“Əmək müqaviləsi
bildirişinin forması və onun elektron informasiya sisteminə
gücləndirilmiş
elektron imza vasitəsilə daxil edilməsi
qaydaları, əmək müqaviləsi bildirişinin
qeydiyyata alınması ilə bağlı işəgötürənə
və Azərbaycan Respublikasının Vergilər
Nazirliyinə göndərilən
məlumat forması, habelə qeydiyyata alınmış əmək
müqaviləsi bildirişinin məlumatlarını real vaxt
rejimində əldə etməklə bağlı
Qaydalar”ın təsdiq edilməsi haqqında[1]
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR
KABİNETİNİN QƏRARI
“Azərbaycan
Respublikasının Əmək Məcəlləsində dəyişikliklər
edilməsi haqqında” Azərbaycan Respublikasının
2013-cü il 27 dekabr tarixli 875-IVQD nömrəli Qanununun tətbiqi
barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü
il 3 fevral tarixli 100 nömrəli Fərmanının 1.4-cü
bəndinin icrasını təmin etmək məqsədi ilə
Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“Əmək
müqaviləsi bildirişinin forması və onun elektron
informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilməsi
qaydaları, əmək müqaviləsi bildirişinin
qeydiyyata alınması ilə bağlı işəgötürənə
və Azərbaycan
Respublikasının Vergilər Nazirliyinə göndərilən
məlumat forması, habelə qeydiyyata alınmış əmək
müqaviləsi bildirişinin məlumatlarını real vaxt
rejimində əldə etməklə bağlı Qaydalar” təsdiq
edilsin (əlavə olunur).
Azərbaycan Respublikasının
Baş naziri Artur Rasi-zadə
Bakı şəhəri,
6 iyun 2014-cü il
¹ 183
|
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2014-cü il 6 iyun tarixli 183 nömrəli qərarı ilə
təsdiq edilmişdir |
Əmək müqaviləsi
bildirişinin forması və onun elektron informasiya sisteminə
gücləndirilmiş
elektron imza vasitəsilə daxil edilməsi
qaydaları, əmək müqaviləsi bildirişinin
qeydiyyata alınması ilə bağlı işəgötürənə
və Azərbaycan Respublikasının Vergilər
Nazirliyinə göndərilən
məlumat forması, habelə qeydiyyata alınmış əmək
müqaviləsi bildirişinin məlumatlarını real vaxt
rejimində əldə etməklə bağlı[2]
Q A Y D A L A R
1. Ümumi müddəa
1.1. Bu Qaydalar
“Azərbaycan Respublikasının Əmək Məcəlləsində
dəyişikliklər edilməsi haqqında” Azərbaycan
Respublikasının 2013-cü il 27 dekabr tarixli 875-IVQD nömrəli
Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası
Prezidentinin 2014-cü il 3 fevral tarixli 100 nömrəli Fərmanının
1.4-cü bəndinin icrasını təmin etmək məqsədi
ilə hazırlanmışdır və əmək müqaviləsi
bildirişinin forması və onun elektron informasiya sisteminə
gücləndirilmiş elektron imza vasitəsilə daxil edilməsi
qaydalarını, əmək müqaviləsi bildirişinin
qeydiyyata alınması ilə bağlı işəgötürənə
və Azərbaycan
Respublikasının Vergilər Nazirliyinə göndərilən
məlumat formasını, habelə qeydiyyata alınmış
əmək müqaviləsi bildirişinin məlumatlarını
real vaxt rejimində əldə etməklə bağlı
qaydaları müəyyən edir.
