Ali təhsil
müəssisələrinin bakalavriat və magistratura
səviyyələrində,
əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının
magistratura səviyyəsində kredit sistemi ilə
tədrisin təşkili Qaydalarının təsdiq
edilməsi haqqında[1]
AZƏRBAYCAN RESPUBLİKASI
NAZİRLƏR KABİNETİNİN QƏRARI
Azərbaycan
Respublikası Prezidentinin 2009-cu il 22 may tarixli 295 nömrəli
Sərəncamı ilə təsdiq edilmiş 2009-2013-cü
illərdə Azərbaycan Respublikasının ali təhsil
sistemində islahatlar üzrə Dövlət Proqramının
həyata keçirilməsi üzrə Tədbirlər Planının 2.32-ci
bəndinin icrasını təmin etmək məqsədi
ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Ali təhsil
müəssisələrinin bakalavriat və magistratura
səviyyələrində,
əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli
Elmlər Akademiyasının magistratura səviyyəsində
kredit sistemi ilə tədrisin təşkili Qaydaları
təsdiq edilsin (əlavə olunur).
Azərbaycan
Respublikasının Baş naziri
Artur Rasi-zadə
Bakı şəhəri, 24 dekabr 2013-cü il
№ 348
|
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2013-cü il
24 dekabr tarixli 348 nömrəli qərarı ilə TƏSDİQ
EDİLMİŞDİR |
Ali təhsil
müəssisələrinin bakalavriat və magistratura
səviyyələrində,
əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının
magistratura səviyyəsində kredit sistemi ilə
tədrisin təşkili[2]
Q A Y D A L A R
I
1. Ümumi
müddəalar
1.1. Bu Qaydalar Təhsil
haqqında Azərbaycan Respublikasının Qanununa,
Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 22 may tarixli 295
nömrəli Sərəncamı ilə təsdiq edilmiş 2009-2013-cü
illərdə Azərbaycan Respublikasının ali təhsil
sistemində islahatlar üzrə Dövlət Proqramının
həyata keçirilməsi üzrə Tədbirlər Planına,
Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq
qərarları ilə təsdiq edilmiş Ali təhsil
pilləsinin dövlət standartı və proqramına,
Bakalavriat təhsilinin məzmunu və təşkili Qaydalarına,
Magistratura təhsilinin məzmunu, təşkili və magistr
dərəcələrinin verilməsi Qaydalarına və
Avropa Kredit Transfer Sisteminə uyğun olaraq
hazırlanmışdır.
1.2. Bu Qaydalar
tabeliyindən, mülkiyyət növündən və
təşkilati-hüquqi formasından asılı olmayaraq,
Azərbaycan Respublikasının ərazisində
fəaliyyət göstərən bütün ali təhsil
müəssisələrinə və
Azərbaycan Milli Elmlər Akademiyasına (bundan sonra - AMEA)
şamil edilir. Azərbaycan Respublikasında müvafiq qaydada
dövlət qeydiyyatına alınmış, fəaliyyətinə
lisenziya verilmiş xarici ölkələrin ali təhsil
müəssisələri və (və ya) filialları öz
ölkələrində mövcud olan tədrisin təşkili
qaydalarını həmin təhsil
müəssisələrində tətbiq edə bilərlər.[3]
1.3. Kredit sistemi
əsasında təşkil olunmuş tədris prosesinin
xüsusiyyətləri aşağıdakılardan ibarətdir:
1.3.1. hər bir
təhsilalanın (bundan sonra tələbənin) fərdi
tədris planının olması və onların bu planın
tərtib edilməsində iştirak etməsi;
1.3.2. ali təhsil
müəssisəsinin və
AMEA-nın tədris planlarına uyğun olaraq, tədris
fənlərinin, semestrlər üzrə kreditlərin
miqdarının, təhsilverənlərin və akademik
məsləhətçilərin (tyutorların) seçiminin
sərbəstliyinin təmin edilməsi;[4]
1.3.3. təhsil
prosesinə akademik məsləhətçilərin (tyutorların)
cəlb olunması;
1.3.4.
tələbəyə sərbəst iş üçün şəraitin
yaradılması;
1.3.5. biliyin
qiymətləndirilməsində çoxballı sistemin tətbiq
edilməsi;
1.3.6. hər semestrdə
tədris qruplarının fənlər üzrə
formalaşdırılması;
1.3.7. hər bir fənn
üzrə ayrıca jurnalın tərtib edilməsi;[5]
1.3.8. tələbə
və təhsilverənlərin mobilliyinin təmin olunması;
1.3.9. təhsilalma
müddətinin tələbənin nailiyyətindən
asılı olması (xüsusi təyinatlı ali təhsil
müəssisələri istisna olmaqla);
1.3.10.
fakültələrin, kafedraların, ixtisasların,
fənlərin, müəllimlərin və
tələbələrin kodlaşdırılması.
1.4. Ali təhsil
müəssisəsi və AMEA
tələbələri kredit sisteminin təşkili
qaydaları ilə tanış etməli və təhsil
müddətində tələbəyə tədris planında
nəzərdə tutulmuş krediti qazanmasına şərait
yaratmalıdır.
1.5. Ali təhsil
müəssisələrində və
AMEA-da kredit sistemi ilə tədrisin təşkili müvafiq
qurumlar (tədris hissəsi, qeydiyyat, qiymətləndirmə,
monitorinq bölmələri) tərəfindən
tənzimlənir.[6]
1.6. Bu Qaydalar ali
təhsilin əyani (tədrisə
tam cəlb olunma - fulltime və tədrisə qismən cəlb
olunma - parttime) və qiyabi təhsilalma formalarına
şamil edilir.[7]
1.7. Bu Qaydaların
icrası ilə bağlı tələb olunan xərclərin
maliyyələşdirilməsi dövlət sifarişi ilə
təhsil alan tələbələrə görə ali təhsil
müəssisələrinə və
AMEA-ya dövlət büdcəsindən ayrılan vəsaitlər,
habelə həmin müəssisələr və AMEA tərəfindən ödənişli
təhsildən, sahibkarlıq fəaliyyətindən və
qanunvericiliyə uyğun olaraq həyata keçirilən digər
fəaliyyətlərdən əldə olunan vəsaitlər
hesabına təmin edilir.
2. Əsas
anlayışlar
2.1. Bu Qaydalarda
istifadə olunan əsas anlayışlar
aşağıdakı mənaları ifadə edir:
2.1.1. təhsil krediti fənnin məzmununa və
həcminə uyğun olaraq, onun mənimsənilməsinə
ayrılan vaxtın ölçü vahididir;
2.1.2. ixtisasın (ixtisaslaşmanın) tədris planı
ali təhsilin müvafiq səviyyəsində ixtisas
(ixtisaslaşmalar) üzrə təhsil proqramlarına uyğun
olaraq, tədris olunan fənlərə və
auditoriyadankənar məşğələlərə
ayrılan saatların miqdarını müəyyən edən
əsas tənzimləyici sənəddir;
2.1.3. ixtisasın (ixtisaslaşmanın) tədris qrafiki
ixtisasın (ixtisaslaşmanın) tədris planında
göstərilmiş fənlərin tədris illəri üzrə bölgüsünü
əks etdirən sənəddir;
2.1.4. tələbənin fərdi tədris planı
tələbənin tədris ili ərzində təhsil
alacağı fənləri, onların müvafiq kreditlərini,
fənlər üzrə müəllimlərin siyahısını
əks etdirən sənəddir;
2.1.5. ixtisaslar (ixtisaslaşmalar) üzrə illik işçi tədris
planı ixtisasın (ixtisaslaşmanın) tədris
planına və tələbələrin fərdi tədris
planlarına uyğun hazırlanmış, cari tədris
ilində tədris olunacaq fənlərin adlarını,
dərsin növlərini, fənlərin kreditlərini və
tələbələrin sayını özündə əks
etdirən sənəddir;
2.1.6. müəllimin illik işçi tədris planı
müəllimin tədris etdiyi fənləri, mühazirə və
məşğələlərə (laboratoriya
işlərinə) ayrılan saatların miqdarını,
həmin fənlərin semestrlər üzrə tədrisini,
həmçinin fənn üzrə tələbələrin
sayını özündə əks etdirən sənəddir;
2.1.7. tələbənin sərbəst işi
tələbənin tapşırıqları sərbəst
və müəllimin rəhbərliyi ilə auditoriyadankənar
həyata keçirdiyi müstəqil işidir;
2.1.8. akademik məsləhətçi (tyutor) ali təhsil
müəssisələrində və
AMEA-da tədris məsləhətçisidir;
