“Dövlət
ilkin kəmiyyət vahidləri etalonlarının təsdiqi,
saxlanılması, tutuşdurulması və tətbiqi,
kəmiyyət vahidinin dövlət etalonundan
ötürülməsi, kəmiyyət vahidləri
etalonlarından istifadə qaydaları, kəmiyyət vahidi
etalonlarına dair məcburi tələblər və bu
tələblərə uyğunluğun
qiymətləndirilməsi Qaydası”nın təsdiq
edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI
NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Ölçmələrin
vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan
Respublikasının 2013-cü il 13 iyun tarixli 686-IVQ
nömrəli Qanununun tətbiqi və
“Ölçmələrin vəhdətinin təmin edilməsi
haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq
edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin
2000-ci il 21 oktyabr tarixli 409 nömrəli Fərmanının
ləğvi haqqında” Azərbaycan Respublikası Prezidentinin
2013-cü il 24 iyul tarixli 942 nömrəli Fərmanının
1.1.7-ci yarımbəndinin icrasını təmin etmək
məqsədi ilə Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərara
alır:
“Dövlət ilkin
kəmiyyət vahidləri etalonlarının təsdiqi,
saxlanılması, tutuşdurulması və tətbiqi,
kəmiyyət vahidinin dövlət etalonundan
ötürülməsi, kəmiyyət vahidləri
etalonlarından istifadə qaydaları, kəmiyyət vahidi
etalonlarına dair məcburi tələblər və bu
tələblərə uyğunluğun
qiymətləndirilməsi Qaydası” təsdiq edilsin
(əlavə olunur).
Azərbaycan
Respublikasının Baş naziri
Artur Rasi-zadə
Bakı şəhəri, 16 dekabr 2014-cü il
¹ 392
|
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2014-cü il 16 dekabr
tarixli 392 nömrəli qərarı ilə TƏSDİQ
EDİLMİŞDİR |
Dövlət
ilkin kəmiyyət vahidləri etalonlarının təsdiqi,
saxlanılması, tutuşdurulması və tətbiqi,
kəmiyyət vahidinin dövlət etalonundan
ötürülməsi, kəmiyyət vahidləri
etalonlarından istifadə qaydaları, kəmiyyət vahidi
etalonlarına dair məcburi tələblər və bu
tələblərə uyğunluğun qiymətləndirilməsi
Q A Y D A S I
1. Ümumi
müddəalar
1.1. Bu Qayda
“Ölçmələrin vəhdətinin təmin edilməsi
haqqında” Azərbaycan Respublikası Qanununun 7.8-ci
maddəsinə əsasən hazırlanmışdır və
dövlət ilkin kəmiyyət vahidləri
etalonlarının təsdiqi, saxlanılması, tutuşdurulması
və tətbiqi, kəmiyyət vahidinin dövlət etalonundan
ötürülməsi, kəmiyyət vahidləri
etalonlarından istifadə qaydaları, kəmiyyət vahidi
etalonlarına dair məcburi tələblər və bu
tələblərə uyğunluğun
qiymətləndirilməsi qaydalarını müəyyən
edir.
1.2. Dövlət
kəmiyyət vahidləri etalonları Azərbaycan
Respublikasının etalon bazasını təşkil edir.
1.3. Dövlət ilkin
kəmiyyət vahidləri etalonlarının qorunub
saxlanılması və dövlət ilkin kəmiyyət
vahidləri etalonlarından kəmiyyət vahidlərinin
ötürülməsi Azərbaycan Respublikasının İqtisadiyyat
Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına
Nəzarət Dövlət Xidməti (bundan sonra – Xidmət)
tərəfindən təmin edilir. [1]
1.4. Dövlət ilkin
kəmiyyət vahidləri etalonları Azərbaycan
Respublikasının müstəsna mülkiyyətindədir
və özəlləşdirilə bilməz.
2.
