"Təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 29 aprel tarixli 82 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

"Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanının 1.23-cü bəndinə əsasən və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. "Təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 29 aprel tarixli 82 nömrəli qərarına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 4, maddə 372; 2011, № 3, maddə 235; 2013, № 5, maddə 567) aşağıdakı məzmunda 1-1-ci hissə əlavə edilsin:

"1-1. "Baza ali tibb təhsili və rezidentura təhsili haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası" təsdiq edilsin (əlavə olunur).".

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri   Artur Rasi-zadə

 

Bakı şəhəri, 13 may 2014-cü il

               № 144

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2014-cü il 13 may tarixli 144 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

 

Baza ali tibb təhsili və rezidentura təhsili haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi

 

QAYDASI

 

1. Ümumi müddəa

 

1.1. Bu Qayda "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən hazırlanmışdır və baza ali tibb təhsili və rezidentura təhsili haqqında dövlət sənədlərinin nümunələrini və onların verilməsi qaydasını tənzimləyir.

 

2. Baza ali tibb təhsili və rezidentura təhsili haqqında diplomların nümunələri

 

2.1. Baza ali tibb təhsili və rezidentura təhsili haqqında aşağıdakı növ diplomlar müəyyənləşdirilir:

2.1.1. baza ali tibb təhsili diplomu (adi və fərqlənmə);

2.1.2. rezidentura təhsili diplomu.

2.2. Baza ali tibb təhsili və rezidentura təhsili diplomları müvafiq olaraq baza ali tibb təhsilini və rezidentura təhsilini başa vurmuş şəxslərə verilir.

2.3. Baza ali tibb təhsili diplomunun təsviri:

2.3.1. diplom 15x21 sm ölçüdə kitabça şəklində çap olunur. Ali təhsil müəssisəsini fərqlənmə ilə bitirməyənlər üçün diplomlar göy, fərqlənmə ilə bitirənlər üçün isə qırmızı rənglidir. Diplomun üz qabığı dermantin materialından hazırlanır və yuxarı hissəsində relyeflə Azərbaycan Respublikasının Dövlət gerbi, aşağı hissəsində isə "BAZA ALİ TİBB TƏHSİLİ DİPLOMU" sözləri həkk olunur. Kitabçanın üz qabığının içərisinin sağ və sol tərəflərində Azərbaycan Respublikası Dövlət gerbinin təsviri olan və baza ali tibb təhsili diplomunun nümunəsinə uyğun hazırlanmış qoruyucu nişanlı xüsusi kağız yapışdırılır. Diplomun sağ səhifəsinin yuxarı hissəsində qara rənglə "AZƏRBAYCAN RESPUBLİKASI" və "BAZA ALİ TİBB TƏHSİLİ DİPLOMU" sözləri, sol səhifəsinin yuxarı hissəsində "BU DİPLOM ALİ TƏHSİL HAQQINDA DÖVLƏT SƏNƏDİDİR" sözləri, diplomun seriyası və nömrəsi yazılır. Sol aşağı kənarında isə möhür yeri və diplomun verilməsinə məsul olan şəxslərin imzası üçün yer saxlanılır. Səhifələrdə mətn baza ali tibb təhsili diplomunun nümunəsində göstərilən formada yerləşdirilir (1 nömrəli əlavə);

2.3.2. baza ali tibb təhsili məzunlarına nümunədə göstərilən formada diploma əlavə verilir (2 nömrəli əlavə). Diploma əlavə qoruyucu nişanlı xüsusi kağızda çap edilir. Diploma əlavənin birinci səhifəsinin yuxarı hissəsində Azərbaycan Respublikasının Dövlət gerbi həkk olunur, "BAZA ALİ TİBB TƏHSİLİ DİPLOMUNA ƏLAVƏ (diplomsuz etibarsızdır)" sözləri, əlavənin seriyası və nömrəsi yazılır, sonuncu səhifəsinin sol tərəfində möhür yeri saxlanılır. Səhifələrdə mətn əlavənin nümunəsində göstərilən formada yerləşdirilir;