2.1.9. akademik mobillik tələbənin və
professor-müəllim heyətinin ölkədaxili və xarici
ölkələrin ali təhsil müəssisələrində və AMEA-da müvafiq olaraq
sərbəst təhsil almaq və akademik fəaliyyət
göstərmək hüququdur;
2.1.10. Avropa Kredit Transfer Sistemi (AKTS) təhsil proqramı
ilə müəyyən olunmuş kompetensiyalara nail olmaq üçün
tələbənin iş yükünü və təhsilalma
istiqamətini müəyyənləşdirən sistemdir. Bu
sistem, həmçinin tələbələrin mobilliyini təmin
edir və təhsil proqramlarının dövlətlərarası
müqayisəsi və tanınması prosedurlarını
asanlaşdırır;
2.1.11. prerekvizit fənlər tədrisi ilk növbədə
zəruri olan fənlərdir;
2.1.12. akademik transkript tələbənin təhsil
müddətində keçdiyi fənlər üzrə
topladığı kreditləri və qiymətləri
(rəqəm və hərflərlə) özündə əks
etdirən sənəddir;
2.1.13. fənlər üzrə qeydiyyat
tələbələrin təhsil müəssisəsinin və AMEA-nın müəyyən
etdiyi qaydada fənləri seçmə prosedurudur;
2.1.14. Ümumi Orta Müvəffəqiyyət Göstəricisi (ÜOMG)
tələbənin təhsil proqramını
mənimsəmə səviyyəsinin göstəricisidir. ÜOMG
tələbənin tədris fəaliyyətini
fəallaşdırmaq, özünənəzarət mexanizmini yaratmaq,
tədrisdə əldə etdiyi nailiyyətlərini
qiymətləndirmək məqsədi ilə tətbiq edilir;
2.1.15. akademik təqvim ali təhsil müəssisəsində
və AMEA-da tədris ili
üzrə nəzərdə tutulmuş tədbirləri özündə
əks etdirən sənəddir;
2.1.16. müvəffəqiyyətlə təhsil alan
tələbə - fərdi tədris planında qeyd olunan
bütün fənlər üzrə müəyyən olunmuş kreditləri
qazanan tələbədir;
2.1.17. akademik borcu olan tələbə - fərdi tədris
planında qeyd olunan fənlərin ən azı birindən
müəyyən olunmuş krediti qazana bilməyən
tələbədir;
2.1.18. tədrisə tam
cəlb olunma (fulltime) - ixtisasın təhsil proqramı
ilə müəyyən olunmuş normativ təhsil
müddətinə uyğun, tədris qrafiki ali təhsil
müəssisəsi tərəfindən planlaşdırılan
əyani təhsilalma formasının növüdür;
2.1.19. tədrisə
qismən cəlb olunma (parttime) - ixtisasın tədris
planına uyğun, hər semestrdə iki fəndən az
olmamaqla, tədris qrafiki tələbə tərəfindən
planlaşdırılan əyani təhsilalma formasının
növüdür;
2.1.20. cari
qiymətləndirmə - fənn üzrə
tələbənin semestr müddətində fəaliyyətinin
qiymətləndirilməsidir;
2.1.21. aralıq
qiymətləndirmə - fənn üzrə
tələbənin imtahan zamanı bilik və
bacarıqlarının qiymətləndirilməsidir.[8]
3. Tədris
prosesi
3.1.
Tədris-metodiki təminat
3.1.1. Ali təhsil
müəssisələrində və
AMEA-da tələbələrin təhsili ixtisas
(ixtisaslaşma) üzrə təhsil proqramı əsasında
həyata keçirilir. Ayrı-ayrı ixtisaslar (ixtisaslaşmalar)
üzrə tədrisin təşkili və təhsil prosesinin
tədris-metodiki təminatı Təhsil haqqında
Azərbaycan Respublikası Qanununun, Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli 75 nömrəli
qərarı ilə təsdiq edilmiş Ali təhsil
pilləsinin dövlət standartı və proqramının,
2010-cu il 24 iyun tarixli 117 nömrəli qərarı ilə
təsdiq edilmiş Bakalavriat təhsilinin məzmunu və
təşkili Qaydalarının və 2010-cu il 12 may tarixli 88
nömrəli qərarı ilə təsdiq edilmiş Magistratura
təhsilinin məzmunu, təşkili və magistr
dərəcələrinin verilməsi Qaydalarının
tələblərinə uyğun olaraq həyata keçirilir.
3.1.2. Kredit sistemində
Azərbaycan Respublikasının Təhsil Nazirliyi
tərəfindən müəyyən olunmuş formalar üzrə
aşağıdakı tədris sənədlərindən
istifadə edilir:
3.1.2.1. ixtisasın
(ixtisaslaşmanın) tədris planı;
3.1.2.2. ixtisasın
(ixtisaslaşmanın) tədris qrafiki;
3.1.2.3. ixtisas
(ixtisaslaşma) üzrə illik işçi tədris planı;
3.1.2.4.
tələbənin fərdi tədris planı;
3.1.2.5. müəllimin illik
işçi tədris planı.
3.2.
Tədrisin təşkili
3.2.1. Tədris ili iki
semestrdən (payız və yaz) ibarətdir. Bundan
əlavə, yay tətili müddətində 6 (altı)
həftədən çox olmayaraq yay semestri də təşkil
oluna bilər.
3.2.2. Ali təhsilin
hər iki səviyyəsində əyani təhsilalma
forması üzrə tədris ili 40 həftədir. Hər semestr
20 həftədən (o cümlədən, 5 həftə imtahan
sessiyası) ibarətdir. Bir
semestrə, tədrisə tam cəlb olunan (fulltime)
tələbəyə 30 (tələbənin prerekvizit fənn
və ya fənlərdən akademik borcu qaldığı
halda, kreditlərin sayı az ola bilər), tədrisə qismən
cəlb olunan (parttime) tələbəyə 20-yə
qədər kredit müəyyənləşdirilir. Bir kredit
tələbənin auditoriya və auditoriyadankənar 30
saatlıq işinə bərabərdir. Tələbənin 5
(beş) günlük iş rejimində həftəlik auditoriya və
auditoriyadankənar ümumi yükünün həcmi 45 saatdır (xüsusi
təyinatlı ali təhsil müəssisələri istisna
olmaqla). Tələbənin
həftəlik işinin həcmi 1,5 kreditdir (yay semestri istisna
olmaqla). Buraxılış işinin, magistrlik
dissertasiyasının hazırlanmasına və
müdafiəsinə, eləcə də buraxılış
dövlət və semestr imtahanlarına hazırlığa,
imtahanın verilməsinə və təcrübələrin keçirilməsinə
ayrılmış hər bir həftə 1,5 kreditə
bərabərdir.[9]
3.2.3. Qiyabi təhsilalma
forması üzrə tədris ili 32 həftədir. Hər semestr
16 həftədən (o cümlədən, 1 həftə imtahan
sessiyası) ibarətdir və hər semestrə 24 kredit
müəyyənləşdirilir.
3.2.4. İxtisasın
(ixtisaslaşmanın) təhsil müddətindən asılı
olaraq, tələbələrə bakalavriatda 240-300 kredit (əsas (baza ali) tibb
təhsilində 300-360 kredit), magistraturada təhsilin normativ
müddəti 1,5 il olduğu halda 90, 2 (iki) il olduğu halda isə
120 kredit müəyyənləşdirilir. Müəyyən
olunmuş kreditin tələbə tərəfindən
yığılması məcburidir.[10]
3.2.5. Tədrisə tam cəlb olunan (fulltime)
tələbəyə əlavə fənn (fənlər)
də seçməyə icazə verilir. Bu halda təhsil
haqqının ödənilməsi bu Qaydaların 4.3-cü bəndinin
tələblərinə uyğun həyata keçirilir. Dövlət
sifarişi ilə təhsil alan və bütün təhsil
müddətində ayrı-ayrı fənlərdən
göstəricisi 81-100 bal arasında olan
tələbələrə əlavə ödəniş
etmədən bu Qaydaların 3.2.11-ci yarımbəndinin
tələbləri nəzərə alınmaqla, təhsil
aldığı ixtisas üzrə əlavə fənn
(fənlər) seçməyə icazə verilir. Bütün hallarda bir
semestrdə tələbənin götürdüyü kreditlərin sayı
40-dan çox olmamalıdır.[11]
3.2.6.
Tələbəyə bakalavriat səviyyəsində
gələcək peşə fəaliyyətində
istifadə etməsi və ya oxşar ixtisas üzrə (təhsil
proqramında tədrisi nəzərdə tutulan fənlərin
və onlara ayrılan kreditlərin ən azı 70 faizi eyni
olduğu halda) əlavə təhsil alması məqsədi
ilə bu Qaydaların 3.2.5-ci yarımbəndinin
tələbləri gözlənilməklə, ödənişli
əsaslarla müvafiq ixtisasların fənnini (fənlərini)
seçmək hüququ da verilir. Bu şərtlərlə əlavə
təhsil alanlara həmin ixtisas üzrə bakalavr
dərəcəsi və müvafiq diplom verilir.