Dövlət ilkin kəmiyyət vahidləri
etalonlarının təsdiqi
2.1. Xidmət
tərəfindən yaradılan Azərbaycan
Respublikasının etalon bazasını təşkil edən
dövlət kəmiyyət vahidləri etalonlarının
tərkibində kəmiyyət vahidinin reallaşdırılmasını
(təkrarlanmasını), saxlanılmasını və
ötürülməsini ən yüksək dəqiqliklə
təmin edən etalonlar Xidmət tərəfindən
dövlət ilkin kəmiyyət vahidi etalonu qismində
təsdiq olunur.
2.2. Dövlət ilkin
kəmiyyət vahidi etalonunun təsdiqi haqqında Xidmətin
qərarı aşağıdakı sənədlər və
məlumatlar əsasında qəbul edilir:
2.2.1. kəmiyyət
vahidi etalonunun texniki sənədləri;
2.2.2. kəmiyyət
vahidi etalonunun metroloji xarakteristikalarının
tədqiqatının nəticələri.
2.3. Dövlət ilkin
kəmiyyət vahidi etalonunun təsdiqi haqqında Xidmətin
qərarı ilə həmçinin dövlət ilkin
kəmiyyət vahidi etalonunun saxlanılması,
tutuşdurulması və tətbiqi üçün cavabdeh
olan Xidmətin
vəzifəli şəxsi (bundan sonra - cavabdeh şəxs)
müəyyən edilir.
2.4. Dövlət ilkin
kəmiyyət vahidi etalonunun təsdiqi haqqında Xidmətin
qərarı qəbul edildikdən sonra 1 (bir) gün
müddətində dövlət ilkin kəmiyyət vahidi
etalonunun təsdiq edilməsi haqqında sertifikat tərtib
olunur (sertifikatın forması əlavə olunur). Tərtib
olunmuş sertifikat cavabdeh şəxsdə saxlanılır.
2.5. Azərbaycan
Respublikasının dövlət ilkin kəmiyyət vahidi
etalonu haqqında məlumat dövlət ilkin kəmiyyət
vahidi etalonunun təsdiqi haqqında qərar qəbul edildiyi gün
Xidmətin
rəsmi internet saytında yerləşdirilir və
ölçmələrin vəhdətinin təmin edilməsi
üzrə dövlət məlumat fonduna daxil edilir.
3.
Dövlət ilkin kəmiyyət vahidləri
etalonlarının saxlanılması və tətbiqi
3.1. Dövlət ilkin
kəmiyyət vahidləri etalonlarının
saxlanılması Xidmət tərəfindən təmin
edilir.
3.2. Dövlət ilkin
kəmiyyət vahidləri etalonları kənar
şəxslərin daxil olması və müdaxiləsini
istisna edən bu məqsədlə ayrılmış
yerlərdə saxlanılır.
3.3. Dövlət ilkin
kəmiyyət vahidləri etalonlarının mülki
dövriyyədə olmasına yol verilmir.
3.4. Dövlət ilkin
kəmiyyət vahidlərinin saxlanılması zamanı
aşağıdakı tələblərə riayət
olunmalıdır:
3.4.1. dövlət ilkin
kəmiyyət vahidləri etalonlarının texniki
vəziyyətinə və onların saxlanılması və
tətbiqi şəraitinə gündəlik nəzarətin həyata
keçirilməsi;
3.4.2. dövlət ilkin
kəmiyyət vahidləri etalonlarında saxlanılan
kəmiyyət vahidlərinin reallaşdırıla
(təkrarlana) bilən olması və dəyişməzliyi;
3.4.3. metroloji
xarakteristikaların dəyişməsinin aşkar edilməsi
və qeydiyyatının aparılması;
3.4.4. dövlət ilkin
kəmiyyət vahidləri etalonlarına və onların
texniki infrastrukturuna texniki xidmət göstərilməsi
və təxirəsalınmadan təmir edilməsi.
3.5. Bu Qaydanın
3.4-cü bəndində göstərilən
tələblərə riayət olunması cavabdeh şəxs
tərəfindən təmin olunur.
