“Texnologiyalar
parkı haqqında Nümunəvi Əsasnamə”nin təsdiq
edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI
PREZİDENTİNİN FƏRMANI
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci
bəndini rəhbər tutaraq qərara
alıram:
1.
“Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə”
təsdiq edilsin (əlavə olunur).
2.
“Texnologiyalar parkı haqqında Nümunəvi
Əsasnamə”də nəzərdə tutulan
səlahiyyətli orqanı hər bir texnologiyalar parkına
münasibətdə Azərbaycan Respublikasının Prezidenti
ayrıca müəyyən edir.
3. Bakı
şəhərinin Pirallahı rayonunda yaradılmış
Yüksək Texnologiyalar Parkına münasibətdə
səlahiyyətli orqanın funksiyalarını Azərbaycan
Respublikasının Nəqliyyat,
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi həyata
keçirir.[1]
4.
Azərbaycan Respublikasının Nazirlər Kabineti:
4.1.
üç ay müddətində:
4.1.1.
Azərbaycan Respublikası Prezidentinin aktlarının bu
Fərmana uyğunlaşdırılması ilə
bağlı təkliflərini hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin;
4.1.2.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ
hüquqi aktlarının bu Fərmana
uyğunlaşdırılmasını təmin edib
Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
4.1.3.
“Texnologiyalar parkı haqqında Nümunəvi
Əsasnamə”nin 6.1.4-cü yarımbəndinə uyğun olaraq,
texnoloji biznes inkubatoru rezidentlərinin qeydiyyatının,
həmçinin texnologiyalar parkı rezidentlərinin və
texnoloji biznes inkubatoru rezidentlərinin reyestrinin
aparılması qaydasını müəyyən etsin;
4.1.4.
həmin Əsasnamənin 6.1.5-ci yarımbəndinə uyğun
olaraq, texnologiyalar parkının və texnoloji biznes
inkubatorunun qeydiyyat şəhadətnaməsinin
formasını müəyyən etsin;
4.1.5.
həmin Əsasnamənin 8.3-cü bəndinə uyğun
olaraq, texnologiyalar parkının rezidenti kimi qeydiyyatdan
keçmək üçün ərizənin formasını
və ona əlavə edilən sənədlərin
siyahısını müəyyən etsin;
4.1.6.
həmin Əsasnamənin 8.7-ci bəndinə uyğun olaraq,
texnologiyalar parkının ekspertlər şurası
haqqında əsasnaməni təsdiq etsin;
4.1.7.
həmin Əsasnamənin 11.3-cü bəndinə uyğun
olaraq, birgə texnologiyalar parkının fəaliyyətinin
təşkili və idarə olunması qaydasını
müəyyən etsin;
4.2.
mərkəzi icra hakimiyyəti orqanlarının normativ
hüquqi aktlarının bu Fərmana
uyğunlaşdırılmasını nəzarətdə
saxlasın və bunun icrası barədə beş ay
müddətində Azərbaycan Respublikasının
Prezidentinə məlumat versin;
4.3. bu
Fərmandan irəli gələn digər
məsələləri həll etsin.
5. Azərbaycan
Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra
hakimiyyəti orqanlarının normativ hüquqi
aktlarının və normativ xarakterli aktların bu Fərmana
uyğunlaşdırılmasını təmin edib
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə
məlumat versin.
İlham
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri, 15 may 2014-cü il
¹
168
|
|
Azərbaycan
Respublikası Prezidentinin 2014-cü il 15 may
tarixli 168 nömrəli Fərmanı ilə TƏSDİQ
EDİLMİŞDİR |
Texnologiyalar
parkı haqqında
NÜMUNƏVİ
ƏSASNAMƏ
1. Ümumi
müddəalar
1.1. “Texnologiyalar
parkı haqqında Nümunəvi Əsasnamə” (bundan sonra –
Əsasnamə) “Yüksək Texnologiyalar Parkının
yaradılması haqqında” Azərbaycan Respublikası
Prezidentinin 2012-ci il 5 noyabr tarixli 736 nömrəli
Fərmanının 7.1.2-ci yarımbəndinin icrasını təmin
etmək məqsədi ilə hazırlanmışdır
və dövlət tərəfindən texnologiyalar
parklarının yaradılması, idarə edilməsi və
onlarda fəaliyyətin həyata keçirilməsi ilə
bağlı məsələləri tənzimləyir.