2.3.3. baza ali tibb təhsilini fərqlənmə ilə bitirənlər üçün diplomun sol səhifəsinin yuxarı hissəsində yazılan "BAZA ALİ TİBB TƏHSİLİ DİPLOMU" sözlərinin altında qırmızı rənglə "Fərqlənmə" sözü yazılır (3 nömrəli əlavə);

2.3.4. nömrələnmə AT № 000001-dən başlayaraq, hər dəfə bir say artırmaqla aparılır. Altırəqəmli nömrələnmə son həddə çatdıqdan sonra "№" işarəsindən əvvəlki birinci "A" hərfi Azərbaycan əlifbasının ardıcıllığı ilə yeni hərflə əvəz edilir və nömrələnmə yenidən aparılır.

2.4. Rezidentura təhsili diplomunun təsviri:

2.4.1. diplom 15x21 sm ölçüdə kitabça şəklində çap olunur. Diplomun üz qabığı dermantin materialından hazırlanır və yuxarı hissəsində relyeflə Azərbaycan Respublikasının Dövlət gerbi, aşağı hissəsində isə "REZİDENTURA TƏHSİLİ DİPLOMU" sözləri həkk olunur. Kitabçanın üz qabığının içərisinin sağ və sol tərəflərində Azərbaycan Respublikası Dövlət gerbinin təsviri olan və rezidentura təhsili diplomunun nümunəsinə uyğun hazırlanmış qoruyucu nişanlı xüsusi kağız yapışdırılır. Diplomun sağ səhifəsinin yuxarı hissəsində qara rənglə "AZƏRBAYCAN RESPUBLİKASI" və "REZİDENTURA TƏHSİLİ DİPLOMU" sözləri, sol səhifəsinin yuxarı hissəsində "BU DİPLOM ALİ TƏHSİL HAQQINDA DÖVLƏT SƏNƏDİDİR" sözləri, diplomun seriyası və nömrəsi yazılır, sol aşağı kənarında isə möhür yeri və diplomun verilməsinə məsul olan şəxslərin imzası üçün yer saxlanılır. Səhifələrdə mətn rezidentura təhsili diplomunun nümunəsində göstərilən formada yerləşdirilir (4 nömrəli əlavə);

2.4.2. nömrələnmə AR № 000001-dən başlayaraq, hər dəfə bir say artırmaqla aparılır. Altırəqəmli nömrələnmə son həddə çatdıqdan sonra "№" işarəsindən əvvəlki birinci "A" hərfi Azərbaycan əlifbasının ardıcıllığı ilə yeni hərflə əvəz edilir və nömrələnmə yenidən aparılır.

2.5. Diplom Azərbaycan Respublikasının dövlət dilində tərtib edilir.

 

3. Baza ali tibb təhsili və rezidentura təhsili diplomlarının hazırlanması, saxlanılması və doldurulması

 

3.1. Baza ali tibb təhsili və rezidentura təhsili diplomları Azərbaycan Respublikası Təhsil Nazirliyinin sifarişi əsasında çap etdirilir.

3.2. Baza ali tibb təhsili və rezidentura təhsili diplomlarının blankları tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq, mövcud qanunvericiliyə uyğun fəaliyyət göstərən bütün ali tibb təhsili müəssisələrinə məzunların sayına görə Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir.

3.3. Diplom blankları ciddi hesabat sənədləri kimi saxlanılır.

3.4. Diplom blanklarının alınması, qeydiyyatı, saxlanılması və hesabatının aparılması işinin təşkili üçün məsul şəxslər təyin edilir.

3.5. Diplom blanklarının alınması və istifadəsi barədə məlumatlar ali tibb təhsili müəssisələrində saxlanılan xüsusi qeydiyyat kitablarında aparılır. Qeydiyyat kitabı səhifələnir, qaytanlanır, surğuclanır və təsdiq edilir. Qeydiyyat kitabında il ərzində alınmış, istifadə olunmuş və təqvim ilinin əvvəlindən qalan diplom blanklarının qeydiyyatı aparılır.

