“Bağlaşma
əsasında həqiqi hərbi xidmətə daxilolmanın
halları və Qaydası”nın təsdiq edilməsi
haqqında
AZƏRBAYCAN
RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Hərbi
vəzifə və hərbi xidmət haqqında” Azərbaycan
Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan
Respublikası Prezidentinin 2012-ci il 13 fevral tarixli 593
nömrəli Fərmanının 4.1.9-cu yarımbəndinin
icrasını təmin etmək məqsədi ilə
Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“Bağlaşma əsasında
həqiqi hərbi xidmətə daxilolmanın halları və
Qaydası” təsdiq edilsin (əlavə olunur).
Azərbaycan Respublikasının Baş
naziri Artur Rasi-zadə
Bakı
şəhəri, 2 fevral 2015-ci il
¹ 21
|
|
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 2015-ci il 2 fevral tarixli 21
nömrəli qərarı ilə TƏSDİQ
EDİLMİŞDİR |
Bağlaşma
əsasında həqiqi hərbi xidmətə daxilolmanın
halları və Qaydası
1. Ümumi
müddəalar
1.1. “Bağlaşma
əsasında həqiqi hərbi xidmətə daxilolmanın
halları və Qaydası” (bundan sonra - Qayda) “Hərbi
vəzifə və hərbi xidmət haqqında” Azərbaycan
Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan
Respublikası Prezidentinin 2012-ci il 13 fevral tarixli 593
nömrəli Fərmanının 4.1.9-cu yarımbəndinin icrasını
təmin etmək məqsədi ilə
hazırlanmışdır.
1.2. Bu Qayda Azərbaycan Ordusuna və Azərbaycan
Respublikasının qanunvericiliyinə uyğun olaraq
yaradılmış başqa silahlı
birləşmələrə həqiqi hərbi xidmətə
bağlaşma əsasında könüllü daxil olan
Azərbaycan Respublikasının vətəndaşlarına,
həmçinin əcnəbilər və
vətəndaşlığı olmayan şəxslərə
şamil edilir. [1]
2.
Bağlaşma əsasında həqiqi hərbi xidmətə
daxilolmanın halları
2.1. Azərbaycan Ordusunda və ya Azərbaycan
Respublikasının qanunvericiliyinə uyğun olaraq
yaradılmış başqa silahlı
birləşmələrdə ştat üzrə
vəzifələrə uyğun olaraq həqiqi hərbi
xidmət keçmək üçün “Hərbi
vəzifə və hərbi xidmət haqqında” Azərbaycan
Respublikası Qanununun 36-cı maddəsinə əsasən
müəyyən edilmiş tələblərə cavab
verən Azərbaycan Respublikasının
vətəndaşları, həmçinin əcnəbilər
və vətəndaşlığı olmayan
şəxslər bağlaşma əsasında həqiqi
hərbi xidmətə könüllü daxil olurlar.
2.2. “Hərbi vəzifə
və hərbi xidmət haqqında” Azərbaycan Respublikası
Qanununun 3.4-cü maddəsinə və Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2012-ci il 23 noyabr tarixli 276-18
nömrəli qərarı ilə təsdiq edilmiş
“Azərbaycan Respublikası qadın
vətəndaşlarının hərbi uçot
ixtisaslarının Siyahısı”na əsasən hərbi
uçot ixtisası olan 19 yaşından 40
yaşınadək Azərbaycan Respublikasının qadın
vətəndaşları özlərinin
razılığı ilə hərbi qeydiyyata götürülür
və bağlaşma əsasında Azərbaycan Ordusunda və ya Azərbaycan
Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış
başqa silahlı birləşmələrdə hərbi
xidmətə qəbul edilirlər.
2.3. Azərbaycan
Respublikasının vətəndaşları,
həmçinin əcnəbilər və
vətəndaşlığı olmayan şəxslər
bağlaşma əsasında həqiqi hərbi xidmətə
bu Qaydanın 3.1-ci bəndində göstərilmiş
müvafiq dövlət orqanlarının və ya hərbi
hissələrin təşkilati-ştat strukturu üzrə
vakant vəzifələr olduğu hallarda qəbul edilirlər.
2.4. Bağlaşma
əsasında həqiqi hərbi xidmətə daxil olan
şəxslər fiziki hazırlıqlı,
mənəvi-psixoloji cəhətdən sağlam, hərbi
xidmət keçəcəyi ixtisas üzrə bilikli və
ən azı ümumi orta təhsilli olmalıdırlar.
2.5. Həqiqi hərbi
xidmətə könüllü daxil olmaq arzusunu bildirmiş
şəxslər həqiqi hərbi xidmətə daxil
olarkən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci
il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq
edilmiş “Hərbi-həkim ekspertizası haqqında
Əsasnamə”yə uyğun olaraq tibbi müayinədən
keçir və şəhadətləndirilirlər.
2.6. Həqiqi hərbi
xidmətə könüllü daxil olmaq istəyən qanunla
müəyyənləşdirilən müddətli həqiqi
hərbi xidməti başa çatdırmış hərbi
qulluqçulara, hərbi vəzifəlilərə və
hərbi qeydiyyatda olmayan qadınlara bu Qaydanın 3.4-cü
və 3.5-ci bəndlərində nəzərdə tutulmuş
sənədlər əsasında şəxsi iş tərtib
edilir.
2.7. Əcnəbilərə
və vətəndaşlığı olmayan
şəxslərə bu Qaydanın 3.6-cı bəndində
nəzərdə tutulmuş sənədlər əsasında
şəxsi iş tərtib edilir.
2.8. Həqiqi hərbi
xidmətə qəbul üçün müəyyən
edilmiş tələblərə cavab verən Azərbaycan
Respublikasının vətəndaşları ilə, həmçinin
əcnəbilər və vətəndaşlığı
olmayan şəxslərlə Azərbaycan Ordusu və ya Azərbaycan
Respublikasının qanunvericiliyinə uyğun olaraq
yaradılmış başqa silahlı
birləşmələr arasında onların həqiqi
hərbi xidmətə daxil olmasına dair bağlaşma
tərtib edilir.