2. Əmək müqaviləsi
bildirişinin formaları
2.1. Azərbaycan
Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin mərkəzləşdirilmiş elektron
informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) əmək
müqaviləsinin bağlanılmasının, onda dəyişiklik
edilməsinin və ya xitam verilməsinin elektron qaydada qeydiyyata
alınması məqsədi ilə işəgötürən
tərəfindən mövcud əmək şəraiti şərtləri
və məlumatları əsasında əmək müqaviləsi
bildirişi elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilir.[3]
2.1-1. Hüquqi şəxslərin
dövlət qeydiyyatı və dövlət reyestri
haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun
olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin
elektron dövlət qeydiyyatına alınması
üçün ərizədə qeyd olunmuş
işçilərlə ilk dəfə əmək müqaviləsinin
bağlanılması elektron informasiya sistemində Azərbaycan
Respublikasının Vergilər Nazirliyi tərəfindən
elektron qaydada təqdim olunan məlumatlar əsasında
qeydiyyata alınır.[4]
2.2. Elektron
informasiya sistemində əmək müqaviləsi
bildirişinin aşağıdakı formaları yerləşdirilir:
2.2.1. əmək
müqaviləsinin bağlanılması ilə bağlı əmək
müqaviləsi bildirişi (işəgötürən dövlət
orqanı və ya hüquqi şəxs olduqda -1
nömrəli əlavəyə uyğun, işəgötürən
fiziki şəxs olduqda - 2 nömrəli əlavəyə
uyğun); [5]
2.2.2. əmək
müqaviləsində dəyişiklik edilməsi ilə
bağlı əmək müqaviləsi bildirişi (işəgötürən
dövlət orqanı və ya hüquqi şəxs olduqda - 3
nömrəli əlavəyə uyğun, işəgötürən
fiziki şəxs olduqda - 4 nömrəli əlavəyə
uyğun);
2.2.3. əmək
müqaviləsinə xitam verilməsi ilə bağlı əmək
müqaviləsi bildirişi (5 nömrəli əlavəyə
uyğun).
3. Əmək müqaviləsi
bildirişinin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilməsi
3.1. Elektron
informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə əmək
müqaviləsi bildirişinin daxil edilməsi “Elektron hökumət”
portalı vasitəsilə həyata keçirilir.
3.2. Bu Qaydaların 2.1-1-ci bəndi ilə
müəyyən olunmuş hallar və
Azərbaycan
Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinin
2-1-ci hissəsində nəzərdə tutulan dövlət
orqanlarında müvafiq vəzifələrə (peşələrə)
qəbul edilən işçilərlə işəgötürənlər
arasında bağlanılmış əmək müqavilələri
istisna olmaqla, digər vəzifələr (peşələr)
üzrə işçilərlə işəgötürənlər
arasında bağlanılmış əmək müqavilələri,
onlarda dəyişikliklər edilməsi və ya xitam verilməsi
aidiyyəti işəgötürənlər tərəfindən
müvafiq əmək müqaviləsi bildirişi formasında
elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilməlidir.[6]
3.3. Azərbaycan
Respublikası Əmək Məcəlləsinin 315-ci maddəsini
nəzərə alaraq, bu Məcəllə qüvvəyə
minənədək mövcud olan əmək qanunvericiliyi əsasında
işçilərlə şifahi formada
bağlanılmış və yazılı formada tərtib
edilməmiş əmək müqavilələri, onlarda
şifahi formada dəyişikliklərin edilməsi və ya
xitam verilməsi aidiyyəti işəgötürənlər
tərəfindən mövcud əmək şəraiti şərtləri
və məlumatları əsasında elektron informasiya sisteminə
gücləndirilmiş elektron imza vasitəsilə bu Qaydaların
2.2-ci bəndində nəzərdə tutulan müvafiq əmək
müqaviləsi bildirişi formasında daxil edilir.
3.4. Əmək
müqaviləsi bildirişinin elektron informasiya sisteminə
daxil edilməsi “Elektron hökumət” portalının gücləndirilmiş
elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindən
istifadə edilməklə, bilavasitə işəgötürən
tərəfindən və ya “Elektron hökumət”
portalında yerləşdirilmiş “Səlahiyyətli şəxsin
qeydiyyatdan keçirilməsi” xidməti vasitəsilə işəgötürənin
səlahiyyət verdiyi şəxslər tərəfindən həyata
keçirilir.
