“İstehlakçıların
su təchizatı və tullantı sularının
axıdılması sisteminə qoşulması
üçün texniki şərtlərin verilməsi və
qoşulması Qaydaları”nın təsdiq edilməsi
haqqında
AZƏRBAYCAN RESPUBLİKASI
NAZİRLƏR KABİNETİNİN QƏRARI
Azərbaycan
Respublikası Prezidentinin “Su təchizatı və tullantı
suları haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişikliklər edilməsi barədə” Azərbaycan
Respublikasının 2011-ci il 18 mart tarixli 90-IVQD nömrəli
Qanununun tətbiqi və “Su təchizatı və tullantı
suları haqqında” Azərbaycan Respublikası Qanununun
tətbiq edilməsi barədə” Azərbaycan Respublikası
Prezidentinin 2000-ci il 26 yanvar tarixli 266 nömrəli
Fərmanında dəyişiklik edilməsi haqqında” 2011-ci
il 20 aprel tarixli 423 nömrəli Fərmanının 1.4-cü
bəndinin və “Elektroenergetika haqqında” Azərbaycan
Respublikasının Qanununa, “Qaz təchizatı haqqında”
Azərbaycan Respublikasının Qanununa və “Su
təchizatı və tullantı suları haqqında”
Azərbaycan Respublikasının Qanununa əlavələr
edilməsi barədə” Azərbaycan Respublikasının
2010-cu il 2 aprel tarixli 980-IIIQD nömrəli Qanununun tətbiq
edilməsi haqqında” 2010-cu il 24 may tarixli 262 nömrəli
Fərmanının 1.5-ci bəndinin icrasını təmin
etmək məqsədi ilə Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərara
alır:
1. “İstehlakçıların
su təchizatı və tullantı sularının
axıdılması sisteminə qoşulması
üçün texniki şərtlərin verilməsi və
qoşulması Qaydaları” təsdiq edilsin (əlavə
olunur).
2. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası
Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli
Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti
orqanlarının normativ hüquqi aktlarının
hazırlanması və qəbul edilməsi qaydası
haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun
edilə bilər.[1]
Azərbaycan
Respublikasının Baş naziri
Artur Rasi-zadə
Bakı şəhəri, 13 avqust 2014-cü il
¹ 275
|
|
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2014-cü
il 13 avqust tarixli 275 nömrəli qərarı ilə TƏSDİQ
EDİLMİŞDİR |
İstehlakçıların
su təchizatı və tullantı sularının
axıdılması sisteminə qoşulması
üçün texniki şərtlərin verilməsi və
qoşulması
QAYDALARI
1. Ümumi
müddəalar
1.1. Bu Qaydalar “Su
təchizatı və tullantı suları haqqında”
Azərbaycan Respublikasının Qanununa uyğun olaraq
hazırlanmışdır və istehlakçıların su
təchizatı və tullantı sularının
axıdılması sisteminə qoşulması
üçün texniki şərtlərin verilməsi və
qoşulması qaydalarını, onlara dair tələbləri
müəyyən edir.
1.2. Bu Qaydalarda
istifadə olunan əsas anlayışlar
aşağıdakı mənaları ifadə edir:
1.2.1. su təchizatı və tullantı sularının
axıdılması sistemi (bundan sonra - STTSAS) - suyu
mənbədən götürən, təmizləyən
və istehlakçıya çatdıran bir və ya bir qrup
qurğu, o cümlədən magistral
(ümumiləşdirilmiş) və paylayıcı (daxili) su
kəmərləri (xətləri) şəbəkəsi,
həmçinin yaşayış məntəqəsi və
sənaye müəssisələrində formalaşan
tullantı sularını qəbul edən, nəql edən,
təmizləyən və kənarlaşdıran
şəbəkə və qurğular kompleksidir;
1.2.2. texniki şərtlər - obyektlərin STTSAS-a
qoşulması məqsədi ilə layihənin
hazırlanmasına əsas verən, su təchizatının
və kanalizasiya xidmətlərinin təmin edilməsi ilə
bağlı mühəndis-texniki parametrləri
özündə əks etdirən texniki sənəddir;
1.2.3. sifarişçi - su təchizatı və kanalizasiya
müəssisəsinin (bundan sonra - STKM) STTSAS-a qoşulması
nəzərdə tutulan tikinti obyektlərinə
mülkiyyət (sahiblik) və ya digər əşya hüququ
əsasında sahiblik edən hüquqi və ya fiziki
şəxs olan istehlakçı;
1.2.4. tikinti obyekti - tikinti fəaliyyəti prosesində
yaradılan və ya yaradılmış bina (o
cümlədən, yaşayış binaları,
yaşayış evləri) və ya qurğu;
1.2.5. yaşayış binası - daimi və ya
müvəqqəti yaşayış üçün
nəzərdə tutulan yaşayış
sahələrindən ibarət və ümumi istifadə
sahələrinə birbaşa giriş imkanı olan
çoxmənzilli tikili;
1.2.6. yaşayış evi - otaqlardan, habelə yaşamaq
üçün məişət və digər
ehtiyacların ödənilməsini nəzərdə tutan
yardımçı sahələrdən ibarət, yerləşdiyi
torpaq sahəsinə birbaşa girişi olan fərdi
müəyyən edilmiş ev;
1.2.7. tikinti obyektlərinin STTSAS-a qoşulması (texnoloji
qoşulma) - texniki şərtlərə uyğun olaraq,
tikinti obyektindən STTSAS-a qoşulma nöqtəsinədək
yeni STTSAS-ın layihələndirilməsi və inşası,
əlavə tələbatla bağlı layihə
sənədlərinin hazırlanması və
tikinti-quraşdırma işlərinin görülməsi,
tikinti obyektlərinin, su təchizatı qurğularının
STTSAS-a fiziki qoşulması və qoşulma aktının
tərtib edilməsinə dair göstərilən kompleks
xidmət;
1.2.8. balans mənsubiyyəti sərhədi - STKM ilə
sifarişçi arasında STTSAS-ın balans
mənsubiyyətini müəyyənləşdirən
ayırma nöqtəsi;
1.2.9. istismar məsuliyyəti sərhədi - STKM və
sifarişçi arasında su təchizatı və kanalizasiya
qurğularının və avadanlıqlarının
istismarına görə məsuliyyət sərhədini
müəyyənləşdirən ayırma nöqtəsi;
1.2.10. balans mənsubiyyəti sərhədi aktı - STKM
və sifarişçi arasında balans mənsubiyyəti
sərhədini müəyyənləşdirən
sənəd;
1.2.11. tərəflərin istismar məsuliyyəti aktı -
STKM və sifarişçi arasında su təchizatı və
kanalizasiya qurğularının və
avadanlıqlarının istismarına görə
məsuliyyət sərhədini müəyyənləşdirən
sənəd;
1.2.12. qoşulma aktı - sifarişçinin tikinti
obyektlərinin STKM-in STTSAS-a qoşulmasını təsdiq
edən sənəd;
1.2.13. qoşulma nöqtəsi - bu Qaydaların
tələblərinə uyğun olaraq, STTSAS-a fiziki qoşulma
yeri.