2.9. Bağlaşma
əsasında həqiqi hərbi xidmətə daxil olan
şəxslərin müəyyən olunmuş
tələblərə uyğun olaraq həqiqi hərbi
xidmətə qəbul və ya imtina edilməsinə dair
rəyin verilməsi bu Qaydanın 3.1-ci bəndində
göstərilmiş müvafiq dövlət orqanlarına
və ya hərbi hissələrə həvalə edilir.
2.10. “Hərbi vəzifə
və hərbi xidmət haqqında” Azərbaycan Respublikası
Qanununun 36-cı maddəsinə uyğun olaraq bağlaşma
əsasında aşağıdakı həqiqi hərbi
xidmətlərə könüllü daxil olurlar:
2.10.1. müddətdən
artıq həqiqi hərbi xidmətə - ən azı
ümumi orta təhsili olan, qanunla
müəyyənləşdirilən müddətli həqiqi
hərbi xidməti başa çatdırmış hərbi
qulluqçular, 40 yaşınadək hərbi
vəzifəlilər (zabitlər, gizirlər və
miçmanlar istisna olmaqla), habelə 19 yaşından 40
yaşınadək qadınlar;
2.10.2. hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali
təhsil müəssisələrinin kursantlarının
həqiqi hərbi xidmətinə - xüsusi təyinatlı
ali təhsil müəssisəsinə qəbul edildiyi ildə
17 yaşı tamam olan və 20
yaşı tamam olmayan vətəndaşlar, habelə zabit
hərbi rütbəsi olmayan, xüsusi təyinatlı ali
təhsil müəssisələrində oxumaq arzusunu
bildirən 18 yaşından 23 yaşınadək hərbi
qulluqçular və
hərbi vəzifəlilər; [2]
2.10.3. gizirlərin və
miçmanların həqiqi hərbi xidmətinə - ən
azı tam orta təhsilli, azı bir il hərbi xidmət
keçmiş əsgərlər, matroslar, çavuşlar, 40
yaşınadək hərbi vəzifəlilər (zabitlər
istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək
qadınlar;
2.10.4. zabitlərin həqiqi
hərbi xidmətinə - hərbi xidmətdə
olmağın son yaş həddinə çatmamış
ehtiyatda olan zabitlər, habelə ilk zabit hərbi
rütbəsi verilməklə 35 yaşınadək həqiqi
hərbi xidmətdə olan hərbi qulluqçular, ehtiyatda
olan hərbi vəzifəlilər və qadınlar.
3.
Bağlaşma əsasında həqiqi hərbi xidmətə
daxilolmanın qaydası
3.1. Azərbaycan
Respublikasının Ədliyyə Nazirliyinə, Azərbaycan
Respublikasının Müdafiə Nazirliyinə, Azərbaycan
Respublikasının Daxili İşlər Nazirliyinə, Azərbaycan Respublikasının
Milli Təhlükəsizlik Nazirliyinə, Azərbaycan
Respublikasının Fövqəladə Hallar Nazirliyinə, Azərbaycan Respublikasının
Dövlət Təhlükəsizliyi Xidmətinə,
Azərbaycan Respublikasının Xarici Kəşfiyyat
Xidmətinə, Azərbaycan
Respublikasının Dövlət Sərhəd
Xidmətinə, Azərbaycan Respublikasının Xüsusi
Dövlət Mühafizə Xidmətinə və Azərbaycan
Respublikasının Səfərbərlik və Hərbi
Xidmətə Çağırış üzrə
Dövlət Xidmətinə həqiqi hərbi xidmətə
fərdi qaydada könüllü daxil olmaq istəyən
həqiqi hərbi xidmət hərbi qulluqçularının,
hərbi vəzifəlilərin və hərbi qeydiyyatda olmayan
qadınların, həmçinin əcnəbilər və
vətəndaşlığı olmayan şəxslərin
seçilməsini, sənədlərin
toplanılmasını və şəxsi işlərin
tərtib edilməsini həmin dövlət orqanlarının
kadr aparatları həyata keçirirlər. [3]
3.2. Hərbi qeydiyyatda olmayan
qadınlar özlərinin razılığı ilə
Azərbaycan Respublikası Səfərbərlik və Hərbi
Xidmətə Çağırış üzrə
Dövlət Xidmətinin yerli idarə, şöbə və
ya bölməsi tərəfindən hərbi qeydiyyata
götürülürlər. Hərbi qeydiyyata
götürülmüş Azərbaycan Respublikasının
qadın vətəndaşlarına, həmçinin hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali
təhsil müəssisələrinin kursantlarına hərbi
bilet verilir.
3.3. Zərurət
yarandığı halda, bu Qaydanın 3.1-ci bəndində
göstərilmiş müvafiq dövlət orqanlarının
və ya hərbi hissələrin tələbnamələrinə
(sifarişlərinə) uyğun olaraq, bağlaşma
əsasında həqiqi hərbi xidmətə qəbul
edilməsi üçün seçilmiş hərbi
vəzifəlilərin və hərbi qeydiyyatda olmayan
qadınların sənədləri əsasında onların
şəxsi işlərinin tərtib edilməsi və
aidiyyəti üzrə göndərilməsi Azərbaycan Respublikası
Səfərbərlik və Hərbi Xidmətə
Çağırış üzrə Dövlət
Xidmətinin yerli idarə, şöbə və
bölmələri tərəfindən həyata
keçirilir.