3.2.7. Tədris
planında tədris işinin həcmi kredit vahidləri ilə
müəyyən edilir. Kreditlər tələbənin
aşağıdakı fəaliyyəti üzrə
müəyyənləşdirilir:
3.2.7.1. auditoriya
(mühazirə, seminar, praktik məşğələlər,
laboratoriya) dərslərində iştirak etməsi;
3.2.7.2. auditoriyadankənar
(tələbənin müstəqil və müəllimin
rəhbərliyi ilə sərbəst işi) işi;
3.2.7.3.
təcrübələrdə iştirak etməsi;
3.2.7.4. laboratoriya
işlərini yerinə yetirməsi;
3.2.7.5. kurs işini
və layihələrini hazırlaması və müdafiə
etməsi;
3.2.7.6. imtahanlara
hazırlığı və imtahanları verməsi;
3.2.7.7.
buraxılış işini, magistrlik dissertasiyasını
hazırlaması və müdafiəsi, eləcə də
buraxılış dövlət imtahanına
hazırlığı və həmin imtahanı verməsi.
3.2.8. Tədris
planında fənlər vacibliyinə və məzmununun
mənimsənilməsi ardıcıllığına görə
aşağıdakı 3 qrupa bölünür:
3.2.8.1. məcburi və
ardıcıl öyrənilən fənlər üzrə;
3.2.8.2. məcburi, lakin
ardıcıllığı vacib olmayan fənlər üzrə;
3.2.8.3.
tələbələrin öz seçimi əsasında
öyrənilən fənlər üzrə.
3.2.9. Oxşar ixtisas
(ixtisaslaşma) üzrə tədris planları
hazırlanarkən, müvafiq fənlərin məzmununun
unifikasiyasına nail olunmalıdır.
3.2.10. Kredit sistemində
ali təhsil müəssisəsi və
AMEA tərəfindən
ixtisasın (ixtisaslaşmanın) təhsil proqramı,
ixtisasın (ixtisaslaşmanın) tədris planı və
ixtisasın (ixtisaslaşmanın) tədris qrafiki
hazırlanaraq aidiyyəti qurumlara, tələbənin fərdi
tədris planı və müəllimin illik işçi tədris
planı müvafiq olaraq tələbələrə və
müəllimlərə verilir, eləcə də ali təhsil
müəssisəsinin və AMEA-nın saytında
yerləşdirilir.
3.2.11. Hər tədris
ili üçün ixtisasın (ixtisaslaşmanın) tədris qrafiki
əsasında tələbənin fərdi tədris planı
hazırlanır. Fənlərin prerekvizitliyi gözlənilməklə,
tələbənin fərdi tədris planı müəyyən
olunmuş forma üzrə onun özü tərəfindən tərtib
edilir. Bu zaman akademik məsləhətçinin (tyutorun)
köməyindən də istifadə oluna bilər.
Tələbənin fərdi tədris planı tərtib
edilərkən, ali təhsil müəssisəsi və AMEA ona həm
fənn, həm də yüksəkixtisaslı müəllimlərin
(vəzifələri, elmi dərəcələri və elmi
adları göstərilməklə) seçilməsində öz
təkliflərini verir. Növbəti tədris ili üçün
tələbənin fərdi tədris planı tərtib
olunarkən, buraya ilk növbədə əvvəlki ildən
akademik borcu qalan fənlər daxil edilir (xüsusi təyinatlı
ali təhsil müəssisələri istisna olmaqla). Akademik borc
yaranan fənn (fənlər) müvafiq semestrdə tədris
olunmadığı və ya həmin fənn (fənlər)
üzrə qrup yaradılmadığı halda bu tələb
istisna edilir.
3.2.12. İxtisasın
(ixtisaslaşmanın) illik işçi tədris planı müvafiq
olaraq təhsil proqramı, tədris planı, tədris qrafiki
və tələbələrin fərdi tədris planları
əsasında ali təhsil müəssisəsi və AMEA tərəfindən hazırlanır.
3.2.13. Müəllimlərin
illik işçi tədris planı ixtisasın
(ixtisaslaşmanın) illik işçi tədris qrafiki və
tələbələrin fərdi tədris planları
əsasında hazırlanır.
3.2.14. Cari və aralıq qiymətləndirmənin
ümumi nəticələrinə görə fənn üzrə
müvəffəq qiymət almış tələbə həmin
fəndən kreditləri qazanmış hesab olunur. Cari və
aralıq qiymətləndirmənin ümumi
nəticələrinə, habelə aralıq
qiymətləndirmənin nəticəsinə görə
qeyri-müvəffəq qiymət almış, eləcə də
üzrlü və ya üzrsüz səbəbdən imtahanda iştirak
etməmiş tələbə bu fəndən kreditləri
qazanmır, yəni həmin fənn üzrə akademik borcu
qalır. Cari və aralıq qiymətləndirmənin
nəticələrinə, habelə aralıq
qiymətləndirmənin nəticəsinə görə,
eləcə də üzrsüz səbəbdən imtahanda iştirak
etmədiyinə görə akademik borcu yaranmış
tələbəyə həmin fənn (fənlər) üzrə
təkrar imtahan vermək (xüsusi təyinatlı ali təhsil
müəssisələri istisna olmaqla) və ya fənni
(fənləri) yenidən dinləmək üçün şərait
yaradılmalıdır. Bu halda fənni (fənləri)
yenidən dinləmədən kreditləri qazanmaq
istəyən tələbə bu imkandan təhsil proqramı
ilə müəyyən olunmuş müddətdə həmin fənn
(fənlər) tədris olunduğu semestrdə (akademik borcu
yaranan semestrdə imtahan sessiyasından sonra növbəti semestr
başlayanadək və ya növbəti semestrlərdən
birində imtahan sessiyası zamanı) istifadə edə
bilər. Tələbə (üzrlü səbəbdən imtahanda
iştirak etməyən tələbələr istisna olmaqla)
hər semestrdə fənni (fənləri)
dinləmədən ümumilikdə iki fənn üzrə (hər
fəndən bir dəfə olmaqla) imtahanda iştirak edə
bilər. Üzrlü səbəbdən imtahanda (imtahanlarda) iştirak
etməyən tələbəyə isə növbəti semestrin
dərsləri başlanana qədər bir dəfə həmin
imtahanı (imtahanları) vermək imkanı yaradılır.
Bu imkandan istifadə etməyən tələbə üzrsüz
səbəbdən imtahanda iştirak etməyən
tələbə hesab olunur. Bütün hallarda təkrar imtahan verən
tələbənin ümumi qiymətləndirilməsi zamanı
onun fənni (fənləri) dinlədiyi semestrdəki cari
qiymətləndirilmənin nəticələri
nəzərə alınır və qazandığı
kreditlər tədris planı üzrə həmin fənni
(fənləri) dinlədiyi semestrə aid olunur. Üzrlü səbəbdən
imtahanda iştirak etməyən tələbə növbəti
semestrin dərsləri başlanana qədər imtahanda
iştirak etdikdə, həmin fənn üzrə təkrar imtahan
üçün ödəniş etmir, digər hallarda isə
tələbənin imtahan üçün ödəniş haqqı bu
Qaydaların 4.3-cü bəndinin tələblərinə uyğun
həmin fənn üçün müəyyən edilən məbləğin
25 faizindən çox olmamaq şərtilə ali təhsil
müəssisəsinin ali idarəetmə orqanı
tərəfindən müəyyənləşdirilir və
həmin müəssisənin rəsmi internet səhifəsində
yerləşdirilir. Bütün digər hallarda akademik borcu olan tələbə
fənni yenidən dinləməli və həmin fəndən
(fənlərdən) dərslərdə iştirak
etməklə, onun (onların) mənimsənilməsinə
qoyulan tələbləri tam yerinə yetirməlidir. Bu halda
təhsil haqqının ödənilməsi bu Qaydaların 4.3-cü
bəndinin tələblərinə uyğun həyata keçirilir.[12]
3.2.15. Tələbə
ali təhsil müəssisəsini və
AMEA-nı bitirmək üçün
tələb olunan kreditləri ixtisasın normativ təhsil
müddətindən sonrakı 3 (üç) ildə (həqiqi hərbi
xidmət müddəti nəzərə alınmamaqla) toplaya bilmədiyi
halda o, məzmununda əsaslı dəyişikliklər
edilən peşə hazırlığı
fənlərindən əvvəllər qazandığı
kreditləri itirir. Tələbə həmin kreditləri bu
Qaydaların tələblərinə uyğun olaraq yenidən
yığmalıdır.
3.2.16. Tələbə bir ali təhsil
müəssisəsindən (ixtisasdan) digərinə köçürüldüyü,
tələbələr sırasına bərpa olunduğu,
akademik məzuniyyətdən qayıtdığı və
təkrar ali təhsil aldığı hallarda, onun
əvvəllər qazandığı kreditlər bu
Qaydaların 3.2.15-ci yarımbəndinin
tələblərinə uyğun olaraq nəzərə
alınır.[13]
3.2.17. Bir müəllimi bu Qaydaların 4.2-1-ci
bəndinə uyğun olaraq seçən tələbələrin
sayı fənnin xüsusiyyətindən və tədrisin
formasından (mühazirə, məşğələ, laboratoriya
və s.) asılı olaraq ali təhsil müəssisəsi tərəfindən
müəyyənləşdirilir.
