“Çağırışçıların və hərbi vəzifəlilərin hərbi uçotunun aparılması Qaydası”nın təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 fevral tarixli 593 nömrəli fərmanının 4.1.3-cü yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Çağırışçıların və hərbi vəzifəlilərin hərbi uçotunun aparılması Qaydası” təsdiq edilsin (əlavə olunur).

 

Artur Rasi-zadə,

Azərbaycan Respublikasının Baş naziri

 

Bakı şəhəri, 8 may 2013-cü il

                   ¹ 76

 


 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2013-cü il 8 may tarixli 76 nömrəli qərarı ilə

təsdiq edilmişdir[1]

 

Çağırışçıların və hərbi vəzifəlilərin hərbi uçotunun aparılması qaydası

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qayda “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 fevral tarixli 593 nömrəli Fərmanının 4.1.3-cü yarımbəndinə əsasən hazırlanmışdır və Azərbaycan Ordusunu və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrini şəxsi heyətlə komplektləşdirmək məqsədi ilə dövlət orqanları (o cümlədən, konsulluqlar), yerli icra hakimiyyəti orqanları, yerli özünüidarə orqanları (bundan sonra – orqanlar) və Azərbaycan Respublikasında fəaliyyət göstərən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxs statusunda olan müəssisə, idarə və təşkilatlar, onların filial və nümayəndəlikləri, o cümlədən təhsil müəssisələri (bundan sonra – təşkilatlar) tərəfindən çağırışçıların və hərbi vəzifəlilərin hərbi uçotunun aparılması qaydasını müəyyən edir. [2]

1.2. Orqanlarda və təşkilatlarda çağırışçıların və hərbi vəzifəlilərin hərbi uçotu Azərbaycan Respublikası vətəndaşlarının hərbi qeydiyyatı üçün müəyyən edilmiş qaydalara riayət edilməsinə, Azərbaycan Ordusuna və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrə çağırılmış mütəxəssislərin əvəz edilməsinə lazım olan kadrların qabaqcadan hazırlanmasına, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (bundan sonra – Xidmət) yerli baş idarə, idarə, şöbə və bölmələrinin, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (bundan sonra – Dövlət Təhlükəsizliyi Xidməti) və Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin (bundan sonra – Xarici Kəşfiyyat Xidməti) müdafiə və səfərbərlik tədbirlərinin keçirilməsinə kömək və hərbi qeydiyyatın real vəziyyətdə aparılmasına nəzarət məqsədi ilə həyata keçirilir.[3]

1.3. Orqanların və təşkilatların rəhbərləri hərbi uçotun tam və keyfiyyətli aparılması üçün məsuliyyət daşıyırlar.

1.4. Orqanlarda və təşkilatlarda çağırışçıların və hərbi vəzifəlilərin hərbi uçotunun təşkili və aparılması üçün onların “Hərbi uçot vərəqəsi” (bu Qaydaya 1 nömrəli əlavə) ilə təmin edilməsi həmin orqanlar və təşkilatlar tərəfindən, “Çağırışçıların və hərbi vəzifəlilərin dövlət orqanlarında (o cümlədən, konsulluqlarda), yerli icra hakimiyyəti orqanlarında, yerli özünüidarə orqanlarında və təşkilatlarda hərbi uçotunun və təxsis (bron) edilmə vəziyyətinin yoxlanılması jurnalı” (bu Qaydaya 2 nömrəli əlavə) ilə təmin edilməsi isə Xidmət tərəfindən həyata keçirilir.

1.5. Orqanlarda və təşkilatlarda hərbi uçotun aparılması kadr xidməti tərəfindən həyata keçirilir.

1.6. Orqanlarda və təşkilatlarda hərbi uçotun vəziyyəti barədə bütün məlumatlar Xidmətin yerli baş idarə, idarə, şöbə və bölmələri, Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin hərbi qeydiyyatında olan hərbi vəzifəlilərə münasibətdə isə həmin orqanlar tərəfindən yoxlanılır və yoxlama jurnalında qeyd olunur.[4]

1.7. Çağırışçılar və hərbi vəzifəlilər qulluğa (xidmətə) çağırıldıqda və ya daxil olduqda, orqanlarda və təşkilatlarda hərbi uçotdan çıxarılırlar.

1.8. Hərbi vəzifəlilər hərbi uçotdan çıxarılaraq qulluq (xidmət) etdikləri Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətində və Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində qeydiyyata alınırlar. [5]

 

2. Çağırışçıların və hərbi vəzifəlilərin hərbi uçotunun təşkili və hərbi uçot vərəqələrinin hərbi qeydiyyat haqqında məlumat bölməsinin hərbi qeydiyyat sənədləri əsasında doldurulması

 

2.1. Orqanlarda və təşkilatlarda işləyən çağırışçıların və hərbi vəzifəlilərin hərbi uçot vərəqələrinin hərbi qeydiyyat haqqında məlumat bölməsi aşağıda göstərilən hərbi qeydiyyat sənədləri əsasında doldurulur:

2.1.1. çağırışçılar üçün – ilkin hərbi qeydiyyata alınma haqqında Elektron Hökumət İnformasiya Sistemindən əldə edilmiş məlumatlar;[6]

2.1.2. hərbi vəzifəlilər üçün – hərbi bilet.