3.4. Şəxsi iş tərtib
edilməsi üçün bu Qaydanın 3.1-ci bəndində
göstərilmiş müvafiq dövlət orqanlarına
və ya hərbi hissələrə aşağıdakı
sənədlər (müvafiq dövlət orqanları
tərəfindən xidmətə (qulluğa) qəbul
edilməsi üçün qanunvericiliklə
müəyyən edilmiş sənədlərdən başqa)
təqdim edilir:
3.4.1. şəxsiyyəti
təsdiq edən sənəd;
3.4.2. ərizə və ya
raport;
3.4.3. şəxsən
yazılmış tərcümeyi-hal;
3.4.4. xidmət (iş və ya
təhsil) yerindən xasiyyətnamə;
3.4.5. təhsil haqqında
sənədin surəti;
3.4.6. doğum haqqında
şəhadətnamənin surəti;
3.4.7. nikah haqqında
şəhadətnamənin surəti (evli olduqda);
3.4.8. uşaqların doğum
haqqında şəhadətnamələrinin surəti
(uşaq olduqda);
3.4.9. 4 ədəd
(başıaçıq, anfas) 3x4 sm ölçüdə
və 2 ədəd 9x12 sm ölçüdə
fotoşəkil (kursantların həqiqi hərbi
xidmətinə daxil olanlar üçün 4,5x6 sm
ölçüdə);
3.4.10. məhkumluğun
olub-olmaması barədə arayış.
3.5. Həqiqi hərbi
xidmətə könüllü daxil olmaq istəyən
şəxslər üçün tərtib edilmiş
şəxsi işlərə bu Qaydanın 3.1-ci
bəndində göstərilmiş müvafiq dövlət
orqanları və ya hərbi hissə tərəfindən
əlavə olunan sənədlər
aşağıdakılardır:
3.5.1. sağlamlıq
vəziyyətinə görə hərbi xidmətə
yararlı olması barədə müvafiq
hərbi-həkim komissiyasının qərarı;
3.5.2. rejim obyektlərində
işə buraxılışı rəsmiləşdirmək
üçün sənədlər.
3.6. Əcnəbilər və
vətəndaşlığı olmayan şəxslər
tərəfindən bu Qaydanın 3.4.1-ci, 3.4.2-ci, 3.4.5-ci,
3.4.9-cu yarımbəndlərində göstərilmiş
sənədlər təqdim edilir.
3.7. Bağlaşma
əsasında könüllü həqiqi hərbi
xidmətə qəbulla bağlı bu Qaydanın 3.1-ci
bəndində göstərilmiş müvafiq dövlət
orqanları və ya hərbi
hissələr tərəfindən aşağıdakı
tədbirlər həyata keçirilir:
3.7.1. ailə tərkibi və
yaşayış yerinin yoxlanılması;
3.7.2. tibbi
şəhadətləndirmənin keçirilməsi
(Hərbi-həkim komissiyası);
3.7.3. peşə-psixoloji
seçim üzrə tədbirlərin keçirilməsi;
3.7.4. bilik, bacarıq (qəbul
olunacaq ixtisasa uyğun) və fiziki hazırlıq
səviyyəsinin həqiqi hərbi xidmətə qəbul
üçün müəyyən edilmiş
tələblərə cavab verməsinin yoxlanılması.
3.8. Peşə psixoloji
seçim üzrə tədbirlər bu sahə üzrə
mütəxəssislər tərəfindən aparılır.
Bu zaman namizədlərdə aşağıdakılar
qiymətləndirilir:
3.8.1. intellektual inkişafın
səviyyəsi;
3.8.2. hərbi xidmət
keçməyə psixoloji cəhətdən hazırlıq
dərəcəsi;
3.8.3. dərketmə
qabiliyyəti (qavrama);
3.8.4. məntiqli
düşünmə qabiliyyəti;
3.8.5. ünsiyyət yaratmaq
bacarığı.
3.9. Bu Qaydanın 3.1-ci
bəndində göstərilmiş müvafiq dövlət
orqanları və ya hərbi hissələr
tərəfindən bağlaşmanın imzalanmasından
aşağıdakı hallarda imtina edilir:
3.9.1. ikili
vətəndaşlığı və ya digər
dövlətlər qarşısında öhdəlikləri
olduqda (əcnəbilər və
vətəndaşlığı olmayan şəxslər
istisna olmaqla);
3.9.2. məhkumluğu
ödənilmədikdə və ya üzərindən
götürülmədikdə, həmçinin ağır
və ya xüsusilə ağır, habelə hərbi xidmət
əleyhinə cinayət
törətdikdə; [4]
3.9.3. təqdim edilən
sənədlərdə təhrif olunmuş məlumatların
qeyd edilməsi aşkar olunduqda;
3.9.4. Hərbi-həkim
komissiyası tərəfindən keçirilən tibbi
şəhadətləndirmənin nəticəsinə
görə həqiqi hərbi xidmətə yararsız hesab
edildikdə;
3.9.5. peşə psixoloji
seçimdən keçmədikdə;
3.9.6. bilik, bacarıq və
fiziki hazırlıq səviyyəsi müəyyən
edilmiş tələblərə cavab vermədikdə;
3.9.7. öyrənilmə
tədbirləri keçirilən zaman həqiqi hərbi
xidmətə qəbula mane olan digər hallar
müəyyən edildikdə.
3.10. Bağlaşma
əsasında həqiqi hərbi xidmətə daxil olmaq
arzusunu bildirmiş şəxs bağlaşma imzalananadək
öz istəyindən imtina edə bilər.
3.11. Bu Qaydanın 3.1-ci
bəndində göstərilmiş müvafiq dövlət
orqanları bu Qaydanın 2.10-cu bəndində
nəzərdə tutulmuş tələblərə cavab
verməyən, bağlaşma əsasında həqiqi
hərbi xidmətə daxil olmaq arzusunu bildirmiş
Azərbaycan Respublikasının vətəndaşları
ilə, həmçinin əcnəbilər və
vətəndaşlığı olmayan
şəxslərlə bağlaşmadan imtina edirlər.
