AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

 

 

Aktın növü

AZƏRBAYCAN RESPUBLİKASI MƏDƏNİYYƏT VƏ TURİZM NAZİRLİYİNİN KOLLEGİYASININ QƏRARI

Qəbul edildiyi tarix

27.09.2013

Qeydiyyat nömrəsi

7/4

Adı

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər üzrə inzibati reqlamentlərin təsdiq edilməsi haqqında

Rəsmi dərc edildiyi mənbə

 

Qüvvəyə minmə tarixi

22.10.2013

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

210.010.000

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

15201309270074

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

21.10.2013

 

 

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Kollegiyası “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli, 429 nömrəli Fərmanının 2-1-ci hissəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli, 191 nömrəli qərarı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”nın 9.2-ci bəndinin icrasını təmin etmək məqsədilə[1]

 

QƏRARA ALIR:

 

1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən göstərilən aşağıdakı elektron xidmətlər üzrə inzibati reqlamentlər təsdiq edilsin:

1.1. “Mehmanxana, istirahət evləri, pansionlar və digər analoji yerləşdirmə obyektlərinin ballarının onlayn hesablanması, qeydiyyatı və kateqoriyaların verilməsi xidmətləri üzrə inzibati reqlament” (1 nömrəli əlavə);

1.2. “Arxiv arayışlarının, arxiv sənədlərindən çıxarışların, arxiv sənədlərinin surətlərinin verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament” (2 nömrəli əlavə);

1.3. “Mədəni və tarixi sərvətlərin hüquqi, fiziki şəxslər və əcnəbi vətəndaşlar tərəfindən respublika ərazisindən kənara çıxarılmasına, həmçinin qaytarılmasına icazələrin verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament” (3 nömrəli əlavə);

1.4. “Mədəniyyət və turizm üzrə investisiya layihələrinin və proqramlarının onlayn təqdim edilməsi üzrə inzibati reqlament” (4 nömrəli əlavə);

1.5. “Turizm fəaliyyəti ilə məşğul olan şirkətlərin və turistlərin səfərlərinin təşkil olunduğu xarici ölkələrdə (yerlərdə) və ölkə ərazisində turizm fəaliyyəti ilə məşğul olan obyektlərdə və əcnəbi turistlərin səfərlərinin təşkil olunduğu digər yerlərdə mövcud vəziyyət barədə məlumatın verilməsi üzrə inzibati reqlament” (5 nömrəli əlavə);

1.6. “Turizm, mehmanxana, mehmanxana tipli obyektlərə və turizm fəaliyyəti ilə məşğul olmaq istəyən hüquqi və fiziki şəxslərə icazələrin, lisenziyaların verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament” (6 nömrəli əlavə);

1.7. “Fiziki və hüquqi şəxslərə tarix və mədəniyyət abidələrinin bərpası üzrə işlərin yerinə yetirilməsi üçün icazələrin verilməsi ilə bağlı müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament” (7 nömrəli əlavə);

1.8. “Arxeoloji qazıntı işlərinin aparılması ilə əlaqədar icazələrin qeydiyyatı üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament” (8 nömrəli əlavə);

1.9. “Abidələrin təhlükəsizliyini təmin etmək məqsədi ilə hüquqi və fiziki şəxslərlə mühafizə müqavilələrinin və aktlarının bağlanılması üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament” (9 nömrəli əlavə);

1.10. “Daşınmaz tarix və mədəniyyət abidələrinin alqı-satqısı ilə əlaqədar icazələrin verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament” (10 nömrəli əlavə);

1.11. “Filmlərin dövlət reyestrində qeydə alınmasına və ölkə ərazisində nümayişinə icazələrin verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament” (11 nömrəli əlavə);

1.12. “Kino üzrə ekspert şuralarına və ssenari müsabiqələrinin münsiflər heyətinə sinopsis və ssenarilərin təqdim edilməsi üzrə inzibati reqlament” (12 nömrəli əlavə);

1.13. “Şəhər, rayon mərkəzləşdirilmiş kitabxana və muzey sistemlərinin hesabatlarının onlayn təqdim edilməsi üzrə inzibati reqlament” (13 nömrəli əlavə);

1.14. “Fiziki və hüquqi şəxslərə dövlət kitabxana və muzey fondunda saxlanılan biblioqrafiya məlumatlarının verilməsi üzrə inzibati reqlament (14 nömrəli əlavə);

1.15. “Fiziki və hüquqi şəxslərə dövlət kitabxana və muzey fondunda saxlanılan və müəllif hüquqları ilə qorunmayan məlumatların verilmə üzrə inzibati reqlament” (15 nömrəli əlavə);

1.16. “Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan təşkilatlarda (dövlət teatr-tamaşa və konsert müəssisələrində, rəsm qalereyalarında, muzeylərdə, qoruqlarda və s.) keçirilən mədəni tədbirlərə onlayn bilet satışı üzrə inzibati reqlament” (16 nömrəli əlavə);

1.17. Mədəniyyət və Turizm Nazirliyinin CİS naviqasiya sistemi üzrə xidmətlər üzrə inzibati reqlament (17 nömrəli əlavə);

2. Hüquq sektorunun müdiri Namiq Qulamova tapşırılsın ki, bu Qərarın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 gün müddətində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilməsini təmin etsin.

3. Bu Qərarın icrasına nəzarəti öz üzərimdə saxlayıram.

 

 

Kollegiyanın sədri,

Azərbaycan Respublikasının

mədəniyyət və turizm naziri

Əbülfəs Qarayev

 

 

Kollegiyanın məsul katibi

Tahirə Əliyeva

 


 

 

Azərbaycan Respublikası Mədəniyyət və

Turizm Nazirliyinin 2013-cü il 27 sentyabr

tarixli 7/4 nömrəli Kollegiya qərarı ilə

təsdiq edilmişdir.

 

2 nömrəli əlavə

 

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən arxiv arayışlarının, arxiv sənədlərindən çıxarışların, arxiv sənədlərinin surətlərinin verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament

 

1. Ümumi müddəalar

 

1.1. Elektron xidmətin adı: arxiv arayışlarının, arxiv sənədlərindən çıxarışların, arxiv sənədlərinin surətlərinin verilməsi üçün müraciətlərin qəbulu.

1.2. Elektron xidmətin məzmunu: bu xidmət arxiv arayışlarının, arxiv sənədlərindən çıxarışların, arxiv sənədlərinin surətlərinin verilməsindən ibarətdir.

1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası:

1.3.1. “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsi;

1.3.2. “Milli arxiv fondunun komplektləşdirilməsi, mühafizəsi və ondan istifadə qaydaları haqqında” Əsasnamənin 4-cü bəndi.

1.3.3. “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli, 429 nömrəli Fərmanının 1-ci və 2-ci hissələri;[2]

1.3.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli, 191 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları” “Elektron xidmət növlərinin Siyahısı”nın 12.2-ci bəndi.

1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi.

1.5. Elektron xidmətin digər icraçıları: yoxdur.

1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: qismən.

1.7. Elektron xidmətin icra müddəti: 15 gün müddətində.

1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: arxiv arayışlarının, arxiv sənədlərindən çıxarışların, arxiv sənədlərinin surətlərinin verilməsi.

 

2. Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi

 

2.1. Elektron xidmətin növü: interaktiv.

2.2. Elektron xidmət üzrə ödəniş: ödənişsiz.

2.3. Elektron xidmətin istifadəçiləri: fiziki və hüquqi şəxslər.

2.4. Elektron xidmətin təqdim olunma yeri: http://e-services.mct.gov.az.

2.5. Elektron xidmət barədə məlumatlandırma:

Tel:  (99412) 493-43-98, 493-30-02.
Fax: (99412) 493-56-05, 493-65-38.
Telefon məlumat sistemi: (99412) 147
E-mail: mct@mct.gov.az

2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması: xidmət təqdim olunan elektron ünvandan ərizə forması yüklənərək doldurulur (ərizə forması əlavə olunur (Əlavə 1 və Əlavə 2 ) və müraciət edən tərəfindən elektron variantda təqdim olunur.

 

3. Elektron xidmətin göstərilməsi üçün inzibati prosedurlar:

 

3.1. İnteraktiv elektron xidmətlər üçün sorğu:

3.1.1. Sorğunun formalaşdırılması: ərizə forması elektron xidmətin təqdim edildiyi internet ünvanından yüklənərək doldurulur və elektron formada göndərilir.

3.1.2. Sorğunun qəbulu: sorğu www.mst.gov.az internet səhifəsində verildiyi gün qeydə alınır və sorğunun (ərizənin) icrası ilə bağlı istifadəçiyə bildiriş göndərilir.

3.2. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:

3.2.1. Sorğunun yerinə yetirilməsindən imtina halları: arxiv arayışlarının, arxiv sənədlərindən çıxarışların, arxiv sənədlərinin surətlərinin verilməsi üçün təqdim edilən ərizədə çatışmazlıqlar aşkar olunduqda sorğunun yerinə yetirilməsindən imtina olunur və bu barədə dərhal istifadəçinin elektron poçtuna əsaslandırılmış bildiriş göndərilir.

3.2.2. Sorğunun qəbulu: İmtina üçün əsaslar olmadıqda sorğunun qəbul edilməsi barədə ərizəçinin elektron poçt ünvanına bildiriş göndərilir.

3.3. Sorğunun icrası:

3.3.1. İstifadəçi tərəfindən təqdim edilən sorğu Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat"a uyğun qəbul edildikdən sonra xüsusi kitabda qeydə alınır və Azərbaycan Respublikası Mədəniyyət və Turizm şöbəsinin məsul şöbəsinə icra edilməsi üçün göndərilir;

3.3.2. bu Reqlamentin 1.8-ci bəndində nəzərdə tutulan məlumat hazırlanıb rəsmiləşdirilərək 15 iş gün müddətində istifadəçinin elektron ünvanına göndərilir və ya birbaşa istifadəçiyə təqdim edilir.

3.3.3. Elektron xidmətlə bağlı inzibati əməliyyatların maksimal yerinə yetirilmə müddəti bu reqlamentin 1.7-ci bəndində göstərilən müddətdən artıq olmamalıdır. 

3.4. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:

3.4.1. Nəzarət forması: Kargüzarlıq, daxil olmuş müraciətlərin avtomatlaşdırılmış rejimdə mütəmadi monitorinqi.

3.4.2. Nəzarət qaydası: Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat”la müəyyən edilmiş qaydada.

3.5. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr:

3.5.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat: istifadəçilər elektron xidmətin göstərilməsi ilə nazirliyin qəbul etdiyi qərarlardan və vəzifəli şəxslərin hərəkətlərindən inzibati qaydada və məhkəməyə şikayət verə bilərlər;

3.5.2. Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya: şikayət ərizəsi "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır;

3.5.3. Şikayətin baxılma müddəti: Şikayətə "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 78.1-ci maddəsində müəyyən olunmuş müddətdə baxılır;

 


 

“Azərbaycan Respublikası

Mədəniyyət və Turizm Nazirliyi

tərəfindən arxiv arayışlarının, arxiv

sənədlərindən çıxarışların, arxiv

sənədlərinin surətlərinin verilməsi

üçün müraciətin və sənədlərin

qəbulu üzrə inzibati reqlament”ə

 

 

1 nömrəli əlavə

(fiziki şəxslər üçün)

 

Azərbaycan Respublikasının

Mədəniyyət və Turizm Nazirliyinə

 

 

Soyadı ____________________

Adı  _______________________

Atasının adı _____________________

Doğulduğu gün, ay və il ___________________

Doğulduğu yer ___________________

Yaşadığı ünvan _________________________

 

şəxsiyyət vəsiqəsinin seriyası __________¹-si________

verilmə tarixi______________

Əlaqə vasitələri:

telefon və ya faks nömrələri  __________________

elektron poçt ünvan___________________________

 

Ə R İ Z Ə

 

__________________________________________________________________________________

__________________________________________________________________________________

__________________________________________________________________________________

_______________________________________

 

 

Tarix ___________                                                                          İmza ___________

 

 


 

“Azərbaycan Respublikası

Mədəniyyət və Turizm Nazirliyi

tərəfindən arxiv arayışlarının, arxiv

sənədlərindən çıxarışların, arxiv

sənədlərinin surətlərinin verilməsi

üçün müraciətin və sənədlərin

qəbulu üzrə inzibati reqlament”ə

 

 

2 nömrəli əlavə

(hüquqi şəxslər üçün)

 

Azərbaycan Respublikasının

Mədəniyyət və Turizm Nazirliyinə

 

 

Hüquqi şəxsin adı _________________________

Hüquqi ünvan ________________________

 

Əlaqə vasitələri:

telefon və ya faks nömrələri _________________

elektron poçt ünvan__________________________

 

Ə R İ Z Ə

 

__________________________________________________________________________________

__________________________________________________________________________________

__________________________________________________________________________________

_______________________________________

 

Səlahiyyətli nümayəndənin imzası:___________

 

Tarix: _______________

 

 

 

 

 


 

 

Azərbaycan Respublikası Mədəniyyət və

Turizm Nazirliyinin 2013-cü il 27 sentyabr

tarixli 7/4 nömrəli Kollegiya qərarı ilə

təsdiq edilmişdir.