3.6. Dövlət ilkin
kəmiyyət vahidləri etalonlarına və onların
texniki infrastrukturuna texniki xidmət göstərilməsi
və təmir edilməsi zəruri olduğu halda, cavabdeh
şəxsin müraciəti əsasında Xidmət
tərəfindən təxirəsalınmadan texniki xidmətin
göstərilməsi və təmir işlərinin
aparılması təmin olunmalıdır.
3.7. Dövlət ilkin
kəmiyyət vahidləri etalonlarının tətbiqi
kəmiyyət vahidinin dövlət ilkin kəmiyyət vahidi
etalonundan dövlət kəmiyyət vahidi etalonlarına ötürülməsini
nəzərdə tutur.
3.8. Azərbaycan
Respublikasının etalon bazasına daxil olan dövlət
kəmiyyət vahidləri etalonları il ərzində azı
bir dəfə dövlət ilkin kəmiyyət vahidi
etalonları ilə kalibrlənməlidir.
3.9. Dövlət
kəmiyyət vahidləri etalonlarının dövlət
ilkin kəmiyyət vahidi etalonları ilə
kalibrlənməsi cavabdeh şəxs tərəfindən
həyata keçirilir.
3.10. Kalibrlənmənin
müsbət nəticələri əsasında 2 (iki) gün
müddətində kalibrləmə sertifikatı tərtib
olunur.
3.11. Kalibrlənmənin
nəticələri mənfi olarsa yararsızlıq haqqında
bildiriş tərtib olunur. Yararsızlıq bildirişi
tərtib olunmuş dövlət kəmiyyət vahidi etalonu
kəmiyyət vahidinin digər etalonlara və
ölçmə vasitələrinə
ötürülməsi üçün istifadə oluna
bilməz.
3.12. Kalibrləmə
sertifikatı və yararsızlıq bildirişi barədə
məlumatlar 1 (bir) gün müddətində
ölçmələrin vəhdətinin təmin edilməsi
üzrə dövlət məlumat fonduna daxil edilir.
4.
Dövlət ilkin kəmiyyət vahidləri
etalonlarının tutuşdurulması
4.1. Dövlət ilkin
kəmiyyət vahidləri etalonları Beynəlxalq
Ölçülər və Çəkilər Bürosunun
kəmiyyət vahidləri etalonları və ya xarici dövlətlərin
kəmiyyət vahidləri etalonları ilə
tutuşdurulmalıdır.
4.2. Dövlət ilkin
kəmiyyət vahidləri etalonlarının Beynəlxalq
Ölçülər və Çəkilər Bürosunun
kəmiyyət vahidləri etalonları və ya xarici
dövlətlərin kəmiyyət vahidləri etalonları
ilə tutuşdurulması Xidmət tərəfindən təmin
edilir.
4.3. Dövlət ilkin
kəmiyyət vahidləri etalonlarının
tutuşdurulmasının vaxtı və yeri tutuşdurmanı
təşkil edən qurumlar arasında əldə edilmiş
razılıq əsasında müəyyən edilir.
4.4. Dövlət ilkin
kəmiyyət vahidləri etalonlarının Beynəlxalq
Ölçülər və Çəkilər Bürosunun
kəmiyyət vahidləri etalonları və ya xarici dövlətlərin
kəmiyyət vahidləri etalonları ilə
tutuşdurulması ilə əlaqədar cavabdeh şəxs
tərəfindən aşağıdakı tədbirlər
görülür:
4.4.1. dövlət ilkin
kəmiyyət vahidləri etalonlarının tutuşdurulmaya
hazırlanması;
4.4.2.
tutuşdurulmaların aparılması üçün
zəruri texniki qurğuların və köməkçi avadanlığın
hazırlanması;
4.4.3. dövlət ilkin
kəmiyyət vahidləri etalonlarının tutuşdurulmaya
təqdim olunması;
4.4.4. dövlət ilkin
kəmiyyət vahidləri etalonlarının
tutuşdurulmasının keçirilməsi, onların
nəticələrinin işlənilməsi və
rəsmiləşdirilməsi;
4.4.5. tutuşdurulmaların
nəticələrinin dövlət ilkin kəmiyyət
vahidləri etalonlarının texniki sənədlərində
qeyd edilməsi.