3.12. Həqiqi hərbi
xidmətə daxil olmaq arzusunu bildirmiş Azərbaycan
Respublikasının vətəndaşları həqiqi
hərbi xidmətə könüllü daxil olduqda, “Hərbi
vəzifə və hərbi xidmət haqqında” Azərbaycan
Respublikasının Qanunu, “Hərbi xidmətkeçmə
haqqında Əsasnamə” və bu Qayda ilə tanış
edildikdən sonra, onlarla Azərbaycan Ordusu və Azərbaycan
Respublikasının qanunvericiliyinə uyğun olaraq
yaradılmış başqa silahlı
birləşmələr arasında həqiqi hərbi
xidmətə daxil olmağa dair bağlaşma eyni hüquqi
qüvvəyə malik üç əsl nüsxədən
ibarət tərtib edilir (bu Qaydaya 1 nömrəli əlavə).
Bağlaşmanın bir nüsxəsi hərbi xidmətə
daxil olan şəxsə verilir, digər nüsxəsi
(nüsxələri) isə bu Qaydanın 3.1-ci bəndində
göstərilmiş müvafiq dövlət orqanının
aidiyyəti qurumunda saxlanılır.
3.13. Həqiqi hərbi
xidmətə daxil olmaq arzusunu bildirmiş əcnəbilər
və vətəndaşlığı olmayan
şəxslər həqiqi hərbi xidmətə
könüllü daxil olduqda “Hərbi vəzifə və
hərbi xidmət haqqında” Azərbaycan Respublikasının
Qanunu, “Hərbi xidmətkeçmə haqqında
Əsasnamə” və bu Qayda ilə tanış edildikdən
sonra, onlarla Azərbaycan Ordusu və Azərbaycan
Respublikasının qanunvericiliyinə uyğun olaraq
yaradılmış başqa silahlı
birləşmələr arasında həqiqi hərbi
xidmətə daxil olmağa dair öhdəlik eyni hüquqi
qüvvəyə malik iki əsl nüsxədən ibarət
tərtib edilir (bu Qaydaya 2 nömrəli əlavə).
3.14. Tərtib edilmiş
bağlaşma bu Qaydanın 3.1-ci bəndində
göstərilmiş müvafiq dövlət orqanlarının
səlahiyyətli vəzifəli şəxsləri
tərəfindən imzalanır.
3.15. Həqiqi hərbi
xidmətə könüllü daxil olmuş Azərbaycan
Respublikasının vətəndaşları Azərbaycan
Respublikasına və onun xalqına sadiq olacaqları barədə
hərbi and içirlər.
3.16. Əvvəllər başqa
dövlətin silahlı qüvvələrində xidmət
etmiş əcnəbilər və
vətəndaşlığı olmayan şəxslər
bağlaşma əsasında Azərbaycan Respublikasının
Silahlı Qüvvələrində hərbi xidmətə
daxil olarkən, hərbi andın yerinə Azərbaycan
Respublikasının Konstitusiyasına və qanunlarına
əməl edəcəkləri barədə öhdəlik
götürürlər.
3.17. Bağlaşma hər iki
tərəf imzaladıqdan sonra qüvvəyə minir.
Şəxsin həqiqi hərbi xidmətə qəbul
edilməsi barədə şəxsi heyət üzrə əmr
verilir. Bağlaşma əsasında hərbi xidmətə
könüllü daxil olanların həqiqi hərbi
xidmətinin başlanğıcı bağlaşmanın imzalandığı
gün hesab edilir.
3.18. Bu Qaydanın 3.1-ci
bəndində göstərilmiş müvafiq dövlət
orqanları və ya hərbi hissələr
tərəfindən bağlaşma əsasında həqiqi
hərbi xidmətə qəbul edilmiş hərbi
vəzifəlilər və hərbi qeydiyyatda olan Azərbaycan
Respublikasının qadın vətəndaşları
barədə şəxsi heyət üzrə
əmrlərdən çıxarışların bir
nüsxəsi və ya məktub hərbi qeydiyyatdan
çıxarılması üçün onların hərbi
qeydiyyatda olduqları Azərbaycan Respublikası
Səfərbərlik və Hərbi Xidmətə
Çağırış üzrə Dövlət
Xidmətinin yerli idarə, şöbə və
bölmələrinə göndərilir.
3.19. Azərbaycan Respublikası
Səfərbərlik və Hərbi Xidmətə
Çağırış üzrə Dövlət
Xidmətinin yerli idarə, şöbə və bölmələri
tərəfindən bağlaşma əsasında hərbi
xidmətə qəbul edilmiş hərbi
vəzifəlilərin və hərbi qeydiyyata götürülmüş
Azərbaycan Respublikasının qadın
vətəndaşlarının hərbi biletləri onların
hərbi qeydiyyatdan çıxarılması barədə
qeydlər aparılmaqla, bu Qaydanın 3.1-ci bəndində
göstərilmiş müvafiq dövlət orqanlarına
və ya hərbi hissələrə göndərilir. Həmin şəxslər hərbi
qeydiyyatdan çıxarıldıqdan sonra xidmət
etdikləri bu Qaydanın 3.1-ci bəndində
göstərilmiş müvafiq dövlət orqanlarında
xüsusi qeydiyyata alınırlar. [5]
3.20. Hərbi qulluqçunun
həqiqi hərbi xidmətdən buraxılması ilə
əlaqədar bu Qaydanın 3.1-ci bəndində
göstərilmiş müvafiq dövlət orqanları və
ya hərbi hissənin əmri ilə şəxsi heyətin
siyahısından çıxarıldığı gün
bağlaşma əsasında hərbi xidmətə
könüllü daxil olanların həqiqi hərbi
xidmətinin sonu hesab edilir.
