“Azərbaycan
Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi
qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanları haqqında”
Əsasnamənin və “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili
Qoşunlarının hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə
nişanlarının təsvirləri”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası
Prezidentinin 2005-ci il 22 iyul tarixli 268 nömrəli Fərmanında dəyişikliklər
edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
“Azərbaycan Respublikası Daxili İşlər
Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularının hərbi geyim forması və
fərqləndirmə nişanları haqqında” Əsasnamənin və “Azərbaycan Respublikası Daxili
İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularının hərbi geyim
forması və fərqləndirmə nişanlarının təsvirləri”nin təsdiq edilməsi barədə”
Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 22 iyul tarixli 268 nömrəli
Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, №7, maddə
604) aşağıdakı dəyişikliklər edilsin:
1. həmin Fərmanla təsdiq edilmiş
“Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi
qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanları haqqında
“Əsasnamə” üzrə:
1.1. 25-ci hissənin beşinci və on
səkkizinci abzaslarında və 27-ci hissənin beşinci və on yeddinci abzaslarında
“tuman” sözü “yubka” sözü ilə əvəz edilsin;
1.2. 26-cı hissənin qırx beşinci
abzasında “tumanı” sözü “yubkası” sözü ilə əvəz edilsin;
1.3. 28-ci hissənin on ikinci abzasında
“qara” sözü “zeytun” sözü ilə, əlli yeddinci abzasında “tumanı” sözü “yubkası”
sözü ilə, əlli səkkizinci abzasında isə “tumanın” sözü “yubkanın” sözü ilə əvəz
edilsin;
1.4. aşağıdakı məzmunda 2-1-ci fəsil
əlavə edilsin:
“2-1-ci fəsil
DQ-nin Ali Hərbi
Məktəbi kursantlarının geyim forması (xüsusi geyimdən başqa)
30-1. DQ-nin Ali Hərbi Məktəbi
kursantlarının mərasim geyim forması aşağıdakı hərbi geyim əşyalarından
ibarətdir:
30-1.1. yay paltarı (şəkil 6-1, 6-2):
30-1.1.1. furajka (qadınlarda şlyapa) —
zeytun rəngli;
30-1.1.2. kitel — zeytun rəngli;
30-1.1.3. şalvar (qadınlarda yubka) —
zeytun rəngli;
30-1.1.4. şalvar qayışı — zeytun rəngli;
30-1.1.5. köynək — ağ rəngli;
30-1.1.6. qalstuk — qara rəngli, qızılı
rəngli sıxacla;
30-1.1.7. əlcək — ağ rəngli;
30-1.1.8. akselbant — sarı rəngli;
30-1.1.9. corab — qara rəngli
(qadınlarda ətrəngi neylon);
30-1.1.10. yay tuflisi — qara rəngli;
30-1.2. qış paltarı (şəkil 6-3, 6-4):
30-1.2.1. qulaqlı papaq — zeytun rəngli
xəzdən, yaxud furajka (qadınlarda şlyapa) — zeytun rəngli;
30-1.2.2. qış paltosu — zeytun rəngli;
30-1.2.3. kitel — zeytun rəngli;
30-1.2.4. şalvar (qadınlarda yubka) —
zeytun rəngli;
30-1.2.5. şalvar qayışı — zeytun rəngli;
30-1.2.6. köynək — ağ rəngli;
30-1.2.7. qalstuk — qara rəngli, qızılı
rəngli sıxacla;
30-1.2.8. əlcək — ağ rəngli;
30-1.2.9. akselbant — sarı rəngli;
30-1.2.10. şərf — ağ rəngli;
30-1.2.11. corab — qara rəngli
(qadınlarda ətrəngi neylon, yaxud yarımyun);
30-1.2.12. qış, yaxud yay tuflisi — qara
rəngli (qadınlarda uzunboğaz çəkmə).
30-2. DQ-nin Ali Hərbi Məktəbi
kursantlarının mərasim geyim forması əşyalarının təsviri
30-2.1. DQ-nin Ali Hərbi Məktəbi
kursantlarının mərasim geyim forması əşyalarının təsviri DQ-nin zabit, gizir və
müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının mərasim geyim
formasına daxil olan müvafiq əşyaların təsviri ilə eynidir (bu Əsasnamənin
26-cı hissəsi).
30-2.2. DQ-nin Ali Hərbi Məktəbi
kursantlarının furajkalarında (şlyapalarında), qulaqlı papaqlarında DQ-nin
əsgər və çavuşları üçün müəyyən edilmiş kokardalarla (bu Əsasnamənin 41-ci
hissəsi) eyni olan kokardalar vardır və furajkaların (şlyapaların) çənəaltı
qayışcığı qara rəngdədir.