1.2. Bu
Əsasnamədə istifadə olunan anlayışlar
aşağıdakı mənaları ifadə edir:
1.2.1. texnologiyalar
parkı (bundan sonra – texnopark) – innovasiya məhsulunun və
yüksək texnologiyaların hazırlanması,
işlənilməsi və ya təkmilləşdirilməsi
məqsədi ilə elmi tədqiqatların və
təcrübə-konstruktor işlərinin aparılması,
onların nəticələrinin sənaye, xidmət və
digər sahələrdə tətbiqi
(kommersiyalaşdırılması) üçün zəruri
infrastrukturu, maddi-texniki bazası və idarəetmə qurumları
olan ərazi;
1.2.2. texnoparkın
idarəedici təşkilatı (bundan sonra – idarəedici
təşkilat) – texnoparkın fəaliyyətinin
təşkilini, idarə olunmasını və inkişaf
etdirilməsini həyata keçirən hüquqi şəxs;[2]
1.2.3. texnoparkın
operatoru (bundan sonra – operator) – səlahiyyətli orqan
tərəfindən müsabiqə əsasında
seçilən və idarəedici təşkilatla bağlanan
idarəetmə sazişi çərçivəsində ona
həvalə edilmiş funksiyaların icrasını təmin
edən hüquqi şəxs;
1.2.4. texnoparkın
rezidenti – bu Əsasnamə ilə müəyyən edilmiş
qaydada texnoparkın qeydiyyat şəhadətnaməsini
alıb, texnoparkda fəaliyyət göstərən hüquqi şəxs
və ya hüquqi şəxs yaratmadan sahibkarlıq
fəaliyyətini həyata keçirən fiziki şəxs;
1.2.5. innovasiya və ya
yüksək texnologiya layihəsi (bundan sonra – innovasiya
layihəsi) – texniki xüsusiyyətlərinə dair
tələblər, nəticələrinin sənaye, xidmət
və digər sahələrdə tətbiqi (kommersiyalaşdırılması)
imkanları və üsulları, maliyyələşmə
mənbələri, kadr potensialı və müddəti
göstərilməklə, innovasiya məhsulunun və ya
yüksək texnologiyaların hazırlanmasına,
işlənilməsinə və ya
təkmilləşdirilməsinə yönələn kompleks
elmi tədqiqatların, təcrübə-konstruktor
işlərinin və marketinq araşdırmalarının
həyata keçirilməsi planını əks etdirən
sənəd;
1.2.6. texnoloji biznes
inkubatoru (bundan sonra – inkubator) – innovasiya və ya yüksək
texnologiyalar üzrə yeni layihələrlə
məşğul olan fiziki şəxslərin, hüquqi
şəxslərin və ya hüquqi şəxs yaratmadan
sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki
şəxslərin fəaliyyətinin ilkin dövründə
inkubasiya xidmətləri göstərməklə
dəstəklənməsini təmin edən texnoparkın
struktur bölməsi;
1.2.7. inkubatorun rezidenti –
inkubatorun qeydiyyat şəhadətnaməsini alıb,
inkubatorda fəaliyyət göstərən fiziki şəxs,
hüquqi şəxs və ya hüquqi şəxs yaratmadan
sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki
şəxs;
1.2.8. inkubasiya
xidmətləri – innovasiya və ya yüksək texnologiyalar
üzrə yeni layihələrin həyata keçirilməsi
məqsədi ilə inkubatorun öz rezidentlərinə
göstərdiyi ofis və idarəetmə dəstəyi, kadr
hazırlığına, maliyyə mənbələrinin
əldə edilməsinə dəstək, texniki dəstək,
hüquqi, marketinq, icarə, lizinq və digər
xidmətlər;
1.2.9. texnologiya transferi –
texnoparkda həyata keçirilən elmi tədqiqatların
və təcrübə-konstruktor işlərinin
nəticələrinin realizə edilməsi yolu ilə
sənaye, xidmət və digər sahələrdə
tətbiqi (kommersiyalaşdırılması);
1.2.10. texnologiya transferi
mərkəzi – texnoparkın rezidenti ilə sənaye,
xidmət və digər sahələrdə fəaliyyət
göstərən hüquqi və fiziki şəxslər
arasında texnologiyanın transferi və bununla bağlı
texnoparkın rezidentinin əqli mülkiyyət
hüquqlarının qorunması sahəsində
xidmətlər göstərən texnoparkın struktur
bölməsi;
1.2.11.
mühəndis-kommunikasiya təminatı – texnoparkda infrastruktur
obyektlərinin istismarı üçün zəruri olan qaz,
istilik, rabitə, elektrik, su və kanalizasiya təminatı
vasitələri və qurğuları;
1.2.12. texnoparkın
infrastrukturu – torpaq sahələri, binalar,
qeyri-yaşayış sahələri, yol-nəqliyyat, sosial,
mədəni, ictimai iaşə, inzibati,
mühəndis-kommunikasiya təminatı və texnoparkın
fəaliyyətini təmin edən digər obyektlər
kompleksi.
1.3. Bu Əsasnamə
dövlət tərəfindən yaradılan texnoparklara şamil
edilir.
1.4. Texnopark
ixtisaslaşmış və qarışıq profilli ola
bilər.
2.
Texnoparkın yaradılması məqsədləri
2.0. Texnoparkın
yaradılması məqsədləri
aşağıdakılardır:
2.0.1. iqtisadiyyatın
davamlı inkişafı və rəqabət qabiliyyətinin
artırılması;
2.0.2. müasir elmi
və texnoloji nailiyyətlərə əsaslanan innovasiya
və yüksək texnologiyalar sahələrinin
genişləndirilməsi;
2.0.3. elmi
tədqiqatların aparılması və yeni texnologiyaların
işlənilməsi üzrə müasir komplekslərin
yaradılması.
3.
Texnoparkın yaradılması
3.1. Texnopark
dövlət elm və təhsil müəssisələri
yanında və ya müstəqil yaradılır.
3.2. Texnoparkın
yaradılması haqqında qərarı mərkəzi icra
hakimiyyəti orqanının və ya dövlət
müəssisəsinin (texnoparkın dövlət elm və
təhsil müəssisələri yanında yaradılması
barədə isə ─ Azərbaycan
Respublikası Nazirlər Kabinetinin) təklifləri
əsasında Azərbaycan Respublikasının Prezidenti
qəbul edir.
3.3. Texnoparkın
yaradılması haqqında qərarda onun
yaradılmasının məqsədi, fəaliyyət profili,
maliyyələşmə mənbələri, ərazisi,
idarə olunması və fəaliyyətinin təşkili
ilə bağlı məsələlər müəyyən
edilir.
3.4. Texnoparkın
yaradılması haqqında təklifə
aşağıdakı sənədlər əlavə edilir:
3.4.1. texnoparkın
yaradılmasının iqtisadi əsaslandırılması;
3.4.2. texnoparkın
təklif edilən fəaliyyət profili haqqında məlumat;
3.4.3. texnoparkın
fəaliyyət ərazisi (ərazi sərhədlərinin
dəqiq təsviri və ərazinin planı, yaradılması
təklif olunan texnoparkda yerləşən torpaqların tərkibi
haqqında məlumat, torpaq sahələrinin mülkiyyətçilərinin
və torpaq istifadəçilərinin siyahısı
göstərilməklə), sosial və digər infrastrukturla
təminatı imkanları haqqında məlumat;
3.4.4. yaradılması
təklif edilən texnoparkın əsasnaməsinin layihəsi;
3.4.5. texnoparkın
yaradılması ilə əlaqədar tədbirlər
planı.