3.5. İşəgötürən
xidmətə daxil olduqda, sistem tərəfindən onun təkmil
sertifikatına əsasən soyadı, adı, atasının
adı, gücləndirilmiş elektron imza (dövlət
orqanları və ya hüquqi şəxslərlə münasibətdə möhür vurmaq səlahiyyəti
olan) kartının nömrəsi və fərdi identifikasiya
nömrəsi (FİN) müəyyən edilir. İşəgötürən
əmək müqaviləsi bildirişini elektron informasiya
sisteminə daxiletmə səlahiyyətini etibar etdiyi şəxsin
(şəxslərin) gücləndirilmiş elektron imza
kartının nömrəsini, fərdi identifikasiya nömrəsini
(FİN), səlahiyyətin etibar edilmə müddətini
müəyyən edilmiş formada sistemə daxil edərək
təsdiqləməlidir. [7]
3.6. Bir şəxsə
bir neçə işəgötürən tərəfindən
əmək müqaviləsi bildirişinin elektron informasiya
sisteminə daxil edilməsi səlahiyyəti verildikdə, səlahiyyət
verilən şəxsə sistem vasitəsilə müəyyən
edilmiş siyahıda müvafiq işəgötürəni
seçdikdən sonra əmək müqaviləsi
bildirişinin qeydiyyatını aparmaq imkanı veriləcəkdir.
4. Əmək müqaviləsinin
bağlanılması ilə bağlı əmək
müqaviləsi bildirişi
4.1. “Əmək
müqaviləsinin bağlanılması ilə bağlı əmək
müqaviləsi bildirişi” elektron informasiya sisteminə daxil
edilərkən gücləndirilmiş elektron imzaya əsasən
işəgötürən barəsində aşağıdakı
məlumatlar sistem tərəfindən avtomatik rejimdə müəyyən
olunur və əmək müqaviləsi bildirişinə daxil
edilir:
4.1.1. işəgötürən
dövlət orqanı və ya hüquqi şəxs olduqda:
4.1.1.1. dövlət
orqanının və ya hüquqi şəxsin adı;
4.1.1.2.
sığortaedənin uçot nömrəsi (SUN);
4.1.1.3. vergi
ödəyicisinin eyniləşdirmə nömrəsi
(VÖEN);
4.1.1.4.
hüquqi ünvanı, faktiki ünvanı, əlaqə
telefonları;
4.1.2. işəgötürən
fiziki şəxs olduqda:
4.1.2.1.
soyadı, adı, atasının adı;
4.1.2.2.
sığortaedənin uçot nömrəsi (SUN);
4.1.2.3. vergi
ödəyicisinin eyniləşdirmə nömrəsi
(VÖEN);
4.1.2.4.
qeydiyyatda olduğu ünvanı, əlaqə telefonları;
4.1.2.5. şəxsiyyətini
təsdiq edən sənədin adı, seriyası və
nömrəsi, verildiyi tarix və sənədi verən
orqanın adı;
4.1.2.6. sosial
sığorta şəhadətnaməsinin nömrəsi (SSN);
4.1.2.7. fərdi
identifikasiya nömrəsi (FİN).
4.2.
İşçinin fərdi identifikasiya nömrəsi (FİN)
əmək müqaviləsi bildirişində müvafiq sahəyə
daxil edilərkən istifadə olunan informasiya ehtiyatlarında
ona aid məlumat aşkar olunduqda, aşağıdakı məlumatlar
sistem tərəfindən avtomatik rejimdə müəyyən
edilir və əmək müqaviləsi bildirişində
göstərilir:
4.2.1.
işçinin soyadı, adı, atasının adı;
4.2.2. vətəndaşlığı;
4.2.3. şəxsiyyətini
təsdiq edən sənədin adı, seriyası, nömrəsi,
verildiyi tarix və sənədi verən orqanın adı;
4.2.4. ilk dəfə
əmək fəaliyyətinə başlayanlar istisna olmaqla,
dövlət sosial sığorta şəhadətnaməsinin
nömrəsi (SSN);
4.2.5. fərdi
identifikasiya nömrəsi (FİN);
4.2.6. doğum
tarixi;
4.2.7.
işçinin qeydiyyatda olduğu ünvan;
4.2.8. cinsi.