1.3. Bu Qaydaların
heç bir müddəası sifarişçinin mənafeyini
ağırlaşdıran formada təfsir edilə bilməz.
Texniki şərtlərin verilməsi üçün müraciətlərə
baxarkən, inzibati prosedurlar bu Qaydalara zidd ola bilməz. Texniki
şərtlər və qoşulma nöqtələrinə
dair tələblər bütün hallarda
əsaslandırılmalıdır.
1.4. Bu Qaydalar
qüvvəyə minənədək STTSAS-a normativ
sənədlərin tələblərinə uyğun olaraq
qoşulmuş (suölçən cihaz quraşdırılmış)
istehlakçılara onun müddəaları şamil edilmir.
1.5. Bu Qaydalara uyğun
olaraq, hər bir sifarişçinin STTSAS-a qoşulma hüququ
vardır.
1.6. Texniki
şərtlərin verilməsi ilə əlaqədar heç
bir ayrı-seçkiliyə yol verilə bilməz, bu Qaydalarda
nəzərdə tutulmadığı hallarda
sifarişçinin tikinti obyektlərinin və su
təchizatı qurğularının STTSAS-a qoşulması
üçün texniki şərtlər verməkdən imtina
edilə bilməz.
1.7. Texniki
şərtlərin verilməsi üçün haqq
ödənilmir.
1.8. Texniki
şərtlər Azərbaycan Respublikasının Şəhərsalma
və Tikinti Məcəlləsinin 11-ci maddəsi ilə
müəyyən edilmiş tələblər və ərazi
planlaşdırılma sənədləri nəzərə alınmaqla
verilir.
1.9. Bu Qaydaların
2.6-cı bəndində nəzərdə tutulmuş
sifarişçilər üçün tikinti
layihələrinin mühəndis-kommunikasiya təminatı
bölməsində layihələndirmə ilə
bağlı STKM tərəfindən əlavə
tədbirlər (ehtiyat su anbarının, nasos
stansiyasının, müəssisələr üçün
yaranan tullantı sularının yol verilən həddə
qədər təmizlənməsi üçün lokal
təmizləyici qurğuların layihələndirilməsi) müəyyən
edilir.
1.10. STKM
özünün STTSAS-nı ərazi planlaşdırma
sənədlərinə uyğunlaşdırmaq məqsədi
ilə gücləndirməyə
(genişləndirməyə) borcludur. Tikintiyə icazə verən orqan (qurum) ərazi
planlaşdırma sənədlərində nəzərə
alınan mühəndis-kommunikasiya sistemləri, bununla
bağlı abadlıq, yenidənqurma və
tikinti-quraşdırma işləri barədə STKM-ə
hər il 1 yanvar tarixinədək məlumat təqdim edir.[2]
2. Texniki
şərtlərin hazırlanması və verilməsi
2.1. Sifarişçinin
tikinti obyektinin STTSAS-a qoşulması STKM tərəfindən
verilən texniki şərtlər əsasında həyata
keçirilir.
2.2. Fərdi
yaşayış evinin su təchizatı və kanalizasiya
sistemlərinə birləşdiriləcəyi paylayıcı
şəbəkə və qurğulara qədər
məsafə L=30,0 m olduğu halda qoşulmalar STKM
tərəfindən hazırlanan texniki şərtlərə
əsasən, bu məsafədən artıq olduğu halda
fərdi yaşayış evinin yerləşdiyi ərazinin
perspektiv layihəsinə uyğun şəbəkələrin
inşası ilə verilməlidir.
2.3. STKM
sifarişçinin tikinti obyektinin yerləşdiyi
əraziyə ən yaxın məsafədə olan lazımi
gücə malik və tikinti normalarına uyğun STTSAS-ın
mənbəyini müəyyən etməli və texniki
şərtlər verməlidir.
2.4. Sifarişçinin
tələblərinə əsasən suyun ümumi
buraxılış həcminin artırılması və
STTSAS-a qoşulma nöqtələrinin dəyişdirilməsi
halları istisna olmaqla, digər hallarda yeni texniki
şərtlərin alınması tələb olunmur.
2.5. STKM
tərəfindən STTSAS-da edilən
dəyişikliklərə görə istehlakçıdan
yeni texniki şərtlərin alınması tələb
edilə bilməz. Bu halda STKM istehlakçını qabaqcadan
xəbərdar etməli və onun yeni yaradılmış
STTSAS-a qoşulmasını təmin etməlidir.
