədi ilə kəsişənədək,
Nərimanov rayonunun sərhədi üzrə şimal istiqamətində Böyük Şor gölünün
sahilinədək, Böyük Şor gölünün sahili üzrə şərq istiqamətində Böyük Şor şosesi
ilə kəsişənədək, Böyük Şor şosesi üzrə şimal istiqamətində Sabunçu
dairəsinədək, Sabunçu dairəsindən Şəhər şosesi üzrə şimal istiqamətində Sabunçu
qəsəbəsinin şimal sərhədi boyunca şərqə doğru Suraxanı rayonunun sərhədi ilə
kəsişənədək, bu kəsişmə yerindən Suraxanı rayonunun sərhədi üzrə cənub
istiqamətində sərhədin Məmmədhəsən Hacınski küçəsi ilə kəsişdiyi yerədək,
Məmmədhəsən Hacınski küçəsinin Nizami İsmayılov küçəsi ilə kəsişənədək, Nizami
İsmayılov küçəsi üzrə qərb istiqamətində Əhməd Möhbalıyev prospekti ilə
kəsişənədək, Əhməd Möhbalıyev prospekti üzrə cənub istiqamətində Xətai
rayonunun sərhədi ilə kəsişənədək, bu kəsişmə yerindən Xətai rayonunun sərhədi
üzrə cənub istiqamətində davam edərək, bu rayonun digər zonalarla əhatə
olunmayan ərazisini əhatə edir.
Zona 9.
Zona 9.1.
Sərhədləri:
Babək prospektinin 3-cü dairəvi küçə ilə kəsişdiyi yerdən başlayaraq,
dəmir yolu xətti üzrə cənub istiqamətində Aşıq Ələsgər küçəsinədək, Aşıq
Ələsgər küçəsi üzrə şərq istiqamətində Məhəmməd Hadi küçəsi ilə kəsişənədək,
Məhəmməd Hadi küçəsi üzrə şimal istiqamətində Babək prospekti ilə kəsişənədək,
Babək prospekti üzrə qərb istiqamətində prospektin 3-cü dairəvi küçə ilə
kəsişdiyi yerədək.
Zona 9.2.
Sərhədləri:
Suraxanı rayonunun Əmircan və Bülbülə qəsəbələri və bu rayonun digər
zonalarla əhatə olunmayan əraziləri.
Zona 10.
Zona 10.1.
Sərhədləri:
Yasamal rayonunun digər zonalarla əhatə olunmayan hissəsi.
Zona 10.2.
Sərhədləri:
Zuğulba, Buzovna, Mərdəkan, Şüvəlan, Lökbatan, Hövsan, Binə, Maştağa,
Nardaran qəsəbələri.
Zona 10.3.
Sərhədləri:
Binəqədi rayonunun Binəqədi qəsəbəsinin cənub sərhədi üzrə şərqdən
qərbə doğru keçən xəttin şimalında yerləşən və digər zonalarda göstərilməyən
ərazisi.
Zona 10.4.
Sərhədləri:
Pirallahı rayonunun ərazisi.
Zona 11.
Sərhədləri:
Zığ, Sahil, Ramana, Zabrat qəsəbələri.
Zona 12.
Sərhədləri:
Qaradağ, Xəzər və Sabunçu rayonlarının digər zonalarla əhatə olunmayan
əraziləri.
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ
SƏNƏDLƏRİNİN SİYAHISI
1.
12 mart
2024-cü il tarixli 136 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 13 mart 2024-cü il, “Xalq” qəzeti, 14 mart 2024-cü il, № 57, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 3, maddə 313)
QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ
ƏLAVƏLƏRİN SİYAHISI
[1] 12 mart 2024-cü il tarixli 136
nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 13 mart 2024-cü il, “Xalq” qəzeti, 14 mart 2024-cü il, № 57,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 3, maddə 313)
ilə “Azərbaycan
Respublikası Vergi Məcəlləsinin 198.1.1-ci maddəsində nəzərdə tutulmuş fiziki
şəxslərin əmlak vergisi məqsədləri üçün Bakı şəhərində yerləşən binalara tətbiq
edilən əmsallar”ın 3-cü hissəsi ləğv edilmişdir.