4.5. Dövlət ilkin
kəmiyyət vahidləri etalonlarının Beynəlxalq
Ölçülər və Çəkilər Bürosunun
kəmiyyət vahidləri etalonları və ya xarici dövlətlərin
kəmiyyət vahidləri etalonları ilə
tutuşdurulması nəticəsində kəmiyyət
vahidinin reallaşdırılması (təkrarlanması)
ilə əlaqədar mənfi nəticə
göstərdikdə bunun səbəbləri Xidmət
tərəfindən araşdırılır və aradan
qaldırılması üçün tədbirlər
görülür. Beynəlxalq Ölçülər və
Çəkilər Bürosu və ya xarici
dövlətlərin aidiyyəti qurumları ilə
əldə edilmiş razılıq əsasında
dövlət ilkin kəmiyyət vahidi etalonunun təkrar
tutuşdurulması təmin olunmalıdır.
5.
Kəmiyyət vahidinin dövlət etalonundan
ötürülməsi
5.1. Kəmiyyət vahidinin
dövlət etalonundan dövlət orqanlarının,
hüquqi və fiziki şəxslərin istifadəsində
olan dövlət tənzimlənməsi sahəsində
tətbiq edilən ölçmə vasitələrinə
və kəmiyyət vahidi etalonlarına
ötürülməsi onların müraciəti
əsasında Xidmət tərəfindən təmin
edilir.
5.2. Kəmiyyət
vahidinin dövlət etalonundan ötürülməsi ilə
bağlı müraciət Xidmətə daxil olduğu gün
qeydiyyata alınır və 3 (üç) gün
müddətində kəmiyyət vahidinin dövlət
etalonundan ötürülməsinin yeri və vaxtı
barədə müraciət etmiş şəxsə
məlumat verilir.
5.3. Müraciət daxil
olduğu vaxtdan 30 (otuz) gün müddətində Xidmət
tərəfindən kəmiyyət vahidinin dövlət
etalonundan ötürülməsi təmin olunur.
5.4. Kəmiyyət
vahidinin dövlət etalonundan ötürülməsi ilə
bağlı müraciət etmiş şəxs
ölçmə vasitəsinin və ya kəmiyyət vahidi
etalonunun ötürülmənin keçirildiyi yerə
gətirilməsini təmin etməlidir.
5.5. Dövlət
kəmiyyət vahidi etalonlarından kəmiyyət vahidinin
ötürülməsi onun saxlanılması və tətbiq
olunması ilə bağlı texniki sənədlərində
əks olunmuş tətbiq şəraitinə riayət
edilməklə, kalibrləmə yolu ilə həyata
keçirilir.
5.6. Kəmiyyət
vahidinin dövlət etalonundan ötürülməsinin
nəticələri protokolla rəsmiləşdirilir.
5.7. Kəmiyyət
vahidinin dövlət etalonundan ötürülməsinin
nəticələri müsbət olarsa 1 (bir) gün
müddətində kalibrləmə sertifikatı tərtib
olunaraq müraciət etmiş şəxsə
göndərilir.
5.8. Kəmiyyət
vahidinin dövlət etalonundan ötürülməsinin
nəticələri mənfi olarsa 1 (bir) gün
müddətində yararsızlıq haqqında bildiriş
tərtib olunaraq müraciət etmiş şəxsə
göndərilir.
6.
Kəmiyyət vahidləri etalonlarından istifadə
qaydaları
6.1. Təsərrüfat
subyektləri dövlət tənzimlənməsi
sahəsində tətbiq edilən ölçmə
vasitələrinə kəmiyyət vahidinin
ötürülməsini təmin etmək üçün
kəmiyyət vahidi etalonlarını əldə
edərək istifadə edə bilərlər.
6.2. Kəmiyyət
vahidləri etalonlarından istifadə kəmiyyət vahidinin
kəmiyyət vahidi etalonundan ölçmə
vasitələrinə ötürülməsini
nəzərdə tutur.
