“Dövlət
orqanlarında əmək münasibətləri əmək
müqaviləsi kağız üzərində yazılı
formada bağlandıqda yaranan vəzifələrin
(peşələrin) Siyahısı”nın təsdiq
edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI
PREZİDENTİNİN FƏRMANI
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci
bəndini rəhbər tutaraq və Azərbaycan Respublikası
Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci
hissəsinə uyğun olaraq qərara alıram:
1.
“Dövlət orqanlarında əmək münasibətləri
əmək müqaviləsi kağız üzərində
yazılı formada bağlandıqda yaranan
vəzifələrin (peşələrin) Siyahısı”
təsdiq edilsin (əlavə olunur).
2.
Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1.
Azərbaycan Respublikası Prezidentinin aktlarının bu
Fərmana uyğunlaşdırılmasına dair
təkliflərini üç ay müddətində hazırlayıb
Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.2.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ
hüquqi aktlarının bu Fərmana
uyğunlaşdırılmasını üç ay
müddətində təmin edib Azərbaycan Respublikasının
Prezidentinə məlumat versin;
2.3.
mərkəzi icra hakimiyyəti orqanlarının normativ
hüquqi aktlarının bu Fərmana
uyğunlaşdırılmasını nəzarətdə
saxlasın və bunun icrası barədə beş ay
müddətində Azərbaycan Respublikasının
Prezidentinə məlumat versin;
2.4. “Siyasi
vəzifələr haqqında” qanun layihəsini üç ay
müddətində hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin;
2.5. bu Fərmandan
irəli gələn digər məsələləri həll
etsin.
İlham
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri, 8 iyul 2014-cü il
¹ 206
|
|
Azərbaycan
Respublikası Prezidentinin 2014-cü
il 8 iyul tarixli 206
nömrəli Fərmanı ilə TƏSDİQ EDİLMİŞDİR |
Dövlət
orqanlarında əmək münasibətləri əmək
müqaviləsi kağız üzərində yazılı
formada bağlandıqda yaranan vəzifələrin
(peşələrin)
SİYAHISI
1. Seçkisi və ya
təyinatı Azərbaycan Respublikasının Milli Məclisi
tərəfindən aparılan vəzifələr;
2. təyinatı
Azərbaycan Respublikasının Prezidenti və ya Azərbaycan
Respublikası Prezidentinin tapşırığı ilə
Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən
aparılan vəzifələr;
3. seçkisi və ya
təyinatı Naxçıvan Muxtar Respublikasının Ali
Məclisi, təyinatı Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin sədri tərəfindən aparılan
vəzifələr;
4. prokurorluq,
ədliyyə, fövqəladə hallar, miqrasiya xidməti,
daxili işlər, gömrük, vergi, xarici işlər
və feldyeger rabitəsi orqanlarında xüsusi
rütbəli vəzifələr və xarici işlər
orqanlarında diplomatik rütbəli vəzifələr;[1]
5. kəşfiyyat və
əks-kəşfiyyat fəaliyyəti subyektlərinin
mülki işçilərinin tutduğu vəzifələr.
İSTİFADƏ OLUNMUŞ
MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1] 31 may 2018-ci il tarixli 104 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 1 iyun 2018-ci il, ¹ 122, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹5, maddə 972) ilə “Dövlət orqanlarında əmək münasibətləri əmək müqaviləsi kağız üzərində yazılı formada bağlandıqda yaranan vəzifələrin (peşələrin) Siyahısı”nın 4-cü hissəsindən “, xarici işlər və feldyeger rabitəsi” sözləri çıxarılmışdır və həmin hissəyə “xüsusi rütbəli vəzifələr” sözlərindən sonra “və xarici işlər orqanlarında diplomatik rütbəli vəzifələr” sözləri əlavə edilmişdir.