2.6. Tikintiyə icazə
icraatı çərçivəsində
şəhərsalma və tikintiyə dair normativ
sənədlərin tələblərinə uyğun olaraq,
tikinti obyekti üçün texniki şərtlər
(tələbatından asılı olmayaraq)
sifarişçinin tikintiyə
icazə verən orqana (quruma) müraciətinə
(ərizəsinə) əsasən tikintiyə
icazə verən orqanın (qurumun) STKM-ə sorğusu
əsasında verilir. Tikintiyə
icazə verən orqan (qurum) sorğu ilə yanaşı
sifarişçinin ərizəsinin surətini, habelə bu
Qaydaların 2.9.2-ci bəndinə uyğun olaraq həmin
ərizəyə əlavə edilmiş sənədlərin
surətlərini də STKM-ə təqdim etməlidir.[3]
2.7. Azərbaycan Respublikasının
Şəhərsalma və Tikinti Məcəlləsinin 79.2-ci
və 80-ci maddələrinə əsasən barəsində
məlumatlandırma icraatının tətbiq olunduğu
tikinti obyektləri, həmçinin tikintisinə icazə
tələb olunmayan tikinti obyektləri üçün texniki
şərtlər (tələb edilən gücdən
asılı olmayaraq) həmin yaşayış evinin və ya
tikinti obyektinin məxsus olduğu sifarişçinin STKM-ə
bilavasitə müraciəti əsasında verilir.[4]
2.8. Tikintiyə icazə verən orqan (qurum) bu
Qaydaların 2.6-cı bəndində nəzərdə
tutulmuş sifarişçinin ərizəsinin qəbulunu,
STKM, tikintiyə icazə
verən orqanın (qurumun) sorğusunun və bu
Qaydaların 2.7-ci bəndində nəzərdə tutulmuş
sifarişçinin ərizəsinin qəbulunu elektron qaydada,
bu mümkün olmadığı təqdirdə isə
poçt rabitəsi vasitəsilə və ya birbaşa
həyata keçirirlər. Tikintiyə
icazə verən orqan (qurum) və STKM müvafiq olaraq
sifarişçinin ərizəsini və tikintiyə icazə verən orqanın (qurumun)
sorğusunu qəbul etməkdən imtina edə
bilməzlər.
2.9. Bu Qaydaların
2.6-cı bəndində nəzərdə tutulmuş
sifarişçinin tikintiyə
icazə verən orqana (quruma) təqdim etdiyi
ərizədə aşağıdakılar
göstərilməlidir:
2.9.1. sifarişçi
hüquqi şəxs olduqda - adı, hüquqi ünvanı
və VÖEN-i barədə məlumatlar, fiziki şəxs
olduqda isə - adı, atasının adı, soyadı, şəxsiyyət
vəsiqəsi (hüquqi şəxs yaratmadan sahibkarlıq
fəaliyyətini həyata keçirən şəxslər -
həmçinin VÖEN-i) barədə məlumatlar, tikinti
obyektinin təyinatı və fəaliyyət növü;
2.9.2. tikinti ərazisinin
vəziyyət planı, obyektin tikintisinə dair layihənin
surətləri, binanın (binaların),
qeyri-yaşayış sahələrinin bütün yeraltı
kommunikasiyaları, xarakteristikası (binaların,
qeyri-yaşayış sahələrinin
hündürlüyü və ya mərtəbəliliyi,
mənzillərin sayı, suya olan tələbatı,
axıdılacaq tullantı sularının miqdarı
(həcmi) barədə məlumatlar.
2.10. Bu Qaydaların
2.7-ci bəndində nəzərdə tutulmuş
sifarişçinin təqdim etdiyi ərizədə
aşağıdakı məlumatlar göstərilir:
2.10.1. fiziki
şəxsin - adı, atasının adı, soyadı,
şəxsiyyət vəsiqəsi barədə məlumatlar;
2.10.2.
sifarişçinin STTSAS-a qoşulması nəzərdə
tutulan tikinti obyektinin ünvanı;
2.10.3. tələb olunan
su sərfiyyatı və tullantı sularının miqdarı
(həcmi).
2.11. Texniki
şərtlərin verilməsi ilə əlaqədar bu
Qaydalarda nəzərdə tutulmayan məlumatlar və
sənədlər sifarişçidən tələb
edilə bilməz.
2.12. STKM texniki
şərtlər almaq üçün təqdim edilmiş tikintiyə icazə verən
orqanın (qurumun) sorğusunu və ya sifarişçinin
ərizəsini qəbul etdiyi gündə xüsusi kitabda
(və elektron bazada) qeydiyyata alır və 1 (bir) iş
günündən gec olmayaraq ərizənin qeydiyyat tarixi
və nömrəsi haqqında arayış və ya
məlumatı müraciət edənə verir.
2.13. Bu Qaydaların
2.20-ci bəndində nəzərdə tutulmuş imtina
halları olmadıqda, sorğunun və ya ərizənin daxil
olduğu gündən sonra 10 (on) iş günü müddətində
STKM texniki şərtlərin verilməsini təmin
etməlidir. Texniki şərtlər verildiyi gündən 2
(iki) il müddətində icra edilmədiyi təqdirdə
qüvvəsini itirmiş hesab edilir.
