“Beynəlxalq
Atom Enerjisi Agentliyi tərəfindən Azərbaycan
Respublikası Hökumətinə texniki yardım
göstərilməsi barədə” Yenidən
baxılmış Əlavə Sazişin təsdiq edilməsi
haqqında
AZƏRBAYCAN RESPUBLİKASI
PREZİDENTİNİN FƏRMANI
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci
bəndini rəhbər tutaraq qərara
alıram:
1.
“Beynəlxalq Atom Enerjisi Agentliyi tərəfindən
Azərbaycan Respublikası Hökumətinə texniki yardım
göstərilməsi barədə” 2002-ci il sentyabrın
17-də Vyana şəhərində imzalanan Yenidən
baxılmış Əlavə Saziş təsdiq edilsin.
2.
Azərbaycan Respublikasının Nazirlər Kabineti bu
Fərmanın 1-ci hissəsində göstərilən
Sazişin müddəalarının həyata
keçirilməsi üçün tədbirlər
görsün.
3. Azərbaycan
Respublikasının Xarici İşlər Nazirliyi həmin
Sazişin qüvvəyə minməsi üçün
zəruri olan dövlətdaxili prosedurların yerinə
yetirildiyi barədə Beynəlxalq Atom Enerjisi Agentliyini
xəbərdar etsin.
İlham
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri, 11 aprel 2014-cü il
¹ 137
Beynəlxalq Atom Enerjisi Agentliyi
tərəfindən Azərbaycan Respublikası
Hökumətinə texniki yardım göstərilməsi
barədə
YENİDƏN BAXILMIŞ ƏLAVƏ
SAZİŞ
Beynəlxalq
Atom Enerjisi Agentliyi (bundan sonra - Agentlik) və Azərbaycan
Respublikası Hökuməti (bundan sonra - Hökumət)
Agentlik tərəfindən və ya onun vasitəsilə
Hökumətə texniki yardım göstərilməsi
ilə bağlı bu Sazişi bağladılar.
Maddə
1
Yardım göstərilməsi
üzrə Nümunəvi Əsas Saziş
Hökumət
və Agentlik Hökumətə Agentlik tərəfindən
və ya onun vasitəsilə göstərilən texniki
yardıma 2001-ci il 6 fevral tarixində Hökumət və
Birləşmiş Millətlər Təşkilatının
İnkişaf Proqramı arasında imzalanmış Yardım
göstərilməsi üzrə Nümunəvi Əsas
Sazişin müddəalarını tətbiq edirlər.
Maddə
2
Təhlükəsizlik standartları
və tədbirləri
Hökumət
bu Sazişə müvafiq olaraq ona göstərilən texniki
yardımdan istifadə üçün həyata keçirdiyi
əməliyyatlara INFCIRC/18/Rev.1 nömrəli sənəddə
müəyyən edilmiş Agentliyin təhlükəsizlik
standartlarını və tədbirlərini və həmin
sənəd əsasında hazırlanmış və
vaxtaşırı nəzərdən keçirilən
müvafiq təhlükəsizlik standartlarını tətbiq
edir.
Maddə
3
Sülh məqsədləri ilə
istifadə öhdəliyi və zəmanət
1.
Hökumət bu Saziş çərçivəsində
alınmış texniki yardımdan yalnız atom enerjisinin
sülh məqsədləri üçün tətbiqində
istifadə ediləcəyi və bu yardımdan xüsusilə
də nüvə silahlarının istehsalı, hər
hansı hərbi məqsədin həyata keçirilməsi
və nüvə silahının yayılmasına
töhfə verə biləcək, partlayıcı
nüvə avadanlıqlarının tədqiqatı,
təkmilləşdirilməsi, sınaqdan keçirilməsi
və ya istehsalı məqsədi ilə istifadə
olunmayacağına zəmanət verir.
2.
Bu məqsədlə və Agentliyin İdarə
Şurasının tələb etdiyi dərəcədə,
Agentliyin Nizamnaməsinin 12-ci maddəsinin A bəndində
göstərilən hüquq və öhdəliklər bu
Saziş çərçivəsində həyata
keçirilən layihəyə münasibətdə,
Hökumət və Agentlik arasında qüvvədə olan
təminat sazişinə və yaxud belə saziş olmadığı
təqdirdə, layihə üçün təsdiq edilmiş
yardım göstərilməzdən əvvəl
Hökumətlə Agentlik arasında bağlanılan
təminat sazişinə uyğun olaraq tətbiq edilir və
onlara riayət olunur.