2.2. Çağırışçıların hərbi uçot vərəqələrinin hərbi qeydiyyat haqqında məlumat bölməsi doldurularkən aşağıdakılar yazılmalıdır:

2.2.1. “Qeydiyyat qrupu” sətrində – “çağırışçı”;

2.2.2. “Hərbi xidmətə yararlılıq” sətrində – sağlamlıq vəziyyəti haqqında qeydlər;

2.2.3. “Hərbi qeydiyyat üzrə Xidmətin yerli baş idarəsinin, idarəsinin (şöbəsinin, bölməsinin) adı” sətrində – çağırışçının hərbi qeydiyyatda olduğu Xidmətin yerli baş idarə, idarə, şöbə və bölməsinin adı;[7]

2.2.4. “Hərbi qeydiyyata alındığı tarix” sətrində – Xidmətin yerli baş idarə, idarə, şöbə və bölməsində hərbi qeydiyyata alındığı tarix;

2.2.5. “Xüsusi” sətrində – çağırışçıya həqiqi hərbi xidmətdən verilmiş möhlətin səbəbi və müddəti.

2.3. Ehtiyatda olan əsgərlər, matroslar, kursantlar, çavuşlar, gizirlər və miçmanlar üçün hərbi uçot vərəqələrinin hərbi qeydiyyat haqqında məlumat bölməsi aşağıda göstərilən tələblərə riayət edilməklə doldurulmalıdır: [8]

2.3.1. “Qeydiyyat qrupu” sətrində – “hərbi vəzifəli”;

2.3.2. “Qeydiyyat kateqoriyası” sətrində – 1-ci (hərbi xidmət müddətini tam keçmiş, xidmət müddətindən asılı olmayaraq çavuş hərbi rütbəsini almış və ya döyüş əməliyyatlarında iştirak etmiş hərbi vəzifəlilər) və ya 2-ci (hərbi xidmət müddətini tam keçməmiş (çavuş hərbi rütbəsini almış və ya döyüş əməliyyatlarında iştirak etmiş şəxslər istisna olmaqla), habelə müxtəlif səbəblərdən müddətli həqiqi hərbi xidmətə çağırılmamış hərbi vəzifəlilər və ehtiyatda olan qadınlar). 1-ci və 2-ci kateqoriya barədə qeyd hərbi biletin 19-cu hissəsində yazılır;

2.3.3. “Heyət” sətrində – əsgərlər, matroslar, kursantlar, çavuşlar, gizirlər və miçmanlar (hərbi biletin 21-ci hissəsi);

2.3.4. “Hərbi rütbə” sətrində – əsgər, baş əsgər, matros, baş matros, kursant, kiçik çavuş, çavuş, baş çavuş, kiçik gizir, gizir, baş gizir, kiçik miçman, miçman, baş miçman (hərbi biletin 16-cı hissəsi); [9]

2.3.5. “Hərbi uçot ixtisası” sətrində – üç rəqəmdən ibarət HUİ və HUİ-nin kodu (hərbi biletin 22-ci hissəsi);

2.3.6. “Hərbi xidmətə yararlılıq” sətrində – sağlamlıq vəziyyəti haqqında qeydlər;

2.3.7. “Hərbi qeydiyyatda olduğu dövlət orqanının adı” sətrində – hərbi vəzifəlinin hərbi qeydiyyatda olduğu Xidmətin yerli baş idarə, idarə, şöbə və bölməsinin Dövlət Təhlükəsizliyi Xidmətinin və ya Xarici Kəşfiyyat Xidmətinin adı;[10]

2.3.8. “Hərbi qeydiyyata alındığı tarix” sətrində – Xidmətin yerli baş idarə, idarə, şöbə və bölməsində, Dövlət Təhlükəsizliyi Xidmətində və ya Xarici Kəşfiyyat Xidmətində hərbi qeydiyyata alındığı tarix;[11]

2.3.9. “Ümumi (komanda ¹-si)” sətrində – hərbi hissəyə təhkim edilib-edilməməsi barədə qeyd;

2.3.10. “Xüsusi” sətrində – çağırışdan möhlət verilməsi haqqında vəsiqənin nömrəsi, təxsislənmə siyahısının nömrəsi, bölməsi və bəndi, eləcə də Xidmətin yerli baş idarə, idarə, şöbə və bölməsi, Dövlət Təhlükəsizliyi Xidməti və ya Xarici Kəşfiyyat Xidməti tərəfindən rəsmiləşdirilmə tarixi;[12]

2.3.11. “Hərbi vəzifəli olmaması barədə qeyd” sətrində – hərbi vəzifəli olmaması barədə qeyd.

2.4. Ehtiyatda olan generalların, admiralların və zabitlərin hərbi uçot vərəqələrinin hərbi qeydiyyat haqqında məlumat bölməsi aşağıda göstərilən tələblərə riayət edilməklə doldurulmalıdır:

2.4.1. “Qeydiyyat qrupu” sətri doldurulmur;

2.4.2. “Qeydiyyat kateqoriyası” sətrində – ehtiyatda olan zabitin hərbi biletinin 9-cu hissəsində olan müvafiq ehtiyat dərəcəsi;

2.4.3. “Heyət” sətrində – kiçik zabitlər, baş zabitlər, ali zabitlər (hərbi biletin 8-ci hissəsi);

2.4.4. “Hərbi rütbə” sətrində – kiçik leytenant, leytenant, baş leytenant, kapitan, kapitan-leytenant, mayor, polkovnik-leytenant, polkovnik, 3-cü dərəcəli kapitan, 2-ci dərəcəli kapitan, 1-ci dərəcəli kapitan, general-mayor, general-leytenant, general-polkovnik, ordu generalı, kontr-admiral, vitse-admiral, admiral (hərbi biletin 16-cı hissəsi);