2.14. Təqdim edilmiş
sənədlərdə çatışmazlıqlar və
uyğunsuzluqlar olduqda, bu barədə STKM tərəfindən
tikintiyə icazə verən
orqana (quruma) və ya sifarişçiyə 3 (üç)
iş günündən gec olmayaraq yazılı məlumat
verilir. Bu halda Qaydaların 2.13-cü bəndində
göstərilən müddətin axımı
dayandırılır. Tikintiyə
icazə verən orqan (qurum) və sifarişçi
tərəfindən çatışmazlıqlar və
uyğunsuzluqlar aradan qaldırıldıqdan sonra həmin
müddətin axımı dayandırıldığı
yerdən davam edir. Sifarişçi çatışmazlıq
və uyğunsuzluqlar barədə məlumatı aldıqdan
sonra 1 (bir) ay müddətində onun tərəfindən
lazımi sənədlərin təqdim edilməməsi bu
Qaydaların 2.20-ci bəndinə uyğun olaraq texniki
şərtlərin verilməsindən imtina üçün
əsasdır.
2.15. Texniki
şərtlər hazırlanarkən STKM tərəfindən
müvafiq ərazidə su təchizatı və ya kanalizasiya
şəbəkə və qurğularının
mövcudluğu araşdırılır. Araşdırma
nəticəsində belə şəbəkə və
qurğular aşkar edildikdə texniki şərtlərdə
onların mühafizəsi və ya başqa yerə
köçürülməsi barədə müvafiq
tələblər irəli sürülür.
2.16. Texniki
şərtlərin verilməsi haqqında qərar qəbul
olunduqda, iki nüsxədə texniki şərtlər
tərtib olunur, STKM-in səlahiyyətli şəxsinin
imzası və möhürü ilə təsdiq edilir və
texniki şərtlərin bir nüsxəsi müvafiq olaraq tikintiyə icazə verən orqana
(quruma) və ya sifarişçiyə rəsmi qaydada
təqdim edilir. Tikintiyə
icazə verən orqan (qurum) ona ərizə ilə
müraciət etmiş sifarişçini bu barədə
dərhal rəsmi qaydada məlumatlandırmaqla texniki
şərtləri ona təqdim edir.
2.17. Texniki
şərtlər bu Qaydaların 1 nömrəli
əlavəsinə uyğun olaraq birtipli formada tərtib edilir.
2.18. Texniki
şərtlərdə aşağıdakılar
göstərilir:
2.18.1. STTSAS-a qoşulma
yeri;
2.18.2. qoşulmaya aid
layihə sənədlərinin
razılaşdırılması üzrə
tələblər;
2.18.3. qoşulmanın
icrasına dair texniki tələblər;
2.18.4.
suölçən cihazlara və digər suölçən
qovşaqlara (siyirtmələr, süzgəc və s.
avadanlıqla təchiz edilmiş kamera) dair texniki
tələblər;
2.18.5. texniki
şərtlərin qüvvədə olma müddəti.
2.19. Qoşulma
nöqtəsi aşağıdakı yerlərdə
olmalıdır:
2.19.1.
çoxmənzilli yaşayış binasında olan
mənzillər üçün pilləkən
qəfəsində;
2.19.2. tullantı
suları üçün tikinti layihəsində
müəyyən edilmiş yerlərdə;
2.19.3. yaşayış
binasının daxilində yerləşən
qeyri-yaşayış sahələri üçün
yaşayış binasının girişində;
2.19.4. fərdi
yaşayış evləri və ayrılıqda
yerləşən qeyri-yaşayış obyektləri
üçün paylayıcı
şəbəkələrdən fərdi qaydada
veriləcək birləşmə nöqtələrində.
2.20. Texniki
şərtlərin verilməsindən aşağıdakı
hallarda səbəbləri konkret əsaslandırılmaqla
rəsmi qaydada imtina edilir:
2.20.1. Qaydaların 2.9-cu
və 2.10-cu bəndlərində nəzərdə tutulmuş
sənədlərin bu Qaydaların 2.14-cü bəndi ilə
müəyyən edilmiş müddətdə tam təqdim
edilməməsi (çatışmazlıqların və
uyğunsuzluqların aradan qaldırılmaması);
2.20.2. texniki
şərtlərin verilməsinin STKM-in indiki və
gələcək məişət (təsərrüfat) -
içməli məqsədli su istehlakçıları
qarşısındakı öhdəliklərinin yerinə
yetirilməsinə maneələr yaratması;
2.20.3. istehlakçının
daxili su və kanalizasiya xidmətlərinin
şəbəkəsinin vəziyyəti su və kanalizasiya
şəbəkələrinin xətlərinin texniki
istismarı üzrə normativ hüquqi aktlara uyğun
gəlməməsi;
2.20.4.
sifarişçinin qoşulma barədə
müraciətindən imtina etməsi;
2.20.5. tikinti
sahəsində mövcud su təchizatı və ya kanalizasiya
şəbəkə və qurğularının
mühafizəsi və ya köçürülməsinin
mümkün olmaması.
2.21. Tikintiyə icazə verən orqan (qurum)
sifarişçinin ərizəsinə əsasən sorğu
ilə, bu Qaydaların 2.7-ci bəndində nəzərdə
tutulmuş sifarişçi isə ərizə ilə
STKM-ə təkrar müraciət etmək hüququna malikdir.[5]
2.22. Sifarişçi
və ya tikintiyə icazə
verən orqan (qurum) verilmiş texniki şərtlərin
tələbləri ilə razı olmadıqda inzibati və
məhkəmə qaydasında şikayət verilə
bilər.
2.23. Tikinti obyektləri
inşa edilərkən texniki şərtlərdən
kənara çıxma zərurəti yarandıqda,
sifarişçi bilavasitə öz ərizəsi və ya tikintiyə icazə verən
orqanın (qurumun) sorğusu əsasında texniki
şərtləri vermiş STKM ilə həmin
dəyişikliyi razılaşdırmalıdır. Bu zaman STKM
ərizə və ya sorğu daxil olduğu gündən 10
(on) iş günü müddətində texniki
şərtlərdə edilmiş dəyişikliklərə
rəsmi münasibətini bildirməlidir. Bu
müddətdə cavab verilmədikdə, layihə
razılaşdırılmış hesab edilir.