3.5. Texnoparkın
yaradılması üçün ayrılan torpaq sahəsi:
3.5.1. məqsədli
təyinatına və hüquqi rejiminə görə
sənaye, nəqliyyat, rabitə və digər təyinatlı
torpaqlara aid olmalıdır;
3.5.2.
mühəndis-kommunikasiya təminatı sistemlərinə
çıxış imkanlarına malik olmalıdır;
3.5.3.
əşyaların və (və ya) hüquqların
yüklülüyündən azad olmalıdır;
3.5.4. “Ətraf
mühitin mühafizəsi haqqında” Azərbaycan
Respublikası Qanununun tələblərinə cavab
verməlidir.
3.6. Texnopark
üçün nəzərdə tutulmuş dövlət
mülkiyyətində olan torpaq sahələri, binalar və
qeyri-yaşayış sahələri (bundan sonra –
sahələr) icarəyə vermək hüququ ilə
idarəedici təşkilatın istifadəsinə verilir.
Texnoparka xüsusi mülkiyyətdə və ya
bələdiyyə mülkiyyətində olan torpaq
sahələri, binalar və qeyri-yaşayış
sahələri icarə əsasında və ya Azərbaycan
Respublikasının Mülki Məcəlləsində
müəyyən olunmuş digər əsaslarla cəlb edilir.
Texnoparka verilən infrastruktur obyektlərindən yalnız onun
fəaliyyət məqsədləri üçün
istifadə edilir.
4.
Texnoparkın fəaliyyətinin təşkili, idarə
olunması və inkişaf etdirilməsi
4.1. Texnoparkın
fəaliyyətinin təşkili, idarə olunması və
inkişaf etdirilməsi Azərbaycan Respublikasının
qanunvericiliyinə, texnoparkın əsasnaməsinə və
inkişaf konsepsiyasına uyğun olaraq idarəedici
təşkilat tərəfindən həyata keçirilir.
4.2. Texnoparkın daha
səmərəli idarə olunmasını təmin etmək
məqsədi ilə səlahiyyətli orqanın qərarı
ilə müsabiqə əsasında operator cəlb edilə
bilər.
4.3. İdarəedici
təşkilat və operator texnoparkın
fəaliyyətinə görə cavabdehdirlər. Operatorun
əsas fəaliyyəti texnoparkın idarə olunmasına dair
idarəetmə sazişi çərçivəsində
həvalə edilmiş funksiyaları icra etməkdən
ibarətdir. İdarəedici təşkilat və operator texnoparkın
(inkubatorun) rezidenti kimi fəaliyyət göstərə
bilməzlər.
4.4. Operator texnoparkı
onunla idarəedici təşkilat arasında bağlanan
idarəetmə sazişi əsasında idarə edir.
4.5. İdarəetmə
sazişində, bu Əsasnamənin müddəaları
nəzərə alınmaqla, aşağıdakılar
müəyyən edilir:
4.5.1. texnoparkın
fəaliyyətinin təşkili, idarə olunması və
inkişaf etdirilməsi sahəsində tərəflərin
hüquqları, vəzifələri və məsuliyyəti;
4.5.2. texnoparkın
fəaliyyətinin təşkili və idarə olunması
ilə bağlı xərclərin və gəlirlərin
bölüşdürülməsi qaydası;
4.5.3. idarəetmə
sazişinin müddəti;
4.5.4. texnoparkın
infrastrukturunun istismarı və saxlanılması şərtləri;
4.5.5. tərəflər
arasında yaranan mübahisələrin həlli qaydası
və qanunvericiliyə zidd olmayan digər müddəalar.
4.6. Texnoparkın
fəaliyyətinin təşkili məqsədi ilə
aşağıdakı tədbirlər həyata keçirilir:
4.6.1. texnoparkın
fəaliyyəti üçün ayrılmış ərazi
istifadəyə yararlı vəziyyətə gətirilir;
4.6.2. texnoparkın
infrastrukturu yaradılır;
4.6.3. inkubator və
texnologiya transferi mərkəzi yaradılır;
4.6.4. fəaliyyət
profilinə uyğun olaraq, innovasiya məhsulunun və
yüksək texnologiyaların hazırlanması, işlənilməsi
və təkmilləşdirilməsi üçün elmi
tədqiqatların və təcrübə-konstruktor
işlərinin həyata keçirilməsi ilə
bağlı xidmətlərin göstərilməsi
təşkil edilir.
4.7. İnkubator və
texnologiya transferi mərkəzindən başqa, texnoparkda
innovasiya fəaliyyətinin inkişafı və elmi
fəaliyyətin genişləndirilməsi məqsədi
ilə digər struktur bölmələri də yaradıla
bilər.
4.8. Texnopark ərazisinin
planlaşdırılması müvafiq tikinti ərazisi
üçün qüvvədə olan ərazi
planlaşdırılması sənədləri
əsasında həyata keçirilir.
4.9. İdarəedici
təşkilatın yaratdığı infrastruktur
obyektləri dövlət mülkiyyəti hesab edilir.
4.10. Elmi
tədqiqatların və təcrübə-konstruktor
işlərinin aparılması məqsədi ilə
texnoparkın rezidentinin vəsaiti hesabına qurulan istehsal
sahə, avadanlıq və qurğular rezidentin mülkiyyəti
hesab edilir.