2.4.5. “Hərbi uçot ixtisası” sətrində – ehtiyatda olan zabitin hərbi biletinin 7-ci hissəsində olan altı rəqəmdən ibarət HUİ;

2.4.6. “Hərbi xidmətə yararlılıq” sətrində – sağlamlıq vəziyyəti haqqında qeydlər;

2.4.7. “Hərbi qeydiyyatda olduğu dövlət orqanının adı” sətrində – hərbi vəzifəlinin hərbi qeydiyyatda olduğu Xidmətin yerli baş idarə, idarə, şöbə və bölməsinin Dövlət Təhlükəsizliyi Xidmətinin və ya Xarici Kəşfiyyat Xidmətinin adı;

2.4.8. “Hərbi qeydiyyata alındığı tarix” sətrində – Xidmətin yerli baş idarə, idarə, şöbə və bölməsində, Dövlət Təhlükəsizliyi Xidmətində və ya Xarici Kəşfiyyat Xidmətində hərbi qeydiyyata alındığı tarix;

2.4.9. “Ümumi (komanda ¹-si)” sətrində – hərbi hissəyə təhkim edilib-edilməməsi barədə qeyd;

2.4.10. “Xüsusi” sətrində – çağırışdan möhlət verilməsi haqqında vəsiqənin nömrəsi, təxsislənmə siyahısının nömrəsi, bölməsi və bəndi, eləcə də Xidmətin yerli baş idarə, idarə, şöbə və bölməsi, Dövlət Təhlükəsizliyi Xidməti və ya Xarici Kəşfiyyat Xidməti tərəfindən rəsmiləşdirilmə tarixi;

2.4.11. “Hərbi vəzifəli olmaması barədə qeyd” sətrində – hərbi vəzifəli olmaması barədə qeyd.

2.5. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ehtiyatında olmağın son yaş həddinə çatmış şəxslərin hərbi uçot vərəqələrində hər il yanvarın 1-dən sonra hərbi qeydiyyat haqqında olan qeydlər tam pozulur və “Yaşına görə hərbi uçotdan çıxarılmışdır” sözləri qeyd edilir.

2.6. Çağırışçıların və hərbi vəzifəlilərin hərbi uçot vərəqələri dörd qrupa bölünən ayrıca kartotekada əlifba sırası ilə saxlanılır:

2.6.1. birinci qrupda – ehtiyatda olan generalların, admiralların və zabitlərin hərbi uçot vərəqələri;

2.6.2. ikinci qrupda – ehtiyatda olan əsgərlərin, matrosların, kursantların, çavuşların, gizirlərin və miçmanların hərbi uçot vərəqələri; [13]

2.6.3. üçüncü qrupda – hərbi vəzifəli qadınların hərbi uçot vərəqələri;

2.6.4. dördüncü qrupda – çağırışçıların hərbi uçot vərəqələri.

2.7. Səfərbərlik və ya müharibə dövrü çağırışdan möhlət almış müvafiq kateqoriyalardan olan hərbi vəzifəlilərin hərbi uçot vərəqələri həmin qruplarda ayrıca saxlanılır.

2.8. Yaş həddinə və sağlamlıq vəziyyətinə görə hərbi vəzifəli hesab olunmayan, habelə işdən çıxarılmış və iş yerini dəyişmiş şəxslərin hərbi uçot vərəqələri müvafiq orqanın və ya təşkilatın ümumi kartotekasından çıxarılır. Hərbi vəzifəli işçilərin sayı 500-dən çox olan orqanlarda və təşkilatlarda hərbi uçot vərəqələri kartotekası bu Qaydanın 2.6-cı bəndində göstərildiyi kimi saxlanılır.

 

3. Hərbi uçot məsələləri ilə bağlı tədbirlərin yerinə yetirilməsi

 

3.1. Hərbi uçot məsələləri ilə bağlı tədbirlərin yerinə yetirilməsi prosesində orqanlar və təşkilatlar aşağıdakı tələblərin həyata keçirilməsini təmin etməlidirlər:

3.1.1. çağırışçıların və hərbi vəzifəlilərin hərbi uçot vərəqələrinin müntəzəm olaraq ilkin hərbi qeydiyyata alınma haqqında Elektron Hökumət İnformasiya Sistemindən əldə edilmiş məlumatlarla və hərbi biletlərdə olan qeydlərlə tutuşdurulmasını. Həmin hərbi uçot vərəqələrinin ildə bir dəfədən az olmayaraq çağırışçıların və hərbi vəzifəlilərin hərbi qeydiyyatda olduğu Xidmətin yerli baş idarə, idarə, şöbə və bölməsinə Dövlət Təhlükəsizliyi Xidmətinə və ya Xarici Kəşfiyyat Xidmətinə təqdim edilərək hərbi qeydiyyat məlumatları ilə tutuşdurulmasını;[14]

3.1.2. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri hərbi vəzifəlilərin və çağırışçıların öz soyadının, adının, atasının adının dəyişdirilməsinin, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatında onların doğum tarixi və yeri haqqında dəyişikliklər edilməsinin, habelə bu şəxslərin ölümünün qeydiyyatı barədə onların hərbi qeydiyyatda olduğu Xidmətin yerli baş idarə, idarə, şöbə və bölmələrinə, Dövlət Təhlükəsizliyi Xidmətinə və ya Xarici Kəşfiyyat Xidmətinə 7 gün müddətində elektron formada, elektron formada mümkün olmadıqda digər vasitələrlə məlumat verilməsini;[15]