3.2.18. Ali təhsil
müəssisələrində və
AMEA-da fənlərin və müəllimlərin seçiminə
geniş imkan yaratmaq məqsədi ilə dərs
cədvəli fənlər üzrə (müəllimin adı və
soyadı qeyd edilməklə) tərtib olunur.[14]
3.2.19. Ali təhsil
müəssisəsi və AMEA
tərəfindən növbəti tədris ili üçün ixtisaslar
(ixtisaslaşmalar) üzrə illik işçi tədris planı və
fənlər üzrə dərs cədvəlləri
tələbələrin fərdi tədris planları
əsasında hazırlanaraq, mövcud qaydada tərtib və
təsdiq edilir.
3.2.20. Üzrlü
səbəbdən imtahanda iştirak etməyən
tələbələrə növbəti semestrin dərsləri
başlanana qədər bir dəfə həmin imtahanı
vermək imkanı yaradılır. Üzrsüz səbəbdən
imtahanda iştirak etməyən tələbə fənn
(fənlər) üzrə akademik borcu qalmış hesab olunur
və o, həmin fənn (fənlər) üçün müəyyən
edilmiş kreditləri bu Qaydaların 3.2.14-cü
yarımbəndinin tələblərinə uyğun olaraq
qazana bilər.
3.2.21. Tədris prosesi
auditoriya və auditoriyadankənar (tələbənin
müstəqil və müəllimin rəhbərliyi ilə
sərbəst işi) şəkildə təşkil olunur.
Sərbəst işlərin həcmi keçirilən
mühazirələrə, seminarlara və praktik
məşğələlərə ayrılan akademik saatlara
müvafiq olaraq, ali təhsil müəssisəsi və AMEA
tərəfindən müəyyənləşdirilir. Bu zaman
əyani təhsilalma forması üzrə bütün növ dərslərin
1 (bir) akademik saatına 1 (bir) saatdan az olmayaraq sərbəst
iş müəyyənləşdirilir. Sərbəst
işlərin ümumi həcmindən ən azı 40 faizi
dərsdənkənar vaxtda müəllimin rəhbərliyi ilə
həyata keçirilməlidir. Müəllimin
tələbələrlə sərbəst işi onun
tədris-metodiki işi hesab edilir.[15]
3.2.22. Tələbənin sərbəst işinin növü
və forması (fərdi, komanda, qrup tapşırığı
və s.) fənni tədris edən müəllim
tərəfindən müəyyənləşdirilir.
3.2.23. Fənn üzrə ayrılmış auditoriya
saatlarının 25 faizindən çoxunda iştirak etməyən
tələbə (Azərbaycan Respublikası Gənclər
və İdman Nazirliyinin Kollegiyası tərəfindən
idman növləri üzrə təsdiq edilmiş milli yığma
komandaların üzvləri olan idmançı-tələbələr
istisna olmaqla) həmin fəndən imtahana buraxılmır. Bu
hədd ali təhsil müəssisəsi tərəfindən
azaldıla bilər.[16]
3.2.24.
Tələbənin cari semestrdə akademik borcu
qaldığı halda o, növbəti semestrdə təqaüddən
məhrum edilir (xüsusi təyinatlı ali təhsil
müəssisələri istisna olmaqla). Əgər həmin
tələbə cari semestrdə götürdüyü bütün
fənlərdən kreditləri qazanarsa (ümumi orta müvəffəqiyyət
göstəricisi nəzərə alınmaqla, fənlər
üzrə akademik nailiyyətlərinə görə), onun
təqaüdü növbəti semestrdən bərpa olunur.[17]
3.3.
Tələbənin fərdi tədris planının tərtibi
3.3.1. Ali təhsil
müəssisəsinə və
AMEA-nın magistratura səviyyəsinə yeni qəbul
olunan tələbələrə birinci tədris ili üçün
fakültə və AMEA-nın Elm
və Təhsil İdarəsi tərəfindən fərdi
tədris planı hazırlanır. Tələbə
sentyabrın 10-dək həmin fərdi tədris planını
almalıdır. Növbəti tədris ilində isə tələbələr
bu Qaydaların 3.2.11-ci yarımbəndinin tələblərini
gözləməklə, öz fərdi tədris planını
hazırlayır və iyulun 5-dən 15-dək fakültəyə və ya AMEA-nın Elm və
Təhsil İdarəsi təqdim edir. Fərdi tədris
planında tələbə sentyabrın 10-dək
düzəlişlər edə bilər. Fərdi tədris
planı təhsil müəssisəsi tərəfindən
tədris ilinin başlanğıcına qədər təsdiq
edilir və bu tədris planının bir nüsxəsi
tələbədə, bir nüsxəsi isə ali təhsil
müəssisəsinin müəyyən etdiyi qurumda saxlanılır. [18]
3.3.2.
Tələbənin fərdi tədris planında sonradan
dəyişiklik edilməsinə icazə verilmir. Yalnız
payız semestrindən akademik borcu qalanlar qış
tətilinin ilk həftəsində növbəti semestr üçün
fərdi tədris planlarında ali təhsil müəssisəsi və AMEA tərəfindən müəyyən olunmuş
qaydada müvafiq düzəlişlər edə bilərlər.
3.3.3. Ali təhsil müəssisələrində və AMEA-da
hər bir fənn üzrə yaradılan qrupda
tələbələrin sayı fənnin xüsusiyyətindən
və tədrisin formasından asılı olaraq, ali təhsil
müəssisəsi və ya AMEA tərəfindən
müəyyən edilir. Fənn üzrə müəyyən
olunmuş sayda tələbə yığılmadıqda,
həmin fənn ixtisasın (ixtisaslaşmanın) illik işçi
tədris planına daxil edilmir və bu barədə
tələbələrə məlumat verilir. Həmin
fənnə yazılmış tələbələr öz
fərdi tədris planlarında müvafiq qaydada
dəyişikliklər aparırlar.[19]
3.3.4. Növbəti
tədris ili üçün tələbə təyin olunmuş vaxtda öz
fərdi tədris planını təqdim etmədikdə, onun
təhsili ali təhsil müəssisəsi və AMEA üzrə həmin il üçün ixtisasın
tədris qrafikinə uyğun təşkil edilir.
3.4. Yay
semestrinin təşkili
3.4.1. Yay semestri
aşağıdakı məqsədlərlə təşkil
olunur:
3.4.1.1. akademik
borcların ləğv edilməsi;
3.4.1.2. fənlərin
prerekvizitliyi gözlənilməklə, humanitar fənlər
bölümünə daxil olan və ali təhsil müəssisəsi və AMEA tərəfindən
müəyyən edilən seçmə fənlərin kreditlərinin
qazanılması;
3.4.1.3.
müvəffəqiyyət qazanılan fəndən qiymətin
yüksəldilməsi;
3.4.1.4. ali təhsil müəssisəsinin təklif etdiyi
ayrı-ayrı fənlər üzrə digər ali təhsil
müəssisələrinin tələbələri və
AMEA-nın magistratura səviyyəsinin
tələbələrinə, həmçinin AMEA-nın təklif
etdiyi ayrı-ayrı fənlər üzrə ali təhsil
müəssisələrinin magistratura səviyyəsinin
tələbələrinə müvafiq kreditlər qazanmasına
şəraitin yaradılması.[20]
3.4.2. Yay semestri yaz
semestri başa çatdıqdan sonra təşkil olunur və onun
başlanma müddəti ali təhsil müəssisəsi və AMEA tərəfindən müəyyən edilir. Yay
semestrinin (nəzəri təlim və imtahanlar) müddəti 6
(altı) həftədir (xüsusi təyinatlı ali təhsil
müəssisələri istisna olmaqla). İmtahan müddəti 1 (bir)
həftədən artıq olmamaqla, yay semestrinin sonuncu
həftəsində təşkil edilir.
3.4.3. Yay semestrində tələbənin götürdüyü
fənlər üzrə kreditlərin cəmi 10-dan artıq
olmamalıdır.[21]
3.4.4. Yay semestri və
imtahanlar növbəti semestrin başlanmasına 2 həftə
qalanadək başa çatdırılır.
3.4.5. Yay semestrində
üzrlü səbəbdən imtahanda iştirak etməyən
tələbələr üçün növbəti semestrin
başlanğıcına qədər bir dəfə imtahan
təşkil olunur.
3.4.6. Tələbə
yay semestrində iştirakından asılı olmayaraq,
payız semestri üçün öz fərdi tədris planını iyulun
5-dən 15-dək fakültəyə və
ya AMEA-nın Elm və Təhsil İdarəsi təqdim
etməlidir və o, bu Qaydaların 3.3.1-ci
yarımbəndində göstərilən müddətdə öz
fərdi tədris planında müvafiq dəyişikliklər
edə bilər. [22]
3.4.7.
Müvəffəqiyyət qazandığı fəndən
qiymətini yüksəltmək məqsədi ilə
tələbəyə yenidən imtahan verməyə icazə
verilmir. Lakin o, qiymətini yüksəltmək üçün yay
semestrində həmin fənni yenidən götürərək
dinləməklə imtahan verir. Tələbə öz
məqsədinə nail olmadıqda, onun əvvəl
topladığı bal qüvvədə qalır.