4.11. Texnoparkın
yaradılması, idarə edilməsi və onda
fəaliyyətin həyata keçirilməsi ilə
bağlı bu Əsasnamədə müəyyən
olunmuş müddəalar nəzərə alınmaqla, hər
hansı bir texnoparkın əsasnaməsini səlahiyyətli
orqan, dövlət elm və təhsil
müəssisələri yanında yaradıldıqda isə
həmin müəssisə təsdiq edir.
5.
Səlahiyyətli orqanın funksiyaları
5.0. Səlahiyyətli
orqanın funksiyaları aşağıdakılardır:
5.0.1. texnoparkın
fəaliyyətinin təşkili, idarə olunması və
inkişafı ilə bağlı idarəedici təşkilata
kömək göstərir;
5.0.2. texnoparkın
fəaliyyəti barədə illik hesabat hazırlayır
və Azərbaycan Respublikasının Prezidentinə təqdim
edir;
5.0.3. texnoparkın
fəaliyyət profilinə uyğun olaraq, elmi
tədqiqatların və təcrübə-konstruktor
işlərinin həyata keçirilməsi, innovasiya
məhsulunun və yüksək texnologiyaların
hazırlanması, işlənilməsi və
təkmilləşdirilməsi sahələrində prioritet
istiqamətlərin müəyyənləşdirilməsi
ilə bağlı tədbirlər görür;
5.0.4. müsabiqə yolu
ilə operator seçir;
5.0.5. texnoparkın
ləğv edilməsi ilə bağlı Azərbaycan
Respublikasının Prezidentinə təkliflər verir;
5.0.5-1. texnoparkın idarəedici təşkilatı,
operatoru və ya rezidenti tərəfindən texnikanın,
texnoloji avadanlıqların və qurğuların
idxalının əlavə dəyər vergisindən və
gömrük rüsumlarından azad olunması məqsədilə
verilmiş təsdiqedici sənədlər və həmin
sənədlərdəki dəyişikliklər barədə
məlumatı üç iş günü müddətində
elektron qaydada Azərbaycan Respublikasının Vergilər
Nazirliyinə, Azərbaycan Respublikasının Maliyyə
Nazirliyinə və Azərbaycan Respublikasının
Dövlət Gömrük Komitəsinə təqdim edir;[3]
5.0.6. bu Əsasnamə
ilə müəyyən edilmiş digər funksiyaları
həyata keçirir.
6.
İdarəedici təşkilatın funksiyaları
6.1. İdarəedici
təşkilatın funksiyaları
aşağıdakılardır:
6.1.1. texnoparkın
fəaliyyətinin təşkili, idarə edilməsi və
inkişafı ilə bağlı tədbirlər
görür;
6.1.2. texnoparkın
infrastrukturuna xidmət göstərir, onun normal
fəaliyyətini təmin edir, cari və əsaslı
təmirini həyata keçirir;
6.1.3. texnoparkın
fəaliyyətini təşviq edir, texnoparkda innovasiya
məhsulunun və yüksək texnologiyaların
hazırlanması, işlənilməsi və
təkmilləşdirilməsi məqsədi ilə elmi
tədqiqatların və təcrübə-konstruktor
işlərinin həyata keçirilməsi ilə
bağlı hüquqi və fiziki şəxslərlə
danışıqlar aparır və onları cəlb edir;
6.1.4. texnoparkın
rezidentlərinin bu Əsasnamə ilə
müəyyənləşdirilmiş qaydada, inkubatorun
rezidentlərinin isə Azərbaycan Respublikası Nazirlər
Kabinetinin müəyyən etdiyi qaydada qeydiyyatını
aparır, habelə onların Azərbaycan Respublikası
Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada reyestrini
aparır;
6.1.5. texnoparkın
və inkubatorun rezidentlərinə Azərbaycan Respublikası
Nazirlər Kabinetinin müəyyən etdiyi formada qeydiyyat
şəhadətnaməsi verir;
6.1.6. texnoparkın
(inkubatorun) rezidentləri ilə texnoparkda (inkubatorda)
fəaliyyətin həyata keçirilməsinə dair
müqavilə bağlayır;
6.1.7. texnoparkda
(inkubatorda) fəaliyyətin həyata keçirilməsinə
dair texnoparkın (inkubatorun) rezidentləri ilə
bağlanmış müqavilələrin
şərtlərinə əməl olunmasına nəzarət
edir, həmin müqavilələr üzrə pozuntuların
aradan qaldırılması və vurulmuş zərərin
ödənilməsi ilə bağlı tədbirlər
görür;
6.1.8. bu
Əsasnamənin 4.7-ci bəndində nəzərdə
tutulmuş struktur bölmələrini yaradır və
onların fəaliyyətini təmin edir;
6.1.9. ofis, konsaltinq,
treninq, peşə hazırlığı, maliyyə, marketinq,
hüquq, logistika, rabitə, mühafizə, texniki
dəstək, lizinq, təşviqat xidmətləri və
texnoparkda səmərəli fəaliyyət üçün
digər xidmətlərin göstərilməsini bilavasitə
və ya müvafiq müqavilələr əsasında
təmin edir;
6.1.10. texnoparkda
fəaliyyətin həyata keçirilməsi, qanunvericilik
aktlarına və texnoparkın əsasnaməsinə
əməl edilməsi ilə bağlı texnoparkın
(inkubatorun) rezidentlərinə kömək göstərir;
6.1.11. texnoparkın
(inkubatorun) rezidentləri, habelə onlarla dövlət və
yerli özünüidarəetmə orqanları arasında
qarşılıqlı fəaliyyəti əlaqələndirir;
6.1.12. texnoparkın
inkişaf konsepsiyasını hazırlayır və
səlahiyyətli orqanla, dövlət elm və təhsil