3.1.3. cinayət təqibini həyata keçirən orqanlar barəsində cinayət işi başlanılmış hərbi vəzifəlilərə və çağırışçılara dair onların hərbi qeydiyyatda olduğu Xidmətin yerli baş idarə, idarə, şöbə və bölmələrinə, Dövlət Təhlükəsizliyi Xidmətinə və ya Xarici Kəşfiyyat Xidmətinə 7 gün müddətində elektron formada, elektron formada mümkün olmadıqda digər vasitələrlə məlumat verilməsini;[16]

3.1.4. cəzanı icra edən müəssisə və orqanlar hərbi vəzifəlilər və çağırışçılar haqqında məhkəmənin qanuni qüvvəyə minmiş hökmü barədə onların hərbi qeydiyyatda olduğu Xidmətin yerli baş idarə, idarə, şöbə və bölmələrinə, Dövlət Təhlükəsizliyi Xidmətinə və ya Xarici Kəşfiyyat Xidmətinə 7 gün müddətində elektron formada, elektron formada mümkün olmadıqda digər vasitələrlə məlumat verilməsini;

3.1.5. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əlilliyi müəyyən edilmiş bütün çağırışçılar və hərbi vəzifəlilər barəsində onların hərbi qeydiyyatda olduğu Xidmətin yerli baş idarə, idarə, şöbə və bölmələrinə, Dövlət Təhlükəsizliyi Xidmətinə və ya Xarici Kəşfiyyat Xidmətinə 7 gün müddətində elektron formada, elektron formada mümkün olmadıqda digər vasitələrlə məlumat verilməsini;[17]

3.1.6. çağırışçıların və hərbi vəzifəlilərin hərbi qeydiyyat sənədlərinin qeydiyyat kitabında imzalamaqla qəbul edilməsini (hərbi uçot vərəqələrinin Xidmətin yerli baş idarə, idarə, şöbə və bölməsində, Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin hərbi qeydiyyatında olan hərbi vəzifəlilərə münasibətdə isə həmin orqanlarda hərbi qeydiyyat məlumatları ilə tutuşdurulmasını və digər səbəblərə görə);[18]

3.1.7. hər il oktyabrın 1-dək hərbi qeydiyyata alınmalı olan vətəndaşların siyahılarının Xidmətin yerli baş idarə, idarə, şöbə və bölmələrinə elektron formada, elektron formada mümkün olmadıqda digər vasitələrlə təqdim edilməsini;[19]

3.1.8. işləyən (işləməyən) və təhsil alan çağırışaqədər yaş həddində olan vətəndaşların və çağırışçıların həqiqi hərbi xidmətə hazırlığına (təhsil və tibb müəssisələrinə gəlmələrinə) müntəzəm nəzarət edilməsini, bu hazırlığın keyfiyyətli keçirilməsini və davamiyyətini təmin etmək üçün tədbirlər görülməsini;

3.1.9. çağırışçıların və hərbi vəzifəlilərin onların hərbi qeydiyyatda olduğu Xidmətin yerli baş idarə, idarə, şöbə və bölməsinə, Dövlət Təhlükəsizliyi Xidmətinə və ya Xarici Kəşfiyyat Xidmətinə çağırış üzrə çağırılmaları barədə xəbərdar edilməsini və onların bu çağırışa vaxtlı-vaxtında əməl etmələrinə nəzarət olunmasını;[20]

3.1.10. işə (təhsil almağa) yeni qəbul edilmiş və ya işdən (təhsil almaqdan) azad edilmiş bütün çağırışçılar və hərbi vəzifəlilər haqqında ayda bir dəfə onların hərbi qeydiyyatda olduğu Xidmətin yerli baş idarə, idarə, şöbə və bölməsinə, Dövlət Təhlükəsizliyi Xidmətinə və ya Xarici Kəşfiyyat Xidmətinə elektron formada, elektron formada mümkün olmadıqda digər vasitələrlə məlumat verilməsini;

3.1.11. çağırışçıların və hərbi vəzifəlilərin səhhətində baş vermiş dəyişikliklərlə əlaqədar ayda bir dəfə onların hərbi qeydiyyatda olduğu Xidmətin yerli baş idarə, idarə, şöbə və bölməsinə, Dövlət Təhlükəsizliyi Xidmətinə və ya Xarici Kəşfiyyat Xidmətinə elektron formada, elektron formada mümkün olmadıqda digər vasitələrlə məlumat verilməsini;[21]

3.1.12. çağırışçılar və hərbi vəzifəlilər arasında hərbi qeydiyyat qaydalarının yerinə yetirilməsinə riayət edilməsi haqqında müntəzəm olaraq geniş izahat işinin aparılmasını və bu işin yerinə yetirilməsinə nəzarət edilməsini;

3.1.13. Xidmətin yerli baş idarə, idarə, şöbə və bölmələri, Dövlət Təhlükəsizliyi Xidmətinin və ya Xarici Kəşfiyyat Xidmətinin hərbi qeydiyyatında olan hərbi vəzifəlilərə münasibətdə isə həmin orqanlar tərəfindən orqanlarda və təşkilatlarda hərbi uçotun vəziyyəti barədə yoxlama jurnalının aparılmasını.[22]

 


 

“Çağırışçıların və hərbi vəzifəlilərin hərbi uçotunun aparılması Qaydası”na

1 nömrəli əlavə

____________________________________________

                         (müəssisə, təşkilat)