 

4 nömrəli əlavə

 

Mədəniyyət və turizm üzrə investisiya layihələrinin və proqramlarının onlayn təqdim edilməsi üzrə inzibati reqlament

 

1. Ümumi müddəalar

 

1.1. Elektron xidmətin adı: Mədəniyyət və turizm üzrə investisiya layihələrinin və proqramlarının onlayn təqdim edilməsi

1.2. Elektron xidmətin məzmunu: Mədəniyyət və turizm üzrə investisiya layihələrinin və proqramlarının onlayn təqdim edilməsini müəyyən edir.

1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası:[3]

1.3.1. “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli, 429 nömrəli Fərmanının 1-ci və 2-ci hissələri;

1.3.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli, 191 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları” “Elektron xidmət növlərinin Siyahısı”nın 12.4-cü bəndi.

1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı:

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi (bundan sonra Nazirlik)

1.5. Elektron xidmətin digər icraçıları: yoxdur.

1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: tam

1.7. Elektron xidmətin icra müddəti: 15 gün

1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: Mədəniyyət və Turizm üzrə investisiya layihələrinin və proqramlarının onlayn təqdim edilməsi

 

2. Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi

 

2.1. Elektron xidmətin növü:  İnteraktiv

2.2. Elektron xidmət üzrə ödəniş:  ödənişsiz

2.3. Elektron xidmətin istifadəçiləri: Azərbaycan Respublikasında fəaliyyət göstərən fiziki və hüquqi şəxslər.

2.4. Elektron xidmətin təqdim olunma yeri:  http://e-services.mct.gov.az.

2.5. Elektron xidmət barədə məlumatlandırma:

Tel:  (99412)493-43-98, 493-30-02.
Fax: (99412) 493-56-05, 493-65-38.
Telefon məlumat sistemi: (99412) 147
E-mail: mct@mct.gov.az

2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması: Xidmət təqdim olunan elektron ünvandan ərizə forması yüklənərək doldurulduqdan sonra investisiya layihələrinin və ya proqramların skan edilmiş variantı ilə birlikdə elektron ünvana göndərilir

3.1. İnteraktiv elektron xidmətlər üçün sorğu

3.1.1. Sorğunun formalaşdırılması: ərizə forması elektron xidmətin təqdim edildiyi (www.mst.gov.az) internet ünvanından yüklənərək doldurulur və bu Reqlamentin 2.6-cı bəndində tələb olunan sənədlərin surətləri ilə birlikdə elektron formada Nazirliyə göndərilir. Ərizə forması inzibati reqlamentə əlavə olunur (Əlavə 1 və 2);

3.1.2. Sorğunun qəbulu: sorğu www.mst.gov.az internet səhifəsində verildiyi gün qeydə alınır və xidmət haqqının elektron qaydada ödənilməsi şərti ilə Nazirlik tərəfindən qəbul edilərək istifadəçiyə bunun təsdiqetmə bildirişi göndərilir. Sorğunun (ərizənin) sonrakı icrası ilə bağlı istifadəçiyə bildiriş göndərilir.

3.2. Elektron xidmətin göstərilməsi və ya ondan imtina edilməsi

3.2.1.  Sorğunun yerinə yetirilməsindən imtina halları: Mədəniyyət və turizm üzrə investisiya layihələrinin və proqramların qəbulu üçün bu reqlamentin 2.6-cı bəndində tələb olunan sənədlərin təqdim edilməməsi və ya təqdim edilən sənədlərdə aşkar olunan çatışmazlığın 3.2.2-ci yarımbənddə müəyyən edilmiş müddət ərzində aradan qaldırılmaması hallarında elektron xidmətin göstərilməsindən imtina edilir və bu barədə istifadəçinin elektron ünvanına dərhal bildiriş göndərilir.

Elektron xidmətin göstərilməsindən imtina istifadəçinin bu elektron xidmət növünə yenidən müraciət etməsinə mane olmur.

İstifadəçi tərəfindən təqdim edilən sənədlərdə imtina üçün əsas olmayan və aradan qaldırılması mümkün olan çatışmazlıq aşkar edildikdə bu barədə istifadəçiyə məlumat verilir. Onlar 1 (bir) gün müddətində aradan qaldırıldıqdan və bu barədə Nazirliyə müvafiq məlumat verildikdən sonra, habelə imtina üçün əsas olmadığı halda sorğu icraya qəbul edilir və sifarişçiyə bu barədə bildiriş göndərilir.

3.2.2. Sorğunun qəbulu: İmtina üçün əsaslar olmadıqda sorğunun qəbul edilməsi barədə ərizəçinin elektron poçt ünvanına bildiriş göndərilir.

3.3. Sorğunun (ərizənin) icrası:

3.3.1. İstifadəçi tərəfindən təqdim edilən sorğu Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat"a uyğun qəbul edildikdən sonra xüsusi kitabda qeydə alınır və Nazirliyin məsul şöbəsinə icra edilməsi üçün göndərilir;

3.3.2. Şöbədə sorğuya və ona əlavə edilmiş sənədlərə baxılır. Mədəniyyət və turizm üzrə investisiya layihələrinin və proqramlarının onlayn təqdim edilməsi üçün ərizə qəbul edildikdən sonra daxil olmuş sənədlərdə göstərilən məlumatın düzgün olması məqsədilə yoxlanılır.

3.3.3. İlkin araşdırmanın nəticələrindən asılı olaraq, qəbul edilmiş qərar barədə məlumat dərhal istifadəçinin elektron ünvanına göndərilir.

3.4. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət

3.4.1. Nəzarət forması: Kargüzarlıq, daxil olmuş müraciətlərin avtomatlaşdırılmış rejimdə mütəmadi monitorinqi.

3.4.2. Nəzarət qaydası: Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat”la müəyyən edilmiş qaydada.

3.5. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr:

3.5.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat: istifadəçilər elektron xidmətin göstərilməsi ilə nazirliyin qəbul etdiyi qərarlardan və vəzifəli şəxslərin hərəkətlərindən inzibati qaydada və məhkəməyə şikayət verə bilərlər;

3.5.2. Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya: şikayət ərizəsi "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır;

3.5.3. Şikayətin baxılma müddəti: Şikayətə "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 78.1-ci maddəsində müəyyən olunmuş müddətdə baxılır.

 


 

Mədəniyyət və turizm üzrə investisiya

layihələrinin və proqramlarının onlayn

 təqdim edilməsi üzrə inzibati reqlament”ə

 

1 nömrəli əlavə

(fiziki şəxslər üçün)

 

 

Azərbaycan Respublikasının

Mədəniyyət və Turizm Nazirliyinə

 

 

Mədəniyyət və turizm üzrə investisiya layihələrinin və proqramlarının təqdim edilməsi üçün

 

Ə R İ Z Ə

 

__________________________________________________________________________________

(müraciət edənin adı, atasının adı, soyadı)

 

__________________________________________________________________________________

 

 

İmza:

 

Tarix:

 

 

 

 

 

 

 

 


 

Mədəniyyət və turizm üzrə investisiya

layihələrinin və proqramlarının onlayn

 təqdim edilməsi üzrə inzibati reqlament”ə

 

2 nömrəli əlavə

(hüquqi şəxslər üçün)

 

 

Azərbaycan Respublikasının

Mədəniyyət və Turizm Nazirliyinə

 

 

Mədəniyyət və turizm üzrə investisiya layihələrinin və proqramlarının təqdim edilməsi üçün

 

Ə R İ Z Ə

 

__________________________________________________________________________________

(müraciət edənin hüquqi şəxsin adı)

 

__________________________________________________________________________________

 

 

Səlahiyyətli nümayəndənin imzası:

 

Tarix:

 

 

 

 


 

 

Azərbaycan Respublikası Mədəniyyət və

Turizm Nazirliyinin 2013-cü il 27 sentyabr

tarixli 7/4 nömrəli Kollegiya qərarı ilə

təsdiq edilmişdir.

 

5 nömrəli əlavə

 

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən turistlərin səfərlərinin təşkil olunduğu xarici ölkələrdə (yerlərdə) və ölkə ərazisində turizm fəaliyyəti ilə məşğul olan obyektlərdə və əcnəbi turistlərin səfərlərinin təşkil olunduğu digər yerlərdə mövcud vəziyyət barədə məlumatın verilməsi üzrə inzibati reqlament

 

1. Ümumi müddəalar

 

1.1. Elektron xidmətin adı: turistlərin səfərlərinin təşkil olunduğu xarici ölkələrdə (yerlərdə) və ölkə ərazisində turizm fəaliyyəti ilə məşğul olan obyektlərdə və əcnəbi turistlərin səfərlərinin təşkil olunduğu digər yerlərdə mövcud vəziyyət barədə məlumatın verilməsi.

1.2. Elektron xidmətin məzmunu: bu xidmət turistlərin səfərlərinin təşkil olunduğu xarici ölkələrdə (yerlərdə) və ölkə ərazisində turizm fəaliyyəti ilə məşğul olan obyektlərdə və əcnəbi turistlərin səfərlərinin təşkil olunduğu digər yerlərdə mövcud vəziyyət barədə məlumatın verilməsini müəyyən edir.

1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası:

1.3.1. “Turizm haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsi;

1.3.2. “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli, 429 nömrəli Fərmanının 1-ci və 2-ci hissələri;

1.3.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli, 191 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”nın 3.1.16-cı və “Elektron xidmət növlərinin Siyahısı”nın 12.5-ci bəndləri.

1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi.

1.5. Elektron xidmətin digər icraçıları: yoxdur. 

1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: qismən.

1.7. Elektron xidmətin icra müddəti: 15 gün.

1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: turistlərin səfərlərinin təşkil olunduğu xarici ölkələrdə (yerlərdə)  və ölkə ərazisində turizm fəaliyyəti ilə məşğul olan obyektlərdə və əcnəbi turistlərin səfərlərinin təşkil olunduğu digər yerlərdə mövcud vəziyyət barədə məlumatın verilməsi.

 

2. Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi

 

2.1. Elektron xidmətin növü: interaktiv.

2.2. Elektron xidmət üzrə ödəniş: ödənişsiz.

2.3. Elektron xidmətin istifadəçiləri: yerli və xarici ölkə vətəndaşları.

2.4. Elektron xidmətin təqdim olunma yeri:  http://e-services.mct.gov.az.

2.5. Elektron xidmət barədə məlumatlandırma: mct@mct.gov.az, telefon: (012) 492-88-50, faks: (012) 492-88-50, telefon məlumat sistemi: (012) 147.