4.3. Sistem tərəfindən
avtomatik rejimdə müəyyən edilən məlumatlarla
yanaşı, əmək müqaviləsi bildirişinə
avtomatik rejimdə daxil olunmayan aşağıdakı məlumatlar
daxil edilir:
4.3.1. işəgötürənin
səlahiyyətlərini həyata keçirən şəxsin
(şəxslərin) vəzifəsi, soyadı, adı,
atasının adı;
4.3.2. vəzifəli
şəxsin fərdi identifikasiya nömrəsi (FİN);
4.3.3. vəzifəli
şəxsin şəxsiyyətini təsdiq edən sənədin
adı, seriyası və nömrəsi, verildiyi tarix və sənədi
verən orqanın adı;
4.3.4.
işçinin yaşadığı ünvan, əlaqə
telefonları;
4.3.5. iş
yerinin adı;
4.3.6. iş
yerinin əsas və ya əlavə olması barədə qeyd;
4.3.7.
işçinin vəzifəsinin (peşəsinin) adı;
4.3.8. əmək
müqaviləsinin bağlanıldığı tarix (elektron
informasiya sistemi istifadəyə verilən tarixdən sonra
bağlanılmış əmək müqavilələri
istisna olmaqla);
4.3.9. əmək
müqaviləsinin növü (müddətli və ya müddətsiz);
4.3.10. müddətli
əmək müqaviləsinin müddətinin
qurtardığı tarix;
4.3.11.
işçinin aylıq əməkhaqqının məbləği
(manatla);
4.3.12. əməyin
ödənilməsi formasının işəmuzd və ya
vaxtamuzd olması barədə qeyd.
4.4. Əmək
müqaviləsinin bağlanılması ilə bağlı
müəyyən məlumatlar elektron informasiya sistemi vasitəsilə
əmək müqaviləsi bildirişinə daxil edildikdən
sonra məlumat bazasında bu Qaydaların 1 və 2 nömrəli
əlavələrində müəyyən edilmiş formada
yadda saxlanılır və bununla bağlı 1(bir) iş
günündən gec olmayaraq, sistem vasitəsilə işəgötürənə
elektron qaydada bu Qaydaların 6 nömrəli əlavəsində
müəyyən edilmiş formada məlumat verilir. İşəgötürən
bu məlumatı çap edərək, mühafizə edilən
aidiyyəti əmək müqaviləsi ilə birlikdə 5
(beş) il müddətinə saxlanmasını təmin edir və
işçinin müraciəti əsasında bildirişin və
məlumatın surətini ona təqdim edir;
4.5. Bu Qaydaların 2.1-1-ci bəndi ilə
müəyyən olunmuş hallarda elektron informasiya sisteminə
daxil edilmiş əmək müqaviləsi bildirişinin
qeydiyyata alınması barədə 1 iş günündən
gec olmayaraq sistem vasitəsilə işəgötürənə
və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə
elektron qaydada məlumat göndərilir.[8]
5. Əmək müqaviləsində
dəyişiklik edilməsi ilə bağlı əmək
müqaviləsi bildirişi
5.1. Azərbaycan
Respublikasının Əmək Məcəlləsinin 46-cı
maddəsinin 6-cı hissəsinə uyğun olaraq tərəflərin
razılığı ilə əmək müqaviləsində
dəyişiklik edildikdə, “Əmək müqaviləsində
dəyişiklik edilməsi ilə bağlı əmək
müqaviləsi bildirişi”ndə məlumatların ilkin və
ya əvvəlki dəyişiklikdən sonra sonuncu
redaksiyası avtomatik rejimdə göstərilir və dəyişikliklər
edilən məlumatlar əvvəlki məlumatların əvəzinə
bildirişə daxil edilir.
5.2. Əmək
müqaviləsində göstərilən, lakin “Əmək
müqaviləsinin bağlanılması ilə bağlı əmək
müqaviləsi bildirişi”nə daxil edilməyən məlumat
və şərtlərlə bağlı əmək
müqaviləsində dəyişikliklər edildikdə,
“Əmək müqaviləsində dəyişiklik edilməsi
ilə bağlı əmək müqaviləsi bildirişi”ndə
müvafiq sahədə bununla bağlı əvvəlki və
dəyişiklik edilən məlumat və şərtlər
daxil edilir.