2.24. Texniki
şərtlər haqqında sənədi itirmiş
sifarişçinin ərizəsinə əsasən STKM
əvvəllər verilmiş sənədin dublikatını 3
(üç) iş günü müddətində ona
ödənişsiz qaydada təqdim etməlidir.
2.25. Texniki
şərtlərin müddəaları yerinə
yetirilənədək obyektin tikintisinin başa
çatdırılması məqsədi ilə STKM
sifarişçini razılaşdırılmış
tələbat həddində su təchizatı və
tullantı sularının axıdılması xidməti
ilə müvəqqəti texniki şərtlər
əsasında təmin etməlidir.
2.26. Bu Qaydaların
texniki şərtləri üçün nəzərdə
tutulmuş müddəaları müvəqqəti texniki
şərtlərin verilməsinə də şamil edilir.
2.27. Tikinti
obyektlərinin inşası üçün
quraşdırılmış müvəqqəti su
təchizatı və tullantı sularının
axıdılması xəttinə digər sifarişçinin
(istehlakçının) qoşulmasına yol verilmir.
2.28. Müvəqqəti
texniki şərtlərin qüvvədə olma müddəti
tikintiyə icazə (obyektin layihələndirilməsi və
tikilib başa çatdırılması) üçün
müəyyən olunmuş müddətdən az
olmamalıdır.
2.29. Müvəqqəti
texniki şərtlərin qüvvədə olma
müddətində STKM ilə sifarişçi
(istehlakçı) arasında suyun sərfinə görə
hesablaşmanın aparılması üçün balans
mənsubiyyəti sərhədində (bu texniki
cəhətdən mümkün olduqda) Azərbaycan
Respublikasının Antiinhisar və İstehlak Bazarına
Nəzarət Dövlət Agentliyi
tərəfindən tipi təsdiq edilərək dövlət
reyestrinə daxil edilmiş və
sertifikatlaşdırılmış müvafiq
suölçən cihaz quraşdırılır. Tipi təsdiq
edilməmiş, standartlara cavab verməyən
sayğacların və digər ölçmə
vasitələrinin quraşdırılmasına yol verilmir. [6]
2.30. Suölçən
cihazın balans mənsubiyyəti sərhədində
quraşdırılması texniki cəhətdən
mümkün olmadıqda STKM-in və ya sifarişçinin
(istehlakçının) təşəbbüsü ilə
qarşılıqlı razılıq əsasında
əvəzsiz olaraq və ya əvəzi ödənildikdə
sifarişçinin (istehlakçının) balansında olan
suölçən cihazla qoşulma nöqtəsi
arasındakı hissə STKM-in balansına verilməlidir.
3. STTSAS-a
qoşulma
3.1. Sifarişçinin
STTSAS-a qoşulması onun texniki şərtləri, o
cümlədən qoşulma ilə bağlı layihə
işlərini yerinə yetirməsi şərtilə texniki
şərtlərin verilməsi haqqında qərar qəbul
olunduğu gündən sonra ən geci 15 (on beş) iş
günü müddətində STKM tərəfindən
aşağıdakı qaydada həyata keçirilir:
3.1.1. bu Qaydaların
2.6-cı bəndində göstərilən
sifarişçiyə münasibətdə -
sifarişçinin vəsaiti hesabına (Azərbaycan
Respublikasının Tarif (qiymət) Şurası
tərəfindən müəyyən olunan qoşulma haqqı
həmin müddətdə STKM-in bank hesabına ödənilir);
3.1.2. bu Qaydaların
2.7-ci bəndində nəzərdə tutulan
sifarişçiyə münasibətdə - STKM-in vəsaiti
hesabına.
3.2. Yaşayış
binalarının STTSAS-a qoşulması üçün
ümumi texniki şərtlərin verildiyi və qoşulma
haqqının ödənildiyi nəzərə alınaraq, həmin
binalarda yerləşən mənzillərin STTSAS-a
qoşulması üçün ayrıca texniki
şərtlərin alınması və qoşulma
haqqının ödənilməsi tələb olunmur.
3.3. STTSAS-a qoşulmaya
dair tədbirlər aşağıdakı
mərhələlərdə ardıcıllıqla yerinə
yetirilir:
3.3.1. texniki
şərtlər əsasında qoşulma işlərinin
(qoşulma ilə bağlı layihənin hazırlanması
və razılaşdırılması da daxil olmaqla) həyata
keçirilməsi;
3.3.2. yeni su
kəmərləri və qurğularının
zərərsizləşdirilməsi və yuyulması;
3.3.3. sifarişçi
ilə STKM arasında balans mənsubiyyəti sərhədi, istismar
məsuliyyəti və qoşulma aktlarının
imzalanması.
3.4. Tərəflərin
texniki şərtlərdə göstərilən qoşulmaya
dair tədbirlərin yerinə yetirilməsi üzrə
öhdəlikləri aşağıdakı kimi müəyyən
edilir:
3.4.1.
sifarişçinin öz istismarı üzrə
öhdəliklərini istismar məsuliyyəti
sərhədinədək, öz balansı üzrə
öhdəliklərini isə qoşulma nöqtəsinədək
icra etməsi;
3.4.2. STKM-in öz
istismarı üzrə öhdəliklərini istismar
məsuliyyəti sərhədinədək, öz balansı
üzrə öhdəliklərini isə qoşulma
nöqtəsinədək icra etməsi.