3.4.8. Bu Qaydaların
3.2.23-cü yarımbəndinin tələblərinə uyğun
olaraq, imtahana buraxılmayan tələbə semestrdə
fənn (fənlər) üzrə müəyyən edilmiş dərslərin
50 faizindən çoxunda iştirak etdiyi halda o, həmin fənni
(fənləri) yay semestrində təkrar götürmək hüququna
malikdir.
3.4.9. Ali təhsil
müəssisələrində və
AMEA-da yay semestri könüllülük prinsipi ilə ödənişli
əsaslarla həyata keçirilir (xüsusi təyinatlı ali
təhsil müəssisələri istisna olmaqla).
3.4.10. Yay semestrində
tələbənin fənn üzrə bir kreditinin ödənişi
bu Qaydaların 4.3-cü bəndinin tələblərinə
uyğun olaraq müəyyən edilir.
3.4.11. Yay semestrində
fənn üzrə qrupda tələbələrin sayını ali
təhsil müəssisəsi və
AMEA maliyyə imkanlarını nəzərə alaraq
müəyyənləşdirir.
3.4.12. Yay semestrinə
müəllimlər könüllü surətdə cəlb olunurlar. Bu zaman
müəllimin fəaliyyətinin ödəniş məbləği
saathesabı qaydada həyata keçirilir. Bundan əlavə müəllimlərə
fənn üzrə qrupdan əldə olunan vəsaitin hesabına
əlavə ödəniş verilir. Həmin ödənişin
məbləği ali təhsil müəssisəsi və AMEA tərəfindən
müəyyənləşdirilir.
3.4.13. Yay semestrində
əldə olunan vəsaitdən bu Qaydaların 3.4.12-ci
yarımbəndində göstərilənlər istisna olmaqla, ali
təhsil müəssisəsinin rektorunun və AMEA-nın prezidentinin əmri ilə bu
işə cəlb olunan digər əməkdaşların
əməkhaqları ödənilir. [23]
3.4.14. Ali təhsil
müəssisələri və AMEA
yay semestri təşkilatçılarının və
müəllimlərinin ödəniş məbləğini öz
maliyyə imkanlarına görə sərbəst müəyyən
edirlər.
4.
Tələbələrin hüquq və vəzifələri
4.1. Tələbə öz
fərdi tədris planını tərtib edərkən, bu
Qaydalarla tanış olmalı və buradakı
tələblərə ciddi riayət etməlidir.
4.2. Təhsil zamanı
tələbə fərdi tədris planına ciddi riayət
etməklə, tədris olunan fənləri
mənimsəməyə borcludur.
4.2-1. Tələbənin bu Qaydaların 3.2.17-ci
yarımbəndinə müvafiq olaraq müəllim seçmək hüququ
vardır.[24]
4.3. Tələbə
ixtisas (ixtisaslaşma) üzrə təhsil proqramı ilə
müəyyən olunmuş müddətdə tələb olunan
kreditləri yığa bilmədiyi halda o, tələbələr
sırasından xaric edilmir (xüsusi təyinatlı ali təhsil
müəssisələri istisna olmaqla). Həmin tələbə
kontingentdə saxlanılmaqla, təhsilini yalnız
ödənişli əsaslarla davam etdirə bilər. Belə halda
tələbənin ödənişinin məbləği ixtisas
(ixtisaslaşma) üzrə illik təhsil haqlarını 60-a
bölərək alınan nəticəni onun götürdüyü
fənlərin kreditlərinə vurmaqla
müəyyənləşdirilir.
4.4. Tələbə bu
Qaydaların 6.1-ci bəndinin tələblərinə uyğun
olaraq, digər ali təhsil
müəssisələrində və AMEA-da müvafiq
fənlər üzrə kreditləri qazana bilər. [25]
4.5. Tələbə öz
akademik transkriptini ali təhsil müəssisəsindən və AMEA-dan təhsil aldığı dövrdə
istənilən vaxt əldə edə bilər.
4.6. Ödənişli əsaslarla əyani təhsilalma
forması üzrə ali təhsil müəssisəsinə qəbul
olunan tələbəyə tədrisə tam cəlb olunma
(fulltime) və ya qismən cəlb olunma (parttime) növü üzrə
təhsil almaq hüququ verilir. Bu halda tədrisə tam cəlb
olunan (fulltime) tələbənin normativ təhsil
müddətində illik təhsil haqqı tədris ilinə,
tədrisə qismən cəlb olunan (parttime) tələbə
üçün isə bu Qaydaların 4.3-cü bəndinin
tələblərinə uyğun fərdi tədris
qrafikinə əsasən götürdüyü fənlərin
kreditlərinə görə müəyyənləşdirilir.[26]
5. Akademik
məsləhətçi (tyutor) xidməti
5.1. Ali təhsil müəssisələrində Bolonya
prosesinin təşviqi, kredit sistemi ilə tədrisin
təşkili, AKTS sisteminin tətbiq edilməsi və
tələbələrə kömək göstərilməsi
məqsədi ilə ali təhsil müəssisələrində
və AMEA-da akademik məsləhətçilər (tyutorlar)
xidməti təşkil edilir.
5.2. Tyutorlar bu sahədə müəyyən
təcrübəsi və səriştəsi olan ali təhsilli
şəxslər arasından seçilirlər.[27]
5.3. Tyutor bu
vəzifəyə rektorun əmri ilə təyin olunur.
5.4. Tyutorlar:
5.4.1.
tələbələrin hüquqlarını və akademik
maraqlarını qoruyurlar;
5.4.2. tədris prosesinin
təşkili ilə bağlı bütün zəruri
məlumatları və sənədləri
tələbələrə təqdim edirlər;
5.4.3.
tələbələrin fərdi tədris planlarının
tərtibi üçün onlara məsləhətlər verirlər;
5.4.4. bu Qaydaların
3.3.1-ci yarımbəndində göstərilən müddətdə
tələbələrin fərdi tədris planlarının
qəbulunu təşkil edir və ixtisaslar (ixtisaslaşmalar)
üzrə illik işçi tədris planlarının
tərtibində iştirak edirlər;
5.4.5.
tələbələrə fərdi tədris planlarında
dəyişikliklər aparmasına yardım göstərirlər;
5.4.6. yay semestrinin
təşkilində iştirak edirlər.
6.
Tələbə və müəllim mobilliyi
6.1. Kredit sistemi ilə
tədrisin təşkilində Bolonya bəyannaməsinin
müddəalarına müvafiq olaraq, tələbələrin akademik
mobilliyi onların digər ali təhsil müəssisələrində
və AMEA-da, o cümlədən
xarici ölkə ali təhsil müəssisələrində
ayrı-ayı fənlər üzrə kreditləri qazanmaları
ilə təmin edilir. Tələbənin digər ali təhsil
müəssisələrində kreditləri qazanması təhsil
aldığı ali təhsil müəssisəsinin və AMEA-nın razılığı ilə həyata
keçirilir. Bu zaman təhsil haqqının ödəniş
şərtləri tələbə ilə göndərən
və qəbul edən ali təhsil müəssisələri və AMEA arasında
razılaşdırılır. Qazanılmış
kreditlər tələbənin təhsil aldığı ali
təhsil müəssisəsi və
AMEA tərəfindən tanınmalıdır. Digər ali
təhsil müəssisələrində və AMEA-da qazanılacaq kreditlərin sayı ixtisas
(ixtisaslaşma) üzrə nəzərdə tutulmuş
kreditlərin 30 faizindən çox olmamalıdır.
6.2. Tələbənin
akademik mobilliyinin təmin
edilməsi üçün forması və nümunələri
Azərbaycan Respublikasının Təhsil Nazirliyi
tərəfindən müəyyənləşdirilən
aşağıdakı sənədlər olmalıdır:[28]
6.2.1. akademik transkript;
6.2.2.
tələbənin ərizə (təhsil alacağı
dildə doldurulur) forması;
6.2.3. tədris
razılığı;
6.2.4. məlumat paketi.
6.3. Professor-müəllim
heyətinin mobilliyi (mühazirənin oxunması, seminarların,
praktik məşğələlərin, laboratoriya
işlərinin keçirilməsi) həm
ali təhsil müəssisələri arasında, həm də ali
təhsil müəssisələri ilə AMEA arasında xüsusi
razılıq əsasında həyata keçirilir. [29]
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ
SƏNƏDLƏRİNİN SİYAHISI
1. 13 iyun 2016-cı il tarixli 225 nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (Azərbaycan
qəzeti, 22 iyun 2016-cı il, № 133, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 6,
maddə 1202)
2. 14 iyun
2017-ci il tarixli 257 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 15 iyun 2017-ci il, № 128, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №6 , maddə
1232)
3. 7 mart
2018-ci il tarixli 78 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 11 mart 2018-ci il, № 55, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №3,
maddə 589)
4. 12 aprel
2019-cu il tarixli 167 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 17 aprel 2019-cu il,
№ 82, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 4,
maddə 761)
5. 18 may 2020-ci
il tarixli 179 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 18 may 2020-ci il,
№ 98, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 5,
maddə 650) (Bu Qərar
2020-ci il oktyabrın 1-dək qüvvədədir.)
