“Sumqayıt Kimya Sənaye Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin nəzdində Peşə Təhsil Mərkəzinin yaradılması haqqında[1]

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 3 iyul tarixli 2282 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında texniki-peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı (2007-2012-ci illər)”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 5.4-cü bəndinə əsasən, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin və Azərbaycan Respublikası Təhsil Nazirliyinin təkliflərini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Sumqayıt Kimya Sənaye Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin nəzdində sənaye ixtisasları üzrə ixtisaslı kadrların hazırlanmasını təmin edən müasir tipli Peşə Təhsil Mərkəzi yaradılsın.

2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birlikdə Peşə Təhsil Mərkəzinin fəaliyyətə başlaması üçün müvafiq tədbirlər görsün.[2]

 

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

 

Bakı şəhəri, 19 aprel 2013-cü il

                   ¹ 68


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1. 18 iyul 2020-ci il tarixli 257 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 7, maddə 987)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 18 iyul 2020-ci il tarixli 257 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 7, maddə 987) ilə adında və 1-ci hissəsində “Tədris” sözü “Təhsil” sözü ilə əvəz edilmişdir.

 

[2] 18 iyul 2020-ci il tarixli 257 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 7, maddə 987) ilə 2-ci hissə yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

2. Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birlikdə Peşə Tədris Mərkəzinin fəaliyyətinin təmin edilməsinə dair tədbirlər planını 15 gün müddətində hazırlayıb təsdiq edilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.