3.6. Diplom kalliqrafik xətlə, qara tuşla yazılır. Diploma əlavələr kompüterdə çap oluna bilər. Diplomda düzəlişə və qaralamalara yol verilmir. Baza ali tibb təhsili diplomu blanklarının möhür üçün ayrılmış yerində ali tibb təhsili müəssisəsinin möhürü, rezidentura təhsili diplomunun möhür üçün ayrılmış yerində isə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin möhürü vurulur. Möhür aydın oxunmalıdır.

3.7. Doldurulan zaman korlanmış diplom blankları aktla silinir.

3.8. Diplomda məzunun soyadı, adı və atasının adı onun şəxsiyyətini təsdiq edən sənəd əsasında yazılır.

3.9. Diplomda məzunların təhsil aldığı ixtisasların adları Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş ixtisasların təsnifatına uyğun yazılır.

 

4. Baza ali tibb təhsili və rezidentura təhsili diplomlarının verilməsi

 

4.1. Diplom baza ali tibb təhsilini və ya rezidentura təhsilini bitirdikdən sonra 10 gün müddətində verilir.

4.2. Diplom və diploma əlavə və ya onların dublikatları sahiblərinə şəxsən təqdim edilir. Diplomun məzuna şəxsən təqdim edilməsi mümkün olmadıqda, diplom məzunun qanuni nümayəndəsinə və ya məzunun adından çıxış edən digər şəxsə müəyyən edilmiş qaydada tərtib olunmuş etibarnamə əsasında verilir.

4.3. Diplomun və ona əlavənin surəti məzunun şəxsi işində saxlanılır.

4.4. Ali tibb təhsili müəssisəsi ləğv olunduğu halda tibb təhsili diplomu və onun əlavəsi və ya onların dublikatları Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin arayışına əsasən, Azərbaycan Respublikası Təhsil Nazirliyinin yazılı müraciəti ilə eynitipli ali təhsil müəssisəsi tərəfindən verilə bilər.

4.5. Ali tibb təhsili müəssisəsinin yenidən təşkili hallarında bu və ya digər səbəbdən diplomu almayan şəxslərə diplom və onun əlavəsi yenidən təşkil edilən ali tibb təhsili müəssisəsinin hüquqi varisi olan ali təhsil müəssisəsi tərəfindən verilir.

4.6. Diplomun verilməsinin qeydiyyatı ayrıca kitabda aparılır, illər üzrə davam etdirilir və həmin kitab daimi olaraq saxlanılır. Qeydiyyat kitabına aşağıdakı məlumatlar daxil edilir:

4.6.1. sıra nömrəsi;

4.6.2. diplomun seriyası və nömrəsi;

4.6.3. diplomalanın soyadı, adı və atasının adı;

4.6.4. ixtisasın adı;

4.6.5. alınan ali peşə-ixtisas (elmi-ixtisas) dərəcəsi;

4.6.6. Dövlət (Yekun) Attestasiya Komissiyasının qərarının nömrəsi və tarixi;

4.6.7. diplomun verilməsi tarixi;

4.6.8. diplomalan və diplomverən şəxslərin imzası.

4.7. Diplomu itirmiş şəxslərə diplomun və ona əlavənin dublikatlarının verilməsi eyni məlumatlar üzrə ayrıca qeydiyyat kitabında aparılır.

4.8. Diplomu və ona əlavəni itirən şəxs ərizə ilə ali tibb təhsili müəssisəsinin rəhbərinə müraciət etməlidir. Ərizəyə sənədin axtarışda olması barədə məlumat və "Azərbaycan müəllimi" qəzetində verilən elan əlavə olunur. Elanda şəxsin soyadı, adı, atasının adı, diplomun və ona əlavənin adı, seriyası və nömrəsi, onu verən təşkilatın adı və diplomun verilməsi tarixi göstərilir.

4.9. Həmin ərizəyə əsasən 15 gün müddətində diplomun və onun əlavəsinin dublikatı verilir.

4.10. Diplomun və ona əlavənin dublikatları arxiv sənədləri (əmr, Dövlət (Yekun) Attestasiya Komissiyasının protokolu, təhsil sənədlərinin verilməsinin qeydiyyatı kitabı) əsasında verilir.