müəssisəsi yanında yaradılan texnoparka
münasibətdə isə həmin müəssisə ilə
razılaşdırmaqla təsdiq edir;
6.1.13. texnoparkın
fəaliyyəti və inkişafı barədə
yarımillik hesabatı, habelə öz illik maliyyə
hesabatını auditor rəyi ilə birlikdə
səlahiyyətli orqana, dövlət elm və təhsil
müəssisəsi yanında yaradılan texnoparka
münasibətdə isə həmin müəssisəyə
təqdim edir;
6.1.14. texnoparkın
(inkubatorun) rezidentlərinin fəaliyyəti haqqında
hesabat-statistik məlumatlar alır;
6.1.15. texnoparkda
səlahiyyətli orqanın və digər dövlət
orqanlarının qanunvericiliklə müəyyən
edilmiş səlahiyyətlərinin həyata
keçirilməsi üçün şərait yaradır;
6.1.16. texnoparkın
idarə olunması üçün operator seçildiyi halda,
onunla idarəetmə sazişi bağlayır, idarəetmə
sazişindən irəli gələn funksiyaları operatorun
həyata keçirməsinə nəzarət edir;
6.1.17. texnoparkın
fəaliyyət profili üzrə elmi tədqiqatların və
təcrübə-konstruktor işlərinin həyata
keçirilməsi məqsədi ilə texnoparkın
(inkubatorun) rezidentləri ilə yerli və xarici elmi
tədqiqat və ali təhsil müəssisələrinin
fəaliyyətini əlaqələndirir, elmi-texniki və
innovasiya sahələrində əməkdaşlığı
təşkil edir;
6.1.18. texnoparkın
(inkubatorun) rezidentlərində dövlət orqanlarının
apardığı yoxlamalarda rezidentlərin dəvəti
əsasında iştirak edir;
6.1.19. texnoparkın
(inkubatorun) rezidentləri və onlarla operator arasında
mübahisələrin danışıqlar yolu ilə
həllinə kömək edir;
6.1.20. bu Əsasnamə
və idarəetmə sazişi ilə müəyyən
edilmiş digər funksiyaları həyata keçirir.
6.2. Texnoparkın
idarə edilməsi üçün operator seçildiyi halda,
bu Əsasnamənin 6.1.2-ci, 6.1.3-cü, 6.1.6-cı, 6.1.7-ci,
6.1.9-cu, 6.1.10-cu, 6.1.15-ci və 6.1.17-ci
yarımbəndlərində göstərilən
funksiyaları operator həyata keçirir.
7.
İdarəedici təşkilatın gəlirləri
7.1. İdarəedici
təşkilatın gəlirləri aşağıdakı
mənbələrdən formalaşır:
7.1.1. texnoparkın sahələrinin
icarəyə verilməsindən əldə olunan
gəlirdən (dövlət əmlakının icarəyə
verilməsindən əldə olunan icarə haqqının
“İcarə haqqında” Azərbaycan Respublikasının
Qanunu ilə müəyyən edilmiş hissəsindən);
7.1.2. texnoparkın idarə edilməsinə
görə alınan haqlardan;
7.1.3. kredit, qrant və
ianələrdən;
7.1.4. texnoparkda səmərəli
fəaliyyət üçün bu Əsasnamənin 6.1.9-cu
yarımbəndinə uyğun olaraq təşkil edilən
xidmətlərdən və qadağan olunmayan digər
mənbələrdən.
7.2. Texnoparkın sahələri texnoparkın
(inkubatorun) rezidentlərinə idarəedici təşkilat
tərəfindən icarəyə verilir.
7.3. Texnoparkın idarə
edilməsinə görə haqqa bu Əsasnamənin 6.1.2-ci
yarımbəndinə uyğun olaraq texnoparkın
infrastrukturunun saxlanılması xərcləri daxildir və bu
xərcləri texnoparkın rezidentləri ödəyirlər.
Texnoparkın idarə olunmasına görə haqqı
idarəedici təşkilat gəlir və xərcləri
nəzərə almaqla müəyyən edir.
7.4. Texnoparkda icarə əsasında
istifadə olunan sahələrin qaz, istilik, rabitə, elektrik,
su, kanalizasiya təminatı və məişət
tullantılarının yığılması
xidmətlərinin xərcləri bu Əsasnamənin 7.3-cü
bəndində nəzərdə tutulan xərclərə daxil
deyildir və texnoparkın rezidentləri tərəfindən
ayrıca ödənilir.
7.5. Bu Əsasnamənin 7.3-cü
bəndində nəzərdə tutulan xərclərdə texnoparkın
rezidentinin payı onun icarəyə götürdüyü
sahənin ölçüsünə görə
müəyyən edilir.
7.6. Texnoparkın idarə olunması
üçün operator seçildiyi halda, bu Əsasnamənin
7.1-ci bəndində nəzərdə tutulan gəlirlər
idarəetmə sazişi ilə müəyyən edilmiş
qaydada bölüşdürülür.
8.
Texnoparkın rezidentinin fəaliyyəti
8.1. Texnoparkın rezidenti texnoparkda
fəaliyyətini Azərbaycan Respublikasının
qanunvericiliyinə, bu Əsasnaməyə və idarəedici
təşkilatla (operatorla) bağladığı
müqaviləyə əsasən həyata keçirir.
8.2. Texnoparkda fəaliyyət
göstərmək üçün hüquqi və fiziki
şəxslər bu Əsasnamə ilə müəyyən
edilmiş qaydada qeydiyyatdan keçərək, texnoparkın
qeydiyyat şəhadətnaməsini almalıdırlar.
8.3. Hüquqi və fiziki
şəxslər texnoparkın rezidenti kimi qeydiyyatdan
keçmək üçün ərizə ilə
idarəedici təşkilata müraciət edirlər.
Ərizə formasını və ona əlavə edilən
sənədlərin siyahısını Azərbaycan
Respublikasının Nazirlər Kabineti müəyyən edir.