2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənəd və onun təqdim olunma forması: elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər aşağıdakılardır və onların skan edilmiş surəti elektron formada təqdim olunur:

2.6.1. müraciət üçün ərizə (reqlamentə əlavə olunur);

2.6.2. məlumatın məzmunu (əcnəbi vətəndaşlar müraciətlərini Azərbaycan dilinə tərcümə edib notarial qaydada təsdiq etməlidirlər).

 

3. Elektron xidmətin göstərilməsi üçün inzibati prosedurlar

 

3.1. Elektron xidmətin sorğusu:

3.1.1. sorğunun formalaşdırılması: ərizə forması elektron xidmətin təqdim edildiyi internet ünvanından (http://e-services.mct.gov.az) yüklənərək doldurulur və məlumat təqdim edilir;

3.1.2. sorğunun qəbulu: sorğu http://e-services.mct.gov.az internet səhifəsinə daxil olduğu gün qeydiyyata alınır. Sorğunun qəbul edilməsi və sonrakı icrası ilə bağlı istifadəçiyə bildiriş göndərilir.

3.2. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:

3.2.1. ərizəçi tərəfindən turistlərin səfərlərinin təşkil olunduğu xarici ölkələrdə (yerlərdə) və ölkə ərazisində turizm fəaliyyəti ilə məşğul olan obyektlərdə və əcnəbi turistlərin səfərlərinin təşkil olunduğu digər yerlərdə mövcud vəziyyət barədə məlumat ilə bağlı təqdim edilən sənədlər “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında“ Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin müvafiq hissəsinə uyğun gəlmədikdə sorğunun yerinə yetirilməsindən imtina olunur. Məlumata baxılmasından imtina edildikdə, bu barədə ərizəçiyə əsaslandırılmış yazılı məlumat verilir;

3.2.2. imtina üçün əsaslar olmadıqda məlumatın baxılması haqqında qərar qəbul edilir və nəticəsi barədə istifadəçiyə məlumat verilir.

3.3. Sorğunun icrası:

3.3.1. sorğu qəbul edildikdən sonra Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat”a uyğun olaraq qeydiyyata alınır və məsul şöbəyə icra edilməsi üçün göndərilir;

3.3.2. məsul şöbədə sorğuya və ona əlavə edilən sənədlərə baxılır, aradan qaldırılması mümkün olan və imtina üçün əsas olmayan çatışmazlıqlar aşkar edildikdə bu barədə ərizəçiyə dərhal verilir. Onlar aradan qaldırıldıqdan və təkrar sorğu ilə müraciət edildikdən sonra, habelə, çatışmazlıqlar və ya imtina üçün əsas olmadıqda, məlumata baxılması haqqında qərar qəbul edilir və bu barədə ərizəçiyə məlumatın nəticəsi haqqında rəsmi cavab verilir.

3.4. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:

3.4.1. nəzarət forması: Kargüzarlıq, daxil olan müraciətlərin avtomatlaşdırılmış rejimdə mütəmadi monitorinqi. elektron kargüzarlıq;

3.4.2. nəzarət qaydası: Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat”la müəyyən edilmiş qaydada.

3.5. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr:

3.5.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat: istifadəçilər elektron xidmətin göstərilməsi ilə nazirliyin qəbul etdiyi qərarlardan və vəzifəli şəxslərin hərəkətlərindən inzibati qaydada və məhkəməyə şikayət verə bilərlər;

3.5.2. Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya: şikayət ərizəsi "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır;

3.5.3. Şikayətin baxılma müddəti: Şikayətə "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 78.1-ci maddəsində müəyyən olunmuş müddətdə baxılır;

 


 

Azərbaycan Respublikası

Mədəniyyət və Turizm Nazirliyi

tərəfindən turistlərin səfərlərinin

təşkil olunduğu xarici ölkələrdə

(yerlərdə) və ölkə ərazisində turizm

fəaliyyəti ilə məşğul olan obyektlərdə

və əcnəbi turistlərin səfərlərinin təşkil

olunduğu digər yerlərdə mövcud vəziyyət

 barədə məlumatın verilməsi üzrə

 inzibati reqlament”ə

 

Əlavə ¹ 1

(fiziki şəxslər üçün)

 

Azərbaycan Respublikasının

mədəniyyət və turizm naziri

cənab Əbülfəs Qarayevə

 

Ərizə

 

Hörmətli Əbülfəs müəllim,

 

Xahiş edirəm mənim turistlərin səfərlərinin təşkil olunduğu xarici ölkələrdə və ölkə ərazisində turizm fəaliyyəti ilə məşğul olan obyektlərdə və əcnəbi turistlərin səfərlərinin təşkil olunduğu digər yerlərdə mövcud vəziyyət barədə məlumatımın baxılmasına köməklik edəsiniz.

 

Əlavə məlumatlar:

Ərizəçini adı, soyadı, atasının adı, şəxsiyyət vəsiqəsinə dair məlumatlar (ünvanı, seriya, nömrə, nə vaxt və kim tərəfindən verilmişdir):

Daimi yaşadığı ünvanı:

İş yerinin ünvanı (işlədiyi halda):

Tel./faks:

 

Ərizəyə əlavə olunur:

 

1.  Ərizəçinin müraciəti.

 

____________________________________________________________

ərizəçinin şəxsin imzası, adı, atasının adı, soyadı

 

tarix

 

 


 

    “Azərbaycan Respublikası

Mədəniyyət və Turizm Nazirliyi

tərəfindən turistlərin səfərlərinin

təşkil olunduğu xarici ölkələrdə

(yerlərdə) və ölkə ərazisində turizm

 fəaliyyəti ilə məşğul olan obyektlərdə

 və əcnəbi turistlərin səfərlərinin təşkil

 olunduğu digər yerlərdə mövcud vəziyyət

 barədə məlumatın verilməsi üzrə

 inzibati reqlament”ə

 

Əlavə ¹ 2

(hüquqi şəxslər üçün)

 

 

Azərbaycan Respublikasının

mədəniyyət və turizm naziri

cənab Əbülfəs Qarayevə

 

Ərizə

 

Hörmətli Əbülfəs müəllim,

 

Xahiş edirəm ______________________ (hüquqi şəxsin adı) turistlərin səfərlərinin təşkil olunduğu xarici ölkələrdə və ölkə ərazisində turizm fəaliyyəti ilə məşğul olan obyektlərdə və əcnəbi turistlərin səfərlərinin təşkil olunduğu digər yerlərdə mövcud vəziyyət barədə məlumatının baxılmasına köməklik edəsiniz.

 

Əlavə məlumatlar:

Hüquqi şəxsin adı, məlumatlar (hüquqi ünvan):

Fəaliyyət göstərdiyi ünvan:

Tel./faks:

 

Ərizəyə əlavə olunur:

 

2.  Ərizəçinin müraciəti.

 

__________________________________________________________________

Səlahiyyətli nümayəndənin imzası, adı, atasının adı, soyadı

 

tarix

 

 


 

 

Azərbaycan Respublikası Mədəniyyət və

Turizm Nazirliyinin 2013-cü il 27 sentyabr

tarixli 7/4 nömrəli Kollegiya qərarı ilə

təsdiq edilmişdir.

 

6 nömrəli əlavə

 

Turizm, mehmanxana, mehmanxana tipli obyektlərə və turizm fəaliyyəti ilə məşğul olmaq istəyən hüquqi və fiziki şəxslərə icazələrin, lisenziyaların verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament

 

1. Ümumi müddəalar

 

1.1. Elektron xidmətin adı: Turizm, mehmanxana, mehmanxana tipli obyektlərə və turizm fəaliyyəti ilə məşğul olmaq istəyən hüquqi və fiziki şəxslərə icazələrin, lisenziyaların verilməsi. 

1.2. Elektron xidmətin məzmunu: bu xidmət Mədəniyyət və Turizm Nazirliyi tərəfindən turizm, mehmanxana, mehmanxana tipli obyektlərə və turizm fəaliyyəti ilə məşğul olmaq istəyən hüquqi və fiziki şəxslərə icazələrin, lisenziyaların verilməsi verilməsini müəyyən edir.

1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası:

1.3.1. “Turizm haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsi;

1.3.2. “Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli, 782 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi Qaydalar”;

1.3.3. “Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli, 782 nömrəli Fərmanı ilə təsdiq edilmiş Əlavə 2 “Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısı və həmin fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri”nin 30-cu və 37-ci hissələri;

1.3.4 “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli, 429 nömrəli Fərmanının 1-ci və 2-ci hissələri;

1.3.5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 7 noyabr tarixli, 174 nömrəli Qərarı  ilə təsdiq edilmiş “Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə Şərtlər”in 22-ci və 27-ci hissələri;

1.3.6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli, 191 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”nın 3.1.16-cı və “Elektron xidmət növlərinin Siyahısı”nın 12.6-cı bəndləri.

1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi.

1.5. Elektron xidmətin digər icraçıları: yoxdur.

1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: tam avtomatlaşdırılmışdır.

1.7. Elektron xidmətin icra müddəti: 15 gün.

1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: turizm, mehmanxana, mehmanxana tipli obyektlərə və turizm fəaliyyəti ilə məşğul olmaq istəyən hüquqi və fiziki şəxslərə icazələrin, lisenziyaların verilməsi

 

2. Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi

 

2.1. Elektron xidmətin növü: interaktiv

2.2. Elektron xidmət üzrə ödəniş: ödənişli:

2.2.1. turizm fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi:

“Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli, 782 nömrəli Fərmanı ilə təsdiq edilmiş Əlavə 2 “Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısı və həmin fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri”nin 30-cu hissəsinə əsasən 5500 (beş min beş yüz) manat təşkil edir.

Xüsusi razılıq (lisenziya) verilməsinə görə dövlət rüsumunun ödənilməsi üçün hesab:

Bank rekvizitləri: Dövlət Xəzinədarlığı Agentliyi

VÖEN: 1401555071

Kod: 210005

Müxbir hesab: AZ41NABZ01360100000000003944

SWİFT BİK: CTREAZ 22

Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamenti [4]

Hesab: 2117131

VÖEN: 1403006271

Hesablaşma hesabı: AZ 17CTRE 00000000000002117131

Büdcə təsnifatının kodu: 142215

Büdcə səviyyəsinin kodu: 1

Köçürülən məbləğ:

Rəqəmlə                      5500 (AZN)

Yazı ilə            beş min beş yüz manat.

 

2.2.2. mehmanxana, mehmanxana tipli obyektlərin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi:

“Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli, 782 nömrəli Fərmanı ilə təsdiq edilmiş Əlavə 2 “Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısı və həmin fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri”nin 37-ci hissəsinə əsasən 1500 (min beş yüz) manat təşkil edir.

Xüsusi razılıq (lisenziya) verilməsinə görə dövlət rüsumunun ödənilməsi üçün hesab:

Bank rekvizitləri: Dövlət Xəzinədarlığı Agentliyi

VÖEN: 1401555071

Kod: 210005

Müxbir hesab: AZ41NABZ01360100000000003944

SWİFT BİK: CTREAZ 22

Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamenti

Hesab: 2117131

VÖEN: 1403006271

Hesablaşma hesabı: AZ 17CTRE 00000000000002117131

Büdcə təsnifatının kodu: 142215

Büdcə səviyyəsinin kodu: 1

Köçürülən məbləğ:

Rəqəmlə    1500 (AZN)

Yazı ilə      min beş yüz manat.

2.3. Elektron xidmətin istifadəçiləri: hüquqi və fiziki şəxslər.

2.4. Elektron xidmətin təqdim olunma yeri:  http://e-services.mct.gov.az.

2.5. Elektron xidmət barədə məlumatlandırma: mct@mct.gov.az, telefon: (012) 492-88-50, faks: (012) 492-88-50, telefon məlumat sistemi: (012) 147.

