Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci
il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq
edilmiş “Hərbi-həkim ekspertizası haqqında
Əsasnamə”də dəyişikliklər edilməsi
barədə
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR
KABİNETİNİN QƏRARI
Azərbaycan
Respublikası Konstitusiyasının 119-cu maddəsinin
səkkizinci abzasını rəhbər tutaraq və
Azərbaycan Respublikası Dövlət Sərhəd
Xidmətinin təklifini nəzərə alaraq Azərbaycan
Respublikasının Nazirlər Kabineti qərara alır:
1.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29
fevral tarixli 59 nömrəli qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2008, ¹2, maddə 134;
2010, ¹1, maddə 59; 2012, ¹12, maddə 1371) ilə təsdiq
edilmiş “Hərbi-həkim ekspertizası haqqında
Əsasnamə”nin 3 nömrəli cədvəli – “Vətəndaşların
sağlamlıq vəziyyətinə dair əlavə
tələblər”də aşağıdakı
dəyişikliklər edilsin:
1.1. “a”
bəndinin adından “əsgər, matros, çavuş,
baş çavuş vəzifələrinə” sözləri
çıxarılsın və “çağırış” sözündən
sonra “və bağlaşma” sözləri əlavə edilsin;
1.2. həmin
bəndin “Təyinat göstəriciləri. Qoşunların,
hərbi hissələrin növləri” bölməsi
üzrə:
1.2.1. “Xüsusi
təyinatlı hissələr, dəniz piyadası, hava-desant,
desant-hücum hərbi hissələri, sərhəd
qoşunları” sütunundan “sərhəd qoşunları”
sözləri və 1-ci qrafadan “sərhəd qoşunları-
1.2.2. “PDM-lərin,
zirehli maşınların və raket hissələrinin
buraxıcı qurğularının sürücüləri
və ekipaj üzvləri” sütunundan sonra “Sərhəd
qoşunları” sütunu əlavə edilsin;
1.2.3. “Azərbaycan
Respublikası Sərhəd Qoşunlarının, digər
qoşunların, orqanların qalan hissələri”
sütunundan “Azərbaycan Respublikası Sərhəd
Qoşunlarının,” sözləri
çıxarılsın;
1.2.4.
aşağıdakı məzmunda 5-ci qrafa əlavə edilsin
və 5-39-cu qrafalar müvafiq olaraq 6-40-cı qrafalar hesab
edilsin:
|
|
5 |
|||
|
|
boy (sm-lə) |
hündür
olmayaraq |
|
|
|
aşağı
olmayaraq |
155 |
|||
|
Görmə
orqanı |
görmə
itiliyi, uzaq üçün, aşağı olmayaraq |
korreksiyasız |
0,5/0,5 |
|
|
korreksiya ilə |
|
|||
|
rəng
duyğusu |
dixromaziya |
YS |
||
|
rəng
duyğusu zəifliyi |
III və ya II
dərəcə |
|
||
|
I
dərəcə |
|
|||
|
Eşitmə |
pıçıltı nitqi (m), az
olmayaraq |
6/6 |
||
|
Tam sağalma ilə
nəticələnmiş və 12 ay müddətində
remissiyanın davamlılığı ilə
keçirilmiş virus hepatitindən, tifo-paratifoz
xəstəliklərindən sonrakı hallar |
|
|||
|
Maddələr 2-ç, 3-ç |
YS |
|||
|
Zəif qidalanma |
|
|||
|
II dərəcəli piylənmə |
|
|||
|
Maddələr: 14-ç, 16-ç,
17-ç, eləcə də anamnezində 16-c
maddəsinə və ya mərkəzi sinir sisteminin üzvi
zədələnməsi təzahürləri olmadan və
tam sağalma ilə nəticələnmiş kəskin
və ya xroniki infeksiyalar zamanı ruhi pozuntulara görə
çağırışdan möhlət alması |
YS |
|||
|
Nadir rast gəlinən sadə və
qıcolma bayılmaları |
YS |
|||
|
Maddələr - 29-c, 30-c |
YS |
|||
|
Bahar katarı və konyunktivanın
digər allergik xəstəlikləri,
proqressivləşən həqiqi qanadabənzər
pərdə |
YS |
|||
|
Çəpgözlük; ən
azı, bir gözdə görmə sahəsinin 20
dərəcədən artıq məhdudlaşması |
YS |
|||
|
Maddə - 38-c |
YS |
|||
|
Maddə - 39-c |
YS |
|||
|
Maddə - 45-ç |
YS |
|||
|
Maddələr - 46-c, 47-b |
YS |
|||
|
Maddələr - 49-c, 49-ç |
YS |
|||
|
Maddə - 51-c |
YS |
|||
|
Maddə - 54-c |
|
|||
|
Maddələr - 54-b, 55-b, 59-ç |
|
|||
|
Ödçıxarıcı
yolların diskineziyası, xoşxassəli hiperbilirubinemiya |
YS |
|||
|
Həzm funksiyasının pozulması
olmayan bağırsaq rezeksiyasından sonrakı hal |
|
|||
|
Maddə - 62-d |
YS |
|||
|
Maddələr - 65-ç, 67-ç |
|
|||
|
Oynaqların funksiyasının
pozulması olmadan Osqud-Şlatter xəstəliyi |
|
|||
|
Maddələr - 72-ç, 73-ç,
75-c |
|
|||
|
Travma və ya qeyri-vərəm və
ya xoşxassəli xarakterli xəstəliklərə
görə cərrahi əməliyyat nəticəsində
bir xayanın olmaması |
|
|||
|
Anamnezində 78-ci maddəyə
görə çağırışdan möhlət
alması |
YS |
|||
1.3. “Qeydlər”ə
aşağıdakı məzmunda 3-cü hissə
əlavə edilsin:
“3.
5-ci qrafanın müddəaları Sərhəd
Qoşunlarına həqiqi hərbi xidmətə qəbul
olunan və ya hərbi xidmət keçən
aşağıdakı kateqoriya şəxslərə
şamil edilir:
- çağırış
üzrə Sərhəd Qoşunlarına müddətli
həqiqi hərbi xidmətə qəbul olunan hərbi
vəzifəlilərə;
- hərbi
xidmətə könüllü daxil olan və dövlət
sərhədinin bilavasitə mühafizəsini həyata
keçirən əsas bölmələrdə xidmət
etməsi nəzərdə tutulan hərbi
vəzifəlilərə;
- dövlət
sərhədinin bilavasitə mühafizəsini həyata
keçirən əsas bölmələrdə hərbi
xidmət keçən hərbi qulluqçulara.”.
2. Bu
qərar imzalandığı gündən qüvvəyə
minir.
Azərbaycan Respublikası Baş
nazirinin birinci müavini Yaqub EYYUBOV
Bakı şəhəri, 6
dekabr 2013-cü il
¹ 336