6.3. Texniki
sənədlərinə uyğun olaraq quraşdırılma
yeri və ətraf mühitlə əlaqədar
tələblərə cavab verən yerdə və
şəraitdə yerləşdirilmiş kəmiyyət
vahidləri etalonlarından istifadə oluna bilər.
6.4. İstismar
sənədlərinə uyğun olaraq, kəmiyyət
vahidləri etalonlarının metroloji
xarakteristikalarının dəyişməsinə və
düzgün işləməsinə şübhə
yarandıqda onun istifadəsi dərhal dayandırılmalıdır.
Kəmiyyət vahidləri etalonları təmirdən sonra
dövlət kəmiyyət vahidi etalonları ilə
kalibrləndikdən sonra istifadə oluna bilər.
6.5. Kəmiyyət vahidi
etalonundan kəmiyyət vahidinin ötürülməsi onun
saxlanılması və tətbiq olunması ilə
əlaqədar texniki sənədlərində əks olunmuş
tətbiq şəraitinə riayət edilməklə
həyata keçirilir.
6.6. Müvafiq
dövlət ilkin kəmiyyət vahidləri etalonları
olmadıqda, təsərrüfat subyektləri
tərəfindən ölçmələrin vəhdətinin
təmin edilməsinin dövlət tənzimlənməsi
sahəsində tətbiq edilən ölçmə
vasitələrinin xarici dövlətlərin kəmiyyət
vahidləri etalonları ilə izlənilməsi təmin
olunmalıdır.
7.
Kəmiyyət vahidi etalonlarına dair məcburi
tələblər və bu tələblərə
uyğunluğun qiymətləndirilməsi
7.1. Kəmiyyət vahidi
etalonlarının tərkibinə daxil olan əsas texniki
vasitələrə, kəmiyyət vahidinin
reallaşdırılması (təkrarlanması),
saxlanılması və ötürülməsi, onların saxlanılma
şəraitinə dair tələblərə əməl
olunmasına nəzarət üçün tətbiq olunan
ölçmə vasitələri, həmçinin
köməkçi texniki vasitələr, o cümlədən
kəmiyyət vahidi etalonlarının saxlanılması
və tətbiqinə müəyyən edilmiş
tələblərin yerinə yetirilməsini təmin edən
məlumat-hesablayıcı komplekslər, qurğular, xüsusi
platformalar və özüllər, xüsusi binalar və
otaqlar (bundan sonra - texniki infrastruktur) daxil ola bilər.
7.2. Dövlət ilkin
kəmiyyət vahidi etalonunun təsdiq edilməsi haqqında Xidmətin
qərarı ilə həmçinin dövlət ilkin
kəmiyyət vahidi etalonu üçün məcburi
tələblər müəyyən edilməlidir.
7.3. Xidmət tərəfindən
dövlət etalon bazasına daxil edilən hər bir
dövlət kəmiyyət vahidi etalonu üçün 10
(on) gün müddətində Xidmətin müvafiq qərarı
ilə məcburi tələblər müəyyən
edilməlidir.
7.4. Kəmiyyət vahidi
etalonlarına dair məcburi tələblərə
aşağıdakılar aiddir:
7.4.1. kəmiyyət
vahidi etalonlarının saxlanıldığı və
tətbiq olunduğu otaqlara və şəraitə olan
tələblər;
7.4.2. kəmiyyət
vahidi etalonlarının saxlanılması və tətbiq
edilməsi məqsədi ilə quraşdırılmasına,
tənzimlənməsinə və işlək
vəziyyətdə saxlanılmasına dair
tələblər;
7.4.3. kəmiyyət
vahidi etalonlarının texniki vəziyyətinə,
saxlanılma və tətbiq olunma şəraitinə
nəzarət proseduru;
7.4.4. kəmiyyət
vahidi etalonlarına və onun texniki infrastrukturuna texniki
xidmət göstərilməsi proseduru.