5.3. Əmək
müqaviləsində dəyişiklik edilməsi ilə
bağlı müəyyən məlumatlar elektron informasiya
sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edildikdən
sonra məlumat bazasında bu Qaydaların 3 və 4 nömrəli
əlavələrində müəyyən edilmiş formada
yadda saxlanılır və bununla bağlı 1(bir) iş
günündən gec olmayaraq, işəgötürənə
sistem vasitəsilə bu Qaydaların 7 nömrəli əlavəsində
müəyyən edilmiş formada məlumat verilir. İşəgötürən
bu məlumatı çap edərək mühafizə edilən
aidiyyəti əmək müqaviləsi ilə birlikdə 5
(beş) il müddətinə saxlanmasını təmin edir və
işçinin müraciəti əsasında bildirişin və
məlumatın surətini ona təqdim edir.
6. Əmək müqaviləsinə
xitam verilməsi ilə bağlı əmək müqaviləsi
bildirişi
6.1. Azərbaycan
Respublikasının Əmək Məcəlləsində
müəyyən edilmiş əsaslarla əmək müqaviləsinə
xitam verildikdə, aşağıdakı məlumatlar elektron
informasiya sistemi vasitəsilə “Əmək müqaviləsinə
xitam verilməsi ilə bağlı əmək müqaviləsi
bildirişi”nə daxil edilir:
6.1.1. əmək
müqaviləsinə xitam verilməsi barədə əmrin
nömrəsi və tarixi;
6.1.2. əmək
müqaviləsinə xitam verilməsinin əsası;
6.1.3. işəgötürənin
adı;
6.1.4.
işçinin soyadı, adı, atasının adı;
6.1.5.
işçinin fərdi identifikasiya nömrəsi (FİN);
6.1.6. “Əmək
müqaviləsinin bağlanılması ilə bağlı əmək
müqaviləsi bildirişi”nin nömrəsi və tarixi.
6.2. Əmək
müqaviləsinə xitam verilməsinə dair məlumatlar
elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edildikdən
sonra məlumat bazasında bu Qaydaların 5 nömrəli əlavəsində
müəyyən edilmiş formada yadda saxlanılır və
bununla bağlı 1 (bir) iş günündən gec olmayaraq
işəgötürənə sistem vasitəsilə bu
Qaydaların 8 nömrəli əlavəsində müəyyən
edilmiş formada məlumat verilir. İşəgötürən
bu məlumatı çap edərək, mühafizə edilən
aidiyyəti əmək müqaviləsi ilə birlikdə 5
(beş) il müddətinə saxlanmasını təmin edir və
işçinin müraciəti əsasında bildirişin və
məlumatın surətini ona təqdim edir.
7. Əmək müqaviləsi
bildirişlərinin və onlarla bağlı məlumatların
real vaxt rejimində əldə olunması
7.1.
İşçinin onunla bağlı qeydiyyata
alınmış müvafiq əmək müqaviləsi
bildirişinin ( bildirişlərinin) məlumatlarını
real vaxt rejimində əldə etmək imkanları elektron
informasiya sistemi vasitəsilə təmin olunur. Hər bir
işçi onunla bağlı müvafiq əmək
müqaviləsi bildirişinin məlumatlarını “Elektron
hökumət” portalının mövcud autentifikasiya vasitələrindən
istifadə etməklə “Əmək müqaviləsi
bildirişlərinin məlumatlarının işçilər
tərəfindən əldə edilməsi” xidmətini
seçərək, özü barədə müvafiq məlumatı
əldə edə bilər.
7.2. İşəgötürənə
elektron informasiya sistemi vasitəsilə ona aid olan əmək
müqaviləsi bildirişlərinin və bu bildirişlərlə
bağlı göndərilən məlumatların reyestrinə
baxmaq və onları çap etmək imkanı
yaradılır.
7.3. Elektron
informasiya sistemi işəgötürənlərin və
işçilərin digər işəgötürən və
işçilər barədə sistemdən məlumat
almasına imkan yaratmır.
8. Yekun müddəalar
8.1. Bilavasitə
işəgötürənin özü və ya onun səlahiyyətli
nümayəndəsi tərəfindən elektron informasiya
sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilən
məlumatlar həqiqi və düzgün olmalıdır.
8.2. Elektron
informasiya sistemi vasitəsilə bu Qaydalarla müəyyən
edilmiş əmək müqaviləsi bildirişlərinə
və məlumat formalarına qeyri-müəyyən məlumatların
daxil edilməsinə məhdudiyyətlər qoyulur və sistem
tərəfindən məlumat qəbul edilmədikdə bununla
bağlı dərhal müvafiq məlumat göstərilir.