 

HƏRBİ UÇOT VƏRƏQƏSİ

 

1. Ümumi məlumatlar

 

1.1. Soyadı_______________  adı ________________  atasının adı ________________

 

1.2. Doğulduğu tarix __________________  1.3. Doğulduğu yer__________________

 

1.4. Təhsili _______________________________________________________________

 

1.5. Əsas peşəsi (ixtisası) ___________________________________________________

 

1.6. Ümumi iş stajı ________________________________________________________

 

1.7. Ailə vəziyyəti _________________________________________________________

(ailə tərkibi, ailənin hər bir üzvünün doğulduğu il göstərilməklə)

_____________________________________________________________________________

_____________________________________________________________________________

_____________________________________________________________________________

 

1.8. Şəxsiyyət vəsiqəsi: seriya _________ ¹ _______ kim tərəfindən verilib _________

__________________________________ verilmə tarixi “____” __________  20 ______ il

 

1.9. Ev ünvanı ________________________________ 1.10. Telefon _________________

 

2. Hərbi qeydiyyat haqqında məlumat

 

2.1. Qeydiyyat qrupu ______________  2.2. Qeydiyyat kateqoriyası ________________

 

2.3. Heyət _____________________  2.4. Hərbi rütbə_______________________________

 

2.5. Hərbi uçot ixtisası ________________________________________________________

 

2.6. Hərbi xidmətə yararlılıq __________________________________________________

 

2.7. Hərbi qeydiyyatda olduğu dövlət orqanının adı _____________________________[23]

____________________________________________________________________________

 

2.8. Hərbi qeydiyyata alındığı tarix _____________________________________________

 

2.9. Ümumi (komanda ¹-si) ___________________________________________________

 

2.10. Xüsusi ________________________________________________________________

 

2.11. Hərbi vəzifəli olmaması barədə qeyd ______________________________________

 

Əlavə məlumatlar                                                                                           Kod

 

 

 

 

 

İmza __________________                     Doldurulma tarixi ____________20________ il

 

İşdən azad olunmağın tarixi və səbəbi   _________________________________________

 

_____________________________________________________________________________

________________________________________

 

 


 

“Çağırışçıların və hərbi vəzifəlilərin hərbi uçotunun aparılması Qaydası”na

2 nömrəli əlavə

 

Çağırışçıların və hərbi vəzifəlilərin dövlət orqanlarında (o cümlədən, konsulluqlarda), yerli icra hakimiyyəti orqanlarında, yerli özünüidarə orqanlarında və təşkilatlarda hərbi uçotunun və təxsis (bron) edilmə vəziyyətinin yoxlanılması

 

J u r n a l ı

 

___________________________________

(təşkilatın adı)

___________________________________

(təşkilatın ünvanı)

___________________________________

(hərbi uçot işini aparan işçi)

 

Yoxlama tarixi

Yoxlamanın nəticələri, əsas

çatışmazlıqlar və yekun

Çatışmazlıqların aradan qaldırılması haqqında qeydlər

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Yoxlamanı apardı:

_____________________________________________________________________________

(Xidmətin yerli baş idarəsi, idarəsi, (şöbəsi, bölməsi) nümayəndəsinin soyadı, adı, atasının adı və imzası)

 

M.Y.

 

Yoxlamanın nəticəsi ilə tanış oldum:

_____________________________________________________________________________

(təşkilat rəhbərinin soyadı, adı, atasının adı, imzası və təşkilatın gerbli möhürü)

 

_____________________________________________

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       06 may 2015-ci il tarixli 172 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 17 may 2015-ci il, ¹ 104, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, ¹5, maddə 656)

2.       10 aprel 2017-ci il tarixli 133 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 12 aprel 2017-ci il, ¹ 75, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹4, maddə 620)

3.       7 mart 2019-cu il tarixli 80 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 mart 2019-cu il, ¹ 59, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 3, maddə 514)

4.       24 noyabr 2020-ci il tarixli 459 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 28 noyabr 2020-ci il, ¹ 249, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 11, maddə 1402)

5.       15 iyul 2022-ci il tarixli 268 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 21 iyul 2022-ci il, ¹ 151, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, ¹7, maddə 819)

6.       05 avqust 2022-ci il tarixli 284 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 8 avqust 2022-ci il, “Xalq” qəzeti, 10 avqust 2022-ci il, ¹ 168, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, ¹ 8, maddə 973)

7.       2 dekabr 2025-ci il tarixli 367 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 3 dekabr 2025-ci il, “Xalq” qəzeti, 5 dekabr 2025-ci il, ¹ 257, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, ¹ 12, II kitab, maddə 1216)

8.       14 yanvar 2026-cı il tarixli 14 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 15 yanvar 2026-cı il, “Xalq” qəzeti, 22 yanvar 2026-cı il, ¹ 12, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2026-cı il, ¹ 1, maddə 84)

9.       24 fevral 2026-cı il tarixli 55 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 25 fevral 2026-cı il, “Xalq” qəzeti, 13 mart 2026-cı il, ¹ 47, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2026-cı il, ¹ 2, maddə 194)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 05 avqust 2022-ci il tarixli 284 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 8 avqust 2022-ci il, “Xalq” qəzeti, 10 avqust 2022-ci il, ¹ 168, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, ¹ 8, maddə 973) ilə “Çağırışçıların və hərbi vəzifəlilərin hərbi uçotunun aparılması Qaydası”nın mətn üzrə ismin müvafiq hallarında “yerli idarə” sözləri ismin müvafiq hallarında “yerli baş idarə, idarə, sözləri ilə əvəz edilmişdir.