QƏRARA EDİLMİŞ
DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN
SİYAHISI
[1] 13 iyun 2016-cı il tarixli 225 nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (Azərbaycan
qəzeti, 22 iyun 2016-cı il, № 133, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 6,
maddə 1202) ilə qərarın adına və ikinci
abzasına səviyyələrində
sözündən sonra və
Azərbaycan Milli Elmlər Akademiyasının magistratura
səviyyəsində sözləri əlavə edilmişdir.
14 iyun
2017-ci il tarixli 257 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 15 iyun 2017-ci il, № 128, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №6 ,
maddə 1232) ilə qərarın adına və ikinci abzasına
səviyyələrində
sözündən sonra , əsas (baza
ali) tibb təhsilində sözləri əlavə
edilmişdir.
[2] 13 iyun 2016-cı il tarixli 225 nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (Azərbaycan
qəzeti, 22 iyun 2016-cı il, № 133, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 6,
maddə 1202) ilə Ali təhsil müəssisələrinin
bakalavriat və magistratura səviyyələrində kredit
sistemi ilə tədrisin təşkili Qaydalarının
adına səviyyələrində
sözündən sonra və
Azərbaycan Milli Elmlər Akademiyasının magistratura
səviyyəsində sözləri əlavə edilmişdir.
14 iyun
2017-ci il tarixli 257 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 15 iyun 2017-ci il, № 128, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №6 ,
maddə 1232) ilə Ali təhsil müəssisələrinin
bakalavriat və magistratura səviyyələrində və
Azərbaycan Milli Elmlər Akademiyasının magistratura
səviyyəsində kredit sistemi ilə tədrisin
təşkili Qaydalarının adına səviyyələrində sözündən sonra , əsas (baza ali) tibb
təhsilində sözləri əlavə edilmişdir.
[3] 13 iyun 2016-cı il tarixli 225 nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (Azərbaycan
qəzeti, 22 iyun 2016-cı il, № 133, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 6,
maddə 1202) ilə Ali təhsil müəssisələrinin
bakalavriat və magistratura səviyyələrində kredit
sistemi ilə tədrisin təşkili Qaydalarının 1.2-ci
bəndə müəssisələrinə
sözündən sonra və Azərbaycan
Milli Elmlər Akademiyasına (bundan sonra - AMEA) sözləri
əlavə edilmişdir.
14 iyun
2017-ci il tarixli 257 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 15 iyun 2017-ci il, № 128, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №6 ,
maddə 1232) ilə Ali təhsil müəssisələrinin
bakalavriat və magistratura səviyyələrində və
Azərbaycan Milli Elmlər Akademiyasının magistratura
səviyyəsində kredit sistemi ilə tədrisin
təşkili Qaydalarının 1.2-ci bəndindən ərazisində fəaliyyət
göstərən sözləri çıxarılmışdır
və həmin bəndə yeni məzmunda ikinci cümlə
əlavə edilmişdir.
[4] 13 iyun 2016-cı il tarixli 225 nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (Azərbaycan
qəzeti, 22 iyun 2016-cı il, № 133, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 6,
maddə 1202) ilə Ali təhsil müəssisələrinin
bakalavriat və magistratura səviyyələrində kredit
sistemi ilə tədrisin təşkili Qaydalarının
1.3.2-ci, 2.1.13-cü, 2.1.15-ci, 3.2.12-ci, 3.2.19-cu, 3.3.4-cü, 3.4.1.2-ci,
3.4.11-ci yarımbəndlərə, 1.4-cü, 4.5-ci
bəndlərə, 3.2.10-cu yarımbəndə hər iki
halda, 3.2.11-ci yarımbəndin dördüncü cümləsinə, 3.2.15-ci
yarımbəndin birinci cümləsinə, 3.2.21-ci
yarımbəndin ikinci cümləsinə, 3.3.2-ci yarımbəndin
ikinci cümləsinə, 3.4.2-ci yarımbəndin birinci
cümləsinə, 3.4.12-ci yarımbəndin dördüncü
cümləsinə, 6.1-ci bəndin ikinci (ikinci halda) və dördüncü
cümlələrinə ismin müvafiq hallarında müəssisə sözündən sonra ismin müvafiq
hallarında və AMEA
sözləri əlavə edilmişdir.
[5] 14 iyun 2017-ci il tarixli 257 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 15 iyun 2017-ci il, № 128, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №6 ,
maddə 1232) ilə Ali təhsil müəssisələrinin
bakalavriat və magistratura səviyyələrində və Azərbaycan
Milli Elmlər Akademiyasının magistratura
səviyyəsində kredit sistemi ilə tədrisin
təşkili Qaydalarının 1.3.7-ci yarımbəndi
ləğv edilmişdir.
[6] 13 iyun 2016-cı il tarixli 225 nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (Azərbaycan
qəzeti, 22 iyun 2016-cı il, № 133, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 6,
maddə 1202) ilə Ali təhsil müəssisələrinin
bakalavriat və magistratura səviyyələrində kredit
sistemi ilə tədrisin təşkili Qaydalarının
1.5-ci, 5.1-ci bəndlərə, 2.1.8-ci, 2.1.9-cu, 3.2.18-ci,
3.4.14-cü yarımbəndlərə, 1.7-ci bəndə hər iki
halda, 3.1.1-ci yarımbəndin birinci cümləsinə, 3.3.3-cü
yarımbəndin birinci cümləsinə, 3.4.9-cu
yarımbəndə birinci halda, 6.1-ci bəndin birinci
cümləsinə birinci halda, ikinci, üçüncü və beşinci
cümlələrinə ismin müvafiq hallarında müəssisələr sözündən sonra ismin müvafiq
hallarında və AMEA
sözləri əlavə edilmişdir.
[7] 14 iyun 2017-ci il tarixli 257 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 15 iyun 2017-ci il, № 128, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №6 ,
maddə 1232) ilə Ali təhsil müəssisələrinin
bakalavriat və magistratura səviyyələrində və
Azərbaycan Milli Elmlər Akademiyasının magistratura
səviyyəsində kredit sistemi ilə tədrisin
təşkili Qaydalarının 1.6-cı bəndinə əyani sözündən sonra (tədrisə tam cəlb olunma -
fulltime və tədrisə qismən cəlb olunma - parttime)
sözləri əlavə edilmişdir.
[8] 14 iyun 2017-ci il tarixli 257 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 15 iyun 2017-ci il, № 128, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №6 ,
maddə 1232) ilə Ali təhsil müəssisələrinin
bakalavriat və magistratura səviyyələrində və
Azərbaycan Milli Elmlər Akademiyasının magistratura
səviyyəsində kredit sistemi ilə tədrisin
təşkili Qaydalarında 2.1.17-ci yarımbəndin sonunda
nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə
əvəz edilmişdir və yeni məzmunda 2.1.18-ci, 2.1.19-cu,
2.1.20-ci və 2.1.21-ci yarımbəndlər əlavə
edilmişdir.
[9] 14 iyun 2017-ci il tarixli 257 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 15 iyun 2017-ci il, № 128, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №6 ,
maddə 1232) ilə Ali təhsil müəssisələrinin
bakalavriat və magistratura səviyyələrində və Azərbaycan
Milli Elmlər Akademiyasının magistratura
səviyyəsində kredit sistemi ilə tədrisin
təşkili Qaydalarında 3.2.2-ci yarımbəndin üçüncü
və altıncı cümlələri yeni redaksiyada
verilmişdir.
Əvvəlki redaksiyada
deyilirdi:
Bir semestrə 30 kredit
müəyyənləşdirilir.
Tələbənin
həftəlik işinin həcmi 1,5 kreditdir.
[10] 14 iyun 2017-ci il tarixli 257 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 15 iyun 2017-ci il, № 128, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №6 ,
maddə 1232) ilə Ali təhsil müəssisələrinin
bakalavriat və magistratura səviyyələrində və
Azərbaycan Milli Elmlər Akademiyasının magistratura
səviyyəsində kredit sistemi ilə tədrisin
təşkili Qaydalarının 3.2.4-cü yarımbəndində
(tibb təhsilində 300-360
kredit) sözləri (əsas
(baza ali) tibb təhsilində 300-360 kredit) sözləri ilə
əvəz edilmişdir.