8.3. Elektron
informasiya sistemində qeydiyyata alınmış məlumatların
məlumat bazasında saxlanılması müddəti məhdudlaşdırılmır.
“Əmək
müqaviləsi bildirişinin forması və onun elektron
informasiya sisteminə 1 nömrəli əlavə
|
“Əmək
müqaviləsi bildirişinin forması və onun elektron
informasiya sisteminə 2 nömrəli əlavə
|
“Əmək
müqaviləsi bildirişinin forması və onun elektron
informasiya sisteminə 3 nömrəli əlavə
|
“Əmək
müqaviləsi bildirişinin forması və onun elektron
informasiya sisteminə 4 nömrəli əlavə
|
“Əmək
müqaviləsi bildirişinin forması və onun elektron
informasiya sisteminə 5 nömrəli əlavə
|
“Əmək
müqaviləsi bildirişinin forması və onun elektron
informasiya sisteminə 6 nömrəli əlavə
|
“Əmək
müqaviləsi bildirişinin forması və onun elektron
informasiya sisteminə 7 nömrəli əlavə
|
“Əmək
müqaviləsi bildirişinin forması və onun elektron
informasiya sisteminə 8
nömrəli əlavə
|
İSTİFADƏ OLUNMUŞ
MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
04 may 2015-ci il tarixli 165 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 17 may
2015-ci il, ¹ 104, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2015-ci il, ¹5, maddə 651)
2.
26 may 2015-ci il tarixli 205 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 07 iyun
2015-ci il, ¹ 121, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2015-ci il, ¹06, maddə 780)
3.
26 aprel 2019-cu il tarixli 191
nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 may 2019-cu il, ¹ 94,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il,
¹4, maddə 781)
4.
15 iyul 2019-cu il
tarixli 307 nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq” qəzeti,
18 iyul 2019-cu il, ¹ 154, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 7, maddə
1330)
QƏRARA
EDİLMİŞ DƏYİŞİKLİK VƏ
ƏLAVƏLƏRİN SİYAHISI
[1]
04 may 2015-ci il tarixli 165 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 17 may
2015-ci il, ¹ 104, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2015-ci il, ¹5, maddə 651) ilə adına və ikinci
abzasına “elektron informasiya sisteminə” sözlərindən
sonra “gücləndirilmiş
elektron imza vasitəsilə” sözləri əlavə
edilmişdir.
26 aprel 2019-cu il tarixli 191
nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 may 2019-cu il, ¹ 94,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il,
¹4, maddə 781) ilə adından və birinci hissəsindən
“gücləndirilmiş elektron
imza vasitəsilə” sözləri
çıxarılmışdır və “işəgötürənə” sözündən
sonra “və Azərbaycan
Respublikasının Vergilər Nazirliyinə” sözləri
əlavə edilmişdir.
[2]
04 may 2015-ci il tarixli 165 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 17 may
2015-ci il, ¹ 104, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2015-ci il, ¹5, maddə 651) ilə “Əmək
müqaviləsi bildirişinin forması və onun elektron
informasiya sisteminə daxil edilməsi qaydaları, əmək
müqaviləsi bildirişinin qeydiyyata alınması ilə
bağlı işəgötürənə göndərilən
məlumat forması, habelə qeydiyyata alınmış əmək
müqaviləsi bildirişinin məlumatlarını real vaxt
rejimində əldə etməklə bağlı
Qaydalar”ının adına, 1.1-ci, 2.1-ci bəndlərinə,
3-cü hissəsinə, 3.1-3.3-cü, 5.3-cü, 6.2-ci və
8.1-ci bəndlərinə “elektron
informasiya sisteminə” sözlərindən sonra “gücləndirilmiş elektron imza
vasitəsilə” sözləri əlavə edilmişdir.