2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması: elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər aşağıdakılardır və onların skan edilmiş surəti elektron formada təqdim olunur:

2.6.1. turizm fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi üzrə:

2.6.1.1. lisenziyanın alınması üçün ərizə (reqlamentə əlavə olunur);

2.6.1.2. istifadəçi hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olduqda fiziki şəxsin şəxsiyyət vəsiqəsi; istifadəçi hüquqi şəxs olduqda dövlət qeydiyyatı haqqında şəhadətnamə;

2.6.1.3. vergi orqanları tərəfindən qeydiyyata alınması haqqında şəhadətnamə;

2.6.1.4. ərizədə göstərilən obyektlərdən hər biri üçün ərizəçinin istifadə hüququnu (mülkiyyət hüququ, icarə, istifadə və s. əsasları ) təsdiq edən sənəd;

2.6.1.5. turist marşrutları və proqramlarını (ən azı bir marşrut və proqram) təsdiq edən sənəd;

2.6.1.6. turist marşrutları üzrə turistlərin müvafiq mehmanxana və nəqliyyat vasitələri ilə təmin olunacaqlarını təsdiq edən müqavilə;

2.6.1.7. müəssisədə çalışan ən azı 2 işçinin  turizm sahəsində üç il iş təcrübəsi və ya ali turizm təhsilinin olmasını təsdiq edən sənədlər;

2.6.1.8. lisenziya almaq üçün dövlət rüsumunun ödənildiyini təsdiq edən sənəd (lisenziya verilməsindən imtina edilmədikdə təqdim edilir).

2.6.2. mehmanxana, mehmanxana tipli obyektlərin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi üzrə:

2.6.2.1. lisenziyanın alınması üçün ərizə (reqlamentə əlavə olunur);

2.6.2.2. istifadəçi hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olduqda fiziki şəxsin şəxsiyyət vəsiqəsi; istifadəçi hüquqi şəxs olduqda dövlət qeydiyyatı haqqında şəhadətnamə;

2.6.2.3. vergi orqanları tərəfindən qeydiyyata alınması haqqında şəhadətnamə;

2.6.2.4. ərizədə göstərilən obyektlərdən hər biri üçün ərizəçinin istifadə hüququnu (mülkiyyət hüququ, icarə, istifadə və s. əsasları ) təsdiq edən sənəd;

2.6.2.5. obyekt haqqında ətraflı məlumat (otaqların və yerlərin sayı, otaqların təchizatı, obyektdə olan servis və xidmətlər);

2.6.2.6. obyektin dövlət qəbul komissiyası tərəfindən istismara qəbul  edilməsi haqqında akt;

2.6.2.7. obyektin yanğından təhlükəsizlik tələblərinə uyğun olması barədə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin orqanları tərəfindən verilən sənəd;

2.6.2.8. obyektin sanitar-ekoloji norma və qaydaların tələblərinə uyğun olması barədə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin orqanları tərəfindən verilən sənəd;

2.6.2.9. lisenziya almaq üçün dövlət rüsumunun ödənildiyini təsdiq edən sənəd (lisenziya verilməsindən imtina edilmədikdə təqdim edilir).

 

3. Elektron xidmətin göstərilməsi üçün inzibati prosedurlar

 

3.1. Elektron xidmətin sorğusu:

3.1.1. sorğunun formalaşdırılması: ərizə forması elektron xidmətin təqdim edildiyi internet ünvanından (http://e-services.mct.gov.az) yüklənərək doldurulur və istifadəçi tərəfindən bu reqlamentin 2.6-cı bəndində tələb olunan sənədlərin surətləri ilə birlikdə təqdim edilir;

3.1.2. sorğunun qəbulu: sorğu http://e-services.mct.gov.az internet səhifəsinə daxil olduğu gün qeydiyyata alınır. Sorğunun qəbul edilməsi və sonrakı icrası ilə bağlı istifadəçiyə bildiriş göndərilir.

3.2. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:

3.2.1. ərizəçi tərəfindən turizm fəaliyyətinə xüsusi razılıq (lisenziya) alınması üçün təqdim edilən sənədlər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli, 782 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi Qaydalar”ın və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 7 noyabr tarixli, 174 nömrəli Qərarı  ilə təsdiq edilmiş “Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə Şərtlər”in müvafiq tələblərinə uyğun gəlmədikdə sorğunun yerinə yetirilməsindən imtina olunur. Xüsusi razılıq (lisenziya) verilməsindən imtina edildikdə, bu barədə ərizəçiyə əsaslandırılmış yazılı məlumat verilir;

3.2.2. imtina üçün əsaslar olmadıqda xüsusi razılıq (lisenziya) verilməsi haqqında qərar qəbul olunur.

3.3. Sorğunun icrası:

3.3.1. sorğu qəbul edildikdən sonra Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat”a uyğun olaraq qeydiyyata alınır və məsul şöbəyə icra edilməsi üçün göndərilir;

3.3.2. məsul şöbədə sorğuya və ona əlavə edilən sənədlərə baxılır, aradan qaldırılması mümkün olan və imtina üçün əsas olmayan çatışmazlıqlar aşkar edildikdə bu barədə ərizəçinin elektron ünvanına dərhal məlumat verilir. Onlar aradan qaldırıldıqdan və təkrar sorğu ilə müraciət edildikdən sonra onlara 5 gün müddətində baxılır və müvafiq qərar qəbul edilir;

3.3.3. çatışmazlıqlar və ya imtina üçün əsas olmadıqda, xüsusi razılıq (lisenziya) verilməsi haqqında qərar qəbul edilir. Xüsusi razılıq (lisenziya) verilməsi haqqında qərar qəbul edildikdən sonra istifadəçi lisenziya verilməsinə görə dövlət rüsumunun ödənildiyini təsdiq edən sənədi təqdim edir. Xüsusi razılıq (lisenziya) verilməsi ilə bağlı sənədlər və xüsusi razılıq (lisenziya) blankı rəsmiləşdirilərək istifadəçiyə birbaşa təqdim olunması yolu ilə verilir və müvafiq reyestrdə qeydiyyatlar aparılır.

3.4. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:

3.4.1. nəzarət forması: Kargüzarlıq, daxil olan müraciətlərin avtomatlaşdırılmış rejimdə mütəmadi monitorinqi;

elektronkargüzarlıq;

3.4.2. nəzarət qaydası: Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat”la müəyyən edilmiş qaydada.

3.5. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr:

3.5.1.  İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat: istifadəçilər elektron xidmətin göstərilməsi ilə nazirliyin qəbul etdiyi qərarlardan və vəzifəli şəxslərin hərəkətlərindən inzibati qaydada və məhkəməyə şikayət verə bilərlər;

3.5.2.  Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya: şikayət ərizəsi "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır;

3.5.3. Şikayətin baxılma müddəti: Şikayətə "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 78.1-ci maddəsində müəyyən olunmuş müddətdə baxılır;

 


 

“Turizm, mehmanxana, mehmanxana

tipli obyektlərə və turizm fəaliyyəti

 ilə məşğul olmaq istəyən hüquqi

və fiziki şəxslərə icazələrin,

lisenziyaların verilməsi üçün

 müraciətin və sənədlərin qəbulu

 üzrə inzibati reqlament”ə

 

 

 Əlavə ¹ 1 (fiziki şəxslər üçün)

 

Azərbaycan Respublikasının

mədəniyyət və turizm naziri

cənab Əbülfəs Qarayevə

 

Ərizə

 

Hörmətli Əbülfəs müəllim,

 

Xahiş edirəm mənə, (fiziki şəxsin soyadı, adı, atasının adı) turizm fəaliyyəti ilə məşğul olmaq üçün  lisenziya verilməsinə köməklik edəsiniz.

 

Əlavə məlumatlar:

Fiziki şəxsin adı, soyadı, atasının adı, şəxsiyyət vəsiqəsinə dair məlumatlar (seriya, nömrə, nə vaxt və kim tərəfindən verilmişdir):

Hüquqi ünvanı:

Ofisin ünvanı:

Tel./faks:

H/hesabının nömrəsi:

Fəaliyyət növü: turizm

 

Ərizəyə əlavə olunur:

 

1.    Fiziki şəxsin şəxsiyyət vəsiqəsinin surəti;

2.    Vergi orqanları tərəfindən qeydiyyata alınması haqqında şəhadətnamənin surəti;

3.    Ərizədə göstərilən obyektlərdən hər biri üçün ərizəçinin istifadə hüququnu (mülkiyyət hüququ, icarə, istifadə və s. əsasları ) təsdiq edən sənədlərin surəti;

4.    Turist marşrutları və proqramlarının (ən azı bir marşrut və proqram) surəti;

5.    Turist marşrutları üzrə turistlərin müvafiq mehmanxana və nəqliyyat vasitələri ilə təmin olunacaqlarını təsdiq edən müqavilənin surəti;

6.    Müəssisədə çalışan ən azı 2 işçinin  turizm sahəsində üç il iş təcrübəsi və ya ali turizm təhsilinin olmasını təsdiq edən sənədlərin surəti;

7.    Dövlət rüsumunun ödənilməsi haqqında sənəd (dövlət rüsumu - 5 500 AZN);

 

____________________________________________________

fiziki şəxsin imzası, adı, atasının adı, soyadı

 

tarix

 

Qeyd: Ərizəyə əlavə olunan sənədlərin surətləri dövlət notariusu tərəfindən təsdiq edilməlidir.

 

 


 

“Turizm, mehmanxana, mehmanxana

tipli obyektlərə və turizm fəaliyyəti

 ilə məşğul olmaq istəyən hüquqi

və fiziki şəxslərə icazələrin,

lisenziyaların verilməsi üçün

 müraciətin və sənədlərin qəbulu

 üzrə inzibati reqlament”ə

 

 

Əlavə ¹ 2 (hüquqi şəxslər üçün)

 

 

Azərbaycan Respublikasının

mədəniyyət və turizm naziri

cənab Əbülfəs Qarayevə

 

Ərizə

 

Hörmətli Əbülfəs müəllim,

 

Xahiş edirəm «                    » MMC-yə  turizm fəaliyyəti ilə məşğul olmaq üçün  lisenziya verilməsinə köməklik edəsiniz.

 

Əlavə məlumatlar:

Hüquqi şəxsin adı:

Təşkilatı - hüquqi forması:

Hüquqi ünvanı:

Ofisin ünvanı:

Tel./faks:

H/hesabının nömrəsi:

Fəaliyyət növü: turizm

 

Ərizəyə əlavə olunur:

 

1. Dövlət qeydiyyatı haqqında şəhadətnamənin surəti;

2. Vergi orqanları tərəfindən qeydiyyata alınması haqqında şəhadətnamənin surəti;

3. Ərizədə göstərilən obyektlərdən hər biri üçün ərizəçinin istifadə hüququnu (mülkiyyət hüququ, icarə, istifadə və s. əsasları ) təsdiq edən sənədlərin surəti;

4. Turist marşrutları və proqramlarının (ən azı bir marşrut və proqram) surəti;

5. Turist marşrutları üzrə turistlərin müvafiq mehmanxana və nəqliyyat vasitələri ilə təmin olunacaqlarını təsdiq edən müqavilənin surəti;

6. Müəssisədə çalışan ən azı 2 işçinin  turizm sahəsində üç il iş təcrübəsi və ya ali turizm təhsilinin olmasını təsdiq edən sənədlərin surəti;

7. Dövlət rüsumunun ödənilməsi haqqında sənəd (dövlət rüsumu - 5 500 AZN);

 

Direktor:    ________________________________________________________________

                 imza, adı, atasının adı, soyadı, möhür

 

tarix

 

Qeyd: Ərizəyə əlavə olunan sənədlərin surətləri dövlət notariusu tərəfindən təsdiq edilməlidir.