 

[2] 10 aprel 2017-ci il tarixli 133 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 12 aprel 2017-ci il, ¹ 75, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹4, maddə 620) ilə “Çağırışçıların və hərbi vəzifəlilərin hərbi uçotunun aparılması Qaydası”nın 1.1-ci bəndində “Azərbaycan Respublikasının Silahlı Qüvvələrini” sözləri “Azərbaycan Ordusunu” sözləri ilə və 1.2-ci bəndində “Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə” sözləri “Azərbaycan Ordusuna” sözləri ilə əvəz  edilmişdir.

 

[3] 14 yanvar 2026-cı il tarixli 14 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 15 yanvar 2026-cı il, “Xalq” qəzeti, 22 yanvar 2026-cı il, ¹ 12, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2026-cı il, ¹ 1, maddə 84) ilə “Çağırışçıların və hərbi vəzifəlilərin hərbi uçotunun aparılması Qaydası”nın 1.2-ci bəndinə “bölmələrinin” sözündən sonra “, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (bundan sonra – Dövlət Təhlükəsizliyi Xidməti) və Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin (bundan sonra – Xarici Kəşfiyyat Xidməti)” sözləri əlavə edilmişdir.

 

[4] 14 yanvar 2026-cı il tarixli 14 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 15 yanvar 2026-cı il, “Xalq” qəzeti, 22 yanvar 2026-cı il, ¹ 12, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2026-cı il, ¹ 1, maddə 84) ilə “Çağırışçıların və hərbi vəzifəlilərin hərbi uçotunun aparılması Qaydası”nın 1.6-cı bəndinə “bölmələri” sözündən sonra “, Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin hərbi qeydiyyatında olan hərbi vəzifəlilərə münasibətdə isə həmin orqanlar” sözləri əlavə edilmişdir.

 

[5] 06 may 2015-ci il tarixli 172 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 17 may 2015-ci il, ¹ 104, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, ¹5, maddə 656) ilə “Çağırışçıların və hərbi vəzifəlilərin hərbi uçotunun aparılması Qaydası”nın 1.8-ci bəndi ləğv edilmişdir.

 

[6] 2 dekabr 2025-ci il tarixli 367 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 3 dekabr 2025-ci il, “Xalq” qəzeti, 5 dekabr 2025-ci il, ¹ 257, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, ¹ 12, II kitab, maddə 1216) ilə “Çağırışçıların və hərbi vəzifəlilərin hərbi uçotunun aparılması Qaydası”nın 2.1.1-ci yarımbənddə “vəsiqə” sözü “Elektron Hökumət İnformasiya Sistemindən əldə edilmiş məlumatlar” sözləri ilə əvəz edilmişdir.

 

[7] 05 avqust 2022-ci il tarixli 284 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 8 avqust 2022-ci il, “Xalq” qəzeti, 10 avqust 2022-ci il, ¹ 168, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, ¹ 8, maddə 973) ilə “Çağırışçıların və hərbi vəzifəlilərin hərbi uçotunun aparılması Qaydası”nın 2.2.3-cü, 2.3.7-ci, 2.4.7-ci yarımbəndlərdə, həmin Qaydanın 1 və 2 nömrəli əlavələrinin mətni üzrə ismin müvafiq hallarında “yerli idarəsi” sözləri ismin müvafiq hallarında “yerli baş idarəsi, idarəsi,” sözləri ilə əvəz edilmişdir.

 

[8] 24 fevral 2026-cı il tarixli 55 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 25 fevral 2026-cı il, “Xalq” qəzeti, 13 mart 2026-cı il, ¹ 47, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2026-cı il, ¹ 2, maddə 194) ilə “Çağırışçıların və hərbi vəzifəlilərin hərbi uçotunun aparılması qaydası”nın 2.3-cü bəndinə və 2.3.3-cü yarımbəndinə “matroslar,” sözündən sonra “kursantlar,” sözü əlavə edilmişdir.

 

[9] 24 fevral 2026-cı il tarixli 55 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 25 fevral 2026-cı il, “Xalq” qəzeti, 13 mart 2026-cı il, ¹ 47, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2026-cı il, ¹ 2, maddə 194) ilə “Çağırışçıların və hərbi vəzifəlilərin hərbi uçotunun aparılması qaydası”nın 2.3.4-cü yarımbəndinə “baş matros,” sözlərindən sonra “kursant,” sözü əlavə edilmişdir.

 

[10] 14 yanvar 2026-cı il tarixli 14 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 15 yanvar 2026-cı il, “Xalq” qəzeti, 22 yanvar 2026-cı il, ¹ 12, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2026-cı il, ¹ 1, maddə 84) ilə “Çağırışçıların və hərbi vəzifəlilərin hərbi uçotunun aparılması Qaydası”nın 2.3.7-ci və 2.4.7-ci yarımbəndlərində “Hərbi qeydiyyat üzrə Xidmətin yerli baş idarəsinin, idarəsinin (şöbəsinin, bölməsinin)” sözləri “Hərbi qeydiyyatda olduğu dövlət orqanının” sözləri ilə əvəz edilmişdir və həmin yarımbəndlərə “bölməsinin” sözündən sonra “Dövlət Təhlükəsizliyi Xidmətinin və ya Xarici Kəşfiyyat Xidmətinin” sözləri əlavə edilmişdir.