[11] 14 iyun 2017-ci il tarixli 257 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 15 iyun 2017-ci il, № 128, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №6 ,
maddə 1232) ilə Ali təhsil müəssisələrinin
bakalavriat və magistratura səviyyələrində və Azərbaycan
Milli Elmlər Akademiyasının magistratura
səviyyəsində kredit sistemi ilə tədrisin
təşkili Qaydalarının 3.2.5-ci yarımbəndi yeni
redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada
deyilirdi:
3.2.5. Bir
tələbə üçün hər semestrdə 30 kreditə
qədər fənlərin tədrisi
müəyyənləşdirilir. Bundan əlavə
müvəffəqiyyətlə təhsil alan və bütün təhsil
müddətində ayrı-ayrı fənlərdən
göstəricisi 81-100 bal arasında olan
tələbələrə əlavə ödəniş
etmədən, akademik borcu olanlar üçün isə ödənişli
əsaslarla bu Qaydaların 3.2.11-ci yarımbəndinin
tələbləri gözlənilməklə, hər semestrdə
cəmi 8 kreditdən çox olmamaq şərtilə fənn
(fənlər) də seçməyə icazə verilir. Bu halda
təhsil haqqının ödənilməsi bu Qaydaların 4.3-cü
bəndinin tələblərinə uyğun həyata keçirilir.
[12] 14 iyun 2017-ci il tarixli 257 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 15 iyun 2017-ci il, № 128, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №6 ,
maddə 1232) ilə Ali təhsil müəssisələrinin
bakalavriat və magistratura səviyyələrində və
Azərbaycan Milli Elmlər Akademiyasının magistratura
səviyyəsində kredit sistemi ilə tədrisin
təşkili Qaydalarının 3.2.14-cü yarımbəndi yeni
redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada
deyilirdi:
3.2.14.
Fənn üzrə semestr göstəricilərinə və
imtahanların nəticələrinə görə müvəffəq
qiymət almış tələbə həmin fəndən
kreditləri qazanmış hesab edilir. Əks təqdirdə,
tələbə bu fəndən kreditləri qazanmır və
onun həmin fənn üzrə akademik borcu qalır. Fənn
(fənlər) üzrə akademik borcu qalan tələbə
həmin fənni (fənləri) yenidən dinləməlidir
(xüsusi təyinatlı ali təhsil müəssisələri istisna
olmaqla). Bu zaman tələbə həmin fəndən
(fənlərdən) dərslərdə iştirak
etməklə, onun (onların) mənimsənilməsinə
qoyulan tələbləri tam yerinə yetirməlidir.
7 mart 2018-ci il tarixli 78 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 11 mart 2018-ci il, № 55, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №3,
maddə 589) ilə Ali təhsil müəssisələrinin
bakalavriat və magistratura səviyyələrində, əsas
(baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər
Akademiyasının magistratura səviyyəsində kredit
sistemi ilə tədrisin təşkili Qaydalarının 3.2.14-cü yarımbəndi yeni
redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
3.2.14. Cari və aralıq qiymətləndirmənin
ümumi nəticələrinə görə fənn üzrə
müvəffəq qiymət almış tələbə həmin
fəndən kreditləri qazanmış hesab olunur. Cari və
aralıq qiymətləndirmənin ümumi
nəticələrinə, habelə aralıq
qiymətləndirmənin nəticəsinə görə
qeyri-müvəffəq qiymət almış, eləcə də
üzrlü və ya üzrsüz səbəbdən imtahanda iştirak
etməmiş tələbə bu fəndən kreditləri
qazanmır, yəni həmin fənn üzrə akademik borcu
qalır. Cari və aralıq qiymətləndirmənin
nəticələrinə, habelə aralıq
qiymətləndirmənin nəticəsinə görə,
eləcə də üzrlü və ya üzrsüz səbəbdən
imtahanda iştirak etmədiyinə görə akademik borcu
yaranmış tələbəyə həmin fənn (fənlər)
üzrə təkrar imtahan vermək (xüsusi təyinatlı ali
təhsil müəssisələri istisna olmaqla) və ya fənni
(fənləri) yenidən dinləmək üçün şərait yaradılmalıdır.
Bu halda fənni (fənləri) yenidən dinləmədən
kreditləri qazanmaq istəyən tələbə bu imkandan
təhsil proqramı ilə müəyyən olunmuş müddət
ərzində həmin fənn (fənlər) tədris
olunduğu semestrdə (akademik borcu yaranan semestrdə imtahan
sessiyasından sonra növbəti semestr başlayanadək və ya
növbəti semestrlərdən birində imtahan sessiyası
zamanı) istifadə edə bilər. Tələbə hər
semestrdə fənni (fənləri) dinləmədən
ümumilikdə iki fənn üzrə (hər fəndən bir
dəfə olmaqla) imtahanda iştirak edə bilər. Bu zaman
tələbənin fənni (fənləri) dinlədiyi
semestrdəki cari qiymətləndirilmənin
nəticələri nəzərə alınır və onun
qazandığı kreditlər tədris planı üzrə
həmin fənni (fənləri) dinlədiyi semestrə aid
olunur. Üzrlü səbəbdən imtahanda iştirak etməyən
tələbə həmin fənn üzrə təkrar imtahan üçün
ödəniş etmir, digər hallarda isə tələbənin
imtahan üçün ödəniş haqqı bu Qaydaların 4.3-cü
bəndinin tələblərinə uyğun həmin fənn
üçün müəyyən edilən məbləğin 25 faizindən
çox olmamaq şərtilə ali təhsil müəssisəsinin ali
idarəetmə orqanı tərəfindən
müəyyənləşdirilir və həmin müəssisənin
rəsmi internet səhifəsində yerləşdirilir. Bütün digər
hallarda akademik borcu olan tələbə fənni yenidən
dinləməli və həmin fəndən
(fənlərdən) dərslərdə iştirak
etməklə, onun (onların) mənimsənilməsinə
qoyulan tələbləri tam yerinə yetirməlidir. Belə
olan halda təhsil haqqının ödənilməsi bu
Qaydaların 4.3-cü bəndinin tələblərinə uyğun
həyata keçirilir.
[13] 13 iyun 2016-cı il tarixli 225 nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (Azərbaycan
qəzeti, 22 iyun 2016-cı il, № 133, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 6,
maddə 1202) ilə Ali təhsil müəssisələrinin
bakalavriat və magistratura səviyyələrində kredit
sistemi ilə tədrisin təşkili Qaydalarının
3.2.16-cı yarımbəndə digərinə
sözündən sonra və ya AMEA-ya,
həmçinin AMEA-dan digər ali təhsil müəssisəsinə
sözləri əlavə edilmişdir.
14 iyun 2017-ci il tarixli 257 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 15 iyun 2017-ci il, № 128, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №6 ,
maddə 1232) ilə Ali təhsil müəssisələrinin
bakalavriat və magistratura səviyyələrində və
Azərbaycan Milli Elmlər Akademiyasının magistratura
səviyyəsində kredit sistemi ilə tədrisin təşkili
Qaydalarının 3.2.16-cı və 3.2.17-ci
yarımbəndləri yeni redaksiyada verilmişdir.
Əvvəlki
redaksiyada deyilirdi:
3.2.16.
Tələbə bir ali təhsil müəssisəsindən
(ixtisasdan) digərinə və
ya AMEA-ya, həmçinin AMEA-dan digər ali təhsil
müəssisəsinə köçürüldüyü, tələbələr
sırasına bərpa olunduğu və akademik
məzuniyyətdən qayıtdığı halda, onun
əvvəllər qazandığı kreditlər bu
Qaydaların 3.2.15-ci yarımbəndinin tələbləri
gözlənilməklə nəzərə alınır.
3.2.17.
Tələbəyə müəllim seçmək imkanı
yaradılır. Bir müəllimi seçən
tələbələrin sayı bakalavriat
səviyyəsində 30-dan çox olarsa, ali təhsil
müəssisəsi bu fənn üzrə ikinci qrup təşkil edir
və buraya fənnin tədrisi üçün eyni səviyyədə olan
müəllim cəlb edir. Bu halda tələbələrin qruplar
üzrə siyahısı ərizələrinin qeydəalınma
ardıcıllığına görə
müəyyənləşdirilir.
[14] 14 iyun
2017-ci il tarixli 257 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 15 iyun 2017-ci il, № 128, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №6 ,
maddə 1232) ilə Ali təhsil müəssisələrinin
bakalavriat və magistratura səviyyələrində və
Azərbaycan Milli Elmlər Akademiyasının magistratura
səviyyəsində kredit sistemi ilə tədrisin
təşkili Qaydalarının 3.2.18-ci və 3.2.20-ci
yarımbəndləri ləğv edilmişdir.
[15] 14 iyun
2017-ci il tarixli 257 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 15 iyun 2017-ci il, № 128, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №6 ,
maddə 1232) ilə Ali təhsil müəssisələrinin
bakalavriat və magistratura səviyyələrində və Azərbaycan
Milli Elmlər Akademiyasının magistratura
səviyyəsində kredit sistemi ilə tədrisin
təşkili Qaydalarının 3.2.21-ci yarımbəndinin
üçüncü və dördüncü cümlələri
çıxarılmışdır.
[16] 14 iyun
2017-ci il tarixli 257 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 15 iyun 2017-ci il, № 128, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №6 ,
maddə 1232) ilə Ali təhsil müəssisələrinin
bakalavriat və magistratura səviyyələrində və
Azərbaycan Milli Elmlər Akademiyasının magistratura
səviyyəsində kredit sistemi ilə tədrisin
təşkili Qaydalarının 3.2.22-ci və 3.2.23-cü
yarımbəndləri yeni redaksiyada verilmişdir.