 

 


 

“Turizm, mehmanxana, mehmanxana

tipli obyektlərə və turizm fəaliyyəti

 ilə məşğul olmaq istəyən hüquqi

və fiziki şəxslərə icazələrin,

lisenziyaların verilməsi üçün

 müraciətin və sənədlərin qəbulu

 üzrə inzibati reqlament”ə

 

Əlavə ¹ 3 (fiziki şəxslər üçün)

 

Azərbaycan Respublikasının

mədəniyyət və turizm naziri

cənab Əbülfəs Qarayevə

 

Ərizə

 

Hörmətli Əbülfəs müəllim,

 

Xahiş edirəm mənə (fiziki şəxsin soyadı, adı, atasının adı) məxsus «       » mehmanxanasına (istirahət mərkəzinə və s.) mehmanxana fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsinə köməklik edəsiniz.

 

Əlavə məlumatlar:

 

Fiziki şəxsin adı, soyadı, atasının adı, şəxsiyyət vəsiqəsinə dair məlumatlar (seriya, nömrə, nə vaxt və kim tərəfindən verilmişdir, ünvanı);

Hüquqi ünvanı:

Obyektin yerləşdiyi ünvan:

Tel/faks:

H/hesabının nömrəsi:

Fəaliyyət növü: mehmanxana

Ərizəyə əlavə olunur:

1. Şəxsiyyət vəsiqəsinin surəti;

2. Vergi orqanları tərəfindən qeydiyyata alınması haqqında şəhadətnamənin surəti;

3. Ərizədə göstərilən obyektlərdən hər biri üçün ərizəçinin istifadə hüququnu (mülkiyyət hüququ, icarə, istifadə və s. əsasları ) təsdiq edən sənədlərin surəti;

4. Obyekt haqqında ətraflı məlumat (otaqların və yerlərin sayı, otaqların təchizatı, obyektdə olan servis və xidmətlər);

5. Obyektin dövlət qəbul komissiyası tərəfindən istismara qəbul  edilməsi haqqında aktın surəti;

6. Obyektin yanğından təhlükəsizlik tələblərinə uyğun olması barədə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin orqanları tərəfindən verilən sənədin surəti;

7. Obyektin sanitar-ekoloji norma və qaydaların tələblərinə uyğun olması barədə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin orqanları tərəfindən verilən sənədin surəti;

8. Dövlət rüsumunun ödənilməsi haqqında sənəd (dövlət rüsumu – 1500 manat).

 

_______________________________________________________

fiziki şəxsin imzası, adı, atasının adı, soyadı

 

tarix

 

Qeyd: Ərizəyə əlavə olunan sənədlərin surətləri dövlət notariusu tərəfindən təsdiq edilməlidir.

 

 


 

“Turizm, mehmanxana, mehmanxana

tipli obyektlərə və turizm fəaliyyəti

 ilə məşğul olmaq istəyən hüquqi

və fiziki şəxslərə icazələrin,

lisenziyaların verilməsi üçün

 müraciətin və sənədlərin qəbulu

 üzrə inzibati reqlament”ə

 

Əlavə ¹ 4 (hüquqi şəxslər üçün)

 

Azərbaycan Respublikasının

mədəniyyət və turizm naziri

cənab Əbülfəs Qarayevə

 

Ərizə

 

Hörmətli Əbülfəs müəllim,

 

Xahiş edirəm «       » MMC-yə məxsus «        » mehmanxanasına (istirahət mərkəzinə və s.) mehmanxana fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsinə köməklik edəsiniz.

 

Əlavə məlumatlar:

 

Hüquqi şəxsin adı:

Təşkilatı - hüquqi forması: 

Hüquqi ünvanı:

Obyektin yerləşdiyi ünvan:

Tel/faks:

H/hesabının nömrəsi:

Fəaliyyət növü:  mehmanxana

 

Ərizəyə əlavə olunur:

 

1. Dövlət qeydiyyatı haqqında şəhadətnamənin surəti;

2. Vergi orqanları tərəfindən qeydiyyata alınması haqqında şəhadətnamənin surəti;

3. Ərizədə göstərilən obyektlərdən hər biri üçün ərizəçinin istifadə hüququnu (mülkiyyət hüququ, icarə, istifadə və s. əsasları ) təsdiq edən sənədlərin surəti;

4. Obyekt haqqında ətraflı məlumat (otaqların və yerlərin sayı, otaqların təchizatı, obyektdə olan servis və xidmətlər);

5. Obyektin dövlət qəbul komissiyası tərəfindən istismara qəbul  edilməsi haqqında aktın surəti;

6. Obyektin yanğından təhlükəsizlik tələblərinə uyğun olması barədə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin orqanları tərəfindən verilən sənədin surəti;

7. Obyektin sanitar-ekoloji norma və qaydaların tələblərinə uyğun olması barədə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin orqanları tərəfindən verilən sənədin surəti;

8. Dövlət rüsumunun ödənilməsi haqqında sənəd (dövlət rüsumu – 1500 manat).

 

Direktor:         __________________________________________________

                     imza, adı, atasının adı, soyadı, möhür tarix

 

Qeyd: Ərizəyə əlavə olunan sənədlərin surətləri dövlət notariusu tərəfindən təsdiq edilməlidir

 

 

 

 


 

 

Azərbaycan Respublikası Mədəniyyət və

Turizm Nazirliyinin 2013-cü il 27 sentyabr

tarixli 7/4 nömrəli Kollegiya qərarı ilə

təsdiq edilmişdir.

 

8 nömrəli əlavə

 

Arxeoloji qazıntı işlərinin aparılması ilə əlaqədar icazələrin qeydiyyatı üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament

 

1. Ümumi müddəalar

 

1.1. Elektron xidmətin adı: Arxeoloji qazıntı işlərinin aparılması ilə əlaqədar icazələrin qeydiyyatı üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament

1.2. Elektron xidmətin məzmunu: Arxeoloji qazıntı işlərinin aparılması ilə əlaqədar icazələrin qeydiyyata alınmasını müəyyən edir.

1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası:

1.3.1. “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsi.

1.3.2. “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli 429 nömrəli Fərmanının 1-ci və 2-ci hissələri;

1.3.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli, 191 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları” “Elektron xidmət növlərinin Siyahısı”nın 12.8-ci bəndi.

1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi (bundan sonra Nazirlik).

1.5. Elektron xidmətin digər icraçıları: yoxdur.

1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: qismən avtomatlaşdırılmış.

1.7. Elektron xidmətin icra müddəti: 15 gün.

1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: Arxeoloji qazıntı işlərinin aparılması ilə əlaqədar icazələrin qeydiyyatı.

2. Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi

2.1. Elektron xidmətin növü:  İnteraktiv.

2.2. Elektron xidmət üzrə ödəniş:  ödənişsiz.

2.3. Elektron xidmətin istifadəçiləri: Azərbaycan Respublikasında fəaliyyət göstərən hüquqi və fiziki şəxslər.

2.4. Elektron xidmətin təqdim olunma yeri:  http://e-services.mct.gov.az.

2.5. Elektron xidmət barədə məlumatlandırma:

    Tel:  (99412) 493-43-98, 493-30-02.
    Fax: (99412) 493-56-05, 493-65-38.
     Telefon məlumat sistemi: (99412) 147
E-mail: mct@mct.gov.az

2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması: Xidmət təqdim olunan elektron ünvandan ərizə forması yüklənərək doldurulur və Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun məktubunun skan edilmiş variantı ilə birlikdə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin elektron ünvanına təqdim olunur.

3. Elektron xidmətin göstərilməsi üçün inzibati prosedurlar:

3.1. İnteraktiv elektron xidmətlər üçün sorğu:

3.1.1. Sorğunun formalaşdırılması: ərizə forması elektron xidmətin təqdim edildiyi internet ünvanından yüklənərək doldurulur və bu reqlamentin 2.6-cı bəndində tələb olunan sənədin surəti ilə birlikdə elektron formada Nazirliyə göndərilir. Ərizə forması inzibati reqlamentə əlavə olunur (Əlavə 1 və 2);

3.1.2. Sorğunun qəbulu: sorğu www.mst.gov.az internet səhifəsində verildiyi gün qeydə alınır və xidmət haqqının elektron qaydada ödənilməsi şərti ilə Nazirlik tərəfindən qəbul edilərək istifadəçiyə bunun təsdiqetmə bildirişi göndərilməlidir. Sorğunun (ərizənin) sonrakı icrası ilə bağlı istifadəçiyə bildiriş göndərilir.

3.2. Elektron xidmətin göstərilməsi və ya ondan imtina edilməsi:

3.2.1. Arxeoloji qazıntı işlərinin aparılması ilə əlaqədar icazələrin qeydiyyatı üçün müraciətin və sənədlərin qəbulu üçün bu reqlamentin 2.6-cı bəndində tələb olunan sənədin təqdim edilməməsi və ya təqdim edilən sənəddə aşkar olunan çatışmazlığın 3.2.2-ci yarımbənddə müəyyən edilmiş müddət ərzində aradan qaldırılmaması hallarında elektron xidmətin göstərilməsindən imtina edilir.

3.2.2.  Elektron xidmətin göstərilməsindən imtina edildikdə, əsaslandırılmış imtina barədə istifadəçiyə dərhal bildiriş göndərilir. İstifadəçi tərəfindən təqdim edilən sənədlərdə imtina üçün əsas olmayan və aradan qaldırılması mümkün olan çatışmazlıq aşkar edildikdə bu barədə istifadəçinin elektron ünvanına məlumat verilir. Onlar aradan qaldırıldıqdan və təkrar sorğu ilə müraciət edildikdən sonra, habelə,  çatışmazlıqlar və ya imtina üçün əsas olmadıqda, sorğuya baxılması  haqqında qərar qəbul edilir və nəticəsi barədə ərizəçiyə rəsmi cavab verilir.

3.3. Sorğunun (ərizənin) icrası:

3.3.1. İstifadəçi tərəfindən təqdim edilən sorğu Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat"a uyğun qəbul edildikdən sonra xüsusi kitabda qeydə alınır və Nazirliyin məsul şöbəsinə icra edilməsi üçün göndərilir;

3.3.2. Şöbədə sorğuya və ona əlavə edilmiş sənədlərə baxılır. Arxeoloji qazıntı işlərinin aparılması ilə əlaqədar icazələrin qeydiyyatı üçün müraciətin və sənədlərin qəbulu üçün ərizə qəbul edildikdən 5 (beş) gün müddətində daxil olmuş sənədlərdə göstərilən məlumatın düzgünlüyü yoxlanılır. Təqdim olunan sənədlərdə kifayət qədər məlumat olmadıqda və ya ərizədə göstərilən məlumatın düzgünlüyünü müəyyən etmək mümkün olmadıqda obyektə onun olduğu yer üzrə baxış keçirilir;

3.3.3. İlkin araşdırmanın nəticələrindən asılı olaraq icazənin qeydiyyatı rəsmiləşdirilərək dərhal istifadəçinin elektron ünvanına, kağız üzərində əsli isə poçt vasitəsilə poçt ünvanına göndərilir və ya birbaşa istifadəçiyə təqdim edilir.