26 aprel 2019-cu il tarixli 191
nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 may 2019-cu il, ¹ 94,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il,
¹4, maddə 781) ilə “Əmək müqaviləsi
bildirişinin forması və onun elektron informasiya sisteminə
gücləndirilmiş elektron imza vasitəsilə daxil edilməsi
qaydaları, əmək müqaviləsi bildirişinin
qeydiyyata alınması ilə bağlı işəgötürənə
göndərilən məlumat forması, habelə qeydiyyata
alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını
real vaxt rejimində əldə etməklə bağlı
Qaydalar”ın adından və 1.1-ci bəndindən “gücləndirilmiş elektron imza
vasitəsilə” sözləri
çıxarılmışdır və “işəgötürənə” sözündən
sonra “və Azərbaycan
Respublikasının Vergilər Nazirliyinə” sözləri
əlavə edilmişdir.
[3] 15
iyul 2019-cu
il tarixli 307 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 18 iyul 2019-cu il, ¹ 154,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹
7, maddə 1330) ilə “Əmək müqaviləsi
bildirişinin forması və onun elektron informasiya sisteminə
daxil edilməsi qaydaları, əmək müqaviləsi
bildirişinin qeydiyyata alınması ilə bağlı
işəgötürənə və Azərbaycan
Respublikasının Vergilər Nazirliyinə göndərilən
məlumat forması, habelə qeydiyyata alınmış əmək
müqaviləsi bildirişinin məlumatlarını real vaxt
rejimində əldə etməklə bağlı
Qaydalar”ının 2.1-ci bəndinə “Nazirliyinin” sözündən sonra “mərkəzləşdirilmiş” sözü əlavə
edilmişdir.
[4] 26
aprel 2019-cu
il tarixli 191 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 may 2019-cu il, ¹ 94,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il,
¹4, maddə 781) ilə “Əmək müqaviləsi
bildirişinin forması və onun elektron informasiya sisteminə
gücləndirilmiş elektron imza vasitəsilə daxil edilməsi
qaydaları, əmək müqaviləsi bildirişinin
qeydiyyata alınması ilə bağlı işəgötürənə
göndərilən məlumat forması, habelə qeydiyyata
alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını
real vaxt rejimində əldə etməklə bağlı
Qaydalar”ına yeni məzmunda 2.1-1-ci bənd əlavə edilmişdir.
[5]
26 may 2015-ci il tarixli 205 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 07 iyun
2015-ci il, ¹ 121, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2015-ci il, ¹06, maddə 780) ilə “Əmək müqaviləsi bildirişinin
forması və onun elektron informasiya sisteminə daxil edilməsi
qaydaları, əmək müqaviləsi bildirişinin
qeydiyyata alınması ilə bağlı işəgötürənə
göndərilən məlumat forması, habelə qeydiyyata
alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını
real vaxt rejimində əldə etməklə bağlı
Qaydalar”ının 2.2.1-ci, 2.2.2-ci, 4.1.1-ci və 4.1.1.1-ci
yarımbəndlərdə ismin müvafiq hallarında “hüquqi şəxs” sözləri
ismin müvafiq hallarında “dövlət
orqanı və ya hüquqi şəxs” sözləri ilə
əvəz edilmişdir.
[6] 26
aprel 2019-cu
il tarixli 191 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 may 2019-cu il, ¹ 94,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il,
¹4, maddə 781) ilə “Əmək müqaviləsi
bildirişinin forması və onun elektron informasiya sisteminə
gücləndirilmiş elektron imza vasitəsilə daxil edilməsi
qaydaları, əmək müqaviləsi bildirişinin
qeydiyyata alınması ilə bağlı işəgötürənə
göndərilən məlumat forması, habelə qeydiyyata
alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını
real vaxt rejimində əldə etməklə bağlı
Qaydalar”ının 3.2-ci bəndinə “Azərbaycan Respublikasının Əmək Məcəlləsinin”
sözlərindən əvvəl “Bu Qaydaların 2.1-1-ci bəndi ilə müəyyən
olunmuş hallar və” sözləri əlavə
edilmişdir.
[7]
26 may 2015-ci il tarixli 205 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 07 iyun
2015-ci il, ¹ 121, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2015-ci il, ¹06, maddə 780) ilə “Əmək müqaviləsi bildirişinin
forması və onun elektron informasiya sisteminə daxil edilməsi
qaydaları, əmək müqaviləsi bildirişinin
qeydiyyata alınması ilə bağlı işəgötürənə
göndərilən məlumat forması, habelə qeydiyyata
alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını
real vaxt rejimində əldə etməklə bağlı
Qaydalar”ının 3.5-ci bənddə “hüquqi şəxslərlə” sözləri “dövlət orqanları və ya
hüquqi şəxslərlə” sözləri ilə əvəz
edilmişdir.