Əvvəlki
redaksiyada deyilirdi:
3.2.22.
Müəllimin rəhbərliyi ilə tələbənin
sərbəst işi fənnin tədrisindəki
mürəkkəb məsələlərin həllindən, ev
tapşırıqlarının, kurs işlərinin
(layihələrin), yoxlama işlərinin yerinə
yetirilməsindən, hesabatların hazırlanmasından
ibarət olub, xüsusi tərtib edilmiş cədvəllə
həyata keçirilir və dərs cədvəlinə daxil edilmir.
3.2.23.
Fənn üzrə ayrılmış auditoriya saatlarının 25
faizindən çoxunda iştirak etməyən tələbə
həmin fəndən imtahana buraxılmır.
[17] 12 aprel
2019-cu il tarixli 167 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 17 aprel 2019-cu il,
№ 82, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 4,
maddə 761) ilə Ali
təhsil müəssisələrinin bakalavriat və magistratura
səviyyələrində, əsas (baza ali) tibb
təhsilində və Azərbaycan Milli Elmlər
Akademiyasının magistratura səviyyəsində kredit
sistemi ilə tədrisin təşkili Qaydalarının
3.2.24-cü yarımbəndinin ikinci cümləsinə qazanarsa sözündən sonra (ümumi orta müvəffəqiyyət
göstəricisi nəzərə alınmaqla, fənlər
üzrə akademik nailiyyətlərinə görə) sözləri
əlavə edilmişdir.
[18] 13 iyun 2016-cı il tarixli 225 nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (Azərbaycan
qəzeti, 22 iyun 2016-cı il, № 133, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 6,
maddə 1202) ilə Ali təhsil müəssisələrinin
bakalavriat və magistratura səviyyələrində kredit
sistemi ilə tədrisin təşkili Qaydalarının
3.3.1-ci yarımbəndin birinci cümləyə təhsil müəssisəsinə sözlərindən
sonra və AMEA-nın
magistratura səviyyəsinə sözləri, fakültə sözündən sonra
isə və AMEA-nın Elm
və Təhsil İdarəsi sözləri əlavə
edilmişdir və üçüncü cümləyə fakültəyə sözündən sonra və ya AMEA-nın Elm və Təhsil İdarəsi
sözləri əlavə edilmişdir.
[19] 14 iyun
2017-ci il tarixli 257 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 15 iyun 2017-ci il, № 128, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №6 ,
maddə 1232) ilə Ali təhsil müəssisələrinin
bakalavriat və magistratura səviyyələrində və
Azərbaycan Milli Elmlər Akademiyasının magistratura
səviyyəsində kredit sistemi ilə tədrisin
təşkili Qaydalarının 3.3.3-cü yarımbəndinin
birinci cümləsi yeni redaksiyada verilmişdir.
Əvvəlki
redaksiyada deyilirdi:
Dövlət
ali təhsil müəssisələrində və AMEA-da hər bir fənn üzrə yaradılan
qrupda tələbələrin sayı Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli 75
nömrəli qərarı ilə təsdiq edilmiş Ali
təhsil pilləsinin dövlət standartı və proqramına
uyğun olaraq tənzimlənir.
[20] 13 iyun 2016-cı il tarixli 225 nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (Azərbaycan
qəzeti, 22 iyun 2016-cı il, № 133, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 6,
maddə 1202) ilə Ali təhsil müəssisələrinin
bakalavriat və magistratura səviyyələrində kredit
sistemi ilə tədrisin təşkili Qaydalarının
3.4.1.4-cü yarımbənd yeni redaksiyada verilmişdir.
əvvəlki
redaksiyada deyilirdi:
3.4.1.4. ali təhsil
müəssisəsinin təklif etdiyi ayrı-ayrı fənlər
üzrə digər ali təhsil müəssisəsi
tələbələrinə müvafiq kreditlər qazanmasına
şəraitin yaradılması.
[21] 14 iyun
2017-ci il tarixli 257 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 15 iyun 2017-ci il, № 128, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №6 ,
maddə 1232) ilə Ali təhsil müəssisələrinin
bakalavriat və magistratura səviyyələrində və
Azərbaycan Milli Elmlər Akademiyasının magistratura
səviyyəsində kredit sistemi ilə tədrisin
təşkili Qaydalarının 3.4.3-cü yarımbəndi yeni
redaksiyada verilmişdir.
Əvvəlki
redaksiyada deyilirdi:
3.4.3. Yay
semestrində tələbənin götürdüyü fənlərin krediti
9-dan artıq olmamalıdır.
[22] 13 iyun 2016-cı il tarixli 225 nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (Azərbaycan
qəzeti, 22 iyun 2016-cı il, № 133, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 6,
maddə 1202) ilə Ali təhsil müəssisələrinin
bakalavriat və magistratura səviyyələrində kredit
sistemi ilə tədrisin təşkili Qaydalarının
3.4.6-cı yarımbəndə fakültəyə
sözündən sonra və ya
AMEA-nın Elm və Təhsil İdarəsi sözləri
əlavə edilmişdir.
[23] 13 iyun 2016-cı il tarixli 225 nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (Azərbaycan
qəzeti, 22 iyun 2016-cı il, № 133, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 6,
maddə 1202) ilə Ali təhsil müəssisələrinin
bakalavriat və magistratura səviyyələrində kredit
sistemi ilə tədrisin təşkili Qaydalarının
3.4.13-cü yarımbəndə rektorunun
sözündən sonra və
AMEA-nın prezidentinin sözləri əlavə edilmişdir.
[24] 14 iyun
2017-ci il tarixli 257 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 15 iyun 2017-ci il, № 128, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №6 ,
maddə 1232) ilə Ali təhsil müəssisələrinin
bakalavriat və magistratura səviyyələrində və
Azərbaycan Milli Elmlər Akademiyasının magistratura
səviyyəsində kredit sistemi ilə tədrisin
təşkili Qaydalarına yeni məzmunda 4.2-1-ci bənd
əlavə edilmişdir.
[25] 13 iyun 2016-cı il tarixli 225 nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (Azərbaycan
qəzeti, 22 iyun 2016-cı il, № 133, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 6,
maddə 1202) ilə Ali təhsil müəssisələrinin
bakalavriat və magistratura səviyyələrində kredit sistemi
ilə tədrisin təşkili Qaydalarının 4.4-cü
bənddə ali təhsil
müəssisələrində də sözləri ali təhsil
müəssisələrində və AMEA-da sözləri ilə
əvəz edilmişdir.
[26] 7 mart 2018-ci il tarixli 78 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 11 mart 2018-ci il, № 55, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №3,
maddə 589) ilə Ali təhsil müəssisələrinin
bakalavriat və magistratura səviyyələrində, əsas
(baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər
Akademiyasının magistratura səviyyəsində kredit
sistemi ilə tədrisin təşkili Qaydalarına yeni
məzmunda 4.6-cı bənd əlavə edilmişdir.
[27] 14 iyun
2017-ci il tarixli 257 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 15 iyun 2017-ci il, № 128, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №6 ,
maddə 1232) ilə Ali təhsil müəssisələrinin
bakalavriat və magistratura səviyyələrində və
Azərbaycan Milli Elmlər Akademiyasının magistratura
səviyyəsində kredit sistemi ilə tədrisin
təşkili Qaydalarının 5.1-ci və 5.2-ci
bəndləri yeni redaksiyada verilmişdir.
Əvvəlki
redaksiyada deyilirdi:
5.1. Kredit
sistemi ilə təhsil alan tələbələrə
kömək göstərmək məqsədi ilə ali təhsil
müəssisələrində və
AMEA-da akademik məsləhətçilər (tyutorlar) xidməti
təşkil olunur.
5.2.
Tyutorlar ən azı magistr dərəcəsi və bu
sahədə müəyyən təcrübəsi və
səriştəsi olan şəxslər arasından
seçilirlər.
[28] 13 iyun 2016-cı il tarixli 225 nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (Azərbaycan
qəzeti, 22 iyun 2016-cı il, № 133, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 6,
maddə 1202) ilə Ali təhsil müəssisələrinin
bakalavriat və magistratura səviyyələrində kredit
sistemi ilə tədrisin təşkili Qaydalarının 6.2-ci
bənddə ali təhsil
müəssisələri arasında təmin edilməsi üçün
forması və nümunələri sözləri təmin edilməsi üçün forması
və nümunələri sözləri ilə əvəz
edilmişdir.
[29] 13 iyun 2016-cı il tarixli 225 nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (Azərbaycan
qəzeti, 22 iyun 2016-cı il, № 133, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 6,
maddə 1202) ilə Ali təhsil müəssisələrinin
bakalavriat və magistratura səviyyələrində kredit
sistemi ilə tədrisin təşkili Qaydalarının 6.3-cü
bənddə ali təhsil müəssisələri arasında
sözləri həm ali təhsil
müəssisələri arasında, həm də ali təhsil
müəssisələri ilə AMEA arasında sözləri
ilə əvəz edilmişdir.