Qeydiyyat prosedurunun ümumi müddəti iyirmi iş
günüdür.
8.4. İdarəedici təşkilat
ərizəni qeydiyyata alır və ərizəçiyə
qeydiyyatı təsdiq edən sənəd (arayış) verir.
İdarəedici təşkilat ərizənin qeydiyyata
alındığı tarixdən üç iş
günü müddətində ərizəçinin
ərizəsinin və ona əlavə edilmiş
sənədlərin bu Əsasnamənin 8.3-cü bəndinin
ikinci cümləsinin tələblərinə
uyğunluğunu yoxlayır. Ərizə müvafiq formada
tərtib edilmədikdə və (və ya) ona əlavə
edilməli bütün sənədlər təqdim edilmədikdə,
ərizənin qeydiyyata alındığı tarixdən
üç iş günündən gec olmayaraq idarəedici
təşkilat, həmin çatışmazlıqları göstərməklə,
ərizəçiyə bu barədə yazılı
məlumat verir. Bu zaman qeydiyyat müddətinin axımı
dayandırılır və dayandırılmış müddət
qeydiyyat prosedurunun ümumi müddətinə daxil edilmir.
8.5. Ərizəçi yazılı
məlumatı aldığı vaxtdan ən geci on beş
iş günü müddətində həmin
çatışmazlıqları aradan qaldırmalıdır.
Ərizəçi çatışmazlıqları aradan
qaldırdıqdan sonra qeydiyyat prosedurunun ümumi
müddətinin axımı bərpa edilir.
8.6. İdarəedici təşkilat
ərizəçinin təqdim etdiyi innovasiya layihəsini
qiymətləndirilmək üçün texnoparkın
ekspertlər şurasına göndərir.
8.7. Texnoparkın ekspertlər
şurasını səlahiyyətli orqan, dövlət elm
və təhsil müəssisəsi yanında yaradılan
texnoparka münasibətdə isə həmin
müəssisə yaradır. Ekspertlər şurası
Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi
əsasnaməyə uyğun fəaliyyət göstərir.
8.8. Ərizəçinin təqdim
etdiyi innovasiya layihəsi aşağıdakı meyarlar
əsasında qiymətləndirilir:
8.8.1. layihənin texnoparkın
fəaliyyət profilinə uyğunluğu;
8.8.2. layihənin elmi
tədqiqatların və təcrübə-konstruktor
işlərinin həyata keçirilməsi, innovasiya
məhsulunun və ya yüksək texnologiyaların
hazırlanması, işlənilməsi və
təkmilləşdirilməsi sahəsində
prioritetlərə uyğunluğu;
8.8.3. layihənin innovasiya və ya
yüksək texnologiya yönlü olması.
8.9. Ərizəçinin təqdim
etdiyi innovasiya layihəsinin bu Əsasnamənin 8.8-ci
bəndində nəzərdə tutulan meyarlara uyğunluğu
ekspertlər şurası haqqında əsasnamədə
müəyyən edilən qaydada texnoparkın ekspertlər
şurası tərəfindən qiymətləndirilir.
8.10. Texnoparkın ekspertlər
şurası ərizəçinin təqdim etdiyi innovasiya
layihəsinin bu Əsasnamənin 8.8-ci bəndində
nəzərdə tutulan meyarlara uyğun olub-olmamasına dair
rəyini qeydiyyat prosedurunun ümumi müddətinin on
beşinci iş günündən gec olmayaraq idarəedici
təşkilata təqdim edir.
8.11. Texnoparkın ekspertlər
şurasının innovasiya layihəsinin bu Əsasnamənin
8.8-ci bəndində nəzərdə tutulan meyarlara uyğun
olmamasına dair rəyi olduqda, habelə ərizədə
və ona əlavə edilən sənədlərdə
aşkar edilmiş çatışmazlıqlar bu
Əsasnamənin 8.5-ci bəndində müəyyən
edilmiş müddətdə aradan qaldırılmadıqda,
idarəedici təşkilat qeydiyyat prosedurunun ümumi
müddəti çərçivəsində
ərizəçinin texnoparkın rezidenti kimi qeydiyyata alınmasından
imtina haqqında qərar qəbul edir və bu barədə
ərizəçiyə yazılı məlumat verir.
8.12. İdarəedici təşkilat
texnoparkın ekspertlər şurasının innovasiya
layihəsinin bu Əsasnamənin 8.8-ci bəndində
nəzərdə tutulan meyarlara uyğun olmasına dair
rəyi əsasında qeydiyyat prosedurunun ümumi
müddəti çərçivəsində
ərizəçinin texnoparkın rezidenti kimi qeydiyyata alınması
haqqında qərar qəbul edərək, texnoparkın
qeydiyyat şəhadətnaməsini ərizəçiyə
təqdim edir. Hüquqi və fiziki şəxslər
texnoparkın qeydiyyat şəhadətnaməsinin verildiyi
tarixdən texnoparkın rezidenti hesab edilirlər.
8.13. Texnoparkın rezidenti qeydiyyat
şəhadətnaməsini aldıqdan sonra otuz gün
müddətində idarəedici təşkilatla (operatorla)
texnoparkda fəaliyyətin həyata keçirilməsinə
dair müqavilə və idarəedici təşkilatla
fəaliyyət göstərəcəyi sahənin icarə
müqaviləsini bağlayır.