[8] 26
aprel 2019-cu
il tarixli 191 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 may 2019-cu il, ¹ 94,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il,
¹4, maddə 781) ilə “Əmək müqaviləsi
bildirişinin forması və onun elektron informasiya sisteminə
gücləndirilmiş elektron imza vasitəsilə daxil edilməsi
qaydaları, əmək müqaviləsi bildirişinin
qeydiyyata alınması ilə bağlı işəgötürənə
göndərilən məlumat forması, habelə qeydiyyata
alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını
real vaxt rejimində əldə etməklə bağlı
Qaydalar”ının 4.4-cü bəndinin sonunda nöqtə
işarəsi nöqtəli vergül işarəsi ilə əvəz
edilmişdir və yeni məzmunda 4.5-ci bənd əlavə
edilmişdir.
[9]
04 may 2015-ci il tarixli 165 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 17 may
2015-ci il, ¹ 104, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2015-ci il, ¹5, maddə 651) ilə “Əmək
müqaviləsi bildirişinin forması və onun elektron
informasiya sisteminə daxil edilməsi qaydaları, əmək
müqaviləsi bildirişinin qeydiyyata alınması ilə
bağlı işəgötürənə göndərilən
məlumat forması, habelə qeydiyyata alınmış əmək
müqaviləsi bildirişinin məlumatlarını real vaxt
rejimində əldə etməklə bağlı
Qaydalar”ının 1, 2, 3, 4, 5, 6, 7 və 8 nömrəli əlavələrin
adına “elektron informasiya
sisteminə” sözlərindən sonra “gücləndirilmiş elektron imza vasitəsilə”
sözləri əlavə edilmişdir.
26 aprel 2019-cu il tarixli 191
nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 may 2019-cu il, ¹ 94,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il,
¹4, maddə 781) ilə “Əmək müqaviləsi
bildirişinin forması və onun elektron informasiya sisteminə
gücləndirilmiş elektron imza vasitəsilə daxil edilməsi
qaydaları, əmək müqaviləsi bildirişinin
qeydiyyata alınması ilə bağlı işəgötürənə
göndərilən məlumat forması, habelə qeydiyyata
alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını
real vaxt rejimində əldə etməklə bağlı
Qaydalar”a 1-8 nömrəli əlavələrin adlarından “gücləndirilmiş elektron imza
vasitəsilə” sözləri
çıxarılmışdır və “işəgötürənə” sözündən
sonra “və Azərbaycan Respublikasının
Vergilər Nazirliyinə” sözləri əlavə
edilmişdir.
[10]
26 may 2015-ci il tarixli 205 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 07 iyun
2015-ci il, ¹ 121, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2015-ci il, ¹06, maddə 780) ilə “Əmək müqaviləsi bildirişinin
forması və onun elektron informasiya sisteminə daxil edilməsi
qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata
alınması ilə bağlı işəgötürənə
göndərilən məlumat forması, habelə qeydiyyata
alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını
real vaxt rejimində əldə etməklə bağlı
Qaydalar”ının 1 və 3 nömrəli əlavələrində
ismin müvafiq hallarında “Hüquqi
şəxs” sözləri ismin müvafiq hallarında “Dövlət orqanı və ya
hüquqi şəxs”
sözləri ilə əvəz edilmişdir.
[11]
26 may 2015-ci il tarixli 205 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 07 iyun
2015-ci il, ¹ 121, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2015-ci il, ¹06, maddə 780) ilə “Əmək müqaviləsi bildirişinin
forması və onun elektron informasiya sisteminə daxil edilməsi
qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata
alınması ilə bağlı işəgötürənə
göndərilən məlumat forması, habelə qeydiyyata
alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını
real vaxt rejimində əldə etməklə bağlı
Qaydalar”ının 6, 7 və 8 nömrəli əlavələrində
“hüquqi şəxs”
sözləri “dövlət
orqanı və ya hüquqi şəxs” sözləri ilə
əvəz edilmişdir.