 

[11] 14 yanvar 2026-cı il tarixli 14 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 15 yanvar 2026-cı il, “Xalq” qəzeti, 22 yanvar 2026-cı il, ¹ 12, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2026-cı il, ¹ 1, maddə 84) ilə “Çağırışçıların və hərbi vəzifəlilərin hərbi uçotunun aparılması Qaydası”nın 2.3.8-ci və 2.4.8-ci yarımbəndlərinə “bölməsində” sözündən sonra “, Dövlət Təhlükəsizliyi Xidmətində və ya Xarici Kəşfiyyat Xidmətində” sözləri əlavə edilmişdir.

 

[12] 14 yanvar 2026-cı il tarixli 14 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 15 yanvar 2026-cı il, “Xalq” qəzeti, 22 yanvar 2026-cı il, ¹ 12, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2026-cı il, ¹ 1, maddə 84) ilə “Çağırışçıların və hərbi vəzifəlilərin hərbi uçotunun aparılması Qaydası”nın 2.3.10-cu və 2.4.10-cu yarımbəndlərinə (ikinci halda) “bölməsi” sözündən sonra “, Dövlət Təhlükəsizliyi Xidməti və ya Xarici Kəşfiyyat Xidməti” sözləri əlavə edilmişdir.

 

[13] 24 fevral 2026-cı il tarixli 55 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 25 fevral 2026-cı il, “Xalq” qəzeti, 13 mart 2026-cı il, ¹ 47, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2026-cı il, ¹ 2, maddə 194) ilə “Çağırışçıların və hərbi vəzifəlilərin hərbi uçotunun aparılması qaydası”nın 2.6.2-ci yarımbəndinə “matrosların,” sözündən sonra “kursantların,” sözü əlavə edilmişdir.

 

[14] 2 dekabr 2025-ci il tarixli 367 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 3 dekabr 2025-ci il, “Xalq” qəzeti, 5 dekabr 2025-ci il, ¹ 257, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, ¹ 12, II kitab, maddə 1216) ilə “Çağırışçıların və hərbi vəzifəlilərin hərbi uçotunun aparılması Qaydası”nın 3.1.1-ci yarımbəndin birinci cümləsində “vəsiqələrdə” sözü “Elektron Hökumət İnformasiya Sistemindən əldə edilmiş məlumatlarla” sözləri ilə əvəz edilmişdir.

14 yanvar 2026-cı il tarixli 14 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 15 yanvar 2026-cı il, “Xalq” qəzeti, 22 yanvar 2026-cı il, ¹ 12, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2026-cı il, ¹ 1, maddə 84) ilə “Çağırışçıların və hərbi vəzifəlilərin hərbi uçotunun aparılması Qaydası”nın 3.1.1-ci yarımbəndinin ikinci cümləsinə “olmayaraq” sözündən sonra “çağırışçıların və hərbi vəzifəlilərin hərbi qeydiyyatda olduğu” sözləri, “bölməsinə” sözündən sonra “Dövlət Təhlükəsizliyi Xidmətinə və ya Xarici Kəşfiyyat Xidmətinə” sözləri əlavə edilmişdir.

 

[15] 15 iyul 2022-ci il tarixli 268 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 21 iyul 2022-ci il, ¹ 151, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, ¹7, maddə 819) ilə “Çağırışçıların və hərbi vəzifəlilərin hərbi uçotunun aparılması Qaydası”nın 3.1.2-ci yarımbəndindən rayon (şəhər) sözləri çıxarılmışdır.

14 yanvar 2026-cı il tarixli 14 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 15 yanvar 2026-cı il, “Xalq” qəzeti, 22 yanvar 2026-cı il, ¹ 12, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2026-cı il, ¹ 1, maddə 84) ilə “Çağırışçıların və hərbi vəzifəlilərin hərbi uçotunun aparılması Qaydası”nın 3.1.2-ci və 3.1.4-cü yarımbəndlərinə “barədə” sözündən sonra “onların hərbi qeydiyyatda olduğu” sözləri, “bölmələrinə” sözündən sonra “, Dövlət Təhlükəsizliyi Xidmətinə və ya Xarici Kəşfiyyat Xidmətinə” sözləri əlavə edilmişdir.

 

[16] 14 yanvar 2026-cı il tarixli 14 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 15 yanvar 2026-cı il, “Xalq” qəzeti, 22 yanvar 2026-cı il, ¹ 12, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2026-cı il, ¹ 1, maddə 84) ilə “Çağırışçıların və hərbi vəzifəlilərin hərbi uçotunun aparılması Qaydası”nın 3.1.3-cü yarımbəndinə “çağırışçılara” sözündən əvvəl “hərbi vəzifəlilərə və” sözləri, “qeydiyyatda” sözündən əvvəl “hərbi” sözü, “bölmələrinə” sözündən sonra “, Dövlət Təhlükəsizliyi Xidmətinə və ya Xarici Kəşfiyyat Xidmətinə” sözləri əlavə edilmişdir.

 

[17] 7 mart 2019-cu il tarixli 80 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 mart 2019-cu il, ¹ 59, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 3, maddə 514) ilə “Çağırışçıların və hərbi vəzifəlilərin hərbi uçotunun aparılması Qaydası”nın 3.1.5-ci yarımbəndində “sağlamlıq imkanları məhdud olmuş və ya əlil sayılmış” sözləri “əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilmişdir.