4.11. Dublikat kimi verilən diplomun və ona əlavənin sağ səhifəsinin yuxarı küncündə "Dublikat" ştampı vurulur.

4.12. İtirilmiş diplomun və ona əlavənin əvəzinə arayış verilməsi qadağandır.

4.13. Diplomun və ona əlavənin və ya onların dublikatlarının hazırlanmasına və verilməsinə görə diplomalanlardan heç bir ödəniş tələb edilə bilməz.

 


 

 

"Baza ali tibb təhsili və rezidentura təhsili haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası"na

1 nömrəli əlavə

 

 

 

 

DİPLOM ALİ TİBB TƏHSİLİ HAQQINDA

DÖVLƏT SƏNƏDİDİR

AT №

REKTOR

_________________________________________________________________________________

(soyadı, adı, atasının adı və imzası)

DÖVLƏT ATTESTASİYA
KOMİSSİYASININ SƏDRİ

 

_________________________________________________________________

(soyadı, adı, atasının adı və imzası)

 

 

 

 

M.Y.

 

 

 

 

 

_______________ şəhəri

"____" ________________ 20__ il

 

 

Qeydiyyat № ______________________

 

 

 


 

 

 

AZƏRBAYCAN RESPUBLİKASI

BAZA ALİ TİBB TƏHSİLİ DİPLOMU

 

 

_____________________________________________________________________________________________

_____________________________________________________________________________________________

_____________________________________________________________________________________________

(ali təhsil müəssisəsinin adı)

 

 

DÖVLƏT ATTESTASİYA KOMİSSİYASININ

 

 

"_______" __________________________________________________________________________ il tarixli qərarı ilə

_____________________________________________________________________________________________

(soyadı)

_____________________________________________________________________________________________

(adı, atasının adı)

_____________________________________________________________________________________________

_________________________________________________________________________________ ixtisası üzrə

 

 

HƏKİM ALİ PEŞƏ-İXTİSAS DƏRƏCƏSİ VERİLMİŞDİR.

 

Bu diplom baza ali tibb təhsilinə və rezidentura təhsilinə uyğun peşə fəaliyyəti ilə məşğul və rezidenturaya qəbul olmaq üçün əsas sayılır.

 

 


 

 

"Baza ali tibb təhsili və rezidentura təhsili haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası"na
2 nömrəli əlavə

 

 

BAZA ALİ TİBB TƏHSİLİ DİPLOMUNA ƏLAVƏ

 

(diplomsuz etibarsızdır)

 

AT №

 

Bu diplom _________________________________________________________________________________________

(soyadı, adı, atasının adı)

____________________________________________________________________________________________

____________________________________________________________________________________________

(ali təhsil müəssisəsinin adı)

__________________________________________________________________________________ tərəfindən verilir.

_________________________________________________________ "_______" _____________________ il tarixində

_________________________________________________________________________________________ daxil olub.

(ali təhsil müəssisəsinin adı)

____________________________________________________________________________________________

və "__________" _______________ il tarixində _________________________________________________________

_____________________________________________________________________________________________ bitirib.

(ali təhsil müəssisəsinin adı)

Təhsil müddəti ____________________________________________________________________________________

 

 

DÖVLƏT ATTESTASİYA KOMİSSİYASININ

 

 

"_________" ___________________________ il tarixli ____________________________________ №-li qərarı ilə

ona ________________________________________________________________________________________________

____________________________________________________________________________________________

(ixtisasın adı)

______________________________________________________________________________________________ həkim

ali-peşə ixtisas dərəcəsi verilmişdir.

