Yardımlı
rayonunun Yardımlı-Deman-Arvana avtomobil yolunun tikintisi ilə
bağlı əlavə tədbirlər haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin
32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. On üç min nəfər əhalinin
yaşadığı 23 yaşayış məntəqəsini
birləşdirən Yardımlı-Deman-Arvana avtomobil yolunun
tikintisinin davam etdirilməsi məqsədi ilə Azərbaycan
Respublikasının 2014-cü il dövlət büdcəsinin
dövlət əsaslı vəsait qoyuluşu xərclərinin
bölgüsündə kəndlərarası avtomobil
yollarının tikintisi və yenidən qurulması
üçün nəzərdə tutulmuş vəsaitin 4,3
milyon (dörd milyon üç yüz min) manatı Yardımlı
Rayon İcra Hakimiyyətinə ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın
1-ci hissəsində nəzərdə tutulan məbləğdə
maliyyələşməni müəyyən olunmuş qaydada
təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan
irəli gələn məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı
şəhəri, 15 may 2014-cü il
№ 500