Maddə
4
Fiziki mühafizə
Müvafiq
dərəcədə, Hökumət Agentlik
tərəfindən və ya onun vasitəsilə
göstərilən texniki yardıma birbaşa aid olan
nüvə obyektləri, avadanlıq və materialların
fiziki mühafizəsi üçün zəruri olan
bütün tədbirləri görür. Hökumət
Agentliyin INFCIRC/225/Rev.4 nömrəli sənədində
göstərilən və vaxtaşırı
nəzərdən keçirilən tövsiyələri
rəhbər tutur.
Maddə
5
Avadanlıq və ya materiallar
üzərində mülkiyyət hüququ
1.
Bu Saziş çərçivəsindəki layihə ilə
bağlı Agentlik tərəfindən və ya onun
vasitəsilə Hökumətə verilən avadanlıq
və materiallar üzərində mülkiyyət hüququ,
avadanlıq və materialların Azərbaycan Respublikasına
giriş limanındakı gömrük
məntəqəsindən keçərək Hökumətin
layihənin adından avadanlığa/materiallara iddia etmək
səlahiyyətində olan nümayəndəsinə və ya
yükü qəbul edənə təhvil verildikdən sonra
Hökumətə keçir.
2.
Avadanlıq və materiallar üzərində mülkiyyət
hüququnun bu cür keçməsindən sonra
Hökumət:
a)
bu avadanlıq və materialların daşınması,
istifadəsi, istismarı, saxlanılması və
yerləşdirilməsi üçün tam və
müstəsna məsuliyyəti və bütün
öhdəlikləri öz üzərinə
götürür;
b)
öhdəsinə götürür ki:
(i)
avadanlığın düzgün işlədilməsini
və tələblərə cavab verən istismarını
təmin edəcəkdir;
(ii)
Agentlik tərəfindən və onun vasitəsilə
göndərilən istənilən ekspertə professional
vəzifələrini həyata keçirmək məqsədi
ilə avadanlıqdan istifadə etmək üçün
şərait yaradacaqdır;
(iii)
avadanlıq və materiallardan, bu Sazişin III maddəsinin
müddəalarına uyğun olaraq, lazımi
dərəcədə istifadə edəcəkdir.
Maddə
6
Mübahisələrin həlli
Bu
Sazişin tətbiqi və ya təfsiri ilə bağlı
yaranan, lakin danışıqlar və ya
razılaşdırılmış digər
vasitələrlə həll edilə bilməyən istənilən
fikir ayrılığı hu Sazişin Tərəflərindən
hər hansı birinin sorğusu əsasında baxılmaq
üçün arbitraja təqdim edilir.
Tərəflərdən hər biri bir arbitr təyin edir, bu
yolla təyin edilmiş iki arbitr sədr olacaq
üçüncü arbitri seçir. Arbitraj barədə
sorğunun verildiyi tarixdən otuz gün ərzində
heç bir Tərəf arbitri təyin etməzsə və ya
ikinci arbitrin təyin edildiyi tarixdən sonrakı on beş
gün ərzində üçüncü arbitr
seçilməzsə, Tərəflərdən hər biri
Birləşmiş Millətlər Təşkilatının
Baş katibindən arbitri təyin etməyi xahiş edə
bilər. Arbitraj məhkəməsi üzvlərinin
əksəriyyəti kvorum təşkil edəcəkdir və
bütün qərarlar əksəriyyətin səs
çoxluğu ilə qəbul edilir. Arbitraj proseduru
arbitrlər tərəfindən müəyyən edilir və
arbitrajın xərclərini, arbitrlərin müəyyən
etdiyi kimi, Tərəflər ödəyirlər. Arbitraj
qərarı əsaslandığı səbəblər
üzrə hesabatı ehtiva edir və Tərəflər onu
mübahisənin yekun məhkəmə qərarı kimi
qəbul edirlər.
Maddə
7
Qüvvəyə minmə
Bu
Saziş imzalandıqdan sonra qüvvəyə minmə
üçün Azərbaycan Respublikasının qanunvericiliyi
ilə müəyyən edilmiş və (və ya)
konstitusional tələblərin yerinə yetirilməsi
barədə yazılı bildirişi Agentliyin
Hökumətdən aldığı tarixdən
qüvvəyə minir.
Bu
Saziş, ingilis və rus dillərində olmaqla, iki
nüsxədə imzalanmışdır, bütün
mətnlər bərabər autentikdir.
Azərbaycan
Respublikası |
Beynəlxalq
Atom Enerjisi |
Hökuməti
adından |
Agentliyi
adından |
(imza) |
(imza) |