3.4. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:

3.4.1. Nəzarət forması: Kargüzarlıq, daxil olmuş müraciətlərin avtomatlaşdırılmış rejimdə mütəmadi monitorinqi.

3.4.2. Nəzarət qaydası: Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat”la müəyyən edilmiş qaydada.

3.5. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr:

3.5.1.  İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat: istifadəçilər elektron xidmətin göstərilməsi ilə nazirliyin qəbul etdiyi qərarlardan və vəzifəli şəxslərin hərəkətlərindən inzibati qaydada və məhkəməyə şikayət verə bilərlər;

3.5.2.  Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya: şikayət ərizəsi "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır;

3.5.3. Şikayətin baxılma müddəti: Şikayətə "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 78.1-ci maddəsində müəyyən olunmuş müddətdə baxılır;

 


 

“Arxeoloji qazıntı işlərinin aparılması

ilə əlaqədar icazələrin qeydiyyatı üçün

müraciətin və sənədlərin qəbulu üzrə

inzibati reqlament”

 

1 nömrəli əlavə

 

(fiziki şəxslər üçün)

 

 

Azərbaycan Respublikası

Mədəniyyət və Turizm Nazirliyinə

 

_________________________________________

_________________________________________

tərəfindən

 

Ə R İ Z Ə

 

 

__________________________________________________________________________________

__________________________________________________________________________________

__________________________________________________________________________________

 

 

Qoşma:_______________

 

İmza:________________

Tarix:________________

Əlaqə telefonu:_________________

 

 

 

 

 

 

 

 

 


 

“Arxeoloji qazıntı işlərinin aparılması

ilə əlaqədar icazələrin qeydiyyatı üçün

müraciətin və sənədlərin qəbulu üzrə

inzibati reqlament”

2 nömrəli əlavə

 

(hüquqi şəxslər üçün)

 

 

Azərbaycan Respublikası

Mədəniyyət və Turizm Nazirliyinə

 

_________________________________________

(hüquqi şəxsin adı)

tərəfindən

 

Ə R İ Z Ə

 

__________________________________________________________________________________

__________________________________________________________________________________

__________________________________________________________________________________

 

Qoşma:_____________

 

 

 

Səlahiyyətli nümayəndənin imzası:_____________

Tarix:______________

Əlaqə telefonu:_________________

 

 

 

 

 


 

 

Azərbaycan Respublikası Mədəniyyət və

Turizm Nazirliyinin 2013-cü il 27 sentyabr

tarixli 7/4 nömrəli Kollegiya qərarı ilə

təsdiq edilmişdir.

 

9 nömrəli əlavə

 

Abidələrin təhlükəsizliyini təmin etmək məqsədi ilə hüquqi və fiziki şəxslərlə mühafizə müqavilələrinin və aktlarının bağlanılması üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament

 

1. Ümumi müddəalar

 

1.1. Elektron xidmətin adı: Abidələrin təhlükəsizliyini təmin etmək məqsədi ilə hüquqi və fiziki şəxslərlə mühafizə müqavilələrinin və aktlarının bağlanılması üçün müraciətin və sənədlərin qəbulu.

1.2. Elektron xidmətin məzmunu: Abidələrin təhlükəsizliyini təmin etmək məqsədi ilə hüquqi və fiziki şəxslərlə mühafizə müqavilələrinin və aktlarının bağlanılmasını müəyyən edir.

1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası:

1.3.1. “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununun 11-ci maddəsi.

1.3.2. “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli 429 nömrəli Fərmanının 1-ci və 2-ci hissələri;

1.3.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli, 191 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları” “Elektron xidmət növlərinin Siyahısı”nın 12.9-ci bəndi.

1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi (bundan sonra Nazirlik)

1.5. Elektron xidmətin digər icraçıları: yoxdur.

1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: qismən avtomatlaşdırılmış.

1.7. Elektron xidmətin icra müddəti: 15 gün.

1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: Abidələrin təhlükəsizliyini təmin etmək məqsədi ilə hüquqi və fiziki şəxslərlə mühafizə müqavilələrinin və aktlarının bağlanılması.

 

2. Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi:

 

2.1. Elektron xidmətin növü:  İnteraktiv.

2.2. Elektron xidmət üzrə ödəniş: ödənişsiz.

2.3. Elektron xidmətin istifadəçiləri: Azərbaycan Respublikasında fəaliyyət göstərən hüquqi və fiziki şəxslər.

2.4. Elektron xidmətin təqdim olunma yeri:  http://e-services.mct.gov.az.

2.5. Elektron xidmət barədə məlumatlandırma:

Tel:  (99412) 493-43-98, 493-30-02.
Fax: (99412) 493-56-05, 493-65-38.
Telefon məlumat sistemi: (99412) 147
E-mail: mct@mct.gov.az

2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması: Xidmət təqdim olunan elektron ünvandan ərizə forması yüklənərək doldurulur və şəxsiyyəti təsdiq edən sənəd, abidənin-mənzilin sxem-planı skan edilərək  elektron ünvana göndərilir.

 

3. Elektron xidmətin göstərilməsi üçün inzibati prosedurlar:

 

3.1. İnteraktiv elektron xidmətlər üçün sorğu:

3.1.1. Sorğunun formalaşdırılması: ərizə forması elektron xidmətin təqdim edildiyi internet ünvanından yüklənərək doldurulur və bu Reqlamentin 2.6-cı bəndində tələb olunan sənədlərin surətləri ilə birlikdə elektron formada Nazirliyə göndərilir. Ərizə formaları inzibati reqlamentə əlavə olunur (Əlavə 1 və 2);

3.1.2. Sorğunun qəbulu: sorğu www.mst.gov.az internet səhifəsində verildiyi gün qeydə alınır və xidmət haqqının elektron qaydada ödənilməsi şərti ilə Nazirlik tərəfindən qəbul edilərək istifadəçiyə bunun təsdiqetmə bildirişi göndərilməlidir. Sorğunun (ərizənin) sonrakı icrası ilə bağlı istifadəçiyə bildiriş göndərilir.

3.2. Elektron xidmətin göstərilməsi və ya ondan imtina edilməsi:

3.2.1. Abidələrin təhlükəsizliyini təmin etmək məqsədi ilə hüquqi və fiziki şəxslərlə mühafizə müqavilələrinin və aktlarının bağlanılması üçün bu reqlamentin 2.6-cı bəndində tələb olunan sənədlərin təqdim edilməməsi və ya təqdim edilən sənədlərdə aşkar olunan çatışmazlığın 3.2.2-ci yarımbənddə müəyyən edilmiş müddət ərzində aradan qaldırılmaması hallarında elektron xidmətin göstərilməsindən imtina edilir.

3.2.2. Elektron xidmətin göstərilməsindən imtina edildikdə, əsaslandırılmış imtina barədə istifadəçiyə dərhal bildiriş göndərilir. İstifadəçi tərəfindən təqdim edilən sənədlərdə imtina üçün əsas olmayan və aradan qaldırılması mümkün olan çatışmazlıq aşkar edildikdə bu barədə istifadəçinin elektron ünvanına məlumat verilir. Onlar aradan qaldırıldıqdan və bu barədə Nazirliyə müvafiq məlumat verildikdən sonra, habelə imtina üçün əsas olmadığı halda sorğu icraya qəbul edilir və Sifarişçiyə bu barədə bildiriş göndərilir.

3.3. Sorğunun (ərizənin) icrası:

3.3.1. İstifadəçi tərəfindən təqdim edilən sorğu Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat"a uyğun qəbul edildikdən sonra xüsusi kitabda qeydə alınır və Nazirliyin məsul şöbəsinə icra edilməsi üçün göndərilir;

 3.3.2. Şöbədə sorğuya və ona əlavə edilmiş sənədlərə baxılır. Abidələrin təhlükəsizliyini təmin etmək məqsədi ilə hüquqi və fiziki şəxslərlə mühafizə müqavilələrinin və aktlarının bağlanılması üçün ərizə qəbul edildikdən 5 (beş) gün müddətində daxil olmuş sənədlərdə göstərilən məlumatın düzgünlüyü məqsədilə yoxlanılır. Təqdim olunan sənədlərdə kifayət qədər məlumat olmadıqda və ya ərizədə göstərilən məlumatın düzgünlüyünü müəyyən etmək mümkün olmadıqda obyektə onun olduğu yer üzrə baxış keçirilir;

3.3.3. İlkin araşdırmanın (tədqiqatın) nəticələrindən asılı olaraq bu reqlamentin 1.8-ci bəndində nəzərdə tutulan  müqavilə və ya akt rəsmiləşdirilərək dərhal istifadəçinin elektron ünvanına, kağız üzərində əsli isə poçt vasitəsilə poçt ünvanına göndərilir və ya birbaşa istifadəçiyə təqdim edilir.

3.4. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət

3.4.1. Nəzarət forması: Kargüzarlıq, daxil olmuş müraciətlərin avtomatlaşdırılmış rejimdə mütəmadi monitorinqi.

3.4.2. Nəzarət qaydası: Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat”la müəyyən edilmiş qaydada.

3.5. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr:

3.5.1.  İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat: istifadəçilər elektron xidmətin göstərilməsi ilə nazirliyin qəbul etdiyi qərarlardan və vəzifəli şəxslərin hərəkətlərindən inzibati qaydada və məhkəməyə şikayət verə bilərlər;

3.5.2.  Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya: şikayət ərizəsi "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır;

3.5.3. Şikayətin baxılma müddəti: Şikayətə "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 78.1-ci maddəsində müəyyən olunmuş müddətdə baxılır;

 

 


 

“Abidələrin təhlükəsizliyini təmin

etmək məqsədi ilə hüquqi və

fiziki şəxslərlə mühafizə

müqavilələrinin və aktlarının

bağlanılması üçün müraciətin

və sənədlərin qəbulu üzrə

inzibati reqlament”ə

 

1 nömrəli əlavə

 

(fiziki şəxslər üçün)

 

 

Azərbaycan Respublikasının

Mədəniyyət və Turizm Nazirliyinə

 

 Bakı şəhəri, ----------rayonu, -----------küçəsi ev ¹---

mənzil ¹--- ünvanında yaşayan 

 

------------------------- tərəfindən 

 

 

ƏRİZƏ

 

“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” və “Mədəniyyət haqqında” Azərbaycan Respublikası Qanunlarının 11-ci və 36-cı maddələrinə uyğun olaraq Bakı şəhəri, ----------rayonu, -----------küçəsi ev ¹--- mənzil ¹----- ünvanında yerləşən memarlıq abidəsinin sahibi (istifadəçisi)  kimi mənim ilə “Mühafizə müqaviləsi”nin bağlanmasını xahiş edirəm.

“Mühafizə müqaviləsi”nin şərtlərinə əməl etməyi öhdəmə götürürəm.

 

 

 

 

Tarix

İmza

 

 

 

 


 

“Abidələrin təhlükəsizliyini təmin

etmək məqsədi ilə hüquqi və

fiziki şəxslərlə mühafizə

müqavilələrinin və aktlarının

bağlanılması üçün müraciətin

və sənədlərin qəbulu üzrə

inzibati reqlament”ə

 

2 nömrəli əlavə

(Hüquqi şəxslər üçün)

 

 

Azərbaycan Respublikasının

Mədəniyyət və Turizm Nazirliyinə

 

  şəhəri (rayonu), ______küçəsi ev ¹__

ünvanındakı memarlıq abidəsinin

sahibi(istifadəçisi)

 

_________ tərəfindən 

 

Hüquqi şəxsin adı ___________________

Hüquqi ünvan ____________________

 

Əlaqə vasitələri:

telefon və ya faks nömrələri _____________

elektron poçt ünvan______________________

 

 

ƏRİZƏ

 

“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” və “Mədəniyyət haqqında” Azərbaycan Respublikası Qanunlarının 11-ci və 36-cı maddələrinə uyğun olaraq şəhər(rayon)__________,_______küçəsi ünvanında yerləşən memarlıq abidəsinin sahibi (istifadəçisi)  kimi “Mühafizə müqaviləsi”nin bağlanmasını xahiş edirəm.

“Mühafizə müqaviləsi”nin şərtlərinə əməl etməyi öhdəmə götürürəm.

 

Səlahiyyətli nümayəndənin imzası:

 

Tarix

 

 

 


 

 

Azərbaycan Respublikası Mədəniyyət və

Turizm Nazirliyinin 2013-cü il 27 sentyabr

tarixli, 7/4 nömrəli Kollegiya qərarı ilə

təsdiq edilmişdir.