8.14. İdarəedici təşkilatla
(operatorla) texnoparkın rezidenti arasında texnoparkda
fəaliyyətin həyata keçirilməsinə dair
bağlanan müqavilədə aşağıdakılar
öz əksini tapmalıdır:
8.14.1. texnoparkda həyata
keçiriləcək elmi tədqiqatlar və
təcrübə-konstruktor işləri, hazırlanacaq innovasiya
məhsulu və ya yüksək texnologiyalar,
görüləcək iş və xidmətlər;
8.14.2. innovasiya layihəsi
üzrə işlərə başlanma tarixi;
8.14.3. texnoparkın idarə
edilməsinə, həmçinin texnoparkda səmərəli
fəaliyyət üçün təşkil olunan
xidmətlərə görə haqqın məbləği;
8.14.4. müqavilənin
müddəti;
8.14.5. tərəflərin
hüquqları, vəzifələri və məsuliyyəti;
8.14.6. tərəflər arasında
yaranan mübahisələrin həlli qaydası.
8.15. Texnoparkın rezidentinin
vəzifələri aşağıdakılardır:
8.15.1. öz fəaliyyətini
Azərbaycan Respublikasının qanunvericiliyinə, bu
Əsasnaməyə və idarəedici təşkilatla
(operatorla) bağlanmış müqaviləyə uyğun
təşkil etmək;
8.15.2. icarə haqlarını və
texnoparkın saxlanılması ilə bağlı
xərcləri ödəmək;
8.15.3. öz fəaliyyəti
barədə hesabat-statistik məlumatları tərtib etmək
və idarəedici təşkilata təqdim etmək.
8.16. Texnoparkda fəaliyyətin
həyata keçirilməsinə dair müqavilə
tərəflərin razılaşması ilə
müəyyən edilən müddətə bağlanır.
Müqavilənin müddətinin bitməsinə otuz gün
qalmış tərəflərdən biri müqavilənin
ləğv edilməsi ilə bağlı digər
tərəfə bildiriş təqdim etməmişdirsə,
müqavilə əvvəlki müddətə
uzadılmış hesab edilir.
8.17. Texnoparkın rezidenti
müqavilədə göstərilən müddətdə
innovasiya layihəsi üzrə işlərə
başlamadıqda, idarəedici təşkilat (operator)
texnoparkın rezidentinə bildiriş təqdim edir.
Bildirişdə texnoparkın rezidentinə innovasiya layihəsi
üzrə işlərə başlanılması
üçün əlavə olaraq bir ildən çox olmayan
müddət təyin edilir.
8.18. Texnoparkda fəaliyyətin
həyata keçirilməsinə dair imzalanmış
müqaviləyə aşağıdakı hallarda xitam verilir:
8.18.1. müqavilənin
müddəti başa çatdıqda;
8.18.2. üç ay
əvvəldən idarəedici təşkilatı (operatoru)
xəbərdar etməklə, texnoparkın rezidentinin
tələbi ilə;
8.18.3. texnoparkın rezidenti innovasiya
layihəsi üzrə işlərə bu Əsasnamənin
8.17-ci bəndinə uyğun olaraq verilən bildirişlə
müəyyən olunmuş müddətdə
başlamadıqda, idarəedici təşkilatın (operatorun)
təşəbbüsü ilə;
8.18.4. texnopark ləğv
edildikdə;
8.18.5. Azərbaycan
Respublikasının Mülki Məcəlləsində
nəzərdə tutulan digər hallarda.
8.19. Bu Əsasnamənin 8.18-ci
bəndində göstərilən əsaslarla texnoparkda
fəaliyyətin həyata keçirilməsinə dair
müqaviləyə xitam verilməsi texnoparkın rezidentinin
fəaliyyət göstərdiyi sahənin icarə
müqaviləsinin, texnoparkın rezidentinin qeydiyyatının
və qeydiyyat şəhadətnaməsinin ləğvinə
səbəb olur.
8.20. Bu Əsasnamənin 8.18-ci
bəndində göstərilən əsaslar üzrə
texnoparkda fəaliyyətin həyata keçirilməsinə
dair müqaviləyə xitam verildikdə, texnoparkın
rezidenti aşağıdakılardan birini seçməklə,
mülkiyyətində olan istehsal sahəsinin, avadanlıq
və qurğuların müqəddəratını
müəyyən edir:
8.20.1. texnoparkın rezidenti
tərəfindən istehsal sahəsinin, avadanlıq və
qurğuların özgəninkiləşdirilməsi;
8.20.2. texnoparkın rezidenti
tərəfindən istehsal sahəsinin, avadanlıq və
qurğuların sökülərək aparılması və
ya məhv edilməsi (utilizasiyası);
8.20.3. razılaşma yolu ilə
istehsal sahəsinin, avadanlıq və qurğuların
idarəedici təşkilat (operator) tərəfindən
əldə edilməsi, yaxud sökülməsi,
daşınması və ya məhv edilməsi
(utilizasiyası) və həmin işlərlə bağlı
xərclərin texnoparkın rezidenti tərəfindən
ödənilməsi.
8.21. İdarəedici
təşkilat (operator) bu Əsasnamənin 8.20-ci
bəndində göstərilən məsələlərin
həllində texnoparkın rezidentinə kömək
göstərməlidir.
8.22. Ərizəçi
texnoparkın rezidenti kimi qeydiyyata alınmasından imtina
qərarından, texnoparkın rezidenti isə qeydiyyatına
və texnoparkda fəaliyyətin həyata keçirilməsinə
dair imzalanmış müqaviləyə xitam
verilməsindən inzibati qaydada və məhkəməyə
şikayət etmək hüququna malikdirlər.
9.
İnkubatorun rezidentinin fəaliyyəti
9.1. İnkubatorun
rezidenti inkubatorda fəaliyyətini Azərbaycan
Respublikasının qanunvericiliyinə, bu Əsasnaməyə
və idarəedici təşkilatla (operatorla)
bağladığı müqaviləyə əsasən
həyata keçirir.
9.2. Hüquqi və
fiziki şəxslər inkubatorun qeydiyyat
şəhadətnaməsinin verildiyi tarixdən inkubatorun
rezidenti hesab edilirlər.