3.5. Yeni su
kəmərləri və qurğularının
zərərsizləşdirilməsi və yuyulması STKM-in
nümayəndəsinin iştirakı ilə müvafiq olaraq
sifarişçinin vəsaiti hesabına (bu Qaydaların
2.6-cı bəndində nəzərdə tutulan halda) və ya
STKM-in vəsaiti hesabına (bu Qaydaların 2.7-ci
bəndində nəzərdə tutulan halda) yuyulma işini
yerinə yetirən icraçı (su kəməri və
qurğularını inşa edən podratçı)
tərəfindən həyata keçirilir.
3.6.
Zərərsizləşdirilmə və yuyulmaya dair STKM-in
və yuyulma işini yerinə yetirən icraçının
nümayəndələri tərəfindən akt tərtib
edilir. Akt onu tərtib edən şəxslərin, habelə
dövlət sanitariya nəzarəti orqanlarının
nümayəndələri tərəfindən imzalanır.
İçməli su təchizatı sisteminə qoşulan
zərərsizləşdirilmiş, yuyulmuş yeni su
kəmərləri və qurğularından sanitar-epidemioloji
sahədə qüvvədə olan normativ hüquqi aktların
tələblərinə uyğun qaydada laboratoriya müayinəsinə
götürülmüş içməli suyun kimyəvi
və bakterioloji göstəricilərinin dövlət
standartlarının tələblərinə cavab verməsi
barədə müvafiq dövlət sanitar-epidemioloji
xidməti qurumu tərəfindən xüsusi akt tərtib
edilir.
3.7. Sifarişçi
ilə STKM arasında qoşulma aktı bu Qaydaların 2
nömrəli əlavəsində göstərilən birtipli
formada iki nüsxədə tərtib edilir. Nüsxələrin
biri sifarişçidə, digəri isə STKM-də
qalır.
3.8. Qoşulma
aktının ayrılmaz hissələri olan balans
mənsubiyyəti sərhədi aktı və istismar
məsuliyyəti aktı müvafiq olaraq bu Qaydaların 3
və 4 nömrəli əlavələrində
nəzərdə tutulan birtipli formada hər biri iki nüsxədə
tərtib edilirlər. Nüsxələrin biri
sifarişçidə, digəri isə STKM-də qalır.
Qoşulma aktı yalnız bu aktların hər ikisi
imzalandıqdan sonra imzalanır.
3.9. Qoşulma aktı,
balans mənsubiyyəti sərhədi aktı və istismar
məsuliyyəti aktı imzalandıqdan sonra Azərbaycan
Respublikasının Nazirlər Kabineti tərəfindən
müəyyən edilən qaydada sifarişçi ilə STKM
arasında suyun alqı-satqı müqaviləsi
bağlanılır və sifarişçiyə
(istehlakçıya) su verilir.
3.10. Hər hansı
şəxsin STTSAS-a qanunsuz (özbaşına)
qoşulmasına və ya bu Qaydaya uyğun mövcud
qoşulmanın hər hansı texniki parametrinin STKM ilə
razılaşdırmadan dəyişdirməsinə yol verilmir.
3.11. STTSAS-a qanunsuz
(özbaşına) qoşulma STKM tərəfindən
dərhal ləğv edilir.
3.12. STTSAS-a qanunsuz
(özbaşına) qoşulma qanunda nəzərdə tutulmuş
məsuliyyətə səbəb olur.
|
|
"İstehlakçıların su təchizatı
və tullantı sularının axıdılması
sisteminə qoşulması üçün texniki
şərtlərin verilməsi və qoşulması
Qaydaları"na 1 nömrəli əlavə |
||
|
|
|
||
|
|
Təsdiq
edirəm: STKM-in məsul
nümayəndəsi______________________ |
||
|
|
|
(soyadı, adı, atasının adı) |
|
|
|
İmza________________________________________ |
||
|
|
M.Y |
||
|
|
|
||
|
İstehlakçının
su təchizatı və kanalizasiya
şəbəkələrinə qoşulması
üçün T
E X N İ K İ Ş Ə R
T L Ə R |
|||
|
|
|
||
|
|
¹
__________ “______”
_______________ 20 ___il |
||
|
Müraciət edən _______________________________________________________________________ |
|||
|
(hüquqi
şəxs olduqda - adı, fiziki şəxs olduqda -
soyadı, adı, atasının adı, şəxsiyyət
vəsiqəsinə dair məlumatlar) |
|||
|
Müraciət
edənin ünvanı_________________________________________________________ Əlaqə
telefonları________________________________________________________________ Obyektin
adı___________________________________________________________________ Obyektin
ünvanı________________________________________________________________ Müraciət
sənədinin nömrəsi və tarixi
_____________________________________ Müraciət
sənədinin daxilolma nömrəsi və tarixi
____________________________________ |
|||
|
Tələb olunan su
sərfiyyatı
___________________________________ İcazə verilən su
sərfiyyatı
___________________________________ |
|||
|
Texniki şərtlərin qüvvədə olma
müddəti “_____” “_______________” _______ il 1.
Obyektin su və kanalizasiya şəbəkələrinə
qoşulma şərtləri: 1.1.
İstehlakçının supaylayıcı və
kanalizasiya şəbəkələrinə qoşulma
nöqtəsi (qoşulma sxemi əlavə olunur) ___________________________________________________________________ ________________________________________________________________________________ 1.2.
Qoşulma nöqtəsində suyun təzyiqi
yuxarı həddi _____________________________ aşağı
həddi ______________________________ 1.3.
Nəzarət-ölçü cihazlarına və
suölçən qovşaqlarına verilən xüsusi
tələblər _________________ 1.4.
Qoşulma nöqtəsindən obyektə
çəkiləcək su və kanalizasiya
xətlərinə aid tələblər__________ 1.5.
Su təchizatı və kanalizasiya qurğularının
inşasına qoyulan tələblər______________________ 2.
Su təchizatı və kanalizasiya sistemlərinin layihəsi
"Tikinti Norma və Qaydaları"na əsasən
işlənməlidir. 3.