24 noyabr 2020-ci il tarixli 459 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 28 noyabr 2020-ci il, ¹ 249, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 11, maddə 1402) ilə “Çağırışçıların və hərbi vəzifəlilərin hərbi uçotunun aparılması Qaydası”nın 3.1.5-ci yarımbəndində “tibbi-sosial ekspert komissiyaları” sözləri “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi” sözləri ilə əvəz edilmişdir.

2 dekabr 2025-ci il tarixli 367 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 3 dekabr 2025-ci il, “Xalq” qəzeti, 5 dekabr 2025-ci il, ¹ 257, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, ¹ 12, II kitab, maddə 1216) ilə “Çağırışçıların və hərbi vəzifəlilərin hərbi uçotunun aparılması Qaydası”nın 3.1.2-3.1.5-ci yarımbəndlərə “müddətində” sözündən sonra “elektron formada, elektron formada mümkün olmadıqda digər vasitələrlə” sözləri əlavə edilmişdir.

14 yanvar 2026-cı il tarixli 14 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 15 yanvar 2026-cı il, “Xalq” qəzeti, 22 yanvar 2026-cı il, ¹ 12, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2026-cı il, ¹ 1, maddə 84) ilə “Çağırışçıların və hərbi vəzifəlilərin hərbi uçotunun aparılması Qaydası”nın 3.1.5-ci yarımbəndinə “bölmələrinə” sözündən sonra “, Dövlət Təhlükəsizliyi Xidmətinə və ya Xarici Kəşfiyyat Xidmətinə” sözləri əlavə edilmişdir.

 

[18] 14 yanvar 2026-cı il tarixli 14 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 15 yanvar 2026-cı il, “Xalq” qəzeti, 22 yanvar 2026-cı il, ¹ 12, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2026-cı il, ¹ 1, maddə 84) ilə “Çağırışçıların və hərbi vəzifəlilərin hərbi uçotunun aparılması Qaydası”nın 3.1.6-cı yarımbəndinə “bölməsində” sözündən sonra “, Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin hərbi qeydiyyatında olan hərbi vəzifəlilərə münasibətdə isə həmin orqanlarda” sözləri əlavə edilmişdir.

 

[19] 2 dekabr 2025-ci il tarixli 367 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 3 dekabr 2025-ci il, “Xalq” qəzeti, 5 dekabr 2025-ci il, ¹ 257, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, ¹ 12, II kitab, maddə 1216) ilə “Çağırışçıların və hərbi vəzifəlilərin hərbi uçotunun aparılması Qaydası”nın 3.1.7-ci yarımbənddə “sentyabrın” sözü “oktyabrın” sözü ilə əvəz edilmişdir və həmin yarımbəndə “bölmələrinə” sözündən sonra “elektron formada, elektron formada mümkün olmadıqda digər vasitələrlə” sözləri əlavə edilmişdir.

 

[20] 14 yanvar 2026-cı il tarixli 14 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 15 yanvar 2026-cı il, “Xalq” qəzeti, 22 yanvar 2026-cı il, ¹ 12, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2026-cı il, ¹ 1, maddə 84) ilə “Çağırışçıların və hərbi vəzifəlilərin hərbi uçotunun aparılması Qaydası”nın 3.1.9-cu, 3.1.10-cu və 3.1.11-ci yarımbəndlərinə “Xidmətin” sözündən əvvəl “onların hərbi qeydiyyatda olduğu” sözləri, “bölməsinə” sözündən sonra “, Dövlət Təhlükəsizliyi Xidmətinə və ya Xarici Kəşfiyyat Xidmətinə” sözləri əlavə edilmişdir.

 

[21] 2 dekabr 2025-ci il tarixli 367 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 3 dekabr 2025-ci il, “Xalq” qəzeti, 5 dekabr 2025-ci il, ¹ 257, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, ¹ 12, II kitab, maddə 1216) ilə “Çağırışçıların və hərbi vəzifəlilərin hərbi uçotunun aparılması Qaydası”nın 3.1.10-cu və 3.1.11-ci yarımbəndlərə “bölməsinə” sözündən sonra “elektron formada, elektron formada mümkün olmadıqda digər vasitələrlə” sözləri əlavə edilmişdir.

 

[22] 14 yanvar 2026-cı il tarixli 14 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 15 yanvar 2026-cı il, “Xalq” qəzeti, 22 yanvar 2026-cı il, ¹ 12, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2026-cı il, ¹ 1, maddə 84) ilə “Çağırışçıların və hərbi vəzifəlilərin hərbi uçotunun aparılması Qaydası”nın 3.1.13-cü yarımbəndinə “bölmələri” sözündən sonra “, Dövlət Təhlükəsizliyi Xidmətinin və ya Xarici Kəşfiyyat Xidmətinin hərbi qeydiyyatında olan hərbi vəzifəlilərə münasibətdə isə həmin orqanlar” sözləri əlavə edilmişdir.

 

[23] 14 yanvar 2026-cı il tarixli 14 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 15 yanvar 2026-cı il, “Xalq” qəzeti, 22 yanvar 2026-cı il, ¹ 12, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2026-cı il, ¹ 1, maddə 84) ilə “Çağırışçıların və hərbi vəzifəlilərin hərbi uçotunun aparılması Qaydası”na 1 nömrəli əlavənin 2.7-ci bəndindinə “Hərbi qeydiyyat üzrə Xidmətin yerli baş idarəsinin, idarəsinin (şöbəsinin, bölməsinin)” sözləri “Hərbi qeydiyyatda olduğu dövlət orqanının” sözləri ilə əvəz edilmişdir.