3.21. Bağlaşma
əsasında həqiqi hərbi xidmətdə olan
əcnəbilər və vətəndaşlığı
olmayan şəxslər törədilmiş cinayətə
görə Azərbaycan Respublikasının
hüdudlarından kənara məcburi çıxarma
növündə cəzaya məhkum edildikdə və ya
onlarla bağlaşma ləğv olunduqda, həqiqi hərbi
xidmətdən istefaya buraxılırlar.
3.22. Həqiqi hərbi
xidmətə könüllü daxil olmuş hərbi
qulluqçulara, hərbi vəzifəlilərə və
qadınlara (hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı
təhsil müəssisələrinin kursantları istisna
olmaqla), həmçinin əcnəbilərə və
vətəndaşlığı olmayan şəxslərə
onların qəbul olunduğu həqiqi hərbi xidmətin
növündən asılı olaraq, şəxsiyyəti
təsdiq edən xidməti vəsiqələr verilir.
3.23. Hərbi qulluqçular
“Hərbi vəzifə və hərbi xidmət haqqında”
Azərbaycan Respublikası Qanununun 41-ci və 42-ci
maddələrinə əsasən ehtiyata və ya istefaya
buraxıldıqda, həmçinin həlak olması,
ölməsi, itkin düşməsi və
məhkəmənin qərarı ilə ölmüş elan
edilməsi ilə əlaqədar şəxsi heyətin
siyahısından çıxarıldıqda, bağlaşma
ləğv olunmuş hesab edilir.
3.24. Bağlaşmanı
imzalanmaqdan imtina edildiyi halda, toplanmış
sənədlər müvafiq qaydada məhv edilir. Azərbaycan
Respublikası Səfərbərlik və Hərbi
Xidmətə Çağırış üzrə
Dövlət Xidmətinin yerli idarə, şöbə və
bölmələrindən, həmçinin Azərbaycan
Respublikasının qanunvericiliyinə uyğun olaraq
yaradılmış başqa silahlı
birləşmələrdən götürülmüş
şəxsi işlər həmin orqanlara qaytarılır.
3.25. Bağlaşma
əsasında həqiqi hərbi xidmətin
müddətləri “Hərbi vəzifə və hərbi
xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38-ci
maddəsinə əsasən aşağıdakı kimi
təqvim hesabı ilə müəyyənləşdirilir:
3.25.1. müddətdən
artıq həqiqi hərbi xidmət hərbi
qulluqçuları üçün: müddətli həqiqi
hərbi xidmətdən daxil olanlar, ehtiyatdan daxil olanlar və
qadınlar - 3 il. Bu müddət bitdikdə,
müddətdən artıq həqiqi hərbi xidmət
tərəflərin razılığı ilə həqiqi
hərbi xidmətdə olmağın son yaş həddinə
çatanadək hər dəfə 5 ilədək
müddətə uzadılır;
3.25.2. gizirlər və
miçmanlar üçün - 5 il. Bu müddət
tərəflərin razılığı ilə həqiqi
hərbi xidmətdə olmağın son yaş həddi
çatanadək, hər dəfə 5 ilədək
müddətə uzadılır;
3.25.3. ehtiyatdan bağlaşma
əsasında həqiqi hərbi xidmətə
könüllü daxil olan zabitlər üçün - 1 il 6
ay. Bu müddət bitdikdən sonra tərəflərin razılığı
ilə onlar kadr zabit heyətinə keçirilirlər;
3.25.4. bağlaşma
əsasında həqiqi hərbi xidmətə
könüllü daxil olan əcnəbilər və
vətəndaşlığı olmayan şəxslər - 3
ilədək. Bu müddət bitdikdən sonra
tərəflərin razılığı ilə yeni
bağlaşma bağlanılır.
4. Yekun
müddəalar
4.1. Bu Qaydanın 3.1-ci
bəndində göstərilmiş müvafiq dövlət
orqanlarında və hərbi hissələrdə həqiqi
hərbi xidmətə könüllü daxil olan şəxslər
Azərbaycan Respublikasının “Hərbi vəzifə və
hərbi xidmət haqqında” və “Hərbi
qulluqçuların statusu haqqında” qanunlarına, “Hərbi
xidmətkeçmə haqqında Əsasnamə”yə,
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin
nizamnamələrinə və digər qanunvericilik aktlarına
müvafiq olaraq həqiqi hərbi xidmət keçir,
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin
hərbi qulluqçuları üçün nəzərdə
tutulmuş hüquq və imtiyazlardan istifadə edirlər.
4.2. Bağlaşma
əsasında həqiqi hərbi xidmətə daxil olan
hərbi qulluqçuların hərbi vəzifələrinin
yerinə yetirilməsi ilə bağlı tədbirlərin
maddi təminatı Azərbaycan Respublikası dövlət
büdcəsinin, Naxçıvan Muxtar Respublikası
büdcəsinin, habelə təşkilatların vəsaiti
hesabına “Hərbi vəzifə və hərbi xidmət
haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan
Respublikasının digər qanunvericilik aktları ilə
müəyyən edilmiş qaydada həyata keçirilir.