7.5. Dövlət
kəmiyyət vahidi etalonlarına dair məcburi
tələblər hər bir etalonun metroloji xarakteristikaları
və istismar sənədləri nəzərə alınmaqla
müəyyən edilir.
7.6. Dövlət ilkin
kəmiyyət vahidi etalonları kəmiyyətin vahidini
Azərbaycan Respublikasında ən yüksək
dəqiqliklə reallaşdırmalı, saxlamalı və
ötürməlidir.
7.7. Dövlət ilkin
kəmiyyət vahidi etalonları ilə kəmiyyətin
əsas vahidi ilə bərabər onun hissə və misil
qiymətləri də reallaşdırılır,
saxlanılır və ötürülür.
7.8. Cavabdeh şəxs
dövlət ilkin kəmiyyət vahidi etalonlarına dair
məcburi tələblərə riayət olunmasını
təmin etməli, mütəmadi olaraq məcburi tələblərə
uyğunluğu qiymətləndirməli və aşkar
edilmiş çatışmazlıqların aradan
qaldırılması üçün tədbirlər
görməlidir.
7.9. Dövlət
kəmiyyət vahidi etalonlarından və
ölçmələrin vəhdətinin təmin
edilməsinin dövlət tənzimlənməsinə aid olan
ölçmələrin aparılması üçün
özünə məxsus kəmiyyət vahidi etalonundan
istifadə etmək istəyən dövlət orqanları,
hüquqi və fiziki şəxslər dövlət ilkin
kəmiyyət vahidləri etalonları ilə izlənilən
kəmiyyət vahidləri etalonlarından istifadə
etməlidirlər.
7.10. Kəmiyyət
vahidi etalonlarının dövlət ilkin kəmiyyət vahidi
etalonları ilə izlənilməsi ilkin və dövri
kalibrləmələr formasında həyata keçirilir.
7.11.
Ölçmələrin vəhdətinin təmin
edilməsinin dövlət tənzimlənməsinə aid olan
ölçmələrin aparılması üçün
özünə məxsus kəmiyyət vahidi etalonundan
istifadə etmək istəyən dövlət orqanları,
hüquqi və fiziki şəxslərə məxsus
kəmiyyət vahidləri etalonlarının dövlət
ilkin kəmiyyət vahidləri etalonları ilə
izlənilməsi bu Qaydanın 5-ci hissəsinə uyğun
həyata keçirilir.
7.12. Kalibrləmə
nəticəsində kəmiyyət vahidi etalonunun
kəmiyyət vahidinin reallaşdırılması (təkrarlanması)
ilə əlaqədar mənfi nəticə göstərdiyi
müəyyən olunduqda, kəmiyyət vahidi etalonundan
istifadə olunmamalıdır. Kəmiyyət vahidi etalonu
təmir olunduqdan sonra təkrar kalibrləmənin
müsbət nəticələri əsasında istifadə
oluna bilər.
7.13. İlkin kalibrləmə
nəticələrinə dair protokolun tərtibi zamanı
həmçinin istismar sənədləri əsasında
kəmiyyət vahidi etalonunun dövri kalibrləmə
müddəti müəyyən edilir.
7.14. Kəmiyyət
vahidi etalonundan istifadə edən şəxs dövri
kalibrləmə müddətinə uyğun olaraq
kəmiyyət vahidi etalonunun dövlət ilkin kəmiyyət
vahidi etalonu ilə izlənilməsini təmin etməlidir.