30-2.3. DQ-nin Ali Hərbi Məktəbi
kursantlarının tikilmə və taxılıb-çıxarılan poqonlarına oxuduqları kursu
göstərən Roma rəqəmlərinin və şəxsi nömrələrini göstərən ərəb rəqəmlərinin
qızılı rəngli təsvirləri yerləşdirilir (bu Əsasnamənin 37-1-ci hissəsi).
30-2.4. DQ-nin Ali Hərbi Məktəbinin
kursantları kiteli sarı rəngli akselbantla geyinirlər. Kitelin sol döş cibinin
düyməsindən DQ-nin Ali Hərbi Məktəbinə mənsubiyyəti bildirən fərqləndirmə döş
nişanı asılır (bu Əsasnamənin 39-cu hissəsi). DQ-nin Ali Hərbi Məktəbi
kursantlarının şalvarı kantsızdır.
30-3. DQ-nin Ali Hərbi Məktəbi
kursantlarının gündəlik geyim forması aşağıdakı hərbi geyim əşyalarından
ibarətdir:
30-3.1. yay paltarı (şəkil 16-1, 16-2):
30-3.1.1. furajka (pilotka) və
qadınlarda şlyapa (beret) — zeytun rəngli;
30-3.1.2. kitel (yun köynək) — zeytun
rəngli;
30-3.1.3. şalvar (qadınlarda yubka və ya
şalvar) — zeytun rəngli;
30-3.1.4. şalvar qayışı — zeytun rəngli;
30-3.1.5. köynək — bej rəngli;
30-3.1.6. qalstuk — qara rəngli, qızılı
rəngli sıxacla;
30-3.1.7. corab — qara rəngli
(qadınlarda ətrəngi neylon);
30-3.1.8. yay tuflisi — qara rəngli;
30-3.1.9. DQ-nin Ali Hərbi Məktəbinin
kursantlarına gündəlik yay geyim formasını kitelsiz, demisezon gödəkcə, yun
köynək, uzunqol və qısaqol köynəklərdə pilotka ilə (qadınlara beretlə), yaxud
furajka ilə (qadınlara şlyapa ilə) geyinməyə icazə verilir (şəkil 16-3 — 16-10).
30-3.2. qış paltarı (şəkil 20-1, 20-4):
30-3.2.1. qulaqlı papaq — zeytun rəngli
xəzdən, yaxud furajka (qadınlarda şlyapa) — zeytun rəngli;
30-3.2.2. qış paltosu (demisezon palto)
— zeytun rəngli;
30-3.2.3. kitel (yun köynək) — zeytun
rəngli;
30-3.2.4. şalvar (qadınlarda yubka və ya
şalvar) — zeytun rəngli;
30-3.2.5. şalvar qayışı — zeytun rəngli;
30-3.2.6. köynək — bej rəngli;
30-3.2.7. qalstuk — qara rəngli, qızılı
rəngli sıxacla;
30-3.2.8. əlcək — qara rəngli;
30-3.2.9. şərf — zeytun rəngli;
30-3.2.10. corab — qara rəngli
(qadınlarda ətrəngi neylon, yaxud yarımyun);
30-3.2.11. qış, yaxud yay tuflisi
(qadınlarda uzunboğaz çəkmə) — qara rəngli;
30-4. DQ-nin Ali Hərbi Məktəbi
kursantlarının gündəlik geyim forması əşyalarının təsviri
30-4.1. DQ-nin Ali Hərbi Məktəbi
kursantlarının gündəlik geyim forması əşyalarının təsviri DQ-nin zabit, gizir
və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının gündəlik geyim
formasına daxil olan müvafiq əşyaların təsvirləri ilə eynidir (bu Əsasnamənin
28-ci hissəsi).
30-4.2. DQ-nin Ali Hərbi Məktəbi
kursantlarının furajkalarında (şlyapalarında), qulaqlı papaqlarında DQ-nin
əsgər və çavuşları üçün müəyyən edilmiş kokardalarla (bu Əsasnamənin 41-ci
hissəsi) eyni olan kokardalar, pilotkalarında isə Daxili Qoşunların növlərinin
emblemləri vardır. Furajkaların (şlyapaların) çənəaltı qayışcığı qara
rəngdədir.