|
|
“Bağlaşma əsasında
həqiqi hərbi xidmətə daxilolmanın halları
və Qaydası”na 1 nömrəli əlavə |
|||||||
|
Azərbaycan Ordusunda və
Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun
olaraq yaradılmış başqa silahlı
birləşmələrdə hərbi xidmətə
qəbul haqqında [6] B A Ğ L A Ş M A |
||||||||
|
“_____”
________________ 20 ______ il |
|
|||||||
|
Biz, aşağıda imza
edənlər, bir tərəfdən
__________________________________________ |
||||||||
|
|
(hərbi
hissənin və ya müvafiq dövlət orqanının
adı) |
|||||||
|
komandiri
(rəisi)__________________________________________________________şəxsində |
||||||||
|
|
(hərbi
rütbəsi, soyadı, adı, atasının adı) |
|||||||
|
|
|
|||||||
|
Azərbaycan
Respublikasının müvafiq dövlət orqanı,
digər tərəfdən |
||||||||
|
__________________________________________________________________________________ |
||||||||
|
(bağlaşma
bağlayan şəxsin hərbi rütbəsi, soyadı,
adı, atasının adı) |
||||||||
|
|
||||||||
|
“Hərbi vəzifə və
hərbi xidmət haqqında” Azərbaycan
Respublikasının Qanununu, “Hərbi xidmətkeçmə
haqqında Əsasnamə”ni və Azərbaycan Respublikası
Silahlı Qüvvələrinin nizamnamələrini rəhbər
tutaraq aşağıdakı bağlaşmanı
bağladıq. 1. Tərəflər
aşağıdakı öhdəlikləri qəbul
edirlər: 1.1. mən,
__________________________________________________________________________________ |
||||||||
|
|
(bağlaşma
bağlayan şəxsin hərbi rütbəsi, soyadı,
adı, atasının adı) |
|||||||
|
|
|
|||||||
|
Azərbaycan
Ordusuna və Azərbaycan
Respublikasının qanunvericiliyinə uyğun olaraq
yaradılmış başqa silahlı
birləşmələrə bağlaşma üzrə
könüllü surətdə hərbi xidmətə daxil
olarkən: |
||||||||
|
1.1.1. Azərbaycan
Ordusunda və Azərbaycan
Respublikasının qanunvericiliyinə uyğun olaraq
yaradılmış başqa silahlı
birləşmələrdə ________________ il
müddətində _______________________ |
||||||||
|
(hərbi
hissənin və ya müvafiq dövlət orqanının
adı, heyəti) |
||||||||
|
vəzifəsində xidmət
etməyi; |
||||||||
|
1.1.2.
bağlaşma üzrə hərbi xidmətdə olduğum
müddətdə mənə həvalə edilmiş
xidməti vəzifələri həmişə namus və
vicdanla yerinə yetirməyi; 1.1.3.
komandanlığın əmr, sərəncam və
tələblərini yerinə yetirməyi; 1.1.4.
Azərbaycan Respublikası Konstitusiyasının, qanunlarının,
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin
nizamnamələrinin, təlimatların
tələblərini, komandir və rəislərin
əmrlərini, sərəncamlarını, mənə
tapşırılan xidməti vəzifələri
şərəf və vicdanla yerinə yetirəcəyimi; 1.1.5.
törətdiyim hüquqazidd əməllərə
görə Azərbaycan Respublikasının
qanunvericiliyində nəzərdə tutulmuş qaydada tam
məsuliyyət daşımağı öhdəmə
götürürəm. 1.2.
Azərbaycan Respublikasının müvafiq dövlət
orqanı: 1.2.1.
_______________________________________________________________________ |
||||||||
|
|
(bağlaşma
bağlayan şəxsin hərbi rütbəsi, soyadı,
adı, atasının adı) |
|||||||
|
və onun ailə
üzvləri üçün Azərbaycan Ordusunun və Azərbaycan
Respublikasının qanunvericiliyinə uyğun olaraq
yaradılmış başqa silahlı
birləşmələrin hərbi qulluqçuları
üçün nəzərdə tutulmuş hüquqi
müdafiəni, sosial zəmanət və
güzəştləri təmin etməyi; 1.2.2. hər
ay ştat vəzifəsi üzrə müəyyən
olunmuş pul vəsaiti ilə təmin etməyi; 1.2.3.
“Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin
tələblərinə və müəyyən olunmuş
qaydaya əsasən növbəti və digər
məzuniyyətlər verməyi; 1.2.4. hərbi
qanunvericiliklə müəyyən olunmuş qaydada hərbi
qulluqçular üçün nəzərdə tutulan
təminat hüquqlarını təmin etməyi
öhdəsinə götürür. 2.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 2
fevral tarixli 21 nömrəli qərarı ilə təsdiq
edilmiş “Bağlaşma əsasında həqiqi hərbi
xidmətə daxilolmanın halları və
Qaydası”nın 3.23-cü bəndində göstərilən
hallar mövcud olduqda, bağlaşma ləğv edilir. 3.
Bağlaşmanın qüvvədə olma müddəti
bağlaşma Azərbaycan Respublikasının müvafiq
dövlət orqanı tərəfindən təsdiq edildiyi
andan başlayır və həmin şəxsin şəxsi
heyətin siyahısından çıxdığı
gün qüvvədən düşmüş hesab edilir. 4.