Hazırkı texniki şərtlər ____________________________________
xarakter daşıyır.
(daimi və ya
müvəqqəti) 4.
Layihə sənədləri xüsusi icazəsi
(lisenziyası) olan layihə təşkilatı
tərəfindən hazırlanmalıdır. 5.
Su təchizatı və kanalizasiya sisteminin layihə
sənədləri STKM ilə
razılaşdırılmalıdır. 6.
Su sayğacı və su qurğuları Azərbaycan
Respublikasının Antiinhisar
və İstehlak Bazarına Nəzarət Dövlət
Agentliyi tərəfindən
sertifikatlaşdırılmalı və onların
siyahısı təsdiq olunaraq, dövlət reyestrinə
daxil edilməlidir. STKM-in
nümayəndəsi _______________
___________________________________ (imza) (soyadı,
adı, atasının adı) |
|||
|
|
“İstehlakçıların su təchizatı
və tullantı sularının axıdılması
sisteminə qoşulması üçün texniki
şərtlərin verilməsi və qoşulması
Qaydaları”na 2 nömrəli əlavə |
|
|
|
|
|
|
Su
təchizatı və kanalizasiya sisteminə qoşulma AKTI |
||
|
“____” _______________ 20_____ il |
|
______________şəhəri
(rayonu) |
|
|
|
|
|
Biz,
aşağıda imza edənlər: 1. Su
təchizatı və kanalizasiya müəssisəsinin
nümayəndəsi_________________________________ ____________________________________________________________________________________ (vəzifəsi, soyadı, adı, atasının
adı) 2.
Sifarişçi (və ya nümayəndəsi) ________________________________________________________ ____________________________________________________________________________________ (vəzifəsi, soyadı, adı, atasının
adı) 3.
Tikinti təşkilatının nümayəndəsi
_____________________________________________________ (vəzifəsi, soyadı,
adı, atasının adı) ____________________________________________________________________________________ ____________________________________________________________________________________ (tikinti obyektinin yerləşdiyi ünvan) ünvanında yerləşən tikinti obyektinin su
təchizatı və kanalizasiya qurğularının texniki
sənədlərinə baxdıq və su
xətlərinə baxış keçirdik. Su
xətləri və qurğularının layihəyə
və tikinti normalarına uyğun tikildiyi və su
təchizatı və kanalizasiya şəbəkəsinə
qoşulmaq üçün hazır olduğu
müəyyən edildi. Layihə
sənədi ¹_______________
___________________tarixində verilmişdir. Tikinti obyektinin su xətləri ______________
tarixində ______________ nömrəli aktla istismara qəbul
olunmuşdur. Bunları nəzərə alaraq, tikinti obyektinin su
təchizatı və kanalizasiya müəssisəsinin
şəbəkəsinə qoşulmasına qərar verildi. Qoşulma
başa çatdırıldı ____________________ __________________ (tarix) (saat) İmzalar: ____________________ _______________________________ (soyadı, adı, atasının adı) ____________________ _______________________________ (soyadı,
adı, atasının adı) ____________________ _______________________________ (soyadı,
adı, atasının adı) M.Y. |
||
|
|
“İstehlakçıların su təchizatı
və tullantı sularının axıdılması
sisteminə qoşulması üçün texniki
şərtlərin verilməsi və qoşulması
Qaydaları”na 3 nömrəli əlavə |
|
|
|
|
|
|
Su
təchizatı və kanalizasiya müəssisəsi və
istehlakçı arasında su təchizatı
və kanalizasiya sisteminin balans mənsubiyyəti
sərhədi barədə AKT |
||
|
“____” _______________ 20_____ il |
|
______________şəhəri
(rayonu) |
|
|
|
|
|
Biz,
aşağıda imza edənlər: _____________________________________________________________
(su təchizatı və kanalizasiya müəssisəsi
adından) ____________________________________________________________________________________ (vəzifəsi, soyadı, adı, atasının
adı) şəxsində
və __________________________________________________________________________ ____________________________________________________müəssisəsi
(və ya istehlakçı) adından ____________________________________________________________________________________ (vəzifəsi, soyadı, adı, atasının
adı) şəxsində
tərəflər arasında su təchizatı və
tullantı sularının axıdılması sisteminin balans
mənsubiyyəti sərhədini aşağıdakı kimi
müəyyən edirik: |
||
|
(su təchizatı və tullantı sularının
axıdılması sisteminin balans mənsubiyyəti
sərhədi müəyyən olunmuş yer) ____________________________________________________________________________________ ____________________________________________________________________________________ ____________________________________________________________________________________ ____________________________________________________________________________________ İmzalar: _______________________________ _______________________________ _______________________________ _______________________________ (soyadı, adı, atasının
adı) (soyadı, adı, atasının adı) M.Y. M.Y. |
||
|
|
“İstehlakçıların su təchizatı
və tullantı sularının axıdılması
sisteminə qoşulması üçün texniki
şərtlərin verilməsi və qoşulması
Qaydaları”na 4 nömrəli əlavə |
|
|
|
|
|
|
Su
təchizatı və kanalizasiya müəssisəsi və
istehlakçı arasında su təchizatı və
kanalizasiya sisteminin istismar mənsubiyyəti sərhədi
barədə AKT |
||
|
“____” _______________ 20_____ il |
|
______________şəhəri
(rayonu) |
|
|
|
|
|
Biz,
aşağıda imza edənlər: ____________________________________________________________________________________ (su təchizatı və kanalizasiya
müəssisəsi adından) ____________________________________________________________________________________ (vəzifəsi, soyadı, adı, atasının
adı) şəxsində
və __________________________________________________________________________ ____________________________________________________müəssisəsi
(və ya istehlakçı) adından ____________________________________________________________________________________ (vəzifəsi, soyadı, adı, atasının
adı) şəxsində
tərəflər arasında su təchizatı və
tullantı sularının axıdılması sisteminin
istismar mənsubiyyəti sərhədini
aşağıdakı kimi müəyyən edirik: ____________________________________________________________________________________ (su təchizatı və tullantı sularının
axıdılması sisteminin balans mənsubiyyəti
sərhədi müəyyən olunmuş yer) ____________________________________________________________________________________ ____________________________________________________________________________________ ____________________________________________________________________________________ ____________________________________________________________________________________ ____________________________________________________________________________________ İmzalar: _______________________________ _______________________________ _______________________________ _______________________________ (soyadı, adı, atasının
adı) (soyadı, adı, atasının adı) M.Y. M.Y. |
||
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ
SƏNƏDLƏRİNİN SİYAHISI
1.