30-4.3. DQ-nin Ali Hərbi Məktəbi
kursantlarının tikilmə və taxılıb-çıxarılan poqonlarına oxuduqları kursu
göstərən Roma rəqəmlərinin və şəxsi nömrələrini göstərən ərəb rəqəmlərinin
qızılı rəngli təsvirləri yerləşdirilir (bu Əsasnamənin 37-1-ci hissəsi).
30-4.4. Kitelin, uzunqol və qısaqol
köynəklərin sol döş cibinin düyməsindən DQ-nin Ali Hərbi Məktəbinə mənsubiyyəti
bildirən fərqləndirmə döş nişanı asılır (bu Əsasnamənin 39-cu hissəsi).
Köynəklərin sağ döş cibinin üst kəsiyinə (sağ tərəfinə) kursantın soyadı
göstərilən ağ rəngli döş nişanı tikilir (taxılır). DQ-nin Ali Hərbi Məktəbi
kursantlarının şalvarı kantsızdır.
30-5. DQ-nin Ali Hərbi Məktəbi
kursantlarının səhra geyim forması əşyalarının tərkibi və təsviri
30-5.1. DQ-nin Ali Hərbi Məktəbi
kursantlarının səhra geyim forması əşyalarının tərkibi və təsviri DQ-nin zabit,
gizir və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının səhra geyim
formasının tərkibi və müvafiq əşyalarının təsviri ilə eynidir (bu Əsasnamənin
29 və 30-cu hissələri).
30-5.2. DQ-nin Ali Hərbi Məktəbi
kursantlarının səhra geyim formasında DQ-nin əsgər və çavuşları üçün müəyyən
edilmiş kokardalarla (bu Əsasnamənin 41-ci hissəsi) eyni olan qara rəngli
kokardalar vardır.
30-5.3. DQ-nin Ali Hərbi Məktəbi
kursantlarının poqonlarına oxuduqları kursu göstərən Roma rəqəmlərinin və şəxsi
nömrələrini göstərən ərəb rəqəmlərinin qara rəngli təsvirləri yerləşdirilir.”;
1.5. 36-cı hissənin üçüncü abzasında “daşıyırlar”
sözü “və DQ-nin Ali Hərbi Məktəbinin kursantları daşıyırlar. DQ-nin Ali Hərbi
Məktəbi kursantlarının poqonları onların kursant olduqlarını və neçənci kursda
oxuduqlarını göstərən nişandır (şəkil 26-1)” sözləri ilə əvəz edilsin;
1.6. aşağıdakı məzmunda 37-1-ci hissə
əlavə edilsin:
“37-1. DQ-nin Ali Hərbi Məktəbi
kursantlarının poqonlarının təsviri
37-1.1. DQ-nin Ali Hərbi Məktəbi
kursantlarının tikilmə poqonlarına onların neçənci kursda oxuduqlarını göstərən
qızılı rəngli metaldan Roma rəqəmləri və şəxsi nömrələrini göstərən ərəb
rəqəmləri tikilir (preslənir).
37-1.2. DQ-nin Ali Hərbi Məktəbi
kursantlarının taxılıb-çıxarılan poqonlarında onların neçənci kursda
oxuduqlarını göstərən sarı (səhra geyim formasından başqa) və qara (səhra geyim
forması üçün) rəngli Roma rəqəmləri və şəxsi nömrələrini göstərən ərəb
rəqəmləri yerləşdirilir.
37-1.3. DQ-nin Ali Hərbi Məktəbi
kursantlarının poqonlarında şəxsi nömrələri onların neçənci kursda oxuduqlarını
göstərən rəqəmdən aşağıda poqonun eninə yerləşdirilir.”;
1.7. 39-cu hissənin ikinci abzasında
“gizirləri,” sözündən sonra “DQ-nin Ali Hərbi Məktəbinin kursantları,” sözləri,
üçüncü abzasında isə “kitelin” sözündən sonra “, kitelsiz gündəlik yay geyim
formasında isə uzunqol” sözləri əlavə edilsin.
2. Həmin Fərmanla təsdiq edilmiş
“Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi
qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanlarının təsvirləri”nə
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ali Hərbi
Məktəbi kursantlarının geyim formalarına dair 6-1, 6-2, 6-3, 6-4, 16-1, 16-2,
16-3, 16-4, 16-5, 16-6, 16-7, 16-8, 16-9, 16-10, 20-1, 20-2, 20-3, 20-4, 26-1
nömrəli şəkillər əlavə edilsin (əlavə olunur).
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti
üç ay müddətində:
3.1. Azərbaycan Respublikası Nazirlər
Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını təmin
etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
3.2. bu Fərmandan irəli gələn digər
məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri, 24 sentyabr 2013-cü il
№ 985