Bağlaşmanın müddətinin bitməsinə ən
azı üç ay qalmış tərəflər yeni
bağlaşmanın imzalanmasına və ya
bağlaşmanın bitməsinə dair
qarşılıqlı olaraq bir-birini
məlumatlandırmağı öhdələrinə
götürürlər. 5. Bu bağlaşma hər biri
eyni hüquqi qüvvəyə malik olan üç
nüsxədə tərtib edilir. |
||||||||
|
|
||||||||
|
|
||||||||
|
Azərbaycan
Respublikasının müvafiq dövlət
orqanı___________________________________ (hərbi
hissənin və ya müvafiq dövlət orqanının
adı) |
Bağlaşma
bağlayan şəxs _______________________________________ (hərbi
rütbəsi, imzası, soyadı, adı, atasının
adı) |
|||||||
|
|
|
|||||||
|
Müvafiq dövlət orqanının
rəhbəri |
|
|||||||
|
________________________________________ |
_______________________________________ |
|||||||
|
(hərbi
rütbəsi, imzası, soyadı, adı) |
|
|||||||
|
M.Y. |
|
|||||||
|
|
|
|||||||
|
|
|
|||||||
|
6. Həqiqi hərbi xidmətin müddətinin
uzadılması |
||||||||
|
6.1. Azərbaycan Ordusunda və
Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun
olaraq yaradılmış başqa silahlı
birləşmələrdə __________________ |
||||||||
|
|
(hərbi
qulluqçu heyəti ) |
|||||||
|
vəzifələrində
həqiqi hərbi xidmət müddətimi
_______________________________________il |
||||||||
|
|
(rəqəm
və yazı ilə) |
|||||||
|
“___”_________20___
ilədək artırmağınızı xahiş
edirəm. |
|
|||||||
|
|
|
|||||||
|
|
|
|||||||
|
|
|
|||||||
|
Azərbaycan Respublikasının
müvafiq dövlət orqanı _________________________________ (hərbi
hissənin və ya müvafiq dövlət orqanının
adı) |
Bağlaşma bağlayan
şəxs _______________________________________ (hərbi
rütbəsi, imzası, soyadı, adı və
atasının adı) |
|||||||
|
|
|
|||||||
|
|
|
|||||||
|
Müvafiq
dövlət orqanının rəhbəri _________________________________________ (hərbi
rütbəsi, imzası, soyadı adı) |
_______________________________________ |
|||||||
|
|
|
|||||||
|
M.Y. |
|
|||||||
|
|
“Bağlaşma əsasında
həqiqi hərbi xidmətə daxilolmanın halları
və Qaydası”na 2 nömrəli əlavə |
|||
|
Azərbaycan Ordusunda və Azərbaycan Respublikasının
qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa
silahlı birləşmələrdə hərbi
xidmətə qəbul haqqında[7] Ö H D Ə L İ K _____________________________________________________________________________ |
||||
|
(hərbi
hissənin və ya müvafiq dövlət orqanının
adı) |
||||
|
|
||||
|
Mən,
aşağıda imza
edən________________________________________________________ |
||||
|
|
(hərbi
rütbəsi, soyadı, adı, atasının adı) |
|||
|
|
|
|||
|
“Hərbi vəzifə və hərbi
xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu,
“Hərbi xidmətkeçmə haqqında Əsasnamə”
və Azərbaycan Respublikası Silahlı
Qüvvələrinin nizamnamələri ilə tanış
olaraq, _____________________________________________________________________________ |
||||
|
(hərbi
xidmətin növü) |
||||
|
|
||||
|
həqiqi hərbi xidmətə
könüllü daxil olarkən öhdəlik götürürəm: |
||||
|
a) Azərbaycan Ordusunda və Azərbaycan
Respublikasının qanunvericiliyinə uyğun olaraq
yaradılmış başqa silahlı
birləşmələrdə |
||||
|
____________________________________ |
___________________________________ |
|||
|
(hərbi
qulluqçuların heyəti) |
(rəqəm
və yazı ilə) |
|||
|
|
|
|||
|
qulluq etməyə; |
||||
|
b)
_________________________________________________________ həqiqi
hərbi |
||||
|
(hərbi
xidmətin növü) |
||||
|
|
||||
|
xidmətdə olarkən, Azərbaycan
Respublikası Konstitusiyasının, qanunlarının,
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin
nizamnamələrinin, təlimatların tələblərini,
komandir və rəislərin əmrlərini,
sərəncamlarını, mənə tapşırılan
xidməti vəzifələri şərəf və vicdanla
yerinə yetirəcəyəm. ____________________________________________________________________________ (hərbi
rütbəsi, imzası) |
||||
|
|
“___”_______________20 _____il |
|||
İSTİFADƏ OLUNMUŞ
MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1. 06 may 2015-ci il tarixli 174 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (“Azərbaycan”
qəzeti, 17 may 2015-ci il, ¹ 104, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, ¹5, maddə
658)
2. 29 avqust 2016-cı il tarixli 320 nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Azərbaycan”
qəzeti, 3 sentyabr 2016-cı il, ¹ 193, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹8,
maddə 1456)
3.
22 sentyabr 2016-cı il tarixli 360 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 30 sentyabr
2016-cı il, ¹ 214, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2016-cı il, ¹ 9, maddə 1585)
4.
10 aprel 2017-ci il tarixli 133 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (“Xalq” qəzeti, 12
aprel 2017-ci il, ¹ 75, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2017-ci il, ¹4, maddə 620)
QƏRARA
EDİLMİŞ DƏYİŞİKLİK VƏ
ƏLAVƏLƏRİN SİYAHISI
[1] 10 aprel 2017-ci il tarixli 133 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (“Xalq” qəzeti, 12
aprel 2017-ci il, ¹ 75,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il,
¹4, maddə 620) ilə “Bağlaşma
əsasında həqiqi hərbi xidmətə daxilolmanın
halları və Qaydası”nın 1.2-ci, 2.1-ci, 2.2-ci, 2.8-ci, 3.12-ci və 3.13-cü
bəndlərdə ismin müvafiq hallarında “Azərbaycan Respublikasının
Silahlı Qüvvələri” sözləri ismin müvafiq
hallarında “Azərbaycan Ordusu”
sözləri ilə əvəz edilmişdir.
06 may 2015-ci il tarixli 174 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (“Azərbaycan”
qəzeti, 17 may 2015-ci il, ¹ 104, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, ¹5, maddə
658) ilə “Bağlaşma əsasında həqiqi hərbi
xidmətə daxilolmanın halları və Qaydası”nın
2.10.2-ci yarımbəndə (birinci halda), 3.2-ci və 3.22-ci
bəndlərə “xüsusi
təyinatlı” sözlərindən əvvəl “hərbi qulluqçu hazırlayan”
sözləri əlavə edilmişdir.