____________________________________________________________________________________________

(diplomun seriyası, nömrəsi, verilmə tarixi və qeydiyyat nömrəsi)

 

 

Təhsil müddətində məzun aşağıdakı fənlər üzrə kreditləri qazanmışdır:

 

 

Sıra

№-si

Tədris planı üzrə fənnin adı

Kreditin miqdarı

Aldığı qiymət
(hərf və balla)*

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

* Fənn üzrə tələbələrin biliyi aşağıdakı kimi qiymətləndirilir:

 

 

 

A — əla

(91-100)

B — çox yaxşı

(81-90)

C —yaxşı

(71-80)

D — kafi

(61-70)

E — qənaətbəxş

(51-60)

F — qeyri-kafi

(51 baldan aşağı)

 

 

 

 

 

Rektor

________________________________

 

 

(soyadı, adı və atasının adı)

 

 

 

 

Fakültə dekanı

________________________________

 

 

(soyadı, adı və atasının adı)

 

 

 

M.Y.

 

 

 

 

 

 

 


 

 

"Baza ali tibb təhsili və rezidentura təhsili haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası"na

3 nömrəli əlavə

 

 

 

DİPLOM ALİ TİBB TƏHSİLİ HAQQINDA

DÖVLƏT SƏNƏDİDİR

AT №

 

 

REKTOR ___________________________________________________________________________________________

(soyadı, adı, atasının adı və imzası)

 

 

DÖVLƏT ATTESTASİYA
KOMİSSİYASININ SƏDRİ ____________________________________________
_____________________________

(soyadı, adı, atasının adı və imzası)

 

 

 

 

M.Y.

 

 

 

_______________________ şəhəri

"______" ________________ 20__ il

Qeydiyyat № ______________________

 

 

 


 

AZƏRBAYCAN RESPUBLİKASI

BAZA ALİ TİBB TƏHSİLİ DİPLOMU

FƏRQLƏNMƏ

 

 

_____________________________________________________________________________________________________

_____________________________________________________________________________________________________

_____________________________________________________________________________________________________

(ali təhsil müəssisəsinin adı)

 

 

DÖVLƏT ATTESTASİYA KOMİSSİYASININ

 

 

"__________" _____________________________________________________________________ il tarixli qərarı ilə

_____________________________________________________________________________________________________

(soyadı)

_____________________________________________________________________________________________________

(adı, atasının adı)

_____________________________________________________________________________________________________

________________________________________________________________________________________ ixtisası üzrə

 

 

HƏKİM ALİ PEŞƏ-İXTİSAS DƏRƏCƏSİ VERİLMİŞDİR.

 

 

Bu diplom baza ali tibb təhsilinə və rezidentura təhsilinə uyğun peşə fəaliyyəti ilə məşğul və rezidenturaya qəbul olmaq üçün əsas sayılır.

 

 

 

 

 

 


 

 

 

DİPLOM ALİ TİBB TƏHSİLİ HAQQINDA

DÖVLƏT SƏNƏDİDİR

AR №

 

 

Azərbaycan Respublikasının səhiyyə naziri

_____________________________________________________________________________________________________

(soyadı, adı, atasının adı və imzası)

Yekun Attestasiya Komissiyasının sədri

_____________________________________________________________________________________________________

(soyadı, adı, atasının adı və imzası)

 

 

 

 

M.Y.

 

 

 

_______________ şəhəri

"____" ________________ 20__ il

Qeydiyyat № ______________________

 

 

 


 

 

"Baza ali tibb təhsili və rezidentura təhsili haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası"na

4 nömrəli əlavə

 

 

 

AZƏRBAYCAN RESPUBLİKASI

REZİDENTURA TƏHSİLİ DİPLOMU

 

 

Verilir _____________________________________________________________________________________________

(soyadı, adı, atasının adı)

 

 

Ondan ötrü ki, _________________________________ ildən _____________________________________ ilədək

 

 

_____________________________________________________________________________________________________

(klinik bazanın adı)

 

 

"____________________________________________________________________________________________________"

ixtisası üzrə rezidenturada təhsil almışdır.

 

 

Yekun Attestasiya Komissiyasının ________________ tarixli ____________________ nömrəli qərarı ilə ona

_____________________________________________________________________________________________________

(ixtisasın adı)

 

 

ixtisası üzrə həkim-mütəxəssis ali peşə-ixtisas dərəcəsi verilmişdir.