 

11 nömrəli əlavə

 

 

Filmlərin dövlət reyestrində qeydə alınmasına və ölkə ərazisində nümayişinə icazələrin verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament

 

1. Ümumi müddəalar.

 

1.1. Elektron xidmətin adı: filmlərin dövlət reyestrində qeydə alınması  və ölkə ərazisində  nümayişinə icazələrin verilməsi üçün  müraciətlərin və sənədlərin qəbulu;

1.2. Elektron xidmətin məzmunu: bu xidmət filmlərin dövlət reyestrində qeydə alınmasını  və ölkə ərazisində  nümayişinə icazələrin verilməsini əhatə edir;

1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası:

1.3.1. “Kinematoqrafiya Haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi;

1.3.2. “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli, 429 nömrəli Fərmanının 1-ci və 2-ci hissələri;

1.3.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli, 191 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları” “Elektron xidmət növlərinin Siyahısı”nın 12.11-ci bəndi;

1.3.4. “Filmlərin yayımı və nümayişi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan  Respublikası Nazirlər Kabinetinin 6 iyul 2006-cı il tarixli, 165 saylı Qərarının 4-cü və 16-cı bəndləri;

1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi (bundan sonra - Nazirlik);

1.5. Elektron xidmətin digər icraçıları: yoxdur;

1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi:  qismən avtomatlaşdırılıb;

1.7. Elektron xidmətin icra müddəti: 15 gün;

1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: filmlərin dövlət reyestrində qeydə alınması  və ölkə ərazisində  nümayişi ilə bağlı yayım vəsiqəsinin verilməsi.

 

2. Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi.

 

2.1. Elektron xidmətin növü: interaktiv;

2.2. Elektron xidmət üzrə ödəniş: ödənişsiz;

2.3. Elektron xidmətin istifadəçiləri: hüquqi şəxslər və fərdi sahibkarlar;

2.4. Elektron xidmətin təqdim olunma yeri: http://e-services.mct.gov.az.

2.5. Elektron xidmət barədə məlumatlandırma:

tel.: (99412) 493-43-98, 493-30-02, 498-20-46;
fax: (99412) 493-56-05, 493-65-38;
telefon məlumat sistemi: (99412) 147;
e-mail: mct@mct.gov.az;

2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması:

2.6.1. müvafiq sənədlərin alınması üçün ərizə  (reqlamentə əlavə olunur);

2.6.2. filmin mülkiyyətçisi və ya filmdən istifadə hüququnun ona məxsus olduğunu təsdiq edən sənəd;

2.6.3. filmin texniki göstəriciləri (istehsalçı şirkət, ölkə, buraxılış ili, janr, rejissor, prodüser, nümayiş müddəti, təsvir daşıyıcısı, dil və s.) haqqında arayış;

2.6.4. filmin texniki tələblərə cavab verən surəti;

2.6.5. filmin milli, irqi və ya dini düşmənçiliyin yaradılmasına yönələn, həmçinin pornoqrafiya və zorakılığı təbliğ edən olmadığı barədə məlumat.

 

3. Elektron xidmətin göstərilməsi üçün inzibati prosedurlar.

 

3.1. İnteraktiv elektron xidmətlər üçün sorğu:

3.1.1. sorğunun formalaşdırılması: xidmət təqdim olunan elektron ünvandan ərizə forması yüklənərək doldurulur və müraciət edən tərəfindən elektron imza ilə təsdiq edildikdən sonra 2.6-cı bənddə göstərilən sənədlərlə birlikdə təqdim olunur. Ərizə forması inzibati reqlamentə əlavə olunur (Əlavə 1);

3.2. Elektron xidmətin göstərilməsi və ya xidmətdən imtina edilməsi: filmlərin dövlət reyestrində qeydə alınması və ölkə ərazisində nümayişinə icazələrin verilməsi üçün təqdim edilən sənədlər Nazirlik tərəfindən qəbul edilir. Təqdim edilmiş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə, bu barədə ərizəçiyə 5 gündən gec olmayaraq yazılı məlumat verilir. Nöqsanlar aradan qaldırıldıqdan və sənədlər təkrar təqdim edildikdən sonra onlara 10 gün müddətində baxılır və müvafiq qərar qəbul edilir;

3.2.1. milli, irqi və ya dini düşmənçiliyin yaradılmasına yönələn, həmçinin pornoqrafiya və zorakılığı təbliğ edən filmlər dövlət reyestrinə daxil edilmir və bu kimi hallar filmdə aşkarlandığı təqdirdə bu barədə ərizəçiyə 10 gün müddətində yazılı məlumat verilir;

3.3. Sorğunun icrası: təqdim edilən sənədlər Nazirlik tərəfindən qəbul edilir, xüsusi kitabda qeydə alınır və aidiyyəti şöbəyə göndərilir. Aidiyyəti şöbədə sənədlərə baxılır, çatışmazlıqlar və ya imtina üçün əsas olmadıqda film 15 gün ərzində dövlət reyestrində qeydə alınır və ona yayım vəsiqəsi verilir;

3.4. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:

3.4.1. Nəzarət forması: daxil olmuş müraciətlərin avtomatlaşdırılmış rejimdə mütəmadi monitorinqi;

3.4.2. Nəzarət qaydası: Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat”la müəyyən edilmiş qaydada;

3.5. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr:

3.5.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat: istifadəçilər elektron xidmətin göstərilməsi ilə nazirliyin qəbul etdiyi qərarlardan və vəzifəli şəxslərin hərəkətlərindən inzibati qaydada və məhkəməyə şikayət verə bilərlər;

3.5.2. Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya: şikayət ərizəsi "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır;

3.5.3. Şikayətin baxılma müddəti:  Şikayətə "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 78.1-ci maddəsində müəyyən olunmuş müddətdə baxılır;

 

 


 

“Filmlərin dövlət reyestrində qeydə

alınması və ölkə ərazisində nümayişinə

icazələrin verilməsi üçün müraciətlərin və

sənədlərin qəbulu üzrə inzibati reqlament”ə

 

əlavə

 

Azərbaycan Respublikası

Mədəniyyət və Turizm Nazirliyinə

 

 

Filmi dövlət reyestrinə daxil  

etdirmək üçün mülkiyyətçi və

ya filmdən istifadə hüququnu

həyata keçirən  şəxs_____________

tərəfindən

 

Ə R İ Z Ə

 

Yayım hüququ bizə məxsus olan «________________________» filminin Filmlərin Dövlət Reyestrinə daxil etdirilməsini sizdən xahiş edirik. Eyni zamanda təsdiq edirik ki, adı çəkilən filmdə milli, irqi və ya dini düşmənçilik, həmçinin pornoqrafiya və zorakılıq təbliğ edilmir.

 

Təsnifat (bədii, sənədli, və s.) _____________________________________________

Filmin adı ____________________________________________________________

Janrı _________________________________________________________________

İstehsalçı studiya ______________________________________________________

Ölkə___________________________________________________________________

İstehsalçının yaş kateqoriyasına aid tövsiyəsi _______________________________

Buraxılış ili ____________________________________________________________

Prodüser ______________________________________________________________

Rejissor _______________________________________________________________

Dil ____________________________________________________________________

Təsvir daşıyıcısı _______________________________________________________

Rəngli /ağ-qara________________________________________________________

Nümayiş müddəti (dəqiqə ilə) ___________________________________________

 

İmza _________________

               (möhür)

 

 

 


 

 

Azərbaycan Respublikası Mədəniyyət və

Turizm Nazirliyinin 2013-cü il 27 sentyabr tarixli 7/4 nömrəli Kollegiya qərarı ilə

təsdiq edilmişdir.

14  nömrəli əlavə

 

Fiziki və hüquqi şəxslərə dövlət kitabxana və muzey fondunda saxlanılan biblioqrafik məlumatların verilməsi üzrə inzibati reqlament

 

1. Ümumi müddəalar

 

1.1. Elektron xidmətin adı: Fiziki və hüquqi şəxslərə dövlət kitabxana və muzey fondunda saxlanılan biblioqrafik məlumatların verilməsi.

1.2. Elektron xidmətin məzmunu: Bu xidmət fiziki və hüquqi şəxslərə dövlət kitabxana və muzey fondunda saxlanılan biblioqrafik (informasiya daşıyıcısı (ənənəvi və elektron) haqqında konkret məlumat) məlumatların verilməsini əhatə edir.

1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası:

1.3.1. “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli, 429 nömrəli Fərmanının 1-ci və 2-ci hissələri;

1.3.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli, 191 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları” “Elektron xidmət növlərinin Siyahısı”nın 12.14-cü bəndi.

1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi (bundan sonra - Nazirlik).

1.5. Elektron xidmətin digər icraçıları: yoxdur.

1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi:  qismən avtomatlaşdırılıb.

1.7. Elektron xidmətin icra müddəti: 10 gün.

1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: Fiziki və hüquqi şəxslərə dövlət kitabxana və muzey fondunda saxlanılan biblioqrafik məlumatların verilməsi.

2. Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi:

2.1. Elektron xidmətin növü:  İnteraktiv.

2.2. Elektron xidmət üzrə ödəniş:  ödənişsiz.

2.3. Elektron xidmətin istifadəçiləri hüquqi və fiziki şəxslər.

2.4. Elektron xidmətin təqdim olunma yeri:  http://e-services.mct.gov.az.

2.5. Elektron xidmət barədə məlumatlandırma:

Tel:(99412) 493-43-98, 493-30-02.

Fax: (99412) 493-56-05, 493-65-38.

Telefon məlumat sistemi: (99412) 147

2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması: Xidmət təqdim olunan elektron ünvandan ərizə forması yüklənərək doldurulur və müraciət edən tərəfindən göndərilir.

 

3. Elektron xidmətin göstərilməsi üçün inzibati prosedurlar:

 

3.1. İnteraktiv elektron xidmətlər üçün sorğu:

3.1.1. Sorğunun formalaşdırılması: ərizə forması elektron xidmətin təqdim edildiyi internet ünvanından yüklənərək doldurulur və istifadəçi tərəfindən elektron formada Nazirliyə göndərilir. Ərizə forması inzibati reqlamentə əlavə olunur (Əlavə 1 və 2);

3.1.2. Sorğunun qəbulu: sorğu www.mst.gov.az internet səhifəsində verildiyi gün qeydə alınır və sorğunun (ərizənin) sonrakı icrası ilə bağlı istifadəçiyə bildiriş göndərilir.

3.2. Elektron xidmətin göstərilməsi və ya ondan imtina edilməsi:

3.2.1. Fiziki və hüquqi şəxslərə dövlət kitabxana və muzey fondunda saxlanılan biblioqrafik məlumatların verilməsi üçün təqdim edilən sənəddə aşkar olunan çatışmazlığın 3.2.2-ci yarımbənddə müəyyən edilmiş müddət ərzində aradan qaldırılmaması hallarında elektron xidmətin göstərilməsindən imtina edilir.

3.2.2.  Elektron xidmətin göstərilməsindən imtina edildikdə, əsaslandırılmış imtina barədə istifadəçiyə 3 gün müddətində bildiriş göndərilir. Onlar 3  gün müddətində aradan qaldırıldıqdan və bu barədə Nazirliyə müvafiq məlumat verildikdən sonra, habelə imtina üçün əsas olmadığı halda sorğu icraya qəbul edilir.