9.3. İnkubatorun
rezidenti qeydiyyat şəhadətnaməsini aldıqdan sonra
otuz gün müddətində idarəedici təşkilatla
(operatorla) inkubatorda fəaliyyətin həyata
keçirilməsinə dair müqavilə və idarəedici
təşkilatla fəaliyyət göstərəcəyi
sahənin (torpaq sahəsi istisna olmaqla) icarə
müqaviləsini bağlayır. Hər iki müqavilə
üç ildən çox olmayan müddətə
bağlanır.
9.4. İnkubatorun
rezidenti bu Əsasnamənin 7.3-cü və 7.4-cü
bəndlərində nəzərdə tutulmuş
xərcləri ödəmir.
9.5. İnkubatorun
rezidenti eyni vaxtda texnoparkın rezidenti ola bilməz.
10.
Texnoparkın torpaq sahələrindən istifadə
10.1. Texnoparkın
ərazisində dövlət mülkiyyətində olan torpaq
sahələri üzərində idarəetməni
texnoparkın fəaliyyəti müddətində idarəedici
təşkilat bu Əsasnamə ilə müəyyən
edilmiş qaydada həyata keçirir.
10.2. Texnoparkın torpaq
sahələrindən istifadə olunması texnoparkın
rezidenti ilə idarəedici təşkilat arasında
bağlanan icarə müqaviləsi əsasında həyata
keçirilir.
10.3. Texnoparkın
ərazisində torpaq sahələri texnoparkın
rezidentlərinə texnoparkda fəaliyyətin həyata
keçirilməsinə dair bağlanmış
müqavilənin müddətinə uyğun olaraq
icarəyə verilir.
10.4. Texnoparkın
rezidentinə icarəyə verilmiş torpaq sahəsinin
digər şəxslərə ikinci əldən
icarəyə verilməsinə
və ya texnoparkda fəaliyyətin həyata
keçirilməsinə dair bağlanmış
müqavilədə göstərilməyən
məqsədlər üçün istifadəsinə yol
verilmir.
10.5. Texnoparkda
fəaliyyətin həyata keçirilməsinə dair
müqaviləyə xitam verilməsi texnoparkın rezidenti
ilə bağlanmış torpaq icarəsi müqaviləsinin
ləğvi üçün əsasdır.
11. Birgə texnopark
11.1. Dövlət,
bələdiyyə və xüsusi mülkiyyətdə olan
torpaqlarda birgə texnopark yaradıla bilər. Birgə
texnoparkın yaradılması haqqında qərarı dövlət
mülkiyyətində olan torpaqlara münasibətdə
mərkəzi icra hakimiyyəti orqanının və ya
dövlət müəssisəsinin (birgə texnoparkın
dövlət elm və təhsil müəssisələri
yanında yaradılması barədə isə ─ Azərbaycan Respublikası Nazirlər Kabinetinin)
təklifinə əsasən Azərbaycan Respublikasının
Prezidenti, bələdiyyə mülkiyyətində olan
torpaqlara münasibətdə müvafiq bələdiyyə, xüsusi
mülkiyyətdə olan torpaqlara münasibətdə isə
xüsusi mülkiyyətçi qəbul edir.
11.2. Birgə
texnoparkın fəaliyyətinin təşkili və idarə
olunması xərcləri dövlətin,
bələdiyyənin və xüsusi mülkiyyətçinin
iştirak payına uyğun olaraq müəyyən edilir.
11.3. Birgə
texnoparkın fəaliyyətinin təşkili və idarə
olunması qaydasını Azərbaycan Respublikasının
Nazirlər Kabineti müəyyən edir.
12.
Texnoparkın yaradılması və fəaliyyəti ilə
bağlı işlərin maliyyələşdirilməsi
Texnoparkın yaradılması və
fəaliyyətinin təşkili dövlət büdcəsinin
vəsaiti, idarəedici təşkilatın əldə etdiyi
gəlirlər və qadağan olunmayan digər
mənbələr hesabına maliyyələşdirilir.
13.
Texnoparkın ləğvi
13.1. Texnoparkın
ləğvi haqqında qərarı Azərbaycan
Respublikasının Prezidenti qəbul edir.
13.2. Texnoparkın
ləğvi onun idarəedici təşkilatının
ləğvinə səbəb olmur.
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ
SƏNƏDLƏRİNİN SİYAHISI
1.
7 avqust
2017-ci il tarixli 1574
nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (“Xalq”
qəzeti, 8 avqust 2017-ci il, ¹ 170,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹
8, maddə 1521)
2.
22 fevral
2019-cu il tarixli 543
nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 2, maddə 242)
3.
12 iyun 2019-cu il tarixli 735 nömrəli
Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹6, maddə
1027)
FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
7 avqust 2017-ci il tarixli 1574 nömrəli Azərbaycan
Respublikası Prezidentinin Fərmanı (“Xalq”
qəzeti, 8 avqust 2017-ci il, ¹ 170,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹
8, maddə 1521)
ilə 3-cü hissəyə “Rabitə” sözündən
əvvəl “Nəqliyyat,”
sözü əlavə edilmişdir.
[2]
12 iyun 2019-cu il tarixli 735
nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2019-cu il, ¹6, maddə 1027) ilə “Texnologiyalar
parkı haqqında Nümunəvi Əsasnamə”nin 1.2.2-ci
yarımbəndində “dövlətə
məxsus kommersiya hüquqi şəxsi” sözləri “hüquqi şəxs”
sözləri ilə əvəz edilmişdir.
[3]
22 fevral 2019-cu il tarixli 543 nömrəli Azərbaycan
Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2019-cu il, ¹ 2, maddə 242)
ilə “Texnologiyalar parkı haqqında Nümunəvi
Əsasnamə”yə yeni
məzmunda 5.0.5-1-ci yarımbənd əlavə edilmişdir.