[2] 06 may 2015-ci il tarixli 174 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (“Azərbaycan”
qəzeti, 17 may 2015-ci il, ¹ 104, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, ¹5, maddə
658) ilə “Bağlaşma əsasında həqiqi hərbi
xidmətə daxilolmanın halları və Qaydası”nın
2.10.2-ci yarımbənddə “
06 may 2015-ci il tarixli 174 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (“Azərbaycan”
qəzeti, 17 may 2015-ci il, ¹ 104, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, ¹5, maddə
658) ilə “Bağlaşma əsasında həqiqi hərbi
xidmətə daxilolmanın halları və Qaydası”nın
2.10.2-ci yarımbəndə (birinci halda), 3.2-ci və 3.22-ci
bəndlərə “xüsusi
təyinatlı” sözlərindən əvvəl “hərbi qulluqçu hazırlayan”
sözləri əlavə edilmişdir.
[3] 22 sentyabr 2016-cı il tarixli 360 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 30 sentyabr
2016-cı il, ¹ 214, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2016-cı il, ¹ 9, maddə 1585) ilə “Bağlaşma əsasında həqiqi hərbi
xidmətə daxilolmanın halları və Qaydası”nın
3.1-ci bəndindən “Azərbaycan
Respublikasının Milli Təhlükəsizlik Nazirliyinə,”
sözləri çıxarılmışdır və
həmin bəndə “Fövqəladə
Hallar Nazirliyinə,” sözlərindən sonra “Azərbaycan Respublikasının
Dövlət Təhlükəsizliyi Xidmətinə,
Azərbaycan Respublikasının Xarici Kəşfiyyat
Xidmətinə,” sözləri əlavə edilmişdir.
06 may 2015-ci il tarixli 174 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (“Azərbaycan”
qəzeti, 17 may 2015-ci il, ¹ 104, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, ¹5, maddə
658) ilə “Bağlaşma əsasında həqiqi hərbi
xidmətə daxilolmanın halları və Qaydası”nın
2.10.2-ci yarımbəndə (birinci halda), 3.2-ci və 3.22-ci
bəndlərə “xüsusi
təyinatlı” sözlərindən əvvəl “hərbi qulluqçu hazırlayan”
sözləri əlavə edilmişdir.
[4] 29 avqust 2016-cı il tarixli 320 nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Azərbaycan”
qəzeti, 3 sentyabr 2016-cı il, ¹ 193, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹8,
maddə 1456) ilə “Bağlaşma
əsasında həqiqi hərbi xidmətə daxilolmanın
halları və Qaydası”nın 3.9.2-ci yarımbəndinə
“xüsusilə ağır”
sözlərindən sonra “, habelə
hərbi xidmət əleyhinə” sözləri
əlavə edilmişdir.
[5] 06 may 2015-ci il tarixli 174 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (“Azərbaycan”
qəzeti, 17 may 2015-ci il, ¹ 104, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, ¹5, maddə
658) ilə “Bağlaşma əsasında həqiqi hərbi
xidmətə daxilolmanın halları və Qaydası”nın
3.19-cu bəndə yeni məzmunda ikinci cümlə
əlavə edilmişdir.
[6] 10 aprel 2017-ci il tarixli 133 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (“Xalq” qəzeti, 12
aprel 2017-ci il, ¹ 75, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2017-ci il, ¹4, maddə 620) ilə “Bağlaşma əsasında həqiqi
hərbi xidmətə daxilolmanın halları və
Qaydası”nın 1 nömrəli əlavə - “Azərbaycan
Respublikasının Silahlı Qüvvələrində və
Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun
olaraq yaradılmış başqa silahlı
birləşmələrdə hərbi xidmətə qəbul
haqqında Bağlaşma”nın adında, 1.1-ci, 6.1-ci
bəndlərində, 1.1.1-ci yarımbəndində ismin
müvafiq hallarında “Azərbaycan
Respublikasının Silahlı Qüvvələri”
sözləri ismin müvafiq hallarında “Azərbaycan Ordusu” sözləri ilə, 1.2.1-ci
yarımbəndində “Azərbaycan
Respublikası Silahlı Qüvvələrinin”
sözləri “Azərbaycan
Ordusunun” sözləri ilə əvəz
edilmişdir.
06 may 2015-ci il tarixli 174 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (“Azərbaycan”
qəzeti, 17 may 2015-ci il, ¹ 104, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, ¹5, maddə
658) ilə “Bağlaşma əsasında həqiqi hərbi
xidmətə daxilolmanın halları və Qaydası”nın
2.10.2-ci yarımbəndə (birinci halda), 3.2-ci və 3.22-ci
bəndlərə “xüsusi
təyinatlı” sözlərindən əvvəl “hərbi qulluqçu hazırlayan”
sözləri əlavə edilmişdir.
[7] 10 aprel 2017-ci il tarixli 133 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (“Xalq” qəzeti, 12
aprel 2017-ci il, ¹ 75, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2017-ci il, ¹4, maddə 620) ilə “Bağlaşma əsasında həqiqi
hərbi xidmətə daxilolmanın halları və
Qaydası”nın 2 nömrəli əlavə - “Azərbaycan
Respublikasının Silahlı Qüvvələrində və
Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun
olaraq yaradılmış başqa silahlı
birləşmələrdə hərbi xidmətə qəbul
haqqında öhdəliy”in adında və “a” bəndində “Azərbaycan Respublikasının
Silahlı Qüvvələrində” sözləri “Azərbaycan Ordusunda”
sözləri ilə əvəz
edilmişdir.
06 may 2015-ci il tarixli 174 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (“Azərbaycan”
qəzeti, 17 may 2015-ci il, ¹ 104, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, ¹5, maddə
658) ilə “Bağlaşma əsasında həqiqi hərbi
xidmətə daxilolmanın halları və Qaydası”nın
2.10.2-ci yarımbəndə (birinci halda), 3.2-ci və 3.22-ci
bəndlərə “xüsusi
təyinatlı” sözlərindən əvvəl “hərbi qulluqçu hazırlayan”
sözləri əlavə edilmişdir.