3.2.3. Sorğu icraya qəbul edildikdən sonra 10 gün  müddət ərzində baxılaraq istifadəçiyə elektron xidmət göstərilir.

3.3. Sorğunun (ərizənin) icrası:

3.3.1. İstifadəçi tərəfindən təqdim edilən sorğu Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat"a uyğun qəbul edildikdən sonra xüsusi kitabda qeydə alınır və nazirliyin məsul şöbəsinə icra edilməsi üçün göndərilir;

3.3.2. bu Reqlamentin 1.8-ci bəndində nəzərdə tutulan məlumat hazırlanıb rəsmiləşdirilərək dərhal istifadəçinin elektron ünvanına göndərilir və ya birbaşa istifadəçiyə təqdim edilir.

3.4. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət

3.4.1. Nəzarət forması: daxil olmuş müraciətlərin avtomatlaşdırılmış rejimdə mütəmadi monitorinqi.

3.4.2. Nəzarət qaydası: Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat”la müəyyən edilmiş qaydada.

3.5. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr:

3.5.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat: istifadəçilər elektron xidmətin göstərilməsi ilə Nazirliyin qəbul etdiyi qərarlardan və vəzifəli şəxslərin hərəkətlərindən inzibati qaydada və məhkəməyə şikayət verə bilərlər;

3.5.2. Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya: şikayət ərizəsi "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır;

3.5.3. Şikayətin baxılma müddəti:  Şikayətə "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 78.1-ci maddəsində müəyyən olunmuş müddətdə baxılır;


 

“Dövlət kitabxana və muzey fondunda saxlanılan

 biblioqrafik məlumatların verilməsi üzrə inzibati reqlament”ə

 

1 nömrəli əlavə

(fiziki şəxslər üçün)

 

 

Azərbaycan Respublikasının

Mədəniyyət və Turizm Nazirliyinə

 

 

Dövlət kitabxana və muzey fondunda saxlanılan biblioqrafik məlumatların verilməsi üçün

 

Ə R İ Z Ə

 

__________________________________________________________________

(müraciət edənin adı, atasının adı, soyadı, atasının adı)

__________________________________________________________________

 

Ünvan:____________________________________________________________

Tel: __________________________

Faks: ________________________

E-mail: ______________________

 

 

 

İmza:

 

Tarix:

 

 

 

 


 

“Dövlət kitabxana və muzey fondunda saxlanılan

 biblioqrafik məlumatların verilməsi üzrə inzibati reqlament”ə

 

2 nömrəli əlavə

(hüquqi şəxslər üçün)

 

 

Azərbaycan Respublikasının

Mədəniyyət və Turizm Nazirliyinə

 

 

Dövlət kitabxana və muzey fondunda saxlanılan biblioqrafik məlumatların verilməsi üçün

 

Ə R İ Z Ə

 

__________________________________________________________________________________

(müraciət edən hüquqi şəxsin adı, onun nümayəndəsinin adı, soyadı, atasının adı)

__________________________________________________________________________________

 

Ünvan:________________________________________________________________________

Tel: _______________________________

Faks: _____________________________

E-mail: ___________________________

 

 

 

İmza:

 

Tarix:

 

 

 

 


 

 

Azərbaycan Respublikası Mədəniyyət və

Turizm Nazirliyinin 2013-cü il 27 sentyabr

tarixli 7/4 nömrəli Kollegiya qərarı ilə

təsdiq edilmişdir.

16  nömrəli əlavə

 

 

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan təşkilatlarda (dövlət teatr-tamaşa və konsert müəssisələrində, rəsm qalereyalarında, muzeylərdə, qoruqlarda və s.) keçirilən mədəni tədbirlərə onlayn bilet satışı üzrə inzibati reqlament

 

1. Ümumi müddəalar

 

1.1 Elektron xidmətin adı: Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan təşkilatlarda (dövlət teatr-tamaşa və konsert müəssisələrində, rəsm qalereyalarında, muzeylərdə, qoruqlarda və s.) keçirilən mədəni tədbirlərə onlayn bilet satışı.

1.2. Elektron xidmətin məzmunu: Bu xidmət Azərbaycan Respublikası Mədəniyyət  və Turizm Nazirliyinin tabeliyində olan təşkilatlarda (dövlət teatr-tamaşa və konsert müəssisələrində, rəsm qalereyalarında, muzeylərdə, qoruqlarda və s.) keçirilən mədəni tədbirlərə onlayn bilet satışı ilə bağlı elektron xidmət qaydalarını müəyyən edir.

1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası:

1.3.1. “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli, 429 nömrəli Fərmanının 1-ci və 2-ci hissələri;

1.3.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli, 191 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları” “Elektron xidmət növlərinin Siyahısı”nın 12.16-cı bəndi.

1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi (bundan sonra - Nazirlik).

1.5. Elektron xidmətin digər icraçıları: yoxdur.

1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: tam avtomatlaşdırılmışdır.

1.7. Elektron xidmətin icra müddəti: elektron xidmətin icra müddəti sorğunun informasiya sistemi tərəfindən emalı müddətindən asılıdır.

1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: istifadəçi elektron bilet əldə edir.

2. Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi

2.1. Elektron xidmətin növü: interaktiv

2.2. Elektron xidmət üzrə ödəniş: ödənişli.

2.3. Elektron xidmətin istifadəçiləri: hüquqi və fiziki şəxslər.

2.4. Elektron xidmətin təqdim olunma yeri:  http://e-services.mct.gov.az.

2.5. Elektron xidmət barədə məlumatlandırma:

Tel:  (99412) 493-43-98, 493-30-02.

 Fax: (99412) 493-56-05, 493-65-38.

 Telefon məlumat sistemi: (99412) 147

2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması: ödəniş kartı haqqında məlumatı daxil etməlidir.

 

3. Elektron xidmətin göstərilməsi üçün inzibati proseduralar

 

3.1. Elektron xidmətin sorğusu:

3.1.1. sorğunun formalaşdırılması:

3.1.1.1. istifadəçi elektron xidmətin təqdim edildiyi internet ünvanının (reqlamentin 2.4-cü bəndi) “Elektron bilet satışı” bölməsində qeydiyyatdan keçərək sistemə daxil olur;

3.1.1.2. açılan pəncərənin axtarış bölməsində gediləcək mədəni tədbiri, oturacağın sırasını müəyyən edir, onu işarələyir;

3.1.1.3. “qeydə alınsın” düyməsi sıxılır;

3.1.1.4. “ödənilməsi” düyməsi sıxır və növbəti pəncərədə ödəniş kartının sahibinin, adı və soyadı, kartın nömrəsi, bitmə tarixi, 3 rəqəmli CVV2/CVC2 kodu qeyd olunmaqla, ödəniş aparılır.

3.2. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:

3.2.1. sorğunun yerinə yetirilməsindən imtina halları: istifadəçi ödəniş kartı haqqında məlumatları səhv daxil etdikdə, habelə hesabında elektron biletin alınması üçün kifayət qədər vəsait olmadıqda sorğunun yerinə yetirilməsindən imtina edilir.

3.2.2. sorğunun qəbulu: imtina üçün əsaslar olmadıqda sorğu qəbul olunur.

3.3. Sorğunun icrası: ödəniş aparıldıqdan sonra elektron bilet ekrana çıxarılır. İstifadəçi elektron bileti çap edir və  yaxud elektron poçt ünvanına istiqamətləndirə bilər.

3.4. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət: elektron xidmətin yerinə yetirilməsinə Nazirliyin müvafiq şöbələri nəzarət edir.

3.4.1. Nəzarət forması: daxil olan sorğuların avtomatlaşdırılması rejimdə təşkil olunmuş mütəmadi monitorinqi.

3.4.2. Nəzarət qaydası: monitorinq nəticəsində sorğuların qəbulu, icra müddəti və prosesin tamlığı izlənilir.

3.5. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr:

3.5.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat: istifadəçilər elektron xidmətin göstərilməsi ilə Nazirliyin qəbul etdiyi qərarlardan və vəzifəli şəxslərin hərəkətlərindən inzibati qaydada və məhkəməyə şikayət verə bilərlər;

3.5.2. Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya: şikayət ərizəsi "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır;

3.5.3. Şikayətin baxılma müddəti: Şikayətə "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 78.1-ci maddəsində müəyyən olunmuş müddətdə baxılır;

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       27 iyul 2015-ci il tarixli 6/1 nömrəli Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201507270061, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 12 avqust 2015-ci il)

2.       17 oktyabr 2017-ci il tarixli 7/1 nömrəli Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201710170071, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 26 oktyabr 2017-ci il)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 17 oktyabr 2017-ci il tarixli 7/1 nömrəli Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201710170071, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 26 oktyabr 2017-ci il) ilə Kollegiya qərarının preambulasında “Dövlət orqanlarının” sözlərindən sonra “və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin” sözləri əlavə edilmişdir.

 

[2] 17 oktyabr 2017-ci il tarixli 7/1 nömrəli Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201710170071, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 26 oktyabr 2017-ci il) ilə “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən arxiv arayışlarının, arxiv sənədlərindən çıxarışların, arxiv sənədlərinin surətlərinin verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”in 1.3.3-cü, “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən turistlərin səfərlərinin təşkil olunduğu xarici ölkələrdə (yerlərdə) və ölkə ərazisində turizm fəaliyyəti ilə məşğul olan obyektlərdə və əcnəbi turistlərin səfərlərinin təşkil olunduğu digər yerlərdə mövcud vəziyyət barədə məlumatın verilməsi üzrə inzibati reqlament”in 1.3.2-ci, “Turizm, mehmanxana, mehmanxana tipli obyektlərə və turizm fəaliyyəti ilə məşğul olmaq istəyən hüquqi və fiziki şəxslərə icazələrin, lisenziyaların verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”in 1.3.4-cü, “Arxeoloji qazıntı işlərinin aparılması ilə əlaqədar icazələrin qeydiyyatı üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”in 1.3.2-ci, “Abidələrin təhlükəsizliyini təmin etmək məqsədi ilə hüquqi və fiziki şəxslərlə mühafizə müqavilələrinin və aktlarının bağlanılması üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”in 1.3.2-ci, “Filmlərin dövlət reyestrində qeydə alınmasına və ölkə ərazisində nümayişinə icazələrin verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”in 1.3.2-ci, “Fiziki və hüquqi şəxslərə dövlət kitabxana və muzey fondunda saxlanılan biblioqrafik məlumatların verilməsi üzrə inzibati reqlament”in 1.3.1-ci, “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan təşkilatlarda (dövlət teatr-tamaşa və konsert müəssisələrində, rəsm qalereyalarında, muzeylərdə, qoruqlarda və s.) keçirilən mədəni tədbirlərə onlayn bilet satışı üzrə inzibati reqlament”in 1.3.1-ci yarımbəndlərində “Dövlət orqanlarının” sözlərindən sonra “və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin” sözləri əlavə edilmişdir.

 

[3] 17 oktyabr 2017-ci il tarixli 7/1 nömrəli Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201710170071, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 26 oktyabr 2017-ci il) ilə “Mədəniyyət və turizm üzrə investisiya layihələrinin və proqramlarının onlayn təqdim edilməsi üzrə inzibati reqlament”in 1.3-cü bəndi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası:

1.3.3. “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli, 429 nömrəli Fərmanının 1-ci və 2-ci hissələri;

1.3.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli, 191 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları” “Elektron xidmət növlərinin Siyahısı”nın 12.4-cü bəndi.

 

[4] 27 iyul 2015-ci il tarixli 6/1 nömrəli Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201507270061, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 12 avqust 2015-ci il) ilə “Turizm, mehmanxana, mehmanxana tipli obyektlərə və turizm fəaliyyəti ilə məşğul olmaq istəyən hüquqi və fiziki şəxslərə icazələrin, lisenziyaların verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”in 2.2.1-ci və 2.2.2-ci yarımbəndlərinin doqquzuncu abzaslarında “Bakı şəhəri Vergilər Departamenti” sözləri “Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamenti” sözləri ilə, on birinci abzaslarında isə “1400305751” rəqəmləri “1403006271” rəqəmləri ilə əvəz edilmişdir.