Azərbaycan
Respublikasının Cinayət Məcəlləsində
dəyişikliklər edilməsi haqqında
AZƏRBAYCAN
RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli
Məclisi Azərbaycan Respublikası Konstitusiyasının
94-cü maddəsinin I hissəsinin 17-ci bəndini
rəhbər tutaraq qərara
alır:
Azərbaycan Respublikasının
Cinayət Məcəlləsində (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹4, II kitab,
maddə 251, ¹5, maddə 323, ¹12, maddə 835; 2001, ¹1, maddə 24,
¹7, maddə 455; 2002, ¹1, maddə 9, ¹5, maddələr 236, 248, 258,
¹6, maddə 326, ¹8, maddə 465; 2003, ¹6, maddələr 276, 279,
¹8, maddələr 424, 425, ¹12, I kitab, maddə 676; 2004, ¹1,
maddə 10, ¹4, maddə 200, ¹5, maddə 321, ¹8, maddə 598, ¹10,
maddə 762, ¹11, maddə 900; 2005, ¹1, maddə 3, ¹6, maddə
462, ¹7, maddə 575, ¹10, maddə 904, ¹11, maddə 994; 2006, ¹2,
maddələr 71, 72, 75, ¹5, maddə 390, ¹12, maddələr
1008, 1020, 1028; 2007, ¹2, maddə 68, ¹5, maddə 398, ¹6,
maddələr 560, 562, 579, ¹8, maddə 757, ¹10, maddələr
937, 941, ¹11, maddələr 1049, 1080, 1090, ¹12, maddə 1221; 2008,
¹6, maddələr 454, 461, ¹7, maddə 602, ¹10, maddə 884, ¹12,
maddələr 1047, 1049; 2009, ¹5, maddə 315, ¹7, maddə 517,
¹12, maddə 953; 2010, ¹2, maddə 70, ¹3, maddələr 171, 178,
¹4, maddələr 275, 276, ¹7, maddə 591; 2011, ¹4, maddə 253,
¹6, maddə 472, ¹7, maddələr 587, 601, 621, ¹11, maddə 980,
¹12, maddə 1093; 2012, ¹2, maddə 45, ¹3, maddələr 193, 196,
¹7, maddələr 666, 669, 673; ¹11, maddə 1068; ¹12, maddə
1223; Azərbaycan Respublikasının 2012-ci il 11 dekabr tarixli
495-IVQD və 28 dekabr tarixli 541-IVQD nömrəli qanunları)
aşağıdakı dəyişikliklər edilsin:
1. 99-4.6-cı maddədə “144-
2. 144-1-ci maddə üzrə:
2.1. 144-1.1-ci maddədə “şəxsin
alqı-satqısı və ya ona sahibliklə əlaqədar
digər əqdlərin bağlanması, yaxud onun istismar
edilməsi məqsədilə Azərbaycan
Respublikasının dövlət sərhədindən
keçirilməsi üçün və ya eyni
məqsədlə digər şəxslərə verilməsi
üçün” sözləri “zor tətbiq etmək
hədəsi ilə və ya zor tətbiq etməklə,
hədə-qorxu və ya digər məcburetmə
vasitələri ilə, oğurlama, dələduzluq, aldatma
yolu ilə, təsir imkanlarından və ya zəiflik
vəziyyətindən sui-istifadə etməklə, yaxud
digər şəxsə nəzarət edən şəxsin
razılığının alınması üçün
maddi və sair nemətlər, imtiyazlar və ya
güzəştlər verməklə və ya almaqla,
şəxsin istismar edilməsi məqsədi ilə”
sözləri ilə əvəz edilsin;
2.2. aşağıdakı məzmunda
144-1.2.4-1-ci maddə əlavə edilsin:
“144-1.2.4-1. insan alveri qurbanını
Azərbaycan Respublikasının dövlət
sərhədindən keçirməklə
törədildikdə;”;
2.3. “Qeyd” hissəsinə
aşağıdakı məzmunda 3-cü bənd əlavə
edilsin:
“3. Yetkinlik yaşına çatmayan
şəxsin istismar məqsədi ilə cəlb edilməsi,
əldə edilməsi, saxlanılması, gizlədilməsi,
daşınması, verilməsi və ya qəbul edilməsi bu
Məcəllənin 144-1.1-ci maddəsində
göstərilən üsullardan istifadə olunmasa da, insan
alveri hesab edilir.”.
3. 144-2-ci maddə üzrə:
3.1. 144-2.1-ci maddədə “iki
ilədək müddətə islah işləri və ya eyni”
sözləri “dörd ildən səkkiz ilədək”
sözləri ilə əvəz edilsin;
3.2. 144-2.2-ci maddədə “üç
ildən beş ilədək” sözləri “yeddi ildən on
ilədək” sözləri ilə əvəz edilsin;
3.3. 144-2.3-cü maddədə “beş
ildən on ilədək” sözləri “doqquz ildən on iki
ilədək” sözləri ilə əvəz edilsin.
4. aşağıdakı məzmunda
144-3-cü maddə əlavə edilsin:
“Maddə 144-3. İnsan alveri
məqsədi ilə sənədlərlə qanunsuz
hərəkətlər
144-3.1. İnsan alveri məqsədi
ilə şəxsin şəxsiyyət vəsiqəsinin,
pasportunun və ya şəxsiyyətini təsdiq edən
digər sənədinin, yaxud yol (sərhədkeçmə)
sənədinin saxtalaşdırılması -
bir ildən üç ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
144-3.2. İnsan alveri məqsədi
ilə insan alverçisini və ya insan alveri qurbanını
saxta şəxsiyyət vəsiqəsi, pasport və ya
şəxsiyyəti təsdiq edən digər sənəd,
yaxud yol (sərhədkeçmə) sənədləri ilə
təmin etmə -
bir ildən üç ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
144-3.3. İnsan alveri məqsədi
ilə insan alverçisini və ya insan alveri qurbanını
saxta şəxsiyyət vəsiqəsi, pasport və ya
şəxsiyyəti təsdiq edən digər sənəd,
yaxud yol (sərhədkeçmə) sənədləri ilə
təmin etmək üçün belə sənədləri
əldə etmə -
bir ildən üç ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
144-3.4. İnsan alveri məqsədi
ilə hər hansı bir şəxsin şəxsiyyət
vəsiqəsini, pasportunu və ya şəxsiyyətini
təsdiq edən digər sənədini, yaxud yol
(sərhədkeçmə) sənədini götürmə,
saxlama, gizlətmə, zədələmə və ya
məhvetmə -
iki ildən dörd ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.”
5. 243.1-ci maddə üzrə:
5.1. dispozisiyada “Zor tətbiq
etməklə və ya zor tətbiq etmək hədəsi
ilə, şantajla, əmlakı məhv etməklə və
ya zədələməklə, yaxud aldatmaqla, gəlir”
sözləri “Gəlir” sözü ilə əvəz edilsin;
5.2. sanksiyada “beş yüz manatdan min
manatadək” sözləri “iki min beş yüz manatdan
üç min beş yüz manatadək” sözləri ilə
əvəz edilsin, “üç ilədək”
sözlərindən əvvəl isə “bir ildən”
sözləri əlavə edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 19 aprel
2013-cü il
¹ 610-IVQD