28 yanvar
2016-cı il tarixli 19
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Azərbaycan”
qəzeti, 5 fevral 2016-cı il, ¹ 26; Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 02, II
kitab, maddə 362)
2.
30 avqust
2018-ci il tarixli 367
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq”
qəzeti, 2 sentyabr 2018-ci il, ¹ 195, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2018-ci il, ¹8, maddə 1817)
3. 29 iyun 2020-ci il tarixli 223 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 iyul 2020-ci il, ¹ 124, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 6, maddə 813)
QƏRARA
EDİLMİŞ DƏYİŞİKLİK VƏ
ƏLAVƏLƏRİN SİYAHISI
[1]
29 iyun 2020-ci il tarixli 223 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 iyul 2020-ci il, ¹ 124,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹
6, maddə 813) ilə ikinci
abzas 1-ci hissə hesab edilmişdir və yeni məzmunda 2-ci
hissə əlavə edilmişdir.
[2] 29 iyun 2020-ci il tarixli 223 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 iyul 2020-ci il, ¹ 124,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹
6, maddə 813) ilə “İstehlakçıların
su təchizatı və tullantı sularının
axıdılması sisteminə qoşulması
üçün texniki şərtlərin verilməsi və
qoşulması Qaydaları”nın 1.10-cu bəndin ikinci
cümləsində “Müvafiq
yerli icra hakimiyyəti orqanı (bundan sonra – MYİHO)”
sözləri “Tikintiyə
icazə verən orqan (qurum)” sözləri ilə
əvəz edilmişdir.
[3] 29 iyun 2020-ci il tarixli 223 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 iyul 2020-ci il, ¹ 124,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹
6, maddə 813) ilə “İstehlakçıların
su təchizatı və tullantı sularının
axıdılması sisteminə qoşulması
üçün texniki şərtlərin verilməsi və
qoşulması Qaydaları”nda 2.6-cı bəndin birinci
(hər iki halda), 2.8-ci bəndin birinci (ikinci halda) və ikinci
(ikinci halda) cümlələrində, 2.9-cu və 2.12-ci
bəndlərdə, 2.14-cü və 2.16-cı bəndlərin
birinci cümlələrində, 2.22-ci bənddə və
2.23-cü bəndin birinci cümləsində ismin müvafiq
hallarında “MYİHO”
akronimi ismin müvafiq hallarında “tikintiyə icazə verən orqan (qurum)”
sözləri ilə əvəz edilmişdir.
[4] 28 yanvar 2016-cı il
tarixli 19 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 5 fevral
2016-cı il, ¹ 26; Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2016-cı il, ¹ 02, II kitab, maddə 362) ilə
“İstehlakçıların su təchizatı və
tullantı sularının axıdılması sisteminə
qoşulması üçün texniki şərtlərin
verilməsi və qoşulması Qaydaları”nın 2.7-ci bəndi
yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada
deyilirdi:
2.7.
Mərtəbələrinin sayı 3-dən,
hündürlüyü 12 metrdən və aşırımlarının
uzunluğu 6 metrdən çox olmayan yaşayış
evləri, həmçinin tikintisinə icazə tələb
olunmayan tikinti obyektləri üçün texniki şərtlər
(tələb edilən gücdən asılı olmayaraq)
həmin yaşayış evinin və ya tikinti obyektinin
məxsus olduğu sifarişçinin STKM-ə bilavasitə
müraciəti əsasında verilir.
[5] 29 iyun 2020-ci il tarixli 223 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 iyul 2020-ci il, ¹ 124,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹
6, maddə 813) ilə “İstehlakçıların
su təchizatı və tullantı sularının
axıdılması sisteminə qoşulması
üçün texniki şərtlərin verilməsi və
qoşulması Qaydaları”nda 2.6-cı bəndin ikinci, 2.8-ci
bəndin birinci (birinci halda) və ikinci (birinci halda),
2.14-cü bəndin üçüncü, 2.16-cı bəndin
ikinci cümlələrində və 2.21-ci bənddə ismin
müvafiq hallarında “MYİHO”
akronimi ismin müvafiq hallarında “Tikintiyə icazə verən orqan (qurum)”
sözləri ilə əvəz edilmişdir.
[6] 30 avqust
2018-ci il tarixli 367
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq”
qəzeti, 2 sentyabr 2018-ci il, ¹ 195, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2018-ci il, ¹8, maddə 1817) ilə “İstehlakçıların su
təchizatı və tullantı sularının
axıdılması sisteminə qoşulması
üçün texniki şərtlərin verilməsi və
qoşulması Qaydaları”nın 2.29-cu bəndinin birinci
cümləsində və həmin Qaydalara 1 nömrəli
əlavədə “Standartlaşdırma,
Metrologiya və Patent üzrə Dövlət Komitəsi”
sözləri “Antiinhisar və
İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi”
sözləri ilə əvəz edilmişdir.