|
“Dövlət
ilkin kəmiyyət vahidləri etalonlarının təsdiqi,
saxlanılması, tutuşdurulması və tətbiqi,
kəmiyyət vahidinin dövlət etalonundan
ötürülməsi, kəmiyyət vahidləri
etalonlarından istifadə qaydaları, kəmiyyət vahidi
etalonlarına dair məcburi tələblər və bu
tələblərə uyğunluğun
qiymətləndirilməsi Qaydası”na ƏLAVƏ |
|||
|
||||
|
||||
AZƏRBAYCAN RESPUBLİKASININ İQTİSADİYYAT
NAZİRLİYİ YANINDA ANTİİNHİSAR VƏ
İSTEHLAK BAZARINA NƏZARƏT DÖVLƏT
XİDMƏTİ[2] AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT
İLKİN KƏMİYYƏT VAHİDİ ETALONUNUN
TƏSDİQ EDİLMƏSİ HAQQINDA S E R T İ F İ K A T ¹ __________ (nömrəsi) |
||||
|
“___” _____________ 20____
il |
|||
|
(təsdiq
edilmə tarixi) |
|||
Bu Sertifikat tədqiq edilmiş metroloji
xarakteristikalarının müsbət
nəticələrinə əsasən təsdiq edir
ki,________________________________________________________________________________________ |
||||
(kəmiyyət vahidi
etalonunun adı) |
||||
______________________________________________________________________________________________________ |
||||
(kəmiyyətin
adı) |
||||
|
||||
Azərbaycan
Respublikasının dövlət ilkin kəmiyyət
vahidietalonu kimi təsdiq edilmiş və Azərbaycan
Respublikasının dövlət ilkin kəmiyyət
vahidlərietalonları reyestrində _______________________
nömrə ilə qeydiyyata alınmışdır. Dövlət ilkin kəmiyyət
vahidi etalonunun saxlanılması, tutuşdurulması və
tətbiqi üçün cavabdeh olan
şəxs_________________________________________________________________ |
||||
(adı, soyadı, atasının adı və
vəzifəsi) |
||||
|
||||
________________________________ |
__________________ |
_________________________________ |
||
(vəzifə) |
(imza) |
(soyadı,
adı və atasının adı) |
||
|
|
|
||
M.Y. |
||||
İSTİFADƏ OLUNMUŞ
MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
2 fevral 2021-ci
il tarixli 27 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 7 fevral 2021-ci il, ¹
28)
QƏRARA EDİLMİŞ
DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN
SİYAHISI
[1]
2 fevral 2021-ci il tarixli 27 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 7 fevral 2021-ci il, ¹
28) ilə “Dövlət ilkin
kəmiyyət vahidləri etalonlarının təsdiqi,
saxlanılması, tutuşdurulması və tətbiqi,
kəmiyyət vahidinin dövlət etalonundan
ötürülməsi, kəmiyyət vahidləri
etalonlarından istifadə qaydaları, kəmiyyət vahidi etalonlarına
dair məcburi tələblər və bu
tələblərə uyğunluğun
qiymətləndirilməsi Qaydası”nın 1.3-cü
bəndində “Standartlaşdırma,
Metrologiya və Patent üzrə Dövlət Komitəsi
(bundan sonra – Komitə)” sözləri “İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak
Bazarına Nəzarət Dövlət Xidməti (bundan sonra –
Xidmət)” sözləri ilə və mətn üzrə
ismin müvafiq hallarında “Komitə”
sözü ismin müvafiq hallarında “Xidmət” sözü ilə əvəz edilmişdir.
[2] 2 fevral 2021-ci il tarixli 27 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 7 fevral 2021-ci il, ¹
28) ilə “Dövlət ilkin
kəmiyyət vahidləri etalonlarının təsdiqi,
saxlanılması, tutuşdurulması və tətbiqi,
kəmiyyət vahidinin dövlət etalonundan
ötürülməsi, kəmiyyət vahidləri etalonlarından
istifadə qaydaları, kəmiyyət vahidi etalonlarına dair
məcburi tələblər və bu tələblərə
uyğunluğun qiymətləndirilməsi Qaydası”na
əlavədə “STANDARTLAŞDIRMA,
METROLOGİYA VƏ PATENT ÜZRƏ DÖVLƏT
KOMİTƏSİ” sözləri “İQTİSADİYYAT NAZİRLİYİ YANINDA
ANTİİNHİSAR VƏ İSTEHLAK BAZARINA NƏZARƏT
DÖVLƏT XİDMƏTİ” sözləri ilə
əvəz edilmişdir.